Məhkəmə qərarları › İş №2-1(112)-9386/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9386/2023

16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9386/2023 16.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəs 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi. İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində qəbul edilmiş **********169747 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı MMC tərəfindən məhkəməyə iddia ərizəsinə əlavə təqdim olunaraq, məhkəmədən cavabdeh Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində qəbul edilmiş **********169747 nömrəli xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması barədə qərar çıxarılması xahiş edilmişdir. İddiaçı iddia tələbini və iddia tələbinə əlavəni onunla əsaslandırmışdır ki, yoxlama zamanı yoxlamanın düzgün keçirilməsi və iş üzrə əhəmiyyətli olan bütün halların araşdırılması üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmasına baxmayaraq, vergi ödəyicisinin xərcləri nəzərə alınmadan Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən şərti rentabellik prinsipi əsasında mənfəət vergi hesablanılmışdır. Yoxlama zamanı aşağıdakı sənədlər təqdim edilmişdir: - xx.xx.2021-ci il tarixli sənədlərin yoxlamaya qismən təqdim edilməsi barədə akta əsasən “Subpodrat müqavilələri, Forma 2, Forma 3; Mal iş və xidmətlərin alış müqavilələri, kredit müqavilələri, lisenziyalar, bank çıxarışları, dövriyyə cədvəlləri; - xx.xx.2022-ci il tarixli **********090800 saylı məktuba əsasən “Əsas vəsaitlərin reyestri”- excel faylda 292 sətr;xx.xx.2022-ci il tarixli **********672000 saylı məktuba əsasən “Borc müqavilələrinin siyahısı” 16 ədəd müqavilə, 1 excel fayl, 4 listdə cəmi 109 sətr, - xx.xx.2022-ci il tarixli **********829800 saylı məktuba əsasən “əmək haqqı cədvəlləri”- 11 excel faylı, - xx.xx.2022-ci il tarixli **********837300 saylı məktuba əsasən “Debitor və kreditor borcları” 1 excel fayl, 1174 sətr, - xx.xx.2022-ci il tarixli **********527300, **********676800 və **********697900 saylı məktublara əsasən bütün texniki hesabatlar- aylar üzrə 22 ədəd, - xx.xx.2022-ci il tarixli **********673500 saylı məktubla 2018 və 2019-ci il üzrə mənfəət bəyannaməsində 221.15 və 229 -cu sətrlərin açıqlaması, 1 excel fayl, 3 list, 1140 sətr, - xx.xx.2022-ci il tarixli **********150300-ci il tarixli məktubla 2020-ci il üzrə mənfəət vergisi bəyənnaməsinin açıqlaması- 1 excel fayl, 2 list, 3595 sətr, - xx.xx.2022-ci il tarixli **********731500 saylı məktuba əsasən “X44”- 2 excel fayl, 15 270 sətr, - xx.xx.2022-ci il tarixli **********351000 saylı məktuba əsasən “X44”, 1 excel fayl, 3 list, 16610 sətr - xx.xx.2022-ci il tarixli **********235000 saylı məktuba əsasən "xxxx" MMC arasında bağlanılmış müqavilə və Forma 2 və 3-lər, 9 vərəq, - xx.xx.2022-ci il tarixli **********125500 saylı məktuba əsasən yanacağın paylanması barədə məlumatı, alınmış xidmətlər (daşımalar) və subpodratlar tərəfindən təqdim olunmuş iş və xidmətlər barədə məlumatlar. 3 excel list - xx.xx.2022-ci il tarixli “Sənədlərin qismən təqdim edilməsi” haqqında akta əsasən yoxlamanın aparılması üçün tələb olunan digər sənədlər - xx.xx.2022-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********159342 saylı protokola əsasən əlavə olaraq: - "xxxx" ASC ilə bağlanmış subpodrat müqaviləsi (Qirli-Gürcüstan avtombil yolu), Forma 2, Forma 3 - 262 vərəq - “X2 Company” MMC ilə bağlanmış subpodrat müqaviləsi, Forma 2, Forma 3- 24 vərəq - "xxxx" ASC ilə bağlanmış subpodrat müqaviləsi (Dəmiryol keçidləri), Forma 2, Forma 3 - 25 vərəq - İmişli rayonu İcra Hakimiyyəti ilə bağlanılmış müqavilə (Abadlıq işləri 2018)- Forma 2, Forma 3 - 22 vərəq - İmişli rayonu İcra Hakimiyyəti ilə bağlanılmış müqavilə (Abadlıq işləri 2019)- Forma 2, Forma 3 - 17 vərəq - 36 fiziki şəxslə bağlanmış xidmət müqavilələri, aktlar, forma 2, forma 3 lər. Ümumilikdə xx.xx.2022-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********159342 saylı protokolda qeyd edilmişdir ki, 29 faylda onlayn kargüzarlıq sistemi vasitəsi ilə 1017 vərəqdə könüllü surətdə sənədlər excel, pdf və kağız formada təqdim edilmişdir. Səyyar vergi yoxlaması aktından görünür (səh-6) ki, vergi orqanı tərəfindən sənədlərin tələb edilməsi barədə xx.xx.2021-ci il tarixli tələbnamə verilmiş, həmin tələbnaməyə uyğun olaraq, “sənədlərin qismən yoxlamaya qismən təqdim edilməsi” barədə xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Daha sonra sənədlər yoxlamaya tam təqdim edilmədiyi üçün xx.xx.2022-ci il tarixli **********028400, xx.xx.2022-ci il tarixli **********145400 saylı və xx.xx.2022-ci il tarixli **********066000 saylı xəbərdarlıq məktubları ilə digər sənədlər tələb edilmişdir. Bunun nəticəsi olaraq da yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********159342 saylı protokola əsasən tələbnamədə göstərilən bütün sənədlər yoxlamaya təqdim edilmişdir. Sonuncu protokoldan sonra cavabdeh tərəfindən vergi ödəyicisinə yoxlamanın tam obyektiv aparılması üçün hər hansı sənəd çatışmazlığı ilə bağlı heç bir məktub və tələbnamə təqdim edilməmişdir. Həmçinin qeyd olunan protokolda hər hansı sənədin təqdim edilməməsi barədə heç bir qeyd mövcud deyildir. Adından da göründüyü kimi bu sənədlərin qismən təqdim edilməsi protokolu deyildir. Yoxlama zamanı sənədlər tam təqdim edilmədikdə adətən sənədlərin qismən götürülməsi barədə protokol tərtib olunur. xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli protokollar qismən təqdim edilmə protokoludur. Müəssisənin gəlir və xərclərinin əksər hissəsinin formalaşdığı elektron qaimə fakturalar, elektron vergi hesab fakturaları, idxal ixrac əməliyyatları barədə məlumatları və digər qarşılıqlı əməliyyatları barədə Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində bütün məlumatlar mövcuddur. Bank hesablarından çıxarışlar online rejimdə görünür. Göründüyü kimi səyyar vergi yoxlaması aktının 6-cı səhifəsində sənədlərin yoxlamaya təqdim edildiyi bildirilsə də, buna zidd olaraq 14-cü səhifəsində qeyd edilmişdir ki, xərcləri təsdiq edən Forma 2, mal material hərəkəti, texniki hesabat sənədləri, daşımaların uçot sənədləri, yanacağın sərfiyyat və silinməsi sənədləri yoxlamaya təqdim edilməmişdir və bu səbəbdən də VM-nin 83.9-cu maddəsinə əsasən NK-nin 55 saylı qərarı tətbiq edilmişdir. Aktda qeyd edilmiş texniki hesabat sənədləri, daşımaların uçot sənədləri, yanacağın sərfiyyat və silinməsi sənədlərinin təqdim edilməsi barədə yoxlama prosesində vergi ödəyicisinə heç bir tələbnamə təqdim edilməmiş, məktub göndərilməmişdir. Buna baxmayaraq səyyar vergi yoxlaması aktında bu bəndə istinad edilməsini gördükdən sonra, Məsuliyyət qərarın çıxarılmadan öncə xx.xx.2022-ci il tarixli **********125500 saylı məktubla qeyd olunan sənədlər də yoxlamaya tam təqdim edilmişdir. Göründüyü kimi, bir hissəsi Dövlət Vergi Xidmətinin online karguzarlıq sistemi vasitəsi ilə qalanları isə əlbəəl aktı və ya protokol tərtib edilməklə yoxlamaya təqdim edilmiş sənədlərə aktda təqdim edilməmiş kimi yazılmışdır və nəticədə külli miqdarda qanunsuz və əsassız vergi məbləği hesablanılmışdır. Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Sənədlər təqdim olunduğu üçün vergilər təqdim edilən sənədlər əsasında hesablanmalı idi və şərti rentabellik tətbiq edilməməli idi. Vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu hüququndan hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. İstinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Hazırkı mübahisəyə münasibətdə VM-in 67-ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən həmin maddənin təblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır (xx.xx.2022-ci il tarixli İş № 2-1(102)-2486/2022, saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)-1239/2022 saylı müvafiq qərarlar). Vergi ödəyicisinin mənfəət vergisi bəyannaməsində öz əksini tapmış gəlir və xərclərə dair təsdiqedici sənədlər mövcuddur, müəssisənin vergiyə cəlb edilən dövriyyəsi (ümumi gəliri) vergi orqanı tərəfindən verilmiş təqdim edilmiş, elektron qaimə fakturalar, Forma 2, Forma 3, müqavilələr, bank hesablarından çıxarışlar, ƏDV depozit hesabından çıxarış, dövriyyə cədvəlləri və digər sənələrlə təsdiqini tapır. Cavabdeh tərəfindən həmin sənədlərin mötəbərliyini şübhə altına ala bilən hər hansı sübut səyyar vergi yoxlaması aktında qeyd edilməmişdir. Bu baxımdan da NK-nin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın hazırkı mübahisəyə münasibətdə tətbiqi üçün Vergi Məcəlləsinin 67-ci və 83.9-cü maddələrində nəzərdə tutulan əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsində də xərclər mövcud olduğu halda, NK-nin 55 saylı qərarının tətbiq edilməsi qəbul edilmir. Bununla bağlı olaraq Ali Məhkəmənin çoxsaylı qərarları mövcuddur. Mənfəət vergisi üzrə- 2018, 2019 və 2020-ci illər üzrə müəssisənin faktiki xərcləri nəzərə alınmadan VM-nin 83.9 və NK-nin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik prinsipi tətbiq edilməklə 2018-ci il üzrə 551957,17 manat, 2019-cu il üzrə 667097,01 manat, 2020-ci il üzrə isə 929329,85 manat, cəmi 2148384,03 manat mənfəət vergisi hesablanmış və buna uyğun olaraq da 50% məbləğində, yəni 1074192,03 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2018-ci il üzrə Lokal Gəlirlər Baş İdarəsinin **********428900 saylı xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunmuşdur ki, 2018-ci il ərzində müəssisə tərəfindən ********.15 manat məbləğində malların təqdim edilməsindən (işlərin görülməsi, xidmətlərin göstərilməsi) gəliri olmuşdur. Daşınar və daşınmaz əmlakın təqdim edilməsindən gəlir isə 75636 manat təşkil etmişdir. Qeyd olunan məktuba əsasən il ərzində müəssisə tərəfindən elektron qaimə fakturalar əsasında cəmi ********.62 manat dəyərində mal, iş və xidmət alışı olmuşdur. Müəssisənin elektron vergi hesab fakturaları və elektron qaimə faktura ilə təsdiqlənməyən xərcləri (əmək haqqı, MDSS, amartizasiya, bank faizləri və s.) 1503325.34 manat təşkil etmişdir. Lakin səyyar vergi yoxlaması ilə isə gəlir 16558715,09 manat müəyyən olunmaqla NK-nin 55 saylı qərarına əsasən şərti rentabellik tətbiq edilməklə 2759785,85 manat vergiyə cəlb edilən mənfəət müəyyən olunmuş və 551957.17 manat mənfəət vergisi hesablanmışdır. Faktiki olaraq isə müəssisənin sənədlərlə təsdiq edilən ********.96 manat xərci mövcuddur və əsassız olaraq həmin xərclərin heç biri xərc kimi nəzərə alınmamışdır. 2019-cu il üzrə, Lokal Gəlirlər Baş İdarəsinin **********998600 saylı xx.xx.2023-cü il tarixli məktubuna əsasən təqdim olunmuş elektron vergi hesab fakturalarının siyahısına əsasən müəssisənin dövr üzrə gəliri ********.81 manat təşkil etmişdir ki, bu məbləğ səyyar vergi yoxlaması aktı ilə də təsdiq olunur. Həmçinin qeyd olunan idarənin **********428900 saylı xx.xx.2023-cü il tarixli məktubuna təqdim edilmiş elektron qaimə fakturaların siyahsına əsasən dövr ərzində müəssisə tərəfindən ********.86 manat dəyərində elektron qaimə faktura əldə olunması, Dövlət Gömrük Komitəsinin elektron informasiya sistemində əldə olunmuş məlumatlara əsasən 199068,87 manat dəyərində mallar idxal etməsi müəyyən Müəssisənin elektron vergi hesab faktura və eqaimə faktura ilə təsdiqlənməyən xərcləri (əmək haqqı, MDSS, amartizasiya, bank faizləri və s.) 2676799.91 manat təşkil etmişdir. Faktiki olaraq isə müəssisənin sənədlərlə təsdiq edilən ********.63 manat xərci mövcuddur və əsassız olaraq həmin xərclərin heç biri xərc kimi nəzərə alınmamışdır. Lakin yoxlama ilə rəsmi sənədlərlə təsdiq olunan xərclər nəzərə alınmadan 3335485,07 manat vergiyə cəlb edilən mənfəət müəyyən olunmuş və şərti rentabellik tətbiq edilməklə 667097,01 manat mənfəət vergisi hesablanmışdır. 2020-ci il üzrə müəyyən olunmuşdur ki, mənfəət vergisi bəyənnaməsində vergi ödəyicisi tərəfindən ********.37 manat manat təşkil etmişdir ki, bu məbləğ səyyar vergi yoxlama aktı ilə də təsdiq olunur. Həmçinin qeyd olunan idarənin **********428900 saylı xx.xx.2023-cü il tarixli məktubuna təqdim edilmiş elektron qaimə fakturaların siyahısına əsasən dövr ərzində müəssisə tərəfindən ********.49 manat dəyərində elektron qaimə faktura əldə olunması, Dövlət Gömrük Komitəsinin elektron informasiya sistemində əldə olunmuş məlumatlara əsasən 206567,37 manat dəyərində mallar idxal etməsi müəyyən Müəssisənin elektron vergi hesab faktura və elektron qaimə faktura ilə təsdiqlənməyən xərcləri (əmək haqqı, MDSS, amartizasiya, bank faizləri və s.) 2070366.84 manat təşkil etmişdir. Eyni zamanda X44nə əsasən 2020-ci ilin əvvəlinə malların qalıq dəyəri 3949662.00 manat, əvvəlki illərin yaranmalı zərəri 4721003.82 manat təşkil etməlidir. Faktiki olaraq isə müəssisənin sənədlərlə təsdiq edilən ********.36 manat xərci və əvvəlki illərdən 4721003.82 manat zərəri mövcuddur və əsassız olaraq həmin xərclərin heç biri xərc kimi nəzərə alınmamışdır. Lakin yoxlama ilə rəsmi sənədlərlə təsdiq olunan xərclər nəzərə alınmadan 4646649.23 manat vergiyə cəlb edilən mənfəət müəyyən olunmuş və şərti rentabellik tətbiq edilməklə 929329.85 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən mənfəət vergisi bəynnamələri VM-nin 134, 135 və 136-cı maddələrinə əsasən hesablama metodu ilə aparılmışdır. Dövr ərzində gəlirin əldə edilməsi və xərclərin çəkilməsi ilə bağlı bütün müqavilələr, təhvil təslim aktları, Forma 2 və Forma 3-lər, bank çıxarışları, dövriyyə cədvəlləri yoxlamaya təqdim edilsə də, gəlirin əldə olunması ilə bağlı hissədə qeyd olunan sənədlər nəzərə alınmiş, lakin xərcin çəkilməsi ilə bağlı hissədə nəzərə alınmamışdır. VM ilə müəyyən olunmuş xərc sənədləri mövcud olduğu halda şərti rentabellik tətbiq edilməklə mənfəət vergisinin hesablanılması qanunverciliyə ziddir. Əlavə dəyər vergisi üzrə - cavabdeh tərəfindən VM-nin 67.15-ci maddəsi əsas götürülməklə 1042814,24 manat ƏDV hesablanmışdır. Belə ki, səyyar vergi yoxlaması aktında (19-cu səhifə) qeyd edilmişdir ki, uçot baza məlumatlarına əsasən yoxlanılan dövrdə iddiaçı 11195,21 ton armatur, 32915,2 ton sement, 5710 kub metr taxta materialı və 8037360,8 litr dizel yanacağı almışdır. Əvvəlki ildən armatur qalığı 558.54 ton, sementin qalığı 1276.53 ton, taxtanın qalığı 2129.93 kub metr, dizel yanacağının qalığı litr qeyd edilmişdir. Mütəxəssis rəyi ilə qeyd edilən mallar üzrə sərfiyyat həcmi müəyyən edilmişdir. Alınan malların həcmindən mütəxəssis rəyi ilə müəyyən edilmiş sərfiyyat həcmini çıxandan sonra yoxlama ilə xx.xx.2021-ci il tarixə armatur qalığı 3421,9 ton, sement qalığı 4089,4 ton, taxta qalığı 1699,5 kub metr və dizel yanacağı 3720943,2 litr müəyyən olunmuşdur. Orta alış qiymətləri nəzərə alınmaqla VM-nin 67.15-ci maddəsinə əsasən yoxlanılan dövrün sonuncu ayına 5793412,47 manat əskikgəlmə məbləğinə 1042814,24 manat ƏDV hesablanmışdır. Mütəxəssis rəyi və səyyar vergi yoxlaması aktı arasında ciddi uyğunsuzluqlar mövcuddur: - Belə ki, mütəxəssis rəyində sementin sərfiyyat miqdarı cəmi 26295.4 ton qeyd edilsə də, səyyar vergi yoxlaması aktında 3805.92 ton qeyd edilmişdir. Həmçinin yoxlama dövrüdə müəssisə tərəfindən cəmi 23444.23 ton sement alınmış, yoxlama dövrünün əvvəlinə qalıq 1276.53 ton olmuşdur, səyyar vergi yoxlaması aktında bu rəqəm 32915.2 ton qeyd edilmişdir. X44 və silgi aktlarına əsasən yoxlama dövründə müəssisə tərəfindən 26137 ton və 6252 kisə (40kq-liq) sement sərfiyyatı olmuşdur. Eyni zamanda yoxlamaya təqdim edilmiş X44nə əsasən 3805.92 ton sement yoxlama dövrünün sonuna qalıq kimi qalmışdır. Lakin səyyar vergi yoxlama aktı ilə inventarizasiya aparılmadan 4089.4 ton sement satış kimi qiymətləndirilmişdir. X44nə əsasən dövrün əvvəlinə taxtanın qalığı 109.34 kub metr, yoxlama dövründə alış məbləği 5378.71 kub metr təşkil etsə də, səyyar vergi yoxlaması aktında yoxlama dövründə alış 5710 kub metr qeyd edilmişdir. Eyni zamanda tikinti zamanı sərf olunan itki həcmi nəzərə alınmamışdır. X44 və silgi aktlarına əsasən yoxlama dövründə 3580.31 kub metr taxta sərfiyyatı olmuşdur, yoxlama dövrünün sonuna 2129.93 kub metr taxta qalmışdır. Mütəxəssis rəyində taxta sərfiyyatı 1992.89 kub metr, SVY aktında 2129.93 kub metr qeyd edilmiş, 1699.5 kub metr inventarizasiya aparilmadan satış kimi qiymətləndirilmişdir. Praktiki olaraq tikinti zamanı xüsusilə də yol və korpülərin inşasında taxta qoruyucu örtük kimi istifadə olunur və itki həcmi 15-20 faiz ətrafı dəyişir. Eyni zamanda yoxlamaya təqdim edilmiş X44nə əsasən 2129.93 ton sement yoxlama dövrünün sonuna qalıq kimi qalmışdır. Müəssisə tərəfindən dövr ərzində cəmi 10867.725 ton armatur alınmış, 558.54 ton dövrün əvvəlinə qalıq olmuşdur, səyyar vergi yoxlaması aktında alış məbləği 11195,21 ton, dövrün əvvəlinə qalıq 558.54 ton qeyd edilmiş, mütəxəssis rəyi ilə 8060.57 ton armatur sərfiyyat kimi qiymətləndirilmişdir. Səyyar vergi yoxlaması aktına əsasən yaranan 3421,9 ton fərq satış kimi qiymətləndirilərək vergi hesablanılmışdır. Material silgi aktları və materal hərəkət cədvəlinə əsasən yoxlama dövründə armatur sərfiyyatı 11154.94 ton olmuş, dövrün sonuna 271.32 ton qalıq qalmışdır. Həmçinin mütəxəssis rəyi yalnız birbaşa istifadə olunmuş armatur sərfiyyatı hesablanılmışdır. Belə ki, müəssisə tərəfindən yoxlamaya təqdim edilmiş “Aralıq ödəniş sertifikat” larında (Forma 2) armatur ayrıca qeyd edilmiş, beton dirək və suötürücülər isə ayrıca qeyd edilmişdir. Lakin forma 2 lərin heç bir yerində beton dirək və suötürcü beton borularin quraşdırılmasına sərf olunan armatur sərfiyyatı qeyd edilməmişdir. Buna görə də mütəxəssis rəyində bu qurğulara istifadə olunmuş armatur, əskik gəlmə kimi qiymətləndirilmişdir. Eyni zamanda yoxlamaya təqdim edilmiş X44nə əsasən 271.32 ton sement yoxlama dövrünün sonun qalıq kimi qalmışdır. Lakin səyyar vergi yoxlaması aktı ilə bu inventarizasiya aparılmadan satış kimi qiymətləndirilmişdir. Yoxlama dövründə müəssisə tərəfindən elektron qaimə faktura və elektron vergi hesab fakturalar əsasında 7806688.55 litr həcmində dizel yanacağı alınsa da yoxlama aktında alış miqdarı 8037360,8 litr qeyd edilmişdir. Mütəxəssis rəyinə əsasən müəssisənin özünün dizel sərfiyyatı 4316417.6 litr təşkil etmişdir. Lakin tərəflərindən yoxlamaya təqdim edilmiş yanacaq bölgüsü cədvəlindən də göründüyü kimi, layihə üzrə müəssisənin subpodratçıları olan "xxxx" MMC-yə ******* litr, “X10” MMC-yə 1702079.61 litr, "xxxx" İnşaat MMC-yə 79000 litr və "xxxx" MMC-yə 85525 litr olmaqla cəmi 3339296.61 litr dizel yanacağı təqdim edilmişdir. Qeyd olunan müəssisələrlə bağlanılmış subpodrat müqavilələrinə əsasən layihə üzrə bütün yanacaq xərcləri İddiaçı MMC, texnikaların servis xərcləri isə özləri tərəfindən qarşılanmışdır. Müəssisəyə məxsus mallar “Podratçı” "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanılmış KTTP 008/1118 saylı xx.xx.2018-ci il tarixli Podrat müqaviləsinin xx.xx.2018-ci il tarixli A saylı əlavəsinin bəndinə əsasən Ağstafa rayonu, Dağ Kəsəmən kəndi ərazisində yerləşən və Podratçıya məxsus olan anbarda saxlanılması nəzərdə tutulmuşdur. Qeyd olunan ünvanda və tikinti sahəsində yoxlayıcı orqan tərəfindən heç bir vergi nəzarəti tədbiri və inventarizasiya keçirilmədən X44nə əsasən yoxlama dövrünün sonuna qalmış mallar satış kimi qiymətləndirilmişdir. Halbuki, həmin vaxtı qeyd olunan anbarda mövcud olmuşdur və sonrakı istehsal prosesində istifadə edilib. Eyni zamanda yoxlama dövründə müəssisə tərəfindən xx.xx.2019-cu il tarixli KTTİ 16/0319 saylı “Torpaq sahəsinin icarə müqaviləsi” nə əsasən fiziki şəxs X5 Ağstafa rayonu, Dağkəsəmən kəndi ərazsində 2.45 ha torpaq sahəsi (icarə haqqı-930 manat, xx.xx.2019-cu il tarixindən 1170 manat) texnika və nəqliyyat vasitələrinin yerləşdirilməsi və digər məqsədlər üçün icarəyə götürülmüşdür. Həmin ərazi müəssisə tərəfindən şantiyə (baza) kimi istifadə edilmiş və malların bir hissəsi burada saxlanılmışdır. Bununla bağlı olaraq vergi orqanına yoxlama dövrləri üzrə Ödəmə mənbəyində vergi bəyənnamələri təqdim edilmiş və bəyənnamə 1607.1.2-ci bənddə (daşınar və daşınmaz əmlak üzrə icarə haqqı-fiziki şəxslər üzrə) sətrində əks etdirilmiş, eyni zamanda müqavilə yoxlamaya təqdim edilmişdir. Qeyd edilən hesablama tamamilə qanunsuz və əsassızdır. Belə ki, VM-nin 67.15-ci maddəsində qeyd edilmişdir ki, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Göründüyü kimi bu maddənin tətbiq edilməsi üçün malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olmadığı vergi orqanı tərəfindən aşkar edilməlidir. Səyyar vergi yoxlaması zamanı malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olub-olmaması vergi orqanı tərəfindən keçirilən inventarizasiya ilə müəyyən edilməlidir. Lakin səyyar vergi yoxlamasının 1.9.2-ci bəndində qeyd edilmişdir ki, vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir. Əmlakın inventarizasiyası keçirilmədən təkcə mütəxəssis rəyinə istinad edilməklə VM-nin 67.15-ci maddəsinə əsasən vergilərin hesablanması tamamilə qanunsuzdur. Qeyd edilən hal üzrə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli (2-1(102)-273/2023 nömrəli iş üzrə) və xx.xx.2023-cü il tarixli (2-1(102)-1174/2023 nömrəli iş üzrə) Qərarları mövcuddur. xx.xx.2023-cü il tarixli Qərarda qeyd edilmişdir ki, “bundan başqa məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əsasən yoxlama zamanı hesablanmış ƏDV məbləği hissəsində kassasiya şikayəti əsaslı hesab edilə bilməz və Bakı Apellyasiya Məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına əsasən ƏDV məbləği VM-nin 67.15-ci maddəsinə istinad edilməklə hesablanmışdır. Lakin səyyar vergi yoxlaması aktında da qeyd edildiyi kimi (səhifə 6) yoxlama zamanı inventarizasiyanın keçirilməsindən imtina edilmişdir. Belə olan halda, uçot məlumatlarında göstərilən malların faktiki mövcud olmaması şəklində qiymətləndirməklə cavabdeh vergi orqanı tərəfindən əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, uçot məlumatlarında mövcud olan, lakin vergi ödəyicisinin faktiki sahibliyində olmayan malların müəyyən edilməsi üçün vergi nəzarətinin həyata keçirilməsi şərtdir”. xx.xx.2021-ci il tarixli Qərarda qeyd edilmişdir ki, cavabdehin tərtib etdiyi səyyar vergi yoxlaması aktında vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmiş, vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilməmiş, ekspertiza aparılmamış və mütəxəssis dəvət edilməmişdir (səyyar vergi yoxlaması aktının 1.9.2-1.9.5-ci bəndləri). Vergi Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inventarizasiyanın səyyar vergi yoxlaması zamanı vergi orqanının əsaslandırılmış qərarı ilə aparıldığı qeyd edilsə də, hazırkı iş üzrə inventarizasiyanın aparılması ilə bağlı qərarın qəbul edildiyi müəyyən edilməmişdir. Lakin buna baxmayaraq cavabdeh vergi orqanı mal qalığının müəyyən edilməsi məqsədilə inventarizasiya aparmadan iddiaçının faktiki fəaliyyət göstərmədiyi və mal qalığı qalmadığı 2020-ci il üzrə əlavə vergi hesablaması aparmaqla reallıqla uzlaşmayan nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən VM-nin 166.4.2-ci maddəsinə istinad edilməklə 1029795,3 manat ƏDV hesablanmışdır. Belə ki, vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarda qeyd edilmişdir ki, yoxlama ilə müəyyən olunmuşdur ki, 2020-ci ildə vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işləri üçün "xxxx" STİK MMC-yə ******* manat dəyərində E-qaimə fakturalar təqdim olunmuş, lakin işlərin dəyəri "xxxx" STİK MMC tərəfindən ödənilməmişdir. Vergi ödəyicisi ilə "xxxx" STİK MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli KTTB 001/0118 nömrəli borc müqaviləsinə əsasən 2018-2020-ci illər ərzində "xxxx" STİK MMC tərəfindən ******* manat məbləğində (verilmiş borc 6561085, qaytarılmış borc 840000 manat nəzərə alınmaqla) borc verilmişdir. VM-nin 166.4.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicisinə borc vəsait verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı mallar (işlər, xidmətlər) təqdim edilənədək verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt sayılır. Vergi orqanı bu hesablama ilə kobud səhvə yol vermişdir. Belə ki, ƏDV-nin hesablanmasının əsası kimi qeyd olunan 166.4.2-ci maddə 2020-ci ilin 1 yanvar tarixindən qüvvəyə minmişdir. İddiaçı isə "xxxx" STİK MMC-dən xx.xx.2018-ci il tarixli KTTB 001/0118 nömrəli borc müqaviləsinə əsasən borc alımışdır. 2018-ci ildə alınmış borca görə həmin vaxt qüvvədə olmayan maddəyə əsasən ƏDV hesablana bilməz. Tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli xx.xx.2018-ci il tarixli borc müqaviləsinə 2 saylı əlavəyə əsasən İddiaçı ASC "xxxx" STİK MMC-nə ******* manat məbləğində borc verilməsi barədə müqaviləyə əlavə imzalanmış və xx.xx.2018-ci il tarixində ******* manat, xx.xx.2018-ci il tarixində isə ******* manat "xxxx" STİK-nə borc verilmişdir. Digər tərəfdən isə qeyd olunan borc müqaviləsinə edilmiş 12 yanvar 2019-cu il tarixli 01A saylı əlavəyə əsasən xx.xx.2018-ci il tarixli borc müqaviləsinin müddəti 12 yanvar 2019-cu ildən 3(üç) il müddətinə, yəni 12 yanvar 2022-ci il tarixinədək uzadılmışdır. Bu səbəbdən də VM-nin 166.4.2-ci maddəsinə əsasən hesablanmış 1029795,3 manat ƏDV məbləği tamamilə qanunsuz və əsassızdır. Digər tərəfdən isə Vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə Qərar ilə 510196,27 manat ƏDV hesablanmışdır. Belə ki, qərarda qeyd edilmişdir ki, yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən VM-nin 166-cı maddəsinin tələblərinə əsasən vergi tutulmalı olan dövriyyələrin düzgün müəyyən edilməməsi səbəbindən dövriyyənin 2834423,69 manat azaldığı və büdcəyə ƏDV-nin 510196,27 manat az hesablandığı müəyyən olunmuşdur. Lakin iddiaçı tərəfindən vergi tutulmalı olan dövriyyələrin düzgün müəyyən edilməməsi ilə bağlı heç bir açıqlama verilməmişdir. Bu isə “İnzibati İcraat haqqında” Qanunun tələblərinin kobud surətdə pozulması ilə nəticələnmişdir. ƏDV depozit hesabından çıxarışdan da göründüyü kimi, yoxlama dövründə müəssisənin ƏDV depozit hesabına ********.34 manat vəsait daxil olmuşdur. Həmin məbləğin 3388803.81 manatı dövlət büdcəsinə ödənilmiş, 7059839.04 manatı isə mal, iş və xidmətlər alınması ilə bağlı əvəzləşdirilmişdir. Cavabdeh tərəfindən 60645.87 manat sosial xərclərə görə ödənilmiş ƏDV və 12.600 manat yoxlama ilə azalmanın aid olduğu dövrdə nəzərə alınması səbəbindən əvəzləşmənin ləğv olunması istisna olmaqla qalan 510196,27 manat ƏDV-nin necə hesablanması barədə açıqlama verilməmişdir. Yeganə istinad olunan maddə 166-cı maddədir. Həmin maddə çox genişdir və çoxsaylı əməliyyatlara görə ƏDV tutulması vaxtını müəyyən edir. Ödəmə mənbəyində vergi üzrə - Vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi qərarına əsasən təsisçinin iddiaçıya verdiyi borca görə 2018-ci il üçün 253,73 manat, 2019-cu il üçün 37134,4 manat və 2020-ci il üçün 8452,63 manat ödəmə mənbəyində vergi hesablanmışdır. Belə ki, qərarda qeyd edilmişdir ki, səyyar vergi yoxlaması ilə müəyyən edilmişdir ki, yoxlanılan dövrdə vergi ödəyicisinin bank hesabına təsisçi tərəfindən ümumilikdə ******* manat qısamüddətli borc vəsaiti daxil olmuş və xx.xx.2020-ci il tarixədək ******* manat borc geri qaytarılmışdır. Vergi orqanı Mülki Məcəllənin 739.1-ci maddəsinə və 739.2-ci maddənin 1-ci cümləsinə istinad etmişdir. Göründüyü kimi, qanunvericilik (Mülki Məcəllə, maddə 739.2) kreditlərin verilməsi barədə müddəaları, yəni faizlər hesablanmasını borc müqaviləsinə o şərtlə tətbiq edir ki, borc verən müstəqil peşə fəaliyyəti şəklində bu fəaliyyətlə məşğul olsun. Mövcud halda isə vergi yoxlaması ilə təsisçilərin Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər olması sübuta yetirilmədən Mərkəzi Bankın müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə təsisçilərin faiz gəliri əldə etməsi qənaətinə gəlinmişdir. Halbuki, bank çıxarışlarında və digər sənədlərdə təsisçilərə qaytarılan borc məbləğinə görə hər hansı faizlər ödənilməsi barədə qeyd mövcud deyildir. Vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi qərarına əsasən əmək tutumunun düzgün göstərilməməsi səbəbindən 327794,93 manat ödəmə mənbəyində vergi hesablanmışdır. Belə ki, qərarda qeyd edilmişdir ki, mütəxəssis rəyində əmək haqqı xərcləri 7384192,62 manat göstərilmişdir. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən hesablanmış əmək haqqı məbləği 3921764,92 manat, bağlanmış podrat müqavilələri əsasında yerinə yetirilmiş işçilik haqqı 1121035,34 manat olmaqla ümumilikdə 5042800,26 manat təşkil etmişdir. Beləliklə, yoxlama ilə müəyyən olunmuş 2341392,36 manat (7348192,62 – 5 042 800,26) əmək tutumu məbləğinə ödəmə mənbəyindən 14 faiz dərəcə ilə 327794,93 manat vergi hesablanmışdır. Mütəxəssis rəyinə əsasən müəssisə tərəfindən icra edilmiş layihələr üzrə xx.xx.2018-xx.xx.2021-ci illər üzrə əmək tutumu həcmi 7384192.62 manat təşkil etmişdir. Səyyar vergi yoxlaması aktında bildirilmişdir ki, yoxlama dövrün vergi ödəyicisi tərəfindən hesablanılmış əmək haqqı məbləği 3921764.92 manat, bağlanılmış podrat müqavilələri əsasında yerinə yetirilmiş işçilik haqqı isə 1121035.34 manat olmaqla ümumilikdə ******* manat təşkil etmişdir. Yaranan 2341392.36 manat məbləğə isə həm 14% ÖMV, həm də 22+3=25% MDSS hesablanmışdır. Qeyd edilən hesablamanı qəbul etmirlər. Belə ki, şirkətləri işçilərin və xidmət göstərən şəxslərin bütün əmək haqlarını şəffaf şəkildə ödəmişdir. Bunun əksini vergi orqanı hər hansı bir yolla sübut etməmiş və yalnız mütəxəssis rəyinə əsaslanmışdır. Yoxlama dövründə müəssisə tərəfindən ümumilikdə 591 fiziki şəxs ilə əmək müqaviləsi bağlanılmış, orta aylıq əmək haqqı məbləği 595 manat təşkil etmişdir. əmək haqqı məbləği 2020-2021-ci illərda daha artırılmışdır. Nümumə kimi bir neçə ay üzrə orta aylıq əmək haqqı məbləği barədə məlumat təqdim olunur. ödənilmiş əmək haqqı Orta aylıq əmək İl Ay işçi sayı məbləği(manat) haqqı(manat) Sentyabr 57 73970.95 1297.74 2020 Dekabr 57 73970.95 1297.74 Fevral 50 59067.00 1181.34 2021 May 276 194598.61 705.07 İyun 317 216318.00 682.39 Digər tərəfdən təqdim edilmiş elektron qaimə fakturalardan da göründüyü kimi yoxlama dövründə bağlanılmış podrat müqavilələri əsasında yerinə yetirilmiş işçilik haqqı isə 588 fiziki şəxs ilə bağlanılmış podrat müqavilələrinə əsasən 4845038.42 manat təşkil etmişdir. Bu isə o deməkdir ki, ümumi işçilik xərci 8766803.34 manat təşkil etmişdir. MDSS üzrə- Vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi qərarına əsasən əmək tutumunun düzgün göstərilməməsi səbəbindən 585348,09 manat MDSS hesablanmışdır. Belə ki, qərarda qeyd edilmişdir ki, mütəxəssis rəyində əmək haqqı xərcləri 7384192,62 manat göstərilmişdir. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən hesablanmış əmək haqqı məbləği 3921764,92 manat, bağlanmış podrat müqavilələri əsasında yerinə yetirilmiş işçilik haqqı 1121035,34 manat olmaqla ümumilikdə 5042800,26 manat təşkil etmişdir. Beləliklə, yoxlama ilə müəyyən olunmuş 2341392,36 manat (7348192, 62 – 5042800,26) əmək tutumu məbləğinə 22 faiz və 3 faiz tətbiq edilməklə 585348,09 manat MDSS hesablanmışdır. Göründüyü kimi vergi orqanı yoxlama ilə müəyyən etdiyi 2341392,36 manat (7348192,62 – 5042800,26) əmək tutumu məbləğinə görə həm ödəmə mənbəyində vergi, həm də MDSS hesablamışdır. Bu isə kobud qanun pozuntusudur. Bundan əlavə “Sosial Sığorta haqqında Qanunun” 1.1.10-cu maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaitidir. Lakin vergi orqanı kobud səhvə yol verərək dövlət büdcəsinə 585348,09 manat MDSS hesablanmışdır. Qeyd etdikləri kimi şirkətləri işçilərin və xidmət göstərən şəxslərin bütün əmək haqlarını şəffaf şəkildə ödəmişdir. Bu sahədə hər hansı bir kənarlaşmaya yol verməmişdir. Müəssisənin şəxsi hesab vərəqəsindən də göründüyü kimi, yoxlama dövründə dövlət büdcəsinə ********.33 manat dövriyyə münasibətdə 3460437,84 manat vergi məbləği ödənilmişdir. Yoxlama zamanı həmçinin ciddi prosesual pozuntulara da yol verilmişdir. Səyyar vergi yoxlama aktında qeyd edilmişdir ki, yoxlama xx.xx.2021-ci il tarixində başlanıldı və xx.xx.2022-ci il tarixində baş çatdırıldı. Müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli qərara əsasən aktın tərtibi müddəti 30 iş günü müddətinə uzadılmışdır. Vergi orqanı tərəfindən keçirilmiş yoxlama tədbirinin nəticəsi kimi xx.xx.2022-ci il tarixli **********149746 saylı “Səyyar vergi yoxlaması aktı” tərtib edilərək xx.xx.2022-ci il tarixli **********028600 saylı məktubla onlara təqdim edilmişdir. Lakin yoxlama başa çatıdırılıb aktı müəssisəyə təqdim edildikdən sonra VM-nin 23 və 49-cu maddələrinə uyğun olaraq vergi orqanın xx.xx.2022ci il tarixli **********166802 saylı “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərar çıxarmış və yoxlama müddəti 60 iş günü müəyyən edilmişdir. Məsuliyyətə cəlb edilmə barədə xx.xx.2023-cü il tarixli **********69747 saylı qərardan görünür ki, müəssisənin barəsində xx.xx.2023-cü il tarixli “Səyyar vergi yoxlamasının nəticələri haqqında akt” tərtib edilmişdir. Lakin qeyd olunan səyyar vergi yoxlaması aktı online karguzarlıq sisteminə göndərilməmişdir. VM-nin 39.4-cü maddəsinə əsasən “Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir.” Yoxlama prosesində vergi orqanının xx.xx.2022-ci il tarixli **********159421 saylı qərarına əsasən yoxlamanın müddəti 30 iş günü uzadılmışdır. Lakin “Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, müddət uzatma reyestrdə 2 iş günü sonra xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. Bununla da Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri pozulmuşdur. Vergi orqanının xx.xx.2022-ci il tarixli **********159586 saylı “Mütəxəssis dəvət edilməsi haqqında” qərarına əsasən "xxxx" MMC-nin nümayəndəsi X23 mütəxəssis kimi dəvət edilmiş və onun qarşısında xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək yerinə yetirilmiş tikinti quraşdırma işlərinin tərkibinda mal-material sərfiyyatının (armatur, sement, taxta, dizel yanacağı) həcmi, daşıma xərclərini və əmək haqqı xərclərini müəyyənləşdirilməsi sualı qoyulmuşdur. SVY aktından (səh-7) görünür ki, vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir. Əmlakin inventarizasiya keçirilmədən müəssisənin dövrün sonuna mal qalığının məbləğinə münasibət bildirilmişdir. Eyni zamanda müəssisə tərəfindən xx.xx.2022-ci il tarixli məktubla VM-nin 44.4-cü maddəsinə əsasən “Vəsatət” təqdim edilərək müəssisənin nümayəndəsi X15 yoxlamada iştirakı xahiş edilmişdir. Lakin yoxlamada və mütəxəssis rəyinin tərtib olunmasında müəssisənin nümayəndəsinin iştirakı təmin edilməmiş, təqdim edilmiş suallara cavab verilməmişdir. Mütəxəssis tərəfindən müəssisə tərəfindən icra olunmuş layihələrə baxış keçirilməmiş, mal-material sərfiyyatı barədə yerində heç bir araşdırma və ölçmə işləri aparılmamışdır. xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin ərazisinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi haqqında protokol”dan da görünür ki, yoxlama zamanı yalnız müəssisənin ofisinin yerləşdiyi ünvana baxış keçirilmiş, icra olunan “Qirli-Gürcüstan sərhədi avtomobil yolunun km 82+200 -:- km 130+150” hissəsinə baxış və əmlakin inventarizasiyası keçirilməmişdir. Səyyar vergi yoxlaması aktından görünür ki, yoxlama xx.xx.2021-ci il tarixdə başlamış və xx.xx.2022-ci il tarixində başa çatıdırılmışdır. Lakin yoxlama prosesində 9 dəfə olmaqla 266 gün dayandırılmış, hər biri 30 gün olmaqla 2 dəfə müddəti uzadılmış, 30 gün aktın tərtibi müddəti uzadılmış, 60 gün müddətinə isə əlavə yoxlama tədbiri açılmışdır. Faktiki olaraq xx.xx.2021-ci il tarixində başlamış yoxlama üzrə məsuliyyətə cəlb etmə barədə qərar 1 il 7 ay sonra xx.xx.2023-cü ildə qəbul edilmişdir. Xüsusi ilə vurğulanmalıdır ki, aktın tərtibi müddətinin uzadılması və əlavə vergi yoxlaması tədbirinin keçirilməsi üçün qanunvercilikdə müəyyən olunmuş heç bir əsas və zərurət olmamışdır. Təsadüfi deyil ki, xx.xx.2022-ci il tarixində tərtib olunmuş SVY aktından sonra, keçirilmiş əlavə vergi yoxlaması tədbiri nəticəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli məsuliyyətə cəlb etmə barədə qərarın nəticə və əsaslandırma hissəsi eynidir, rəqəmlər də tam eynilik təşkil edir. Bu o deməkdir ki, yoxlama süni şəkildə uzadılmaqla Vergi Məcəlləsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim olunmuş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim olunmuş **********102100 №li xx.xx.2023-cü il tarixli iddia tələbinə dair yazılı münasibətdə göstərilmişdir ki, VM-nin müddəalarına əsasən cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xx.xx.2021-cu il tarixli **********149171 nömrəli Qərarı ilə “Körpü Tunel Tikinti" MMC-də növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2018xx.xx.2021-ci il) təyin edilmiş və yoxlama xx.xx.2023-cü il tarixli **********149746 nömrəli aktı ilə rəsmiləşdirilmişdir. Yoxlamanın nəticələri üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********169747 nömrəli qərar qəbul edilmiş, cəmiyyətə 2148384.03 manat mənfəət vergisi, 2722076.24 manat əlavə dəyər vergisi, 373635.69 manat ödəmə mənbəyində vergi, 585348.09 manat sosial-söğorta haqqı, 3487759.03 manat maliyyə sanksiyası hesablanmışdır.Səyyar vergi yoxlaması zamanı müəssisəyə xx.xx.2021-ci il tarixli **********149198 nömrəli Tələbnamə təqdim edilmiş və yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin xx.xx.2021-ci il tarixə kimi təqdim olunması tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən sənədlər yoxlamaya qismən təqdim olunduğu üçün xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Lakin yoxlamanın əhatə etdiyi dövr üzrə tələbnamədə göstərilən sənədlər, o cümlədən cəmiyyət tərəfindən həyata keçirilən təmir-tikinti işləri üzrə müqavilələr, onlara əlavə olunan təhvil-qəbul aktları, smeta, Forma 2, Forma 3 sənədləri, habelə cəmiyyət tərəfindən sifarişçi qismində üçüncü tərəflə bağlanmış subpodrat müqavilələri üzrə müqavilələr, onlara əlavə olunan təhvil-qəbul aktları, smetalar, Forma 2, Forma 3 sənədləri, mal-material və xidmətlərin alışı üzrə müqavilələr və müqaviləyə əlavə olunan digər sənədlər yoxlamaya tam təqdim edilmədiyi üçün həmin sənədlərin təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli **********028400 nömrəli, xx.xx.2022-ci il tarixli **********145400 nömrəli və xx.xx.2021-ci il tarixli **********066000 nömrəli, xx.xx.2022-ci il tarixli **********727700 nömrəli xəbərdarlıq məktubları göndərilərək sənədlər istənilmişdir, lakin müəssisə tərəfindən qeyd edilən sənədlər tam təqdim edilməmişdir. Belə ki, vergi orqanının uçot baza məlumatlarında olan əldə edilmiş elektron qaimə-fakturalar üzrə malın (işin və xidmətin) adı hissəsində ümumi görülmüş iş və xidmətlər göstərilmiş lakin həmin elektron qaimə fakturalar üzrə digər şəxslərlə bağlanılmış müqavilələr, təhvil-qəbul aktları, Forma 2 və Forma 3-lər təqdim, mal-materialların layihələr üzrə silgi cədvəli, mənfəət vergisi bəyannamələrində xərclərin açıqlaması barədə məlumatlar yoxlamaya təqdim edilməmişdir.Yoxlanılan dövr üzrə vergidən yayınma halları müəyyən olunduğu üçün “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2022-ci il tarixli **********158203 nömrəli qərar çıxarılmış və vergi ödəyicisi tərəfindən sənədlər ümumilikdə 1017 vərəqdə və 29 faylda olunmuş və həmin sənədlər "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2022-ci il tarixli **********159346 nömrəli protokolla rəsmiləşdirilmişdir. Yoxlamanın nəticələrinə əsasən hesablanmış əlavə vergilər və tətbiq olunmuş maliyyə sanksiyaları aşağıdakı kimi olmuşdur: Mənfəət vergisi üzrə: Müəsissədə 2018-2020-ci illərin yekunları üzrə mənfəət vergisinin hesablanmasının düzgünlüyü yoxlanıldı. Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3. maddəsinə əsasən qanunvercilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Yoxlanılan dövrdə vergi ödəyicisi hesablama metodundan istifadə etmişdir. Vergi Məcəlləsinin 130.1. maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtli-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Yoxlama zamanı yoxlanılan dövr üzrə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı xərcləri təsdiq edən Forma 2, malmaterial hərəkəti, texniki hesabat sənədləri, daşımaların uçot sənədləri, yanacağın sərfiyyatı və silinməsi sənədləri yoxlamaya tam təqdim edilməmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən layihələr üzrə mal-materialların silgisi cədvəlləri, alınmış yanacağın daşıma xidməti üzrə istifadə edilməsi və ya ödəyiciyə məxsus nəqliyyat vasitələri üzrə istifadəsini sübut edən sənədlər (yol vərəqələri və s), elektron qaimə fakturalar və bank hesabından ödənişlər əsasında fiziki şəxslərdən alınmış daşıma xidmətlərinin dövrlər, işlər, layihələr üzrə açıqlaması və s sənədlər təqdim edilmədiyi üçün xərcləri birbaşa müəyyən edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən 2018-ci il, 2019-cu il və 2020-ci illər üzrə mənfəət vergisi VM-nin 83.9-cu maddəsinə əsasən gəlirlərə görə şərti rentabellik tətbiq edilməklə hesablanmışdır. VM-nin 83.9 maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Baş idarənin Proqnoz göstəricilərinin icrasına nəzarət idarəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli **********797200 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, aparılmış araşdırma nəticəsində İddiaçı MMC-nin (VÖEN: **********) fəaliyyətinin "xxxx" MMC-nin (VÖEN **********), "X93 Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı filialının (VÖEN **********), "İnşaat Təmir-Tikinti İstehsalat Birliyi (TTİB)" MMC-nin (VÖEN **********) fəaliyyətinə oxşar olması müəyyən edilmiş, lakin, "xxxx" MMC -də həmin vergi ödəyiciləri ilə müqayisədə fəaliyyət göstərdiyi ərazinin, təqdim etdiyi və əldə etdiyi mal, iş və xidmətlərin dəyərinin, İşçi sayının və digər iqtisadi göstəricilərinin fərqli olması müəyyən edilmişdir. Yoxlama zamanı vergi orqanının uçot baza sistemində və hesabat axtarış sistemində oxşar fəaliyyətlə məşğul olan digər vergi ödəyiciləri ilə müqayisələr aparılmış, lakin yerinə yetirilmiş işin xüsusiyyətləri, işlərin yerinə yetirildiyi ərazi, işçi sayı və s. göstəricilər üzrə oxşarlıq müəyyən edilməmişdir. Qeyd olunan səbəblərdən həmin vergi ödəyicilərini analoji vergi ödəyicisi kimi götürmək mümkün olmamışdır. Yoxlama üçün naməlum olan gəlirlərin və ya xərclərin VM-nin 67.1.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməsi analoji məlumatlar əldə etmək mümkün olmadığı üçün hesablamaların aparılması zamanı analoji müəssisə məlumatlarından istifadə edilməmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlər, müvafiq sorğularla qarşılıqlı əlaqələrinin aparıldığı vergi ödəyicilərindən toplanmış müqavilələr, qaimə-fakturalar, təhvil-təslim aktları, vergi hesab fakturaları, ödəniş sənədləri və s. sənədlər əsasında gəlirlər müəyyən edilmişdir. Yoxlanılan dövrdə vergi ödəyicisi gəlir və xərclərini hesablama metodu ilə müəyyən etmişdir. Yoxlama zamanı vergi ödəyicisinin gəlirləri yerinə yetirmiş tikinti- quraşdırma işləri əsasında tərtib olunmuş Forma 2 sənədləri əsasında işlərin yerinə yetirildiyi dövrə uyğun olaraq, daşınar və daşınmaz əmlakın icarəyə verilməsindən, malların, sair iş və xidmətlərin təqdim edilməsindən əldə olunan gəlirlər isə VHF və EQF təqdim olunduğu dövrə uyğun olaraq müəyyən edilmişdir. Yoxlama ilə mənfəət vergisinin hesablanmasının düzgünlüyü yoxlanıldıqda - 2018-ci ildə vergi ödəyicisinin gəlirləri görülmüş təmir-tikinti işlərinin təqdim edilməsindən, daşınar və daşınmaz əmlakın icarəyə verilməsindən formalaşmışdır. Yoxlama ilə 2018-ci ildə gəlirlər Forma 2, təhvil-qəbul aktı, EQF, ƏDVDH, bank, habelə uçot-baza məlumatları əsasında ********.09 manat müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və əldə edilmiş sənədlər əsasında xərcləri müəyyən etmək mümkün olmamışdır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Yoxlanılan dövrdə vergi yoxlamaya təqdim edilmiş Forma 2, təhvil-qəbul aktları, habelə uçot-baza məlumatları əsasında vergi ödəyicisinin gəlirləri müəyyən olunmuşdur. Xərclərin müəyyən olunması mümkün olmadığı üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək, Azərbaycan Respublikası VM-nin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında M1 = ********.09 /(100 + 20) x 20 = 2759785.84 manat mənfəəti hesablanmışdır. Yoxlama ilə 2018-ci il üzrə 551957.17 (2759785.84*20%) manat mənfəət vergisi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamə üzrə verginin 551957.17 əskik hesablandığı müəyyən edilmişdir. Vergi ödəyicisi 2019-cu il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsi kameral münasibət göstərilməklə ümumi dövriyyə ********.37 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər ********.32 manat olmaqla zərər 284858.95 (********.32 - ********.37) manat, mənfəət vergisi 0.0 manat bəyan edilmişdir. 2019-cu ildə vergi ödəyicisinin gəlirləri görülmüş təmir-tikinti işlərinin təqdim edilməsindən, daşınar və daşınmaz əmlakın icarəyə verilməsindən formalaşmışdır. Yoxlama ilə 2019-cu ildə gəlirlər Forma 2, təhvil-qəbul aktı, EQF, ƏDVDH, bank, habelə uçot-baza məlumatları əsasında ********.45 manat müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və əldə edilmiş sənədlər əsasında xərcləri tam müəyyən etmək mümkün olmamışdır. VM-nin 83.9cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında M1 = ********.45 (100+20) x 20 = 3335485.08 mənfəəti kimi hesablanmışdır. Yoxlama ilə 2019-cu il üzrə 667097.02 (3335485.08*20%) manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən təqdim edilən bəyannamə üzrə verginin 667097.02 əskik hesablandığı müəyyən edilmişdir. Vergi ödəyicisi 2020-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsi kameral münasibət bildirilməklə ümumi dövriyyə ********.36 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər ********.76 manat olmaqla zərər 353886.4 (********.76 -********.36) manat, mənfəət vergisi 0.0 manat bəyan edilmişdir.2020-ci ildə vergi ödəyicisinin gəlirləri görülmüş təmir-tikinti işlərinin təqdim edilməsindən, daşınar və daşınmaz əmlakın icarəyə verilməsindən formalaşmışdır. Yoxlama ilə 2020-ci ildə gəlirlər Forma 2, təhvil-qəbul aktı, EQF, ƏDVDH, bank, habelə uçot-baza məlumatları əsasında ********.38 manat müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və yoxlama ilə əldə edilmiş sənədlər əsasında xərcləri tam müəyyən etmək mümkün olmamışdır. VMnin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında M1 s ********.38 /(100+20) x 20 = 4646649.23 mənfəəti kimi hesablanmışdır. Yoxlama ilə 2020-ci il üzrə 929329.85 (4646649.23*20%) manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən təqdim edilən bəyannamə üzrə verginin 929329.85 əskik hesablandığı müəyyən edilmişdir. Beləliklə yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 83.9 və 104-cu maddəsinin tələbləri pozulmaqla mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 2148384.03 manat azaldılması müəyyən edilmişdir. VM-nin 58.1. maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 2148384.03 manat mənfəət vergisi məbləğinə 50 % miqdarında 1074192.03 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisi üzrə: Vergi ödəyicisi tərəfindən vergi tutulan əməliyyatların vaxtının VM-nin 166-cı maddəsinə müvafiq olaraq müəyyənləşdirilməsinin qanunamüvafiqliyi təmin edilməmişdir. 2018-2019-cu ildə qüvvədə olmuş VM-nin 166.1.1 maddəsinə əsasən vergi tutulan əməliyyatın aparıldığı vaxt malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda aparılmış sayılır. Yoxlama zamanı vergi ödəyicisinin gəlirləri mənfəətin hesablanması üçün Forma 2, VHF, EQF əsasında işlərin görüldüyü, xidmətlərin göstərildiyi vaxtda, ƏDV tutulmalı dövriyyə isə 2018 və 2019-cu üçün xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş VM-nin 166-cı maddəsinin tələblərinə uyğun, 2020 və 2021-ci il üçün isə xx.xx.2020-ci il tarixdən qüvvədə olmuş VMnin 166-cı maddəsinin tələblərinə uyğun ƏDV tutulan dövriyyə Forma 2, EQF, ƏDVDH, bank, uçot-baza məlumatları əsasında müəyyən olunmuşdur. Mənfəət vergisi məqsədləri üçün gəlirlər işlərin görülməsi, malların və xidmətlərin təqdim edidiyi vaxtda, ƏDV məqsədləri üçün gəlirlər isə VM-nin 166-cı maddəsinin tələblərinə uyğun müəyyən edildiyi üçün mənfəət və ƏDV dövriyyələri bərabər olmaya bilər. Yoxlanılan dövrdə vergi ödəyicisi tikinti-quraşdırma, daşınar və daşınmaz əmlakın icarəsi fəaliyyəti ilə məşğul olmuşdur. Yerinə yetirilmiş işlərə sərf olunmuş mal-materialların tərkibində armatur, sement, taxta və dizel yanacağının xüsusi çəkisi çox olduğu üçün, xərclərin normaya uyğun olub olmamasını, habelə görülmüş işlərin tərkibində əmək haqqı xərclərinin düzgünlüyünün müəyyən olunmasına zərurət yaranmış və qeyd olunan mal- materialların və əmək haqqı xərclərinin faktiki miqdarını Forma 2 əsasında müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli **********159586 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmış və "xxxx" MMC-dən mütəxəssis dəvət olunmuşdur. xx.xx.2022-ci il tarixdə "xxxx" MMCdən yoxlamaya daxil olmuş mütəxəssis rəyinə əsasən yoxlanılan dövrdə yerinə yetirilmiş tikinti-quraşdırma işləri əsasında tərtib edilmiş Forma 2 sənədləri əsasında armatur sərfiyyatı - 8060.57 ton, sement - 3805.92 ton, taxta - 2129.93 m3, dizel yanacağı 4316417.6 litr, daşıma xərcləri - 8401362.77 manat (ƏDV-siz), əmək haqqı xərcləri ********.47 manat təşkil etmişdir. Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş (xx.xx.2022-ci il tarixli **********351000 nömrəli məktub) material hərəkəti cədvəlinə əsasən yoxlanılan dövrün əvvəlinə armatur qalığı 558.54 ton, sementin qalığı 1276.53 ton, taxtanın qalığı 109.34 kub metr, dizel yanacağının qalığı 0 litr, dövrün sonuna armatur qalığı 271.32 ton, sementin qalığı 3805.92 ton, taxtanın qalığı 2129.93 m3, dizel yanacağının qalığı 0 litr təşkil etmişdir. Uçot baza məlumatlarına əsasən yoxlanılan dövrdə 11195.21 ton armatur, 32915.2 ton sement, 5710.0 m3 taxta materialı, 8037360.8 litr dizel yanacağı alınmışdır. Mütəxəssis rəyinə əsasən yerinə-yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunmalı armatur - 8060.57 ton, sement - 3805.92 ton, taxta - 2129.93 m3, dizel yanacağı 4316417.6 litr, daşıma xərcləri - 8401362.77 manat (ƏDV-siz), əmək haqqı xərcləri ********.47 manat təşkil etməlidir. Beləliklə yoxlama ilə xx.xx.2021-ci il tarixə armatur qalığı 3693.18 ton, sementin qalığı 7895.33 ton, taxtanın qalığı 3826.45 m3, dizel yanacağının qalığı 4516417.6 litr, əskikgəlmə armatur üzrə 3421.9 ton, sement üzrə 4089.4 ton, taxta üzrə 1699.5 m3, dizel yanacağı üzrə 3720943.2 litr müəyyən olundu. Vergi Məcəlləsinin 67.15 maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Orta alış qiymətləri nəzərə alınmaqla Vergi Məcəlləsinin 67.15 maddəsinə əsasən 2021-ci ilin iyun ayında 5793412.47 manat əskikgəlmə məbləğinə 1042814.24 manat ƏDV hesablanmışdır.Yoxlama ilə müəyyən olunmuşdur ki, 2020-ci ildə vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işləri üçün "xxxx" STİK MMC-yə 5721085.0 manat dəyərində E- qaimə fakturalar təqdim olunmuş, lakin işlərin dəyəri "xxxx" STİK MMC tərəfindən ödənilməmişdir. Vergi ödəyicisi ilə "xxxx" STİK MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli KTTB 001/0118 nömrəli borc müqaviləsinə əsasən 2018-2020-ci illər ərzində "xxxx" STİK MMC tərəfindən 5721085,0 manat məbləğində (verilmiş borc 6561085.0 manat, qaytarılmış borc 840000.0 manat nəzərə alınmaqla) borc verilmişdir. Vergi Məcəlləsinin 166.4.2-ci maddəsinə əsasən Vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicisinə borc vəsait verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı mallar (işlər, xidmətlər) təqdim edilənədək verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) - malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt sayılır. Yoxlama ilə 5721085,0 manat borclar üzrə ƏDV öhdəliyi bərpa edilmiş və 1029795.3 manat ƏDV hesablanmışdır. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əsasən vergi tutulmalı olan dövriyyələrin düzgün müəyyən edilməməsi səbəbindən dövriyyənin 2834423.69 manat azaldıldığı və büdcəyə ƏDV-nin 510196.27 manat az hesablandığı müəyyən olunmuşdur.Vergi ödəyicisi tərəfindən əldə edilmiş VHF, EQF və onları əvəz edən digər sənədlər üzrə əvəzləşdirilmiş ƏDV məbləğlərinin düzgünlüyü yoxlanılarkən müəyyən olundu ki, vergi ödəyicisi tərəfindən yoxlanılan dövrdə ümumilikdə 7059839.04 manat ƏDV əvəzləşdirilmişdir. Yoxlanılan dövrdə 3 vergi ödəyicisindən 336921.39 manat məbləğində ərzaq məhsullarının alınmış və əldə olunmuş otuz VHF və EQF üzrə 60645.87 manat ƏDV məbləği əvəzləşdirilmişdir. Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir. Yoxlama ilə 60645.87 manat ƏDV əvəzləşməsi ləğv edilmişdir.Eyni zamanda vergi ödəyicisi tərəfindən yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən əvəzləşdirilmiş 66024.56 manat ƏDV məbləği öz təsdiqini tapmadığı üçün əvəzləşmə ləğv edildi. Vergi ödəyicisi tərəfindən 2019-cu ilin aprel ayı ƏDV hesabatında ƏDV-yə cəlb olunan əməliyyatlar üzrə azaldılan 12600.0 manat ƏDV məbləği yoxlama ilə azalmanın aid olduğu dövrdə nəzərə alındığı üçün ləğv edilmişdir. Beləliklə yoxlanılan dövrdə ümumilikdə əvəzləşdirilməsinə yol verilən ƏDV məbləğinin 6933168.78 manat təşkil etdiyi müəyyən olunmuşdur.Yoxlama ilə ƏDV-nin 2722076.24 manat azaldıldığı müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən yoxlanılan dövrdə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 3697184.16 manat azaldıldığı, 975107.92 manat çox hesablandığı (azaldılmış yekun məbləğ 2722076.24 manat) müəyyən olunmuş və azaldılmış məbləğin 50% miqdarında, yəni 1848592.1 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş 162966.0 manat ƏDV məbləğinin 50 faizi miqdarında, ümumilikdə 81483.0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan vergi üzrə: Yoxlama ilə müəyyən edilmişdir ki, yoxlanılan dövrdə vergi ödəyicisinin bank hesabına təsisçi tərəfindən ümumilikdə 6561085.0 manat qısa müddətli borc vəsaiti daxil olmuş və 31,03.2020-ci il tarixədək 6561085.0 manat borc geri qaytarılmışdır. Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.Vergi Məcəlləsinin 123.1 maddəsinə əsasən rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri- rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1,22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Yoxlama ilə cəlb olunmuş borc vəsaitinə qaytarılmış borc vəsaiti nəzərə alınmaqla Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə yoxlanılan dövrdə 2018-ci il üçün 2537.32 manat manat faiz məbləğinə 253.73 manat, 2019-cu il üçün 371344.02 manat faiz məbləğinə 37134.4 manat, 2020-ci il üçün 84526.31 manat faiz məbləğinə 8452.63 manat olmaqla ümumilikdə 45840.76 manat ödəmə mənbəyindən vergi hesablanmışdır. xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin tərkibində mal-material sərfiyyatının (armatur, sement, taxta, dizel) həcmini, daşıma xərclərini və əmək haqqı xərclərinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli **********159586 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmış və "xxxx" MMC-dən mütəxəssis dəvət edilmişdir. Təqdim olunmuş mütəxəssis rəyinə əsasən vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş tikinti- quraşdırma işlərinin tərkibindən əmək haqqı xərcləri 7384192.62 manat təşkil etmişdir.Vergi məcəlləsinin 98.1 maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir-əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən hesablanmış əmək haqqı məbləği 3921764.92 manat, bağlanmış podrat müqavilələri əsasında yerinə yetirilmiş işçilik haqqı 1121035.34 manat olmaqla ümumilikdə 5042800.26 manat təşkil etmişdir. VM-nin 101.1 maddəsinə əsasən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən 14% vergi tutulur. Beləliklə, yoxlama ilə müyyən olunmuş 2341392.36 manat (73481xx.xx- 5042800.26) əmək tutumu məbləğinə ödəmə mənbəyindən 327794.93 manat 14% vergi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən ödəmə mənbəyində vergi məbləğinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 373635.69 manat məbləğə 50 % miqdarında 186817.85 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məcburi dövlət sosial sığorta haqları üzrə: Yoxlamaya "xxxx" MMC tərəfindən təqdim olunmuş mütəxəssis rəyinə əsasən 2018- ci il üçün 1587182.45 manat, 2019-cu il üçün 2234846.12 manat, 2020-ci il üçün 2796275.47 manat, 2021-ci il üçün isə 765888.58 manat olmaqla ümumilikdə 7384192.62 manat işçilik haqqı müəyyən edilmişdir. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən hesablanmış əmək haqqı və podrat müqavilələri əsasında yerinə yetirilmiş işçilik haqqı 2018-ci il üçün 359044.58 manat, 2019-cu il üçün 2725888.93 manat, 2020-ci il üçün 1262328.46 manat, 2021-ci il üçün 695538.29 manat olmaqla ümumilikdə 5042800.26 manat təşkil etmişdir. Beləliklə, əmək haqqı və podrat müqavilələri əsasında yerinə yetirilmiş işçilik haqqı nəzərə alınmaqla 2018-ci il üçün 1228137.87 manat fərqə 307034.47 manat, 2019-cu ildə -491042.81 manat fərqə - 122760.7 manat, 2020-ci ildə 1042904.2 manat (2020-ci ildə fərq 1533947.01 manat təşkil etmiş və 2019-cu ildə artıq hesablanmış 491042.81 manat 2020-ci ilin hesablamasından azaldılır) fərqə 260726.05 manat, 2021-ci il üçün 70350.29 manat fərqə 17587.57 manat olmaqla ümumilikdə 585348.09 manat 22% və 3% sosial sığorta ayırmaları hesablanmışdır. “Sosial sığorta" haqqında Azərbaycan Respublikası Qanununun 14.5.2 maddəsinə və VM-nin 58.1 maddəsinə əsasən azaldılmış 585348.09 manat sosial-sığorta məbləğinə 50% miqdarında, 292674.05 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddia ərizəsində qeyd olunan səyyar vergi yoxlaması 16 aydan artıq müddətində aparılması ilə bağlı, cavabdeh öz səlahiyyətləri çərçivəsində, qanunvericliyin tələblərinə riayət etməklə yoxlamanın dayandırılması və artırılması haqqında qərarlar qəbul edərkən qanunvericliyin tələbləri pozulmamışdır. İddiaçı cavabdeh vergi orqanı tərəfindən səyyar vergi yoxlaması ilə bağlı qanunvericiliyin pozulduğunu qeyd etmiş, lakin VM-nin hansı maddəsinin tələbləri kobud surətdə pozulduğunu qeyd etməmiş başqa sözlə qərarda vergi orqanının haqlı mövqeyini təsdiq edən sübutları təkzib edə bilməmişdir. Həmçinin, iddia ərizəsində xx.xx.2021-ci il tarixdə onun istifadəsində obyektin olduğu halda protokolda qeyd olunmadığını bildirmiş, lakin iddia ərizəsində həmin tarixə obyektlə bağlı sənədlər əlavə edilməmişdir. xx.xx.2021ci il tarixli protokolda cəmiyyətin rəhbəri vergi orqanında qeydiyyatda olan obyektləri olmadığını bildirmişdir. Bundan başqa iş üzrə xx.xx.2022-ci il tarixli qərar əsasında dəvət edilmiş mütəxəssis xüsusi bilik və təcrübəyə malik olmadığını və hesablamaların əsası ilə bağlı izahın verilmədiyini qeyd etmişdir. Məlum olduğu kimi, qanunvericilikdə yoxlamaya dair izah verilməsi ilə bağlı bir düzənləmə mövcud deyildir. Həmçinin, qeyd etmək lazımdır ki, səyyar vergi yoxlama aktının bir nüsxəsi əlavələr ilə birlikdə iddiaçıya təqdim edilmiş və tərəf imzalayaraq qəbul etmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisinin iddia ərizəsində qeyd olunan arqumentlərini əsassız hesab edir və xx.xx.2023-cü il tarixli **********169747 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən hesablanmış 2148384.03 manat mənfəət vergisi, 2722076.24 manat əlavə dəyər vergisi, 373635.69 manat ödəmə mənbəyində vergi, 585348.09 manat sosial-söğorta haqqı, 3487759.03 manat maliyyə sanksiyasının hesablanmasını əsaslı hesab edirlər. xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqan Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş iddia tələbinə dair yazılı etiraza **********032600 saylı xx.xx.2023-cu il tarixli əlavədə göstərilmişdir ki, SVY aktının təqdim edilməməsi ilə bağlıiddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinə əlavədə ona səyyar vergi yoxlama aktı təqdim edilmədiyini bildirmişdir. Belə ki, Vergi Məcəlləsinin 39.4-cü maddəsinə əsasən vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. O isə ki, xx.xx.2023-cü il tarixli səyyar vergi yoxlaması aktı xx.xx.2023-cü il tarixdə iddiaçıya təqdim edilmiş və iddiaçının rəhbəri Talıbovi Cavad aktın bir nüsxəsini əlavə ilə birlikdə imza və möhür ilə təsdiq edərək qəbul etmişdir. Səyyar vergi yoxlama müddətinin artırılması haqqında qərarın reyestrə geç daxil edilməsi ilə bağlı-iş üzrə məlum olduğu kimi cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xx.xx.2021-cu il tarixli **********149171 nömrəli Qərarı ilə İddiaçı MMC-də növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021-ci il) təyin edilmiş və həm tarixə iddiaçıya vergi dövrü xx.xx.2021-ci il tarixdən 30 (otuz) iş günü müddətinə yoxlama keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin, yoxlama xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi müəyyən edildiyi xx.xx.2021-ci il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesrindən” çıxarışda qeyd olunmuşdur. Daha sonra cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması” haqqında xx.xx.2021-cu il tarixli **********150722 nömrəli qərarı ilə yoxlama müddəti 30 (otuz) iş günü artırılmış, həmin qərar iddiaçıya təqdim edilmiş və iddiaçının nümayəndəsi Camalov Əlvan imza və möhür ilə təsdiq edərək qəbul etmişdir. Bundan sonra “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması” haqqında xx.xx.2022-ci il tarixli **********159421 nömrəli qərarı ilə yoxlama müddəti 30 (otuz) iş günü artırılmış və qərarın iddiaçıya göndərilməsi təmin edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamənin 4.5-2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı yoxlamanın əhatə etdiyi dövr VM-nin 36.3-1-ci maddəsinə uyğun olaraq artırıldıqda, bu barədə qərarın qəbul edildiyi vaxtdan 1 iş günü müddətində zəruri məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. Həmin əsasnamənin 4.4-cü maddəsinə əsasən yoxlama müraciət edilən gündən 1 iş günü müddətində (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal) qeydiyyata alınır. İddiaçı tərəfindən vergi orqanına ünvanlanan xx.xx.2022-ci il tarixli məktubu ilə bağlı- iddiaçı iddia ərizəsində VMnin 44.4-cü maddəsinə istinad edərək cavabdeh orqana vəsatət təqdim edərək yoxlamada və mütəxəssis rəyinin tərtib olunmasında nümayəndənin iştirakını xahiş etdiyini qeyd etmiş lakin vəsatəti təmin edilmədiyini bildirmişdir. İlk öncə qeyd etmək lazımdır ki, yuxarda qeyd olunan VM-nin maddəsi ekspertin hüquqlarını tənzimləyən maddədir. Bundan başqa vəsatətdə yoxlama materiallarına baxılan zaman "xxxx" MMC-nin mütəxəssisinin iştirakının təmin edilməsini xahiş etmişdir. Mütəxəssis tərəfindən müvafiq rəy cavabdeh orqana təqdim edildikdən sonra mütəxəssisin aktın tərtibində iştirakının təmin edilməsi ilə bağlı iddiaçının vəsatəti anlaşılan deyildir. Həmçinin VM-nin 39.1-ci maddəsinə əsasən Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Bir başqa ifadə ilə aktın tərtibində qanunvericiliklə mütəxəssisin iştirakı nəzərdə tutulmamışdır. Yoxlamaya sənədlərin tam şəkildə təqim olunması ilə bağlı- iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən tələb olunan sənədlər tam şəkildə təqdim olunmasına baxmayaraq NK-nin 55 saylı qərarına əsasən şərti rentabellik prinsipi əsasında mənfəət vergisi hesablandığını bildirmişdir. İş üzrə məlum olduğu kimi, səyyar vergi yoxlaması zamanı müəssisəyə xx.xx.2021-ci il tarixli **********149198 nömrəli Tələbnamə təqdim edilmiş və yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin xx.xx.2021-ci il tarixə kimi təqdim olunması tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən sənədlər yoxlamaya qismən təqdim olunduğu üçün xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Lakin yoxlamanın əhatə etdiyi dövr üzrə tələbnamədə göstərilən sənədlər, o cümlədən cəmiyyət tərəfindən həyata keçirilən təmir-tikinti işləri üzrə müqavilələr, onlara əlavə olunan təhvil-qəbul aktları, smeta, Forma 2, Forma 3 sənədləri, habelə cəmiyyət tərəfindən sifarişçi qismində üçüncü tərəflə bağlanmış subpodrat müqavilələri üzrə müqavilələr, onlara əlavə olunan təhvil-qəbul aktları, smetalar, Forma 2, Forma 3 sənədləri, mal-material və xidmətlərin alışı üzrə müqavilələr və müqaviləyə əlavə olunan digər sənədlər yoxlamaya tam təqdim edilmədiyi üçün həmin sənədlərin təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli **********028400 nömrəli, xx.xx.2022-ci il tarixli **********145400 nömrəli və xx.xx.2021-ci il tarixli **********066000 nömrəli, xx.xx.2022-ci il tarixli **********727700 nömrəli xəbərdarlıq məktubları göndərilərək sənədlər istənilmişdir, lakin müəssisə tərəfindən qeyd edilən sənədlər tam təqdim edilməmişdir. Belə ki, vergi orqanının uçot baza məlumatlarında olan əldə edilmiş elektron qaimə-fakturalar üzrə malın (işin və xidmətin) adı hissəsində ümumi görülmüş iş və xidmətlər göstərilmiş lakin həmin elektron qaimə fakturalar üzrə digər şəxslərlə bağlanılmış müqavilələr, təhvil-qəbul aktları, Forma 2 və Forma 3-lər təqdim, mal-materialların layihələr üzrə silgi cədvəli, mənfəət vergisi bəyannamələrində xərclərin açıqlaması barədə məlumatlar yoxlamaya təqdim edilməmişdir.Yoxlanılan dövr üzrə vergidən yayınma halları müəyyən olunduğu üçün “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2022-ci il tarixli **********158203 nömrəli qərar çıxarılmış və vergi ödəyicisi tərəfindən sənədlər ümumilikdə 1017 vərəqdə və 29 faylda olunmuş və həmin sənədlər "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2022ci il tarixli **********159346 nömrəli protokolla rəsmiləşdirilmişdir. Sənədlərin yoxlamaya qismən təqdim olunduğu iş materiallarında öz əksini tapmışdır. Belə ki, yoxlama zamanı sənədlərin qismən təqdim edilməsinə dair aktı iddiaçının rəhbəri Talıbov Cavad imza və möhür ilə təsdiq edərək qəbul etmişdir. Qüvvədə olmayan maddəyə əsasən vergilərin hesablanması ilə bağlı-iddiaçı ƏDV üzrə VM-nin 166.4.2-ci maddəsinə əsasən hesablamaların qanunsuz olduğunu iddia etmişdir. Belə ki, yoxlama aparılan dövr üzrə həmin maddə xx.xx.2020-ci il tarixdə qüvvədə olmuşdur. Məlumat üçün qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən vergi tutulan əməliyyatların vaxtının VM-nin 166-cı maddəsinə müvafiq olaraq müəyyənləşdirilməsinin qanunamüvafiqliyi təmin edilməmişdir. Belə ki, 2018-2019-cu ildə qüvvədə olmuş VM-nin 166.1.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın aparıldığı vaxt malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda aparılmış sayılır. Yoxlama zamanı vergi ödəyicisinin gəlirləri mənfəətin hesablanması üçün Forma 2, VHF, EQF əsasında işlərin görüldüyü, xidmətlərin göstərildiyi vaxtda, ƏDV tutulmalı dövriyyə isə 2018 və 2019-cu üçün xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş VM-nin 166-cı maddəsinin tələblərinə uyğun, 2020 və 2021-ci il üçün isə xx.xx.2020-ci il tarixdən qüvvədə olmuş VMnin 166-cı maddəsinin tələblərinə uyğun ƏDV tutulan dövriyyə Forma 2, EQF, ƏDVDH, bank, uçot-baza məlumatları əsasında müəyyən olunmuşdur. Kredit verən şəxsin peşəkar şəkildə fəaliyyət göstərməsi ilə bağlı- iddiaçı iddia ərizəsində Mülki Məcəllənin 739.2-ci maddəsinə istinad edərək kridit verən şəxsin müstəqil peşə fəaliyyəti ilə məşqul olan şəxs olmasını qeyd edərək OMV üzrə hesablamanın qanununsuz olduğunu bildirmişdir. Qeyd etmək lazımdır ki, həmin maddədə kredit verən şəxsin müstəqil peşə fəaliyyəti şəklində fəaliyyət göstərməsi qeyd olunmamışdır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. VM-nin 123.1 maddəsinə əsasən rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri- rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. “İnzibati icraat haqqında” qanunun normalarının tətbiq edilməməsi ilə bağlı iddiaçı vergi orqanının səyyar vergi yoxlamasını səhvən inzibati icraat kimi dəyərləndirirərək, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun prosedur xarakterli normalarını VM-nin xüsusi normaları ilə tənzimlənən münasibətlərə tətbiq edilməmə əsası ilə qərarın ləğv edilməsi tələbi əsasız və qanunsuzdur. Çünki həyata keçirilmiş icraat inzibati icraat deyil, vergi qanunvericiliyi ilə tənzimlənən səyyar vergi yoxlamasıdır.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. Belə ki, səyyar vergi yoxlamasının həyata keçirilməsi qaydası və nəticələrinin rəsmiləşdirilməsi VM-nin müvafiq maddələri ilə tənzimlənir. Məlum olduğu kimi VM-nin 16.1.3 maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Habelə bu Məcəllənin 130.1 maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar.Həmçinin, gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir.Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.Həmin məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi vergitutma obyektidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X11 iddianı qəbul etməyərək, məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə (inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində) yəni, xx.xx.2023-cü il tarixdə, müraciət etmişdir. İddia mümkündür.

İşin halları.

İş materiallarında olan; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı MMC xx.xx.2015-ci il tarixdə (VÖEN) ********** dövlət qeydiyyat nömrəsi ilə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçı MMC-nin hüquqi ünvanı ünvan 1lıbovı Javad (əvvəlki qanuni təmsilçisi X31) qeyd olunmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” KY211602413 №li Çıxarışdan müəyyən olunur ki, Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xx.xx.2021-ci il tarixli **********149171 nömrəli Qərarı ilə “Körpü Tunel Tikinti" MMC-də növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021-ci il) təyin edilmiş və yoxlama xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. “Vergi ödəyicisinin və ya sığortaedənin ərazisinə, binalarına, nəqliyyat vasitələrinə habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi barədə” **********0149745 saylı, xx.xx.2021-ci il tarixli protokolda qeyd olunmuşdur ki, İddiaçı MMC-nin faktiki fəaliyyət göstərdiyi ünvan 2 ünvanda yerləşən ərazisinə, binalarına, nəqliyyat vasitələrinə habelə sənədlərinə və əşyalarına baxış keçirilmişdir. Baxış 11:45-də başlamış, 12:10-da başa çatmışdır. Baxış keçirilməsi zamanı – Cəmiyyət ünvan 2 ünvanında yerləşən “Akkord Plaza” binasının 5-ci mərtəbəsində yerləşən ofisdə faəliyyət göstəririr. Cəmiyyətin istifadə etdiyi ofis sahəsi vergi orqanında qeydiyyatda deyil. İstifadəsində olan və ya qeydiyyatda olan digər obyektləri yoxdur. Lokal Gəlirlər Baş İdarəsinin **********151727 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə, - Nəqliyyat vasitələrinin, texnika və texnoloji avadanlıqların orta bazar qiymətlərinin müəyyən olunması üçün ekspertiza təyin edilməsi; - Ekspertiza keçirilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X9 ekspert təyin edilməsi; - Ekspertlər qarşısında aşağıdakı sualların soqulması; - İddiaçı MMC tərəfindən satılmış nəqliyyat vasitələrinin, texnika və texnoloji avadanlıqların orta bazar qiymətinin müəyyən edilməsi; - Ekspertin sərəncamına vergilərin hesablanması üşün zəruri olan sənədlərin təqdim edilməsi qərara alınmışdır. “Ekspertizanın keçirilməsi haqqında qərarla tanış olma barədə” xx.xx.2021-ci il tarixli protokolun surətindən müəyyən olunur ki, İddiaçı MMC-nin direktoru X31 ekspertizanın keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********151727 saylı qərarla tanış edilmişdir. Lokal Gəlirlər Baş İdarəsinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********158203 saylı, xx.xx.2022-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********149171 №-li qərarı əsasında X32 tərəfindən İddiaçı MMC üzrə keçirilən səyyar vergi yoxlaması zamanı yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan sənədlərdə vergi qanunvericiliyinin pozulması hallarının olduğu müəyyən edilmiş, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və pozuntuların araşdırılması bilavasitə sənədlərlə (əşyalara) bağlı olduğuna görə VM-nin 23-cü və 43-cü maddələri əsas tutularaq aşağıda qeyd olunanlar qərara alınmışdır; Cavabdeh vergi orqanı tərəfindən İddiaçı MMC-yə yoxlanılan dövr üzrə sənədlərin təqdim edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli Tələbnamə göndərilmişdir Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********166802 nömrəli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərar qəbul edilmişdir. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********159346 saylı xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, vergi ödəyicisinin rəhbəri Talıvovi Javad protoklda qeyd olunan aşağıdakı sənədləri təqdim etmişdir. - xx.xx.2022-ci il tarixli **********090800 nömrəli məktubla əsas vəsaitin uçotu cədvəli (1 fayl); xx.xx.2022-ci il tarixli **********672000 nömrəli məktubla borc müqavilələri və borc müqaviləsi üzrə əməliyyatlar cədvəli (17 fayl); xx.xx.2022-ci il tarixli **********829800 nömrəli məktubla əmək haqqı hesablama cədvəlləri (11 fayl); "xxxx" ASC ilə bağlanmış subpodrat müqaviləsi (Qırlı-Gürcüstan avtomobil yolu), Forma 2, Forma 3 - 262 vərəq; “X1 Company” MMC ilə bağlanmış subpodrat müqaviləsi, Forma 2, Forma3 -24 vərəq; "xxxx" ASC ilə bağlanmış subpodrat müqaviləsi (Dəmiryolu keçidləri) Forma 2, Forma 3 - 25 vərəq; İmişli RİH ilə bağlanmış müqavilə (Abadlıq işləri 2018), Forma 2, Forma 3 - 22 vərəq; İmişli RİH ilə bağlanmış müqavilə (Abadlıq işləri 2019) Forma 2, Forma 3 - 17 vərəq; X55 ilə bağlanmış xidmət müqaviləsi, Forma 2, Forma 3 - 25 vərəq; X7 ilə bağlanmış xidmət müqaviləsi, Forma 2, Forma 3 - 6 vərəq; X24 ilə bağlanmış xidmət müqaviləsi, Forma 2, Forma 3 - 7 vərəq; X16 ilə bağlanmış müqavilə Akt-12 vərəq; X25 ilə bağlanmış xidmət müqaviləsi, Forma 2, Forma 3, Akt - 18 vərəq; X33 ilə bağlanmış xidmət müqaviləsi, Forma 2, Forma 3 - 18 vərəq; X56 ilə bağlanmış xidmət müqaviləsi, Forma 2, Forma 3 - 14 vərəq; X17 ilə bağlanmış xidmət müqaviləsi, forma 2, Forma 3 - 24 vərəq; X34 ilə bağlanmış xidmət müqaviləsi, Forma 2, Forma 3 - 23 vərəq; X35 ilə bağlanmış xidmət müqaviləsi, Forma 2, Forma 3 - 24 vərəq; X45 ilə bağlanmış xidmət müqaviləsi, Forma 2, Forma 3 - 31 vərəq; X36 ilə bağlanmış xidmət müqaviləsi, Forma 2, Forma 3 - 22 vərəq; X37 ilə bağlanmış xidmət müqaviləsi,Forma 2, Forma 3 - 14 vərəq; X26 ilə bağlanmış xidmət müqaviləsi, Forma 2, Forma 3 - 9 vərəq; X46 ilə bağlanmış xidmət müqaviləsi, Forma 2, Forma 3-6 vərəq; X18 ilə bağlanmış xidmət müqaviləsi, Forma - 2, Forma 3 - 43 vərəq; X12 ilə bağlanmış xidmət müqaviləsi, Forma 2, Forma 3 - 11 vərəq; X13 ilə bağlanmış xidmət müqaviləsi, Forma 2, Forma 3 - 7 vərəq; X38 ilə bağlanmış xidmət müqaviləsi, Forma 2, Forma 3 - 11 vərəq; X39 ilə bağlanmış xidmət müqaviləsi, Akt - 29 vərəq; X8 ilə bağlanmış xidmət müqaviləsi, Akt 15 vərəq; X47 ilə bağlanmış xidmət müqaviləsi Akt 24 vərəq; X57 ilə bağlanmış xidmət müqaviləsi Akt -12 vərəq; X40 ilə bağlanmış xidmət müqaviləsi Akt-24 vərəq; X27 ilə bağlanmış xidmət müqaviləsi Akt -20; X41 ilə bağlanmış xidmət müqaviləsi Akt -14 vərəq; X48 ilə bağlanmış xidmət müqaviləsi Akt-18 vərəq; X19 ilə bağlanmış xidmət müqaviləsi Akt 31 vərəq; X28 ilə bağlanmış xidmət müqaviləsi Akt-6 vərəq; X14 ilə bağlanmış xidmət müqaviləsi Akt-35 vərəq; X6 ilə bağlanmış xidmət müqaviləsi akt 8 vərəq; - X42 ilə bağlanmış xidmət müqaviləsi Akt-09 vərəq; X49 ilə bağlanmış xidmət müqaviləsi Akt-19 vərəq; X20 ilə bağlanmış xidmət müqaviləsi Akt-12 vərəq olmaqla ümumilikdə 29 faylda onlayn kargüzarlıq sistemi vasitəsilə və 1017 vərəqdə könüllü surətdə təqdim etdi. Göstərilən sənədlər exel, pdf və kağız formada tərtib olunmuşdur. İddiaçı MMC tərəfindən Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, qoşmada vergi orqanına təqdim edilməli olan hesabatlardan 2018-2021-ci il tarixləri arası material hərəkəti hesabatı qeyd olunmuşdur. Bununlada vergi orqanı tərəfindən tələb olunan sənədlərin təqdim olunması tərəflərindən yekunlaşdırılmışdır. "xxxx" Consaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş MB15-1498 №-li, xx.xx.2022-ci il tarixli iltizamda qeyd olunmuşdur ki, "xxxx" MMC qiymətləndirmə şirkətinin direktoru, qiymətləndirici eksperti və qiymətləndirici mütəxəssisi X3 Gəlirlər Baş İdarəsinin sifarişi ilə İddiaçı MMC tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə yerinə yetirilmiş tikinti quraşdırma işlərinin tərkibində mal-material sərfiyyatının (armatur, sement, taxta, dizel yanacağı) həcmini, daşınma xərclərini və əmək haqqı xərclərini müəyyənləşdirmək ilə əlaqədar qabaqcadan ona təqdim edilmiş VM-nin 44-cü maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrin, mütəxəssis qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətini və mülki qanunvericilikdə müəyyən edilmiş digər məsələlər barədə xəbərdar edilmişdir. Mütəxəssis rəyindən görünür ki, Lokal Gəlirlər Baş İdarəsinin Sifarişi ilə İddiaçı MMC tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə yerinə yetirilmiş tikinti quraşdırma işlərinin tərkibində mal-material sərfiyyatının (armatur, sement, taxta, dizel yanacağı) həcmini, daşınma xərclərini və əmək haqqı xərclərini müəyyənləşdirmək sualı ilə bağlı - mütəxəssis İddiaçı MMC tərəfindən yerinə yetirilmiş işlər barədə tərtib edilmiş Forma 2 aktlarını araşdıraraq, Malın dəyəri, ƏDV-siz, AZN - 63703821,29 manat; Mal-material sərfiyyatı, ƏDV-siz AZN 33956028,80; Əmək tutumu, ƏDV-siz AZN 7585303,95 manat müəyyənləşdirmişdir. Lokal Gələrilər Baş İdarəsinin **********149746 saylı xx.xx.2022-ci il tarixli “Səyyar vergi yoxlaması” aktının surətindən müəyyən olunur ki, Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı MMC üzrə siyahısı verilən tədiyyə və dövrlərdə- Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) 1-ci rüb 2020-2-ci rüb 2022; Əlavə dəyər vergisi iyul 2018-iyun 2021; Torpaq vergisi 2019-cu il-2021-ci il; Ödəmə mənbəyində tutulan vergi 3-cü rüb 2018-2-ci rüb 2021; Əmlak vergisi 2018-ci il-2020-ci il; Sadələşdirilmiş vergi 3-cü rüb 2018-2-ci rüb 2021; MDSS-işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) 4-cü rüb 2018-2-ci rüb 2019; MDSS-Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112)-3-cü rüb 2019-4-cü Rüb 2019; Mənfəət vergisi 2018-ci il - 2020-ci il; Muzdla işləyənləri işə götürən sığortaedənlər 3-cü rüb 2019-4-cü rüb 2019; İşsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər)-4-cü rüb 2018-2-ci Rüb 2019; Muzlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2018-ci il-2019cu il üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış və xx.xx.2022-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama aşağıdakı qərar(lar)a əsasən müvəqqəti uzadılmış və (və ya) müvəqqəti dayandırılmışdır: - xx.xx.2021-ci il tarixli qərarla 30 gün müddətinə uzadılmışdır. - xx.xx.2021-ci il tarixli qərarla 31 gün müddətinə müvəqqəti dayandırılmışdır. - xx.xx.2021-ci il tarixli qərarla 34 gün müddətinə müvəqqəti dayandırılmışdır. - xx.xx.2022-ci il tarixli qərarla 29 gün müddətinə müvəqqəti dayandırılmışdır. - xx.xx.2022-ci il tarixli qərarla 29 gün müddətinə müvəqqəti dayandırılmışdır. - xx.xx.2022-ci il tarixli qərarla 32 gün müddətinə müvəqqəti dayandırılmışdır. - xx.xx.2022-ci il tarixli qərarla 30 gün müddətinə müvəqqəti dayandırılmışdır. - xx.xx.2022-ci il tarixli qərarla 33 gün müddətinə müvəqqəti dayandırılmışdır. - xx.xx.2022-ci il tarixli qərarla 30 gün müddətinə uzadılmışdır. - xx.xx.2022-ci il tarixli qərarla 25 gün müddətinə müvəqqəti dayandırılmışdır. - xx.xx.2022-ci il tarixli qərarla 23 gün müddətinə müvəqqəti dayandırılmışdır. - xx.xx.2022-ci il tarixli qərarla aktın tərtibi müddəti 30 gün müddətinə uzadılmışdır. Yoxlama nəticəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin; - 58.1-ci maddəsinə əsasən mənfəət vergisi bəyannaməsini təqdim etməməklə büdcəyə çatası 2148384,03 manat vergi məbləğinin azaldılmasına görə 50 faiz miqdarında, yəni 1074192,03 manat maliyyə sanksiyası; - 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2722076,24 manat (ƏDV 3697184,16 manat az, 975107,92 manat çox hesablanmış, azaldılmış ƏDV məbləği 2722076.24 manat təşkil etmişdir) azaldılmasına görə 50 faiz miqdarında, yəni 1848592.1 manat maliyyə sanksiyası tətbiq edilməsi; - 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində vergi məbləğinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə azaldılmış 373635,69 manat məbləğədə 50 faiz miqdarında, yəni 186817,85 manat maliyyə sanksiyası tətbi edilməsi; - 58.6-cı maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş 162966.0 manat ƏDV məbləğinin 50 faizi miqdarında, ümumilikdə 81483.0 manat maliyyə sanksiyası; - 58.1-ci maddəsinə əsasən azaldılmış 585348,09 manat sosial-sığorta məbləğinə (sosial-sığorta haqqı 585348,09 manat az, 9,06 manat çox hesablanmış, ümumilikdə azaldılmış məbləğ 585339.03 manat təşkil etmişdir) 50 faiz miqdarında, yəni 296674,05 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” **********166802 saylı, xx.xx.2022-ci il tarixli qərarla İddiaçı MMC-də keçirilmiş vergi yoxlamasının xx.xx.2022-ci il tarixli aktına və həmçinin xx.xx.2022-ci il tarixli **********534200 nömrəli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə” xidməti məruzəyə baxıb-daxil olmuş sənədlərin düzgünlüyünün yerində araşdırılması üçün əlavə vergi tədbirlərinin keçirilməsinə zərurət yarandığından VM-nin 23-cü və 49-cu maddələri əsas tutularaq xx.xx.2022-ci il tarixli **********149746 nömrəli “Səyyar vergi yoxlaması” aktı üzrə hesablanmış vergilərin düzgünlüyünün yenidən araşdırılması; əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi müddətinin 60 (altmış) gün müəyyən edilməsi qərara alınmışdır. **********149746 nömrəli, xx.xx.2023-cü il tarixli “Səyyar vergi yoxlaması” aktı ilə Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********149171 saylı qərarına əsasən Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Təmir-tikinti sahəsinin auditi şöbəsinin böyük dövlət vergi müfəttişi 2-ci dərəcəli müfəttiş X43 tərəfindən İddiaçı MMC üzrə siyahısı verilən tədiyyə və dövrlərdə- İşsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) -4-cü rüb 2018-2-ci Rüb 2019; Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2018-ci il-2019-cu il; Əlavə dəyər vergisi-iyul 2018-iyun 2021; Torpaq vergisi 2019-cu il- 2021-ci il; Ödəmə mənbəyində tutulan vergi 3-cü Rüb 2018-2-ci Rüb 2021; MDSS- İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) 4cü Rüb 2018-2-ci Rüb 2019; Əmlak vergisi 2018-ci il-2020-ci il; Sadələşdirilmiş vergi 3-cü Rüb 2018-2-ci Rüb 2021; Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və İcbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) 1-ci Rüb 2018-2-ci Rüb 2021; MDSS-Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) 3-cü Rüb 2019-4-cü Rüb 2019; Mənfəət vergisi 2018-ci il-2020-ci il; Muzdla işləyənləri işə götürən sığortaedənlər 3-cü Rüb 2019-4-cü Rüb 2019-cu il dövlər üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparımışdır. Yoxlama xx.xx.2021-ci il tarixdə başlamış və xx.xx.2023-cü il tarixdə başa çatdırılmışdır. Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********169747 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı MMC-yə aşağıda qeyd olunan: - 2018-ci il üzrə 551957,17 manat mənfəət vergisinin azaldılmasına görə 551957,17 manat əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 275978,59 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2019-cu il üzrə 667097,01 manat mənfəət vergisinin azaldılmasına görə 667097,01 manat əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 333548,51 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2020-ci il üzrə 929329,85 manat mənfəət vergisinin azaldılmasına görə 929329,85 manat əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 464664,93 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2018-ci il üzrə 297069,67 manat ƏDV-nin azaldılmasına görə, 144933,92 manat artıq hesablama nəzərə alınmaqla 152133,75 manat əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 148534,84 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2019-cu il üzrə 564664,01 manat ƏDV-nin azaldılmasına görə, 586710,55 manat artıq hesablama nəzərə alınmaqla 22046,54 manat artıq hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 282332,01 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2020-ci il üzrə 1792546,23 manat ƏDV-nin azaldılmasına görə, 13600,68 manat artıq hesablama nəzərə alınmaqla 1778945,55 manat əlavə hesablama aparılması, VMnin 58.1-ci maddəsinə əsasən 896273,12 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2021-ci il üzrə 1042904,25 manat ƏDV-nin azaldılmasına görə, 229862,77 manat artıq hesablama nəzərə alınmaqla 813041,48 manat əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 521452,13 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2020-ci il üzrə 4,44 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) artıq hesablama nəzərə alınmaqla 4.44 manat artıq hesablama aparılması; - 2021-ci il üzrə 4,62 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) artıq hesablama nəzərə alınmaqla 4.62 manat artıq hesablama aparılması; - 2019-cu il üzrə 365183,06 manat ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə 365183,06 manat əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 182591,53 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2020-ci il üzrə 8452,63 manat ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə 8452,63 manat əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 4226,32 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2018-ci il üzrə 307034,47 manat MDSS-in azaldılmasına görə 307034,47 manat əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 153517,24 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2018-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə VM-nin 58.6-cı maddəsinə əsasən 1660,62 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2019-cu il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə VM-nin 58.6-cı maddəsinə əsasən 46488,23 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2020-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə VM-nin 58.6-cı maddəsinə əsasən 33334,15 manat maliyyə sanksiyasının tətbiq olunması; ümumilikdə 6526238,35 manat verginin azaldılmasına görə, 975116,98 manat artıq hesablama nəzərə alınmaqla 5573176,97 manat əlavə və 22055,6 manat artıq hesablama aparılması və 3344602,22 manat maliyyə sanksiyasının tətbiq olunması qərara alınmışdır. “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********195000 №-li tələbnamə ilə İddiaçı MMC-dən (əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları- 5551121.37 manat, vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları 3344602,22 manat, vergilərin və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməməsinə görə hesablanmış faizlər 0,00 manat) büdcəyə ödənilməli olan 8895723,59 manat ödənilməsi tələb olunmuşdur.

Tətbiq edilən hüquq.

Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən:

1. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

2. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsi. - 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; - 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. - 94.0.1-ci maddəsinə əsasən vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübüt etmək vergi orqanının vəzifəsidir. 101.1-1. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur: Vergiyə cəlb edilən aylıq gəlir 8000 manatadək olduqda 0 dərəcə ilə - 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. - 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Maddə 134. Hesablama metodundan istifadə edilərkən gəlirin və xərcin uçotu qaydası Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Maddə 135. Hesablama metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı 135.1. Müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 135.2. Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. Maddə 136. Hesablama metodundan istifadə edilərkən xərcin çəkilməsi vaxtı 136.1. Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. 136.2. Bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun.

- 161.1. Vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. 163.2.2. ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci maddəsinə və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Maddə 174. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur.

Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. 175.3. Bu Məcəllənin 109.4-cü maddəsində göstərilən xərclər istisna olmaqla, bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 61.4. inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

Məhkəmənin mövqeyi. Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən maddi hüquq normaları və inzibati icraat haqqında hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Məhkəmə araşdırmasının predemetini aşağıdakı sənədlər təşkil etmişdir: - Cavabdehin **********169747 nömrəli xx.xx.2023-cü il tarixli məsuliyyətə cəlb qərarı; - İddiaçının nizamnaməsi və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı; - Səyyar vergi yoxlaması təyin olunması barədə qərarın surəti; - Səyyar vergi yoxlaması barədə akt; - Məktublar; - 2018-2020-ci illər üzrə mənfəət vergisi bəyənnamələrinin surətləri (cari, kameral və svy üzrə)- 7 fayl-140 vərəq; - Bank hesablarından çıxarışlar (kağız və elektron formada); - Dayanma və müddət uzatma barədə qərarların surətləri, Ədliyyə nazirliyinin reyestrindən çıxarışların surətləri-36 vərəq; - "xxxx" MMC-nin rəyi və rəy verməkdən imtina məktubu; - Vergi orqanına yazilmiş məktubların surətləri; - ƏDV depozit hesabından çıxarış-xx.xx.2018-xx.xx.2021-70 vərəq (kağız və elektron formada); - 2018-ci il ərzində əldə olunmuş e-qf-ları siyahısı-95 vərəq (kağız və elektron formada); - 2019-ci il ərzində əldə olunmuş e-qf-ları siyahısı-192 vərəq (kağız və elektron formada); - 2020-ci il ərzində əldə olunmuş e-qf-ları siyahısı-250 vərəq (kağız və elektron formada); - 2021-ci il ərzində əldə olunmuş e-qf-ları siyahısı-98 vərəq (kağız və elektron formada); - 2018-ci il ərzində təqdim olunmuş e-qf-ları siyahısı-5 vərəq (kağız və elektron formada); - 2019-ci il ərzində təqdim olunmuş e-qf-ları siyahısı-4 vərəq (kağız və elektron formada); - 2020-ci il ərzində təqdim olunmuş e-qf-ları siyahısı-8 vərəq (kağız və elektron formada); - 2018-2021-ci illər ərzində təqdim edilmiş iş və xidmətlərə dair forma 2-lərin siyahisi; - 2018-2021-ci illər üzrə əmək haqqı cədvəlləri(11 excel faylı-elektron formada); - Forma 2 və Forma 3-lər (kağız və elektron formada); - Borc müqavilələrinin surətləri-23 vərəq, 4 excel fayl elektron formada; - X44-4019 sətr excel formada; - Debitor və kreditorların siyahısı-1175 sətr excel formada; - 2018, 2019 və 2020-ci illər üzrə texniki hesabatlar-22 fayl(kağız və elektron formada); - Alınmiş xidmətlər, yanacaq paylanması, subpodratçılarla işlər və s. excel fayllar (elektron); - İdxal olunmuş malların siyahisi- 4 vərəq; - Sənədlərin yoxlamaya qismən təqdim edilməsi barədə xx.xx.2021-ci il tarixli akt; - Sənədlərin yoxlamaya qismən təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli akt; - Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2022-ci il tarixli PROTOKOL; - "xxxx" Açıq Səhmdar Cəmiyyəti və İddiaçı MMC arasında bağlanılmış KTTP 008/1118 saylı xx.xx.2018-ci il tarixli Subpodrat müqaviləsi və 1 saylı əlavə(smeta) və 1A saylı əlavə digər şərtlər (kağız və elektron formada); - "xxxx" Açıq Səhmdar Cəmiyyəti və İddiaçı MMC arasında bağlanılmış KTTP 008/1118 saylı xx.xx.2018-ci il tarixli Subpodrat müqaviləsinə əsasən “LOT 3: Qirli- Gürcüstan sərhədi avtomobil yolunun(km 82+200- km 130-150) təkmilləşdirilməsi layihəsi” (kağız və elektron formada); - “X1 Company” MMC ilə və İddiaçı MMC arasında bağlanılmış HP 004/0318 saylı xx.xx.2018-ci il tarixli Subpodrat müqaviləsi və Sabirabad və salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ təqdbirlərin aparılması işləri layihəsi və smetası- Fomra 3 (kağız və elektron formada); - "xxxx" Açıq Səhmdar Cəmiyyəti və İddiaçı MMC arasında bağlanılmış KTTP 004/0918 saylı xx.xx.2018-ci il tarixli Subpodrat müqaviləsi və 1 və 2 saylı əlavələr, “Bakı Sərnişin Sabunçu-Pirşağı-Sumqayıt-Xırdalan-Biləcəri-Bakı sərnişin dairəvi dəmir yolunun yenidən qurulması layihəsi üzrə” Forma 2 və Forma 3 lər (kağız və elektron formada); - İmişli rayon İcra hakimiyyəti ilə bağlanılmış xx.xx.2018-ci il tarixli satınalma müqaviləsi, müqavilə üzrə forma 2 və forma 3 kağız və elektron formada); - İmişli rayon İcra hakimiyyəti ilə bağlanılmış xx.xx.2019-cu il tarixli satınalma müqaviləsi, müqavilə üzrə forma 2 və forma 3 kağız və elektron formada); - “Gəncə-Qazax-Gürcüstan sərhəd yolunun dörd zolağa genişləndirilməsi(M2), “LOT 3: Qirli-Gürcüstan sərhədi avtomobil yolunun(km 82+200- km 130-150) təkmilləşdirilməsi layihəsi” üzrə Aralıq ödəniş sertifikatları(Görülən işlərin həcmi barədə)-21 ƏDƏD (kağız və elektron formada); - 1 ədəd USB DAŞİYİCİ və CD disk(eyni məlumatlar əks olunub)- cəmi 292 ədəd fayl- 947.94 MB; - Şəxsi hesab vərəqəsindən çıxarış; - xx.xx.2019-cu il tarixli KTTİ 16/0319 saylı fiziki şəxs X21 ilə bağlanılmış “Torpaq sahəsinin icarə müqaviləsi”; - ÖMV bəyənnamələri. İş materiallarından görünür ki, İddiaçı MMC ********** saylı şəhadətnamə ilə vergi orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdır. Yoxlama dövründə faktiki olaraq avtomobil yollarının, küçələrin, şosse, avtomobil nəqliyyatı üçün digər yolların və piyadalar üçün yolların tikintisi fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur ki, Cəmiyyət lisenziya tələb edən və qanunverciliklə qadağan edilmiş hər hansı fəaliyyət növü ilə məşğul olmamışdır. Məhkəmə hesab edir ki, səyyar vergi yoxlaması aktı tərtib olunarkən bir sıra maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Prosesual hüquq normalarının pozulması barədə: Yoxlama prosesində vergi orqanının xx.xx.2022-ci il tarixli **********159421 saylı qərarında əsasən yoxlamanın müddəti 30 iş günü uzadılmışdır. Lakin “Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, müddət uzatma reyestrdə 2 iş günü sonra xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” əsasnamənin tələblərinə zidd olaraq vahid məlumat reyestrinə daxil edilməmişdir, halbuki Əsasnamənin 1.4-cü bəndinə görə qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, yoxlama xx.xx.2021-ci il tarixində başlanıldı və xx.xx.2022-ci il tarixində baş çatdırıldı. Müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli qərar əsasən aktın tərtibi müddəti 30 iş günü müddətinə uzadılmışdır. Vergi orqanı tərəfindən keçirilmiş yoxlama tədbirinin nəticəsi kimi xx.xx.2022-ci il tarixli **********149746 saylı “Səyyar vergi yoxlaması aktı” tərtib edilərək xx.xx.2022-ci il tarixli **********028600 saylı məktubla iddiaçıya təqdim edilmişdir. Lakin yoxlama başa çatıdırılıb aktı müəssisəyə təqdim edildikdən sonra Vergi Məcəlləsinin 23 və 49-cu maddələrinə uyğun olaraq vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli **********166802 saylı “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərar çıxarılmış və yoxlama müddəti 60 iş günü müəyyən edilmişdir. Nəticədə iddiaçı barəsində xx.xx.2023-cü il tarixli “Səyyar vergi yoxlamasının nəticələri haqqında akt” tərtib edilmişdir. Vergi orqanın xx.xx.2022-ci il tarixli **********159586 saylı “Mütəxəssis dəvət edilməsi haqqında” qərarına əsasən "xxxx" MMC-nin nümayəndəsi X23 mütəxəssis kimi dəvət edilmiş və onun qarşısında xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək yerinə yetirilmiş tikinti quraşdırma işlərinin tərkibinda mal-material sərfiyyatının (armatur, sement, taxta, dizel yanacağı) həcmi, daşıma xərclərini və əmək haqqı xərclərini müəyyənləşdirilməsi sualı qoyulmuşdur. SVY aktından (səh-7) görünür ki, vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir. Əmlakin inventarizasiya keçirilmədən müəssisənin dövrün sonuna mal qalığının məbləğinə münasibət bildirilmişdir. Eyni zamanda müəssisə tərəfindən xx.xx.2022-ci il tarixli məktubla VM-nin 44.4-cü maddəsinə əsasən “Vəsatət” təqdim edilərək müəssisənin nümayəndəsi X15 yoxlamada iştirakı xahiş edilmişdir. Lakin yoxlamada və mütəxəssis rəyinin tərtib olunmasında müəssisənin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Bununla VM-nin 44 və 45-ci maddələrinin tələbləri pozulmuşdur. Mütəxəssis tərəfindən müəssisə tərəfindən icra olunmuş layihələrə baxış keçirilməmiş, mal-material sərfiyyatı barədə yerində heç bir araşdırma və ölçmə işləri aparılmamışdır. xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin ərazisinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi haqqında protokol” dan da görünür ki, yoxlama zamanı yalnız müəssisənin ofisinin yerləşdiyi ünvana baxış keçirilmiş, icra olunan “Qirli-Gürcüstan sərhədi avtomobil yolunun km 82+200 -:- km 130+150” hissəsinə baxış və əmlakin inventarizasiyası keçirilməmişdir. Bundan əlavə səyyar vergi yoxlaması aktından görünür ki, yoxlama xx.xx.2021-ci il tarixdə başlamış və xx.xx.2022-ci il tarixində başa çatıdırılmışdır. Yoxlama prosesində yoxlama 9 dəfə olmaqla 266 gün dayandırılmış, hər biri 30 gün olmaqla 2 dəfə müddəti uzadılmış, 30 gün aktın tərtibi müddəti uzadılmış, 60 gün müddətinə isə əlavə yoxlama tədbiri keçirilmişdir. Faktiki olaraq xx.xx.2021-ci il tarixində başlamış yoxlama üzrə məsuliyyətə cəlb etmə barədə qərar 1 il 7 ay sonra xx.xx.2023-cü ildə qəbul edilmişdir. SVY aktından görünür ki, xx.xx.2021-ci il tarixli **********151727 nömrəli ekspertiza təyin edilməsi haqqında qərar qəbul edilmiş, ekspertin qarşısında müəssisə tərəfindən satılmış texnika və texnoloji avadanlıqların dəyərinin müəyyənləşdirilməsi məqsədi ilə "xxxx" MMC-dən ekspert dəvət edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixli **********090800 saylı məktuba əsasən “Əsas vəsaitlərin reyestri vergi orqanına təqdim edilməsinə, habelə rəsmi qaydada alınmış və satılmış texnika və avadanlıqlara dair elektron qaimə faktura məlumatları vergi orqanın məlumat bazasında mövcud olmamasına baxmayaraq ekspert tərəfindən xx.xx.2022-ci il tarixli rəy verməkdən imtina məktubu təqdim edilmişdir. Qeyd olunan ekspert dəvət qərarı əsasında isə yoxlama 9 dəfə dayandırılmışdır. xx.xx.2022-ci il tarixində tərtib olunmuş səyyar vergi yoxlaması aktından sonra, keçirilmiş əlavə vergi yoxlaması tədbiri nəticəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli svy aktı və xx.xx.2023-cü il tarixli məsuliyyətə cəlb etmə barədə qərarın nəticə və əsaslandırma hissəsi eynidir, o cümlədən rəqəmlər də tam eynilik təşkil edir. Vergi qanunvericiliyi səyyar vergi yoxlamasının keçirilməsinin müddətlərini dəqiq müəyyən etmişdir. İnzibati orqanlar tərəfindən keçirilən icraatın konkret müddətlər ilə məhdudlaşdırılması inzibati icraatın iştirakçılarını onların hüquqlarının müdafiəsi ilə bağlı və ya onların hüquqlarına müdaxilə təşkil edə biləcək proseslərdəki həddən artıq gecikdirmələrdən (həmçinin sui-istifadə hallarından) qorumaq, o cümlədən inzibati icraatın səmərəliliyinə nail olmaq məqsədlərinə xidmət edir. Odur ki, qanunvericilikdə hər bir inzibati orqanın fəaliyyətində ağlabatan müddətlər müəyyən edilmiş və inzibati orqanların həmin müddətlər çərçivəsində hərəkət etməsi öhdəlik kimi müəyyən edilmişdir. Bununla belə, qanunvericilik, o cümlədən vergi qanunvericiliyi müddətlərlə bağlı müəyyən istisnalar da nəzərdə tutur. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz və müstəsna hallarda yoxlamanın keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Vergi Məcəlləsinin 38.7-ci maddəsi yoxlamanın hansı hallarda dayandırıla biləcəyini təsbit edir. Hazırkı halda cavabdeh yoxlamanı dəfələrlə və eyni əsaslarla dayandırsa da, dayandırmanın əsaslarının mövcudluğunu yoxlamamış, dayandırmanın inzibati icraatın qarşısındakı məqsədlərə xidmət etməsi halından çıxış etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, yoxlamanın 9 dəfə dayandırılması, 2 dəfə müddətinin uzadılması, 1 dəfə aktın tərtibi müddətinin uzadılması, 1 dəfə isə əlavə vergi yoxlaması tədbiri açılmaqla, ümumilikdə 1 il 6 aydan çox davam etməsi qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla aparılmışdır, bu isə inzibati icraatın səmərəli keçirilməsinə mane olmuş və prosesin yubadılmasına şərait yaratmışdır. Maddi hüquq normalarının pozulması barədə: Mənfəət vergisi üzrə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisinin gəlir və xərclərini təsdiq edən sənədlərin mövcud olmasına baxmayaraq mənfəət vergisi hesablanarkən gəlirin müəyyən olunması məqsədləri baxımından təqdim olunmuş sənədlərə istinad edilmiş, lakin xərclər müəyyən olunarkən, təqdim olunmuş sənədlər nəzərə alınmamış və VM-nin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh iddiaçının vergisini müəyyən edərkən VM-nin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir. Formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə məhkəmə bir daha xatırladır ki, cavabdehin hazırkı vergi yoxlamasında VM-nin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi VM-nin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Belə ki, 2018-ci il üzrə Lokal Gəlirlər Baş idarəsinin **********428900 saylı xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunmuşdur ki, 2018-ci il ərzində müəssisə tərəfindən ********.15 manat məbləğində malların təqdim edilməsindən (işlərin görülməsi, xidmətlərin göstərilməsi) gəliri olmuşdur. Daşınar və daşınmaz əmlakın təqdim edilməsindən gəlir isə 75636 manat təşkil etmişdir. Qeyd olunan məktuba əsasən il ərzində müəssisə tərəfindən elektron qaimə fakturalar əsasında cəmi ********.62 manat dəyərində mal, iş və xidmət alışı olmuşdur. Müəssisənin e-vhf və e-qf ilə təsdiqlənməyən xərcləri təqdim edilmiş mənfəət vergisi bəyənnamələrinə əsasən (əmək haqqı, MDSS, amartizasiya, bank faizləri və s.) 1503325.34 manat təşkil etmişdir Lakin səyyar vergi yoxlaması ilə isə gəlir 16558715,09 manat müəyyən olunmaqla Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən şərti rentabellik tətbiq edilməklə 2759785,85 manat vergiyə cəlb edilən mənfəət müəyyən olunmuş və 551957.17 manat mənfəət vergisi hesablanmışdır. Faktiki olaraq isə müəssisənin sənədlərlə təsdiq edilən ********.96 manat xərci mövcuddur, təqdim edilmiş sənədlərdən görünür ki, müəssisənin xərcləri gəlirindən çox olmuşdur. Lakin cavabdeh yoxlayıcı orqan rəsmi sənədləri xərc sənədi kimi qəbul etməyərək, inzibatı icraatı birtərəfli qayadada aparmışdır. 2019-cu il üzrə müəyyən olunmuşdur ki, Lokal Gəlirlər Baş İdarəsinin **********998600 saylı xx.xx.2023-cü il tarixli məktubuna əsasən təqdim olunmuş elektron vergi hesab fakturalarının siyahısına əsasən müəssisənin dövr üzrə gəliri ********.81 manat təşkil etmişdir ki, bu məbləğ səyyar vergi yoxlaması aktı ilə də təsdiq olunur. Həmçinin qeyd olunan idarənin **********428900 saylı xx.xx.2023-cü il tarixli məktubuna təqdim edilmiş elektron qaimə fakturaların siyahsına əsasən dövr ərzində müəssisə tərəfindən ********.86 manat dəyərində elektron qaimə faktura əldə olunması, Dövlət Gömrük Komitəsinin elektron informasiya sistemində əldə olunmuş məlumatlara əsasən 199068,87 manat dəyərində mallar idxal etməsi müəyyən edilir. Müəssisənin e-vhf və e-qf ilə təsdiqlənməyən xərcləri təqdim edilmiş mənfəət vergisi bəyənnamələrinə əsasən (əmək haqqı, MDSS, amartizasiya, bank faizləri və s.) 2676799.91 manat təşkil etmişdir. Faktiki olaraq isə müəssisənin sənədlərlə təsdiq edilən ********.63 manat xərci mövcuddur, təqdim edilmiş sənədlərdən görünür ki, müəssisənin xərcləri gəlirindən çox olmuşdur. Lakin cavabdeh yoxlayıcı orqan rəsmi sənədləri xərc sənədi kimi qəbul etməyərək, inzibatı icraatı birtərəfli qayadada aparmışdır. Yoxlama ilə rəsmi sənədlərlə təsdiq olunan xərclər nəzərə alınmadan 3335485,07 manat vergiyə cəlb edilən mənfəət müəyyən olunmuş və şərti rentabellik tətbiq edilməklə 667097,01 manat mənfəət vergisi hesablanmışdır. 2020-ci il üzrə müəyyən olunmuşdur ki, mənfəət vergisi bəyənnaməsində vergi ödəyicisi tərəfindən ********.37 manat gəlir müəyyən edilmişdir ki, bu məbləğ səyyar vergi yoxlaması aktı ilə də təsdiq olunur. X54 Baş idarəsinin **********428900 saylı xx.xx.2023cü il tarixli məktubuna əsasən təqdim edilmiş elektron qaimə fakturaların siyahısına dövr ərzində müəssisə tərəfindən ********.49 manat dəyərində elektron qaimə faktura əldə olunması, Dövlət Gömrük Komitəsinin elektron informasiya sistemində əldə olunmuş məlumatlara əsasən 206567,37 manat dəyərində mallar idxal etməsi müəyyən edilmişdir. Müəssisənin e-vhf və e-qf ilə təsdiqlənməyən xərcləri təqdim edilmiş mənfəət vergisi bəyənnamələrinə əsasən (əmək haqqı, MDSS, amartizasiya, bank faizləri və s.) 2070366.84 manat təşkil etmişdir. Eyni zamanda X44nə əsasən 2020-ci ilin əvvəlinə malların qalıq dəyəri 3949662.00 manat təşkil etmiş, eyni zamanda elektron qaimə faktura, elektron vergi hesab fakturaları, yük gömrük bəyənnamələri, Forma 2 və Forma 3 lərə əsasən əvvəlki illərdən zərər yaranmalı olması müəyyən olunmuşdur. Faktiki olaraq müəssisənin sənədlərlə təsdiq edilən ********.36 manat xərci və əvvəlki illərdən zərəri mövcuddur və əsassız olaraq həmin xərclərin heç biri xərc kimi nəzərə alınmamışdır. Lakin yoxlama ilə rəsmi sənədlərlə təsdiq olunan xərclər nəzərə alınmadan 4646649.23 manat vergiyə cəlb edilən mənfəət müəyyən olunmuş və şərti rentabellik tətbiq edilməklə 929329.85 manat mənfəət vergisi hesablanmışdır. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli “Sənədlərin qismən təqdim olunması barədə” Akta əsasən bank hesablarından çıxarışlar, podrat və subpodrat müqavilələri, dövriyyə cədvəlləri, cəmiyyət tərəfindən görülmüş işlər üzrə təhvil-təslim aktları (forma 2 və forma 3-lər), mal, iş və xidmətlərin alışı müqavilələri, kredit müqavilələri, direktorun və baş mühasibin əmrləri və s. yoxlamaya təqdim edilmişdir. Eyni zamanda məhkəmə xüsusilə hesab edir ki, cəmiyyətin gəlir və xərclərinin müəyyən olunması üçün elektron vergi hesab fakturası, elektron qaimə faktura, yük gömrük bəyənnamələri, ƏDV depozit hesabından çıxarışlar barədə məlumatlar vergi orqanının elektron informasiya sistemində mövcuddur, bank hesablarında çıxarışları isə online rejimdə bankların əldə olunması üçün texniki imkan yaradılmışdır. Həmçinin müəssisənin qarşılıqlı əməliyyatlarının həcmi barədə məlumatların da vergi orqanının elektron informasiya sistemindən online rejimdə əldə olunması imkanı mövcuddur. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, yoxlayıcı inzibatı orqan tərəfindən təqdim olunmuş sənədlərə münasibətdə ikili yanaşma sərgilənmiş, gəlirllərin müəyyən olunmasına münasibətdə təqdim edilmiş sənədlər nəzərə alınmış, xərclərə münasibətdə nəzərə alınmamışdır. Beləki səyyar vergi yoxlaması aktının 15-ci səhifəsində, həmçinin iddia ərizəsinə etirazda qeyd olunur ki, “yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlər, müvafiq sorğularla qarşılıqlı əlaqələrin aparıldığı vergi ödəyicilərindən toplanmış müqavilələr, qaimə fakturalar, təhvil təslim aktları, vergi hesab fakturaları, ödəniş sənədləri və s. sənədlər əsasında gəlirlər müəyyən edilmişdir” Yoxlama zamanı vergi ödəyicisinin gəlirləri yerinə yetirilmiş tikinti quraşdırma işləri əsasında tərtib olunmuş Forma 2 sənədləri əsasında islərin yerinə yetirildiyi dövrə uyğun olaraq, daşınar və daşınmaz əmlakın icarəyə verilməsindən, malların, sair iş və xidmətlərin təqdim edilməsindən əldə olunan gəlirlər isə VHF və EQF təqdim olunduğu dövrə uyğun olaraq müəyyən edilmişdir”. Eyni mövqe səyyar vergi yoxlaması aktının 19-cu səhifəsində də və iddia ərizəsinə etirazda da etiraf edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh yoxlayıcı orqan təqdim edilmiş sənədlərə əsasən gəlirləri müəyyən edə bildiyi halda, eyni qaydada xərcləri də hesablaya bilərdi. Səyyar vergi yoxlaması aktının 15-ci səhifəsində qeyd edilmişdir ki, “yoxlama zamanı yoxlanılan dövr üzrə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı xərcləri təsdiq edən forma 2, mal materialların hərəkəti, texniki hesabat sənədləri, daşımaların uçot sənədləri, yanacağın sərfiyyat və silinməsi sənədləri yoxlamaya təqdim edilməmişdir. Və bu səbəbdən də 2018-ci il, 2019-cu il və 2020-ci illər üzrə mənfəət vergisi VM-nin 83.9-cü maddəsinə əsasən gəlirlərə görə şərti rentabellik tətbiq edilməklə hesablanılmışdır”. Lakin SVY aktının digər səhifələrində və məhkəməyə təqdim olunmuş sənədlərə əsasən vergi orqanı özü öz mövqeyini təkzib etmiş, sənədlərin yoxlamaya təqdim edilməməsi sübüt edilməmişdir. Belə ki, iş materialların araşdırıması zamanı müəyyən olunmudur ki: - Təqdim edilmədiyi iddia olunan vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixli “Sənədlərin yoxlamaya qismən təqdim edilməsi barədə” akta əsasən vergi ödəyicisi tərəfindən satış (podrat) müqavilələri, Forma 2, Forma 3, mal iş və xidmətlərin alış müqavilələri, kredit müqavilələri, lisenziyalar, bank çıxarışları, dövriyyə cədvəlləri yoxlamaya təqdim edilmişdir. - Təqdim edilmədiyi iddia olunan xx.xx.2022-ci il tarixli **********527300, **********676800 və **********697900 saylı məktublara əsasən bütün texniki hesabatlar (aylar üzrə 22 ədəd) yoxlamaya təqdim edilmişdir. - Təqdim edilmədiyi iddia olunan xx.xx.2022-ci il tarixli **********731500 saylı məktuba əsasən “X44” vergi orqanına təqdim edilmiş, lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli **********727700 nömrəli məktubla “xx.xx.2018-ci il tarixə və xx.xx.2021-ci il tarixə olan mal qalığı haqqında arayışın 5 (beş) gün müddətində təqdim edilməsi tələb olunmuşdur.” İddiaçı tərəfindən isə xx.xx.2022-ci il tarixli **********351000 saylı məktubla bildirilmişdir ki, “Qoşmada vergi orqanına təqdim edilməli olan hesabatlardan 2018 - 2021 -ci il tarixləri arası material hərəkəti hesabatı qeyd olunmuşdur. Bununla da vergi orqanı tərəfindən tələb olunan sənədlərin təqdim olunması tərəfimizdən yekunlaşdırılmışdır”. Beləliklə iddiaçı tərəfindən qeyd olunan məktubla yoxlamaya bütün sənədlərin təqdim olunduğu bildirilmiş, bundan sonra cavabdeh tərəfindən vergi ödəyicisinə heç bir sənəd tələb etmə barədə məktub və ya yə xəbərdarlıq göndərilməmişdir. - Vergi ödəyicisinə sənədlərin tələb olunmasına dair xx.xx.2021-ci il tarixli **********149198 saylı tələbnamə, xx.xx.2022-ci il tarixli **********028400, xx.xx.2022-ci il tarixli **********145400 saylı və xx.xx.2022-ci il tarixli **********066000 saylı və xx.xx.2023cü il tarixli **********727700 nömrəli xəbərdarlıq məktubları göndərilmişdir. Lakin qeyd olunan məktublar və tələbnamədə “daşımaların uçot sənədləri, yanacağın sərfiyyat və silinməsi sənədləri” tələb edilməmişdir. Müəyyən olunmuşdur ki, qeyd olunan hissə ilə bağlı vergi ödəyicisi yalnız xx.xx.2023-cü il tarixli SVY aktında məlumatlı olmuş, bundan sonra xx.xx.2023-cü il tarixli **********125500 saylı məktubla “alınmış yanacağın paylanması barədə məlumatı, alınmış xidmətlər və subpodratlar tərəfindən təqdim olunmuş iş və xidmətlər” barədə də məlumatlar yoxlamaya təqdim edilmişdir. Lakin qeyd olunan sənədlər nəzərə alınmadan xx.xx.2023-cü il tarixində Məsuliyyətə cəlb etmə barədə qərar çıxarılmışdır. - Yuxarıda qeyd olunan tələb etmə və xəbərdarlıq məktubalarına əsasən xx.xx.2021-ci il tarixli sənədlərin yoxlamaya qismən təqdim edilməsi barədə akta əsasən “Subpodrat müqavilələri, Forma 2, Forma 3, Mal iş və xidmətlərin alış müqavilələri, kredit müqavilələri, lisenziyalar, bank çıxarışları, dövriyyə cədvəlləri, xx.xx.2022-ci il tarixli **********090800 saylı məktuba əsasən “Əsas vəsaitlərin reyestri”- excel faylda 292 sətr, xx.xx.2022-ci il tarixli **********672000 saylı məktuba əsasən “Borc müqavilələrinin siyahısı” 16 ədəd müqavilə, 1 excel fayl, 4 listdə cəmi 109 sətr, xx.xx.2022-ci il tarixli **********829800 saylı məktuba əsasən “əmək haqqı cədvəlləri”- 11 excel faylı, xx.xx.2022ci il tarixli **********837300 saylı məktuba əsasən “Debitor və kreditor borcları” 1 excel fayl, 1174 sətr, xx.xx.2022-ci il tarixli **********527300, **********676800 və **********697900 saylı məktublara əsasən bütün texniki hesabatlar- aylar üzrə 22 ədəd, xx.xx.2022-ci il tarixli **********673500 saylı məktubla 2018 və 2019-ci il üzrə mənfəət bəyannaməsində 221.15 və 229 -cu sətrlərin açıqlaması, 1 excel fayl, 3 list, 1140 sətr, xx.xx.2022-ci il tarixli **********150300-ci il tarixli məktubla 2020-ci il üzrə mənfəət vergisi bəyənnaməsinin açıqlaması- 1 excel fayl, 2 list, 3595 sətr, xx.xx.2022-ci il tarixli **********731500 saylı məktuba əsasən “X44”- 2 excel fayl, 15 270 sətr, xx.xx.2022-ci il tarixli **********351000 saylı məktuba əsasən “X44”, 1 excel fayl, 3 list, 16610 sətr, xx.xx.2022-ci il tarixli **********235000 saylı məktuba əsasən "xxxx" MMC arasında bağlanılmış müqavilə və Form 2 və 3-lər, 9 vərəq, xx.xx.2022-ci il tarixli **********125500 saylı məktuba əsasən yanacağın paylanması barədə məlumatı, alınmış xidmətlər (daşımalar) və subpodratlar tərəfindən təqdim olunmuş iş və xidmətlər barədə məlumatlar. 3 excel list, xx.xx.2022-ci il tarixli “Sənədlərin qismən təqdim edilməsi” haqqında akta əsasən yoxlamanın aparılması üçün tələb olunan digər sənədlər, xx.xx.2022-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********159342 saylı protokola əsasən əlavə olaraq, "xxxx" ASC ilə bağlanılmış subpodrat müqaviləsi (Qirli-Gürcüstan avtombil yolu), Forma 2, Forma 3 - 262 vərəq, “X2 Company MMC” ilə bağlanılmış subpodrat müqaviləsi, Forma 2, Forma 3- 24 vərəq, "xxxx" ASC ilə bağlanılmış subpodrat müqaviləsi (Dəmiryol keçidləri), Forma 2, Forma 3 - 25 vərəq, İmişli rayonu İcra hakimiyyəti ilə bağlanılmış müqavilə (Abadlıq işləri 2018)- Forma 2, Forma 3 - 22 vərəq, İmişli rayonu İcra hakimiyyəti ilə bağlanılmış müqavilə(Abadlıq işləri 2019)- Forma 2, Forma 3 - 17 vərəq, 36 fiziki şəxs ilə bağlanılmış xidmət müqavilələri, aktlar, forma 2, forma 3 lər yoxlamaya təqdim edilmişdir. Ümumilikdə xx.xx.2022-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********159342 saylı protokolda qeyd edilmişdir ki, 29 faylda onlayn kargüzarlıq sistemi vasitəsi ilə 1017 vərəqdə könüllü surətdə sənədlər excel, pdf və kağız formada təqdim edilmişdir. Göründüyü kimi gəlir və xərclərin müəyyən olunması üçün cavabden inzibatı orqana iddiaçı tərəfindən yoxlamanın dolğun və obyektiv keçirilməsinə, işin hallarının tam araşdırılmasına imkan verən lazımi sənədlər təqdim olunmuşdur. Buna baxmayaraq cavabdeh tərəfindən VM-nin 67.1-67.9-cu maddələrində göstərilən əlaqəli məlumatlar əsasında vergilərin hesablanması aparılmamışdır.

Əlavə dəyər vergisi üzrə. Cavabdeh tərəfindən VM-nin 67.15-ci maddəsi əsas götürülməklə 1042814,24 manat ƏDV hesablanmışdır. Belə ki, səyyar vergi yoxlaması aktında (19-cu səhifə) qeyd edilmişdir ki, uçot baza məlumatlarına əsasən yoxlanılan dövrdə iddiaçı 11195,21 ton armatur, 32915,2 ton sement, 5710 kub metr taxta materialı və 8037360,8 litr dizel yanacağı almışdır. əvvəlki ildən armatur qalığı 558.54 ton, sementin qalığı 1276.53 ton, taxtanın qalığı 2129.93 kub metr, dizel yanacağının qalığı litr qeyd edilmişdir. Mütəxəssis rəyi ilə qeyd edilən mallar üzrə sərfiyyat həcmi müəyyən edilmişdir. Alınan malların həcmindən mütəxəssis rəyi ilə müəyyən edilmiş sərfiyyat həcmini çıxandan sonra yoxlama ilə xx.xx.2021-ci il tarixə armatur qalığı 3 421,9 ton, sement qalığı 4 089,4 ton, taxta qalığı 1 699,5 kub metr və dizel yanacağı 3720943,2 litr müəyyən olunmuşdur. Orta alış qiymətləri nəzərə alınmaqla VM-nin 67.15-ci maddəsinə əsasən yoxlanılan dövrün sonuncu ayına 5793412,47 manat əskikgəlmə məbləğinə 1042814,24 manat ƏDV hesablanmışdır. Məhkəmə hesab edir ki, mütəxəssis rəyi və səyyar vergi yoxlaması aktı arasında ciddi uyğunsuzluqlar mövcuddur. Belə ki: - mütəxxəssis rəyində sementin sərfiyyat miqdarı cəmi 26295.4 ton qeyd edilsə də, svy aktında 3805.92 ton qeyd edilmişdir. Həmçinin yoxlama dövrüdə müəssisə tərəfindən cəmi 23444.23 ton sement alınmış, yoxlama dövrünün əvvəlinə qalıq 1276.53 ton olmuşdur, svy aktinda bu rəqəm 32915.2 ton qeyd edilmişdir. X44 və silgi aktlarına əsasən yoxlama dövründə müəssisə tərəfindən 26137 ton və 6252 kisə (40kq-liq) sement sərfiyyatı olmuşdur. Eyni zamanda yoxlamaya təqdim edilmiş X44nə əsasən 3805.92 ton sement yoxlama dövrünün sonuna qalıq kimi qalmışdır. - X44nə əsasən dövrün əvvəlinə taxtanın qalığı 109.34 kub metr, yoxlama dövründə alış məbləği 5378.71 kub metr təşkil etsə də, svy aktında yoxlama dövründə alış 5710 kub metr qeyd edilmişdir. Eyni zamanda tikinti zamanı sərf olunan itki həcmi nəzərə alınmamışdır. - X44 və silgi aktlarına əsasən yoxlama dövründə 3580.31 kub metr taxta sərfiyyatı olmuşdur, yoxlama dövrünün sonuna 2129.93 kub metr taxta qalmışdır. Mütəxəssis rəyində taxta sərfiyyatı 1992.89 kub metr, svy aktında 2129.93 kub metr qeyd edilmişdir. Eyni zamanda yoxlamaya təqdim edilmiş X44nə əsasən 2129.93 ton sement yoxlama dövrünün sonun qalıq kimi qalmışdır. - müəssisə tərəfindən dövr ərzində cəmi 10867725 ton armatur alınmış, 558.54 ton dövrün əvvəlinə qalıq olmuşdur, svy aktında alış məbləği 11195,21 ton, dövrün əvvəlinə qalıq 558.54 ton qeyd edilmiş, mütəxəssis rəyi ilə 8060.57 ton armatur sərfiyyat kimi qiymətləndirilmişdirdir. svy aktına əsasən yaranan 3421,9 ton fərq satış kimi qiymətləndirilərək vergi hesablanılmışdır. Material silgi aktları və materal hərəkət cədvəlinə əsasən yoxlama dövrünə armatur sərfiyyatı 11154.94 ton olmuş, dövrün sonuna 271.32 ton qalıq qalmışdır. Həmçinin mütəxəssis rəyi yalnız birbaşa istifadə olunmuş armatur sərfiyyatl hesablanılmışdır. Belə ki, müəssisə tərəfindən yoxlamaya təqdim edilmiş “Aralıq ödəniş sertifikat”larında (Forma 2) armatur ayrıca qeyd edilmiş, beton dirək və suötürücülər isə ayrıca qeyd edilmişdir. Lakin forma 2 lərin heç bir yerində beton dirək və suötürcü beton borularin quraşdırılmasına sərf olunan armatur sərfiyyatı qeyd edilməmişdir. Buna görə də mütəxəssis rəyində bu qurğalara istifadə olunmuş armatur, əskik gəlmə kimi qiymətləndirilmişdir. - İş materialları ilə müəyyən olunur ki, yoxlama dövründə müəssisə tərəfindən e-qf və e-vhf lar əsasında 7806688.55 litr həcmində dizel yanacağı alınsa da yoxlama aktında alış miqdarı 8037360,8 litr qeyd edilmişdir. Mütəxəssis rəyinə əsasən müəssisənin özünün dizel sərfiyyatı 4316417.6 litr təşkil etmişdir. Fərq yaradan 3720943.2 litr. Lakin xx.xx.2023-cü il tarixli yoxlamaya təqdim edilmiş yanacaq bölgüsü cədvəlindən də göründüyü kimi, layihə üzrə müəssisənin subpodratçıları olan "xxxx" MMC-yə ******* litr, “X10” MMC-yə 1702079.61 litr, "xxxx" İnşaat MMC-yə 79.000 litr və Oğuzxan MMC-yə 85525 litr olmaqla cəmi 3339296.61 litr dizel yanacağı təqdim edilmişdir. İş materialları ilə müəyyən olunur ki: Müəssisəyə məxsus mallar “Podratçı” "xxxx" ASC ilə bağlanılmış KTTP 008/1118 saylı xx.xx.2018-ci il tarixli Podrat müqaviləsinin xx.xx.2018-ci il-ci il tarixli A saylı əlavəsinin bəndinə əsasən Ağstafa rayonu, Dağ Kəsəmən kəndi ərazisində yerləşən və Podratçıya məxsus olan anbarda saxlanılması nəzərdə tutulmuşdur. Müəssisə tərəfindən xx.xx.2019-cu il tarixli KTTİ 16/0319 saylı “Torpaq sahəsinin icarə müqaviləsi”nə əsasən fiziki şəxs X5 Ağsatafa rayonu, Dağkəsəmən kəndi ərazsində 2.45 HA torpaq sahəsi (icarə haqqı-930 manat, xx.xx.2019-cu il tarixindən 1170 manat) texnika və nəqliyyat vasitələrinin yerləşdirilməsi və digər məqsədlər üçün icarəyə götürülmüşdür. Bununla bağlı olaraq vergi orqanına yoxlama dövrləri üzrə Ödəmə mənbəyində vergi bəyənnamələri təqdim edilmiş və bəyənnamə 1607.1.2-ci bənddə (daşınar və daşınmaz əmlak üzrə icarə haqqı-fiziki şəxslər üzrə) sətrində əks etdirilmişdir. Lakin səyyar vergi yoxlaması aktında müəssisəyə məxsus olan hər hansı obyekt olmadığı bildirilmişdir. Müəssisənin mal-material, texnika və digər avadanlıqların saxlanılması üçün nəzərdə tutulmuş qeyd olunan 2 ünvanda vergi nəzarət tədbiri və icra olunmuş lahiyələrə baxış və malların inventarizasiyasi keçirilmədən mütəxəssis rəyi ilə əskik gəlmə kimi qiymətləndirilmiş mallar satış kimi qiymətləndirilərək VM-nin 67.15-ci maddəsinə əsasən ƏDV hesablanılmışdır. Yoxlayıcı orqan tərəfindən mütəxəssis rəyinə əsasən ƏDV hesablanması ilə bağlı da ikili mövqe sərgilənmişdir. Beləki, svy aktında dövrün əvvəlinə mal qalığına və dövrün sonuna mal qalığına münasibətdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş “X44” nə istinad olunsa da, dövr ərzində material sərfiyyatına dair, qeyd olunan cədvəldə göstərilən məlumatlar və material silgi aktları nəzərə alınmamışdır. Hansı ki, dövr ərzində materail sərfiyyatı Forma 2 lərə əsasən aparılmış və “X44” də fiksasiya olunmuşdur. VM-nin 67.15-ci maddəsində qeyd edilmişdir ki, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Bu maddənin tətbiq edilməsi üçün malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olmadığı vergi orqanı tərəfindən aşkar edilməlidir. Səyyar vergi yoxlaması zamanı malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olub-olmaması vergi orqanı tərəfindən keçirilən inventarizasiya ilə müəyyən edilməlidir. Lakin səyyar vergi yoxlamasının 1.9.2-ci maddəsində qeyd edilmişdir ki, vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir. Əmlakın inventarizasiyası keçirilmədən təkcə mütəxəssis rəyinə istinad edilməklə Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergilərin hesablanması həyata keçirilə bilməz. Cavabdeh tərəfindən Vergi Məcəlləsinin 166.4.2-ci maddəsinə istinad edilməklə 1029795,3 manat ƏDV hesablanmışdır. Belə ki, vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə Qərarda qeyd edilmişdir ki, yoxlama ilə müəyyən olunmuşdur ki, 2020-ci ildə vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işləri üçün "xxxx" STİK MMC-yə ******* manat dəyərində E-qaimə fakturalar təqdim olunmuş, lakin işlərin dəyəri "xxxx" STİK MMC tərəfindən ödənilməmişdir. Vergi ödəyicisi ilə "xxxx" STİK MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli KTTB 001/0118 nömrəli borc müqaviləsinə əsasən 2018-2020-ci illər ərzində "xxxx" STİK MMC tərəfindən ******* manat məbləğində (verilmiş borc 6561085, qaytarılmış borc 840000 manat nəzərə alınmaqla) borc verilmişdir. VM-nin 166.4.2-ci maddəsinə əsasən Vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicisinə borc vəsait verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı mallar (işlər, xidmətlər) təqdim edilənədək verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt sayılır. ƏDV-nin hesablanmasının əsası kimi qeyd olunan 166.4.2-ci maddə 2020-ci ilin 1 yanvar tarixindən qüvvəyə mindiyi, iddiaçı isə "xxxx" STİK MMC-dən xx.xx.2018-ci il tarixli KTTB 001/0118 nömrəli borc müqaviləsinə əsasən borc aldığı halda, həmin münasibətlərə qeyd olunan dövrdə qüvvədə olmayan maddəyə əsasən ƏDV hesablana bilməz. Digər tərəfdən svy aktında (səh: 23) qeyd edilmişdir ki, “yoxlanılan dövrdə vergi ödəyicisinin bank hesabına təsisçi tərəfindən ümumilikdə 6561085.0 manat məbləğində qisamüddətli borc vəsaiti daxil olmuş və xx.xx.2020-ci il tarixinədək 6561085.0 manat borc geri qaytarılmışdır”. Beləliklə eyni aktda yenə də ikili mövqe nümayiş etdirilmişdir. Belə ki, ƏDV-nin hesablanmasına münasibətdə borcun 572185 manat hissəsinin qaytarılmadığı və görülmüş işlərlərin dəyəri kimi qiymətləndirilərək ƏDV hesablanması, ÖMV-yə münasibətdə isə borcun tam olaraq qaytarılması kimi qiymətləndirilməklə 45840.76 manat ÖMV hesablanması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, hər iki hesablama qanunsuz və əsassızdır. Vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə Qərar ilə 510196,27 manat ƏDV hesablanmışdır. Belə ki, qərarda qeyd edilmişdir ki, yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əsasən vergi tutulmalı olan dövriyyələrin düzgün müəyyən edilməməsi səbəbindən dövriyyənin 2834423,69 manat azaldığı və büdcəyə ƏDV-nin 510196,27 manat az hesablandığı müəyyən olunmuşdur. Həmçinin ƏDV məbləğinin ödənilməməsinə görə 2018-ci il üzrə 1660.62 manat, 2019-cu il üzrə 46488.23 manat, 2020-ci il üzrə isə 33334.15 manat maliyyə sanksiyası tətbiq edilmişdir Lakin iddiaçı tərəfindən vergi tutulmalı olan dövriyyələrin düzgün müəyyən edilməməsi və ƏDV-nin hansı hallarda, hansı vergi ödəyicilərinə ödənilməməsi ilə bağlı heç bir açıqlama verilməmişdir. “İnzibati İcraat haqqında” Qanunun 24.1-ci və 24.3-cü maddələrinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Həmin Qanunun “İnzibati aktın əsaslandırılması” adlanan 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən yoxlanılan dövrdə 3 vergi ödəyicisindən 336921,39 manat məbləğində ərzaq məhsulları alınmış və əldə olunmuş otuz VHF və EQF üzrə 60645,87 manat ƏDV məbləği əvəzləşdirilmişdir. Bununla da iddiaçı tərəfindən Vergi Məcəlləsinin 175.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir. Vergi Məcəlləsinin 175.3-cü maddəsinə əsasən bu Məcəllənin 109.4-cü maddəsində göstərilən xərclər istisna olmaqla, bu Məcəllənin 109.3cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir. Bundan əlavə iddiaçı tərəfindən 2019-cu ilin aprel ayı ƏDV hesabatında ƏDV-yə cəlb olunan əməliyyatlar üzrə azaldılan 12.600 manat ƏDV məbləği yoxlama ilə azalmanın aid olduğu dövrdə nəzərə alındığı üçün düzgün olaraq ləğv edilmişdir.

Ödəmə mənbəyində vergi üzrə Vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi qərarına əsasən təsisçinin iddiaçıya verdiyi borca görə 2018-ci il üçün 253,73 manat, 2019-cu il üçün 37134,4 manat və 2020ci il üçün 8452,63 manat ödəmə mənbəyində vergi hesablanmışdır. Belə ki, qərarda qeyd edilmişdir ki, səyyar vergi yoxlaması ilə müəyyən edilmişdir ki, yoxlanılan dövrdə vergi ödəyicisinin bank hesabına təsisçi tərfindən ümumilikdə ******* manat qısamüddətli borc vəsaiti daxil olmuş və xx.xx.2020-ci il tarixədək ******* manat borc geri qaytarılmışdır. Vergi orqanı Mülki Məcəllənin 739.1-ci maddəsinə və 739.2-ci maddənin 1-ci cümləsinə istinad etmişdir. Həmin maddədə qeyd edilir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 739-cu maddəsi məsələyə kompleks yanaşmağı tələb edir. Həmin maddədə qeyd olunur ki, “Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər”. Göründüyü kimi, qanunvericilik kreditlərin verilməsi barədə müddəaları, yəni faizlər hesablanmasını borc müqaviləsinə o şərtlə tətbiq edir ki, borc verən müstəqil peşə fəaliyyəti şəklində bu fəaliyyətlə məşğul olsun. Mövcud halda isə vergi yoxlaması ilə təsisçilərin Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər olması sübuta yetirilmədən Mərkəzi Bankın müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə təsisçilərin faiz gəliri əldə etməsi qənaətinə gəlinmişdir. Halbuki, bank çıxarışlarında və digər sənədlərdə təsisçilərə qaytarılan borc məbləğinə görə hər hansı faizlər ödənilməsi barədə qeyd mövcud deyildir. Vergi Məcəlləsinin 12.3-ci maddəsinə əsasən “Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir”. Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. İPM-in 14.1-cü maddəsinə əsasən “Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir”. Təsisçilər tərəfindən borc yalnız müəssisənin fəaliyyətinin təmin etmək məqsədi ilə iddiaçıya verilmiş və gəlir əldə edildikdən sonra borc məbləğləri təsisçilərə geri qaytarılmışdır, burada hər hansı faiz gəliri ödənilməsi halı baş verməmiş, yoxlama ilə belə bir fakt və təsisçilərin peşəkar şəkildə kredit verən olması sübut edilməmişdir. Vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi qərarına əsasən əmək tutumunun düzgün göstərilməməsi səbəbindən 327794,93 manat ödəmə mənbəyində vergi hesablanmışdır. Belə ki, qərarda qeyd edilmişdir ki, mütəxəssis rəyində əmək haqqı xərcləri 7384192,62 manat göstərilmişdir. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən hesablanmış əmək haqqı məbləği 3921764,92 manat, bağlanmış podrat müqavilələri əsasında yerinə yetirilmiş işçilik haqqı 1121035,34 manat olmaqla ümumilikdə 5042800,26 manat təşkil etmişdir. Beləliklə, yoxlama ilə müəyyən olunmuş 2341392,36 manat (7348192, 62 – 5042800,26) əmək tutumu məbləğinə ödəmə mənbəyindən VM-nin 98.1-ci maddəsinə əsasən (Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir) və 101.1-ci maddələrinə əsasən 14 faiz dərəcə ilə 327794,93 manat vergi hesablanmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən vergi qanunverciliyi düzgün tətbiq edilməmişdir. Belə ki, VM-nin 101.1-1-ci maddəsinə əsasən “neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur: Vergiyə cəlb edilən aylıq gəlir 8000 manatadək olduda 0 dərəcə ilə”. Lakin yoxlayıcı orqan tərəfindən vergi ödəyicisinin işçilərinin 8000 manatdan yuxarı əmək haqqı alması sübüt edilməmişdir. Mütəxəssis rəyinə əsasən müəssisə tərəfindən icra edilmiş layihələr üzrə xx.xx.2018-xx.xx.2021-ci illər üzrə əmək tutumu həcmi 7384192.62 manat təşkil etmişdir. Səyyar vergi yoxlaması aktında bildirilmişdir ki, yoxlama dövrün vergi ödəyicisi tərəfindən hesablanılmış əmək haqqı məbləği 3921764.92 manat, bağlanılmış podrat müqavilələri əsasında yerinə yetirilmiş işçilik haqqı isə 1121035.34 manat olmaqla ümumilikdə ******* manat təşkil etmişdir. Yaranan 2341392.36 manat məbləğə isə həm 14% ÖMV, həm də 22+3=25% olmaqla 585348,09 MDSS hesablanılması təklif edilmişdir. Məhkəmə araşdırması zamanı vergi orqanından alınmış elektron qaimə fakturalara istinadən müəyyən olunmuşdur ki, yoxlama dövründə ümulikdə 588 fiziki şəxs tərəfindən 4845038.42 manat dəyərindən xidmətlərin göstərilməsinə dair elektron qaimə faktura təqdim etmişdirlər, rəsmi əmək haqqı məbləği isə 3921764.92 manat təşkil etmişdir. Lakin svy aktında xidmət müqavilələrinin dəyəri 4 dəfədən çox azaldılaraq 1121035.34 manat qeyd edilmişdir. Həmçinin səyyar vergi yoxlaması akıtna əsasən əmək tutumunun düzgün göstərilməməsi səbəbindən 585348,09 manat MDSS hesablanması təklif olunsa da, məsuliyyətə cəlb etmə barədə qərarda yalnız 2018-ci üzrə 307034.47 manat əlavə məbləğ hesablanılmış, 153517.24 manat maliyyə sanksiyası təklif edilmişdir. Müəssisənin şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixində “VAHİD MDSS (SYB)- 278.313,62” manat qeydi ilə hesablama aparılmışdır. Bununla vergi orqanı tərəfindən həm də VM-nin 49-cu maddəsinin tələbi pozularaq, məsuliyyətə cəlb etmə barədə qərarda nəzərdə tutulmayan məbləğ üzrə şəxsi hesab vərəqəsinə qanunsuz və əsassız müdaxilə edilmişdir. Bundan əlavə Sosial Sığorta haqqında Qanunun 1.1.10-cu maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaiti kimi nəzərdə tutulsa da, vergi orqanı dövlət büdcəsinə qeyd olunan məbləğ sığortaçılar müəyyən olunmadan dövlət büdcəsinə hesablanmışdır. Məhkəmə xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək, Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC (VÖEN **********) barəsində qəbul edilmiş **********169747 nömrəli xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı - 2018-ci il üzrə 551957,17 manat mənfəət vergisinin azaldılmasına görə 551957,17 manat əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 275978,59 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2019-cu il üzrə 667097,01 manat mənfəət vergisinin azaldılmasına görə 667097,01 manat əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 333548,51 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2020-ci il üzrə 929329,85 manat mənfəət vergisinin azaldılmasına görə 929329,85 manat əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 464664,93 manat maliyyə sanksiyasının tətbiq olunması; - ƏDV-nin azaldılmasına görə 2670874,91 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1811969,16 manat maliyyə sanksiyasının tətbiq olunması və ƏDV məbləğinin ödənilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 81483 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2020-ci il üzrə 4,44 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) artıq hesablama nəzərə alınmaqla 4.44 manat artıq hesablama aparılması; - 2021-ci il üzrə 4,62 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) artıq hesablama nəzərə alınmaqla 4.62 manat artıq hesablama aparılması; - 2019-cu il üzrə 365183,06 manat ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə 365183,06 manat əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 182591,53 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2020-ci il üzrə 8452,63 manat ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə 8452,63 manat əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 4226,32 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2018-ci il üzrə 307034,47 manat MDSS-in azaldılmasına görə 307034,47 manat əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 153517,24 manat maliyyə sanksiyasının tətbiq olunması; - ümumilikdə 5499931,1 manat vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və 3307979,28 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrində ləğv olunmalı; iddia mübahisələndirilən qərarın işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına görə 60645,87 manat məbləğində ƏDV-nin və səhv əvəzləşdirilmiş 12600 manat ƏDV-nin hesablanması və həmin məbləğlərə görə VM-nin 58.1-ci maddəsinə əsasən 36622.94 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrinin ləğv edilməsi hissəsində təmin edilməməlidir. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı (VÖEN **********) barəsində qəbul edilmiş **********169747 nömrəli xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı: - 2018-ci il üzrə 551957,17 manat mənfəət vergisinin azaldılmasına görə 551957,17 manat əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 275978,59 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2019-cu il üzrə 667097,01 manat mənfəət vergisinin azaldılmasına görə 667097,01 manat əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 333548,51 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2020-ci il üzrə 929329,85 manat mənfəət vergisinin azaldılmasına görə 929329,85 manat əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 464664,93 manat maliyyə sanksiyasının tətbiq olunması; - ƏDV-nin azaldılmasına görə 2670874,91 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1811969,16 manat maliyyə sanksiyasının tətbiq olunması və ƏDV məbləğinin ödənilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 81483 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2020-ci il üzrə 4,44 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) artıq hesablama nəzərə alınmaqla 4.44 manat artıq hesablama aparılması; - 2021-ci il üzrə 4,62 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) artıq hesablama nəzərə alınmaqla 4.62 manat artıq hesablama aparılması; - 2019-cu il üzrə 365183,06 manat ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə 365183,06 manat əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 182591,53 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2020-ci il üzrə 8452,63 manat ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə 8452,63 manat əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 4226,32 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2018-ci il üzrə 307034,47 manat MDSS-in azaldılmasına görə 307034,47 manat əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 153517,24 manat maliyyə sanksiyasının tətbiq olunması; - ümumilikdə 5499931,1 manat vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və 3307979,28 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrində ləğv olunsun. İddia mübahisələndirilən qərarın işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına görə 60645,87 manat məbləğində ƏDV-nin və səhv əvəzləşdirilmiş 12600 manat ƏDV-nin hesablanması və həmin məbləğlərə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 36622.94 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrinin ləğv edilməsi hissəsində təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar