Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9364/2025 17.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 1621 nömrəli Sərəncamına əsasən ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən bağlar sahəsində 50 nömrəli BTK tərkibindəki 0,12 hektar torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək nömrə təkrarlanması aradan qaldırılmaqla Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən sahəsi 0,12 ha olan 340S saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 1621 nömrəli Sərəncamına əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən bağlar sahəsində 50 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 340 s nömrəli bağ verilmişdir. Həmin əmlaka dair iddiaçıya Bağlar Təsərrüfatı İdarəsinin 21 nömrəli Orderi də verilmiş, lakin həmin orderdə bağın nömrəsi 340 “o” kimi qeyd edilmişdir. İddiaçı sözügedən əmlak üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmakın dövlət reyestrində çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli imtina məktubunda imtinanın səbəbi kimi qeyd edilir ki, idarənin arxiv məlumatlarına əsasən eyni bağçılıq-yoldaşlıq nəzdində “340s” nömrəli bağ sahəsi digər fiziki şəxsin adına ayrılmışdır. Eyni zamanda təqdim edilmiş 21 saylı order nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bundan başqa təqdim edilmiş sənədlərdə torpaq sahəsinin nömrəsi və hüquq sahibinin soy adında uyğunsuzluq mövcuddur. Təqdim edilmiş 21 nömrəli xx.xx.1996-cı il tarixli orderdə torpaq sahəsinin nömrəsi “340 o”, orderin arxiv arayışında isə “340s” qeyd edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Bundan əlavə elektron kadastr məlumatlarına əsasən göstərilən ərazidə bağların bölgüsünə dair sxematik xəritədə bağ nömrəsi qeyd edilməmişdir. Həmçinin sözügedən bağ nömrəsi sxematik xəritədə və “50” nömrəli Bağ Tikinti Kooperativinin sxemində aşkar olunmamışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı cavabdeh orqanın qərarı ilə razı deyil. Belə ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-6008/2024 saylı, xx.xx.2024- cü il tarixli qətnaməsnə əsasən Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1996- cı il tarixli, 1621 nömrəli sərəncamının və həmin sərəncam əsasında verilmiş 21- nömrəli orderin mən - İddiaçı məxsus olması faktı müəyyən edilmiş, bununlada sözügedən sənəddə olan uyğunsuzluq aradan qalxmışdır. İmtinanın səbəbi kimi göstərilən digər hallara gəldikdə isə həmin hallar mənim səhvim yaxud təqsirim ucbatından baş verməyib. Həmin nöqsanları aradan qaldırmaq da mənim səlahiyyətim xaricindədir. İşin faktiki halı isə onu göstərir ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 1621 nömrəli Sərəncamına əsasən mən - İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən bağlar sahəsində 50 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 340 s nömrəli bağ verilmiş və həmin sərəncam da qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 1621 nömrəli Sərəncamına əsasən mən - İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən bağlar sahəsində 50 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi üzərində hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mənə çıxarışın verilməsi öhdəliyi məhkəmə qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən eyni bağçılıq-yoldaşlıq nəzdində “340s” nömrəli bağ sahəsi digər fiziki şəxsin adına ayrılmışdır. Eyni zamanda təqdim edilmiş “21” saylı orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bundan başqa, təqdim edilmiş sənədlərdə torpaq sahəsinin nömrəsi və hüquq sahibinin soyadında uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilmiş 21 nömrəli, xx.xx.1996-cı il tarixli orderdə torpaq sahəsinin nömrəsi “340o”, orderin arxiv arayışında isə “340s” qeyd edilmişdir. Həmçinin təqdim edilmiş sənədlərdə hüquq sahibinin soyadı “Şahkərimov”, şəxsiyyət vəsiqəsində isə “Şakərəmov” göstərilmişdir. Eyni zamanda təqdim edilmiş orderdə bağ sahəsinin nömrəsində həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən ərazidə bağların bölgüsünə dair sxematik xəritədə bağ nömrəsi qeyd edilməmişdir. Həmçinin sözügedən bağ nömrəsi sxematik xəritədə və “50” nömrəli Bağ Tikinti Kooperativinin sxemində aşkar olunmamışdır.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, iddiaçı X2 “Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-ci tarixli, 1621 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən bağlar sahəsində 50 nömrəli BTK tərkibindəki 0.12 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********29 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən “340s” nömrəli bağ sahəsinə dair digər şəxslərin adına order və müqavilə mövcuddur. Eyni zamanda təqdim edilmiş “21” saylı orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bundan başqa, təqdim edilmiş sənədlərdə torpaq sahəsinin nömrəsidə uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilmiş 21 nömrəli, xx.xx.1996-cı il tarixli orderdə torpaq sahəsinin nömrəsi “340o”, orderin arxiv arayışında isə “340s” qeyd edilmişdir. Eyni zamanda təqdim edilmiş orderdə bağ sahəsinin nömrəsində həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı faktiki 2003 kv.m torpaq sahəsinin bir hissəsinin (1114 kv.m) yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən ərazidə bağların bölgüsünə dair sxematik xəritədə bağ nömrəsi qeyd edilməmişdir. Həmçinin sözügedən bağ nömrəsi sxematik xəritədə və “50” nömrəli Bağ Tikinti Kooperativinin sxemində aşkar olunmamışdır. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
6. Bakı şəhər İcra hakimiyyəti başçısının “Bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə” xx.xx.1996-cı il tarixli 1621 nömrəli sərəncamından Çıxarışa əsasən 2.Maştağadakı 340s nömrəli bağ 50 nömrəli BTK tərkibində N.İ.Şahkərimovun istifadəsinə verilmişdir.
7. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatının İdarəsinin Maştağa bağlar sahəsindəki 50 №-li kooperativ tərəfindən verilmiş 21 nömrəli Orderdə qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyətinin 13 dekabr 1996-cı il tarixli 1621 №-li qərarına əsasən X3 bağlar sahəsində 50 №-li BTK nəzdində 0,12 hektar 340o №-li bağ ayrılmışdır.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6008/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qətnaməsində qeyd edilmişdir ki, ... İş materiallarında olan AZE seriyalı 09843778 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx xxxxxx 1958-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. ünvan 3lmiş A3 seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1958-ci ildə Şamaxı rayonunda anadan olmuş, atası X15, anası X5r. Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti Apparatını Əhaliə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi Bağlar Təsərrüfatı İdarəsinin 21 nömrəli orderin surətindən görünür ki, Bakı şəhəri icra Hakimiyyətinin 13 dekabr 1996-cı il tarixli 1621 nömrəli qərarına əsasən X3 Bakı şəhəri Maştağa bağlar sahəsində 50 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 340 “o” nömrəli bağ ayrılmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatını 3-52/2-Ş-25-112/2024 nömrəli 06 aprel 2024-cü il tarixli arxiv arayışından görünür ki, Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 1621 nömrəli sərəncamından çıxarışdan görünür ki, 2.Maştağadakı 340s nömrəli bağ 50 nömrəli BTK tərkibində N.İ.Şahkərimovun istifadəsinə verilmişdir. ...Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərdən, görünür ki, ünvan 3lmiş A3 seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1958-ci ildə Şamaxı rayonunda anadan olmuş, atası X15, anası X5r. Ərizəçinin adına verilmiş Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 1621 nömrəli sərəncamında və həmin sərəncam əsasında verilmiş 21 nömrəli orderdə ərizəçinin adı X1 qeyd edilmişdir. Bundan başqa Bağlar Təsərrüfat İdarəsinin 21 nömrəli orderində bağ sahəsinin nömrəsi 340 “o” kimi qeyd edilsə də arxiv arayışında isə bağ sahəsinin nömrəsi 340s kimi qeyd edilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6008/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə ərizə təmin edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 1621 nömrəli sərəncamının və həmin sərəncam əsasında verilmiş 21 nömrəli orderin xx.xx.1958-ci il təvəllüdlü İddiaçı məxsus olması faktı müəyyən edilmişdir.
9. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) Aktına əsasən bağ sahəsinin hüquq müəyyənedici sənəd üzrə ölçüsü 0,12 ha, faktiki olaraq 0.2003 ha təşkil edir, 803 kv.m artıqdır, mühafizə çıxıldıqdan sonra qalan sahə 889 kv.m təşkil edir. Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Bağ sahəsində A – 1 mərtəbəli bağ evi, İ – s/q, İİ və İİİ – tövlə, İV – yarımçıq tikilisi var. Bağ sahəsinin üstündən yüksək gərginlikli elektrik xətti keçir. -110 kV. Bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından bağın yerləşməsinin dzügünlüyünü aydınlaşdırmaq mümkün deyil.
10. Bakı şəhər icraiyyə komitəsinin X9 və istismarı birliyi Maştağa bağlar sahəsindəki 50 №-li kooperativ tərəfindən verilmiş Orderdə qeyd olunmuşdur ki, Bakı şəhər icraiyyə komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 №-li qərarına əsasən X7 bağlar sahəsində 50 №-li BTK nəzdində 0,12 hektar 340c №-li bağ ayrılmışdır.
11. Bakı şəhər icraiyyə komitəsinin X9 və istismarı birliyi Maştağa bağlar sahəsindəki 50 №-li kooperativ tərəfindən verilmiş Orderdə qeyd olunmuşdur ki, Bakı şəhər icraiyyə komitəsinin 27 mart 1991-ci il tarixli 3/318 №-li qərarına əsasən X17 bağlar sahəsində 50 №-li BTK nəzdində 0,12 hektar 340c №-li bağ ayrılmışdır.
12. “Maştağa ərazisindəki 340s nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli 39926 saylı Müqaviləyə əsasən Birlik (X9 və İstismarı Birliyi) Sabunçu rayonunun Maştağa ərazisində 0,12 hektar torpaq sahəsi olan 340s №-li bağı müqavilədə göstərilən tikntilər, qurğular və ağaclarla İstifadəçiyə (X8) verir və İstifadəçi (X11) həmin bağı istifadəsinə götürür.
13. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi və bildirdi ki, 340s nömrəli torpaq sahəsi ilə digər şəxslərin adına müqavilələr və oderlər mövcuddur. Buna baxmayaraq torpaq sahələri üst-üstə düşmür, nömrə təkrarlanması mövcuddur. Torpaq sahələri üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
II. İddianın növü və mümkünlüyü
15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
17. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
18. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
19. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
20. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
22. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
24. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
25. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
26. X20 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
27. X20 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
28. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 340s saylı sahədə yerləşən 0,12 hektar bağ sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb etmişdir.
29. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, - Bakı şəhər İcra hakimiyyəti başçısının “Bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə” xx.xx.1996-cı il tarixli 1621 nömrəli Sərəncamından Çıxarışa əsasən 2.Maştağadakı 340s nömrəli bağ 50 nömrəli BTK tərkibində N.İ.Şahkərimovun istifadəsinə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatının İdarəsinin Maştağa bağlar sahəsindəki 50 №-li kooperativ tərəfindən verilmiş 21 nömrəli Orderdə qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyətinin 13 dekabr 1996-cı il tarixli 1621 №-li qərarına əsasən X3 bağlar sahəsində 50 №-li BTK nəzdində 0,12 hektar 340o №-li bağ ayrılmışdır.
30. Məhkəmə hesab edir, Bakı şəhər İcra hakimiyyəti başçısının “Bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə” xx.xx.1996-cı il tarixli 1621 nömrəli Sərəncamı Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatının İdarəsinin Maştağa bağlar sahəsindəki 50 №-li kooperativ tərəfindən verilmiş 21 nömrəli Orderlə tamamlanmaqla İddiaçı torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir.
31. Cavabdeh orqan imtinanın ilkin dəlili olaraq qeyd etmişdir ki, təqdim edilmiş sənədlərdə torpaq sahəsinin nömrəsidə uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilmiş 21 nömrəli xx.xx.1996-cı il tarixli orderdə torpaq sahəsinin nömrəsi “340o”, orderin arxiv arayışında isə “340s” qeyd edilmişdir.
32. Məhkəmə bununla bağlı nəzərə alır ki, Bağlar Təsərrüfatının İdarəsinin Maştağa bağlar sahəsindəki 50 №-li kooperativ tərəfindən verilmiş 21 nömrəli Orderdə İddiaçı torpaq sahəsinin ayrılması üçün əsas olaraq məhz Bakı şəhər İcra hakimiyyəti başçısının “Bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə” xx.xx.1996-cı il tarixli 1621 nömrəli Sərəncamına istinad edilmişdir və Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 1621 nömrəli Sərəncamında İddiaçı ayrılmış torpaq sahəsinin nömrəsi “340s” kimi qeyd olunmuşdur.
33. Məhkəmə eyni zamanda müəyyn edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6008/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 1621 nömrəli sərəncamının və həmin sərəncam əsasında verilmiş 21 nömrəli orderin xx.xx.1958-ci il təvəllüdlü İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6008/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qətnaməsində qeyd olunmuşdur ki, “...Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərdən, görünür ki, ünvan 3lmiş A3 seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1958-ci ildə Şamaxı rayonunda anadan olmuş, atası X15, anası X5r. Ərizəçinin adına verilmiş Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 1621 nömrəli sərəncamında və həmin sərəncam əsasında verilmiş 21 nömrəli orderdə ərizəçinin adı X1 qeyd edilmişdir. Bundan başqa Bağlar Təsərrüfat İdarəsinin 21 nömrəli orderində bağ sahəsinin nömrəsi 340 “o” kimi qeyd edilsə də arxiv arayışında isə bağ sahəsinin nömrəsi 340s kimi qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir”.
34. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Bağlar Təsərrüfatının İdarəsinin Maştağa bağlar sahəsindəki 50 №-li kooperativ tərəfindən verilmiş 21 nömrəli Orderdə İddiaçı ayrılmış torpaq sahəsinin nömrəsi qeyd olunarkən texniki yanlışlığa yol verilməsi məhkəmədə hər hansı şübhə yaratmır.
35. Məhkəmə bununla bağlı qeyd edir ki, bağ sahəsinin nömrəsinin yazılışı zamanı orederdə formal (texniki) yanlışlığa yol verilməsi iddiaçının məsuliyyət sferası ilə əhatə olunmur və hüquqların qeydiyyatından imtina üçün əsas ola bilməz. Bu zaman məhkəmənin nəzərə aldığı hallar hazırkı işdə olduğu kimi torpaq sahəsinə dair iddiaçıya məxsus olan sənədlərin mötəbərliyinin hər hansı şübhə doğurmaması və torpaq sahəsinin iddiaçının faktiki sahibliyində və istifadəsində olmasıdır (bu faktı təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir). Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 1621 nömrəli sərəncamının və həmin sərəncam əsasında verilmiş 21 nömrəli orderin İddiaçı məxsus olması faktı yekun məhkəmə aktı əsasında müəyyən edilmişdir (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6008/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qətnaməsi).
36. Cavabdeh orqan imtinanın digər dəlili olaraq qeyd etmişdir ki, idarənin arxiv məlumatlarına əsasən “340s” nömrəli bağ sahəsinə dair digər şəxslərin adına order və müqavilə mövcuddur.
37. Məhkəmə nəzərə alır ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, 340s nömrəli torpaq sahəsi ilə digər şəxslərin adına müqavilələr və oderlər mövcuddur. Buna baxmayaraq torpaq sahələri üst-üstə düşmür, nömrə təkrarlanması mövcuddur. Torpaq sahələri üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
38. Odur ki, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, digər şəxslərə ayrılmış 340s və 340c nömrəli bağ sahələri mübahisə predmetini təşkil edən bağ sahəsi ilə üst-üstə düşmür, ayrı-ayrı torpaq sahələridir, nömrə təkrarlanması baş vermişdir. Odur ki, cavabdeh tərəfindən inventarlaşdırma qaydasında sıra nömrəsi müəyyən edilərək nömrə təkrarlanması aradan qaldırılmaqla iddiaçının torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır.
39. Digər tərəfdən cavabdeh orqan bildirmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı faktiki 2003 kv.m torpaq sahəsinin bir hissəsinin (1114 kv.m) yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir.
40. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair" Qaydaların 1.4-cü bəndinə əsasən, bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər.
41. Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.
42. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçı mübahisələndirilən torpaq sahəsinin məhz hüquq müəyyənedici sənəd üzrə müəyyən edilmiş 0,12 ha hektar sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmişdir.
43. Məhkəmə nəzərə alır ki, iddia tələbinin predmeti olan torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Torpaqla bağlı hər hansı mübahisə yoxdur.
44. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
45. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
46. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
47. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
48. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
49. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İnventarlaşdırma qaydasında sıra nömrəsi müəyyən edilməklə (nömrə təkrarlanması aradan qaldırılmaqla) Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 340s saylı sahədə yerləşən 0,12 hektar torpaq üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva