Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9397/2024 15.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 5 saylı DOST mərkəzinin üzərinə əmək pensiyası üzrə sosial sığorta stajının hərbi xidmət keçdiyi, təhsil aldığı və işlədiyi illərin hamısı birlikdə nəzərə alınaraq iddiaçıya 35 il, 10 aylıq sosial sığorta stajına uyğun yaşa görə əmək pensiyası hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra məhkəməyə yazılı ərizə təqdim edərək, iş üzrə cavabdeh “5 saylı Bakı Dost Mərkəzi” publik hüquqi şəxsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmişdir.
3. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə cavabdeh “5 saylı Bakı Dost Mərkəzi” publik hüquqi şəxsi əsl olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. “5 saylı Bakı Dost Mərkəzi” publik hüquqi şəxsinin cavabdeh qismində posessual iştirakına xitam verilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1959-cu ildə Gədəbəy rayonunda anadan olmuşdur. İddiaçı əmək pensiyası üçün müəyyən edilmiş yaş həddinə çatdığına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 5 saylı DOST mərkəzinə ona əmək pensiyasının təyin olunması üçün müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçıya 280 manat əmək pensiyası təyin olunmuşdur. Həmin qərardan iddiaçı əmək pensiyasının yenidən hesablanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 5 saylı DOST mərkəzinə şikayət ünvanlamışdır. 5 saylı DOST Mərkəzi tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, təhsil illəri də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 28 il 10 ay sığorta stajına uyğun olaraq 14073.26 manat pensiya sığorta kapitalı əsasında əmək pensiyası yenidən hesablanmışdır və əmək pensiyasının məbləği 299.61 manat müəyyən edilmiş və keçmiş dövr üzrə yaranmış fərq məbləği cari pensiyasına əlavə edilərək ödəniləcəkdir. İddiaçıya xx.xx.1976-cı il tarixində əmək kitabçası açılmışdır. İddiaçı xx.xx.1977-ci il tarixində SSRİ ordusu sıralarında hərbi xidmət keçməyə başlamış və 1979-cu ildə hərbi xidmətini başa çatdırmışdır. 1980-ci ildə inşaat mühəndisi ixtisası üzrə Azərbaycan Mühəndis İnşaat İnstitutuna daxil olmuş və 1985-ci ildə həmçinin institutda su təchizatı və kanalizasiya ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının xx.xx.1985ci il tarixli qərarı ilə iddiaçıya inşaat mühəndisi ixtisası verilmişdir. İddiaçı xx.xx.2002-ci il tarixində “Xəyal Kompani” şirkətinə məxsus tikintiyə baş iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixində AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2010-cu il tarixində "xxxx" BM-də iş icraçısı vəzifəsinə qəbul edilmiş və xx.xx.2015-ci ildə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2020-ci il tarixində "xxxx" QSC-də sahə rəisi peşəsinə işə qəbul edilib və xx.xx.2021-ci ildə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı qeyd edir ki, hərbi xidmət, təhsil və əmək fəaliyyəti ilə məşğul olduğum dövrləri topladıqda cəmi 35 il 10 aylıq sosial sığorta stajı mövcuddur.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” məktubda qeyd edilmişdir ki, xx.xx.2006-cı il tarixinədək 28 il 10 ay sığorta stajına uyğun olaraq 14073.26 manat pensiya sığorta kapitalı əsasında əmək pensiyası yenidən hesablanmışdır. Əmək pensiyasının məbləği 299,61 manat müəyyən edilmiş və keçmiş dövr üzrə yaranmış fərq məbləği cari pensiyaya əlavə edilərək ödəniləcəkdir.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddənin məzmunundan göründüyü kimi, əmək pensiyası həmin pensiya təyin olunmazdan öncə alınan əməkhaqqlarının kompensasiyası hesabına təyin edilir. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 il yaşına çatmış kişilərin və 60 il yaşına çatmış qadınların (1 iyul 2019 - 30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (həmin Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan maddələrin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2024-cü il tarixdən avtomatlaşdırılmış qaydada 299,61 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 28 il 10 ay 6 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 14073,26 manat (2024-cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında iddiaçının əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (299,61 manat) dəyişiklik olmamışdır. Qeyd olunanlar nəzərə alınaraq bildirilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır.
7. Cavabdeh tərəfindən təqdim edilən yazılı etiraza əlavədə qeyd edilmişdir ki, İddiaçının təqdim etdiyi НЭ ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət, HB 972471 nömrəli diplomun surətinə əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək təhsil aldığı müddət, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək. xx.xx.1985- ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək faktiki iş stajı 28 il 10 ay 6 gün təşkil edir. Məlumat üçün bildirilir ki, İddiaçı 2006-cı il tarixədək 28 il 10 ay 6 gün iş stajına əsasən fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (28+(6/30+10/12))x306=8828,10 manat müəyyən edilmişdir. Eyni zamanda 2006-cı il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2024-cü il tarixinə indeksləşdirilmiş məbləği 29070,62 manat təşkil edir: 2006 - 8828,10 2007 8,3 9560,83 2008 16,7 11157,49 2009 20,8 13478,24 2010 1,5 13680,42 2011 5,7 14460,20 2012 7,0 15000,50 2013 1,1 15774,19 2014 2,4 16152,77 2015 1,4 16378,91 2016 4,0 17034,06 2017 12,4 19146,29 2018 5,7 20237,63 2019 3 20844,75 2020 2,6 21386,72 2021 2,8 21985,55 2022 6,7 23458,58 2023 13,9 26719,32 2024 8,8 29070,62 Əlavə olaraq bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemindəki məlumata əsasən İddiaçı xx.xx.2006-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2024-cü il tarixinə indeksləşdirilmiş məbləği 14073,26 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2024-cü il tarixindən 299,61 manat təşkil edir ((29070,62+14073,26)/144 =299,61). Qeyd olunanlar nəzərə alınaraq bildirilir ki, İddiaçı yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır.
8. НЭ ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979cu il tarixədək hərbi xidmətdə olmuşdur.
9. HB 972471 nömrəli diplomun surətinə əsasən İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1985ci il tarixədək Azərbaycan Mühəndis İnşaat İnstitutunda təhsil almışdır.
10. ИТ-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.
11. Sığortaolunanın hesabı barədə Çıxarışa əsasən "xxxx" MMC tərəfindən 2006 yanvar - 2006 fevral üzrə; "xxxx" MMC tərəfindən 2010 iyul – 2015 aprel üzrə; "xxxx" QSC tərəfindən 2020 oktyabr – 2021 mart üzrə; "xxxx" MMC tərəfindən 2023 yanvar – 2023 iyun üzrə sığorta ödənişləri həyata keçirilmişdir.
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli Qərarına əsasən yenidən hesablanma tarixinə kimi əmək pensiyasının məbləği 280,00 manat, yenidən hesablanma nəticəsində əmək pensiyasının məbləği 299,62 manat təşkil etmişdir.
13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli Qərarına əsasən yenidən hesablanma tarixinə kimi əmək pensiyasının məbləği 299,61 manat, yenidən hesablanma nəticəsində əmək pensiyasının məbləği 299,61 manat təşkil etmişdir.
14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli Qərarına əsasən yenidən hesablanma tarixinə kimi əmək pensiyasının məbləği 299,61 manat, yenidən hesablanma nəticəsində əmək pensiyasının məbləği 299,61 manat təşkil etmişdir.
15. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazların məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
II. İddianın mümkünlüyü
17. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
18. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...
20. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı sosial sığorta stajının 35 il 10 ay təşkil etdiyini bildirmiş və əmək pensiyasının müvafiq iş stajına əsasən hesablanıb ödənilməsini tələb etmişdir.
21. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - НЭ ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur. - HB 972471 nömrəli diplomun surətinə əsasən İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Azərbaycan Mühəndis İnşaat İnstitutunda təhsil almışdır. - ИТ-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Sığortaolunanın hesabı barədə Çıxarışa əsasən "xxxx" MMC tərəfindən 2006 yanvar - 2006 fevral üzrə; "xxxx" MMC tərəfindən 2010 iyul – 2015 aprel üzrə; "xxxx" QSC tərəfindən 2020 oktyabr – 2021 mart üzrə; "xxxx" MMC tərəfindən 2023 yanvar – 2023 iyun üzrə sığorta ödənişləri həyata keçirilmişdir.
22. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
23. Cavabdeh orqan tərəfindən İddiaçı münasibətdə yaşa görə əmək pensiyasının məbləği (299,61 manat) aşağıdakı formada hesablanmışdır: 1) xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu dövr; xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək təhsil aldığı dövr; xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlər nəzərə alınmaqla İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 28 il 10 ay 6 gün təşkil etmişdir. 2) İddiaçı xx.xx.2006-cı tarixədək 28 il 10 ay 06 gün iş stajına əsasən fərdi şəxsi hesabın sığorta hissəsindəki pensiya kapitalı (28+(6/30+10/12))x306=8828,10 manat müəyyən edilmiş və qeydə alınmış pensiya kapitalının xx.xx.2024-cü il tarixinə indeksləşdirilmiş məbləği 29070,62 manat təşkil etmişdir. 3) xx.xx.2006-cı tarixdən xx.xx.2006-cı il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işlədiyi dövrlər nəzərə alınmaqla İddiaçı xx.xx.2006-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2024-cü il tarixinə indeksləşdirilmiş məbləği 14073,26 manat müəyyən edilmişdir. 4) Nəticədə iddiaçının əmək pensiyasının məbləği xx.xx.2024-cü il tarixindən 299,61 manat təşkil etmişdir ((29070,62+14073,26)/144 =299,61).
24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır;
25. X7 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X5rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq"un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X4rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X1rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).
26. Məhkəmə İddiaçı məxsus pensiya işi materiallarını araşdıraraq müəyyən edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə yaşa görə əmək pensiyası təyin olunarkən əmək pensiyasının məbləği iddiaçının hərbi xidmətdə olduğu (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan dövr), əyani təhsil aldığı (xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək olan dövr) və işlədiyi (xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr) dövrlər nəzərə alınmaqla qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmışdır və iddiaçının sosial sığorta stajının mübahisələndirilən dövrü yoxdur.
27. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir. Belə ki, cavabdeh orqan tərəfindən əmək pensiyası təyin olunarkən iddiaçı tərəfindən tələb olunan bütün dövlər nəzərə alınmışdır və faktiki olaraq iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı müdaxilə mövcud deyil.
28. Odur ki, iddia mümkün sayılmamalıdır.
29. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
30. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva