Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9353/2024 26.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün tam ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün tam ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək 2-ci Qarabağ müharibəsinin şəhidi X11 ailə üzvü kimi təyin edilmiş Prezident təqaüdünün tam şəkildə ödənilməsi öhdəliyinin və ödənilməmiş aylıq 300 manat hissəsinin hesablanmaqla tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Qırğızıstan Respublikasının vətəndaşı X6 birgə nikahından 12 may 2000-ci il təvəllüdlü X13 adlı bir uşağı anadan olmuşdur. Uşaq anadan olduğu vaxtdan X10 uşağa baxmamış, uşaq doğulduğu vaxtdan onun himayəsində yaşamışdır. Uşağı ilə birlikdə 2004-cü ilədək Qırğızıstan Respublikasında yaşasa da, sonradan övladı ilə birlikdə Azərbaycan Respublikasına gəlmişlər. X10 Qırğızıstan Respublikasının vətəndaşı olmuş, heç vaxt Azərbaycan Respubikasında yaşamamış, heç vaxt gəlməmişdir. X10 ilə birgə nikahdan doğulan 12 may 2000-ci il təvəllüdlü X13 2-ci Qarabağ müharibəsində iştirak edərək, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş, nəşi 2020-ci ilin dekabr ayında tapıldığından 29 dekabr 2020-ci il tarixdə dəfn edilmişdir. Şəhid ailəsinin üzvü kimi Prezident tərəfindən təyin edilmiş 600 manat məbləğin ½ hissəsi 300 manat ona ödənilir, lakin hər ay Prezindet təqaüdünün ½ hissəsinə uyğun olaraq 300 manat ödənilmir. İddiaçı dəfələrlə cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının keçmiş həyat yoldaşı Qırğızıstan Respublikasının vətəndaşı X8 ilə nikahından xx.xx.2000-ci il tarixdə X14 dünyaya gəlmişdir. Bildirilirmişdir ki, uşaq doğulduğu gündən etibarən iddiaçının himayəsində olmuş, anası onun nə maddi nə də mənəvi ehtiyaclarını qarşılamamış, bir sözlə valideynlik vəzifələrinin icrasından qərəzli şəkildə yayınmışdır. N Məmmədov qeyd etmişdir ki, mərhum övladı ilə birlikdə 2004-cü ilədək Qırğızıstanda yaşamış daha sonra isə Azərbaycana qayıtmışdır. İddiaçı qeyd etmişdir ki, mərhum övladı İ.Məmmədov ölkənin ərazi bütövlüyü uğrunda xx.xx.2020-ci il tarixdə başlamış 2-ci Qarabağ müharibəsində fəal iştirak etmiş və xx.xx.2020-ci il tarixdə şəhid olmuşdur. İddiaçının müraciəti üzrə xx.xx.2022ci il tarixli **********9 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Nazirlər Kabinetinin 29 yanvar 2007-ci ıl tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları”nın 6-ci bəndinə əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezdentinin təqaüdü hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Şəhid İ.Məmmədovun anası G.Seypatovnanın analıq huququndan məhrum olması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdən sonra şəhid ailəsi üçün Prezident təqaüdünün tam məbləğdə ödənilməsi məsələsinə yenidən baxıla bilər. İddiaçı N Məmmədov bildirmişdir ki, cavabdeh orqan tərəfindən verilmiş imtina qanunsuz və əsassız olduğundan iddia tələbi təmin edilərək şəhid ailəsi üvzünə ödənilən Prezident təqaüdü G.Seypatovnaya münasibətdə dayandırılmalı və tam məbləğdə ona ödənilməlidir. Hesab olunur ki, cavabdeh tərəfindən verilmiş imtina qanuni və əsaslı olduğundan iddia tələbinin təmin edilməməlidir. Belə ki, iş üzrə icraat materialların əlavə edilmiş N. Məmmədova məxsus şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.1954-cü il tarixdə Tərtər rayonunda doğulmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş mərhum İ. Məmmədova məxsus şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki. o, xx.xx.2000-cı ıl tanxdə Qırğızıstan Respublikasının Bişkek şəhərində doğulmuşdur. İş üzrə icraat materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, mərhum İddiaçı İsa oğlu xx.xx.2020-cı il tarixdə başlamış Vətən müharibəsində iştirak etmiş və xx.xx.2020-ci il tarixdə şəhid olmuşdur. İş üzrə icraat matenallarında olan Suraxanı Rayon Qeydiyyat şöbəsinin arayışına əsasən xx.xx.2000-ci il təvəllüdlü i.Məmmədovun nikah akt qeydi aşkar edilməmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-cı il tarixli arayışında qeyd olunur ki, Qırğızıstan Respublikasının vətəndaşı Buratıova Guliatarın Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, həmçinin daimi və ya müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. İş uzrə icraat materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial təsdiqlı surətinə əsasən X11 ata qrafasında İddiaçı ana qrafasında isə X3 adı qeyd edilmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli arayışına əsasən İ. Məmmədov şəhid onun ailəsi isə şəhid ailəsi hesab edilir. İş üzrə icraat materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 13 05.2022- cü il tarixli 2(010)-1141/2022 nömrəli qətnaməsi ilə müəyyən olunur İddiaçı keçmiş həyat yoldaşı X2rşı “valideynlik hüquqlarından məhrum etmə” tələbinə dair iddia qaldırsa da iddia tələbi təmin edilməmişdir. İş üzrə icraat materialları ilə müəyyən edilir ki. iddiaçı N Məmmədova başlanğıc tarixi xx.xx.2020-ci il tarixi olmaqla proaktiv qaydada şəhid ailəsi üçün Prezident təqaüdü təyin edilmişdir. İş üzrə icraat materiallarına əlavə olunmuş Fondun Xususı şərtlərlə təyinat üzrə mərkəzi Filialının xx.xx.2021ci il tarixli **********8 nömrəli qərarı ilə iddiaçı N Məmmədova ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilərək ödənildiyi müəyyən edilir. İş materialları ilə X3 valideynlik hüquqlarının məhdudlaşdırılması və ya valideynlik hüququndan məhrum edilməsi müəyyən edilmir. Göründüyü kımı məhkəmə qaydasında valideynlik huququndan məhrum edilməyən vərəsələr, o cümlədən valideynlik hüququndan məhrum olmayan şəhid ailəsi üzvləri onlar üçun qanunvericiliklə müəyyən edilmiş hüquqlara birgə təsərrüfat şəraitində yaşayıb yaşamadığından asılı olmayaraq malikdirlər. Nəzərinizə çatdırılır kı, qüvvədə olan normativ hüquqi aktlara əsasən şahid ailəsinin üzvü olan şəxslərin şəhid olmuş şəxslə birgə təsərrüfat şəraitində yaşamış ailə üzvü olub-olmadıqlarına dair araşdırma və qiymətləndirmə aparmaq səlahiyyəti və öhdəliyi müəyyən edilmədiyindən habelə bu araşdırmanın hansı qaydada aparılacağı ilə bağlı reqlament və s. olmadığından hazırkı iddia tələbinin təmin edilməsi qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. İşdə olan ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, mərhum İddiaçı İsa oğlu “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr” nəticəsində 02 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir.
8. Azərbaycan Respublikasının Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin 19 aprel 2024-cü il tarixli arayışına əsasən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan şəhid ailəsi üzvü kimi 300 manat məbləğində Prezident təqaüdü alır.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1141/2022 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə İddiaçı cavabdeh X2rşı “valideynlik hüquqlarından məhrum etmə” tələbinə dair iddiası təmin edilməmişdir.
10. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq imtina məktubuna əsasən bildirilmişdir ki, “Şəhid ailəsi üçün Azərbaycan Respubikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydalarının 6-cı bəndinə əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Ona xx.xx.2020-ci il tarixindən ailə üzvlərininn sayına uyğun olaraq şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və hazırda 250 manat məbləğində olmaqla ödənişi davam etdirilir. Əlavə olaraq bildirilmişdir ki, şəhid İ.Məmmədovun anası X4 analıq hüququndan məhrum olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qərarını təqdim etdikdən sonra şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ona tam məbləğdə ödənilməsinə yenidən baxıla bilər.
11. Cavabdeh tərəfindən inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. -Doğum haqqında şəhadətnamədən görünür ki, 12 iyun 2000-ci il təvəllüdlü X11 valideynləri qrafasında ata olaraq İddiaçı İsgər oğlu, ana olaraq X5 adı göstərilmişdir. -Suraxanı rayon Qeydiyyat Şöbəsinin arayışına əsasən xx.xx.2000-ci il təvəllüdlü X11 nikah akt qeydi aşkar edilməmişdir. -Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli arayışında qeyd olunur ki, Qırğızıstan Respublikasının vətəndşı Buranova Guliatarın Azərbaycan Respublikasının vətəndaşlığına qəbul həmçinin daimi və ya müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayon İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü X13 xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xx.xx.2020-ci il tarixdən X13 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
16. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
17. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir.
18. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının: - 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. - 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa;
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş ““Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi”” Qaydasının: - 1. Bu Qaydalar “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir. - 2. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2. valideynlərinə; 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə.
6. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir.
20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 43. Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. - 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. - 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. - 65.1. Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. - 66.1. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən bu Məcəllənin 82-ci maddəsinə əsasən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər.
21. Məhkəmə ilk növbədə qeyd edir ki, şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması daim vətəndaş cəmiyyətinin də diqqət mərkəzindədir. Azərbaycan xalqı xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq, təmənnasız kömək ənənələrini davam etdirir, vətəndaşların, xarici ölkələrdə yaşayan soydaşları, sahibkarlar, humanitar və digər təşkilatlar şəhid ailələrinin və hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım sahəsində həmrəylik nümayiş etdirirlər.
22. Qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərindən görünür ki, şəhid adını qazanmış şəxslərin ailə üzvlərinə “şəhid ailəsi” statusu verilir və onlar qanunvericiliklə müəyyən olunmuş imtiyazlar istifadə etmək hüququna malikdirlər. Qeyd olunmalıdır ki, şəhid ailə üzvlərinin əhatə dairəsi yuxarıda adıçəkilən Qaydaların müddəaları ilə təsbit olunmuşdur ki, valideynlərdə məhz şəhid ailə üzvləri hesab olunurlar.
23. Diqqətəlayiq məqamlardan biri odur ki, valideynlər birgə təsərrüfat şəraitində yaşayıb-yaşamamasından asılı olmayaraq şəhid ailə üzvləri hesab olunurlar. Yalnız o halda, onlar şəhid ailə üzvlərinin imtiyazlardan istifadə etmək hüququnu itirirlər, əgər hər hansı birinin valideynlik hüququ məhkəmə qətnaməsi ilə məhrum edilmiş olsun.
24. Hüquqi aspekt baxımından bu mövqeyinin özü də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 66.1-ci maddəsinin norması ilə təsbit olunan anlayış ilə də ehtiva olunur. Maddənin normasına görə valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən bu Məcəllənin 82-ci maddəsinə əsasən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər.
25. Bəhs olunan qanunvericiliyin müddəalarını hazırki işin faktiki hallarına tətbiq etdikdə məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, mərhum X12 şəhid statusu verildiyindən, onun ailə üzvləri şəhid ailə üzvləri hesab olunurlar.
26. İddiaçının hazırki iddia tələbi ilə nail olmaq istədiyi məqsəd 2-ci Qarabağ müharibəsinin şəhidi X11 ailə üzvü kimi təyin edilmiş Prezident təqaüdünün tam şəkildə ödənilməsi öhdəliyinin və ödənilməmiş aylıq 300 manat hissəsinin hesablanmaqla tam şəkildə ödənilməsinin təmin edilməsidir. Halbuki, iddiaçı nəzərə almamışdır ki, Prezident təqaüdünün bir hissəsi şəhidin ailə üzvü kimi hesab olunan X7 ödənilməkdədir. Adıçəkilən şəxsin valideynlik hüquqları məhrum edilmədiyindən, onun iddiaçı ilə yanaşı şəhid ailə üzvü kimi təqaüd almaq hüququ mövcuddur.
27. Eyni zamanda, o da nəzərə alınmalıdır ki, iddiaçı X2rşı mülki məhkəmə icraatı çərçivəsində iddia irəli sürərək valideynlik hüququndan məhrum edilməsini arzulasada, faktiki olaraq onun tələbi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1141/2022 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə təmin olunmamışdır. Hazırda həmin məhkəmə qətnaməsi qüvvədədir.
28. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh yuxarıda göstərilən bütün hallara məcmu şəkildə qiymət vermiş və əsaslı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva