Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9398/2022 15.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı 1 nömrəli X4 və 4 nömrəli X4 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “əlillik müddətinin uzadılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri N.Vəzirov küç., 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial ekspert komissiyasının üzərinə onun əlillik müddətinin uzadılması ilə bağlı inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1997-ci ildən vərəm xəstəliyindən əziyyət çəkir və 2007-ci ildə bu xəstəliyi ilə əlaqədar olaraq ona 2-ci qrup müddətli əlillik təyin edilmişdir. Həmçinin müxtəlif vaxtlarda (illərdə) xəstəliyi ilə əlaqədar olaraq xəstəxana şəraitində stasionar və həmçinin ambulator müalicələr almağına baxmayaraq, xəstəliyi daha da ağırlaşmışdır. Sonuncu müayinə 2022-ci il 24 fevral tarixində aparılmış və ona verilmiş diaqnoz öz təsdiqini tapmışdır. Əlillik müddətinin uzadılması məqsədilə qanunvericiliyə uyğun olaraq, müalicə aldığı vərəm dispanserinin həkim məsləhət komissiyasının hazırladığı xəstəliyini təsdiq edən sənədlərin tibbi sosial ekspert komissiyasına göndərilməsinə baxmayaraq, həmin tibbi sosial ekspert komissiyası tərəfindən sənədlərə mahiyyəti üzrə baxılmamış, sənədlərdə çatışmamazlıq olmadığı halda doldurulmuş məlumatların natamam olduğu qeyd edilərək, əsassız olaraq əlillik müddətinin uzadılmasından imtina olunması barədə 2022-ci il 11 may tarixli bildiriş tərtib edilmiş və həmin bildiriş həkim tərəfindən ona təqdim edilmişdir. Bundan başqa bir neçə dəfə də tibbi sosial ekspert komissiyasına müraciət edilmiş, lakin hər dəfə eyni qaydada heç bir əsaslandırma vermədən natamamlığın nədən ibarət olduğunu qeyd etmədən əlillik müddətinin uzadılmasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-9398/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 339/2022 saylı (ekspertizanın başlanma tarixi 29 iyul 2022-ci il, başa çatma tarixi 18 avqust 2022-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş 2772003AABGG saylı göndərişində (TQS № 088 Formada) qeyd edilən ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla sağ ağciyərin sirrotik sağ tərəfli fıstula ilə fəsadlaşmış plevrobrobronxotoraksdan sonrakı vəziyyət, sol ağciyərin yuxarı payının tuberkuloması VMB (-). Ağırlaşma:J 96.1 xroniki respirator çatmamazlıq qarışıq tipli kəskin ventilyasiya pozğunluğu, tənəffüs çatmamazlığı İİ dərəcə. Yanaşı xəstəliklər: J44.8-ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, xroniki obstruktiv xəstəliyi” diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşüdüyü müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxslər məhkəmə iclasında iştirak etmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında caavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X5 məhkəməyə vəsatət təqdim edərək, bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixli müayinə aktı ilə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə müddətsiz əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardadı qəbul edir. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli xxxxxxx0010 saylı qərarı ilə xx.xx.1976-cı il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdən müddətsiz ikinci dərəcə əlillik təyin olunmuşdur (Sistemə daxil edilmə tarixi: xx.xx.2022-ci il). İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-ci və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı 1 nömrəli X4 və 4 nömrəli X4 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “əlillik müddətinin uzadılması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-9398/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9398/2022
15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver