Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9378/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı şəhid ailəsi üzvüdür. İddiaçı güzəştli mənzil növbəsinə alınmaq üçün cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətdə əvvəlcə Goranboy Rayon İcra Hakimiyyətində şəhid ailəsi kimi güzəştli mənzil növbəsində olduğu, hazırda isə daimi qeydiyyatının Xətai rayonunda olması səbəbilə, mənzil növbəsinə aid sənədlərin Bakı şəhəri Xətai RİH-ə daşınmasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciət əsasında Goranboy Rayon İcra Hakimiyyəti mənzil növbəsinə aid sənədləri Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə yönləndirmişdir. Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti müraciətə cavab olaraq bildirmişdir ki, araşdırma nəticəsində məlum olub ki, vətəndaşın adına Goranboy rayonu, Qızılhacılı qəsəbəsi, B. Hüseynov küçəsi, ev 17-də (3 otaqlı, 126.30 kv.m) və həmin evin yerləşdiyi 0.13 ha torpaq sahəsi mülkiyyət kimi qeydə alınıb. Bu səbəbdən və qüvvədə olan qanunvericiliyə əsasən, müraciət üzrə tələb təmin edilməmişdir. Lakin iddiaçı bildirir ki, həmin torpaq sahəsi qızının adına özgəninkiləşdirilmişdir. İddiaçı bu xüsusatı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə təkrar müraciətdə bildirsə də, cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətdən 5 il gözləməli olduğu bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, tamamilə formal əsaslarla iddiaçının mənzil növbəsinə götürülməyindən imtina edilmişdir. Ona görə də, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, iddia tələbi məhkəmə tərəfindən təmin edilməlidir.
3. Cavabdeh Xətai rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən İddiaçı adına aşağıda qeyd edilən mülk aşkarlanmışdır.
1. ünvan 3 (3 otaq, ü/s 126.30 kv.m, y/s 69.60 kv.m) və həmin evin yerləşdiyi 0.13 ha torpaq sahəsi Yuxarıda qeyd olunanlara əsasən və qüvvədə olan mövcud qanunvericiliyin tələbləri nəzərə alınaraq xahişin təmin edilməsi imkan xaricindədir.
4. Ağcabədi Regional ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışa əsasən "Vətəndaşlıq vəziyyəti aktları’’ avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: Şəxsin, Soyadı: Nuriyeva Adı: Fatma Ata adı: Əbülfət Doğum tarixi: xx.xx.1966 Doğulduğu yer: AZƏRBAYCAN RESPUBLİKASİ, GORANBOY; QİZİLHACİLİ K
1. Oğlu: X3 (xx.xx.1988) (ÖLÜB)
2. Qızı: X2 (xx.xx.1989)
5. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 17 saylı Regional Ərazi Filialının Goranboy Rayon Qəbul Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********6 Arayışa əsasən Goranboy rayon Qızılhacılı qəsəbə sakini İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin 17 saylı Regional Ərazi Filialının Goranboy rayon Qəbul şöbəsindən Şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqüdü alır.
6. Goranboy Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 20 nömrəli Sərəncamına əsasən İddiaçı şəhid ailəsi üzvü mənzil növbəsinə alınmışdır.
7. Goranboy Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 78 nömrəli Sərəncamına əsasən Goranboy rayon İcra Hakimiyyəti Başçısının 19 fevral 2021-ci il tarixli 20 nömrəli Sərəncamında mənzil növbəsində olan İddiaçı mənzil növbəlilik sənədləri Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin mənzil komissiyasına göndərilmişdir.
8. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, hazırda Fondun mövcud informasiya sistemlərində İddiaçı ipoteka kreditinə, o cümlədən güzəştli ipoetka kreditinə dair məlumat mövcud deyildir.
9. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, hazırda Fondun mövcud informasiya sistemlərində X1 ipoteka kreditinə, o cümlədən güzəştli ipoetka kreditinə dair məlumat mövcud deyildir.
10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Arayışa əsasən İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli müraciətə əsasən aşağıdakı daşınmaz əmlak(lar) aşkar edilmişdir: Daşınmaz əmlakın Hüququn Qeydiyyat nömrəsi və tarixi növü ünvanı növü Torpaq ünvan 2rüfatı təyinatlı Ümumibirgə ********************91 xx.xx.2022 sahəsi torpaq sahəsi mülkiyyətdə Goranboy rayonu, Ümumibirgə **********41-**********18130 Qızılhacılı qəsəbəsi, mülkiyyətdə xx.xx.2023 Bəxtiyar Hüseynov Fərdi küçəsi, ev 17 (3 otaq, yaşayış ü/s 126.30 kv.m, y/s evi 69.60 kv.m) və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.13 ha torpaq sahəsi
11. Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Arayışa əsasən İddiaçı adına 7 saylı Bərdə ərazi idarəsi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində. Keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada mənzil və fərdi yaşayış evi haqqında məlumat yoxdur.
12. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak mövcud deyil.
13. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
14. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
16. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
18. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
19. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
20. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
21. İddia ərizəsinin məzmunundan göürünür ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23. Məhkəmə müəyyən etməlidir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasına “qanuni gözləntisi” varmı? Belə ki, X5 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
24. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
25. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
26. Cavabdeh orqan imtinanın və etirazın əsası olaraq ilk növbədə qeyd etmişdir ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin 08 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, ən azı son 7 il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi qeydiyyatda olsunlar. Yaşayış müddəti Bakı şəhərində qeydiyyatın olması ilə müəyyən edilir. İddiaçının adına mülkiyyət hüququ əsasında torpaq sahəsi olmasına və Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatının 7 ili tamam olmadığına görə müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır.
27. Məhkəmə bununla bağlı qeyd edir ki, dövlət hər bir vətəndaşın rifahının yüksəldilməsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Cavabdeh qurumun imtina üçün müvafiq əsası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, yeni Mənzil Məcəlləsində yaşayış sahəsinə ehtiyacı olan şəxslərin uçota alınmasını tənzimləyən normalar nəzərdə tutulmuşdur. Cavabdeh qurum yeni Mənzil Məcəlləsi xx.xx.2009-cu il tarixdə qüvvəyə minəndən sonra faktiki olaraq əhəmiyyətini itirən Bakı Şəhər Xalq Deputatları Sovetinin xx.xx.1988-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”na istinad etməklə iddiaçının fərdi vəziyyətinə mütənasib olmayan, onu əlverişsiz vəziyyətə salan qənaətə gəlmişdir. Belə ki, Mənzil Məcəlləsi vətəndaşlara uçota alınma haqqında ərizələri (qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada) yaşayış yeri üzrə deyil, digər yer üzrə vermək imkanlarını da nəzərdə tutmuşdur (Mənzil Məcəlləsinin 51.3-cü maddəsi).
28. Məhkəmə nəzərə alır ki, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən şəxs kimi uçota alınmaq üçün Bakı şəhərində qeydiyyatda olma müddəti ilə bağlı tələb hazırda qüvvədə olan yeni Mənzil Məcəlləsində nəzərdə tutulmamışdır (Mənzil Məcəlləsinin 48-ci maddəsi) və yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinanın əsası kimi müəyyən edilməmişdir (Mənzil Məcəlləsinin 53.1-ci maddəsi).
29. Buna baxmayaraq məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Arayışa əsasən ünvan 2rüfatı təyinatlı torpaq sahəsi (ümumi birgə mülkiyyət) İddiaçı adına xx.xx.2022-ci il tarixdə (qeydiyyat nömrəsi: ********************91) qeydiyyat alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Arayışa əsasən Goranboy rayonu, Qızılhacılı qəsəbəsi, Bəxtiyar Hüseynov küçəsi, ev 17 (3 otaq, ü/s 126.30 kv.m, y/s 69.60 kv.m) və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.13 ha torpaq sahəsi (ümumi birgə mülkiyyət) İddiaçı adına xx.xx.2023-cü il tarixdə (qeydiyyat nömrəsi: **********41-**********18130) qeydiyyat alınmışdır. - Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Arayışa əsasən İddiaçı adına 7 saylı Bərdə ərazi idarəsi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada mənzil və fərdi yaşayış evi haqqında məlumat yoxdur. - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak mövcud deyil.
30. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.
31. Məhkəmə nəzərə alır ki, İddiaçı mənzil növbəsinə götürülməsi ilə bağlı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə müraciət etmiş və cavabdeh orqan tərəfindən xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən iddiaçının mülkiyyətində (ümumbirgə) ünvan 3 (3 otaq, ü/s 126.30 kv.m, y/s 69.60 kv.m) və həmin evin yerləşdiyi 0.13 ha torpaq sahəsi qeydiyyata alındığı müəyyən edildiyindən müraciətin təmin edilməsi mümkün deyildir. Daha sonra iddiaçı birgə mülkiyyətdə olan daşınmaz əmlakı (ünvan 3 ünvanında yerləşən 126.30 kv.m sahəsi olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.13 ha torpaq sahəsi) özgəninkiləşdirmiş (iddiaçının izahatına əsasən bağışlanma müqaviləsi ilə qızının mülkiyyətinə verilmişdir) və nəticədə yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlar kateqoriyasına daxil olmuşdur.
32. Məhkəmə hesab edir ki, məhz fərdi yaşayış evinin özgəninkiləşdirilməsi (cavabdeh tərəfindən imtina üçün əsas olaraq qeyd olunan halın aradan qaldırılması məqsədi ilə) iddiaçının yaşayış sahəsinə ehtiyacı olan vətəndaş hesab edilməsi ilə nəticələndiyindən müvafiq hərəkət vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnən niyyətli hərəkət kimi qəbul edilməlidir. Belə olan təqdirdə cavabdeh orqan daşınmaz əmlakın özgəninkiləşdirildiyi tarixdən etibarən 5 il ərzində İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasından imtina etməkdə haqlı hesab edilə bilər.
33. Məhkəmə qeyd alır ki, iş materiallarına əsasən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakların özgəninkiləşdirildiyi (iddiaçının izahatına əsasən bağışlanma müqaviləsi ilə qızının mülkiyyətinə verilmişdir) tarixi müəyyən etmək mümkün deyil. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, hazırda İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak mövcud deyil. Bununla belə məhkəmə nəzərə alır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Arayışa əsasən müəyyən edilir ki, müvafiq daşınmaz əmlaklar xx.xx.2024-cü il tarixdə iddiaçının xüsusi mülkiyyətində olmuş və sonrakı tarixdə özgəninkiləşdirilmişdir.
34. Odur ki, məhkəmə müəyyən edir ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək məqsədi ilə niyyətli hərəkətlərə yol vermiş vətəndaşlar üçün qanunvericiliklə müəyyən edilmiş 5 illik müddət (niyyətli hərəkətlərə yol verdikləri gündən) İddiaçı münasibətdə başa çatmamışdır.
35. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva