Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-936/2023 07.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin istismarına icazə verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı firması (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihə sənədləri nəzərə alınaraq Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 290 nömrəli sərəncamı ilə tikintisinə icazə verilmiş Nəsimi rayonu, 1-ci mikrorayon, A.Məhərrəmov və Cavadxan küçələrinin kəsişməsində yerləşən 23 saylı binanın yaxınlığındakı (hazırki ünvan A.Məhərrəmov küçəsi, 51) 2 mərtəbəli qeyri-yaşayış binasının istismarına icazə verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina edərək bildirmişdir ki, tikintisinə icazə tələb olunan obyektlərin istismarına icazə verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Qərarının tələblərinə uyğun olaraq tam tərkibdə təqdim edildikdən sonra həyata keçirilir. Həmçinin xarici və daxili mühəndis-kommunikasiya təminatı sistemlərinin (istilik, rabitə, elektrik, su və kanalizasiya) müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktlar, tikinti obyektinin ünvanı haqqında arayış, kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arayışı, obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayışda göstəricilər uyğun gəlmir, tikinti obyektinin sanitar-gigiyena və sanitar-epidemioloji tələblərə uyğunluğu haqqında Gigiyena və Epidemiologiya Mərkəzinin arayışı, obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt iddiaçı tərəfindən təqdim edilməmişdir. Daha sonra iddiaçı tərəfindən müvafiq sənədlər əlavə edilməklə xx.xx.2021-ci il tarixdə eyni tələblə bağlı yenidən cavabdehə müraciət edilmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina edərək bildirmişdir ki, xarici və daxili mühəndis-kommunikasiya təminatı sistemlərinin (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya) müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktlar, kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arayışı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 12 yanvar 2015-ci il tarixli 4 nömrəli Qərarına əsasən tikinti obyektinə verilmiş kodun nömrəsi müarciətə əlavə edilməmişdir. Həmçinin bildirilmişdir ki, obyektin layihə üzrə göstəriciləri ilə faktiki əsas texniki göstəriciləri uyğun gəlmir (qeyri-yaşayış binası 2 mərtəbəli + mansarda razılaşdınlmasına baxmayaraq, 2 mərtəbəli inşa edilmişdir). İddiaçı xx.xx.2021-ci il tarixdə yenidən cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina edərək bildirmişdir ki, tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin sıyahısı”nın təsdiq edilməsi haqqında Qərarının tələblərinə uyğun olaraq tam tərkibdə təqdim edildikdən sonra həyata keçirilir. İddiaçı bundan sonra cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, A.Məhərrəmov və Cavadxan küçələrinin kəsişməsindəki 23 saylı binanın yaxınlığında inşa edilmiş (hazırkı ünvan A.Məhərrəmov küçəsi 51) qeyri-yaşayış binası üçün istismara icazə sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı Firması tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, A.Məhərrəmov və Cavadxan küçələrinin kəsişməsindəki 23 saylı binanın yaxınlığında qeyri-yaşayış binası inşa edilmişdir. Qeyri-yaşayış binasının inşa edilməsi və istismarına icazə alınması üçün aşağıdakı hərəkətlər edilmişdir: Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci tarixli 370 saylı sərəncamı ilə Nəsimi rayonu, 1-ci mkr, A.Məhərrəmov küçəsi ilə Cavadxan küçələrinin kəsişməsində 23 saylı binanın yaxınlığında yerləşən ünvanda qeyri-yaşayış binasının tikintisinə icazə verilmişdir. Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 290 saylı sərəncamı ilə layihənin yeni variantda tikintisinə icazə verilmişdir. Qeyri-yaşayış binasının eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli 18/03-8/2523 saylı məktubu ilə layihənin yeni variantı razılaşdırılmışdır. Tikinti işləri başa çatdıqdan sonra FHN-nin Tikintidə X1 Ağentliyinin Təhlil Qrupunun 10 mart 2020-ci il tarixli, 1046 nömrəli rəyinə əsasən Nəsimi rayonu, 1-ci mkr, A.Məhərrəmov küçəsi ilə Cavadxan küçələrinin kəsişməsində 23 saylı binanın yaxınlığında yerləşən İddiaçı Firmasına məxsus 2 mərtəbəli qeyri-yaşayış binasının yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. 22 may 2020-ci il tarixdə obyektin istismarına dair Ö/003733 nömrəli X6 verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixində ünvan reyestrindən arayış verilmişdir. “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi" Publik hüquqi şəxsi tərəfindən xx.xx.2021-ci il tarixində İddiaçı Firmasına məxsus obyekt sanitariya-gigiyenik və sanitariya-epidemioloji tələblərinə uyğun hesab edilmişdir. X7 Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə yanğın təhlükəsizliyinə əməl edilməsinə dair akt tərtib edilmiş və xx.xx.2021-ci il tarixli məktub göndərilmişdir. "Əminə” Firması tərəfindən qeyri-yaşayış binasının istismarına icazə sənədinin verilməsinə dair Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə xx.xx.2021-ci il tarixində müraciət edilmişdir. Komitənin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 03/07-136 nömrəli məktubu ilə kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arayışı təqdim edildikdən sonra müraciətə yenidən baxılacağı qeyd edilmişdir. xx.xx.2021-ci il tarixində İddiaçı Firması tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə qeyri-yaşayış binasının istismarına icazənin alınması üçün kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında arayışın alınması üçün müraciət edilmişdir. Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin xx.xx.2021-ci il tarixli cavab məktubu ilə müraciətin müsbət cavabladırılması məqsədəuyğun hesab edilməmişdir və bu haqda heç bir konkret və əsaslandırılmış cavab verilməmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin XO-xx-xx-2021-02 saylı, xx.xx.2021-ci il tarixli məktubu ilə müraciətə baxılaraq müsbət cavablandırılması məqsədəuyğun hesab edilməmişdir. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021-02267 saylı məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Qərarının tələblərinə istinad etmişdir. Daha sonra tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə təkrar müraciət edilmişdir. "Əminə” Firması tərəfindən sonuncu dəfə 2022-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına şikayət məktubu ünvanlanmışdır. Lakin Şura tərəfindən bu günə qədər cavab verilməmişdir. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin imtinası əsassızdır və formal xarakter daşıyır. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayədəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə, tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddiaçının hazırkı iddiası tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı əlverişli inzibati aktın qəbulundan ibarət olmaqla məcburetmə haqqında iddia növünə aiddir (İPM, maddə 2.2.2). Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra –İPM): -2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər; İddiaçı onun barəsində əlverişli inzibati akt qəbul edilməsi üçün düzgün cavabdehə qarşı iddia qaldırmışdır (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 895 saylı Fərmanında xx.xx.2018-ci il tarixədək olan müraciətlərə münasibətdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulmuşdur) və onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana hazırkı tələblə müraciət etmiş, imtina barədə məktubu əldə etdikdən sonra hazırkı iddianı qaldırmışdır (İPM, maddə 38.2). İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2011-ci il tarixli, 18/03- 8/3414 saylı məktubunun icrası barədə Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 370 nömrəli sərəncamından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsindən xx.xx.2011-ci il tarixli, 18/03-8/3414 saylı məktubu əsas götürülmüş, İddiaçı firmasına 1-ci mkr, A.Məhərrəmov küçəsi və Cavadxan küçələrinin kəsişməsində, 23 saylı binanın yaxınlığında qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013cü il tarixli, 18/03-8/2523 saylı məktubunun icrası barədə Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 290 nömrəli sərəncamından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli, 18/03- 8/2523 saylı məktubu əsas götürülmüş, İddiaçı firmasının direktoru X10 Nəsimi rayonu, 1ci mikrorayon, A.Məhərrəmov və Cavadxan küçələrinin kəsişməsində yerləşən 23 saylı binanın yaxınlığında Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində xx.xx.2013-cü il tarixli, 18/03-8/2523 saylı məktubla yeni variantda razılaşdırılmış layihə əsasında qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. FHN-nin Tikintidə X1 Ağentliyinin Təhlil Qrupunun 10 mart 2020-ci il tarixli, 1046 nömrəli rəyindən görünür ki, Nəsimi rayonu, 1-ci mkr, A.Məhərrəmov küçəsi ilə Cavadxan küçələrinin kəsişməsində 23 saylı binanın yaxınlığında yerləşən İddiaçı firmasına məxsus 2 mərtəbəli qeyri-yaşayış binasının yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. Qərarda göstərilmişdir ki, sahədə 2 mərtəbəli qeyri-yaşayış binasında texniki müayinə işləri aparılmışdır. Qeyri-yaşayış binası 2016-cı ildə inşa edilmişdir. Bina “L" şəkilli olub, А-D və 1-4 oxları arasında ölçüləri 17.0x17.5 metrdir. Mərtəbə hündürlüyü birinci mərtəbədə 3.40 m, ikinci mərtəbədə isə 3.30 m təşkil edir. Aşırımlar 6.40 m, 5.30 m və 5.30 m-dir. Addımlar 6.40 m, 6.40 m və 4.70 m-dir. Divarlar xarici və daxili yükdaşıyan divarların qalınlığı 400 mm olmaqla, mişarlanmış əhəng daşından inşa olunmuşdur. Qapılar metal plastikdəndir. Pəncərələr metal plastikdən quraşdırılmışdır. Dam örtüyü monolit dəmir beton tava üzrə izolyasiya materialındandır. Fasadlar sement-qum məhlulu ilə suvanmış, baş və yan fasad “Aqlay” üzlük daşı ilə üzlənmişdir. Binanın konstruktiv sxemi kompleks tikililərə aiddir. Yükdaşıyan divarlar mişarlanmış əhəng daşından, sütunlar, rigellər, kəmərlər və örtük tavası monolit dəmir-betondan inşa edilmişdir…Bütün konstruktiv elementlərinin armaturlanması layihəyə uyğun yerinə yetirilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində ekspertizadan keçməsi tələb olunmayan obyektlər ilə bağlı 89.1.1 maddəsinə əsaslanaraq insanların kütləvi toplanması olmayan sözügedən binanın ekspertizadan keçirilməsi tələb edilmir. İşdə olan xx.xx.2020-ci il tarixli, Ö/003733 nömrəli X6 ilə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi ilə Cavadxan küçələrinin kəsişməsində 23 saylı binanın yaxınlığında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasında sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən Dövlət nəzarətinin, müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi təsdiq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi" Publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, ünvan 4 ünvanında tikintisi başa çatmış, İddiaçı Firmasına məxsus obyekt sanitariya-gigiyenik və sanitariya-epidemioloji tələblərinə uyğun hesab edilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli su təchizatı və kanalizasiya sisteminə qoşulma aktından görünür ki, ünvan 4 ünvanında yerləşən tikinti obyektinin su təchizatı və kanalizasiya qurğularının texniki sənədlərinə və su xətlərinə baxış keçirilmiş, su xətləri və qurğularının layihə və tikinti normalarına uyğun tikildiyi və su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulmaq üçün hazır olduğu müəyyən edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ünvan reyestrindən arayışdan görünür ki, İddiaçı firmasına məxsus qeyri-yaşayış binasına (Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 51) xx.xx.2021-ci il tarixdə ünvan reyestrindən arayış verilmişdir. İşdə olan sənədlərdən müəyyən olunur ki, İstehlakçının su təhcizatı və kanalizasiya şəbəkəsinə qoşulması üçün Sukanal Elmi-tədqiqat və Layihə İnstitutu tərəfindən 30 yanvar 2015-ci il tarixli, 008/2/147 nömrəli Texniki Şərtlər təsdiq edilmiş, bundan sonra su təhcizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında su təhcizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədi barədə 04 aprel 2017-ci il tarixdə akt qəbul edilmiş, eyni tarixdə su təhcizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında su təhcizatı və kanalizasiya sisteminin istismar məsubiyyəti sərhədi barədə Bakı şəhəri Nəsimi rayon Sukanal İdarəsi tərəfindən 04 aprel 2017-ci il tarixli akt qəbul edilmişdir. Daha sonra su təhcizatı və kanalizasiya sisteminə qoşulması barədə Bakı şəhəri Nəsimi rayon Sukanal idarəsi tərəfindən 07 aprel 2017-ci il tarixli akt qəbul edilmişdir. “Əminə" firmasının su təhcizatı və kanalizasiya sistemindən istifadə edilməsinə dair Bakı şəhəri Nəsimi rayon Sukanal İdarəsi tərəfindən təkrar olaraq 27 sentyabr 2022-cı il tarixli “X8"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Əminə Firmasının direktoru A.Rayi Rzaya verilmiş xx.xx.2015-ci il tarixli 008/2/147 saylı "Texniki şərtə” əsasən ünvan 6 ünvanda yerləşən mövcud qeyri-yaşayış obyektinin, mövcud xarici su kəmərinə kanalizasiya xəttinə binadaxili paylayıcı su sisteminə, mühəndis-texniki qurğulara və quraşdırılmış sayğaca obyekt sahibinin iştirakı ilə texniki baxış keçirilmişdir. Azərsu” ASC tərəfindən verilmiş “Texniki şərtlərə" uyğun olaraq yerinə yetirilmiş işlərin mövcud vəziyyəti hal-hazırda aşağıda qeyd olunduğu kimidir. “Texniki şərtlərə" uyğun olaraq, ərazidən keçən, mövcud d- 200 mm olan, su kəmərinə d-32 mm birləşmə ilə qoşulmuşdur. Su xətti hal-hazırda istismara tam yararlıdır və istismar olunur. “Texniki şərtlərə" uyğun olaraq, ərazidən keçən mövcud d-200 mm olan təsərrüfat-məişət kanalizasiya xəttinə d-150 mm birləşmə ilə qoşulmuşdur. Kanalizasiya xətti hal-hazırda istismara tam yararlıdır və istismar olunur. İşdə olan sənədlərdən müəyyən olunur ki, mübahisəli qeyri-yaşayış sahəsinin qazlaşdırılması üçün istehlakçı ilə "xxxx" QSC arasında obyektin qaz layihəsinin hazırlanması üzrə 29 oktyabr 2018-ci il tarixli müqavilə bağlanılmışdır. Bundan sonra qeyri-yaşayış sahəsinin qazlaşdırılması üçün "X3 Layihə-smeta və ekspertiza şöbəsi tərəfindən (T.Ş. 7251-2018-03046 (D) kodla) 18 fevral 2019-cu il tarixli, 909 №-li "İşçi Layihəsi” təsdiq edilmişdir. Daha sonra “Azəriqaz Layihə İnşaat" MMC-nin Layihəkonstruktor bürosu tərəfindən hazırlanmış layihə-smeta sənədləri əsasında “Stoyk" MMC tərəfindən qeyri-yaşayış sahəsinin qaz kəməri quraşdırılaraq təhvil verilmişdir. Qeyriyaşayış sahəsinin binadaxili kəmərinin və eyni zamanda qaz kəmərlərinin istismara qəbul edilməsi barədə 29 mart 2019-cu il tarixli Akt tərtib edilmişdir. "xxxx" firması tərəfindən qazdan istifadə ilə bağlı qaz paylayıcısı ilə sənaye qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə 17 aprel 2019-cu il tarixli AMX-2491/19 №-li müqavilə bağlanılmışdır və hazırda abonent qazdan istifadə edir. İşdə olan sənədlərdən müəyyən olunur ki, "xxxx" firmasına məxsus qeyri-yaşayış sahəsinin elektrik enerjisi təhcizatı ilə təmin edilməsi üçün 30 oktyabr 2018-ci il tarixdə "Azərişıq” ASC-yə müraciət olunmuşdur. Bundan sonra, qeyri-yaşayış sahəsinin elektrik enerjisi təhcizatı ilə bağlı 2018-ci il tarixdə işçi layihəsi hazırlanmış və "Azərişıq” ASC tərəfindən ATŞH-18/2356 nömrəli 02 noyabr 2018-ci il tarixli texniki şərt verilmişdir. Qeyriyaşayış sahəsi xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-də 07/87-802 abonent kodu ilə "xxxx" firmasının direktoru X9 adına qeydiyyata alınmışdır. Daha sonra "xxxx" ASC-nın Nəsimi rayon "Enerji Təhcizatı və Satışı İdarəsi’ tərəfindən "xxxx" firmasına enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar mənsubiyyəti haqqında 22 iyun 2022-ci il tarixli 07/72/047 №-li Akt verilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının 01 noyabr 2022-ci il tarixli məktubuna əsasən "Elektrik enerjisinin istehsalı və elektrik qurğularının istismara buraxılması üçün güc hədlərinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2016cı il tarixli 482 nömrəli Qərarının 2-ci bəndinə əsasən istismarına buraxılış aktı verilən elektrik qurğularının gücü 150 kilovatdan yuxarı həddə müəyyən edilmişdir Ona görə də “Əminə" firmasına məxsus qeyri yaşayış sahəsinə verilən elektrik enerjisinin gücü 150 kilovatdan aşağı olduğu üçün istismarına buraxılış aktı verilməsi nəzərdə tutulmur. İddiaçı hazırda qeyd olunan sənədlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, A.Məhərrəmov və Cavadxan küçələrinin kəsişməsində yerləşən 23 saylı binanın yaxınlığında inşa etdiyi qeyri-yaşayış sahəsinin istismarına icazə verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: - maddə 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. - maddə 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. - maddə 102.1. Tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: - 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; - 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. - maddə 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir - maddə 102.4. Tikinti obyektinin istismarına icazənin verilməsi üçün müraciətin təqdim edildiyi gündən 20 gün, ekspertizası keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə 10 gün, reklam qurğularına münasibətdə isə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) obyektin istismarına icazə verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul edir. - maddə 102.4-1. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikinti obyektinin istismarına icazənin verilməsi haqqında qərarı 2 iş günü müddətində sifarişçiyə göndərir. Bu qərar sifarişçiyə daxil olduqdan sonra icazənin verilməsi üçün dövlət rüsumu 5 iş günü müddətində sifarişçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı” na əsasən tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 1.1. tikintiyə icazə; 1.2. xarici və daxili mühəndis-kommunikasiya təminatı sistemlərinin (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya) müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktlar; 1.3. tikinti obyektinin ünvanı haqqında arayış; 1.4. liftlərin istismara qəbulu aktı; 1.5. kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında yerli icra hakimiyyətinin, Azərbaycan Respublikası Mənzil X4 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həmin Agentliyin arayışı; 1.6. tikinti obyektinin sanitar-gigiyena və sanitar-epidemioloji tələblərə uyğunluğu haqqında Gigiyena və Epidemiologiya Mərkəzinin arayışı; 1.7. obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayış; 1.8. obyektə çəkilmiş maliyyə xərcləri (o cümlədən, tikinti-quraşdırma işlərinin dəyəri, avadanlıq, mebel və inventarın dəyəri, sair xərclər) haqqında arayış (obyekt dövlət vəsaiti hesabına tikildikdə); 1.9. obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt; 1.10. sənaye və istehsal obyektlərinin ekoloji təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arayışı; 1.11. tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirilərək istismara hazırlığına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt (X6); 1.12. sifarişçi tərəfindən hissələrlə (tikinti növbələri kimi) istismarına icazə alınmış obyektlərin bütövlüklə qəbula qədər istismara verilmiş hissələrinin icazə sənədləri. İşdən görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinin tikintisinə razılaşdırılmış layihə əsasında 2011 və 2013-cü illərdə icazə verilmiş, daha sonra tikilmiş obyektə dair X6 tərtib edilmiş, işıq, su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulma üçün texniki şərt tərtib edilmiş, Gigiyena və Epidemiologiya Mərkəzinin arayışı əldə edilmişdir. Göründüyü kimi, iddiaçı qanunvericiliklə tələb edilən sənədləri əldə etməklə cavabdehə təqdim etsə də, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı firmasının “qeyri-yaşayış sahəsinin istismarına icazə verilməsi” barədə müraciətinə (məhkəmə icraatı zamanı təqdim edilmiş sənədlər də qiymətləndirilməklə) yenidən baxılması üçün cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə 30 (otuz) gün müddət təyin edilmişdir. Cavabdeh qərardadın icrası ilə bağlı məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubunda göstərmişdir ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-7420/2022 nömrəli qərardadı əsasında, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 290 nömrəli Sərəncamı ilə İddiaçı firması tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, A.Məhərrəmov və Cavadxan küçələrinin kəsişməsində yerləşən 23 saylı binanın yaxınlığında inşa edilmiş 2 mərtəbəli qeyri-yaşayış binasının istismarına icazə verilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-936/2023 nömrəli məktubu ilə təqdim edilmiş tikinti sənədlərinin tamlığı yoxlanılmışdır. Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Qərarının tələblərinə uyğun olaraq tam tərkibdə təqdim edildikdən sonra həyata keçirilir. Aşağıdakı tikinti sənədləri təqdim edilməmişdir: xarici və daxili mühəndis-kommunikasiya təminatı sistemlərinin (qaz, istilik, rabitə və elektrik) müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktlar (qaz xəttinin aktı natamam təqdim edilmişdir); kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arayışı; obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayış; obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt; xx.xx.2020-ci il tarixli Ö/003733 nömrəli “X6’’nın 1-ci vərəqi. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 12 yanvar 2015-ci il tarixli 4 nömrəli Qərarına əsasən tikinti obyektinə verilmiş kodun nömrəsi təqdim edilməlidir. Göründüyü kimi, cavabdeh yenidən iddiaçının tələbini təmin etməkdən imtina etsə də, imtinasında göstərilən hallar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə müraciət edərək, kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında arayış verilməsini xahiş etmiş, Mərkəz xx.xx.2021-ci il tarixli məktubla iddiaçıya imtina cavabı verərək, göstərmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci və 84-cü maddəsinin tələblərinə uyğun olaraq sifarişçi tərəfindən obyekt tikintisinə icazə üçün tikintiyə icazə verən orqana (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə,), müraciət ünvanladığı təqdirdə tikintiyə icazə verən qurum tərəfindən texniki şərtin alınması üçün təchizat müəssisələrinə müraciət göndərilir. Qeyd olunanları nəzərə alaraq müraciətinin müsbət cavablandırılması məqsədəuyğun hesab edilməmişdir. Göründüyü kimi, Mərkəz həmin sənədin artıq tikintiyə icazə zamanı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əldə edildiyini bildirsə də, işdən görünür ki, qeyri-yaşayış sahəsinin tikintisinə icazə 2011-ci və 2013-cü illərdə yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi yalnız layihəni razılaşdırmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 102.1-2-ci maddəsinə əsasən həmin Məcəllənin 102.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir. Məhkəmə Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin də iddiaçının tabe olduğu Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tabe olduğunu nəzərə alaraq hesab edir ki, həmin sənədi özü əldə də biləcəyi halda buna istinadən iddiaçıya imtina cavabı verməsi əsaslı olmamışdır. Cavabdeh həmçinin tikinti obyektinə kod verilməsinin zəruriliyini bildirsə də, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarında belə bir tələb nəzərdə tutulmamışdır. İşən görünür ki, iddiaçı tərəfindən həmçinin su təchizatı və kanalizasiya sisteminə qoşulma aktı, binadaxili qaz kəmərlərinin X8, enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar mənsubiyyəti haqqında akt da cavabdehə təqdim edilmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş zəruri sənədləri cavabdehə təqdim etsə də, cavabdeh əsassız olaraq iddiaçıya imtina cavabı vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı hərəkətin edilməsini istisna edən faktiki şərtlərin mövcud olması sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı firması tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, A.Məhərrəmov və Cavadxan küçələrinin kəsişməsindəki 23 saylı binanın yaxınlığında inşa edilmiş (hazırkı ünvan A.Məhərrəmov küçəsi 51) qeyri-yaşayış binasının istismarına icazə verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-936/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-936/2023
07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver