Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9359/2024 29.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “onun xeyrinə kəşfiyyat subyektləri əməkdaşları üçün nəzərdə tutulmuş 3 illik kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı onun xeyrinə kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş illik kompensasiyanın ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. N. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı MAHHXXHQ əsgər İddiaçı Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrin (N nömrəli hərbi hissəsinin) N nömrəli hərbi hissəsinin xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı tağımın xüsusi təyinatlı manqasını heyət nəfəri atacı vəzifəsində xdmət etmiş, N nömrəli hərbi hissə komandirinin N0N1-ci il tarixli əmrinə əsasən o ehtiyyata buraxılmışdır. Belə k, “Vətən Müharibəsi” döyüş əməliyyatı başladığı andan, N nömrəli hərbi hissə komandirinin N76 saylı N7 sentyabr N0N0-ci il tarixli əmri ilə İddiaçı döyüş təyinatlı rayonunda döyüş tapşırığına getmiş hesab edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.N0N0-ci il tarixdə xəsarət almış və N30 nömrəli hərbi hissəyə (Gəncə Hospitalına) müalicə üçün göndərilmişdir. MAHHXHQ əsagər İddiaçı sülh və müharibə dövründə orduda etdiyi xidmətlərə görə “Şücayətə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, həmçinin “Müharibə Veteranı” adı və vəsiqəsi verilmişdir. MAHHXHQ əsgər İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinika rəisinin sərəncamına əsasən 15968 nömrəli N6 dekabr N0N0-ci il tarixli Xəstəlik haqqında Şəhadətnaməyə əsasən şəhadətləndirilmişdir. Həmin şəhadətnaməyə əsasən diaqnoz və xəsarətin səbəb əlaqəsi haqqında Hərbi Həkim Komissiyasının qərarına əsasən N sentyabr N0N0-ci il tarixdə partlayış travması nəticəsində sol gözün nüfuz edən qəlpə yarası, posttravmatik kataraktasma görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, FAKO-HİOL implantasiya əməliyyatından sonrakı psevdofakiya, posttravmatik retnopatiya nəticəsində görmə itiliyinin 0,08-ə qədər azalması, korreksiya etmir, sağ gözün görmə itiliyi 1,0 olmaqla, həmçinin döş qəfəsinin arxa səthinin boşluğuna nüfuz edən kor qəlpə yaralanması, sağ tərəfli hemopnevmotoraks, qarının sağ divarının dəlib-keçən güllə yarası, qaraciyərinin sağ payının cırılma yarası və s. xəsarətlər nəticəsində sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi Həkim Ekspertizası Haqqında Əsasnaməyə müvafiq olaraq Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə İddiaçı N sentyabr N0N0-ci il tarixdə aldığı xəsarətlər hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır, səbəb əlaqəsi ilə təsdiq olunmuşdur. Bu xəstəlik haqqında şəhadətnamə əsas götürülərək İddiaçı xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı TSEK-in arayışına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlərə görə 3-cü dərəcəli əlillik qrupu təyin edilmişdir. Bundan sonra iddiaçı MAHHXHQ əsgər İddiaçı cavabdeh xx.xx.N0N4-cü il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə ərizə ilə müraciət edərək kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyasının ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lakin, AR Müdafiə Nazirliyi 8/964 saylı xx.xx.N0N4-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı hərbi əməliyyatlar zamanı tutduğu “N nömrəli hərbi hissənin C tağımının (xüsusi təyinatlı) heyət nəfəri - atıcısı vəzifəsi Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı vəzifəsi hesab edilmədiyindən, Nazirlər Kabinetinin 180-N4 nömrəli N3 noyabr N004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “ Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun tələb etdiyi kompensasiyanın ödənilməsi mümkün hesab edilməmişdir. Lakin iddiaçı hesab edir ki, Müdafiə Nazirliyi onun ərizəsinə baxarkən bir sıra hüquqi məsələləri nəzərə almamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin komandirinin MN-nin Kəşfiyyat Baş İdarəsinə (N nömrəli hərbi hissəyə) təqdim etdiyi N saylı xx.xx.N0N3-cü il tarixli arayışına əsasən İddiaçı həqiqətən N7.09-xx.xx.N0N0-ci il tarixlərdə komandanlığın sərəncamına əsasən N nömrəli hərbi hissənin xüsusi təyinatlı dəstəsinin tərkibində düşmənin yerləşdiyi ərazilərdə döyüş tapşırığını yerinə yetirərkən kəşfiyyat fəaliyyətini icra etmiş və Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə yaralanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin komandirinin MN-nin Maliyyə və Büdcə İdarəsinə təqdim etdiyi NN7 saylı xx.xx.N0N3-cü il tarixli arayışına əsasən İddiaçı həqiqətən Müdafiə Nazirinin xx.xx.N0N1 -ci il tarixli 04 nömrəli əmrinə əsasən “kəşfiyyat ixtisası” üzrə N-ci məharət dərəcəsi verilmişdir. “Kəşfiyyat və Əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun N0.6 və N0.7-ci maddələrinə əsasən kəşfiyyat tapşırığı yerinə yetirdiyinə görə N0N0-ci ildə kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları üçün nəzərdə tutulmuş N aylıq pul təminatı həcmində məzuniyyət və müalicə pulları ödənilmişdir. Müdafiə Nazirliyinin imtina məktubunda göstərilmiş Müdafiə Nazirinin N0N0- ci il tarixli əmri ilə təsdiq olunmuş kəşfiyyat fəaliyyəti subyekti əməkdaşlarının vəzifələri siyahısında qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu əmrdə siyahıda göstərilməyən və xüsusi təyinatlı qüvvələrin tabeliyində vəzifələr tutan hərbi qulluqçular komandanlığın sərəncamına əsasən düşmənin yerləşdiyi ərazilərdə kəşfiyyat və ya kəşfiyyat diversiya fəaliyyətini icra etdiyi müddətdə bu əmrin qüvvəsi onlara da şamil edilir. Müdafiə Nazirinin müvafiq əmrində kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları qismində vəzifələri göstərilməyən, lakin N0N0-ci il Vətən Müharibəsi və N0NN- ci il Kəlbəcər hadisələri zamanı şəhid olmuş və İddiaçı ilə eyni vəzifələr tutmuş və ya icra etmiş hərbi qulluqçular Müdafiə Nazirinin müvafiq əmrinin qeyd hissəsinə əsaslanaraq Qanunun N0.1N-ci maddəsinə uyğun olaraq onlara (və ya ailə üzvlərinə) kompensasiyalar ödənilmişdir. Cavabdeh AR Müdafiə Nazirliyinin İddiaçı verdiyi imtina tam əsassız və qeyri-qanunidir. Azərbaycan Respublikası Prezidentinin N8 yanvar N005-ci il tarixli 186 saylı Fərmanının 1-ci bəndinə əsasən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır: 1.4. müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları: 1.4.1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun N0.1N-ci bəndinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş, təqdim edilmiş sərəncamın icrası ilə əlaqədar olaraq iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Etiraza əsasən, o, xx.xx.N0N0-ci il tarixdə travma almışdır və "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının xx.xx.N004-cü il tarixli 711-İİQ nömrəli Qanununun N0.N-ci maddəsinin tələblərinə uyğun olaraq ona kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaya cavab olaraq bildirilmşdir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə uyğun olaraq verilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin N8 yanvar N005-ci il tarixli 186 №li Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyəti üzrə subyekt müəyyən edilmişdir. Həmçinin, həmin Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına nəzərdə tutulmuş vəzifələrinin müəyyən edilməsi, yuxarıda qeyd olunan Fərmana əsasən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Fərmanın icrası ilə bağlı müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahıları, həmçinin vəzifələri təsdiq edilir. Yuxarıda yazılanları nəzərə alaraq bildiririk ki, N №li hərbi hissədə, kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının siyahıları Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrlərinə əsasən təyin edilir. İddiaçı, N0N0-N0N1-ci illərdə tutduğu vəzifələr üzrə, Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat fəaliyyəti həyata keçirən əməkdaşların siyahısına daxil edilməmişdir. Öncə qeyd olunanlardan aydın olur ki, sözügedən hərbi hissələrdə xidmət etmək və ya onların tərkibində döyüş əməliyyatlarında iştirak etmək kəşfiyyat fəaliyyətinin əmakdaşı olmaq anlamını vermir. Qeyd olunmuş vəzifələr və vəzifədən irəli gələn tədbirlərin yerinə yetirilməsi Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahısı (hərbi qulluqçuların hamısı deyil), yalnız müdafiə nazirinin müvafiq əmrlərilə elan olunur. Müdafiə Nazirliyi icra orqanı olaraq qəbul olunmuş Qanunların və Qərarların icraçısıdır. Yuxarıda qeyd edilən normativ hüquqi aktlar müvafiq səlahiyyətli orqanlar tərəfindən qəbul edilmişdir və onların Müdafiə Nazirliyi tərəfindən başqa formada təfsil və icra edilməsi qanunauyğun deyildir.
4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində cavabdehin nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayənsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
6. Cavabdehin 8/964 nömrəli 08 aprel N0N4-cü il tarixli imtina məktubuna əsasən “N nömrəli hərbi hissənin “C” taqımının heyət nəfəri - atıcısı” vəzifəsi Azərbaycan Respublikası müdafiə nazirinin N0N1-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı vəzifəsi hesab edilmir. Yuxarıda göstərilənləri nəzərə alıb, Nazirlər Kabinetinin 180-N4 №-li N3 noyabr N004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun tələb kompensasiyanın ödənilməsi mümkün deyil.
7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hissənin 549 nömrəli 01 sentyabr N0N3-cü il tarixli arayışına əsasən sabiq hərbi qulluqçu ehtiyatda olan mahhxhq əsgər İddiaçı ondan ötrü ki, o, həqiqətən “Vətən müharibəsində” xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərdə Kəlbəcər rayonu istiqamətində N nömrəli hərbi hissənin xüsusi təyinatlı dəstənin tərkibində düşmənin yerləşdiyi ərazilərdə döyüş tapşırığını yerinə yetirərkən kəşfiyyat fəaliyyətini icra etmiş və yaralanmışdır.
8. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həssənin NN iyul N0N3-cü il tarixli NN7 nömrəli ehtiyatda olan hərbi qulluqçu mahhxhq əsgər İddiaçı ondan ötrü ki, həqiqətən Azərbaycan Respublikasının Müdafiə Nazirinin 07.01,N0N1-ci il tarixli 04 nömrəli əmrinə əsasən “kəşfiyyat ixtisası” üzrə N-ci məharət dərəcəsi verilmişdir.
9. N nömrəli Hərbi Hissə Komandirinin 10 iyul N0N0-ci il tarixli 198 nömrəli əmrindən çıxarışa əsasən N nömrəli hərbi hissənin komandirinin N iyul N0N0-ci il tarixli 0N7 əç nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N6-cı maddəsinin “a”, 1N-ci maddəsinin “b” və 33-cü maddəsinin “a” bəndlərinə müvafiq olaraq, Xüsusi Təyinatlı Qüvvələrin Tədris Mərkəzində 04 may-N4 iyun N0N0-ci il tarixlərdə keçirilən “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu” nu müvəffəqiyyətlə bitirmiş, müddətli həqiqi hərbi xidməti başa çatmış, N nömrəli hərbi hissənin aşağlda adları çəkilən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları Azərbaycan Ordusunda bağlaşma əsasında 3 il müddətinə “müddətdən artıq həqiqi hərbi xidmətə” könüllü qəbul edilməklə hərbi hissədə müvafiq vəzifələrə təyin olunsunlar və təyin olunduları vəzifələrinin icrasına başlamış hesab olunsunlar. Əsgər İddiaçı 1-ci xüsusi təyinatlı dəstənin xüssi təyinatlı taqımının xüsusi təyinatlı manqasının heyət nəfəri-atıcısı vəzifəsindən -1-ci Xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı taqımının xüsusi təyinatlı manqasının heyət nəfəri-atıcısı (HUİ-051) vəzifəsinə təyin edilmişdir.
10. N nömrəli Hərbi Hissə Komandirinin N7 sentyabr N0N0-ci il tarixli N76 nömrəli əmrindən çıxarışına əsasən N nömrəli hərbi hissə komandirinin NN sentyabr N0N0-ci il tarixli 01 nömrəli əmrinə müvafiq olaraq MAHHXHQ əsgər İddiaçı “C” taqımın N-cü manqasının heyət nəfəri-atıcısı hərbi hissənin qarşısına qoyulmuş döyüş tapşırıqlarının icrası ilə əlaqədar döyüştəyinatı rayonuna çıxarılmış hesab edilmiş və ərazi çıxışında qazan təminatina qoyulmuşdur.
11. N nömrəli Hərbi Hissə Komandirinin N sentyabr N0N0-ci il tarixli N79 nömrəli əmrindən çıxarışına əsasən MAHHXHQ əsgər İddiaçı “F” dəstəsinin “C” taqımın N-cü manqasının heyət nəfəri-atıcısı, müalicəyə, N30 nömrəli hərbi hissəyə (Gəncə şəhəri) N sentyabr N0N0-ci il tarixdən getmiş hesab edilmişdir. 1N. N nömrəli Hərbi Hissə Komandirinin N5 may N0N1-ci il tarixli 149 nömrəli əmrindən çıxarışına əsasən müddətdən artıq həqiqiq hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı, xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı taqımının xüsusi təyinatlı manqasının heyət nəfəri-atıcı, N nömrəli hərbi hissə komandirinin N may N0N1-ci il tarixli 0N1 əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin V bəndinə (xəstəliyinə görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxildığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, N0N1-ci ilin növbəti məzuniyyəti (30 təqvim günü) verilməklə, N4 iyun N0N1-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinə göndərilmişdir. Müddətdən artıq həqiqiq hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli qərarına əsasən N0N1-ci il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Müddətdən artıq həqiqiq hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı ehtiyata buraxılması ilə əlaqədar beşaylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilmişdir.
13. N6 dekabr N0N0-ci il tarixli 15968 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə İddiaçı MN Mərkəzi Hərbi Poliklinikasının Hərbi-Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Azərbaycan Rspublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli,59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi Həkim Ekspertizası haqqında Əsasnaməyə müvafiq olaraq Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə İddiaçı N sentyabr N0N0-ci il tarixdə aldığı partlayış travması hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır, səbəb əlaqəsi ilə təsdiq olunmuşdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin N.N.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel N015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (N.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq cavabdeh inzibati orqana müraciət etdilmişdir. Cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. N0. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı qanunvericiliyin aşağıda qeyd edilən normalarına istinad etməyi zəruri sayır. N1. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.N. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.N. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə N0. İnzibati orqana müraciət etmək hüququ N0.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. N0.N. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur Maddə N4. İşin hallarının obyektiv araşdırılması N4.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. N4.N. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. N4.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. N4.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. N4.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. NN. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinin 1-ci bəndinə əsasən Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. N3. Kəşfiyyat və əks-kəşfiyyat haqqında Azərbaycan Respublikasının Qanunun: 1.1. Kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. 1.N. Kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. 1.3. Əks-kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terrortəxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.N. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. 14.N. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 14.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları "Hərbi vəzifə və hərbi xidmət haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə, hərbi nizamnamələrə və digər hərbi qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həqiqi hərbi xidmət keçirlər. N4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3 noyabr N004-cü il tarixli 180-N4 nömrəli Qərarı ilə təsdiq edilmiş (dərc edilmir) “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın. N.N-ci bəndinə əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. N5. İşin hallarından müəyyən olunur ki, iddiaçının tələbi kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş illik kompensasiyanın ödənilməsi barədədir. Cavabdeh isə iddiaçının müraciətinə imtina edərək onun kəşfiyyat və əks-kəşfiyyat fəaliiyətinin subyekti əməkdaşı vəzifəsi olmadığından kompensasiya məbləğinin verilməsindən imtina etmişdir. N6. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddianın təmin edilməsi üçün aşağıdaki əsaslar sübut olunmalıdır:
1. Şəxsin xidmət etdiyi qurumun kəşfiyyat fəaliyyəti subyekti (strukturu və ya orqan) olması; N. Şəxsin kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı olması;
3. Şəxsin kəşfiayyat fəaliyyətini icra edən zaman yaralanması sübuta yetirilməlidir. N7. Məhkəmə birinci əsas ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Prezidentinin N8 yanvar N005-ci il tarixli 186 saylı Fərmanının 1-ci bəndinə əsasən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini həyata keçirən müvafiq strukturları ilə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən subyektdir. Yəni Müdafiə Nazirliyi birbaşa olaraq kəşfiyyat fəaliyyəti subyekti kimi çıxış etmir, yalnız yaratdığı müvafiq sturukturları kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektidir. Bu subyektlər (struktur və orqanların) dairəsi cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə gətirilmiş məxfi əmrində iddiaçının xidmət etdiyi hərbi hissənin struktur (kəşfiyyat orqanı) olması göstərilmişdir. Göründüyü kimi iddiaçının xidmət etdiyi qurum kəşfiyyat fəaliyyət subyekti olmuşdur. N8. İkinci əsas ilə bağlı qeyd olunur ki, Müdafiə Nazirinin məxfi əmrindən müəyyən edilir ki, şəxsin kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı olması üçün həmin əmrdə qeyd olunan hərbi hissənin müvafiq hərbi vəzifəsini tutmalı və ya əmrin qeyd hissəsinin əhatə dairəsinə düşməlidir. Araşdırma zamanı müəyyən olunur ki, İddiaçı həqiqətən xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı taqımının xüsusi təyinatlı manqasının heyət nəfəri-atıcısı vəzifəsində xidmət etməsi sübuta yetirilir. Belə olan halda iddiaçının kəşfiyyat orqanı (xüsusi təyinatlı dəstə) əməkdaşı olması sübuta yetirilir. N9. Üçüncü əsas ilə bağlı qeyd olunur ki, N6 dekabr N0N0-ci il tarixli 15968 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə iddiaçının N sentyabr N0N0-ci il tarixdə aldığı partlayış travması hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alması sübuta yetirilir.
30. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
31. Azərbaycan Respublikasının Konstitusiyasının N5-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 3N. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.
33. Konstitusiya Məhkəməsi Plenumunun qərarlaıında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın N5-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı- seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətıribçıxara bilər.
34. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14- cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa iləbağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə NN mart N01N-ci il tarixli qərar, §§ 85-86).
35. Kəşfiyyat və əks-kəşfiyyat haqqında Azərbaycan Respublikasının Qanunun 8.1.13-cü maddəsinə əsasən, kəşfiyyat subyektlərinin hüquqlarından biri Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, xüsusi təyinatlı dəstələrinin yaradılması və istifadə olunmasıdır. Müdafiə Nazirliyi xüsusi təyinatlı, həmçinin kəşfiyyat-diversiya fəaliyyətinin həyata keçirilməsi üçün qanunun bu maddəsinə uyğun olaraq xüsusi təyinatlı qüvvələr yaratmışdır (05N, N saylı hərbi hissə). Həmçinin qanunun 14.N-cı madəsınə əsasən, Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. Qanunun N0.N-ci maddəsinə əsasən, Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks- kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir
36. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun N0.1N-ci bəndinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir.
37. Beləliklə məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlra məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 5N-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 39.Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
40. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
41. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 4N. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı üç illik pul təminatı məbləğində kompensasiya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva