Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9399/2023 23.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamın verilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ RİH-ə qarşı «iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçıya Bakı şəhəri Qaradağ RİH başçısının 19 oktyabr 1994-cü il tarixli 1224 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində tikili mövcuddur. İddiaçı həmin torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması və reyestrdən çıxarışın verilməsi ilə əlaqədar aidiyyəti quruma müraciət etmiş və ona müvafiq sənədlərin, o cümlədən Qaradağ RİH-in arxiv fondu üzrə 19 oktyabr 1994-cü il tarixli 1224 nömrəli sərəncamının təqdim edilməsinin zəruriliyi bildirilmişdir. Arxivdən alınmış cavabda isə qeyd olunmuşdur ki, sərəncam arxivdə mkövcuddur, lakin həmin sənəddə iddiaçı barədə məlumat yoxdur. Göstərilənlərə və İPMin 2.2, 33-cü maddələrinə əsaslanaraq, 19 oktyabr 1994-cü il tarixli 1224 nömrəli sərəncamın verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Qaradağ RİH-in üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Qaradağ RİH-in iddia ilə bağlı məhkəməyə ünvanlanmış 23 iyun 2023-cü il tarixli məktubunda bildirilir ki, «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddəti 5 ildir. Müvəqqəti mühafizə müddəti bitdikdən sonra Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədilə dövlət arxivinə verilir. Qaradağ RİH başçısının 19 oktyabr 1994-cü il tarixli 1224 nömrəli sərəncamı və onun verilməsinə əsas olmuş müvafiq təsdiqedici sənədlər barədə RİH-də heç bir məlumat yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddanın əsassız olduğunu bildirdi və təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən bu Qanunun 7-ci maddəsinin üçüncü hissəsində göstərilən arxiv sənədləri istisna olmaqla, Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə verilənə qədər dövlət və qeyri-dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan idarə arxivlərində müvəqqəti mühafizə olunur. Milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddətləri aşağıdakı kimidir: respublika dövlət hakimiyyət orqanlarının sənədləri üçün – 15 il; rayon və şəhər hakimiyyət orqanlarının sənədləri üçün – 5 il; yerli özünüidarəetmə orqanlarının sənədləri üçün – 5 il; elmi-texniki sənədlər üçün – 15 ildən artıq olmamaq şərtilə, praktiki əhəmiyyətini saxladığı müddətə; kino, foto, fono sənədlər və videoyazılar üçün – 3 il; vətəndaşlıq vəziyyəti aktları, notarial fəaliyyət, məhkəmə işləri üçün – 75 il; 2006-cı il yanvarın 1-dək kargüzarlıqda icrası başa çatmış işçi heyət üzrə sənədlər üçün – 75 il; 2006-cı il yanvarın 1-dən sonra kargüzarlıqda yaranan dövlət orqanlarının, iri dövlət şirkətlərinin rəhbərlərinin, dövlət, elm və mədəniyyət xadimlərinin, dövlət təltifləri və elmi dərəcələrə malik şəxslərin işçi heyət üzrə sənədləri üçün – 75 il; digər işçi heyət üzrə sənədlər üçün – 35 il. Göstərilən müddətlər sənədlərin yarandığı vaxtdan hesablanır və həmin müddətlər başa çatdıqdan sonra arxiv fondu sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun daimi dövlət mühafizəsinə təhvil verilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.3-cü maaddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ RİH-in 19 oktyabr 1994-cü il tarixli 1224 nömrəli sərəncamı ilə torpaq ayrılmış şəxslərin sırasında olduğunu bildirərək, həmin sərəncamın ona təqdim olunması ilə bağlı həmin quruma müraciət etmişdir. Lakin cavabdeh həmin sərəncamın qəbulundan 5 ildən artıq vaxt keçməsi ilə əlaqədar onun arxiv qurumuna təhvil verildiyini bildirməklə məsələnin həllini təmin etməmişdir. Məhkəmə icraatının gerdişində məlum olmuşdur ki, Bakı şəhəri Qaradağ RİH-in 19 oktyabr 1994-cü il tarixli 1224 nömrəli sərəncamı ilə torpaq ayrılmış şəxslərin arasında hazırkı İddiaçı adı aşkar edilmir. Belə olan halda məhkəmənin qənaətinə görə Bakı şəhəri Qaradağ RİH-in 19 oktyabr 1994-cü il tarixli 1224 nömrəli sərəncamı hazırda həmin qurumda (RİH-də) saxlanmadığından və sərəncam iddiaçı barəsində qəbul olunmadığından, yəni iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncam mövcud olmadığından, onun cavabdeh Balı şəhəri Qaradağ RİH-ə qarşı sərəncamın surətinin verilməsi tələbi üzrə iddiasına inzibati məhkəmə icraatında baxıla bilməz. Odur ki, iddia mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35, 83, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-9399/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9399/2023
23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver