Məhkəmə qərarları › İş №2-1(112)-937/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-937/2021

14.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-937/2021 14.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxs “Bank VTB (Azərbaycan)” ASC) “kompensasiya məbləğinin hesablanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxs “Bank VTB (Azərbaycan)” ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2014-cü il tarixli, 139721-CNS-14351 saylı “X8 Müqaviləsi" üzrə 4965,33 ABŞ dolları və xx xxxxxx 2014-cü il tarixli, 139721-1-13293 saylı “X6"nə əsasən 1946,49 ABŞ dolları əsas borcun, cəmi 6911,82 ABŞ dolları əsas borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli Fərmanına uyğun olaraq restrukturazasiya və ya kompensasiya siyahısına salınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və “Bank VTB (Azərbaycan)” ASC ilə onun arasında bağlanmış xx xxxxxx 2014cü il tarixli, 139721-CNS-14351 saylı X7 Müqaviləsi üzrə 4671,57 ABŞ dolları və “Bank VTB (Azərbaycan)” ASC ilə onun arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 139721- 1-13293 saylı X6 üzrə 1946,49 ABŞ dolları, cəmi 6618,06 ABŞ dolları məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, “Bank VTB (Azərbaycan)” ASC ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 139721-CNS-14351 saylı "X8 Müqaviləsi"nə əsasən iddiaçıya 36 ay müddətinə illik 22% ödəmək şərti ilə 6.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə iddiaçı arasında bağlanmış 139721-CNS-14351 saylı "kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi" barədə 01 saylı Razılaşmaya əsasən xx.xx.2016-cı il tarixinə mövcud olan 5.137 ABŞ dolları məbləğində borc illik 22% hesablanması şərti ilə 24 ay müddətinə uzadılmışdır. Bundan başqa, Bank ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 139721-1-13293 saylı "X6"nə əsasən iddiaçıya xx.xx.2016-cı il tarixədək illik 32% hesablanmaq şərti ilə 1900 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bank ilə iddiaçı arasında bağlanmış 139721-1-13293 saylı "kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi" barədə 01 saylı Razılaşmaya əsasən xx.xx.2016-cı il tarixinə mövcud olan borc 1969,29 ABŞ dolları məbləğində müəyyən edilərək illik 29% hesablanması şərti ilə 24 ay müddətinə uzadılmışdır. İddiaçının “Bank VTB (Azərbaycan)” ASC-yə 139721-CNS-l4351/1 saylı "X7 Müqaviləsi" üzrə 4965,33 ABŞ dolları əsas borc, 627,20 ABŞ dolları faiz borcu və 54,63 ABŞ dolları məbləğində cərimə borcu, 139721-1-13293/1 saylı "X6" üzrə isə 1946,49 ABŞ dolları əsas borc, 326 ABŞ dolları faiz borcu və 20,57 ABŞ dolları məbləğində cərimə borcu yaranmışdır. Ödəmələrdə çətinlik yarandığı üçün iddiaçının məlumat və xəbəri olmadan Bank tərəfindən "kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi" tələbi barədə məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(009)-1176/2018 saylı məhkəmə əmri ilə iddiaçıdan “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə 139721-CNS-14351/1 saylı krdit müqaviləsi üzrə 4965,33 ABŞ dolları əsas borc, 627,20 ABŞ dolları faiz borcu, 54,63 ABŞ dolları cərimə borcu (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla) və 139721-1-13293/1 saylı kredit müqaviləsi üzrə 1946,49 ABŞ dolları əsas borc, 326,15 ABŞ dolları faiz borcu, 20,57 ABŞ dolları cərimə borcu (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul tutulmuşdur. İddiaçı 2020-ci ilin yanvar ayında borc məbləğinin ödənilməsi ilə bağlı Səbail rayon İcra və Probasiya Şöbəsinə dəvət olunduğu zaman ona məlum olmuşdur ki, onun kredit borcu restrukturazasiya və ya kompensasiya siyahısına salınmamışdır. Buna görə də Səbail rayon Məhkəməsinin 2(009)-1176/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə etiraz verilmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Səbail rayon Məhkəməsinin 2(009)-1176/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və materiallara iddia icraatı qaydasında baxılması barədə qərardad qəbul edilmişdir. Kredit borcunun Fərmanın təsiri altına düşməsinə baxmayaraq, qeyd olunan güzəştlərin hansı səbəbdən iddiaçıya tətbiq olunmamısını aydınlaşdırmaq üçün xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankına və “Bank VTB (Azərbaycan)” ASC-ə müraciət olunmuşdur, lakin müraciətləri müsbət həll edilməmişdir. Mübahisələndirilən kredit müqavilələr həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiva olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçının “Bank VTB (Azərbaycan)” ASC-yə 139721-CNS-14351/1 saylı “X7 Müqaviləsi" üzrə əsas borcu 4965,33 ABŞ dolları, 139721-1-13293/1 saylı "X6" üzrə isə əsas borcu 1946,49 ABŞ dolları, cəmi əsas borcu 6.911,82 ABŞ dolları təşkil edir. İddiaçının göstərilən borcdan başqa digər banklara borcu yoxdur. Bu, "xxxx" MMC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli çıxarışda da öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. «Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli məlumatında Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X2 tövsiyələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli Qərarı, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyi nəzərə alınaraq, Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin uzadıldığı 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00dək təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər (tibbi xarakterli məcburi tədbirlərinin tətbiq edilməsi haqqında materiallar; qətimkan tədbirlərinin seçilməsi, dəyişdirilməsi, ləğvi, həbsdə, ev dustaqlığında saxlama müddətlərinin uzadılması, ev dustaqlığı qətimkan tədbiri ilə əlaqədar şəxsin üzərinə qoyulmuş vəzifələrin ləğvi, dəyişdirilməsi barədə, habelə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında verilmiş digər müraciətlər; zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər; bəzi kateqoriya üzrə inzibati xətalara dair işlər, iddianın təmini tədbirləri və müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı ərizələr, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat və icra icraatı işləri) istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılmasının müvəqqəti olaraq təxirə salınması, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilməsi tövsiyə edilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə şifahi məhkəmə baxışı keçirmədən və onun iştirakı olmadan baxıb iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə bildirişi göndərilərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmənin mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilməsi izah edilmiş, məhkəmə iclası (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair mövqelərini məhkəməyə bildirmələri təklif olunmuş, lakin bu məsələyə dair hər hansı münasibət bildirməmişlər və işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilməklə baxılmasını tələb etməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(009)-1176/18 saylı məhkəmə əmrinin surətindən görünür ki, borclu İddiaçı kreditor “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə 139721-CNS-14351/1 saylı kredit müqaviləsi üzrə 4965,33 ABŞ dolları əsas borc, 627,20 ABŞ dolları faiz borcu, 54,63 ABŞ dolları cərimə borcu (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla) və 139721-1-13293/1 saylı kredit müqaviləsi üzrə 1946,49 ABŞ dolları əsas borc, 326,15 ABŞ dolları faiz borcu, 20,57 ABŞ dolları cərimə borcu (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun tutulması əmr edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-755/20 saylı qərardadının surətindən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1176/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsi və materiallara iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən iddiaçının vəkili Vəkil ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: Sizin nümayəndəliyini həyata keçirdiyiniz İddiaçı ilə bağlı müraciətinizə Azərbaycan Respublikasının Mərkəzi Bankında baxılmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərman (Fərman) imzalanmışdır. Qeyd olunan Fərmanla əlaqədar müraciətlərə baxılmasını təmin etmək məqsədilə ak.cbar.az elektron səhifəsi yaradılmışdır. İddiaçı problemli krediti ilə bağlı müraciəti göstərilən elektron səhifədə qeydiyyatdan keçirilmiş və barəsində xx.xx.2019-cu il tarixində qərar qəbul edilmişdir. Qərarda bildirilir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 02.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. İddiaçı kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə tərəfindən qərar verilməsi zərurəti yaranmışdır. Odur ki, məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan “Bank VTB (Azərbaycan)” ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: Məktubunuzda qeyd olunan məsələyə “Bank VTB (Azərbaycan)” ASC (bundan sonra “Bank”) tərəfindən baxılmışdır. İddiaçı (bundan sonra “Müştəri”) ilə Bank arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 139721-CNS-14351 saylı “X7 müqaviləsi"nə (bundan sonra “Müqavilə") əsasən müştəriyə 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 6800,00 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Bank hər zaman müştərilərə dəstək verməyə hazırdır və bununla bağlı Bank tərəfindən bir sıra təkliflər hazırlanaraq müştərilərə təklif olunmuşdur. Beləliklə, xx xxxxxx 2016-cı il tarixində İddiaçı ilə Bank arasında bağlanmış Müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 1 saylı Razılaşma imzalanmış və müştəriyə yeni ödəniş cədvəli tərtib edilmişdir. Borc öhdəliyinin müştəri tərəfindən vaxtında və lazımınca icra edilməməsi səbəbindən, Bank tərəfindən ərizə ilə aidiyyəti Məhkəməyə müraciət edilmişdir. Nəticədə, Bakı şəhəri Səbail rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2018-ci il tarixli, 2(009)- 1176/2018 saylı Məhkəmə Əmri (bundan sonra “Əmr”) qəbul edilmişdir. Bu Əmrə əsasən, “X7 müqaviləsi” üzrə İddiaçı Bankın xeyrinə ümumilikdə 5647,16 ABŞ dolları məbləğində pulun və 20 AZN dövlət rüsumunun tutulması əmr edilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə X3 müqavilə üzrə Banka xx xxxxxx 2015-ci il tarixinə olan 6527,01 ABŞ dolları və xx xxxxxx 2015-ci il tarixinə olan 5002.84 ABŞ dolları məbləğində əsas borc barədə məlumat təqdim olunmuşdur. İddiaçı digər Banklar qarşısında olan öhdəlikləri haqda hər hansı bir məlumat verə bilmirik. Fərmana uyğun olaraq qeyd etmək istəyirik ki, vətəndaşların ümumi borcu 10000 (on min) ABŞ dolları ekvivalentindən artıq olduğu halda kompensasiya həmin vətəndaşlara şamil olunmur. Beləliklə, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq müştəri restrukturizasiya və ya kompensasiya siyahılarına daxil edilməmişdir. Müştərinin borc öhdəliyinin vaxtında və lazımınca icra edilməməsi səbəbindən, Bank tərəfindən Azərbaycan Respublikasının (bundan sonra “AR") qanunvericiliyinə əsasən müvafiq tədbirlər görülməkdədir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Xahiş edirik nəzərə alasınız. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 16-03719-2020 saylı məktubda qeyd olunur: “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında “Bank VTB (Azərbaycan)” ASC ilə bağlanmış hər hansı kredit müqaviləsinə dair qeydlər daxil edilmədiyindən, habelə həmin bank tərəfindən bu müqavilələr barəsində ləğv olunmuş Maliyyə X3 vaxtında hər hansı məlumatlar təqdim olunmadığından vətəndaşın adı bu hissədə Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. İş materiallarında olan İddiaçı ilə “Bank VTB (Azərbaycan)” ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 139721-CNS-14351 saylı X7 Müqaviləsindən görünür ki, “Bank VTB (Azərbaycan)” ASC tərəfindən İddiaçı 36 ay müddətinə illik 22% hesablanmaqla 6.800 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ilə “Bank VTB (Azərbaycan)” ASC arasında arasında bağlanmış 139721-CNS-14351 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli 01 saylı Razılaşmadan görünür ki, xx.xx.2016-cı il tarixinə mövcud olan 5.137 ABŞ dolları məbləğində borc illik 22% hesablanması şərti ilə 24 ay müddətinə uzadılmışdır. İş materiallarında olan İddiaçı ilə “Bank VTB (Azərbaycan)” ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 139721-1-13293 saylı X5 görünür ki, “Bank VTB (Azərbaycan)” ASC tərəfindən İddiaçı xx.xx.2016-cı il tarixədək illik 32% hesablanmaq şərti ilə 1900 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ilə “Bank VTB (Azərbaycan)” ASC arasında bağlanmış 139721-1-13293 saylı X6nə xx.xx.2016-cı il tarixli 01 saylı Razılaşmadan görünür ki, xx.xx.2016-cı il tarixinə mövcud olan borc 1969,26 ABŞ dolları məbləğində müəyyən edilərək illik 29% hesablanması şərti ilə 24 ay müddətinə uzadılmışdır. İş materiallarında olan “Bank VTB (Azərbaycan)” ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli arayışlardan görünür ki, İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə 139721-CNS-14351 saylı, xx xxxxxx 2014-cü il tarixli "X7 Müqaviləsi" üzrə xx.xx.2015-ci il tarixinə olan borcu cəmi 6574,87 ABŞ dolları (əsas borc 6527,01 ABŞ dolları, faiz 47,86 ABŞ dolları, cərimə 0 ABŞ dolları), həmin müqavilə üzrə xx.xx.2015-ci il tarixinə olan borcu cəmi 5047,72 ABŞ dolları (əsas borc 5002,84 ABŞ dolları, faiz 30,58 ABŞ dolları, cərimə 14,30 ABŞ dolları), 139721-CNS-14351/1 saylı xx.xx.2016-cı il tarixli "X7 Müqaviləsi" üzrə xx.xx.2019-cu il tarixinə olan borcu 4671,57 ABŞ dolları (əsas borc 4671,57 ABŞ dolları, faiz 0 ABŞ dolları, cərimə 0 ABŞ dolları), həmin müqavilə üzrə xx.xx.2020-ci il tarixinə olan borcu 4671,57 ABŞ dolları (əsas borc 4671,57 ABŞ dolları, faiz 0 ABŞ dolları, cərimə 0 ABŞ dolları), 139721-1-13293 saylı xx.xx.2014-cü il tarixli "Kredit kartı müqaviləsi" üzrə xx.xx.2015-ci il tarixinə olan borcu 239 ABŞ dolları (əsas borc 235,30 ABŞ dolları, faiz 3,14 ABŞ dolları, cərimə 0,56 ABŞ dolları), həmin müqavilə üzrə xx.xx.2015-ci il tarixinə olan borcu 1899,73 ABŞ dolları (əsas borc 1890,29 ABŞ dolları, faiz 6,72 ABŞ dolları, cərimə 2,72 ABŞ dolları), 139721-1-13293/1 saylı xx.xx.2016-cı il tarixli "X7 Müqaviləsi" üzrə xx.xx.2019-cu il tarixinə olan borcu 2213,04 ABŞ dolları (əsas borc 1946,49 ABŞ dolları, faiz 266,55 ABŞ dolları, cərimə 0 ABŞ dolları), həmin müqavilə üzrə xx.xx.2020-ci il tarixinə olan borcu 2213,04 ABŞ dolları (əsas borc 1946,49 ABŞ dolları, faiz 266,55 ABŞ dolları, cərimə 0 ABŞ dolları) təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 16-04934-2020 saylı məktubda qeyd olunur: “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında “Bank VTB (Azərbaycan)” ASC ilə bağlanmış hər hansı kredit müqaviləsinə dair qeydlər daxil edilmədiyindən, habelə həmin bank tərəfindən bu müqavilələr barəsində ləğv olunmuş Maliyyə X3 vaxtında hər hansı məlumatlar təqdim olunmadığından vətəndaşın adı bu hissədə Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. “Bank VTB (Azərbaycan)” ASC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2014-cü il tarixli 139721-CNS-14351 saylı kredit müqaviləsi üzrə iddiaçıya 6.800 ABŞ dolları məbləğində kredit verilmişdir və həmin müqavilə üzrə iddiaçının birinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixə) 6.527,01 ABŞ dolları, ikinci devalvasiya gününə isə (xx.xx.2015-ci il tarixə) 5.002,84 ABŞ dolları ödənilməmiş əsas kredit borcu qalmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2016cı il tarixli razılaşmaya əsasən qalıq borcu restrukturizasiya edilsə də, borclu xx.xx.2016-cı il tarixindən müqavilə üzrə öhdəliklərini icra etmir və hazırda onun 4.671,57 ABŞ dolları ödənilməmiş əsas kredit borcu mövcuddur. Bundan başqa, həmin sənədlərə görə xx.xx.2014-cü il tarixli 139721-1-13293 saylı X6 üzrə iddiaçıya 1.900 ABŞ dolları məbləğində kredit xətti açılmışdır və həmin müqavilə üzrə iddiaçının birinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixə) 235,30 ABŞ dolları, ikinci devalvasiya gününə isə (xx.xx.2015-ci il tarixə) 1.890,29 ABŞ dolları ödənilməmiş əsas kredit borcu qalmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli razılaşmaya əsasən qalıq borcu restrukturizasiya edilsə də, borclu xx.xx.2016-cı il tarixindən müqavilə üzrə öhdəliklərini icra etmir və hazırda onun 1.946,49 ABŞ dolları ödənilməmiş əsas kredit borcu mövcuddur. Beləliklə, sözügedən kredit müqaviləsinin həqiqətən də “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanılması məhkəmə tərəfindən təkzibedilməz şəkildə təsdiq olunarsa, Fərmanın 1.1-ci və 1.2-ci bəndləri nəzərə alınmaqla sonuncunun adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 139721-CNS-14351 saylı kredit müqaviləsi üzrə 4.633,45 manat və xx.xx.2014-cü il tarixli 139721-1-13293 saylı X6 1.193,00 manat olmaqla cəmi 5.826,45 manat kompensasiyanın hesablanmasına (hesablanmış kompensasiya məbləğinin ilk növbədə həmin müqavilələr üzrə ödəniş müddəti keçmiş kredit borcuna yönəldilməklə) etiraz edilmir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Maliyyə X1 ********** nömrəli xx xxxx 2019-cu il qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edir. Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2. 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, xarici valyuta ilə bağlanan kredit müqavilələri üzrə borcalanlara, yəni fiziki şəxslərə kompensasia məbləği o zaman təyin olunur ki, onların devalvasiya tarixinədək (xx.xx.2015-ci il və xx.xx.2015-ci il) əsas kredit borcunun qalıq hissəsi 10.000 ABŞ dollarından çox olmasın. Yalnız həmin xüsuslara malik olan fiziki şəxslərə dövlət tərəfindən kompensasiya məbləği ödənilir. İşin hallarından görünür ki, hazırkı iş üzrə kredit müqavilələri həm bağlanma tarixi, həm tələb olunan məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının adı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməlidir. Lakin iddiaçı ilə bank arasında imzalanmış müqavilələrə, təqdim edilmiş maliyyə arayışlarına və cavabdeh tərəfindən təqdim edilmiş məlumatlara əsasən məhkəmə hesab edir ki, qeyd olunan Fərmanın tələblərinə əsasən iddiaçıya “Bank VTB (Azərbaycan)” ASC ilə onun arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 139721-CNS-14351 saylı X7 Müqaviləsi üzrə 4633,45 manat və “Bank VTB (Azərbaycan)” ASC ilə onun arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 139721-1-13293 saylı X6 üzrə 1193,00 manat, cəmi 5826,45 manat məbləğində kompensasiya məbləği hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 139721-CNS-14351 saylı X7 Müqaviləsi üzrə 4633,45 manat və “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 139721-1-13293 saylı X6 üzrə 1193,00 manat, cəmi 5826,45 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar