Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9346/2023 30.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “ezamiyyə xərclərinin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “ezamiyyə xərclərinin ödənilməsi və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı 17 iyul 2023-cü il tarixdə iddia tələbinə dəqiqləşmə ərizəsi vermişdir. Sonradan iddiaçı 13 oktyabr 2023-cü il tarixli iddia tələbinə dəqiqləşmə verərək 2014-2017-ci illərdə N nömrəli hərbi hissəni sərhəd məntəqələrində uzunmüddətli ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərclərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə 13 oktyabr 2023-cü il tarixli ərizənin icraata qəbul edilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılır ki, o, 18 yanvar 2018-ci il tarixdən Dövlət Sərhəd Xidmətindən ehtiyata buraxılmışdır. 2014-2017-ci il tarixlərdə sərhəd zastavalarında uzunmüddətli ezamiyyətdə olmuşdur. Lakin, ona ezamiyyətdə olduğuna görə ezamiyyə xərcləri ödənilməmişdir. İddiaçı hesab edir ki, həmin xərclər ödənilməlidir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İddiaçının müraciətlərindən görünür ki, iddiaçı ezamiyyə xərclərinin, eyni zamanda məzuniyyət günlərinə görə kompensasiyanın hesablanaraq ona ödənilməsini cavabdehdən xahiş etmişdir. Cavabdehin məktubundan görünür ki, ödənişlərin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N saylı hərbi hissə komandirinin nizami hissə üzrə: xx.xx.2015-ci il tarixli 034 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 09 fevral 2015-ci il tarixdən 10-cu sərhəd zastavasına ezamiyyətə getmiş hesab edilmişdir. xx.xx.2015-ci il tarixli 050 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 27 fevral 2015-ci il tarixdən 10-cu sərhəd zastavasından ezamiyyətdən qayıtmış hesab edilmişdir. xx.xx.2015-ci il tarixli 056 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 06 mart 2015-ci il tarixdən 7-12-ci sərhəd zastavalarına ezamiyyətə getmiş hesab edilmişdir. xx.xx.2015-ci il tarixli 061 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 12 mart 2015-ci il tarixdən 7-12-ci sərhəd zastavalarından ezamiyyətdən qayıtmış hesab edilmişdir. xx.xx.2015-ci il tarixli 0120 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 20 may 2015-ci il tarixdən Ənix səyyar sərhəd məntəqəsinə ezamiyyətə getmiş hesab edilmişdir. 30-xx.xx.2015-ci il tarixli 0129 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 20 may 2015-ci il tarixdən Əlix səyyar sərhəd məntəqəsindən ezamiyyətdən qayıtmış hesab edilmişdir. xx.xx.2015-ci il tarixli 0139 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 11 iyun 2015-ci il tarixdən 3-cü sərhəd zastavalarına ezamiyyətə getmiş hesab edilmişdir. xx.xx.2015-ci il tarixli 0154 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 29 iyun 2015-ci il tarixdən 3-cü sərhəd zastavasından ezamiyyətdən qayıtmış hesab edilmişdir xx.xx.2015-ci il tarixli 0184 nömrəli Əmrindən çıxarışdan görünür ki, 6-cı sərhəd zastavası rəisinin müavini xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 20 gün müddətinə məzuniyyətə getmiş hesab edilmiş və o, məzuniyyətdə olduğu müddətdə vəzifələrin müvəqqəti icrası iddiaçıya həvalə edilmişdir. xx.xx.2016-cı il tarixli 061 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 11 mart 2016-cı il tarixdən 10-cu sərhəd zastavasına ezamiyyətə getmiş hesab edilmişdir xx.xx.2016-cı il tarixli 064 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 15 mart 2016-cı il tarixdən 10-cu sərhəd zastavasından ezamiyyətdən qayıtmış hesab edilmişdir. 26-xx.xx.2016-cı il tarixli 074 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 26 mart 2016-cı il tarixdən 5-ci sərhəd zastavasına ezamiyyətə getmiş hesab edilmişdir. xx.xx.2016-cı il tarixli 077 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 30 mart 2016-cı il tarixdən 5-ci sərhəd zastavasından ezamiyyətdən qayıtmış hesab edilmişdir. xx.xx.2016-cı il tarixli 096 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 21 aprel 2016-cı il tarixdən 2-ci sərhəd komendantlığı və 7-12-ci sərhəd zastavalarına ezamiyyətə getmiş hesab edilmişdir. xx.xx.2016-cı il tarixli 0101 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 27 aprel 2016-cı il tarixdən 2-ci sərhəd komendantlığı və 7-12-ci sərhəd zastavalarından ezamiyyətdən qayıtmış hesab edilmişdir. xx.xx.2016-cı il tarixli 0160 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 05 iyul 2016- cı il tarixdən 6-cı sərhəd zastavasına ezamiyyətə getmiş hesab edilmişdir. xx.xx.2016-cı il tarixli 0165 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 10 iyul 2016- cı il tarixdən 6-cı sərhəd zastavasından ezamiyyətdən qayıtmış hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarından görünür ki, tavalarında ezamiyyətdə olmaqla xidmət etdiyi müddətin güzəştli şərtlərlə uzun müddət xidmətə daxil edilməsi və hərbi xidmət müddəti və təminat xərcliyi barədə yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilmişdir. Cavabdehin əmrində qeyd edilmişdir ki, 03 avqust 2015-ci il tarixli əmri məzuniyyət və səlahiyyətlərin icrası ilə bağlı olmaqla, ezamiyyətdə olmaqla bağlı əmr deyildir. İddiaçı ezamiyyət yol xərci ilə ezam olunduğu vaxt təmin edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı mübahisə iddiaçının 2014-2017-ci il tarixlərdə sərhəd məntəqələrində uzunmüddətli ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərclərinin ödənilib-ödənilməməsi ilə bağlıdır. Yuxarıda adıçəkilən iddiaçının istinad etdiyi 2014-2017-ci il tarixləri ərzində qəbul edilmiş əmrlərdən (xx.xx.2015-ci il tarixli 0184 nömrəli Əmri istisna olmaqla) görünür ki, iddiaçı ezamiyyətdə olmuşdur. Lakin iddiaçı, 2015-2016-cı il tarixli əmrləri əsasında ezamiyyətdə olsa da, iş materiallarından da göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya bununla bağlı hər hansı ödəniş edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin tələblərindən (6.1, 6.18, 6.28-ci bəndlər) göründüyü kimi Hərbi qulluqçuların vəzifələrə təyin olunmaları ilə və ya hərbi hissənin daimi dislokasiya yerinin dəyişməsi ilə əlaqədar xidmət yerləri dəyişildikdə yol xərci müavinəti ödənilir. Hərbi hissə komandirlərinin əmri ilə hərbi qulluqçunun daimi xidmət yerindən müəyyən edilmiş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Ezamiyyət xərclərinin ödənilmə qaydaları və məbləğləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarına əsasən həyata keçirilir. “X1”nın:
1. Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə, digər dövlət orqanlarında ezamiyyələrin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla təmin edilir. İİ. Respublika ərazisi daxilində ezamiyyələr
2. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarının:
1. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilsin.
7. Müəyyən edilsin ki: büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda ezamiyyə xərcləri onlara bu məqsəd üçün büdcədə nəzərdə tutulan vəsaitlər dairəsində, digər təşkilatlarda isə onların öz vəsaitləri hesabına ödənilir; büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar istisna olmaqla digər təşkilatlar ezamiyyə xərclərinin ödənilməsi üçün öz sərəncamlarında qalan mənfəət hesabına bu qərarla müəyyən edilmiş normalardan əlavə vəsait ayıra bilərlər; Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2018-ci il tarixli 269 nömrəli Qərarının:
1. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 44, № 6, maddə 589, № 12, maddə 1118; 2011, № 1, maddə 66, № 9 maddə 854; 2013, № 2, maddə 197, № 10, maddə 1222; 2015, № 8, maddə 962; 2018, № 3, maddə 592) aşağıdakı dəyişikliklər edilsin: 1.1. 1-ci hissədə “65,0” rəqəmləri “90,0” rəqəmləri ilə, “50,0” rəqəmləri “70,0” rəqəmləri ilə və “45,0” rəqəmləri “65,0” rəqəmləri ilə əvəz edilsin; 1.2. 6-cı hissədə “10,0” rəqəmləri “15,0” rəqəmləri ilə əvəz edilsin.
2. Bu qərar 2018-ci il iyulun 1-dən qüvvəyə minir. Yuxarıda adıçəkilən müddəaların tələbindən də göründüyü kimi şəxsə ezamiyyətdə olduğu müddət ərzində ezamiyyə xərclərinin ödənilməsi inzibati orqanın öhdəliyidir ki, iş materiallarından da göründüyü kimi iddiaçı barəsində ezamiyyətə göndərilmə və geri dönmüş hesab edilmə barədə əmrlər mövcud olmasına baxmayaraq həmin ödənişlərin edilməsi həyata keçirilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, yuxarıda adıçəkilən əmrlərdə ( xx.xx.2015-ci il tarixli 0184 nömrəli Əmri istisna olmaqla) iddiaçının ezamiyyətə getməsi və geri dönmüş hesab edilməsi nəzərə alınmaqla adıçəkilən müddəaların tələbləri də nəzərə alınmaqla ezamiyyə xərcləri iddiaçıya ödənilməlidir. Lakin, məhkəmə hesab edir ki, ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı iddia tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı 2014-2017-ci il tarixləri ərzində ezamiyyətdə olduğu müddət ərzində ödənişlərin həyata keçirilməli olmasına istinad etsə də, iş materiallarından görünür ki, ezamiyyətə göndərilmə və geri dönmüş hesab edilmə əmrləri 2015-2016-cı il tarixlidir və 2014-cü il və 2017-ci illər üzrə bununla bağlı hər hansı əmr qəbul edilməmişdir. Bu səbəbdən də ödəniş məhz yuxarıda istinad edilən ezamiyyətə getmiş hesab edilmə və geri qayıtmış hesab edilmə barədə ləğv edilməmiş, hüquqi qüvvəsini saxlayan əmrlər əsasında həyata keçirilməlidir. Lakin, məhkəmə onun da qeyd edilməsi zəruri hesab edir ki, yuxarıda istinad edilən əmrlərdən biri kimi xx.xx.2015-ci il tarixli 0184 nömrəli Əmr sərhəd zastavası rəisinin müavini xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 20 gün müddətinə məzuniyyətə getmiş hesab edilməsi və o, məzuniyyətdə olduğu müddətdə vəzifələrin müvəqqəti icrası iddiaçıya həvalə edilməsi ilə bağlıdır ki, ezamiyyətlə əlaqədar olmayan həmin əmr əsasında ezamiyyə xərclərinin ödənilməsinə dair iddia göstərilən hissədə də əsassızdır. Məhkəmə, eyni zamanda vurğulamağı zəruri hesab edir ki, ezamiyyətlə bağlı ödənişlər hazırda qüvvədə olan redaksiyada deyil, iddiaçının ezamiyyətə göndərildiyi 2015 və 2016-cı il tarixdə qüvvədə olan “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarının redaksiyası əsasında, həmin tarixdə göstərilən məbləğlər nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində istinad edilən 2015-2016-cı il tarixli iddiaçı barəsində qəbul edilmiş ezamiyyətə getmiş hesab edilmə və geri qayıtmış hesab edilmə barədə əmrləri nəzərə alınmaqla sərhəd məntəqələrində uzunmüddətli ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərclərinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sərhəd Xidmətinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov