Məhkəmə qərarları › İş №2-1(112)-9375/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9375/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9375/2024 18.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi X9, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “mənzil uçotuna götürülmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli 08 saylı “güzəştli mənzil növbəsinə qəbuledilməsi haqqında” sərəncamı ilə şəhid anası-X4 yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürüldüyü siyahıya, şəhid anası X7 ilə birlikdə yaşayan və şəhidin qardaşı olan hazırkı iş üzrə iddiaçı- İddiaçı da həmin mənzil-uçotu siyahısına alınması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə və mənzil verilərkən, şəhidin qardaşı İddiaçı da hüquqları nəzərə alınmaqla mənzil otaqlarının sayının artırılması məsələsinin həll edilməsini həmin orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı şəhid anası xx.xx.1940-cı ildə anadan olmuş X3 doğma oğludur və o, onunla birlikdə yaşayır. Mərhum qardaşı xx.xx.1972-ci ildə anadan olmuş X15 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında erməni quldur birləşmələrinə qarşı döyüşmüş və döyüş əməliyyatlarında şəhid olumuşdur. 3 sentyabr 1993-cü il tarixli, 697 nömrəli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən, anası X5 şəhid ailəsi statusu verilmiş və xx.xx.2008-ci il tarixdə şəhid ailəsi üzvünün 012570 nömrəli vəsiqəsi ilə təmin edilmişdir. Bundan sonra, Şirvan şəhər İcra hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 94 nömrəli sərəncamı ilə şəhid ailəsi, doğma anası X7 onunla birlikdə yaşamasına və qalmasına baxmayaraq anasının özü tək yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülmüş və Qarabağ müharibəsi şəhid ailələrinin güzəştli mənzil uçot siyahısına daxil edilmişdir. Bundan sonra, Bakı şəhərində onunla birlikdə və onun himayəsində yaşayan, anası X3 müraciəti əsasında, qeydiyyat ünvanı ünvan 1i üçün və şəhid ailələrinin güzəştli mənzil- uçot növbəsindən çıxarılıb dəyişdirilərək və mənzil-uçot işinin yaşayış yeri üzrə Cavabdehnə göndərilmişdir. Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli 08 saylı “X3 güzəştli mənzil növbəsinə qəbul edilməsi haqqında” Sərəncamına əsasən, o- X7 yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə tək özü qeydiyyata götürülmüş və mənzil növbəsinin tarixi saxlanılmaqla (xx.xx.2021-ci il tarixdən) Qarabağ müharibəsi şəhid ailələrinin güzəştli mənzil-uçot siyahısına daxil edilmiş və onunla birlikdə və şəhidin qardaşı olmağına baxmayaraq həmin mənzil uçotuna qeydiyyata alınmamışdır. Şəhid anası- X7 yaşlı-ağbirçək və xəstə bir anadır və doğma övladı kimi İddiaçı yanında və onun himayəsində yaşayır. Anasının bütün müalicə və digər xərcləri və baxılmağı oğlu-İddiaçı tərəfindən təmin edilir. Onun doğma anası, Şəhid anası- X3 84 yaşı vardır və veriləcək bir otaqlı mənzildə anası tək və baxımsız necə yaşaya bilər. Şəhidin doğma qardaşı kimi- İddiaçı şəhid ailəsi üzvü hesab olunaraq, gələcəkdə şəhid anası- X5 veriləcək güzəştli mənzil-uçot siyahısına İddiaçı da güzəştli mənzil-uçotu siyahısına əlavə edilməlidir. Hesab edir ki, Cavabdeh bununla bağlı İddiaçı qarşı haqsızlıq edir, onun himayəsində yaşayan və şəhid anası- X3 hazırkı səhhətini və sağlı durumunu nəzərə alımır və şəhid ailələrinə verilən güzəştli mənzil qaydalarını pozur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilib-edilməməsi məsələsini məhkəməsin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehin ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.1962-ci il tarixli, AZ 349011 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur, atası X16, anası X6r. İş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli, 012576 nömrəli vəsiqənin surətinə əsasən X7 şəhid ailəsi üzvüdür. İş materiallarına əlavə edilmiş Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 478 nömrəli arayışından görünür ki, X14 həqiqətən də ünvan 3 ünvanda yaşayır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən sahəsi 69.43 kv.m. olan 27 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2017-ci il tarixdə ********* nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli 5-21/2-721/2024 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: - Şirvan şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 94 nörəli sərəncamına əsasən İ Qarabağ Müharibəsi zamanı (Şirvan şəhərindən X11 anası X1 şəhər İcra Hakimiyyətinə yaşayış yeri üzrə 1 nəfər ailə tərkibi ilə özü) yaşayış sahəsinə ehtiyyacı olan vətəndaş qismində uçota alınması və güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilməsi qərara alınmışdır. - Bakı şəhəri Şirvan şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 193 saylı sərəncamına əsasən vətəndaş X7 yaşayış sahəsinə ehtiyacı olan qismində şəhid anası kimi Şirvan Şəhər İcra Hakimiyyətində uçota alınmış vətəndaşların siyahısından çıxarılsın və onun mənzil uçot işi yaşayış yeri üzrə Bakı şəhəri Cavabdehnə göndərilməsi qərara alınmışdır. - Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli 8 saylı sərəncamına əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51-ci maddəsinə və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndinə əsasən X7 yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülməsi və mənzil növbəsinin tarixi saxlanılmaqla (xx.xx.2021-ci il) Qarabağ müharibəsi şəhid ailələrinin güzəştli mənzil-uçot siyahısına daxil daxil eidlməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli 5-21/2-1112/2024 nömrəli məktubunda bildirilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr şəhid ailəsinin üzvləri hesab edilir. Eyni zamanda bildiririk ki, qüvvədə olan qanunvericiliyə əsasən İddiaçı şəhid ailəsi üzvü hesab olunmadığından onun Dünyaxanım Əsədovanın mənzil növbəsinə əlavə edilmədiyindən şəhid ailəsi kimi güzəştli mənzil-uçot siyahısına götürülməmiş və uçota götürülmədiyi təqdirdə hər hansı bir sənədləşmə işləri aparılmamışdır. Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən Şirvan şəhəri, İstiqlaliyyət prospekti, 83, M4, m3 ünvanında yerləşən ümumi sahəsi 60.20 kv.m olan əmlak İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyatdadır. Cavabdeh Bakı şəhəri Cavabdeh iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli 5-21/2-Ə-128-068/24 nömrəli məktubunda bildirilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1- ci maddəsinə əsasən ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr şəhid ailəsinin üzvləri hesab edilir. Qüvvədə olan qanunvericiliyə əsasən qardaşınız İddiaçı şəhid ailəsi üzvü hesab olunmadığından onun Dünyaxanım Əsədovanın mənzil növbəsinə əlavə edilməsi ilə bağlı xahişinizin yerinə yetirilməsi mümkün deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli imtinasından sonra xx.xx.2024-cü il tarixdə iddia qaldırmaqla 30 günlük iddia müddətini ötürməmişdir. İddia mahiyyəti üzrə əsassızdır. İşin hallarından görünür ki, X7 şəhid X11 anası olmaqla şəhid ailəsi üzvüdür və ona bu barədə xx.xx.2008-ci il tarixli, 012576 nömrəli şəhid ailəsi üzvü vəsiqəsi verilmişdir. X7 ilkin olaraq Şirvan şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 94 nörəli sərəncamına əsasən İ Qarabağ Müharibəsi zamanı şəhid olmuş X11 anası qismində Şirvan şəhər İcra Hakimiyyətində yaşayış yeri üzrə 1 nəfər ailə tərkibində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Daha sonra iddiaçının Bakı şəhəri ərazisində qeydiyyata düşməyi ilə əlaqədar Bakı şəhəri Şirvan şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 193 saylı sərəncamına əsasən X1 Şəhər İcra Hakimiyyətində uçota alınmış vətəndaşların siyahısından çıxarılaraq mənzil uçot işi Bakı şəhəri Cavabdehnə göndərilmiş, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli 8 saylı sərəncamına əsasən X3 güzəştli mənzil növbəsinə götürülmüşdür. Hazırkı halda iddiaçı X3 digər oğlan övladı olaraq X3 mənzil uçot işinə əlavə edilməsini mübahisələndirir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun aşağıdakı maddələrinə əsasən: - 1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. -3.2.16. mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar; Göründüyü kimi qanunvericilik şəhidin ailə üzvləri sırasından şəhid ailəsi üzvü hesab edilə biləcək şəxslərin dairəsini konkret müəyyən etmiş, bununla da bütün ailə üzvlərinin deyil, məhz qanunda sadalanan və şəhid ailəsi üzvü statusunda olan şəxslərə müvafiq üstünlüklər tanımış, o cümlədən birinci növbədə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan qismdə uçota alınması və müvafiq yaşayış sahəsi ilə birinci növbədə təmin olunmasını birbaşa nəzərdə tutmuşdur. Hazırkı iş üzrə iddiaçının mənzil uçot siyahısına daxil edilməsinin hüquqi əsası bilavasitə anası Əsədova Dünyaxanımın uçota götürülmə əsası ilə bilavasitə bağlıdır. Belə ki, o şəhid ailəsi statusunda olan anasının onunla birgə yaşadığını əsas gətirərək müvafiq növbəlilik siyahısını nəzərdə tutan siyahıya daxil edilməni mübahisələndirir. Halbuki, yuxarıda sadalanan qanun normalarının tələblərinə əsasən iddiaçı şəhidin ailə üzvü deyil və ona bu statusu təsdiq edən vəsiqə verilməmişdir. Şəhidin ailə üzvü olan şəxslə birgə yaşaması bilavasitə iddiaçıya müvafiq növbəlilik siyahısına daxil edilməni tələb etməyə əsas vermir. Əks hal- yalnız şəhid ailəsi üzvünə baxması və ya onunla birgə yaşaması əsası ilə şəxsin mənzil növbəliliyi siyahısına daxil edilməsi şəhid ailəsi üzvü statusu olan və olmayan ailə üzvləri arasında qanunla nəzərdə tutulan differensiyanı minimuma endirə və bu hal həmin statusda olan şəxslər üçün nəzərdə tutulmuş güzəşt və imtiyazdan faydalanma əsaslarını da əhəmiyyətsiz edə bilər ki, bu da bəhs edilən qanunvericiliyin məqsədinə bilavasitə cavab vermir. Qanunun məqsədi şəhid ailəsi üzvü olan və olmayan şəxsləri müəyyən etmək və buna müvafiq statusdan irəli gələn imtiyaz və güzəştləri tətbiq etmək olduğundan şəhid ailəsi üzvü statusunda olmayan iddiaçının mənzil növbəliliyinə daxil edilməsi və bu statusdan irəli gələn güzəşt və imtiyazdan istfadə etməyə də müvafiq üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçılarına dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılması və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. -30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. -48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra - uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -50.2-ci maddəsinə görə vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. -51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. -53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadrat metr müəyyən edilmişdir. Sadalanan normalardan görünür ki, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədləri müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar əvvəla onun yaşayış sahəsi ilə təmin olunmamasıdır. Şəxsin yaşayış sahəsi olduğu halda isə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün meyar onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsini müəyyən edən yaşayış sahəsinin uçot normasıdır. Bu zaman uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan vətəndaşlar hesab olunurlar. Hazırkı işin yuxarıda sadalanan hallarından görünür ki, ünvan 4 ünvanında yerləşən sahəsi 69.43 kv.m. olan 27 saylı mənzil və Şirvan şəhəri, İstiqlaliyyət prospekti, 83, M4, m3 ünvanında yerləşən ümumi sahəsi 60.20 kv.m olan əmlak İddiaçı xüsusi mülkiyyətindədir. Belə olan halda, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində növbəyə götürülməsi üçün tələb olunan yaşayış sahəsinin olmaması barədə meyara cavab verən subyekt qismində çıxış etmir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, hazırkı halda mənzil növbəliyinə 1 nəfər Əsədova Dünyaxanım götürülmüş və 1 nəfər şəhid ailəsi üzvü üçün Sosial Xidmətlər Agentliyi tərəfindən təqdim edilən 1 otaqlı mənzillərin ümumi ölçüsü Əsədova Dünyaxanımla birgə yaşayayacaq digər 1 nəfər şəxs də nəzərə alınmaqla adambaşına norma ölçülərinə uyğun olacaqdır ki, bu halda belə iddiaçının əlavə olaraq növbəlilik siyahısına daxil edilməsinə zərurət qalmır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehnə qarşı “mənzil uçotuna götürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar