Məhkəmə qərarları › İş №2-1(112)-9348/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9348/2025

26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9348/2025 26.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək iddia tələbinin “30 oktyabr 2024-cü il tarixli göndəriş əsasında əlilliyin təyin edilməsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1969-cu ildə Zəngilan rayonu, Mincivan qəsəbəsində anadan olmuşdu. Döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Bakı şəhəri 3 nömrəli şəhər kliniki xəstəxansında müayinə və müalicə olunduğu travma diaqnoz “Sol çiyin qurşağının geniş qəlpə yarası sol kürək sümüyü boyunun sınığı”. Epikrezin surətinə əsasən. xx.xx.2019-cu il tarixində diaqnozuma əsasən mənə əlillik verilib. Sol çiyin qurşağının geniş həcmli qəlpə yaralanmasından sonrakı çapıq toxuması, sol kürək sümüyünün boynunun bitişmiş sınığı, körpücük-akromiyal birləşməsinin artrozu, bozu sümüyünün dekenerasiyası, sol bozu çiyin oynağının kontrakturası, sol bozu çiyin qurşağının böyük həcmli çapıq toxuması nəticəsində bozu oynağının pleksiti, əlin hissi və hərəkət pozğunluğu, tutma qabiliyyətinin zəiflənməsi, əzələ zəifliyi. Sol bozu çiyin qurşağının böyük həcmli dartıcı çapıq toxuması nəticəsində bozu oynağının yaxınlaşdırıcı və uzaqlaşdırıcı kontrakturası. Sol kürək sümüyünün boynunun bitişmiş sınığı. Sol körpücük aqromiyal birləşməsinin artrozu, bozu sümüyünün başının degenerasiyası, sol bozu oynağının kontrakturası. Sol mil sinirinin qəlpə yaralanmasından sonra travmatik neyropatiyası, sol yuxarı ətrafın süst parezi, hərəki və hissi funksiyanın pozğunluğu. Sol əldə tutma qabiliyyətinin zəiflənməsi, əzələ zəifliyi. Hipertoniya xəstəliyi ikinci mərhələ. Şəkərli diabet İİ tip, gözlərinin zəifləməsi ilə OU qeyri proliferativ diabetik retinopatiya nevrosteniya ilə əlaqədar əlillik verilmişdir. İddiaçı 5 il əllik almışdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 1134 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol çiyin qurşağının geniş qəlpə yarası. Sol kürək sümüyü boyunun sınığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı görmə zəifliyi, çiyin nahiyəsində hərəki məhdudluqdan şikayətlənmiş, şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Baxış zamanı sol bazu oynağının arxa səthində ~8×5 sm ölçüdə çapıq izlənilmiş, sol bazuda 50 dərəcə hərəkət göstərmiş, daha sonra ağrılı olduğunu qeyd etmişdir. Çapıq toxumasına bağlı cüzi atrofiya qeyd edilmiş, nümayiş etdirdiyi hərəki məhdudluq kontraktura hesabına olmuşdur. Nevroloji müayinə zamanı atrofiya, parez qeyd edilməmiş, reflekslər canlı, D=S, barmaqların hərəkəti tam, əzələ gücü 5 bal olmuşdur. X2 və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silah yaralanmadan sonra sol çiyin qurşağının, bazu oynağının arxa səthində böyük həcmli kobud ağrılı dartıcı çapıq toxuması, əzələ defekti, sol kürək sümüyünün cisminin bitişmiş sınığı. Sol körpücük akromial oynağının artrozu, sol bazu sümüyünün başının travmadan sonra kistik sklerotik dəyişikliyi, sol bazu oynağının açıcıbükücü-yaxınlaşdırıcı kəskin kontrakturası (uzaqlaşma 15 dərəcə, bükmə 160 dərəcə, açma 10 dərəcə), əzələ atrofiyası, daimi ağrı sindromu və sol yuxarı ətrafın funksiyasının pozulması” kimi qeyd olunmuşdur. Kəpəz Hospitalın xx.xx.2024-cü il tarixli EMG müayinəsinin nəticəsi “Neyromotor aparatda nevral tipli pozuntu (sol yuxarı ətafın pleksopatiyası) qeyd olunur” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların aterosklerozu, hemodinamik əhəmiyyətli daralmalar izlənilmir. Bifazik axımlar” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “Vis OD=0.5 k/i 0.6, Vis OS=0.1 k/etmir. OD- Artifakiya. OS-Yetişməmiş katarakta” kimi qeyd olunmuşdur. Təqdim edilmiş xx.xx.2024-cü il tarixli Rentgen şəklində oynaq yarığı açıq, oynaq səthləri hamar olmuşdur. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əlillik altsistemindən çıxarışlardan görünür ki: Əlilliyin təyini qərarından görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən “Sol çiyin qurşağın geniş həcimli qəlpə yaralanmasından sonrakı çapıq toxuması, sol kürək sümüyünün boynunun bitişmiş sınığı, körpücük-akromial birləşməsinin artrozu. bazu sümüyünün degenerasiyası, Sol bazu çiyin oynağının kontrakturası. Sol bazu çiyin qurşağının böyük həcimli çapıq toxuması nəticəsində bazu oynağının pleksiti. əlin hissi və hərəkət pozğunluğu, tutma qabiliyyətinin zəifləməsiəzələ zəifliyi. Sol bazu çiyin qurşağının böyük həcimli dartıcı çapıq toxuması nəticəsində bazu oynağının yaxınlaşdıncı və uzaqlaşdıncı kontrakturası. Sol kürək sümüyünün boynunun bitişmiş sınığı. Sol körpücük akromial birləşməsinin artrozu, bazu sümüyünün başının degenerasiyası. Sol bazu oynağının kontrakturasu. Sol mil sinirinin qəlpə yaralanmasından sonra travmatik neyropatiyası, sol yuxarı ətrafın süst parezi. hərəki və hissi funksiyanın pozğunluğu. Sol əldə tutma qabiliyyətinin zəifləməsi əzələ zəifləməsi, hipertoniya xəstəliyi İİ mərhələ. Şəkərli diabet İİ tip. gözlərin zədələnməsi ilə. OU qeyri proliferativ diabetik retinopatiya. Nevrastenlya” diaqnozu əsasında 5 il müddətinə əlillik təyin edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli qərarından görünür ki, iddiaçının “Sol çiyin qurşağının geniş qəlpə yarası. Sol kürək sümüyü boyunun sınığı” xəstəliyi hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli forma 088 arayışında qeyd olunmuşdur ki, iddiaçıda: Əsas diaqnoz: M24.5 “Oynaqların kontrakturası, Sol bazu oynağının açıcı-bükücüyaxınlaşdırıcı kəskin kontrakturası (uzaqlaşma 15 dər, bükmə 160 dər, açma 10 dər)” Ağırlaşma: M19.2 “Digər ikinci artroz, Sol körpücük akromial oynağının artrozu” G54.0 “Bazu kəlifinin zədələnməsi, Sol yuxarı ətrafın pleksopatiyası” M62.5 “Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Sol bazu nahiyyəsində əzlərin atrofiyası. Böyük ölçüdə əzələ deffekti” G82.3 “Sust tetraplegiya. Sol yuxarı ətrafın süstparezi, hissi və hərəki pozğunluğu” R52.2 “Digər daimi ağrı. Sol yuxarı ətrafda daimi ağrı sindromu” L91.0 “Hipertrofik çapıq, Odlu qələ yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonra dərin hipertrofik çapığı” Yanaşı xəstəliklər: E11.4 “İnsulindən asılı olmayan şəkərli diabet. Nevroloji ağırlaşmalarla. Şəkərli diabet İİ tip” S42.1 “Kürək sümüyünün sınığı. Sol kürək cisminin bitişmiş sınığı” İ10 “Essensial hipertenziya. Hipertoniya xəstəliyi İİ tip” Məhkəmə-Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində adma tərtib edilmiş xx.xx.2024-cü il tarixli, S00230980EXH saylı Forma 088 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: M24.5 - oynaqların kontrakturası, sol bazu oynağının açıcıbükücü-yaxınlaşdırıcı kəskin kontrakturası (uzaqlaşma 15 dərəcə, bükmə 160 dərəcə, açma 10 dərəcə). Ağırlaşmalar: M19.2-digər ikinci artroz, sol körpücük akromial oynağının artrozu, G54.0-bazu kəlifınin zədələnməsi, sol yuxarı ətrafın pleksopatiyası, M62.5əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sol bazu nahiyəsində əzələlərin atrofiyası, böyük ölçüdə əzələ deffekti, G82.3-siist tetraplegiya, sol yuxarı ətrafın süst parezi, hissi və hərəki pozğunluğu, R52.2-digər daimi ağrı, sol yuxarı ətrafda daimi ağrı sindromu, L91.0-hipcrtrofık çapıq, odlu qəlpə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonra dərin hipertrofık çapığı, L91.0-hipertrofık çapıq, odlu qəlpə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonra dərin hipertrofık çapığı. Yanaşı xəstəliklər: S42.1-kürək sümüyünün sınığı, sol kürək cisminin sınığı, İ10-essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİ tip" diaqnoz ona stasionarda anamnestik, klinik, instrumental və obyektiv müayinə nəticələri əsasında müəyyən edilmişdir. Qəradadın müvafiq bəndlərinin sualları meyarlar ilə əlaqədar olduğundan onların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 1 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasf'nın 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspertlərinin səlahiyyətlərinə aiddir. Vətəndaş EH.Nəcəfovun məhkəmə-tibbi müayinəsi zamanı sol bazu nahiyəsində əzələnin atrofiyası, üzülməsi, süst tetraplegiya, süst parez, hissi və hərəki pozğunluq aşkar olunmadı. Yanaşı xəstəliklərdən “Kürək sümüyünün sınığı, sol kürək cisminin sınığı" sağalaraq yerində sümük döyənəyi əmələ gəlmiş, “Essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİ tip" xəstəliyi ilə əlaqədar isə İddiaçı, həkimkardioloq tərəfindən təyin edilmiş dərman preparatlarını daima qəbul etməlidir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1.Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”(ləğv edilmiş)

1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 4.2.İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Həmin meyarlarının 6.9-cu bölməsində göstərilən “Bazu kələfinin zədələnməsi” xəstəliyi (G54.0) aşağıdaki ağırlaşmalar ilə birlikdə əlilliyin təyininə əsas verir: bazu kələfi (dominant ətrafın nəzərə alınması ilə); mil və qoltuqaltı sinirlər (dominant ətrafın nəzərə alınması ilə); mil və dirsək sinirləri (dominant ətrafın nəzərə alınması ilə); mil və orta sinirlər (dominant ətrafın nəzərə alınması ilə); dirsək və orta sinirlər (dominant ətrafın nəzərə alınması ilə); mil, dirsək və qoltuqaltı sinirlər (dominant ətrafın nəzərə alınması ilə) Yuxarıda qeyd olunan bəndlərin təhlilinə keçməzdən əvvəl, məhkəmə vurğulayır ki, əlilliyi olan şəxslərə münasibətdə dövlətin sosial siyasəti onların cəmiyyətin həyatında fəal iştirak imkanlarının genişləndirilməsinə, sosial rifah və maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəlmişdir. Əlilliyin təyin olunması meyarlarını tənzimləyən qanunvericilik aktları, konkret olaraq əlilliyin birinci, ikinci və ya üçüncü dərəcələrinin müəyyən olunması üçün xəstəliklərin siyahısını və dərəcələrin müddətini hüquqi əsaslarla müəyyən etmişdir. İş materiallarından məlum olur ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə üçüncü dərəcəli əlillik təyin olunmuş, əlilliyin müddəti tamamlandıqdan sonra iddiaçı yeni forma 088 arayışı ilə əlilliyin yenidən qiymətləndirilməsi üçün müraciət etmiş, lakin onda olan diaqnozların əlilliyin təyin edilməsi üçün əsas vermədiyi səbəbi ilə ona əlillik verilməsindən imtina olunmuşdur. Hazırkı inzibati mübahisənin predmeti olaraq, məhkəmə, iddiaçıda mövcud olan xəstəliklərin ona əlillik dərəcəsinin yenidən təyin edilməsi üçün əsas verib-verməməsini müəyyən etməlidir. Belə ki, mötəbərliyi məhkəmə üçün şübhə doğurmayan ekpert rəyindən və iş materiallarına daxil olan digər sənədlərdən, eləcə də əlillik təyinatına əsas olmalı olan göndərişdən görünür ki,iddiaçıda forma 088 arayışında göstərilən xəstəliklər mövcuddur. Qeyd olunmalıdır ki, əsas diaqnoz kimi göstərilən "Oynaqların kontrakturası, Sol bazu oynağının açıcı-bükücü-yaxınlaşdırıcı kəskin kontrakturası" (uzaqlaşma 15°, bükmə 160°, açma 10°) və bu xəstəliyin ağırlaşması olaraq qeyd edilən "Bazu kəlifinin zədələnməsi, Sol yuxarı ətrafın pleksopatiyası" əlilliyin təyini üçün əsaslı bir səbəb təşkil edir. Belə ki, bu diaqnoz, yalnız xəstəliyin mövcudluğu ilə deyil, həmçinin onun ağırlaşmaları ilə də əlaqədar olaraq əlilliyin təyin olunmasına əsas verir. Ekspert rəyində həmçinin qeyd olunur ki, bu xəstəliyin özünün mövcudluğu ilə yanaşı, onun ağırlaşmaları da müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, "Bazu kəlifinin zədələnməsi" və "Sol yuxarı ətrafın pleksopatiyası" kimi xəstəliklər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.9.1-ci bəndi çərçivəsində əlillik təyini üçün yetərli əsaslar yaradır. Bazu kələfinin zədələnməsi, xüsusilə dominant ətrafın nəzərə alınması ilə, həmin xəstəliyin ağırlaşması hesab olunur və bu da iddiaçıda sol yuxarı ətrafın pleksopatiyasının ağırlaşması ilə əlaqədardır. Beləliklə, qeyd olunan xəstəliklərin və onların ağırlaşmalarının mövcudluğu əlilliyin təyini üçün əsadır. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçıya 2019-cu ildən qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, ən əsası isə həmin xəstəliyin ağırlaşması da müəyyən olunduğu halda, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. Beləliklə Məhkəmə hesab edir ki, əvvəlki tibbi vəziyyət və şərtlərlə müqayisədə iddiaçının ilkin əlilliyin təyininə əsas olan xəstəlik davam etdiyindən və əlavə tibbi problemlər meydana gəldiyindən, cavabdehin əlillik təyinatından imtina etməsi əsassız və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında oxşar mövqedən yanaşılmış, qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalı olması göstərilmişdir. Ali Məhkəmənin 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilir ki, 2016-cı ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda qeyd edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Cavabdeh isə, bunun əksinə olaraq, eyni mühüm faktiki halların mövcudluğu halında fərqli qərar qəbul edərək əlilliyin təyin edilməsindən imtina etmiş, əvvəlki mövqeyindən fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, bununla da iddiaçının əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik aktlarında təsbit olunmuş hüquqlarını pozmuşdur. Eyni mövqeyi həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1012/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında oxşar mövqedən yanaşılmış, ağırlaşma əsas götürülməklə əlillik təyinatı müddətsiz formada təyin edilmişdir. Həmin işdən də müəyyən edilir ki, iddiaçının əsas diaqnozu müddətli əlillik dərəcəsinə əsas versə də, ağırlaşmada olan xəstəlik isə müddətsiz əlilliyə əsas olmuş, məhkəmə də həmin halı əsas götürməklə iddiaçıya müddətsiz əlilliik dərəcəsi təyin etmişdir Ali Məhkəmənin 2-1(102)-522/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarda qeyd edilir ki, mübahisəyə dair işin araşdırılmış hallarına əsasən, iddiaçı uzun müddət 2-ci qrup əlil olmuş və təkrar müayinələrdə də ona eyni diaqnozun təyin edilmişdir. Eləcə də, iddiaçı eyni diaqnoz səbəbindən ayrı-ayrı vaxtlarda ambulator və stasionar müalicələrə cəlb olunmuşdur. Göründüyü kimi iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişdir. Ali Məhkəmənin 2-1(102)-2566/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarda qeyd edilir ki, eyni diaqnoz əsasında iddiaçı 2012-ci il tarixdən etibarən bir neçə dəfə 3-cü dərəcə əlillik verilmişdirsə diaqnoz dəyişmədiyi halda növbəti dəfə əlilliyin verilməsindən imtina edilməməlidir. Əgər iddiaçının xəstəliyi reabilitasiya oluna biləndirsə və ya xəstəliyi yaxşıya doğru dəyişmişdirsə bu zaman qeyd olunan hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməlidir. Halbuki iddiaçının xəstəliyi ilə bağlı vəziyyətinin dəyişməsi, əvvəlki diaqnozu ilə müqayisədə irəliləyişin olub-olmaması və s. bağlı cavabdeh tərəfindən hər hansı sənəd təqdim edilməmişdir. Ali Məhkəmənin 2-1(102)-1038/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il il tarixli qərarda qeyd edilir ki, iddiaçının dəyişməyən xəstəliyi və eləcə də ötən müddət ərzində xəstəliyin ağırlaşması, həmçinin iddiaçıya həmin diaqnoz əsasında əlilliyin artıq bir necə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qərar qəbul edərkən qeyd olunan xüsusatları nəzərə aldığı iş üzrə materiallarla təsdiq olunmur. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 30 oktyabr 2024-cü il tarixli göndəriş əsasında İddiaçı əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar