Məhkəmə qərarları › İş №2-1(112)-939/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-939/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-939/2021 12.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X19 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı “X11 Mərkəzi” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X11 Mərkəzi” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” **********199096 saylı, 23.04.2020-ci il tarixli qərarının ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 02.05.2016-cı il tarixli, 167 saylı Sərəncamına əsasən iddiaçıya layihəyə əsasən torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilmişdir. İddiaçı 2016-cı ilin 3-cü rübünün “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”nə əsasən 332288,55 manat vergi hesablamış və dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi 30.09.2019 tarixli **********190866 saylı qərarına əsasən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi auditi idarəsinin Maliyyə institutları sahəsi üzrə şöbəsinin rəisi kiçik vergi xidməti müşaviri X16, həmin şöbənin baş dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş X9 tərəfindən “X11 Mərkəzi” MMC-də (VÖEN **********) ƏDV üzrə avqust 2016 - iyul 2019, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi və əmlak vergisi səyyar vergi yoxlaması 2016-2018-ci illər; aksiz vergisi avqust 2016 - iyul 2019; torpaq vergisi 2017-2019-cu illər; yol vergisi 2016 - 2018-ci illər; mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi 3 -cü rüb 2016 - 2-ci rüb 2019; mədən vergisi avqust 2016 - iyul 2019; mənfəət vergisi 2016-2018-ci illər; ödəmə mənbəyində tutulan vergi, sadələşdirilmiş vergi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi 3cü rüb 2016 - 2-ci rüb 2019 dövrlər üzrə yoxlanılması təyin edimişdir. Həmin qərarın surəti iddiaçıya təqdim edilməmişdir və cavabdeh tərəfindən elektron karguzarlıq vasitəsilə də, göndərilməmişdir. Yoxlamanın müddəti 30 gün müəyyən edilmişdir. Yoxlama 01.10.2019-cu il tarixdə başlanmış və 04.03.2020-ci il tarixdə başa çatdırılmışdır. Beləliklə, yoxlama 156 gün davam etmişdir. 04.11.2019cu il tarixli, **********192808 nömrəli qərarla yoxlamanın müddəti cavabdeh tərəfindən uzadılmışdır. Qərarda qeyd olunmuşdur ki, yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğun üçün müddətin artırılması zərurətini nəzərə alaraq, səyyar vergi yoxlamasının müddəti 30 (otuz) iş günü artırılsın. 18.12.2019-cu il tarixli, **********194919 saylı qərarla yoxlamanın müddəti uzadılmışdır. Qərarda qeyd olunmuşdur ki, yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün müddətin artırılması zərurətini nəzərə alaraq səyyar vergi yoxlamasının müddəti 30 (otuz) iş günü artırılsın. 05.02.2020-ci il tarixli, **********196845 saylı qərarla yoxlama müvəqqəti dayandırılmışdır. Qərarda qeyd olunmuşdur ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qəbul edilmiş 30.09.2019 tarixli, VN seriyalı, **********190866 saylı qərara, Vergi Məcəlləsinin 38.7.3 maddəsinə və vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirilməsi halına baxaraq, təyin edilmiş səyyar vergi yoxlaması 05.02.2020-ci tarixdən 05.03.2020-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılsın. 04.03.2020-ci il tarixli **********197929 saylı qərarla səyyar vergi yoxlaması bərpa edilmişdir. Yoxlamanın ilkin müddəti 30.10.2019-cu il tarixdə qurtarmışdır. Cavabdeh 04.11.2019-cu il tarixdə yoxlamanı 30 gün müddətinə uzadarkən yolxmanın müddəti 5 (beş) gün əvvəl qurtarmışdır. 04.11.2019-cu il tarixdən hesablanan 30 gün əlavə yoxlama müddəti 3 dekabr 2019-cu il tarixdə qurtarmışdır. Lakin, cavabdeh yalnız 18.12.2019-cu il tarixdə, əlavə yoxlama müddətinin qurtarmasından 15 (on beş) gün sonra təkrarən yoxlama müddətini 30 gün müddətinə uzatmışdır. 18.12.2019-cu il tarixdən hesablanan təkrar uzadılmanın 30 günlük müddəti 17.01.2020-ci il tarixdə qurtarmışdır. 17.01.2020-ci il tarixdən 05.02.2020-ci il tarixə qədər yoxlama heç bir əsas (qərar) olmadan davam etdirilmişdir. **********190887 saylı, 04.03.2020-ci il tarixli səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur ki, “Bakı şəhər İcra Hakimiyyəti başçısının 02.05.2016-cı il tarixli, 167 saylı Sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Vagif prospekti, 987-ci məhəllə ünvanında inşa edilən 1 girişli, 12 mərtəbəli, 20 mənzilli yaşayış binasının ümumi sahəsi 3731.7 kv.m., o cümlədən zirzəmi sahəsi 234.36 kv.m. (o cümlədən yararlı anbar 140.6 kv.m.), qeyri-yaşayış sahəsi 356.1 kv.m., yaşayış sahəsi 2202.90 kv.m., pilləkən, dəhliz, lift, divar altı sahə 938.34 kv.m.dir. Qeyri- yaşayış sahəsi kimi vergiyə cəlb edilən sahə 496.7 kv.m. (zirzəminin yararlı sahəsi 140.6 kv.m., qeyri-yaşayış sahəsi 356.1 kv.m.), digər sahə isə 3235.0 kv.m.-dir. Bina 3-cü zonada yerləşir, zona əmsalı 2,2 təşkil edir. Bina üzrə 2016-cı ilin 3-cü rübünün "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsrnə əsasən vergi ödəyicisi tərəfindən 332288,55 manat vergi hesablamış, lakin səyyar vergi yoxlaması ilə vergi məbləğinin 394024,95 manat (3235,0*45*2,2; 496,7*45*2,2*1,5) olduğu, fərq 61736.40 manat aşkar edilmişdir.” (akt səhifə 4). Bundan başqa səyyar vergi yoxlaması aktında (səhifə 11-12) qeyd olunmuşdur ki, “Baş İdarənin Ekspertizanın təyin edilməsi haqqında 24.10.2019-cu il tarixli **********192090 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Ticarət və X1 Birliyindən dəvət edilmiş ekspert tərəfindən Bakı şəhəri. Nizami rayonu, Vagif prospekti, 11A ünvanında yerləşən hotelin icarə haqqının real bazar qiyməti hər ay 7924 (yeddi min doqquz yüz iyirmi dörd) manat (ƏDV-siz) və ofisin icarə haqqının real bazar qiyməti isə hər ay 140 (bir yüz qırx) (ƏDV-siz) manat müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, müəssisənin 2017ci ilin mənfəət vergisi bəyannaməsində ümumi gəliri 40331,44 manat müəyyən edilmiş, ümumilikdə gəlirdən çıxılan xərcləri 98213,83 manat olmaqla, zərəri 57882,39 manat müəyyən edilmişdir. ...2018-ci il üzrə müəssisənin təqdim etdiyi mənfəət vergisi bəyannaməsi üzrə zərəri 48881,27 manat olmuşdur. Ekspert tərəfindən müəyyən edilmiş bazar qiyməti nəzərə alınmaqla, müəssisənin 2018-ci ilin mənfəət vergisi bəyannaməsində ümumi gəliri 54156,34 manat müəyyən edilmiş, ümumilikdə gəlirdən çıxılan xərcləri 102374,61 manat olmaqla, zərəri 48218,27 manat müəyyən edilmişdir.” Beləliklə, iddiaçının zərəri 663 manat azaldılmışdır. Bundan başqa, səyyar vergi yoxlaması aktında (səhifə 14) qeyd olunmuşdur ki, “Müəssisə 20.10.2017-ci il tarixli icarə müqaviləsi əsasında 14 kv.m. ofis adlı təsərrüfat subyektini "xxxx" MMC-yə (VÖEN **********) 100 (bir yüz) manata (ƏDV daxil) və 01.02.2019-cu il tarixli icarə müqaviləsi əsasında 1320.64 kv.m. İrşad hotel adlı təsərrüfat subyektini J and K Group MMC-yə (VÖEN **********) 5900 (beş min doqquz yüz) manata (ƏDV daxil) icarəyə verilmişdir. Ekspert tərəfindən müəyyən edilmiş bazar qiyməti nəzərə alınmaqla ƏDV üzrə 3,37 min manat əlavə vəsait hesablanması, 1,69 min manat maliyyə sanksiyası tətbiq edilməsi, ümumilikdə 5,05 min manat hesablanması təklif edilir.” Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini X8 “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” **********199096 nömrəli, 23.04.2020-ci il tarixli qərarı ilə iddiaçıya 2017-ci il üzrə əlavə 21.33 manat əlavə dəyər vergisi, həmin məbləğə Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən 10.67 manat maliyyə sanksiyası, 2018-ci il üzrə əlavə 119.30 manat əlavə dəyər vergisi, həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 59.65 manat maliyyə sanksiyası, 2019cu il üzrə əlavə 3227.52 manat əlavə dəyər vergisi, həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1613.76 manat maliyyə sanksiyası, 2016-cı il üzrə 61736.40 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi. Həmin qərarda cavabdeh təsdiqlədiyi cədvəldə vergi qısa adı sütununda sonuncu sətirdə verginin adı kimi Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi yazmışdır. Halbuki, verginin adı Bina tikintisi fəaliyyəti ilə məşqul olan şəxslərin sadələşdirilmiş vergidir. Eyni zamanda, qərarda qeyd edilən məbləğin hesablandığı dövr kimi 2016-cı il qeyd olunmuşdur. Halbuki, Bina tikintisi fəaliyyəti ilə məşqul olan şəxslərin sadələşdirilmiş vergisi rüblər üzrə bəyan edilir və səyyar vegi yoxlaması aktında əlavə hesablanan verginin 2016-cı ilin 3-cü rübü üzrə iddiaçının təqdim etdiyi bəyannamədə uyğunsuzluq kimi qeyd olunmuşdur. Beləliklə, cavabdehin qərarında sonuncu verginin həm adı, həm hesablandığı dövr dəqiq yazılmamışdır. Həmin vergi üzrə cavabdeh iddiaçıya qarşı maliyyə sanksiyası tətbiq etməmişdir. Yuxarıda qeyd edilən qərara əsasən iddiaçıya cəmi 65 104.55 manat əlavə vergi hesablanmış və 1 684.08 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh 23.04.2020-ci il tarixli **********631600 nömrəli “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnaməni iddiaçıya göndərərək, sonuncudan 5 gün müddətində 66788.63 manat büdcəyə ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci (Səyyar vergi yoxlaması) maddəsinə əsasən, növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Beləliklə, qanunvericiliyin tələbinə əsasən yoxlama müddəti iş günləri ilə deyil günlərlə, yəni təqvim günləri ilə hesablanır. Cavabdeh isə qanunun bu tələbini pozaraq, yoxlama müddətini uzadarkən qanunsuz olaraq onu 30 iş gününə uzadıb. Cavabdehin belə hüququ yox idi. Bu səbəbdən, 30 təqvim günü bitəndən sonra sonrakı dövrdə davam etdirilmiş yoxlama tədbirləri qanunsuzdur. Eyni zamanda, növbəti səyyar yoxlamasının müddətinin uzadılması qanunun tələbinə görə iki halda mümkündür - ekspertin, mütəxəssisin rəyi alınmadığından və sorğulara cavab alınmadıqda. Cavabdeh 04.11.2019-cu il tarixli, **********192808 nömrəli və 18.12.2019-cu il tarixli, **********194919 saylı qərarlarında qeyd edilən əsaslardan heç birinə istinad etməmişdir. Bu səbəbdən də, qeyd edilən qərarlar qanunsuz qərarlar kimi qiymətləndirilməlidir. Qanunvericiliyin tələblərinə əsasən 30.09.2019-cu il tarixdə cavabdeh iddiaçının fəliyyətinin səyyar vergi yoxlaması təyin etdikdə mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə yoxlamanın 3-cü rüb 2016 - 2-ci rüb 2019 dövrünə şamil edilməsində haqlı olmamışdır. Cavabdeh həmin vergi növü üzrə yoxlama dövrünü 2016-cı ilin 4-cü rübündən (1 oktyabr 2016-cı il tarixdən başlayaraq) 2019-cu ilin 2ci rübünə kimi müəyyən etməli idi. Cavabdeh bu qanun pozuntusuna yol verdiyi üçün səyyar vergi yoxlaması aktında guya verginin az hesabandığını qeyd etsə də, bu qanun pozuntusuna görə iddiaçını məsuliyyətə cəlb etməmişdir, maliyyə sanksiyası tətbiq etməmişdir. Səyyar vergi yoxlaması 01.10.2019-cu il tarixdə başlamışdır və qanunla müəyyən edilmiş 30 günlük yoxlama müddəti 30.10.2019-cu il tarixdə qurtarmışdır. Lakin, cavabdeh 30.10.2019-cu il tarixdən, 04.11.2019-cu il tarixə kimi, 5 (beş) gün ərzində heç bir qanuni əsas olmadan səyyar vergi yoxlamasını davam etmişdir və yalnız, 04.11.2019-cu il tarixli, **********192808 nömrəli qərarla yoxlamanın müddəti cavabdeh tərəfindən 30 gün müddətinə uzadılmışdır. 30 günlük əlavə yoxlamanın müddəti 04.11.2019-cu il tarixdən hesablandıqda 04.12.2019-cu il tarixdə qurtarmışdır. Lakin, cavabdeh təkrarən qanunvericiliyin tələblərini pozaraq, 04.12.2019-cu il tarixdən, 18.12.2019-cu il tarixə kimi, 13 (on üç) gün ərzində heç bir qanuni əsas olmadan səyyar vergi yoxlamasını davam etdirmişdir. Yoxlama müddətinin təkrar uzadılması 18.12.2019-cu il tarixdən hesablandıqda 17.01.2020-ci il tarixdə qurtarmışdır. Lakin, cavabdeh təkrarən qanun pozuntusuna yol verərək, 17.01.2020-ci il tarixdən, 05.02.2020-ci il tarixə kimi, 16 (on altı gün) ərzində heç bir qanuni əsası olmadan yoxlamanı davam etdirmişdir. Yoxlama müddəti qurtardıqdan sonra, cavabdeh onun müddətini uzatmaqda haqlı deyildi və yeni yoxlamanın təyin edilməsi barədə qərar qəbul etməli idi. Bu cür qərar cavabdeh tərəfindən qəbul edilməmişdir, həmin qərar Kommersiya hüquqi şəxslərin Sahibkarlıq Sahəsində aparılan yoxlamaların vahid reyestrində qeydiyyata alınmamışdır. Bu səbəbdən, hazırki yoxlamanın nəticələri tamamilə qanunsuzdur. Belə ki, “‘Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci (Yoxlamaların qanuniliyi) maddəsinə əsasən, “Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.” Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinə əsasən, “yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.” Bu müddəa cavabdeh tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ticarət və X1 Birliyinin mütəxəssisi X2 03.03.2020-ci il tarixli rəyində də, əks olunmuşdur. Eyni zamanda, həmin rəydə qeyd olunmuşdur ki, çoxmənzilli binada qeyri-yaşayış - yaşayış sahəsinə mənzil) aid edilməyən və çoxmənzilli binada mənzil sahiblərinin ümumi mülkiyyətinə aid edilən sahədir (pilləkən, dəhliz, lift, zirzəmi, çardaq, yükdaşıyıcı konstruksiyalar və s.). Beləliklə, zirzəmi mənzil sahiblərinin ümumi istifadəsində olan sahədir. Bu səbəbdən, həmin sahə üçün sadələşdirilmiş verginin hesablanması qanunsuzdur. Bundan başqa, qeyd edilən rəydə mütəxəssis H.Q.Yaqubov yazmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Vagif prospekti, 987-ci məhəllə ünvanda layihə üzrə 1 girişli sahəsi və 20 mənzildən ibarətdir. Binanın ölçüləri ümumi sahəsi - 3731.7 kv.m, zirzəmi sahəsi 234,36 kv.m, qeyri- yaşayış sahəsi (2 mərtəbə) -356,10 kv.m, yaşayış sahəsi (20 mənzil) - 2202,90 kv.m, pilləkən, dəhliz, lift sahəsi -938,34 kv.m, satışa yararlı sahə ümumi sahə 2699,6 kv.m, o cümlədən zirzəmi (anbar) - 140,6 kv.m, qeyri-yaşayış sahəsi (2 mərtəbə) 356,10 kv.m, yaşayış sahəsi 20 mənzil - 2202,90 kv.m müəyyənləşdirildi. Beləliklə, cavabdehin cəlb etdiyi mütəxəssis vergiyə cəlb edilən yaşayış sahəsini 2202,90 kv.m müəyyən etdiyi halda, cavabdeh öz aktında həmin sahəni əsassız olaraq 1032,1 kv.m artıq göstərmişdir. Eyni zamanda, mütəxəssis qeyri-yaşayı şsahəsi 356.10 m2 göstərməsinə baxmayaraq, cavabdeh aktda həmin sahənin ölçüsünü əsassız olaraq, 141,6 kv.m (497,7 kv.m - 356,10 kv.m) artıq göstərmişdir. Zirzəminin bir qisminin (140,6m2 hissəsinin) vergiyə cəlb edilən sahə kimi göstərilməsi qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh iddiaçının icarəyə verdiyi daşınmaz əmlakın bazar qiymətini müəyyən edərkən Vergi Məcəlləsinin 14-cü maddəsinin tələblərini pozmuşdur, heç bir vergi ödəyicisindən rəsmi sənədlər toplamamışdır, həmin sənədlərdə təşəkkül tapan qiymətləri müəyyən etməmişdir. Cavabdehin istinad etdiyi, 03.03.2020-ci il tarixli ekspert X2 rəyinin Vİİ-ci fəsilində (icarə haqqının dəyərinin müəyyən edilməsi) qeyd olunmuşdur ki, “Bazar analizi, tələbat və təklifin nisbəti, rəqabət məzmununu, onun dinamikası və perspektiv inkişafı. Maliyyə alternativi sərmayənin analoji təhlükəsi ilə birlikdə. Bazarın tipik iştirakçıları, onların motivasiyası, müqavilələrin Standard şərtləri. Qiymətləndirməyə Standard yanaşma çərçivəsində icarə üsullarının seçimi. Azərbaycan Respublikasında icarə haqqında fəaliyyətin subyektlər tərəfindən həyata keçirilməsi üçün zəruri olan qiymətləndirmə standardlarına əsasən, icarəyə verən şəxs qiymətləndirməyə xərc, müqayisəli və gəlir yanaşmasından mütləq istifadə etməlidir. Maliyyə yanaşması, yəni ətrafında olan qeyri-yaşayış obyektlər ilə müqayisəsi - müqavilə qiyməti haqqında məlumatı olan analoji obyektlərlə qiymətləndirilən obyektlərin müqayisəsinə əsaslanan, qiymətləndirilən obyektin dəyərinin qiymətləndirilməsi üsullarının toplusu. Gəlir yanaşması qiymətləndirilən obyektdən göstərilən gəlirin müəyyənləşdirilməsinə əsaslanan, qiymətləndirilən obyektin dəyərinin qiymətləndirilməsi üsulların toplusu, yekun nəticəyə gətirilir.” Beləliklə, mütəxəssisin rəyində onun tətbiq etdiyi üsullar haqqında ümumi məlumatlar göstərilsə də, onun konkret hansı məlumatlara əsaslanaraq rəyində qeyd etdiyi nəticəyə gəldiyini əsaslandırmamışdır və bu formada bazar qiymətinin müəyyən edilməsi Vergi Məcəlləsinin 14.4-ci maddəsinin tələblərinə ziddir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Cavabdeh nə mübahisələndirilən qərarında, nə səyyar vergi yoxlaması aktında iddiaçının vergi qanunvericiliyini pozduğunu sübut etməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" 30.09.2019-cu il tarixli **********190866 saylı qərarına əsasən İddiaçı X5 sahibkarlıq fəaliyyəti üzrə səyyar vergi yoxlaması keçirilmiş (yoxlanılan dövr: 01.08.2016-31.07.2019) və nəticəsi 04.03.2021-ci il tarixli, **********190887 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması bank idarələrindən bildiriş əsasında alınmış sənədlər, baza məlumatları, ƏDV-nin depozit sub-hesabı üzrə məlumatları, icarə müqavilələri və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılmışdır. Bakı şəhər icra Hakimiyyəti Başçısının 02.05.2016-cı il tarixli, 167 saylı Sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllə ünvanda yaşayış binasının lahiyələşdirilməsi və tikintisinə İddiaçı X7 icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 02.05.2016-cı il tarixli, 167 saylı sərəncamına uyğun olaraq ayrılmış torpaq sahəsində layihəyə uyğun olaraq tikinti işləri (xüsusi razılıq-lisenziya № 073393; 08.10.2012) müqavilə əsasında podratçı "xxxx" Şirkəti (VÖEN **********) tərəfindən aparılmışdır. Müəssisə tərəfindən yoxlanılan dövr üzrə təqdim olunmuş əlavə dəyər vergisi hesabatlarının düzgünlüyü yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: Müssisə Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması barədə vergi orqanına ərizə ilə müraciət etmiş və ona **********21 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişi verilmiş və bildiriş 01.03.2002-ci il tarixdən qüvvəyə minmişdir. 2017-ci ilin aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində HN seriyalı 536510 nömrəli elektron vergi hesab-fakturası ləğv olunduğu üçün bu vergi hesab-fakturası üzrə 1,44 manat ƏDV məbləğinin əvəzləşdirməsi ləğv edilmişdir. Müəssisə 20.10.2017-ci il tarixli icarə müqaviləsi əsasında 14 kv.m “Ofis” adlı təsərrüfat subyektini "xxxx" MMCyə (VÖEN **********) 100 (bir yüz) manata (ƏDV daxil) və 01.02.2019-cu il tarixli icarə müqaviləsi əsasında 1320.64 kv.m “İrşad hotel" adlı təsərrüfat subyektini "xxxx" MMC-yə (VÖEN **********) 5900 (beş min doqquz yüz) manata (ƏDV daxil) icarəyə vermişdir. Yoxlama ilə əhatə olunan dövrdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11A ünvanda yerləşən daşınmaz əmlakın icarəsindən əldə olunan gəlirlərinin orta bazar qiymətlərini müəyyənləşdirmək məqsədilə Baş İdarənin “Ekspertizanın təyin edilməsi haqqında” 24.10.2019-cu il tarixli, **********192090 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən ekspert dəvət edilmiş və orta bazar qiymətinin müəyyənləşdirilməsi ilə bağlı 03.03.2020-ci il tarixli müvafiq rəy alınmışdır. Ekspert tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11A ünvanında yerləşən hotelin icarə haqqının real bazar qiyməti hər ay üçün 7.924 (yeddi min doqquz yüz iyirmi dörd) manat (ƏDV-siz) və ofisin icarə haqqının real bazar qiyməti isə hər ay üçün 140 (bir yüz qırx) (ƏDV-siz) manat müəyyən edilmişdir. Ekspert tərəfindən müəyyən edilmiş bazar qiyməti nəzərə alınmaqla ƏDV üzrə 3.368,15 manat ƏDV-nin az hesablandığı müəyyən edilmiş, 1.684,08 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllə ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının ümumi sahəsinin müəyyən edilməsi məqsədi ilə 24.10.2019-cu il tarixli, **********192087 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmışdır. Mütəxəssis tərəfindən verilmiş 03.03.2020-ci il tarixli rəyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllə ünvanda inşa edilən 1 girişli, 12 mərtəbəli, 20 mənzilli yaşayış binasının ümumi sahəsi 3.731,7 kv.m, o cümlədən zirzəmi sahəsi 234.36 kv.m (o cümlədən yararlı (anbar) 140.6 kv.m), qeyri-yaşayış sahəsi 356.1 kv.m, yaşayış sahəsi 2.202,90 kv.m, pilləkən, dəhliz, lift, divar altı sahə 938,34 kv.m-dir. Bina 3-cü zonada yerləşərək, zona əmsalı 2,2 təşkil etmişdir. Vergi Məcəlləsinin 220.8-1-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Bina üzrə 2016-cı ilin 3-cü rübünün “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”nə əsasən vergi ödəyicisi tərəfindən 332.288,55 manat vergi hesablanmış, lakin səyyar vergi yoxlaması ilə vergi məbləğinin 394.024,95 manat (3.235,0 x 45 x 2,2 ; 496.7 x 45 x 2,2 x 1,5) olduğu, fərqin 61.736,40 manat aşkar edilmişdir. Eyni zamanda müəssisə yoxlanılan dövrdə mənfəət vergisinin ödəyicisi olmuşdur. Müəssisə tərəfindən vergi orqanına 2016-cı il, 2017-ci il və 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrində gəlir və xərclər aşağıdakı kimi olmuşdur: Müəssisənin 2016-cı il üzrə təqdim etdiyi “Mənfəət vergisi” bəyannaməsində ümumi gəliri 51.125,40 manat olmuşdur. Vergidən azad edilən gəlirlər olmamış, çıxılmalardan sonrakı ümumi gəlir məbləği 51.125,40 manat göstərilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 37.989,0 manat, sosial sığorta haqları 8.357,58 manat, xammal və materiallar 1589,19 manat, enerji xərcləri 12.463,11 manat, qaz xərcləri 1.153,0 manat, su və kanalizasiya xərcləri 3.720,0 manat, rabitə xərcləri 3.623,67 manat, bank xidməti üzrə xərclər 902,33 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 8.405,85 manat, amortizasiya ayırmaları 4.733,82 manat, sığorta üzrə xərclər 1.106,32 manat, gəlirdən çıxılan vergilər və yığımlar 5.260,27 manat olmuşdur. Ümumilikdə, gəlirdən çıxılan xərclər 89.301,14 manat təşkil etmişdir. 2016-cı il üzrə müəssisənin təqdim etdiyi mənfəət vergisi bəyannaməsi üzrə zərəri 38.175,74 manat olmuşdur. Müəssisənin 2016-cı ilin mənfəət vergisi bəyannaməsində xərclərin artıq göstərilməsinə görə kameral qaydada zərərin 28.490,0 manat olduğu müəyyən edilmiş və yoxlama ilə həmin məbləğ öz təsdiqini tapmışdır. Müəssisənin 2017-ci il üzrə təqdim etdiyi “Mənfəət vergisi” bəyannaməsində ümumi gəliri 40.220,94 manat olmuşdur. Vergidən azad edilən gəlirlər olmamış, çıxılmalardan sonrakı ümumi gəlir məbləği 40.220,94 manat göstərilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 39.120,0 manat, sosial sığorta haqları 8.606,40 manat, xammal və materiallar 9.995,0 manat, enerji xərcləri 17.697,59 manat, qaz xərcləri 3.324,59 manat, su və kanalizasiya xərcləri 2.220,0 manat, rabitə xərcləri 3.557,21 manat, bank xidməti üzrə xərclər 1.131,45 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 5.552,52 manat, amortizasiya ayırmaları 680,34 manat, sığorta üzrə xərclər 1.087,60 manat, gəlirdən çıxılan vergilər və yığımlar 5.241,13 manat olmuşdur. Ümumilikdə gəlirdən çıxılan xərclər 98.213,83 manat təşkil etmişdir. 2017-ci il üzrə müəssisənin təqdim etdiyi mənfəət vergisi bəyannaməsi üzrə zərəri 57.992,89 manat olmuşdur. Səyyar vergi yoxlaması ilə müəssisənin 2017-ci ilin mənfəət vergisi bəyannaməsində ümumi gəliri 40.331,44 manat müəyyən edilmiş, ümumilikdə gəlirdən çıxılan xərcləri 98.213,83 manat olmaqla, zərəri 57.882,39 manat müəyyən edilmişdir. Müəssisənin 2018-ci il üzrə təqdim etdiyi “Mənfəət vergisi” bəyannaməsində ümumi gəliri 53.493,34 manat olmuşdur. Vergidən azad edilən gəlirlər olmamış, çıxılmalardan sonrakı ümumi gəlir məbləği 53.493,34 manat göstərilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 39.098,0 manat, sosial sığorta haqları 8.797,05 manat, enerji xərcləri 17.700,34 manat, qaz xərcləri 3.889,62 manat, su və kanalizasiya xərcləri 2.900,0 manat, rabitə xərcləri 2.651,57 manat, bank xidməti üzrə xərclər 1.413,70 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 7.725,13 manat, amortizasiya ayırmaları 11.792,0 manat, sığorta üzrə xərclər 1.097,68 manat, digər xərclər 124,80 manat, gəlirdən çıxılan vergilər və yığımlar 5.184,72 manat olmuşdur. Ümumilikdə gəlirdən çıxılan xərclər 102.374,61 manat təşkil etmişdir. 2018-ci il üzrə müəssisənin təqdim etdiyi mənfəət vergisi bəyannaməsi üzrə zərəri 48.881,27 manat olmuşdur. Ekspert tərəfindən müəyyən edilmiş bazar qiyməti nəzərə alınmaqla, müəssisənin 2018- ci ilin mənfəət vergisi bəyannaməsində ümumi gəliri 54.156,34 manat müəyyən edilmiş, ümumilikdə gəlirdən çıxılan xərcləri 102.374,61 manat olmaqla, zərəri 48.218,27 manat müəyyən edilmişdir. Beləliklə, Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23.04.2020-ci il tarixli **********199096 nömrəli Qərarı ilə vergi ödəyicisi tərəfindən ümumilikdə 65.104,55 manat vergilərin azaldıldığı müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1.684,08 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı isə iddiasını onunla əsaslandırmışdır ki, səyyar vergi yoxlaması aparılarkən yoxlamanın müddəti təqvim günü ilə uzadılmalı olsa da 30 iş günü müddətinə uzadılmışdır. Eyni zamanda növbəti səyyar vergi yoxlamasının müddətinin uzadılmasına qanunun tələbinə görə 2 halda - ekspertin, mütəxəssisin rəyi alınmadıqda və sorğulara cavab alınmadıqda yol verilir. Lakin cavabdeh yoxlama müddətini uzadarkən qeyd olunan əsaslara istinad etməmişdir. Qeyd edirlər ki, Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmçinin iddiaçının istinad etdiyi əsasların səyyar vergi yoxlamasının müddətinin uzadılması ilə ümumiyyətlə əlaqəsi yoxdur. Belə ki, iddiaçının istinad etdiyi əsaslar səyyar vergi yoxlamasının keçirilmə müddətinin uzadılması deyil, səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlamanın nəticələrinə dair tərtib olunan aktın tərtib edilməsi müddətinin uzadılması əsaslarını nəzərdə tutur (Vergi Məcəlləsi maddə 38.2). Həmçinin iddiaçı iddia ərizəsində qeyd edir ki, 30.09.2019-cu il tarixli qərarla cavabdeh tərəfindən səyyar vergi yoxlaması təyin edildikdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdrilmiş vergisi 2016-cı ilin 3-cü rübündən deyil, 2016-cı ilin 4-cü rübündən (01 oktyabr 2016-cı il tarixdən başlayaraq) 2019-cu ilin 2-ci rübünə kimi müəyyən edilməli idi. İddiaçının qeyd olunan dəlili ilə əlaqədar bildiririk ki, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar 2019cu ilin sentyabr ayında, yəni 2019-cu ilin 3-cü rübündə qəbul edildiyindən yoxlama müddətinin əvvəlki 3 illik dövr olmaqla 2016-cı ilin 3-cü rübünü əhatə etməsində bir maneə olmamışır. Əlavə olaraq da qeyd edilir ki, iddiaçı tərəfindən 2016-cı ilin 3-cü rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdrilmiş vergi bəyannaməsi 12.10.2016-cı il tarixdə təqdim edildiyindən həmin rüb üzrə vergilərin ödənilməsi müddəti 20.10.2016 tarixdən başladığından 2016-cı ilin 3-cü rübünün yoxlanılması tamamilə Vergi Məcəlləsinin tələbinə uyğun olmuşdur. Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Bundan başqa iddiaçı iddia ərizəsində göstərmişdir ki, səyyar vergi yoxlaması qanunun tələblərinə uyğun uzadılmamış və reyestrdə qeydə alınmamışdır. Bu səbəbdən də vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bununla əlaqədar bildirilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Eyni zamanda həmin Məcəllənin 38.7.3-cü maddəsinə əsasən, səyyar vergi yoxlaması vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək, lakin 9 aydan çox olmamaqla dayandırıla bilər (təxirə salına bilər). Qeyd olunan maddələrin tələbləri qaydasında keçirilən səyyar vergi yoxlamasının keçirilməsi müddəti vergi orqanının 04.11.2019-cu il tarixli **********192808 nömrəli və 18.12.2019-cu il tarixli **********194919 nömrəli qərarları ilə hər biri 30 iş günü olmaqla artırılmış, eyni zamanda yoxlama zamanı xüsusi bilik tələb olunduğundan müvafiq rəyin alınması üçün 05.02.2020-ci il tarixli **********196845 nömrəli qərarla 05.02.2020-ci il tarixdən 05.03.2020-ci il tarixədək dayandırılmışdır (təxirə salınmışdır). Yoxlama müddətinin artırılması, eləcə də yoxlamanın dayandırılması (təxirə salınması) Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən “Çıxarış”da öz əksini tapmışdır (Çıxarış əlavə edilir). Bundan başqa iddiaçı Mənzil Məcəlləsinin və Şəhərsalma və Tikinti Məcəlləsinin bəzi müddəalarına istinad edərək vergiyə cəlb olunmalı sahənin artıq götürüldüyünü, yəni zirzəminin mənzil sahiblərinin ümumi istifadəsində olduğundan onun sadələşdirilmiş vergiyə cəlb olunmasını, eləcə də zirzəminin bir qismi olan anbarın vergiyə cəlb olunmasının qanunvericiliyin tələblərinə zidd olduğunu qeyd etmişdir. Vergi Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. Həmin Məcəllənin 2.3-cü maddəsinə əsasən, vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir. Buradan aydın olur ki, iddiaçının vergitutma və vergi nəzarəti ilə bağlı digər qanunvericilik aktlarına istinad etməsi əhəmiyyətsizdir. Həmçinin qeyd edirlər ki, həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Maddənin tələbindən göründüyü kimi, tikilən binanın sadələşdirilmiş vergiyə cəlb olunması ilə bağlı istisnalar konkret olaraq göstərilmiş, iddiaçının qeyd etdiyi sahələrin isə vergidən azad edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Həmçinin iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, qeyri yaşayış sahəsinə yüksəldici əmsalın tətbiqi qeyri-yaşayış sahəsindən istifadə etməklə gəlir əldə etmək imkanlarının olması ilə bağlıdır. Bu baxımdan iddiaçı qeyd etmişdir ki, tikilən binanın sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadəsi nəzərdə tutulan və ya istifadə olunan hissələri qeyri-yaşayış sahəsi kimi qiymətləndirilməli və yüksəldici əmsal tətbiq edilməklə vergiyə cəlb olunmalıdır. Odur ki, iddiaçı zirzəminin daha bahalı sahə kimi qiymətləndirilməsini ədalətsiz hesab etmişdir. Qeyd edirlər ki, iddiaçının dəlili sadəcə onun mülahizəsindən ibarətdir. Belə ki, zirzəminin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməməsi həmin sahənin qeyri-yaşayış sahəsi kimi vergiyə cəlb edilməsini istisna etmir. Belə ki, həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 220.8-1-ci maddəsinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Maddənin tələbindən aydın olur ki, tikilən binanın qeyri-yaşayış sahəsinin istifadəsinin təyinatı həmin sahənin vergitutma bazasının müəyyən edilməsinə təsir edən amil kimi müəyyən edilməmişdir. Həmçinin qeyd edilir ki, hazırkı yoxlama zamanı zirzəmi sahəsi bütövlükdə yox, sadəcə 140.6 kv.m anbar rəyə əsasən qeyri-yaşayış sahəsi olaraq müəyyən edilərək həmin sahəyə yüksəldici əmsal tətbiq edilmişdir. Bundan başqa, iddiaçı eyni zamanda iddia ərizəsində cəmiyyət tərəfindən icarəyə verilmiş daşınmaz əmlakların icarə haqlarının ekspert tərəfindən müəyyən edilmiş bazar qiyməti ilə razı olmadığını qeyd etmişdir. Qeyd edirlər ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” 25 iyun 1998-ci il tarixli 510-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə qiymətləndirmə fəaliyyəti haqqında mövcud qanunvericilik çərçivəsində qiymətləndirmənin forma və metodlarını müstəqil seçmək, qiymətləndirmə keçirildiyi hallarda sifarişçidən zəruri olan sənədləri tələb etmək, əlavə məlumat və izahatlar almaq, dövlət və kommersiya sirləri istisna olmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq qiymətləndiricinin hüquqlarına aid edilmişdir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi əmlaka müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmanın və bundan istifadə etmənin icarə olduğunu müəyyən edir. Həmin Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. Eyni zamanda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.6.1.8-ci maddəsi vergitutma məqsədləri, o cümlədən icarə haqqı məbləğindən tutulmalı olan verginin müəyyən edilməsi üçün bazar qiymətinin tətbiq olunmasını nəzərdə tutur. Belə ki, bu Məcəllənin 13.2.11 -ci maddəsində “xidmət” malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət kimi göstərilmiş, Məcəllənin 14-cü maddəsi isə “xidmət” anlayışına icarəni daxil etməklə bu sahəyə də bazar qiymətinin tətbiqini mümkün etmişdir. Qeyd olunanlardan da, göründüyü kimi, iddiaçı tərəfindən icarəyə verilmiş daşınmaz əmlakların icarəyə verilməsindən əldə olunan gəlirlərin bazar qiyməti əsasında müəyyən edilməsi qanunvericiyilin tələbinə tam cavab verdiyindən iddiaçının həmin hissədə də, iddiası əsassızdır. Göründüyü kimi, iddiaçının iddia ərizəsində irəli sürdüyü dəlillər vergi qanunvericiliyinin müvafiq müddəaları ilə təkzib edildiyindən, aparılmış hazırki səyyar vergi yoxaması isə Vergi Məcəlləsinin tələbləri qaydasında aparıldığından iddiaçının iddia tələbi təmin edilmədən rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək, mübahisəli qərarla hesablanmış 2019-cu il üzrə əlavə 3227.52 manat əlavə dəyər vergisi, həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1613.76 manat maliyyə sanskiyasının ləğv edilməsi hissəsində iddia tələbindən imtina etdiyini, iddia tələbinin qalan hissədə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən olunur ki: - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 19 iyun 2021-ci il tarixli, KY191373373 nömrəli çıxarışa əsasən 01.08.2016-01.08.2019-cu il dövrləri üçün İddiaçı X6 növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın predmeti: Vergi qanunvericiliyinə əməl olunması (operativ vergi nəzarəti istisna olmaqla) olmuşdur. Plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi; Vergi Məcəlləsi, maddə 38.3.5; yoxlamanın müddəti 01.10.2019-10.02.2020-ci il qeyd olunmuş, yoxlamanın dayandırılması – 0.02.2020 tarixindən 05.03.2020-ci il tarixinədək (30 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi; yoxlamanın müddətinin artırılması: 12.11.2019-cu il tarixindən 24.12.2019-cu il tarixinədək (43 gün müddətinə) artırılmışdır. Əsas: yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də, bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhviltəslim aktı ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması 24.12.2019-cu il tarixindən 10.02.2020-ci il tarixinədək (49 gün müddətinə) artırılmışdır. Əsas: yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də, bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması. - “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” 04.11.2019-cu il tarixli, **********192808 nömrəli qərara əsasən, İddiaçı X10 üzrə keçirilən səyyar vergi yoxlamasının müddətinin yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də, bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün artırılması zərurətini nəzərə alaraq, İddiaçı X10 üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 (otuz) iş günü artırılmışdır. - “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” 18.12.2019-cu il tarixli, **********194919 nömrəli qərara əsasən, İddiaçı X10 üzrə keçirilən səyyar vergi yoxlamasının müddətinin yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də, bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün artırılması zərurətini nəzərə alaraq, İddiaçı X10 üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 (otuz) iş günü artırılmışdır. - Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş 03 mart 2020-ci il tarixli “İddiaçı X7 (VÖEN **********) məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11 A ünvanında yerləşən daşınmaz əmlakın 01.08.2016-cı il tarixdən 01.08.2019-cu il tarixədək olan dövr üzrə icarə haqqının real bazar qiymətinin müəyyənləşdirilməsi barədə” ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin sifarişi əsasında **********3814300 saylı, 21.10.2019-cu il tarixli məktub, **********192090 saylı, 24.10.2019-cu il tarixli qərar, 07.01.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı X7 (VÖEN **********) məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11 A ünvanında yerləşən daşınmaz əmlakın 01.08.2016-cı il tarixdən 01.08.2019-cu il tarixədək olan dövr üzrə icarə haqqının real bazar qiymətinin müəyyənləşdirilməsi sualı üzrə, cavab olaraq göstərilmişdir ki, İddiaçı X7 (VÖEN **********) məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11 A ünvanında yerləşən daşınmaz əmlakın 01.08.2016-cı il tarixdən 01.08.2019-cu il tarixədək olan dövr üzrə Hotelin icarə haqqının real bazar qiyməti 20 otaq üçün hər ay ƏDV-siz 7921 (yeddi min doqquz yüz iyirmi dörd) AZN; Ofisin icarə haqqının real bazar qiyməti ƏDV-siz 140 (bir yüz qırx) AZN müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş 03 mart 2020-ci il tarixli “İddiaçı X10 (VÖEN **********) tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllə ünvanda inşa edilən 1 girişli 12 mərtəbəli 20 mənzilli yaşayış binasının yaşayış, qeyri-yaşayış, zirzəmi və s. sahələrinin və müəssisə tərəfindən görülmüş işlərin tərkibində 01.08.2016-01.08.20199-cu il tarixədək olan dövr üzrə əmək tutumunun müəyyənləşdirilməsi barədə” ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin sifarişi əsasında **********834700 saylı, 21.10.2019-cu il tarixli məktub, **********92087 saylı, 24.10.2019-cu il tarixli qərar, 07.01.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı X10 (VÖEN **********) tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllə ünvanda inşa edilən 1 girişli, 12 mərtəbəli 20 mənzilli yaşayış binasının yaşayış, qeyri-yaşayış, zirzəmi və s. sahələrinin və müəssisə tərəfindən görülmüş işlərin tərkibində 01.08.2016-01.08.2019-cu il tarixədək olan dövr üzrə əmək tutumunun müəyyənləşdirilməsi sualı üzrə, cavab olaraq göstərilmişdir ki, İddiaçı X10 (VÖEN **********) tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllə ünvanda inşa edilən 1 girişli 12 mərtəbəli 20 mənzilli yaşayış binasının ümumi sahəsi – 3731.7 kv.m, zirzəmi sahəsi – 234.36 kv.m; qeyri-yaşayış sahəsi 356.10 kv.m; yaşayış sahəsi (20 mənzil) – 2202.90 kv.m, pilləkən, dəhliz, lift sahəsi – 938,34 kv.m; satışa yayarı sahə: ümumi sahəsi – 2699.6 kv.m, o cümlədən zirzəmi (anbar) – 140.6 kv.m, qeyri-yaşayış (2 mərtəbə) – 356.10 kv.m; yaşayış sahəsi 20 mənzil – 2202.90 kv.m müəyyənləşdirilmişdir. Qeyd olaraq göstərilmişdir ki, İddiaçı İAM tərəfindən görülmüş işlərin tərkibində 01.08.2016-01.08.2019-cu il tarixdək, olan dövr üzrə əmək tutumunun müəyyənləşdirilməsi məqsədi ilə mütəxəssisə təqdim edilən 01.08.2016-cı il tarixli müqaviləyə əsasən binanın tikintisi Subpodratçı "xxxx" Şirkəti tərəfindən icra edildiyi üçün görülmüş işləri tərkibində əmək tutumunun hesablanması zərurəti yaranmamışdır. - 04.03.2020-ci il tarixli, **********190887 nömrəli “Səyyar Vergi yoxlaması” Aktı-na əsasən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 30.09.2019-cu il tarixli, **********190887 saylı qərarına əsasən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Maliyyə İnstitutları sahəsi üzrə şöbəsinin rəisi kiçik vergi xidməti müşaviri X16, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin maliyyə İnstitutları sahəsi üzrə şöbəsinin baş dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş X9 tərəfindən İddiaçı X10 (VÖEN **********) üzrə aşağıdakı siyahısı verilən tədiyyə və dövrlərdə - əlavə dəyər vergisi avqust 2016 – iyul 2019, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2016-cı il – 2018-ci il, əmlak vergisi – 2016-cı il – 2018-ci il, aksiz vergisi avqust 2016 – iyul 2019, torpaq vergisi 2017-ci il – 2019cu il, yol vergisi – 2016-cı il – 2018-ci il, mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi 3-cü rüb 2016 – 2-ci rüb 2019, mədən vergisi avqust 2016 – iyul 2019, mənfəət vergisi 20166cı il – 2018-ci il, ödəmə mənbəyindən tutulan vergi 3-cü rüb 2016 – 2-ci rüb 2019, sadələşdirilmiş vergi 3-cü rüb 2016 – 2-ci rüb 2019, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi 3-cü rüb 2016 – 2-ci rüb 2019. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 01.10.2019-cu il tarixdə başlanılmış və 04.03.2020-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama aşağıdakı qərarlar (lar)a əsasən müvəqqəti uzadılmış və (və ya) müvəqqəti dayandırılmışdır: müdət uzadılması – 04.11.2019-cu il tarixli, **********92808 nömrəli qərarla 30 gün müddətinə; müddət uzadılması – 18.12.2019-cu il tarixli, **********194919 nömrəli qərarla 30 gün müddətinə, müvəqqəti dayandırma 05.02.2020-ci il tarixli, **********96845 nömrəli qərarla 30 gün müddətinə. Yoxlamanın nəticəsinə əsasən 65 104.55 manat büdcəyə hesablanmış, azaldılmış vergi məbləği müəyyən edilmişdir. İşdə olan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********199096 nömrəli, 23.04.2020-ci il tarixli qərarına əsasən, 2017-ci il əlavə dəyər vergisi üzrə 21.33 manat, 2018-ci il üzrə əlavə dəyər vergisi 119.30 manat, 2019-cu il üzrə əlavə dəyər vergisi 3227.52 manat, 2016-cı il üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi 61736.40 manat olmaqla, cəmi 65104.55 manat vergi məbləği, 2017-ci il əlavə dəyər vergisi üzrə hesablanmış məbləğə (21.33 manat) 10.67 manat, 2018-ci il üzrə əlavə dəyər vergisi (119.30 manat) üzrə hesablanmış məbləğə 59.65 manat, 2019-cu il üzrə əlavə dəyər vergisi üzrə hesablanmış məbləğə (3227.52 manat) 1613.76 manat olmaqla, cəmi 1684.08 manat maliyyə sanksiyası hesablanmışdır. Məhkəmənin 2-1(112)-4497/2020 saylı, 02.12.2020-ci il tarixli qərardadı ilə mübahisəli qərar ilə vergi məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə əmtəəşünasılq, tikinti-texniki və mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı məzmunda suallar qoyulmuşdur: 1. Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 11 a ünvanında yerləşən hotelin fevral 2019-cu ildə və ofisin oktyabr 2017-ci ildə təşəkkül tapan icarə haqqının real bazar qiyməti nə qədər təşkil edir? 2. Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 987-ci məhəllədə yerləşən 1 girişli sahədən və 20 mənzildən ibarət yaşayış binasının yaşayış və qeyri-yaşayış sahəsinə daxil olan sahələrin ayrı-ayrılıqda və ümumi ölçüləri nə qədərdir? 3. Tikinti-texniki ekspertizası ilə müəyyən olunmuş ölçülər nəzərə alınmaqla 3-cü rüb 2016 – 2-ci rüb 2019 il dövrü üzrə iddiaçı “İrşad X10” MMC tərəfindən cavabdehə ödənilmiş bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə kənarlaşma varmı? Əgər varsa onun məbləği nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmənin sözügedən qərardadının icrası ilə əlaqədar olaraq 9/647-10/323 nömrəli, 05 avqust 2021-ci il tarixli ekspert rəyi təqdim edilərək, rəyin nəticə hissəsində göstərilmişdir ki, birinci sual üzrə: Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 11 A ünvanında yerləşən hotelin fevral 2019-cu ildə və ofisin oktyabr 2017-ci ildə təşəkkül tapan icarə haqqının real bazar qiymətinin nə qədər təşkil etməsinin müəyyən edilməsi ekspertizanın predmetinə (həll etdiyi məsələlər dairəsinə) aid deyildir. İkinci sual üzrə: Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 987-ci məhəllədə yerləşən 1 girişli sahədən və 20 mənzildən ibarət yaşayış binasının yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin ümumi sahəsi 3317,2 kv.m, o cümlədən yaşayış sahəsi 2202.9 kv.m, qeyri-yaşayış sahəsinin əsas sahəsi 45.5 kv.m, dəhlizin sahəsi 217.36 kv.m., pilləkən qəfəsinin sahəsi 192.96 kv.m və lift şaxtasının sahəsi 210.48 kv.m təşkil edir. Üçüncü sual üzrə: rəyin tədqiqi hissəsində göstərilən hesablanma ilə bağlı qanunların tələbləri və tikinti-texniki ekspertizası ilə müəyyən olunmuş ölçülər nəzərə alınmaqla 3-cü rüb 2016 – 2-ci rüb 2019 il dövrü üzrə İddiaçı X10 MMC tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul şəxslərin sadələşdirilmiş vergisi üzrə az hesablanma 1.98 manat (332290.53-332288.55 (bəyan olunmuş)) məbləğində müəyyən olunur. Cavabdeh tərəfindən ekspert rəyinə 08.10.2021-ci il tarixli, **********997400 nömrəli məktubla mülahizə təqdim edilərək bildirilmişdir ki, ekspert rəyində aparılmış araşdırma zamanı Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində 987-ci məhəllədə yerləşən 1 girişli 20 mərtəbəli yaşayış binasının yaşayış sahəsinin 2202.9 m2, qeyri-yaşayış sahəsinin əsas sahəsi 495.5 m2, dəhliz sahəsi 217.36 m2, pilləkən qəfəsinin 192.96 m2, lif şaxtasının 210.48 m2 müəyyən edilmişdir. Eyni zamanda ekspert tərəfindən qeyd olunan sahələrə uyğun yaşayış sahəsinə görə 258708.78 manat, qeyri-yaşayış sahəsi üzrə 73581.75 manat olmaqla, ümumilikdə, 332290.53 manat məbləğində vergi hesablanmış və 1.98 manat yayınma müəyyən edlmişdir. Ekspert rəyinə əsasən, lift şaxtası vergi tutma obyekti kimi nəzərə alınmamışdır. Ekspert onu da, qeyd edir ki, Bakı şəhəri, Nəsim irayonu, Vaqif prospekti 11 ünvanında yerləşən hotel və ofisin icarə haqqı üzrə bazar qiymətinin müəyyənləşdirilməsi ekspertizanın predmetinə aid deyildir. Qeyd olunanlarla bağlı ilk öncə bildirirlər ki, vergi ödəyicisi barədə aparılan cinayət təqibi zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07.05.2021-ci il tarixli, 9/5421 saylı ekspert rəyinə əsasən vergi ödəyicisinin vergi borcu BTSV üzrə 63785.70 manat müəyyən edilmişdir. Göründüyü kimi, eyni orqan tərəfindən təqdim edilmiş ekspert rəylərində ziddiyyət yaranmışdır. Məhkəmə tərəfindən təyin edilən ekspertiza üzrə ekspertin əsas vəzifəsi mübahisələndirilən qərarlardakı hesablamaların düzgünlüyü ilə bağlı rəy verməkdən ibarətdir. Halbuki, ekspert öz rəyində hesablamalarla bağlı qanunvericiliyin normalarına istinad edərək məsələyə hüquqi baıxmdan yanaşmışdır. Belə ki, ekspert tərəfindən müvafiq sahələr müəyyən edildikdən sonra onlara uyğun hesablamalar aparılmalı və bu hesablamaların qanunauyğun olması barədə məhkəmə tərəfindən hüquqi qiymət verilməli olduğu halda, ekspert iş üzrə bir növ hakim mövqeyindən çıxış edərək lift sahəsinin vergitutma obyekti olmaması qənaətinə gəlmişdir. Eləcə də, tikilən binanın sahibkarlıq (kommersiya) fəaliyyəti məqsədləri üçün istifadəsi nəzərdə tutulan və ya istifadə olunan hissələri qeyri-yaşayış sahəsi kimi qiymətləndirilir və yüksəldici əmsal tətbiq edilməklə sadələşdirilmiş vergiyə cəlb olunur. Belə ki, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasına hüquqi qiymət verilməsi məhkəmənin səlahiyyətinə aid edilmiş məsələdir və bu hal ekspert rəyinin əsasını təşkil edə bilməz. Həmçinin, məhkəmənin 18.03.2021-ci il, 23.06.2021-ci il tarixlərdə daxil olmuş məktublarına əsasən ekspertizanın keçirilməsində iştirak edilməsi məqsədilə vergi orqanının əməkdaşı baxış obyektinə getsə də, hər hansı baxışın keçirilməsi faktı mövcud olmamışdır. Odur ki, ekspert rəyi inzibati iş üzrə mötəbər sübut kimi qəbul edilməməlidir. Beləliklə sadalanan xüsusatlara hüquqi qiymət verərək, məhkəmə mübahisə ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən mübahisəli qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraat zamanı maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, ilk öncə cavabdeh tərəfindən İddiaçı X10 üzrə 30.09.2019-cu il tarixli, **********1908877 saylı, “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarla əlavə dəyər vergisi avqust 2016 – iyul 2019, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2016-cı il – 2018-ci il, əmlak vergisi – 2016-cı il – 2018-ci il, aksiz vergisi avqust 2016 – iyul 2019, torpaq vergisi 2017-ci il – 2019-cu il, yol vergisi – 2016-cı il – 2018-ci il, mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi 3-cü rüb 2016 – 2-ci rüb 2019, mədən vergisi avqust 2016 – iyul 2019, mənfəət vergisi 2016-cı il – 2018-ci il, ödəmə mənbəyindən tutulan vergi 3-cü rüb 2016 – 2-ci rüb 2019, sadələşdirilmiş vergi 3-cü rüb 2016 – 2-ci rüb 2019, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi 3-cü rüb 2016 – 2-ci rüb 2019 vergi dövrü üzrə səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama 04.03.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə başa çatmışdır. Cavabdeh səyyar vergi yoxlaması aktında səyyar vergi yoxlamasının müddət uzadılması barədə qərarlarının olmasını göstərmiş, həmin qərarların surəti məhkəməyə təqdim edilmiş, lakin, məhkəmə araşdırması zamanı səyyar vergi yoxlamasının müddətinin uzadılması barədə qərarların əsaslı olmasını, həmin müddətlərə əməl olunmasını müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə qarşı etiraz ərizəsində də, səyyar vergi yoxlamasının müddətinin uzadılmasına əsas olmuş hallar barədə mötəbər sübutlar təqdim edilməmiş, sadəcə iş materiallarında müvəqqəti dayandırma müddətinə əsas olmuş ekspert rəyi aşkar olunmuşdur. Müddətin uzadılması məsələsində isə qanunvericiliyin normaları sadalanmaqla kifayətlənilmişdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələblərinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: - (38.3.5) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı qanunvericiliyin yuxarıda sadalanan normalarında göstərilən səyyar vergi yoxlaması müddətinin uzadılması ilə bağlı əsaslar müəyyən edilməmişdir. Bundan əlavə, iş materiallarında “İrşad X10” MMC təərfindən cavabdehə ödənilmiş bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə kənarlaşmanın olub-olmaması, olduğu təqdirdə nə qədər təşkil etməsinin müəyyən edilməsi barədə ekspert rəyi mövcuddur ki, məhkəmə həmin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki digər sənədlərlə öz təsdiqini tapır. Həmin ekspert rəyi ilə müəyyən olunur ki, tikinti-texniki ekspertizası ilə müəyyən olunmuş ölçülər (Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 987-ci məhəllədə yerləşən 1 girişli sahədən və 20 mənzildən ibarət yaşayış binasının yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin ümumi sahəsi 3317,2 kv.m, o cümlədən yaşayış sahəsi 2202.9 kv.m, qeyri-yaşayış sahəsinin əsas sahəsi 45.5 kv.m, dəhlizin sahəsi 217.36 kv.m., pilləkən qəfəsinin sahəsi 192.96 kv.m və lift şaxtasının sahəsi 210.48 kv.m təşkil edir) nəzərə alınmaqla 3-cü rüb 2016 – 2-ci rüb 2019 il dövrü üzrə iddiaçı “İrşad X10” MMC tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə az hesablanma 1.98 manat (332290,53-332288,55 (bəyan olunmuş)) məbləğindədir. Göründüyü kimi, mübahisəli qərarla hesablanmış vergi məbləğinin düzgünlüyü də, iş materialları ilə sübuta yetirilmir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iş üzrə mübahisəli qərarla vergi məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi halları düzgün araşdırılmayaraq, iddiaçıya münasibətdə qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən, mübahisəli qərar mübahisələndirilən hissədə əsassız olmaqla ləğv edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Həmin Qanunun 17.2.7-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) göstərilir. Həmin Qanunun 18-ci maddəsinə görə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Yoxlamanın dayandırıldığı müddət yoxlamanın ümumi müddətinə daxil edilmir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 3.4-cü bəndinə görə reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (3.4.11) yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə), (3.4.16) yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə). Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd edilən normalar vergi orqanının üzərinə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxslərinin düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsini qoymuş və qanunun bu norması imperativ xarakterə malikdir. “İnzibati icraat haqqında” Qanunun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. -47.2-ci maddəsinə görə maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Sadalanan normalardan göründüyü kimi, inzibati orqan işin faktiki hallarından və inzibati icraatın gedişində toplanmış sübutlardan çıxış etməli, eləcə də, mübahisəyə inzibati icraat haqqında hüquq normalarını və ya maddi hüquq normalarını tətbiq etməklə aydın şəkildə əsaslandırdığı inzibati akt qəbul etməlidir. Belə ki, məhkəmə inzibati aktın çıxarılmasının zəruriliyini inzibati orqanın əvəzinə əsaslandırmaq vəzifəsi daşımır, əksinə inzibati orqanın gətirdiyi əsasların qanuniliyini və əsaslılığını yoxlayaraq inzibati orqanlar üzərində məhkəmə nəzarətini həyata keçirmək vəzifəsi daşıyır. Eləcə də, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisəli qərarla 2019-cu il üzrə hesablanmış 3227.52 manat əlavə dəyər vergisi və həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesablanmış 1613.76 manat maliyyə sanksiyasının mübahisələndirilməsindən imtina edildiyindən, iddiaya ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” **********199096 saylı, 23.04.2020-ci il tarixli qərarına əsasən hesablanmış 2019-cu il əlavə dəyər vergisi üzrə 3227.52 manat və həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesablanmış 1613.76 manat maliyyə sanksiyasının ləğv edilməsi” hissəsində Bakı İnzibati Məhkəməsinin 2-1(112)-939/2021 saylı, 12.10.2021-ci il tarixli qərardadı ilə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Həmin Məcəllənin 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 05 avqust 2021-ci il tarixli, 9/647-10/323 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manatdır və iddiaçıdan 150 (yüz əlli) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” **********199096 saylı, 23.04.2020-ci il tarixli qərarı (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 1.98 manat istisna olmaqla) ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat məbləğində pul iddiaçı “X11 Mərkəzi” MMC-dən Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar