Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-94/2022 21.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X18 kаtibliyi, iddiaçının vəkili X5 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşunas, Bakı şəhəri 22 saylı Vəkil Bürosunda işləyir), cavabdehin nümayəndəsi X13 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, Mənzil Kommunal Təsərrüfatlı Departementində hüquqşünas işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana ev 4, 86/87 saylı mənzilə dair iddiaçı ilə mənzilkirayə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana ev 4, 86/87 saylı mənzilə dair iddiaçı ilə mənzil-kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2625/2019 saylı işi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərardadı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı (üçüncü şəxs: “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC və Xətai rayon Polis İdarəsi) qarşı «orderin etibarsız hesab edilməsi» tələbinə dair iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı (qətnamə, qərardad) qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraat dayandırılmışdır. İddiaçı 23 noyabr 2021-ci il tarixli ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə icraatın dayandırılması üçün əsas olmuş halların aradan qalxdığını bildirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-199/2021 saylı işi üzrə qəbul etdiyi xx.xx.2021ci il tarixli qərardadı ilə, iş üzrə dayandırılmış icraat təzələnmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, uzun illərdir ki, Bakı "xxxx" İstehsalat Birliyində işləyərək mənzil növbəsində olmuşdur. Lakin işlədiyi birlik, sovet rejimi dağıldıqdan sonra onu mənzillə təmin edə bilmədikləri üçün, yaşadığı yataqxananın mənzilini, növbəsində olduğu mənzil əvəzi olaraq, Cavanşir küçəsi ev 4, mənzil 86/87-i order əsasında ona verərək, pasport qeydiyyatına alınmışdır. Belə ki, Bakı "xxxx" X7 İttifaqı Komitəsinin və X8 Şurasının və MMK-nin birgə iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı iclasının qərarı ilə Birlik tərəfindən "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına, birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alaraq, Birliyə məxsus olan S.Ə.ünvan 1A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda halhazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə dair Orderin verilmə və Orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, birlikdə yataqxana və mənzil növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi, birlikdə işləyib uzun illərdir mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 1A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqlarımız alınarkən və ya ölkə prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra, yataqxanalarda boşalacaq mənzillərin qeyri-şərtsiz həmin mənzillərə dair order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Daha sonra Bakı "xxxx" X4 ittifaqı Komitəsinin və X8 Şurasının və MMK-nin birgə iclasının 06 dekabr 2006-cı il tarixli, 68 saylı iclasının qərarı ilə Birliyə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi yataqxana ev 4, mənzil 86/87 İddiaçı verilməsi qərara alınmışdır. Eyni zamanda qeyd olunan qərarda S.Ə.ünvan 1A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmasına baxmayaraq birliyin orderi əsasında fəhlə və qulluqçulara verilmiş mənzillər həmin orderdə göstərilmiş vətəndaşa məxsus olması qərara alınmışdır. Göstərilən qərar əsasında həmin mənzilə dair iddiaçının adına order verilmişdir. Qeyd edir ki, həmin mənzil orada uzun illər məskunlaşmış qaçqınlara görə istifadəsində olmasa da, bütün kommunal xidmət haqlarını vaxtı-vaxtında özü ödəmişdir. Daha sonra xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Sənaye Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin təsdiq edilmiş Təhvil-Qəbul Aktı ilə S.Ə.ünvan 1A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. Bütün bunlardan sonra 2018-ci il tarixdə ölkə Prezidentinin və 1-ci vitse Prezidenti Mehriban xanımın təşəbbüsü, fərman və sərəncamı ilə qeyd etdiyi yataqxanalardada məskunlaşmış məcburi köçkünlərə və qaçqınlara yeni mənzillər verilmişdir. O isə ailəsi ilə birlikdə mənzillərinə köçürülmüşdür. Bundan sonra mənzil əvəzi order əsasında ona verilmiş mənzilə kirayə müqaviləsinin bağlanması üçün cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etsə də bu günə qədər müraciətinə cavab verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddiasının təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı əsasında cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş (394 yerlik çarpayı tipli) yataqxana binası da balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Yataqxana binası balansa qəbul edilən vaxt tam məskunlaşdırılmışdır. Bina uzun müddət təmirsiz istismar olunduğundan aşınmaya məruz qalmış və qüvvədə olan sanitar-texniki normaların pozulması ilə yanaşı binanın əlavə konstruktiv yüklənməsinə və istismar müddətinin azalmasına səbəb olmuşdur. Belə ki, binanın divarlarındakı hörgü daşlarında çoxlu sayda çatların yaranması, üzlük daşlarının tökülməsi, bütün mərtəbələrində mətbəxt və sanitar qovşaqlarının bir çoxunda boşluqlu tavaların armaturlarının ciddi korroziyaya uğrayaraq beton mühafizə qatının dağılması, panellərdə əyintilərin əmələ gəlməsi, eləcə də bütün eyvan tavalarının yükgötürmə qabiliyətlərini itirməsi kimi və bu kimi digər halların mövcud olması müşahidə olunmuşdur. Binanın təcili olaraq yüklülüyünün azaldılmasına ciddi ehtiyac vardır. Bundan əlavə, binada dövlət vəsaiti hesabına bərpa və gücləndirmə işlərinin aparılması iqtisadi cəhətdən səmərəsizdir. Bu səbəbdən də, yaşayan sakinlər müxtəlif dövlət orqanlarına kollektiv müraciətlər edərək, mənzil şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə təmin olunmalarını xahiş etmişlər. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafiq X10 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə 2018-ci ilin iyul ayında Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən yeni mənzillərə köçürülmüş və bu barədə yuxarı dövlət orqanlarına müvafiq qaydada hesabat məlumatları verilmişdir. 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Göründüyü kimi qeyd edilən yataqxanada məskunlaşmış 63 məcburi köçkün ailəsi 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həmin ünvanda yerləşən xüsusi təyinatlı mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, ünvan 8na binasının 86 və 87 saylı mənzillərində 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi X6, arvadı X3, 2 oğlu Pərvin və Elgün Şahverdiyevlər məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür, cavabdeh İddiaçı qeyd edilən binanın 86 və 87 saylı mənzillərindən məcburi köçkün ailələri köçürüldükdən sonra, həmin otaqların qapısını bağlayaraq, sahibliyin həyata keçirilməsinə maneçilik törədir, lakin bir gün də olsun həmin mənzildə yaşamamış və hazırda da yaşamır. Belə ki, İddiaçı mübahisələndirilən orderi əldə edərkən Bakı "xxxx" İB-yi ilə əmək münasibətlərində olmamış, gələcəkdə ələ keçirmək məqsədilə qeyd edilən 86 və 87 saylı mənzillərin qapısını bağlamışdır. İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanda yerləşən fərdi evində qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarxli 462 nömrəli Fərmanına və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2006-cı il tarixli 3 nömrəli əmrinə əsasən Bakı "xxxx" İstehsalat Birliyi, "Mühəndis Texnikası" İstehsalat Birliyinin "xxxx" zavodu adlandırılmışdır. Bundan sonra Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2008-ci il tarixli 14 saylı əmrinə əsasən "Mühəndis Texnikası" İstehsalat Birliyi sözləri dəyişdirilərək “Cihaz" İstehsalat Birliyi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazrliyinin xx.xx.2009-cu il tarixli, 60 saylı əmrinə əsasən "xxxx" zavodu “Cihaz" İstehsalat Birliyinin tərkibindən çıxarılaraq "Üfüq" İstehsalat Birliyinin tabeliyinə verilmişdir. Göründüyü kimi Bakı "xxxx" İstehsalat Birliyi adlı təşkilat mövcud deyil və sözügedən təşkilatın adından məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adlarına 2004-2006-cı illərə son zamanlarda orderlər yazılmışdır. İddiaçı mənzil növbəsində olduğuna dair hər hansı bir hüquqi sənəd olmamışdır. Onun adına Bakı şəhəri, rayonu, Cavanşir küçəsi, 4 saylı evin 86 və 87 saylı mənzillərinə dair xx.xx.2006-cı il tarixli 0223 saylı order qanunsuz əldə etmişdir. Mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. Cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yataqxanalr sökülərkən sakinlərə kompensasiyalar ödənilməsi, iddiaçının da həmin kompensasiyanı almaq üçün düzəldilmiş saxta order təqdim etdiyini bildirərək və etiraza uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia tələbi əsаssızdır. Belə ki, iş materiallarında olan: Bakı "xxxx" X4 İttifaqı Komitəsinin və X8 Şurasının və MMK-nin birgə iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışa əsasən, Birlik tərəfindən "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına, birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alaraq, Birliyə məxsus olan S.Ə.ünvan 1A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə dair Orderin verilmə və Orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, birlikdə yataqxana və mənzil növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi, birlikdə işləyib uzun illərdir mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 1A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqlarımız alınarkən və ya ölkə prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra yataqxanalarda boşalacaq mənzillərin qeyri-şərtsiz həmin mənzillərə dair order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Sənaye Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin təsdiq edilmiş xx.xx.2014-cü il tarixli Təhvil- Qəbul Aktına əsasən, S.Ə.ünvan 1A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. Bakı "xxxx" İstehsalat Birliyinin 0223 nömrəli xx.xx.2006-cı il tarixli Orderinin surətinə görə, İddiaçı Bakı şəhəri, rayonu, Cavanşir küçəsi, 4 saylı evin 86 və 87 saylı mənzillərini tutmaq hüququna malikdir. Bakı "xxxx" X4 ittifaqı Komitəsinin və X8 Şurasının və MMK-nin birgə iclasının 06 dekabr 2006-cı il tarixli, 68 saylı iclasının qərarına əsasən Birliyə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi yataqxana ev 4, mənzil 86/87 İddiaçı verilməsi qərara alınmışdır. Eyni zamanda qeyd olunan qərarda S.Ə.ünvan 1A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmasına baxmayaraq birliyin orderi əsasında fəhlə və qulluqçulara verilmiş mənzillər həmin orderdə göstərilmiş vətəndaşa məxsus olması qərara alınmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2019-cu il tarixli məhkəmənin sorğusuna görə göndərdiyi məktubuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş (394 yerlik çarpayı tipli) yataqxana binası da balansa qəbul edilmişdir. Hal-hazırda mübahisəli ünvanda yerləşən, dövləy mənzil fonduna aid yataqxana binası və həmin binanın 86/87 saylı mənzili 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli məhkəmənin sorğusuna görə göndərdiyi məktubuna əsasən bildirilmişdir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı orderin etibarsız hesab edilməsi barədə iddia ərizəsinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılaraq 2(011)-5776/2019 nömrəli, 06 sentyabr 2019-cu il tarixli qətnamə qəbul edilmiş, iddia təmin edilərək, Bakı "xxxx" İB tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 4 saylı yataqxana binasının, 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, 36 kv.mertrlik, 86, 87 nömrəli mənzilinə dair İddiaçı verilmiş 08 dekabr 2006-cı il tarixli, 0223 saylı order etibarsız hesab edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş və mülki iş Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məlumat üçün bildirilir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən edilmişdir ki, həmin mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5776/2019 saylı 06 sentyabr 2019-cu il qətnaməsinə əsasən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı 08 dekabr 2006-cı il tarixli, 0223 saylı orderin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməsi qət edilmişdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1763/2020 saylı iş üzrə qəbul edilmiş 13 fevral 2020-ci il tarixli qətnaməsi ilə, cavabdeh İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Xətai Rayon Məhkəməsinin 2(011)-5776/2019 saylı 06 sentyabr 2019-cu il qətnaməsinin ləğv edilməsi və iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin iddiasının rədd olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3828/2020 saylı iş üzrə qəbul edilmiş 22 sentyabr 2020-ci il tarixli qərarı ilə, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1763/2020 saylı 13 fevral 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanladığı xx.xx.2020-ci il məktubuna əsasən, qeyd olunan şəxslərin "xxxx" zavodunun işçisi kimi iş yeri üzrə mənzil növbəsinə götürülüb-götürülməməsi, növbəlik siyahısının rayon icra hakimiyyətində təsdiq edilib-edilməməsi və həmin şəxslərin mənzillə təmin edilib-edilməməsi barədə məlumatları təqdim edilmişdir. Məlumata əsasən, İddiaçı xx.xx.1985-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək "xxxx" zavodunda işləmişdir. O, mənzil verilməsi haqqında növbəlik siyahısında 235-ci adam olaraq növbəyə alınmışdır. Mənzil verilməsi haqqında növbəlik siyahısının Xətai rayon İcra Hakimiyyətində təsdiq edilməsi və şəxsin mənzillə təmin edilib-edilməməsi barədə məlumat yoxdur. 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə ünvanladığı məktubuna əsasən, qeyd edilən ünvanda yerləşən binanın 86/87 saylı mənzilində 1992-ci ildən Laçın rayon məcburi köçkünü X6 həyat yoldaşı X3, 2 oğlu X1 və X2 ilə birlikdə məskunlaşmışdır. Həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür, İddiaçı tərəfindən sözügedən mənzil zəbt edilmişdir və hazırda orada yaşamır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 294 saylı sərəncamına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyun 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlərin onlara aid əmlakla birlikdə sərəncamın əlavəsində göstərilən siyahıya uyğun olaraq aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın Əlavəsində göstərilən siyahı üzrə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 294 saylı sərəncamının icrası haqqında 122 saylı xx.xx.2013-cü il tarixli sərəncamına əsasən, qeyd edilən yaşayış fondunun balansa və xidmət dairəsinə qəbul etməklə vahid texniki-istismar normalarına uyğun xidmətini və istismarını təmin etmək məqsədilə: Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın 1 saylı Əlavəsində göstərilən siyahı üzrə Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və istismar edilməsi üçün həmin Birliyin tabeliyindəki 136 saylı Mənzil-Kommunaİ İstismar əsinin xidmət dairəsinə verilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın 2 saylı Əlavəsində göstərilən siyahı üzrə 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunaİ Təsərrüfatı Birliyinin balansına və istismar edilməsi üçün həmin Birliyin tabeliyindəki müvafiq mənzil-kommunal istismar sahələrinin xidmət dairəsinə verilmişdir. Həmin sərəncama 2 saylı əlavəyə əsasən, mübahisələndirilən ünvanda yerləşən yataqxana siyahıya daxil edilmişdir. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli arayışına əsasən, Bakı şəhəri, Xətai rayonu, S.Ə.ünvan 1A ünvanında yerləşən yataqxana binası balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı müəyyən edilmişdir ki, ərizəçi X19 iddia etdiyi həmin binanın 82 saylı mənzilində 1993-cü ildən faktiki olaraq Ağdam rayon məcburi köçkünü, 1967-ci il təvəllüdlü X14 ailə üzvləri ilə birlikdə, 83 saylı mənzildə isə 1993-cü ildən faktiki olaraq Füzuli rayon məcburi köçkünü, 1983-cü il təvəllüdlü X20 məskunlaşmışdır. Hal-hazırda da, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 4A saylı evin 82 saylı mənzilində məcburi köçkün N.C.Cəfərova 3 nəfər ailə üzvü ilə (özü, qızı və oğlu) və 83 saylı mənzilində isə məcburi köçkün B.Z.Əmirov 4 nəfər ailə üzvü ilə (özü, arvadı ə 2 qızı) yaşayır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 4 saylı Mənzil İstismar Sahəsinin rəisi vəzifəsində işləyərkən X21 qulluq mövqeyindən sui istifadə edərək: S.Ə.ünvan 1A ünvanında yerləşən yataqxana binasındakı 82 və 83 saylı, 25 saylı, 40 saylı mənzili, Cavanşır küçəsi 4 ünvanında yerləşən yataqxana binasındakı 97 və 99 saylı mənzili,Ramiz Quliyev küçəsi 4 ünvanında yerləşən yataqxana binasındakı 16 saylı, 14 saylı digər şəxslər adına mənzili qanunsuz order əsasında əldə etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(011)-10/2017 saylı iş üzrə çıxardığı hökmə əsasən, X21 Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 4000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Həmin maddənin İİ. hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 01 oktyabr 2009-cu ilə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə uyğun olaraq dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar- adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanılır. Həmin Məcəllənin 106-cı maddəsinin tələbinə görə fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edə bilər. Qeyd edilən Məcəllənin 107-ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1984-cü il 2 mart tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş «Yaşayış sahələrindən istifadə edilməsi, yaşayış evinin və evlər ətrafı ərazinin saxlanması Qaydaları»nın 1-ci bəndinə görə, yaşayış sahəsindən istifadə üçün kirayəçilər və mənzil istismar təşkilatı arasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında təsdiq edilmiş Birtipli müqavilə əsasında yazılı surətdə müqavilə bağlanır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı "xxxx" İstehsalat Birliyin 0223 nömrəli xx.xx.2006-cı il tarixli Orderi ilə İddiaçı istifadəsinə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı evin 86 və 87 saylı mənzilləri verilmişdir. Məhkəmə o halı da qeyd edir ki, orderin verildiyi zaman həmin mənzil məcburi köçkün ailəsi tərəfindən zəbt olunmuşdur. Belə ki, onlar həmin yaşayış sahəsinə qanuni əsasla istifadə və ya sahiblik hüququnu əldə etməmişdirlər. Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 2(103)-1763/2020 saylı iş üzrə qəbul edilmiş 13 fevral 2020-ci il tarixli qətnaməsi ilə də mənzilin qanuni sahibi ola-ola İddiaçı orderin verilməsinin imkansız olması müəyyən edilmişdir. Həmçinin, iş materiallarında olan “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçıya mənzil verilməsi haqqında növbəlik siyahısının Xətai rayon İcra Hakimiyyətində təsdiq edilməsi və şəxsin mənzillə təmin edilib-edilməməsi barədə məlumat yoxdur. Azərbaycan SSR Nazirlər Sovetinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş "Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları"nın 14-cü bəndinə görə iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdriyyət və həmkarlar ittifaqı komitəsi tərəfinfən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir. İş materiallarından da göründüyü kimi, ünvan 8na binasının 86/87 saylı mənzilinə dair xx.xx.2006-cı il tarixli 0223 saylı order iddiaçıya Bakı "xxxx" İstehsalat Birliyində işləmədiyi müddətdə verilmişdir. Qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələri təsbit edilmişdir ki, həmin Məcəllənin 10.0.13-cü maddəsinə görə, yaşayış sahələrindən istifadə qaydalarını və bu Məcəllənin 10.0.14-cü maddəsinə müvafiq olaraq vətəndaşların yaşayış sahəsindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən edir. Həmin Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə görə, kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə ünvanladığı məktubundan görünür ki, ünvan 8na binasının 86 və 87 saylı mənzillərində 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi X6, arvadı X3, 2 oğlu Pərvin və Elgün Şahverdiyevlər məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür, İddiaçı qeyd edilən binanın 86 və 87 saylı mənzillərindən məcburi köçkün ailələri köçürüldükdən sonra, həmin otaqların qapısını bağlayaraq, sahibliyin həyata keçirilməsinə maneçilik törədir, lakin bir gün də olsun həmin mənzildə yaşamamış və hazırda da yaşamır. İş materiallarından müəyyən olunur ki, Bakı "xxxx" İstehsalat Birliyi adlı təşkilat mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarxli 462 nömrəli Fərmanına və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2006cı il tarixli 3 nömrəli əmrinə əsasən Bakı "xxxx" İstehsalat Birliyi, "Mühəndis Texnikası" İstehsalat Birliyinin "xxxx" zavodu adlandırılmışdır. Bundan sonra Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2008-ci il tarixli 14 saylı əmrinə əsasən "Mühəndis Texnikası" İstehsalat Birliyi sözləri dəyişdirilərək “Cihaz" İstehsalat Birliyi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazrliyinin xx.xx.2009-cu il tarixli, 60 saylı əmrinə əsasən "xxxx" zavodu “Cihaz" İstehsalat Birliyinin tərkibindən çıxarılaraq "Üfüq" İstehsalat Birliyinin tabeliyinə verilmişdir. İş materiallarında olan Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli arayışından da görünür ki, bir sıra ünvanlarda yerləşən yataqxanalarda, o cümlədən, ünvan 8na binasındakı bəzi mənzillər X21 tərəfindən digər şəxslərin adına qanunsuz order əsasında əldə edilmişdir. Sözügedən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(011)-10/2017 saylı iş üzrə çıxardığı hökmü ilə Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmişdir. Beləliklə, Bakı "xxxx" İstehsalat Birliyi adlı mövcud olmayan təşkilatın adından məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adlarında 2004- 2006-cı illərdə orderlər yazılmışdır. ünvan 8na binasının 86/87 saylı mənzilinə dair xx.xx.2006-cı il tarixli 0223 saylı order iddiaçıya yaşayış sahəsinin verilməsi qaydası və şərtləri pozulmaqla verilmişdir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana ev 4, 86/87 saylı mənzilə dair iddiaçı ilə mənzil-kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi vəzifəsinin Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana ev 4, 86/87 saylı mənzilə dair iddiaçı ilə mənzil-kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi vəzifəsinin Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilir. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-94/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-94/2022
21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver