Məhkəmə qərarları › İş №2-1(112)-9394/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9394/2025

31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9394/2025 31.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 31 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeleyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (bundan sonra – cavabdeh) 5.11.2024-cü il tarixli Əmək pensiyasının təyin edilməsi haqqında Qərarına əsasən İddiaçı (bundan sonra – iddiaçı) Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş məlumat vərəqi əsasında, xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının sonunçu iş yeri olan Dövlət Sərhəd Xidməti tərəfindən tərtib edilərək cavabdehə göndərilmiş məlumat vərəqinə əsasən, hərbi rütbəsi: gizir olan, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı təqvim üzrə xidmət illəri 24 il 10 ay; 2017-ci il 1 iyul tarixinədək 16 il 10 ay 27 gün; 2017-ci il 1 iyul tarixindən sonra 7 il 2 ay 3 gün; güzəştli xidmət illəri 2 il 14 gün; 2017-ci il 1 iyul tarixinədək 2 il 14 gün; 2017-ci il 1 iyul tarixindən sonra 0; Cəmi iş stajı və xidmət illəri 26 il 1 ay 14 gün, ondan 2017-ci il 1 iyul tarixinədək 18 il 11 ay 11 gün; 2017-ci il 1 iyul tarixindən sonra 7 il 2 ay 3 gün; Ehtiyata buraxıldığı tarix - xx.xx.2024-cü il; Ehtiyata buraxılması üçün götürülmüş qanun və maddəsi 41,01 (Yaşa görə); vəzifə maaşı: 575.00 manat, rütbə maaşı; 124.00 manat, ərzaq payı əvəzinə pul kompensasiyası; 64.00 manat; xidmət illərinə görə əlavə 30%, 209.70 manat; DSX-ya xdmətə görə əlavə 10%, 57.50 manat; məharət (ixtisas) dərəcəsinə görə əlavə 25%, 143,75 manat; vəzifə maaşına əlavə 20%, 115.00 manat; xüsusi qulluq şəraitinə görə 10%, 57,50 manat; cəmi təminat xərcliyi 1346,45 manat qeyd edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək yaşa görə 5% əlavə nəzərə alınaraq, pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli Əmək pensiyasının hesablanması haqqında məktubunda bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən, “Bu Qanun qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxan hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. Sonuncu xidmət etdiyiniz orqan tərəfindən Mərkəzi Filiala təqdim edilmiş məlumat vərəqinə əsasən sizə 4 sentyabr 2024-cü il tarixindən Qanunun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, 26 il, 1 ay 14 gün xidmət müddətinizə (24 il 1 ay təqvimi xidmət ili, 2 il 14 gün güzəştli xidmət ili) görə təminat xərcliyinizin (1346,45 manat) 62,17 faizi (20 il üçün 50 faiz, 6 il üçün 12 faiz, 1 ay üçün 0,17 faiz) - 837,09 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. Eyni zamanda bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 39.1.2-ci maddəsinin 1 yanvar 2024-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün həqiqi hərbi xidmətdə olmanın son yaş həddi 48 yaşdır. Qeyd olunanlara əsasən, hərbi xidmətdən tərxis olduğunuz 4 sentyabr 2024-cü il tarixinə yaşınız 48-dən az - 45 olduğu üçün əmək pensiyanızın hesablanması zamanı yaşa görə 5 faiz əlavənin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazı və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətləri qanunsuz hesab edilməsini və əmək pensiyasının hesablanması zamanı yaşa görə 5 faiz əlavənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 04 sentyabr 2024-cü il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. Cavabdeh inzibati orqanın hərəkətləri eyni zamanda “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd olmuşdur. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan əmək pensiyasının təyin olunmasından imtina etməyib ona pensiva təyin edib, amma həmin pensiyanı təyin edərkən qanunvericiliyin tələblərini və işin bütün hallarını nəzərə almaması, həmçinin digər şəxslərə münasibətdə qanun müvafiq normalarını tətbiq edib iddiaçı vətəndaşa münasibətdə tətbiq etməməsi mütənasiblik prinsipinin pozulmasıdır. Belə ki, inzibati orqan öz vəzifə səlahiyyətlərini digər vətəndaşlara münasibətdə icra edib, ona münasibətdə mütənasib səkildə icra etməyib. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Mərkəzi Filial tərəfindən xx.xx.2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, iddiaçının sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala təqdim edilmiş məlumat vərəqinə əsasən ona 4 sentyabr 2024-cü il tarixindən Qanunun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, 26 il 1 ay 14 gün xidmət müddətinə (24 il 1 ay təqvimi xidmət ili, 2 il 14 gün güzəştli xidmət ili) görə təminat xərcliyinin (1346.45 manat) 62,17 faizi (20 il üçün 50 faiz, 6 il üçün 12 faiz, 1 ay üçün 0,17 faiz) - 837.09 manat məbləğində hərbi qulluqçu kımı güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilərək ödənilir. Bundan başqa iddiaçı xx.xx.2025-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əmək pensiyasının hesablanması zamanı yaşa görə 5 faiz əlavənin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoymağı xahiş etmişdir. Bildirirlər ki, “Hərbi qulluqçuların statusu haqqında", “Hərbi xidmətkeçmə haqqında" Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən, “Bu Qanun qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir”. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyasının təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; -20 ildən artıq xidmət müddətinin (3 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (3x2) təminat xərcliyinin 6 faizi; -natamam ildəki iş stajı aylarının sayına (10 ay) mütənasib olaraq təminat xərcliyinin 1,66 faizi. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi. 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. Eyni zamanda bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 39.1.2-ci maddəsinin 1 yanvar 2024-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün həqiqi hərbi xidmətdə olmanın son yaş həddi 48 yaşdır. Qeyd olunanlara əsasən, xx.xx.1979-cu il təvəllüdlü R.Aqabəvov təminat xərcliyinin 55 faiz dərəcəsinə uyqun olaraq pensiyasının yenidən hesablanmasını xahiş etməsinə baxmayaraq, iddiaçının hərbi xidmətdən tərxis olduğu 4 sentyabr 2024-cü il tarixində 45 yaşı olduğu üçün və qanunvericiliklə tələb olunan yaş həddi 48 olduğundan əmək pensiyasının hesablanması zamanı yaşa görə 55 faiz dərəcəsinə uyğun təminat xərcliyinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın onun pensiyasının yenidən hesablanması nəticəsində pensiya məbləğinin azalmasını və nəticədə subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçı Dövlət Sərhəd Xidmətindən xx.xx.2024-cü il tarixdə ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən cavabdehə göndərilən məlumat vərəqində 26 il 1 ay 14 gün xidmət müddəti (24 il 1 ay təqvimi xidmət ili, 2 il 14 gün güzəştli xidmət ili) qeyd edilmişdir. Cavabdeh iddiaçıya pensiya hesablayarkən Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olan redaksiyasını tədbiq edərək təminat xərcliyinin (1346.45 manat) 62,17 faizi (20 il üçün 50 faiz, 6 il üçün 12 faiz, 1 ay üçün 0,17 faiz) - 837.09 manat məbləğində pensiya təyin etmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı, yaşa görə hərbi xidmətdən ehtiyata buraxıldığına görə, 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 55 %, yəni hazırda cavabdehin hesabladığı məbləğə 5% əlavə edilməklə pensiyanın yenidən hesablanmasına yönəlmişdir. Cavabdeh isə bildirir ki, iddiaçı yaşa görə deyil, staja görə ehtiyata buraxıldığına görə, 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50% miqdarında hesablandığından yaşa görə 5% əlavənin iddiçıya tədbiq edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. Məhkəmə iddia tələbini əsaslı, cavabdehin imtinasının isə əsassız hesab edir. Belə ki, iddiaçının ehtiyata buraxıldığı tarixə, yəni 4.09.2024-cü il tarixə 26 il 1 ay 14 gün xidmət müddəti (24 il 1 ay təqvimi xidmət ili, 2 il 14 gün güzəştli xidmət ili) olması işin mübahisələndirilməyən halıdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (1 yanvar 2024cü il tarixinədək qüvvədə olan redaksiyası) 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxan hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. Normanın məzmunundan göründüyü kimi, 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyi 50% miqdarında hesablanır. Bu qayda, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi miqdarında hesablanır. Hazırkı mübahisə, normanın məzmununda olan 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinə 50%, yoxsa 55%-in hesablanması ilə bağlıdır. xx.xx.2023-cü il tarixli, № 1074-VİQD nömrəli “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Qanun qəbul edilmiş və həmin Qanun 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minmişdir. X1 müddəaları adlanan 5-ci maddəsi: 5.1. Bu Qanun qüvvəyə mindiyi tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən tələb olunan 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir. 5.2. Bu Qanun qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5. və 9.5.1-ci maddələrinin tələblərinə əsasən hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır (2024-cü ilin yanvarın 1-dən qüvvədə olan redaksiyası). Sadalanan normalardan göründüyü kimi, 2024-cü ilin yanvarın 1-dək hərbi qulluqçunun 20 təqvim ili tamam olduqda onun xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, № 1074-VİQD nömrəli Qanunla hərbi qulluqçunun ehtiyata buraxılması üçün nəzərdə tutulmuş təqvim ili 20-dən 25-ə qaldırılmışdır. Lakin X1 müddəalarına əsasən Qanunun qüvvəyə mindiyi tarixədək (1.01.2024) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən tələb olunan 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, həmçinin 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxılan hərbi qulluqçuların pensiyasının hesablanmasında "Əmək pensiyaları haqqında” 1.01.2024-cü il tarixədək qüvvədə olan normalarının tədbiq edilməsi nəzərdə tutulmuşdur. İddiaçının təqvim xidmət illəri 24 il, 1 ay, yəni ehtiyata buraxıldığı tarixə 20 ildən çoxdur. Belə olan halda, xx.xx.2023-cü il tarixli, № 1074-VİQD nömrəli Qanunun Keçid müddəalarının 5.2-ci bəndinə görə, iddiaçının pensiyası hesablanarkən "Əmək pensiyaları haqqında” Qanunun 20.1.14-cü maddəsinin 1.01.2024-cü il tarixədək qüvvədə olan normaları tədbiq edilməlidir. Cavabdehin etirazının dəlili ondan ibarətdir ki, iddiaçı yaşa görə ehtiyata buraxılmayıb. Məhkəmə bununla bağlı qeyd edir ki, iş matereallarında olan Dövlət Sərhəd Xidməti tərəfindən iddiaçı barəsində tərtib olunmuş məlumat vərəqəsindən müəyyən edilir ki, iddiaçı 2024-cü il ərzində Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.2-ci maddəsinə (yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda) əsasən ehtiyata buraxılmışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun; 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ... yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda. Eyni zamanda cavabdehin iddiaçıya “Əmək peensiyasının təyin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-19257/2024 nömrəli qərarında təyin edilmiş pensiyanın növü - yaşa görə qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı hərbi xidmətdən yaşa görə ehtiyata buraxılmış və cavabdeh orqan da iddiaçıya yaşa görə güzəştli şərtlərlə hərbi qulluqçu kimi pensiya təyin etmişdir. Belə olan halda, xx.xx.2023-cü il tarixli, № 1074-VİQD nömrəli “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Qanunun Keçid müddəalarının 5.2-ci bəndinə görə, iddiaçının pensiyası hesablanarkən, Əmək pensiyaları haqqında” Qanunun 20.1.14-cü maddəsinin 1.01.2024-cü il tarixədək qüvvədə olan redaksiyası tədbiq edilməli və iddiaçının 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50% deyil, 55%-i hesablanmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı təyin olunmuş pensiyanın yaşa görə 5% əlavə nəzərə alınmaqla yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar