Məhkəmə qərarları › İş №2-1(112)-9399/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9399/2021

10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9399/2021 10.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır) oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “iddiaçının imtiyazlı kateqoriyalı müvafiq mənzil növbəsinə götürülməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq “iddiaçının imtiyazlı kateqoriyalı müvafiq mənzil növbəsinə götürülməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1960-cı il təvəllüdlüdür və 32 il daxili işlər orqanlarında fəliyyət göstərmişdir. O, 1986-cı il SSR Daxili İşlər Nazirliyinin əmri ilə Polis məktəbindən “X5 stansiyasındakı qəzanın nəticələrini aradan qaldırılmasında iştirak etmiş, nəticədə şua xəstəliyinə tutulmuş və 2-ci qrup əlil olmuşdur. Prezident təqaudçüsüdür. Bu kateqoriyali şəxslərin statusu barədə 1993-cü il tarixli qanunun tələblərinə əsasən Binəqədi rayon İcra Hakimiyyəti iddiaçını ev və ya ev tikməkdən ötəri torpağ sahəsi ilə təmin etməli idi, yanvar 2021-ci il tarixli ölkə Prezidentinin sərəncamının tələbləriniə əsasən iddiaçının kateqoriyasından olan şəxslərin 5 il ərzində mənzillə təmin olunması nəzərdə tutulduğunu əsas tutaraq 28.01.2021-ci il tarixində Binəqədi rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, hal hazirda pasport qeydiyyatında olduğu evin iddiaçıya məxsus olmamasını, evin sökülməsinə dair Binəqədi rayon Məhkəməsinin qətnaməsi olduğunu, mülkiyyət kimi onun mənzil qeydiyyatı olmamasını qeyd edib, sənədlər təqdim etmişdir. Nəticədə İcra Hakimiyyəti birinci dəfə qanunu qüvvəyə minmiş qətnaməni təqdim etdikdə qanuni qüvvəyyə minməsi barədə arayış, bunu təqdim etdikdə isə evin söküldüyü halda iddiaçının müraciətinə baxılacağı qeyd olunmuşdur. Məhkəmə qətnaməsinin icrası qətidir, qüvvəyə mindiyi gündən onu heç kəs dəyişə bilməz, bu o deməkdir ki hal hazirda iddiaçının yaşamağa evi yoxdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Binəqədi rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, vətəndaş Şükürov X1 rayonu, Xocəsən qəsəbəsi, Sulu Təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, 7-ci döngədə yerləşən, 6 otaqlı, yaşayış sahəsi 253,0 m2 olan 4 saylı evdə ailəsi ilə birlikdə qeydiyyatda olaraq yaşayır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikası Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Hal-hazırda yaşayış sahəsinə ehtiyacı olanların mənzil növbəsinə götürülməsi üçün uçot normaları haqqında qaydalar müəyyənləşdirilmədiyindən yeni Mənzil Məcəlləsi qəbul edilənədək imtiyazları şəxslərin mənzil növbəsinə götürülməsi üçün tətbiq edilən Azərbaycan SSR Nazirlər Sovetinin 14.10.1983-cü il tarixli 418 saylı qərarı ilə təsdiq edilmiş uçot norması (6 kv.m.) əsas götürülür. Təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, vətəndaşın qeydiyyatda olaraq yaşadığı ünvanda adambaşına düşən yaşayış sahəsi 6 m2-dən artıqdır. Qeyd olunan uçot norması əsas götürülməsə vətəndaşın müraciəti Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.5-ci maddəsinin tələbinə əsasən uçot norması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunmadığı üçün, ümumiyyətlə mümkün olmayacaqdır. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçı “X6” şirkəti vətəndaş İddiaçı qarşı “şirkətin Saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” iddia tələbi qaldırmış, Binəqədi Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli 2(001)-42/2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş və qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Buna baxmayaraq on illərin təcrübəsi gösdərir ki, bu tipli məhkəmə qərarları say baxımından minlərlə olduğundan icrası dayandırılır. Belə olan halda məhkəmə qətnaməsi qanuni qüvvəyə minsə də icra olunmur və vətəndaş mənzilə ehtiyacı olan şəxs statusu olmur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1960-cı il təvəllüddlü Azərbaycan Respublikasının vətəndaşıdır. Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Ali İxtisas Təhsilinin Federal Dövlət Büdcə Təhsil Müəssisəsi “V.S.Çernomırdin adına X8 Universiteti”nin 9117 nömrəli, 27.09.2013-cü il tarixli arayışında qeyd olunmuşdur ki, 2011-ci ildə ali ixtisas təhsilinin dövlət təhsil müəsisəsi “X8 universiteti” adını ali ixtisas təhsilinin federal dövlət büdcə təhsil müəssisəsi “V.S.Çernomırdin adına X8 Universiteti”nə dəyişdirilmişdir. BRİHB-nin Xocasən İƏD tərəfindən verilmiş 289 nömrəli, 12.02.2021-ci il tarixli arayışa əsasən, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 7-ci döngə, 4 saylı evdə yaşayır. Ailə tərkibi: 1965-ci il təvəllüdlü həyat yoldaşı X3 və 15.08.2003-cü il təvəllüdlü oğlu X2 ibarətdir. ƏƏSMN Dövlət Sosial Təminat Xidməti Yasamal rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 03 dekabr 2015-ci il tarixli, 1666 nömrəli arayışına əsasən İddiaçı ÇAES İİ-ci qrup əlilliyə görə 11.03.2015-ci ildən ömrlük 130 manat Prezident təqaüdü alır. İddiaçı 28.01.2021-ci il tarixli ərizəsinə əsasən, o, Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək 3 nəfərdən ibarət ailəsinin yaşayış mənzili ilə təmin etmək üçün müvafiq ev növbəsinə qoyulmasını xahiş etmişdir. Binəqədi rayon İcra Hakimiyyətinin 02/09-11-11/Ş-9-068 nömrəli, 19 fevral 2021-ci il tarixli iddiaçıya ünvanladığı cavab məktubunda qeyd olunmuşdur ki, yekun qanuni qüvvəyə minmiş məhkəmə qərarı rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra yenidən baxılacaqdır. ünvan 2.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı “X6” Şirkətinin iddiası təmin edilmiş, X3 və İddiaçı şirkətin saziş ərazisi hüdudları daxilində 3 saylı mədənin 6-cı sahəsində inşa edilmiş özbaşına tikilidən çıxarlımaları, torpaq sahəsinin boşaldılaraq iddiaçı “ X6” Şirkətinin qanuni istifadəsinə qaytarılmağı qərara alınmışdır. Binəqədi rayon İcra Hakimiyyətinin 02/09-11-11/Ş-9-068/3 nömrəli, 04 may 2021-ci il tarixli iddiaçıya ünvanladığı cavab məktubunda Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu Təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, 7-ci döngə, ev 4 ünvanında iddiaçı və ailəsinə məxsus yaşayışa yararlı və adam sayına görə uçot normasından artıq fərdi yaşayış evi mövcuddur. Qanunsuz tikintinin sökülməsi barədə məhkəmədə araşdırma aparılması və bununla əlaqədər məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi icra olduqdan sonra baxılacağı bildirilmişdir. Binəqədi rayon İcra Hakimiyyətinin 03/09-11-11/Ş-9/4-068/4-t/2 nömrəli, 10 iyun 2021-ci il tarixli iddiaçıya ünvanladığı cavab məktubunda ünvan 2.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı“ X6” Şirkətinin iddiası təmin edilmiş, X3 və İddiaçı şirkətin saziş ərazisi hüdudları daxilində 3 saylı mədənin 6-cı sahəsində inşa edilmiş özbaşına tikilidən çıxarlımaları, torpaq sahəsinin boşaldılaraq idiaçı “ X6” Şirkətinin qanuni istifadəsinə qaytarılmağı qərara alınmış və qətnamə qanuni qüvvəyə minmişdir. Məhkəmə qərarının aidiyyəti qrum tərəfindən icra olunduqdan sonra müraciətə yenidən baxılacağı qeyd olunmuşdur. Binəqədi rayon İcra Hakimiyyətinin 02/09-11-11/Ş-9/5-068/4-t/3 nömrəli, 17 iyul 2021-ci il tarixli iddiaçıya ünvanladığı cavab məktubunda ünvan 2.2021-ci il tarixli məhkəmə qərarının aidiyyəti qrum tərəfindən icra olunduqdan sonra müraciətə yenidən baxılacağı qeyd olunmuşdur. İş materiallarında olan Binəqədi rayon İcra şöbəsinin 11.06.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişi ilə ünvan 2.2021-ci il tarixli qətnaməsinin icraatına başlanılmışdır. ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin iddiaçıya ünvanladığı **********3 nömrəli 04 oktyabr 2021-ci il tarixli, məktubda göstərilmişdir ki, Binəqədi rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş 09 fevral 2021-ci il tarixli 01/09-11-31/169 nömrəli məktublarda İddiaçı adı qeyd edilməmişdir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş İİ qrup əlilliyi müəyyən edilmiş şəxsdir.İddiaçı mənzilə ehtiyacı olduğundan onun müvafiq mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Qanun Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlilliyi müəyyən edilmiş şəxslərə şamil olunur. Həmin Qanunun 6-ci maddəsinin 5-ci bəndində göstərilmişdir:” Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən şəxslər aşağıdakı hüquqlara malikdirlər: ... 5. Əkər şəxs mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilərsə, ərizə verdiyi gündən bir il müddətində növbədənkənar mənzil sahəsi ilə təmin olunmaq.” “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1. –ci maddəsinə əsasən, əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Məcəllədən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən, dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. İşin faktiki hallarına əsasən iddiaçı yaşadığı evin mülkiyyətçisi deyil, nə onun nə də ailə üzvlərinin mülkiyyətində və ya qanuni istifadəsində torpaq sahəsi və ya yaşayış sahəsi yoxdur. Belə olan halda iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilməlidir. Məhkəmənin gəldiyi nəticəyə görə iddiaçının müraciətini təmin etməkdən cavabdehin imtinası qanuna uyğun olmamışdır. Yəni cavabdehin imtina məktublarında göstərilən əsaslar işin faktiki halları ilə təsdiqlənmir. Bundan başqa Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir: “53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.” Cavabdehin iddia ərizəsinə etirazda göstərilən əsaslarla yaşayış sahəsinə ehtiyacı olan vətəndaşın mənzil növbəsinə götürülməsindən imtina edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdlr. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, İddiaçı imtiyazlı kateqoriyalı müvafiq mənzil növbəsinə götürülməsi vəzifəsi cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin . İddiaçı imtiyazlı kateqoriyalı müvafiq mənzil növbəsinə götürülməsi vəzifəsi cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar