Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-937/2023 06.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi publik hüquqi şəxsin nümayəndəsi X9 iştirakı ilə iddiaçı Apple İnc., (ABŞ) şirkətinin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi publik hüquqi şəxsinə qarşı “A37-7/21 nömrəli xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Apple İnc., (ABŞ) şirkəti məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının A37-7/21 nömrəli xx.xx.2021-ci il tarixli Əqli Mülkiyyət Agentliyinin X17 tərəfindən təsdiq edilmiş qərarının ləğv edilməsi və ******* nömrəli “FİND MY” beynəlxalq əmtəə nişanına Azərbaycanda Apple İnc., kompaniyasının adına qeydiyyata alınması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, ABŞ-ın Apple İnc., (ünvan: X21 Way Cupertino, California 95014) kompaniyası tərəfindən Azərbaycan Respublikasının üzv olduğu X3 X8 Protokolu prosedurası üzrə, aşağıda göstərilmiş beynəlxalq əmtəə nişanı Azərbaycan Respublikasında qeydiyyata alınması üçün təqdim edilmişdir: - Nişanın adı (təsviri): FİND MY; - Nişanın sahibi: Apple İnc; - Nişanın sahibinin ünvanı: X21 Way Cupertino, Califomia 95014 (US); - Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatı üzrə nişanın əhatə etdiyi əmtəələrin siyahısı: "İnsanlar və istehlakçı elektronikası məhsullarının coğrafi yerini tapmaq, izləmək, göstərmək və paylaşmaq üçün yüklənən kompüter proqramı, nişanların coğrafi yeri barədə bildiriş göndərmək, itirilmiş və ya itkin istehlakçı elektronikası məhsullarını tapmaq və istehlakçı elektronikası məhsullarına icazəsiz girişin qarşısını almaq"; - X13 Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosunda qeydiyyata alındığı tarix: xx.xx.2019; Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan “Patent və əmtəə X1" (bundan sonra "Ekspertiza Mərkəzi”) xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının üzv olduğu “Sənaye Mülkiyyətinin Mühafizəsi X6”-nın 6 quinquies B və “Əmtəə Nişanları və X4” Azərbaycan Respublikası Qanununun bundan sonra “Qanun”) 5ci maddəsinin müddəalarına istinad edərək, iddia edilən “FİND MY” nişanının ilkin mərhələdə Azərbaycanda qeydiyyatından imtina etmişdir. Ekspertiza Mərkəzinin, sözügedən xx.xx.2020-ci il tarixli qeydiyyatdan imtina qərarına qarşı xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına etiraz ərizəsi verilmişdir. Apellyasiya Şurası A37-7/21 N-li 11 iyun 2021-ci il tarixli qərarı ilə, Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli imtina Qərarını qüvvədə saxlanılması haqqında qərar verilmişdir. İddiaçı Apple İnc., kompaniyası hesab edir ki, Apellyasiya Şurasının A37-7/21 N-li 1 iyun 2021-ci il tarixli, Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli “FİND MY” nişanının qeydiyyatından imtina Qərarının qüvvədə saxlanılması Qərarı Qanunun tələblərinə ziddir, qeyri-obyektivdir və aşağıda göstərilmiş əsaslara görə ləğv olunmalıdır: Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyin, tabeliyində olan Patent və Əmtəə işanlarının Ekspertiza Mərkəzi (bundan sonra “Ekspertiza” adlandırılacaq) tərəfindən 1.12.2020-ci il tarixli Qərarla, iddia edilən “FİND MY” nişanının ilkin mərhələdə qeydiyyatından imtina edilmişdir/ Ekspertiza, sözügedən Qərarda “Sənaye Mülkiyyətinin Mühafizəsi X7"nın 6 quinques Maddəsinin B. bəndinin və “Əmtəə Nişanları və X4' Azərbaycan Respublikası Qanununun (bundan sonra “Qanun” adlandırılacaq) 5-ci Maddəsinin müddəalarını rəhbər tutaraq iddia edilən “FİND MY” nişanının qeydiyyatından imtina etmişdir. Ekspertiza sözügedən qeydiyyatdan imtina Qərarında, iddia edilən “FİND MY” nişanının fərqlənmə qabiliyyətinə malik olmayan, yəni əsas amillərlə fərqlənməyən nişan olmasını göstərmişdir. İddiaçı “FİND MY” nişanının qeydiyyatdan imtina edilməsi haqqında Ekspertizanın Qərarını aşağıda göstərilmiş səbəblərdən qeyri-obyektiv, qərəzli və mövcud qanunvericiliyə zidd olmasını hesab edir,
1. «FİND MY» nişanı milli prosedura üzrə, mənşə ölkəsində, ABŞ-da xx.xx.2019-cu il tarixində 88694589 nömrəsi altında 09-cu sinifdə qeydiyyata alınmışdır.
2. «FİND MY» nişanı “X3 X8 X12” prosedurası üzrə aşağıda sadalanmış ölkələrdə əmtəə nişanı qismində qeydiyyata alınmışdır: İtaliya, Vyetnam, Ukrayna, Litva, Qazaxıstan, Moldova, Böyük Britaniya, Oman, İsveçrə, Namibiya, Xorvatiya, Britaniya, Qırğızıstan, Portuqaliya, Əlcəzair, Belarus, Butan, Karib Adaları, Kolumbiya, Kurakao, Avropa Birliyi, İndoneziya, Lixtenşteyn, Madaqaskar, Maldivi, Monako, Monteneqro, Yeni Zellandiya, Rumıniya, San-Marino, San-Tome və Prinsipi Adaları, Serbiya, Sinqapur, San-Martin, Slovakiya, Sloveniya, İspaniya, Türkiyə.
3. Onu da qeyd edir ki, «FİND MY» nişanının əmtəə nişanı kimi qeydiyyata alındığı ölkələr arasında, yüzillik tarixə və mükəmməl ekspertiza sisteminə malik olan və əqli mülkiyyət obyektlərinin mühafizəsi sahəsində böyük təcrübəyə malik olan ölkələr vardır, məsələn Avropa Birliyi ölkələri, İtaliya, İsveçrə, Böyük Britaniya, Türkiyə və sairə ölkələr. Onu da məlumat qismində qeyd edir ki, aşağıda sadalanmış ölkələrdə iddia edilən “FİND MY» nişanı, istifadə edilməsi nəticəsində fərqlənmə qabiliyyəti əldə etməsi əsasları üzrə qeydiyyata alınmışdır. Belə ölkələrin siyahısına Böyük Britaniya, Avropa Birliyi, Portuqaliya və Sloveniya daxildir. Sadalanan ölkələrdə «FİND MY» nişanın əmtəə nişanı qismində, istifadə edilməsi nəticəsində fərqlənmə qabiliyyəti əldə etməsi əsaslan üzrə qeydiyyata alınması haqqında qəbul edilmiş qərarlar bu iddia ərizəsinə qoşulur. «FİND MY» nişanının istifadə edilməsi nəticəsində fərqlənmə qabiliyyəti əldə etməsi sasları üzrə qeydiyyata alınması haqqında məlumatlar. • Yuxarıda öncə qeyd edildiyi kimi, məsələn, Böyük Britaniya, Portuqaliya, Avropa Birliyi ölkələri və Sloveniyada «FİND MY» nişanına hüquqi mühafizə, bu nişanın istifadə edilməsi nəticəsində fərqlənmə qabiliyyəti əldə etməsi nəticəsində verilmişdir. • Apple İnc., kompaniyasının istehsal etdiyi bütün qurğularda, ələlxüsus, iPhone, iPod touch, İPad qurğularında və Mac kompüterlərində istifadə edilən «FİND MY» tətbiqi bu qurğuların istifadəçilərinə məlumdur və belə tətbiqlərdən geniş surətdə istifadə edirlər. • «FİND MY» nişanının Azərbaycanda istifadə edilməsi və həmçinin «FİND MY» nişanının Azərbaycanda istifadə edilməsi nəticəsində fərqlənmə qabiliyyəti əldə etməsi haqqında məlumatlar və sübutlar. Məlumat qismində bildirilir ki, Apple İnc., kompaniyası, istehsal etdiyi məhsulların əksər hissəsini istehlakçılarına bilavasitə ona məxsus olan yeni Apple Store pərakəndə atış mağazalar, www.apple.com şəbəkəsi və ya üçüncü şəxslərə məxsus olan pərakəndə atış mağazası şəbəkələri vasitəsi ilə həyata keçirir. Məsələn, Azərbaycanda, Apple İnc., kompaniyası, öz məhsullarını Alma Store (ingilis versiyası "Apple Store”) pərakəndə satış mağazaları vasitəsi ilə həyata keçirir və Azərbaycanda Alma Store, Apple İnc., Kompaniyasının Reselleri (ikinci əl satışı) qismində çıxış edir Nəzərə alaraq ki, Apple İnc., kompaniyasının məhsulu olan «FİND MY» nişanları və FİND MY İPHONE» tətbiqləri ilk dəfə 2009-cu ildən istifadə edilməyə başlanmışdır və sözügedən “Alma Store” pərakəndə satış mağaza şəbəkəsi Azərbaycanda - Bakıda 2010-cu ildən fəaliyyətə başlamışdır, böyük əminliklə demək olar ki, Apple İnc., kompaniyasmın məhsullarının Azərbaycandakı istifadəçilərinin böyük əksəriyyəti, həm qeyd edilən Bakıda yerləşən pərakəndə satış mağazaları, həm də digər kanallar vasitəsi ilə, yuxarıda qeyd edilmiş www.apple.com sayt vasitəsilə və digər üçüncü kanallar vasitəsi ilə ııraya Azərbaycan vətəndaşlarının xarici işgüzar və turist səfərləri zamanı Apple İnc.,) kompaniyası tərəfindən istehsal olunmuş, əldə edilən qurğuları da əlavə etmək olar), Apple İNC., kompaniyasının istehsalı olan iPhone, iPod Touch, İPad və Mac kompüterləri. Bakı şəhərində Alma Store (Apple Store) pərakəndə satış mağazalarının siyahısı aşağıda verilmişdir: • X20, 1-ci mərtəbə; • X22, 1-ci mərtəbə; • Dəniz Mall, 1-ci mərtəbə; • 28 Mall, 1-ci mərtəbə. “Alma Store” pərakəndə satış mağazası şəbəkəsinin reklam bukletinin mətni aşağıda verilmişdir: “Alma Store - Azərbaycan Respublikasında X14 statuslu yeqanə satış mərkəzidir. X14 statusu yalnız işinin peşəkarlarına verilir. Mağazaları Mac kompyuterlərinin, İPhone smartfonlarının, iPad planşetlərinin bütün çeşidlərini, aksessuarlarının və proqram təminatının bütün növlərini təklif edir. Alma Store- Azərbaycanda Apple səlahiyətlərinin mərkəzidir, haraya siz istədiyiniz zaman yaxınlaşıb, sizi maraqlandıran suallara cavab və peşəkar məsləhət ala bilərsiniz. Alma Store'da istədiyiniz Mac, İPhone və ya “İPad" la işləyə bilərsiniz, həmçinin satışa yeni təqdim edilmiş Apple məhsulları ilə tanış ola və yeni texnologiyalara həsr olunmuş tədbirlərdə, təlimlərdə və ustad dərslərində iştirak edə bilərsiniz. Siz sadəcə soruşun və biz sizə uyğun olan kursu seçərik. Biz Apple məhsulları haqda hər şeyi bilirik və biliklərimizlə sizinlə paylaşmağa hazırıq. Bizim satıcılar öz sahələrində əsl peşəkardırlar. "Apple"in keyfiyyətli, rahat və stifadəsində sadə olan texnikası istifadəçilərə zövq verir və çox nadir hallarda texniki dəstəyə ehtiyac duyulur. Bizim X14 statuslu Alma Store mağazamızda hər zaman Mac, İphone, iPad aksessuarlarının böyük çeşidi mövcuddur. Bundan başqa bizim ixtisaslı ekspertlərimiz Apple üçün mövcud olan kənar istehsalçıların məhsullarını və həllərini seçməkdə yardım edə bilərlər. Onlar sizin üstünlük verdiklərinizə diqqətlə yanaşaraq, peşəkar və obyektiv məsləhətlər verəcəklər. Bizim mağazamızda Siz istədiyiniz hər bir məhsulu əldə edə bilərsiniz. Qeyd etdiyi kimi, Apple İnc., kompaniyası, “FİND MY MARKS” adı ilə birlikdə istifadə edilir «FİND MY» nişanları, elektron vasitələrin və insanların aşkar edilməsi və izlənməsi və onlarla bağlı xidmətlər sahəsində istifadə edilən proqram təminatı ilə birlikdə, 2009-cu ildən başlayaraq tətbiq edir. Apple İnc., Kompaniyasının “FİND MY MARKS" məhsullarının «FİND MY İPHONE» tətbiqlərində istifadəsi haqqında anonslar ilk dəfə 2009-cu ildə verilmişdir. «FİND MY» xətti «FİND MY İPOD» və «FİND MY İPAD» tətbiqlərinin istifadəsi nətəsində daha da genişləndi. 2011-ci il oktyabr ayında «FİND MY» nişanı altında istifadə edilən tətbiqin funksionallığı bir az da genişləndirildi və hal-hazırda Mac kompüterlərinin axtarışı da buraya daxil edilmişdir və daha sonra Apple İnc., kompaniyası «FİND MY FRİENDS» adı altında şəbəkə funksiyası haqqında anons vermişdir. 2017-ci ildə, «FİND MY» məhsullar xətti yenidən genişləndirildi və bu dəfə buraya “AİRPODS” istifadəçilərinin yerinin təyin edilməsinin izlənməsi funksiyası daxil edildi. Yuxarıda göstərildiyi kimi, Apple İnc., kompaniyası, on il ərzində, istehsal etdiyi bütün məhsul xəttində «FİND MY» nişanından, o cümlədən «FİND MY İPHONE», «FİND MY İPOD», «FİND MY MAC», «FİND MY FRİEND», «FİND MY AİRPODS» «FİND MY WATCH» geniş surətdə istifadə etmişdir. 2019-cu ildə Apple İnc., kompaniyası elan etmişdir ki, bütün mövcud olan «FİND MY İPHONE», «FİND MY İPAD», «FİND MY İPOD», «FİND MY MAC», «FİND MY FRİENDS», «FİND MY AİRPODS» və «FİND MY WATCH» tətbiqlərini bir tətbiq ilə, yəni «FİND MY» tətbiqi ilə əvəz edəcək. Beləliklə, bir «FİND MY» tətbiqi, bütün mövcud olan, yuxanda sadalanan bütün tətbiqləri özündə bütün qurğular üçün birləşdirəcək. Bunun nəticəsi olaraq, müxtəlif çeşidli qurğuların istifadəçiləri (smart qurğuların və kompüterlərin) Apple İnc., kompaniyasının qurğularına malik olacaq və müvafiq olaraq, onlar, Apple İnc., kompaniyasının qurğusu üzərindən, təklif olunan “Application Mark” nişanı vasitəsilə bu məhsulla bağlılıqlarını təyin edəcəklər. Yuxarıda verilmiş məlumatlar əyani surətdə ona dəlalət edir ki, 2009-cu ildən başlayaraq, Azərbaycanda Apple İnc., kompaniyasının, müvafiq və get-gedə artan istifadəçi seqmenti Apple İnc., kompaniyasının məhsullarından öncə istifadə etmişdir və hal-hazırda da istifadə edir və bu məhsullar üzərindən «FİND MY» tətbiq xəttindən, o cümlədən bu tətbiq xəttinə daxil olan «FİND MY FRİENDS», «FİND MY AİRPODS», «FİND MY WATCH» tətbiqlərdən istifadə edirlər. Yuxarıda verilmiş məlumatlar onu sübut edir ki, «FİND MY» nişanı uzun müddət ərzində, intensiv olaraq, yuxarıda yüksələn xətlə, Azərbaycanda Apple İnc., Kompaniyasının məhsullarından istifadəçilər istifadə edir və bu hal ona dəlalət edir ki, «FİND MY» nişanı, onun istifadəçilər tərəfindən istifadə edilməsi nəticəsində, fərqlənmə qabiliyyəti əldə etmişdir. “Əmtəə Nişanları və X4” Azərbaycan Respublikası Qanununun 6-cı Maddəsinin “Ç” bəndində deyilir ki, “əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları” əmtəə nişanı kimi qeydiyyata alına bilər. Qanunun bu maddəsi dolayı yolla ona dəlalət edir ki, Azərbaycan istehlakçıları və yaxud istehsalçıları arasında istifadə edilməsi nəticəsində fərqlənmə xüsusiyyətləri əldə etmiş nişanlar, əmtəə nişanı qismində qeydiyyata alına bilər. Apple İnc., kompaniyası, “FİND MY” nişanının işlənib hazırlanması, istehsalı və bazaга yeridilməsi məqsədləri üçün böyük məbləğdə pul vəsaiti və vaxt sərf etmişdir və həmçirıin böyük zəhmət çəkmişdir. Bütün yuxarıda verilmiş məlumatlar və gətirilmiş dəlillər ona dəlalət edir ki, həm Ekspertiza Mərkəzi, həm də Apellyasiya Şurası işin mahiyyətinə səthi yanaşaraq iş üzrə bütün hallara baxrmayaraq, qeyri-qanuni və əsassız qərarlar qəbul etmişlər.
3. Cavabdeh orqan iddia ərizəsinə yazılı etiraz təqdim edərək aşağıdakıları bildirmişdir: "xxxx" Şirkəti tərəfindən FİND MY (1507662) adlı əmtəə nişanı ƏXBT-nin 09-cu sinif əmtəələri üzrə 2019-cu il 15 noyabr tarixində beynəlxalq qeydiyyata alınmış və onun Azərbaycan Respublikasının ərazisində qeydiyyatı 2020-ci il 02 yanvar tarixində iddia ilmişdir (2019/51 Gaz). Agentliyin tabeliyində olan Patent və X2 Mərkəzinin İND MY (1507662) əmtəə nişanının qeydiyyata alınmasından imtina edilməsinə dair 20-ci il 11 dekabr tarixli rədd qərarında “Əmtəə nişanları və X4” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “b” və “c” bəndlərinə və “Sənaye Mülkiyyətinin Mühafizəsi Haqqında" Paris Konvensiyasının 6 quinquies äddəsinin B.(ii) bəndinə istinad etmişdir.
• “Find my” nişanının funksiyası hüquq sahibinin proqram təminatını təqdim etməkdir. • Nişan “find” və “my” sözlərindən ibarətdir. “Find” sözü ingilis dilindən azərbaycan dilinə “tapmaq, kəşf etmək, aşkar etmək”, “my” sözü isə FİND MY “mənim” kimi tərcümə edilir. • İddia olunan əmtəələrin təyinatını, istifadəsi məqsədini ifadə edir və təsviredicidir. Bu söz birləşməsi mobil tədbiqlərdə, qurğularda geniş istifadə edilən ümumişlək ifadədir. Yuxarıda verilmiş cədvəldə qeyd olunduğu kimi, nişan mahiyyət etibarilə malların təyinatı üçün bir təsvirdən ibarətdir. Belə ki, açıq məlumat bazalarında aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, əmtəə nişanının aid olduğu proqram təminatı dəstəkləndiyi cihazların olduğu yerin aşkarlanması və tapılması təyinatı üçün istifadə edilir. Qeyd edilir ki, “FİND MY” ifadəsi əmtəə nişanının əsas funksiyasını yerinə yetirməyə qadir olan bir nişan kimiq qəbul edilə bilməz. İddia edilən əmtəə nişanının aid olduğu proqram təminatı bazarda müxtəlif ticarət subyektləri tərəfindən çox istifadə edilir, həmin nişan isə yalnız bir mənbəni müəyyənləşdirməyə imkan vermir, eyni zamanda iddia edilən nişan əmtəə nişanı meyarlarına cavab verməyən "find my” (mənim olanı tap) sözlərindən ibarətdir. Bu baxımdan, "find my" söz ifadəsi yeri məlum olmayan və ya itmiş əşyaların və ya cihazların yerini müəyyənləşdirmək üçün proqram təminatlarını ifadə edir və əsasən belə proqram təminatları ilə birlikdə istifadə olunur. Buna görə də, digər hüquqi və fiziki şəxslər bu kimi ifadələrdən işlərinin adi gedişində eyni növ nişanı eyni növ xidmətlərlə birlikdə istifadə edə bilməlidirlər. Bundan əlavə hazırki bazar mühitini və istehlakçı düşüncəsi nəzərə alınaraq belə nəticəyə gəlmək olar ki, iddia edilən əmtəə nişanında olan ifadə (“find my”) yalnızca əmtəələrin və xidmətlərin növünü, mahiyyətini, təyinatını və digər xüsusiyyətlərini göstərir. Buna görə də iddia edilən əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik deyil. Belə qənaətə gəlmək olar ki, orta istehlakçı ticarət mənşəli hər hansı bir xüsusi əlaməti anlamağa meyl göstərməyəcəyindən, iddia edilən əmtəə nişanı sadəcə proqramın izləməyə, ticarət etməyə, tapmaq üçün nəzərdə tutulduğunu göstərməyə xidmət edir (itirilən və ya yeri məlum olmayan hər şeyi). Bu səbəbdən, sadə standart simvollarla ifadə edilən bu ifadə, hər hansı bir istehlakçı tərəfindən ilk baxışdan qorunma tələb olunan proqramın ticari və ya istehsal mənşəyi kimi qəbul edilməyəcəkdir. Qeyd olunanlara əsasən də, istehlakçıları çaşdırmaq ehtimalının olduğu deyilə bilər. Nəzərə alınmalıdır ki, əmtəə nişanın əmtəəyə münasibətdə təsviri xarakter daşıyıbdaşımaması məsələsi araşdırılarkən, təsviri xarakter daşıdığı əmtəə və ya xidmətlər abstract formada deyil, iddia sənədində göstərilənlərə uyğun müəyyən edilməlidir. FİND MY nişanı iddia olunduğu əmtəələrə münasibətdə təsviredici nişandır, iddia edilən əmtəələr və xidmətlər üzrə fərqləndirmə qabiliyyətinə malik deyil. İddia edilən əmtəə nişanı əsas amillərlə fərqlənmir. Əmtəə nişanının təyinatına uyğun olaraq əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləmdirməkdən ibarətdir. Həmçinin iddiaçının iddia tələbinin əsası kimi göstərilən “FİND MY" nişanının əmtəə kimi qeydiyyata alındığı ölkələr arasında, mükəmməl ekspertiza sisteminə və əqli mülkiyyət obyektlərinin mühafizəsi sahəsində böyük təcrübəyə malik olan ölkələrinin , məsələn Avropa Birliyi ölkələri, İtaliya, İsveçrə, Böyük Britaniya, Türkiyə və sairə ölkələr” olması barədə irəli sürülən dəlillərə münasibətdə qeyd edilir ki, qeyd olunan dəlil nişana mütləq olaraq Azərbaycan Respublikası ərazisində mühafizə verilməli olduğunu şərtləndirə bilməz, X5 Qeydiyyatı üzrə Madrid Sazişi və Protokolunun üzv ölkələrinin qanunvericiliyi və ekspertizasının keçirilməsi qaydaları mövcuddur və biri digəri üçün preyudisial əhəmiyyət daşımır. Beləliklə, əmtəə nişanını qeydə almaqdan imtinanın mütləq əsasları mövcuddur. Sadə standart şriftlə təsvir edilmiş, ümumişlək ifadə olan, iki sözdən ibarət FİND MY işarəsinə mühafizə verilərək onun digər hüquqi və fiziki şəxslər tərəfindən istifadəsi məhdudlaşdırılmamalıdır. “Əmtəə nişanları və X4” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin birinci hissəsinin b) bəndinə uyğun olaraq fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanların, yəni əsas amillərlə fərqlənməyən nişanların qeydə alınmasına yol verilmir. Həmin maddənin ikinci hissəsinə əsasən, iddia sənədinin verildiyi tarixədək bu maddənin 1-ci hissəsinin “b”, “c”, “d” bəndlərində göstərilən, lakin istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan əmtəə nişanının qeydə alınmasından imtina bilməz və ya həmin əmtəə nişanı qeydə alınmışdırsa, qeydə alınma etibarsız sayıla bilməz. İddiaçının nişanın iddia olunduğu əmtəələr üzrə Azərbaycan Respublikası ərazisində istifadəsi zamanı fərqlənmə qabiliyyətinə malik olduğunu təsdiq edən sübutlar və ya buna əsas olan hallar mövcud deyildir. Qeyd olunanlara əsasən, cavabdeh orqan iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının 04 iyun 2021-ci il tarixli A37-7/21 nömrəli qərarına əsasən iddiaçı (ərizəçi) Apple İnc., kompaniyasına məxsus ******* beynəlxalq qeydiyyat nomrəli “FİND MY” əmtəə nişanının 09-cu sinfin iddia edilən əmtəələri üzrə qeydiyyata alınmasından imtina edilməsi barədə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzinin (bundan sonra - Ekspertiza) xx.xx.2020-ci il tarixli qərarından iddiaçının (ərizəçinin) nümayəndəsi, patent müvəkkili Nümayəndə tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apelyasiya şurasına verilmiş etiraz ərizəsi əsassız hesab olunaraq təmin edilməmişdir. Onunla əsaslandırılmışdır ki, Apple İnc., X21 Way Cupertino CA 95014 (US) tərəfindən “FİND MY” (1507662) adlı əmtəə nişanı ƏXBT-nin 09-cu sinif əmtəələri üzrə xx.xx.2019-cu il tarixdə beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində iddia edilmişdir (2019/51 Gaz). Ekspertiza “FİND MY” (1507662) əmtəə nişanının qeydiyyata alınmasından imtina edilməsinə dair xx.xx.2020-ci il tarixli rədd qərarında “Əmtəə nişanları və X4" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “b” və “c” bəndlərinə və “Sənaye Mülkiyyətinin Mühafizəsi Haqqında” Paris Konvensiyasının 6 quinquies maddəsinin B. (ii) bəndinə istinad etmişdir. “Əmtəə nişanları və X4” Azərbaycan Respublikası Qanununun 5- ci maddəsinin “b” bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 4-cü bəndinin “a” yarımbəndində göstərilmişdir: Aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar (işarələr). Onlara xüsusən aşağıdakılar aid edilir: qrafik xarakterli ifa olmayan, ayrıca şəkildə özündə hərfləri, rəqəmləri əks etdirən nişanlar (işarələr), xətlər, sadə həndəsi fiqurlar, həmçinin tərkibinə daxil olan elementlərin ayrıayrılıqda yaratdığı təsəvvürlərdən fərqli olan və kəmiyyətcə başqa təsəvvür yaradan, onların kompozisiya yaratmayan uzlaşmaları, əmtəələrin sadə təsvirləri; “Əmtəə nişanları və X4" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “c” bəndində qeyd edilən şərtlər (Əmtəə nişanını qeydə almaqdan imtinanın mütləq əsasları) “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nın 4-cü bəndinin “b" yarımbəndində geniş şəkildə açıqlanmışdır: “əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri, tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar (işarələr). Onlara xüsusən aşağıdakılar aiddir: əmtəələrin sadə adı, kateqoriya işarələri, əmtəələrin xassəsinə göstərişlər (o cümlədən təriflər), materialın və ya xammalın tərkibinə göstəriş, əmtəənin qiymətinə, həcminə, çəkisinə göstəriş, əmtəənin istehsal tarixi, istehsalatın yaranma tarixinə dair məlumatlar, müəssisənin istehsal yönümü, istehsalçının və vasitəçi firmanın (yalnız yazı işarəsindən ibarət) ünvanı.” Apelyasiya şurası “FİND MY” əmtəə nişanını təhlil edib müəyyən etdi ki, nişan “fınd" və “my” sözlərindən ibarət olmaqla find-azərbaycan dilinə "tapmaq, kəşf etmək, aşkar etmək”, “my- mən, mənim” kimi tərcümə edilir, iddia olunan əmtəələrin təyinatını, istifadəsi məqsədini ifadə edir və təsviredicidir. Bu ifadə mobil tədbiqlərdə, qurğularda geniş istifadə edilən ümumişlək ifadədir, “Find my” nişanının funksiyası hüquq sahibinin proqram təminatını təqdim etməkdir. Nişan mahiyyət etibarilə malların təyinatı üçün bir təsvirdən ibarətdir, məsələn, bütün şəxsləri tapmaq üçün nəzərdə tutulmuş proqram təminatlarının tapılması, göstərilməsi, izlənməsi və paylaşılması. Nəticə etibari ilə “Find my” ifadəsi əmtəə nişanının əsas funksiyasını yerinə yetirməyə qadir olan fərqli bir nişan kimi qəbul edilməyəcək əmtəə nişanı, bazarda müxtəlif ticarət sahələri tərəfindən çox istifadə edilən və nəticədə yalnız bir mənbəyi müəyyənləşdirən, əmtəə nişanı meyarlarına cavab verməyən "find my (mənimkini tap)" sözlərindən ibarətdir. Bu baxımdan, "find my" ifadəsi mənim itkin düşən və ya itkin olan əşyalarımın yerini müəyyənləşdirmək üçün proqram təminatı ilə birlikdə istifadə olunur və bu kimi digər hüquqi və fiziki şəxslər də işlərinin adi gedişində eyni əmtəə nişanını eyni xidmətlərlə birlikdə istifadə edə lidirlər. Bundan əlavə, indiki halda, müvafiq ictimaiyyət ötürülən məlumatların xaricində, ticarət mənşəli hər hansı bir xüsusi əlaməti anlamağa meyl göstərməyəcəkdir ki, bu da sadəcə proqramın izləməyə, ticarət etməyə, tapmaq üçün nəzərdə tutulduğunu göstərməyə xidmət edir (itirdiyim hər şeyi). Bu səbəbdən, sadə standart simvollarla ifadə edilən bu ifadə, hər hansı bir istehlakçı tərəfindən ilk baxışdan qorunma tələb olunan proqramın ticari və ya istehsal mənşəyi kimi qəbul edilməyəcəkdir. Apelyasiya şurası nəzərə alır ki, nişanın əmtəəyə münasibətdə təsviri xarakter daşıması abstrakt formada deyil, iddia sənədində göstərilən əmtəələrə münasibətdə müəyyən edilməlidir. FİND MY əmtəə nişanı iddia olunduğu əmtəələrə münasibətdə təsviredici nişandır, iddia edilən əmtəələr və xidmətlər üzrə fərqləndirmə qabiliyyətinə malik deyil (yəni əsas amillərlə fərqlənmir). Əmtəə nişanının təyinatına uyğun olaraq əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Apellyasiya şurası iddiaçının etiraz ərizəsində qeyd etdiyi “FİND MY” nişanının əmtəə nişanı qeydiyyata alındığı ölkələr arasında, çoxtarixli və mükəmməl ekspertiza sisteminə malik olan və əqli mülkiyyət obyektlərinin mühafizəsi sahəsində böyük təcrübəyə malik olan ölkələr vardır, məsələn, Avropa Birliyi ölkələri, İtaliya, İsveçrə, Böyük Briyaniya, Türkiyə və sairə ölkələr.” hissəsi ilə bağlı qeyd edir ki, qeyd edilən dəlil nişana mütləq olaraq Azərbaycan Respublikası ərazisində mühafizə verilməli olduğunu şərtləndirə bilməz. X5 Qeydiyyatı üzrə Madrid Sazişi və Protokolunun üzv ölkələrinin daxili qanunvericiliyi və ekspertizasının keçirilməsi qaydaları mövcuddur və biri digəri üçün preyudisial əhəmiyyət daşımır. Beləliklə, əmtəə nişanını qeydə almaqdan imtinanın mütləq əsasları mövcuddur. Sadə standart şriftlə təsvir edilmiş, ümumişlək ifadə olan, iki sözdən ibarət “FİND MY" işarəsinə mühafizə verilərək onun digər hüquqi və fiziki şəxslər tərəfindən istifadəsi məhdudlaşdırılmamalıdır. “Əmtəə nişanları və X4” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin birinci hissəsinin b) bəndinə uyğun olaraq fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanların, yəni əsas amillərlə fərqlənməyən nişanların qeydə alınmasına yol verilmir. Həmin maddənin ikinci hissəsinə əsasən, iddia sənədinin verildiyi tarixədək bu maddənin 1-ci hissəsinin “b", “c”, “d" bəndlərində göstərilən, lakin istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan əmtəə nişanının qeydə alınmasından imtina edilə bilməz və ya həmin əmtəə nişanı qeydə alınmışdırsa, qeydə alınma etibarsız sayıla bilməz. İddiaçının nümayəndəsi, patent müvəkkili Nümayəndə nişanın iddia olunduğu əmtəələr üzrə Azərbaycan Respublikası ərazisində istifadəsi zamanı fərqlənmə qabiliyyətinə malik olduğunu təsdiq edən sübutlar (məsələn istehlakçılar arasında rəy sorğusu, reklam kompaniyası və s.) təqdim edilməsi təklif olunmuş, lakion müvafiq sübutlar Apellyasiya Şurasına təqdim edilməmişdir. Şərh edilənlərə əsasən “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 4-cü bəndinin “a” bəndini nəzərə alaraq “Əmtəə nişanları və X4” Azərbaycan Respublikası Qanunun 1-ci və 4-cü maddələrini, 5-ci maddəsinin “b” bəndini rəhbər tutaraq Apelyasiya şurası etiraz ərizəsini əsassız hesab etmiş və təmin etməmişdir.
5. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi.
6. İddiaçı tərəf məhkəmə iclasında iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X10rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X11rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).
10. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
11. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
12. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.
13. Azərbaycan Respublikası “Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişinin 1989-cu il iyunun 27-də Madrid şəhərində qəbul edilmiş Protokoluna 2 oktyabr 2006-cı il tarixli qanunla qoşulmuşdur. Həmin Protokolun 5-ci maddəsinin (Razılığa gələn bəzi Tərəflərə aid mühafizə verilməsindən imtina və beynəlxalq qeydiyyatın etibarsız sayılması) (2)(a) bəndinə əsasən Bu hüquqdan istifadə etmək istəyən istənilən İdarə, (b) və (c) yarımbəndlərini nəzərə almaqla, həmin İdarə üçün tətbiqi nəzərdə tutulan qanunvericiliyə uyğun olaraq, Beynəlxalq büro tərəfindən həmin İdarəyə göndərilən və bu maddənin (1) bəndində nəzərdə tutulduğu kimi, mühafizənin genişləndirilməsi barədə bildirişin verildiyi tarixdən hesablamaqla, bir il müddət keçməsindən gec olmayaraq, bütün müddət ərzində, imtina ilə əlaqədar dəlillərin hamısını göstərməklə, Beynəlxalq büroya bildiriş verməlidir.
14. Odur ki, beynəlxalq iddia sənədi verildiyi təqdirdə (milli qeydiyyat prosedurundan fərqli olaraq) bir il müddətində imtina verilməmişsə, əmtəə nişanı Azərbaycan Respublikasında mühafizə olunmuş sayılır. Odur ki, konkret halda milli qeydiyyat prosesudurundan fərqli olaraq beynəlxalq iddia sənədinə münasibətdə iddiaçının hüquqi marağı məhz Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının A37-7/21 nömrəli xx.xx.2021-ci il tarixli Əqli Mülkiyyət Agentliyinin X17 tərəfindən təsdiq edilmiş qərarının ləğv edilməsinə yönəldiyindən (beynəlxalq sənədin tələbinə əsasən həmin qərar ləğv edildiyi təqdirdə susma yolu ilə əmtəə nişanına mühafizə verilmiş hesab olunur) hazırki iddianın növü mübahisələndirmə növündə iddiadır.
15. “Əmtəə nişanları və X4” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 5-ci hissəsinə əsasən, iddiaçı Apellyasiya şurasının qərarını aldığı tarixdən 3 ay ərzində həmin qərardan məhkəmə qaydasında şikayət edə bilər.
16. Odur ki, məhkəmə hesab edir ki, məhkəməyə müraciət hüququ xüsusi qanunla 3 ay müəyyən edildiyindən həmin müddət nəzərə alınmalıdır.
17. Lakin təqdim edilən sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının A37-7/21 nömrəli xx.xx.2021-ci il tarixli qərarı iddiaçıya (iddiaçının Azərbaycan Respublikasındakı səlahiyyətli nümayəndəsi olan patent müvəkkilinə) xx.xx.2021-ci il tarixdə təqdim edilmiş, iddia ərizəsi isə məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir.
18. Odur ki, iddia müddəti ötürülmüş və müddətin ötürülməsi əsaslandırılmamışdır. Patent müvəkkili məhkəməyə müraciətin təqdim edilməsi ilə bağlı sifarişin gec təqdim olunduğunu bildirmişdir.
19. Digər tərəfdən məhkəmə qeyd edir ki, ******* nömrəli “FİND MY” iddia sənədi üzrə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının reyestrində (wipo.int/madrid/monitor/en/) Azərbaycan üzrə yekun imtina artıq dərc olunduğundan (mümkün şikayət vermə müddətləri artıq ötürüldüyündən) hazırkı iddia uğurlu olduğu təqdirdə belə onun icrası mümkün hesab olunmur.
20. İddia mümkün sayılmadığından məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək patent müvəkkilinin (vəkalətindəki səlahiyyətləri baxımından) iddiaçı qurumu məhkəmədə təmsil etmək səlahiyyətinə münasibət bildirmir.
21. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, məhkəmə hesab edir ki, hüquqi müəyyənlik prinsipinə uyğun olaraq iddia mümkün sayılmamalıdır.
22. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
23. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva