Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9373/2023 14.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosı̇ al Müdafı̇ ə Fonduna qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) "sığorta ödənişinin ödənilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosı̇ al Müdafı̇ ə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əsasən hərbi xidmət dövrü xx.xx.1992-ci il tarixdə aldığı “ağır” dərəcəli xəsarətə görə 2750 manat müvafiq sığorta ödənişinin və hüquqi yardım üçün ödədiyi 100 manat pulun ödənilməsi vəzifəsinin cavabdeh AR Əmək və ƏSMN tabeliyində DSMF-na həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək AR Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində əsgər kimi həqiqi hərbi xidmət keçmişdir. O, hərbi xidmət dövrü xx.xx.1992-ci il tarixdə döyüş zamanı xəsarət almış və “Sifətin, sol yuxarı ətrafların və bel nahiyyəsinin İ-İİ-İİİ dərəcəli termiki yanığf' diaqnozu ilə Bakı şəhəri 5 №-li Klinik Xəstəxanasında müalicədə olmuşdur. Aldığı travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” ifadəsilə göstərilmişdir. İddiaçının aldığı travmanın ağırlıq dərəcəsi isə AR Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” tərəfindən “ağır dərəcəli” xəsarət kimi qiymətləndirilmişdir. Lakin ona aldığı ağır xəsarətə görə müvafiq sığorta ödənişi verilməmişdir. İddiaçının hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan-xx.xx.1992ci il tarixdən qanunvericilik əsasında dövlət tərəfindən məcburi sığortalanmışdır. xx.xx.1992-ci il tarixdə sığorta hadisəsi baş vermiş (yaralanmışdır) və bununla da normativ hüquqi aktlarla onun sığorta ödənişi almaq hüququ yaranmışdır. 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Sığorta hadisəsi hesab edilə bilən sənədin tarixi xx.xx.2022-ci il tarixdən sonrakı vaxta xx.xx.2023-cü il tarixə təsadüf etdiyinə görə müvaiq sığorta ödənişinin(kompensasiyanın) ödənilməsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazında bildirilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanunun 2.1.6-cı maddəsinə əsasən sığorta hadisəsi - sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən haldır. Həmin Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən sığortaolunanın hərbi xidmət /əzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üc il müddətində əlilliyinin müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. Göründüyü kimi sığorta ödənişinin verilməsi ilə bağlı hərbi qulluqçunun ehtiyata və ya istefaya buraxıldığı tarixdən 3 il müddətində əlilliyin müəyyən olunması qanunun birbaşa tələbidir. Əlilliyi müəyən edilmiş şəxslərə: orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - sığorta məbləğinin 80 faizi həddində (8800 AZN); orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — sığorta məbləğinin 60 faizi həddində (6600 AZN); orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — sığorta məbləğinin 40 faizi həddində (4400 AZN) sığorta ödənişi ödənilir. Həmin Qanunun “d”bəndinə isə qeyd edilir: d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz;(2750 manat) az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31,05.2018-ci il tarixli Qanunun 1.0.1 -ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik” altsisteminin məlumat bazasına əsasən İddiaçı 19 nömrəli Şəhər Poliklinikasının 0108003AAED3 nömrəli göndərişi və müraciəti əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Odur ki, İddiaçı aldığı xəsarətlə əlaqədar olaraq əlilliyi müəyyən olunmadığı üçün sözügedən Fərmanın müddəaları ona şamil edilə bilməz. Yuxarıda sadalananları nəzərə alaraq Sizdən, İcraatınızda olan 2-1(112)-9373/2023 nömrəli inzibati iş üzrə İddiaçı "2750 manat məbləğində birdəfəlik ödəmənin verilməsi" tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə üçüncü şəxs Dövlət Sığorta Kommersiya Şirkəti iddiaya yazılı etiraz təqdim etmiş və etirazda bildirilmişdir ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci bəndinə görə, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilir. Fərmanın 2.8-ci bəndinə əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. İş materiallarında olan sığorta hadisəsini təsdiq edən K/01 nömrəli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 rəyi xx.xx.2023-cü il tarixinə aid olduğuna görə, Fərmanın istinad olunan maddələrinə əsasən, iddiaçıya sığorta ödənişinin verilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna həvalə olunduğundan, iddia tələbi əsassızdır. Qeyd edilənlərə əsasən iş üzrə İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1572 nömrəli xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Bakı ş. Yasamal RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2017-ci il tarixli 19HP-2436 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Bakı ş. 5 nömrəli Klinik Xəstəxanasında müayinə və müalicə olunduğu travma-diaqnoz: “Sifətin, boyunun, sol yuxarı ətrafların 32-34 % l-İİ dərəcəli termiki yanığı” (Azərbaycan-Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı ş. Yasamal rayon idarəsinin xx.xx.2017-ci il tarixli 1663 nömrəli-göndərişi, xx.xx.2017-ci il tarixli 242 nömrəli arayışı, Bakı ş. 5 nömrəli Klinik Xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, ambulator kartadan çıxarışlar, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2016-cı il tarixli məktubu, MN Mərkəzi Arxivindən verilmiş xx.xx.2016-cı il tarixli 9/2-12258 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi, .ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4”nin xx.xx.2023-cü il tarixli K/01 nömrəli aktından görünür ki, İddiaçı xx.xx.1992-ci ildə 5 №li Şəhər Klinik Xəstəxanasına daxil olarkən onda “Yanıq xəstəliyi, yanıq şoku yüngül dərəcə, sifətin, boyun, yuxarı ətrafların, gövdənin aşağı yarısının 32-34 % (31) ll-llla-lllb dərəcəli termiki yanığı” diaqnozlu xəsarətlər olmuşdur. İddiaçı məhkəmə tibbi müayinəsi zamanı (xx.xx.2023) həmin xəsarətlərin sağalmış izləri olan çoxsaylı çapıq toxumalar və piqmentasiya sahələri aşkar edildi. Qeyd edilən xəsarətlər yüksək temperaturun (alovun) yerli termiki təsirindən törənmiş, müayinə olunan şəxsin göstərdiyi şəraitdə və müddətdə, yəni 1992-ci ilin avqust ayında törənməsi inkar olunmur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərəvurmaya aiddir. Məhkəmənin sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin verdiyi xx.xx.2023-cü il tarixli, 3-17-4/2-13381/2023 nömrəli məktubunda bildirilmişdir ki, şəxsin (iddiaçının) əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı 19 nömrəli Şəhər Poliklinikasının 0108003AAED3 nömrəli göndərişi və müraciəti əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17- 1/2-Q-58423/2/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021- ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulur. İddiaçı aldığı xəsarətlə əlaqədar olaraq əlilliyi müəyyən olunmadığı üçün sözügedən Fərmanın müddəaları ona şamil edilmir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia qismində mümkün iddiadır. Çünki iddiaçının tələbi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətlərin edilməsinə yönəlib. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı formada imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassız iddiadır. Belə ki, işin hallarından görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək hərbi xidmətdə olmuş, hərbi xidmət zamanı xx.xx.1992-ci il tarixdə “Yanıq xəstəliyi, yanıq şoku yüngül dərəcə, sifətin, boyun, yuxarı ətrafların, gövdənin aşağı yarısının 32-34 % (31) ll-llla-lllb dərəcəli termiki yanığı” diaqnozlu xəsarət almış, MN MHHK-nın xx.xx.2017-ci il tarixli 1572 nömrəli qərarına əsasən almış olduğu xəsarət hərbi xidmət dövründə travma hesab edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4”nin xx.xx.2023-cü il tarixli K/01 nömrəli aktın əsasən xəsarət Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2001-ci il tarixli 07 nömrəli əmri ilə qüvvədə olan “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası qaydaları”na əsasən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma kimi qiymətləndirilmişdir. Hazırkı iddiasında iddiaçı onun hərbi qulluqçu olaraq həyat və sağlamlığının sığortalandığını, xx.xx.1992-ci il tarixdə baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişi almadığını əsas gətirərək ona aldığı xəsarətin dərəcəsinə uyğun olaraq sığorta ödənişinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini mübahisələndirir. İddiaçı "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında ” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanına əsasən, sığorta hadisəsini təsdiq edən sənədin xx.xx.2023cü ilə aid olduğundan ona ödənilməyən sığorta ödənişini Dövlət Sosial Müdafiə Fondundan tələb edir. Məhkəmə aşağıdakılara əsasən iddiaçının mövqeyi ilə razılaşmır. Belə ki, 20 may 1997-ci il tarixli “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən bu Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir. Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında ” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanın: -1. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (bundan sonra – Şirkət) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorluq işçilərinin, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri (bu Fərmanın 2.7-ci və 2.8-ci bəndləri nəzərə alınmaqla) 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. -2.7. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir; -2.8. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Beləliklə, sadalanan normalardan görünür ki, 20 may 1997-ci il tarixdən hərbi qulluqçuların həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyən normativ sənəd həmin tarixdən qüvvəyə minmiş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunudur. Adıçəkilən Qanunun 5-ci maddəsi məhz 1997-ci ildən sonra sığorta hadisəsi nəticəsində həlak olmuş, əlilliyi müəyyən edilmiş, eləcə də xəsarətlər almış hərbi qulluqçulara sığorta ödənişləri verilməsini tənzimləyir. "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmana əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2022-ci il yanvarın 1-dən həyata keçirir. Belə ki, Fərmanın 2.8-ci bəndinə əsasən xx.xx.1997-ci il tarixli “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunu ilə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid olub, sığorta ödənişi ilə təmin edilməyən hərbi qulluqçulara sığorta ödənişi 2022-ci il yanvarın 1-dən etibarən Dövlət Sosial Müdafiə Fondu tərəfindən təmin edilir. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunu və "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təmin edilən sığorta ödənişi almaq imkanı hazırkı iddiaçıya münasibətdə tətbiq edilə bilməz və yaxud başqa sözlə, iddiaçının iddiasının əsasını təşkil edən adları çəkilən normativ hüquqi aktlar Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya sığorta ödənişi ödəməsinə əsas vermir. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli 1513 nömrəli Fərmanına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanunu 1997-ci il avqustun 2-də qüvvəyə minənədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alınmışdır: - 1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilsin: 1.1. İ dərəcə əlilliyə görə – 8 800 manat; 1.2. İİ dərəcə əlilliyə görə – 6 600 manat; 1.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat; -2.1. bu Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir; -7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikası Strateji X3 Agentliyi, Azərbaycan Respublikası Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Fərmanın 1ci hissəsində nəzərdə tutulmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısını iki ay müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər. Göründüyü kimi 1997-ci il avqustun 2-dək hərbi xidmət keçmiş və həmin tarixədək sığorta hadisəsi baş vermiş hərbi qulluqçuların sığorta ödənişi alması ilə bağlı xüsusi normativ hüquqi akt- Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli 1513 nömrəli Fərmanı qəbul edilmişdir. Yəni 1997-ci ilədək hərbi xidmət keçdiyi dövrdə baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişinin verilməsi Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli 1513 nömrəli Fərmanı ilə, 1997-ci ildən sonra xidmət keçdiyi dövrdə baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişinin verilməsi xx.xx.1997-ci il tarixli “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunu ilə tənzimlənir və hər bir dövrə münasibətdə müvafiq qanunvericilik normaları tətbiq edilməlidir. İddiaçının iddia etdiyi kimi sığorta hadisəsinin baş verməsini təsdiq edən sənədin verilməsi tarixindən asılı olaraq məhz “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunu tətbiq edilməli olsaydı o zaman Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli 1513 nömrəli Fərmanının qəbul edilməsinə də zərurət qalmazdı. Başqa sözlə, hazırkı halda iddiaçı xx.xx.1992-xx.xx.1992-ci ilədək hərbi xidmət keçdiyindən və xəsarəti avqust 1992-ci ildə hərbi xidmət zamanı aldığından onun sığorta ödənişi tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli 1513 nömrəli Fərmanı çıxış edir və sığorta ödənişinin verilib-verilməməsi məsələsi məhz həmin Fərmanın tələbləri nəzərə alınmaqla qiymətləndirilməlidir. Yuxarıda bəhs edilən 1513 nömrəli Fərmanın tələblərindən görünür ki, qanunverici “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsində ağırlıq dərəcəsi ilə xəsarət almış şəxslərdən fərqli olaraq Fərman 1997-ci il avqustun 2dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar və yalnız əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara münasibətdə birdəfəlik sığorta ödənişinin verilməsini nəzərdə tutmuşdur. Bunun üçün isə hərbi qulluqçunun xidmət keçdiyi qurum qeyd edilən səbəbdən əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların siyahısını tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməsi və yalnız bundan sonra həmin siyahıya uyğun olaraq ödəmələrin həyata keçirilməsi mümkün hesab olunur. Hazırkı işin hallarını qeyd edilən normativ hüquqi sənədə uyğun qiymətləndirilkdikə müəyyən olunur ki, iddiaçının 1513 nömrəli Fərmanın 1-ci bəndi ilə nəzərdə tutulmuş sığorta ödənişini almaq hüququ yoxdur. Belə ki, iddiaçı 1992-ci ildə aldığı xəsarət ağır dəcərəli xəsarət olmuş olsa da əlilliyi müəyyən edilmiş, əlillik statusu olan şəxs deyildir. Beləliklə, iddiaçının tələbi iddia etdiyi və tətbiq edilməli normativ hüquqi aktların dispozisiya şərtlərinə cavab vermir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosı̇ al Müdafı̇ ə Fonduna qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-9373/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9373/2023
14.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver