Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9374/2024 05.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yerləşmə sxeminin çəkilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli sərəncamı ilə Mərdəkan qəsəbəsi avtobus dayanacağında "xxxx" Firmasına mağaza tikintisi üçün ayrılan torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1995-ci il tarixli sərəncamı ilə Mərdəkan qəsəbəsi avtobus dayanacağında "xxxx" Firmasına mağaza tikintisi üçün torpaq sahəsi ayrılması barədə sərəncam imzalanmışdır. Həmin sərəncamla avtobus dayanacağında 3x5 kv.m ölçüdə mağazanın tikintisinə icazə verilmişdir. 05 avqust 1999-cu il tarixdə "xxxx" Firmasına məxsus olan Bakı keçmiş Əzizbəyov rayonunda yerləşən Avtobus dayanacağı adlanan obyektin texniki pasportu çəkilmişdir. Ərazinin sənədləşdirilməsi ilə əlaqədar olaraq yerləşmə sxeminin alınması zərurəti yaranır. Ərazinin yerləşmə sxeminin çəkilməklə təqdim olunmasına dair müraciətinə şifahi olaraq imtina almış və rəsmi müraciət etməsi barədə poçt qəbzinin surətini iddia ərizəsinə əlavə edir. İddia ərizəsinə əlavə olunan xx.xx.1995-ci il tarixli sərəncamdan göründüyü kimi "xxxx" Firmasına Mərdəkan qəsəbəsi avtobus dayanacağında "xxxx" Firmasına mağaza tikintisi üçün torpaq sahəsi ayrılmasına dair sərəncam mövcuddur. 05 avqust 1999-cu il tarixdə "xxxx" Firmasına məxsus olan Bakı keçmiş Əzizbəyov rayonunda yerləşən Avtobus dayanacağı adlanan obyektin texniki pasportu çəkilmiş, həmin texniki pasportun notarial qaydada təsdiqini iddia ərizəsinə əlavə edir. Həmin Firmanın təsisçisi X2 olmuş və onun ərizəsi əsasında vərəsəsi kimi 31 saylı notariat ofisində tanınmışdır. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısının 822 saylı xx.xx.1995-ci il tarixli sərəncamına əsasən "xxxx" Firmasına Mərdəkan qəsəbəsi avtobus dayanacağında 3x5 ölçüdə mağazanın tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 3-48-2F/2-B-05305/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, 5 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli müraciətə əsasən keçmiş Əzizbəyov rayon İH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli, 822 saylı sərəncamın və ona əlavə edilmiş sənədin təsdiq edilmiş ksero surətləri 2 (iki) vərəqdən ibarət təqdim olunur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 31 saylı notariat ofisinin 189 saylı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri 31 saylı notariat ofisinə. xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 (xx.xx.1953-cü il təvəllüdlü, FİN-3FD2VSG) miras qalmış Bakı şəhəri, Mərdəkan qəsəbəsi 26 Bakı komissarı küçəsi ev 112-yə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı vərəsəsi İddiaçı ərizəsi qəbul edilmiş vərəsə kimi tanınmışdır. İcraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq miras qalmış əmlaka dair çıxarış verilməsinə etiraz etmir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********78 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, qeyd edilən torpaq sahəsinə dair təqdim edilmiş sənədlər hüquqi şəxsə aid olduğundan, ərizəçi kimi hüquqi şəxs tərəfindən müraciət edilməlidir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Bundan başqa, qeyd edilən əmlak və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər tam əlavə olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən təqdim edilmiş lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin xx.xx.1999-cu il tarixli texniki pasportundan görünür ki, lisenziya hüququna malik olan hüquqi şəxs "xxxx" Firması, ticarət və ictimai iaşə obyektini təsdiq edən sənəd Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısının 822 saylı xx.xx.1995-ci il tarixli sərəncamıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanına dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli texniki pasportdan görünür ki, hüquq subyekti İddiaçıdur. Bakı İnzibati Məhkəməsinin dəftərxana işçiləri böyük mütəxəssis Ə.N.Rzayeva, məsləhətçi-kompüter proqramçısı F.M.Gözəlova və böyük mütəxəssis T.M.Əsədova tərəfindən tərtib edilmiş 169 saylı xx.xx.2024-cü il tarixli akt ilə təsdiq edilmişdir ki, İddiaçı tərəfindən məhkəməyə poçt vasitəsi ilə daxil olmuş iddia ərizəsində qoşmaya əlavə edilmiş sənədlər siyahısında imtina məktubunun surəti aşkar edilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım barədə məktub göndərilərək iddiaçı qismində "xxxx" Firması göstərilməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin, eyni zamanda iddia qaldırmaq üçün subyektiv hüququnu və səlahiyyətinizi təsdiq edən sənədlərin, cavabdeh inzibati orqana müraciətin və imtina məktubunun məhkəməyə təqdim edilməsi üçün 10 gün müddət müəyyən edilmiş, iddia ərizəsindəki çatışmazlıqların məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmamasının, eləcə də müvafiq tələblə cavabdeh orqana müraciətin edilməməsinin iddianın mümkünsüzlüyünə səbəb ola biləcəyi iddiaçıya izah edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3) İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. (16.1) İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. (16.2) Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. (16.3) İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (16.6) Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi “Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli sərəncamı ilə Mərdəkan qəsəbəsi avtobus dayanacağında "xxxx" Firmasına mağaza tikintisi üçün ayrılan torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması” barədədir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilərək (xx.xx.2024cü il tarixdə lazımi qaydada çatdırılmışdır) bildirilmişdir ki, iddiaçı qismində "xxxx" Firması göstərilməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin, eyni zamanda iddia qaldırmaq üçün subyektiv hüququnu və səlahiyyətini təsdiq edən sənədlərin, cavabdeh inzibati orqana müraciətin və imtina məktubunun məhkəməyə təqdim edilməsi üçün 10 gün müddət müəyyən edilmiş, iddia ərizəsindəki çatışmazlıqların məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmamasının, eləcə də müvafiq tələblə cavabdeh orqana müraciətin edilməməsinin iddianın mümkünsüzlüyünə səbəb ola biləcəyi iddiaçıya izah edilmişdir. Lakin iddiaçı iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə təqdim etməmiş, eləcə də müvafiq tələblə cavabdehə müraciətini təsdiq edən sübutları və ya imtina məktubunu məhkəməyə təqdim etməmişdir. İddiaçının faktiki olaraq məhkəməyə təqdim etdiyi iddia tələbi ilə bağlı cavabdeh orqana rəsmi müraciəti olmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblərlə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-9374/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9374/2024
05.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver