Məhkəmə qərarları › İş №2-1(112)-9362/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9362/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9362/2025 15.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlilliyin təyin edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı təyin edilmiş əlilliyin ləğvi barədə qərarın etibarsız hesab edilməsi, Həsən Samil oğlunun əlillik statusunun ömürlük olaraq bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və zərurət yarandığı təqdirdə, məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsinin ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “İddiaçı orqanizminin funksiyasının 50-60% pozulmasının xx.xx.2024-cü il tarixdən müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, 13 may 2023-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya üçüncü dərəcəli əlillik təyin edilmişdir (Forma 88 № A00096742PRJ). Diaqnoz: dəqiqləşdirilməmiş anadangəlmə ixtioz, orqanizmin funksiyalarının pozulması 50%, təyinat müddəti isə 30 noyabr 2024-cü il tarixinədək müəyyən edilmişdir. Lakin, heç bir əsaslı tibbi dəyişiklik olmadan və xəstəliyin xroniki xarakterini nəzərə almadan, Həsənin əlillik statusuna xitam verilmişdir. Bu qərar onun mövcud sağlamlıq vəziyyəti və gündəlik həyat fəaliyyətinə ciddi təsir göstərmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan vəsatətdə bildirilir ki, iddiaçının əlillik təyinatı ilə bağlı sonuncu müraciəti Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında yoxlanmış və göndərişin natamam doldurulması səbəbilə tibb müəssisəsinə geri göndərilmişdir. Göründüyü kimi, iddiaçının əlillik vəziyyəti ilə əlaqədar TSEK yekun qərar qəbul edə bilməmişdir. AR İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə əsasən Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçının əyani müayinəsinin həyata keçirilməsi üçün müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir.

5. TSEK-Müayinələr: - xx.xx.2014-cü il tarixində aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçı xx.xx.2014-cü il tarixdə “Anadangəlmə ixtioz” diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaq olması ilə əlaqədar iki il müddətinə (Meyar 2) anadangəlmə anomaliyalı uşaq hesab edilmişdir. - xx.xx.2016-cı il tarixində aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçı xx.xx.2016cı il tarixdə “Anadangəlmə ixtioz” diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaq olması ilə əlaqədar üç il müddətinə (Meyar 3.1) sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. - xx.xx.2019-cu il tarixində aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçı xx.xx.2019cu il tarixdə “Anadangəlmə ixtioz” diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaq olması ilə əlaqədar üç il müddətinə (Meyar 3.1) sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. - xx.xx.2023-cü il tarixində aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2022-ci il tarixdə “Dəqiqləşdirilməmiş anadangəlmə ixtioz” diaqnozu ilə ümumi xəstəlik səbəbindən iki il müddətinə (Meyar 12.7.8.1) orqanizmin funksiyasının 50% pozulması müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Digər anadangəlmə ixtioz” diaqnozu ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, göndərişin natamam doldurulması - səbəb: əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi ətraflı qeyd edilməmişdir.

6. Bakı Baş Səhiyyə İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərrtib edilən, xx.xx.2024-cü il tarixdə imzalanan C00239003XEF nömrəli göndərişə əsasən İddiaçı müayinə nəticəsində XBT10 kodu Q80.8 “Anadangəlmə ixtioz” və Q80.8 “Dəqiqləşdirilməmiş anadangəlmə ixtioz” xəstəlikləri aşkar edilmişdir. Həkim müayinələri nəticəsində qeyd olunur: Q80.8 Digər anadangəlmə ixtioz, Uşaq ananın İV hamiləlik, İİ doğuşdandır. Hamiləlik anemiya fonunda keçib. Doğuş normal olub. Çəki 3.900 qr. Erkən psixofiziki inkişafı yaşina uyğun olub. Valideynlər yaxın qohumdur. Ailədə irsi ixtioz qeyd olunur (uşağın doğma bacısında, ananın dayısı və dayısı oğlunda). Uşaq anadan olandan xəstədir. Dəfələrlə ambulator və stasionar müayinə və müalicə olunub. Vəziyyəti orta ağırdır. Dəri səthində patoloji proses yayılmış xarakterlidir. Uşağın bütün dəri örtüyü diffuz olaraq qurudur, ağ-boz rəngdə qabıqlarla örtülüdür.

7. Məhkəmə iclasında iştirak edən iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən iştirak edən cavabdehin nümayəndəsi yazılı vəsatətin məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

10. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir.

11. Əlillik altsistemindən görünür ki, xx.xx.2024-cüi il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur.

12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

13. Hazırki iddia məcburetməyə dair iddiadır. Məhkəmə həmin əlilliyin növbəti müddətə təyin edilməsindən imtinanı inzibati aktın qəbulundan imtina kimi qiymətləndirir.

14. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

15. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

18. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya: - xx.xx.2014-cü il tarixində aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçı xx.xx.2014-cü il tarixdə “Anadangəlmə ixtioz” diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaq olması ilə əlaqədar iki il müddətinə (Meyar 2) anadangəlmə anomaliyalı uşaq hesab edilmişdir. - xx.xx.2016-cı il tarixində aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçı xx.xx.2016cı il tarixdə “Anadangəlmə ixtioz” diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaq olması ilə əlaqədar üç il müddətinə (Meyar 3.1) sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. - xx.xx.2019-cu il tarixində aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçı xx.xx.2019cu il tarixdə “Anadangəlmə ixtioz” diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaq olması ilə əlaqədar üç il müddətinə (Meyar 3.1) sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. - xx.xx.2023-cü il tarixində aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2022-ci il tarixdə “Dəqiqləşdirilməmiş anadangəlmə ixtioz” diaqnozu ilə ümumi xəstəlik səbəbindən iki il müddətinə (Meyar 12.7.8.1) orqanizmin funksiyasının 50% pozulması müəyyən edilmişdir. - Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Digər anadangəlmə ixtioz” diaqnozu ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, göndərişin natamam doldurulması - səbəb: əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi ətraflı qeyd edilməməsi olmuşdur.

19. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinə olunmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 12.7.8.1. bəndinə uyğun olaraq 2 il müddətinə orqanizmin funksiyasının 50% pozulması müəyyən edilmişdir.

20. Daha sonra, yəni iki il müddətdən sonra cavabdeh tərəfindən qiymətləndirilmə aparılaraq göndərişin natamam doldurulması əsas gətirilərək əlilliyin təyinatından imtina olunmuşdur.

21. Bununla razılaşmayan iddiaçı yenidən cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2025ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin C00239003XEF nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. Müraciəti əsasında İddiaçı xx.xx.2025-ci il tarixində Agentlikdə qəbulda iştirak edib. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq səhhətində əlillik təyinatına əsas verən ağırlaşmalar müəyyən olunmamışdır.

22. Sonuncu qiymətləndirmə nəticəsindən narazı qalan iddiaçı orqanizminin funksiyasının 50% pozulmasının imtina edildiyi tarixdən etibarən müddətsiz müəyyən edilməsini xahiş edir.

23. Qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh tibb müəssisəsi tərəfindən tərtib edilən C00239003XEF nömrəli göndərişin natamam doldurulması səbəbindən, yəni iddiaçıda olan ağırlaşmalar və yanaşı xəstəliklərin qeyd edilməməsini əsas gətirərək əlilliyin müəyyən olunmasından imtina etmişdir. Göründüyü kimi cavabdeh əsas diaqnozun əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmamasını əsas gətirməmiş, bununla belə iddiaçıda müəyyən olunan əsas diaqnoz (xəstəliyi) ilə kifayətlənməmişdir.

24. Məhkəmə həmin xəstəliklərin hazırda onda olub-olmamasının müəyyən edilməsinə zərurət olduğunu hesab etmir. Belə ki, iddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan C00239003XEF nömrəli göndəriş Bakı Baş Səhiyyə İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilərək qanunvericiliyə uyğun qaydada altsistemə daxil edilməklə, iddiaçının müayinə və müalicələri, müalicə aldığı tibbi müəssisələr, hazırda mövcud olan xəstəlikləri (XBT10 kodu göstərilməklə), eləcə də həmin xəstəliklərin əlamətləri dəqiq və əhatəli təsvir olunmuşdur. Forma 88-in düzgün tərtib olunması (etibarlılığı) mübahisə doğurmur.

25. Məhkəmə hesab edir ki, iddiaçıda olan yanaşı xəstəliklərin və ya ağırlaşmaların tibb müəssisəsinin göndərişində əks olunması mütləq deyil. Həmin göndəriş əsasında müəyyən olunur ki, iddiaçı “Anadangəlmə ixtioz” xəstəliyindən xx.xx.2008-ci ildən, doğulduğu vaxtdan əziyyət cəkir, həmin xəstəlik onda irsidir, xəstəliyin gedişi xronikidir və xəstənin vəziyyəti orta ağırdır.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 12-ci bənd - Dəri və dərialtı toxumanın xəstəlikləri, 12.7.8-ci bənd – anadangəlmə ixtioz (Q80): digər orqan və sistemlər cəlb edilməklə yayılmış, kəskinləşmiş proses əlillik (orqanizmin funksiyalarının 50-60 faiz müddətsiz pozulması) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.

27. Beləliklə, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 12.7.8.1-cü bəndinə müvafiq olaraq müddətsiz orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulmasına görə müddətsiz üçüncü dərəcə əlilliyin təyinindən imtina etməklə onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Belə ki, 2008-cü il təvəllüdlü İddiaçı anadangəlmə əlildir, 10 ildən çox “Anadangəlmə ixtioz” xəstəliyindən əziyyət çəkir, xəstəliyi irsidir. Lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır.

28. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı orqanizmin funksiyalarının 50 faiz pozulmasının xx.xx.2024-cü il tarixdən müddətsiz təyin edilməsi öhdəliyi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

29. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

30. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı orqanizmin funksiyalarının 50 faiz pozulmasının xx.xx.2024-cü il tarixdən müddətsiz təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar