Məhkəmə qərarları › İş №2-1(112)-9363/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9363/2022

22.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9363/2022 22.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan İddiaçı Nəsimi Bələdiyyəsinin Cavabdeh qarşı “Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərilən şəxslərdən alınan ödənişlərin hesabatının təqdim edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Nəsimi Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “Asnaf Hotel” (mehmanxana, sanatoriya kurort və turizm xidmətlər; göstərən şəxslər) tərəfindən 2019, 2021 və 2022-ci illərə dair “Bələdiyyə ərazisində mehmanxana, sanatoriya- kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı” Nəsimi Bələdiyyəsinə təqdim edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, bələdiyyələrin maliyyə mənbələrindən biri də ərazilərində fəaliyyət göstərən mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alman ödənişlərdir. Cavabdeh “Asnaf Hotel” (mehmanxana, sanatoriya- kurort və turizm xidmətləri göstərən şəxslər) Bakı şəhəri, Nəsimi rayonu, Puşkin 30 ünvanda faktiki fəaliyyət göstərir. Mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslər tərəfindən “Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı” bələdiyyələrə təqdim olunmalı və hesablanmış məbləğ (ödəniş) növbəti ayın 5-dək müvafiq bələdiyyənin hesabına ödənilməlidir. Hesabatın təqdim olunması ilə bağlı Cavabdeh “Asnaf Hotel” Bələdiyyənin xx.xx.2022ci il tarixli 01-426 saylı bildiriş məktubları göndərilsə də, hesabat təqdim edilməmişdir. “Yerli vergilər (bələdiyyələr) və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu yerli vergilərin və ödənişlərin ödənilməsi ilə bağlı yaranan iqtisadi və hüquqi münasibətləri tənzimləyir. Bu Qanunun 3.3-cü maddəsinə əsasən bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi uçun hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. Bu Qanunun 9-cu maddəsində yerli ödənişlərin tərkibi sadalanmış, 9.1.4-cü maddəsində bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan vəsait yerli ödənişlərdən biri kimi qeyd olunmaqla, bu ödənişin hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla məbləği də müəyyən edilmişdir. Həmçinin mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən ödənişlərin qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilməsi də Qanunun 11.2-ci maddəsinə əsasən həmin şəxslərin üzərinə vəzifə kimi qoyulmuşdur. Yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi, uçotu ilə bağlı ödəyıcilərın və bələdiyyələrin vergi xidməti orqanlarının hərəkətlərini müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasının keçmiş Vergilər Nazirliyinin xx.xx.2013-cü il tarixli əmri ilə təsdiq edilmiş “Yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı Metodiki Vəsaitin 7.4-cü bəndində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslər tərəfindən “Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı” bələdiyyələrə təqdim olunması və hesablanmış məbləğ növbəti ayın 5-dək müvafiq bələdiyyənin hesabına ödənilməsi göstərilmişdir. Qanunvericiliyin tələblərinə əsasən qeyd olunan sahibkarlıq subyektlərindən alınan vəsait (ödəniş) üzrə yaranan hüquq münasibətləri xarakterinə görə sərbəst mülki dövriyyə və sahibkarlıq münasibətləri kimi deyil, bir tərəfin (bələdiyyənin) digər tərəf (sahibkarlıq subyekti) üzərində hakimiyyət və inizbati-idarəçilik səlahiyyətlərinin həyata keçirilməsi ilə xarakterizə olunan maliyyə-büdcə münasibətləridir. Qeyd olunur ki, Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 82ci, 87-ci maddələrinə və “icra haqqında” Qanununun 6.1.8-ci maddəsinə uyğun olaraq, bələdiyyələr sahibkarlıq subyektinin ödəməli olduğu yerli vergi və ödənişlərinin məbləğini (müvafiq dövrdə yaranmış borcu) dəqiq göstərən inzibati aktı qəbul edərkən onu həmin subyektə təqdim etməli, subyekt muvatıq qaydada borcu ödəmədikdə və ya ödəməkdən imtina etdikdə bələdiyyələr həmin aktı məcburi qaydada icra edilməsi üçün aidiyyəti icra qurumuna göndərirlər. Lakin bu o halda mümkündür ki, bələdiyyənin ərazisində mehmanxana sanatoriyakurort və turizm xidmətləri göstərən sahibkarlıq subyektləri tərəfindən üzərlərinə düşən öhdəlik icra olunmalı, yəni müvafiq hesabat bələdiyyəyə təqdim edilməli, tələb edilən vəsaitin həcmi bələdiyyəyə dəqiq məlum olandan sonra isə inzibati akt qəbul edilməlidir.

3. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında tərəflər iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

5. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...

7. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

8. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunundan: Maddə 9. Yerli ödənişlərin tərkibi 9.1. Yerli ödənişlərə aşağıdakılar aiddir: 9.1.4. bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir; Maddə 11. Yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi 11.2. Bu Qanunun 9.1.4. maddəsində göstərilən ödənişlər qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilir.

9. Azərbaycan Respublikası Vergi Məcəlləsindən Maddə 8. Yerli vergilər (bələdiyyə vergiləri) 8.2. Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. 43.1. Sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. 43.11. Vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir.

10. Hazırki iş üzrə iddiaçı və cavabdeh arasında yaranmış hüquq münasibətini tənzimləyən əsas normativ hüquqi aktı olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin yuxarıda göstərilən normalarının tələblərindən göründüyü kimi sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Lakin yerli vergilərin hesablanması və ödənilməsi qaydaları xüsusi normalarla, yəni “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimləndiyindən məhz həmin vergi yoxlaması üçün zəruri məlumatların və ya sənədlərin məhkəmə qaydasında tələb etmək hüququ qanunda təsbit edilməmişdir.

11. Digər tərəfdən məhkəmə qeyd edir ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununda yerli ödənişlərin yığılmasına nəzarət mexanizmləri birbaşa olaraq müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, səmərəli hüquq müdafiə vasitəsi hər bir halda məhkəmə müdafiəsi olmaya bilər. Əsas odur ki, həmin hüquq müdafiəsi qanunda və ya inzibati praktikaya əsasən müəyyən edilmiş olsun.

12. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunundan: Maddə 12. Yerli vergi və ödənişlərin yığılmasına və istifadəsinə nəzarət 12.1. Yerli vergilərin və ödənişlərin yığılmasına, yerli büdcələrə köçürülməsinə və istifadə olunmasına nəzarət bələdiyyələrin müvafiq komissiyaları, habelə seçkili orqanlarda, bələdiyyə qulluğunda işləməyən, yerli məhəllə komitələrinin və vətəndaşların yığıncaqlarında təklif olunan, bələdiyyə iclasında təsdiq olunan nəzarət komissiyaları tərəfindən həyata keçirilir. 12.2. Zəruri hallarda yerli vergi və ödənişlərin yığılmasına və onlardan istifadə edilməsinə nəzarət məqsədi ilə bələdiyyələrin qərarına əsasən müvafiq yoxlamaların aparılması üçün müstəqil auditorlar cəlb oluna bilər. 12.3. Bələdiyyələrin vergi və ödənişlərin yığılması və istifadəsi sahəsində fəaliyyəti tam aşkarlıq şəraitində həyata keçirilməlidir. Bu məqsədlə bələdiyyələr və onların müvafiq nəzarət komissiyaları bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında mütəmadi olaraq hesabatlar verir, bülletenlər buraxır, illik hesabatları bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirirlər.

13. Göründüyün kimi, qanunvericilikdə yerli vergi və ödənişlərin yığılmasına nəzarət mexanizmi müəyyən edilmişdir. İddiaçı qeyd edilən mexanizmlərin hər hansı bir şəkildə həyata keçirilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir.

14. Odur ki, iddiaçı cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır.

15. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçının məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı hüquqi marağına uyğun olaraq öz məqsədinə qanunvericilikdə müəyyən edilmiş nəzarət mexanizmləri vasitəsilə nail ola bilər.

16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar