Məhkəmə qərarları › İş №2-1(112)-94/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-94/2023

07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-94/2023 07.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs X8 və X3) “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi, İddiaçı4, Cavabdehin nümayəndəsi X9 Üçüncü şəxs X4 nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs X8 və X3) “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Baki İnzibati Məhkəməsininə müraciət edərək Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin) 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 11 iyun 2012-cü il tarixli 199 saylı sərəncama əsasən iddiaçıların paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 77.3 kv.m olan Mənzil Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan qeyri yaşayış sahəsini xidməti məqsədlə X5 müddətli istifadəsinə vermişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin 24 oktyabr 2013-cü il tarixli **********49-05101-083001 saylı Bakı şəhəri, Nəsimi rayonu, X17 küçəsi 66, qapı 1;2 ünvanına dair texniki pasportuna əsasən qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbə zirzəmidir, sahəsi 77,3 kv.m-dir. Bundan sonra satıcı kimi ƏMDK ilə alıcı X10 arasında bağlanmış 21 iyun 2013- cü il tarixli 4968 saylı icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən 77,3 kv.m qeyri-yaşayış sahəsi satıcı tərəfindən alıcıya satılmış, daha sonra həmin əmlak X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Halbuki Nəsimi rayonu MKTB-nin 13 saylı MKİS-in Bakı şəhəri İcra Hakimiyyətinin, Bakı şəhəri Mənzil Kommunal Departamentinin və s. orqanların sənədlərinə əsasən Bakı şəhəri, ünvan 5 ünvanının olmaması öz təsdiqini tapır, ünvan 6ərdi yaşayış evinin zirzəmisinin hansı əsaslarla M.Qaşqay küçəsi 66 ünvanı adlandırılması barədə hər hansı bir rəsmi məlumat yoxdur. Belə olan halda iddiaçılar mübahisələndirilən Sərəncam ilə onların paylı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin dövlətə məxsus olduğunu göstərməsinin qanunsuz olduğu üçün həmin Sərəncamın ünvan 7 ünvanında yerləşən 77.3 və 36.6 kvm sahədən ibarət zirzəmiyə aid hissədə məhkəmə qaydasında ləğv edilməsini xahiş etmişlər. Bakı inzibati Məhkəməsinin 2-1(112)-4756/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə X10 və X3 hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 11 iyun 2013-cü il tarixli 199 saylı Sərəncamının dövlət əmlakın özəlləşdirilməsinin təşkili şöbəsi tərəfindən daşınmaz əmlak obyektlərinə dair müqavilələrin bağlanması üçün bu sərəncama əlavədə təqdim olunmuş icarə obyektlərinin siyahısında təsdiq edilmiş qeyriyaşayış sahəsi kimi 77.3 və 36.6 kv.m zirzəmi sahəsi icarə obyekti kimi, ünvan 8 ünvanı kimi, balanssaxlayıcı təşkilatın adı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi kimi, icarəçi adı fiziki şəxs X2, istifadə təyinatı xidməti kimi göstərilən hissədə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibаti Məhkəməsinin 2-1(112)-1016/2021 saylı xx.xx.2021-ci l tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsinə, iddianın mümkün sayılmasına və yenidən araşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının, 2-1(103)-1295/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)-1295/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadının ləğv edilməsi və işə yenidən baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)- 780/2022 nömrəli qərarı ilə kasasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1295/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(103)-2622/2022 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs X8 və X3) qarşı “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1016/2021 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1016/2021 saylı qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibаti Məhkəməsinin 2-1(112)-94/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə yerində müayinə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Elektron məhkəmə sistemi vasitəsilə İddiaçı4 vəkili Vəkil2 tərəfindən xx.xx.2023-cü il tarixli buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (3-cü şəxs X8 və X3) qarşı “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iddia ilə Bakı İnzibati Məkəməsinə müraciət etmişdirlər. Bakı İnzibati Məkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1016/2021 saylı qərardadı ilə iddiaçıların həmin iddia üçün subyektiv hüquqlarının olmaması və iddia müddətinin keçməsi əsası ilə iddia mümkün sayılmamışdır. Onlar həmin qərardaddan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdirlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2-1(103)-1295/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1016/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Onlar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2- 1(103)-1295/2021 nömrəli qərardadından Ali Məhkəməyə kassasiya şikayəti vermişlər. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(102)-780/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1295/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.08 2022-ci il tarixli, 2-1(103)-2622/2022 nömrəli qərardadı ilə Bakı İnzibati Məkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1016/2021 saylı qərardadı ləğv olunmuş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli, 2-1(112)-94/2023 saylı hüquqi yardım haqqında məktub ünvanlanmışdır. Həmin məktubda iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-780/2022 saylı qərarından hazırkı iş üzrə iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutlmuş prosessual müddətin iddiaçı tərəfindən ötürülməsi və bunun iddiaçı tərəfindən etirafı qeyd edilmişdir. O, müddətin buraxıldığını etiraf etmiş olsaydı onda niyə bu günə qədər şikayət etməkdə davam edirdi. Bu birinci instansiya məhkəməsinin mövqeyi olub və o həmin mövqedən şikayət vermişdir. Ali məhkəməyə onun adından şikayəti maddi imkanı olmadığı üçün dövlət tərəfindən ona təyin olunmuş vəkil tərtib etmişdir. Əgər şikayətdə elə bir mövqe olubsa da, o vəkilin mövqeyi olub. İddiaçı əvvəl gündən bildirmişdir ki, iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutlmuş prosessual müddəti ötürməmişlər. Belə ki, cavabdehlərlə aralarında olan mülki mübahisə ilə bağlı Mülki iş materiallarında ƏMDK-nin 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncamı aşkar olunmayıb. Eləcə də, onların tələbinə baxmayaraq həmin akt onlara təqdim olunmayıb. Onlar ilk dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək ƏMDKnin 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncamın təsdiq olunmuş surətinin təqdim edilməsini xahiş etmişdirlər. Nəsimi Rayon Məhkəməsinin böyük məsləhətçisi Gülnar Hüseynova xx.xx.2020-ci il tarixli, 2(006)-1138/2015 saylı məktubla bildirmişdir ki, 2015-ci ilə aid məhkəmədə baxılan işləri AR Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmişdirlər. AR Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinin müdürü Səadət Əkbərova xx.xx.2020-ci il tarixli, 10/84 saylı məktubla bildirmişdir ki, 2(006)-1138/2015 saylı mülki işdə ərizədə qeyd edilən 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncamın ksero surəti aşkar olunmayıb. Bundan sonra onlar AR ƏMDK-ya ərizə ilə müraciət edərək ƏMDK-nin 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncamın təsdiq olunmuş surətinin təqdim edilməsini xahiş etmişlər. ƏMDK-nin sədr müavini Rafiq Cəlilov xx.xx.2020-ci il tarixli, **********85 saylı məktubla bildirmişdir ki, qeyd edilən sərəncam digər şəxsin hüquqları ilə bağlı olduğu üçün yalnız məhkəmə sorğusu əsasında məhkəməyə təqdim edilə bilər. Yuxarıda qeyd olunanlardan aydın olur ki, onlar əvvəllər nəinki sərəncamdan xəbərdar olmamışlar, hətta məhkəməyə müraciət edəndə belə həmin sərəncamı əldə edə bilməmişlər. Ona görə həmin sərəncamın İPM-in 38.1-ci maddəsində nəzərdə tutumuş 30 gün müddətində mübahisələndirməkdən söhbət gedə bilməz. Onlar həmin sərəncamdan xəbərsiz olmalarının əsası kimi əvvəlki müraciətlərinin surətlərini ərizəyə əlavə edərək məhkəməyə göndərmişdir. Əlavə olaraq bildirilir ki, Ali Məhkəmə iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutlmuş prosessual müddətin onlar tərəfindən ötürülmüş hesab etsəydi onda kassasiya şikayətini təmin edib işi apellyasiya məhkəməsinə qaytarmazdı. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-94/2023 nömrəli qərardadı ilə iş üzrə İddiaçı4 buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə lazımi qaydada məlumat verilmiş və məhkəmə iclasında iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı4 işə mahiyyəti üzrə baxılıb iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 nümayəndəsi (vəkili) iddia tələbinin əsassız olduğunu və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçılar iddia ərizəsində mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin ümumi paylı mülkiyyət hüququ üzrə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsub olduğunu, bu səbəbdən də Əmlak Məsələləri Dövlət Komitəsinin həmin əmlakın icarəyə verilməsi ilə bağlı sərəncam vermək hüququna malik olmadığını qeyd etmişdir. Bildirilir ki, iddiaçıların hazırki iddiasının əsassızlığı, həmçinin, onların mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzərində subyektiv hüquqa malik olmaması qanuni qüvvəsini almış məhkəmə qərarı ilə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(102)-2336/2018 saylı qərarı ilə iddiaçılar İddiaçı1 və digərlərinin cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinə və X6 qarşı hazırda məhkəmə mübahisəsi predmeti olan qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin, icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, eyni zamanda qeyd olunan məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, iddiaçılar mübahisəli sahə üzərində hər hansı subyektiv hüquqa malik deyil, həmin sahə üzərində sərəncam vermək səlahiyyəti Əmlak Məsələləri Dövlət Komitəsinə məxsusdur. Bundan əlavə, iddiaçılar hazırda mübahisələndirdiyi inzibati aktın mövcudluğundan əvvəllər xəbərdar olduğu halda həmin aktı qanunvericiliklə nəzərdə tutulmuş 30 gün müddətində mübahisələndirməmişlər, bununla da İnzibati Prosessual Məcəllənin 38-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin) 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 11 iyun 2013-cü il tarixli 199 saylı Sərəncamının dövlət əmlakın özəlləşdirilməsinin təşkili şöbəsi tərəfindən daşınmaz əmlak obyektlərinə dair müqavilələrin bağlanması üçün bu sərəncama əlavədə təqdim olunmuş icarə obyektlərinin siyahısında təsdiq edilmiş qeyri-yaşayış sahəsi kimi 77.3 və 36.6 kv.m zirzəmi sahəsi icarə obyekti kimi, ünvan 10 ünvanı kimi, balanssaxlayıcı təşkilatın adı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi kimi, icarəçi adı fiziki şəxs X2, istifadə təyinatı xidməti kimi göstərilən hissədə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 11 iyun 2012-cü il tarixli 199 saylı sərəncama əsasən iddiaçıların paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 77.3 kv.m olan Mənzil Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan qeyri yaşayış sahəsini xidməti məqsədlə X5 müddətli istifadəsinə vermişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin 24 oktyabr 2013-cü il tarixli **********49-05101-083001 saylı Bakı şəhəri, Nəsimi rayonu, X17 küçəsi 66, qapı 1;2 ünvanına dair texniki pasportuna əsasən qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbə zirzəmidir, sahəsi 77,3 kv.m-dir. Bundan sonra satıcı kimi ƏMDK ilə alıcı X10 arasında bağlanmış 21 iyun 2013- cü il tarixli 4968 saylı icarəyə verilmiş əmlakın alqı- satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən 77,3 kv.m qeyri-yaşayış sahəsi satıcı tərəfindən alıcıya satılmış, daha sonra həmin əmlak X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Halbuki Nəsimi rayonu MKTB-nin 13 saylı MKİS-in Bakı şəhəri İcra Hakimiyyətinin, Bakı şəhəri Mənzil Kommunal Departamentinin və s. orqanların sənədlərinə əsasən Bakı şəhəri, ünvan 5 ünvanının olmaması öz təsdiqini tapır, ünvan 6ərdi yaşayış evinin zirzəmisinin hansı əsaslarla M.Qaşqay küçəsi 66 ünvanı adlandırılması barədə hər hansı bir rəsmi məlumat yoxdur. Belə olan halda iddiaçılar mübahisələndirilən Sərəncam ilə onların paylı mülkiyyətində olan qeyriyaşayış sahəsinin dövlətə məxsus olduğunu göstərməsinin qanunsuz olduğu üçün həmin Sərəncamın ünvan 7 ünvanında yerləşən 77.3 və 36.6 kvm sahədən ibarət zirzəmiyə aid hissədə məhkəmə qaydasında ləğv edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1016/2021 saylı qərardadı (hakim Aytən Oruczadə ) ilə iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-1295/2021 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Azər Hüseynov ) qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)-1295/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadının ləğv edilməsi və işə yenidən baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-780/2002 saylı qərarı ilə İddiaçı4 kassasiya şikayəti təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)- 1295/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. hal hazırda İddiaçı4 iddiasına baxılmalıdır. Çünki digər iddiaçılar Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadından kassasiya şikayəti verməmiş, apellyasiya məhkəməsinin qərardadı onlara münasibətdə qanuni qüvvəyə minmişdir. İddiaçıların xüsusilə də İddiaçı4 iddiası əsassızdır, aşagıda göstərilən əsaslara görə iddia mümkün sayılmamalıdır. İddiaçı4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin) 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncamından məlumatlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)-780/2002 saylı qərarının 5-ci səhifəsində kassasiya şikayətinin dəlilləri bölümündə aşağıdakı kimi göstərilmişdir: Məhkəmə kollegiyası iddia verilməsi üçün müddətin buraxılmasını əsas götürərək iddia ərizəsini icraata qəbul etməkdən imtina etmişdir. Məhkəmə haqlıdır, iddia müddəti buraxılıb, ancaq bu üzürlü sayılmalıdır. Belə ki, inzibati məhkəmənin mövcudluğu barədə məlumatsız olmaları, həmçinin illərlə mülki məhkəmələrdə çəkişmələrdə olmaları müddəti buraxmaqlarına səbəb olub. Bu hissədə iddiaçı özü inzibati aktın mövcudluğundan məlumatlı olmasını, kassasiya şikayətində qeyd edib, zənnimcə bu etirafdan sonra iddiaçının sözügedən mübahisələndirilən aktın mövcudluğundan məlumatsız olması açıq -aşkar yalandır. Bunlardan başqa, iddiaçının (iddiaçıların) sözügedən qeyri-yaşayış sahəsinə dair hər hansı bir subyektiv hüquqları yoxdur. Belə ki, İddiaçı1 (nümayəndəsi İddiaçı4), İddiaçı2 və X1 cavabdeh X7 qarşı icarə müqaviləsinin, icarəyə verilmiş əmlakın alqı- satqı müqaviləsinin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddiaları üzrə mülki işə Bakı şəhəri, Nəsimi rayon məhkəməsində baxılmış iddiaçıların iddia tələbləri təmin edilməmişdir. İddia tələbi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-2336/2018 saylı qərarının 5-ci səhifəsinin 1-ci abzasında aşağıdakı kimi göstərilmişdir: iddiaçılar İddiaçı1, İddiaçı2 və X1 hazırki iş üzrə mübahisə prdemeti olan zirzəmi qeyri-yaşayış sahəsinə dair hər hansı hüquqları müəyyən olunmamış və zirzəminin onların texniki pasportunda nəzərdə tutulmadığı aşkardır. Bununla yanaşı zirzəmidən istifadı edilməsi iddiaçıların öz mülkiyyətlərində olan sahədən istifadəyə hər hansı maneə törətmir. Belə olan halda cavabdehin mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquq olduğundan, həmin hüququn qeydə alınmasına əsas olan sənədlərin etibarlılığına hər hansı şübhə olmamışdır. Bu isə iddiaçıların hazırki iddia tələbinin irəli sürməyə subyektiv hüququn elementlərinin mövcudluğunu təkzib etmiş olur. Yuxarıda göstərilən əsaslara görə iddiaçıların hazırki iddia ilə çıxış etmələrinə hər hansı bir subyektiv hüquqları yoxdur. Bundan başqa, onlar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin) 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncamından məlumatlı olmuşlar. Bu hissədə də iddia mümkün sayılmamalıdır. Göstərilən əsaslara görə hazırki iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarınının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Nəzərə alınmalıdır ki, müddətlə bağlı tələbə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzürsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə dövlət idarəçiliyində sabitliyi və hüquqi müəyyənliyi təhdid altına almaqda haqlı sayıla bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3, 8.5 və 9-cu 1.1, 1.4 və 2.3-cü bəndlər: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ 28 dekabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “ mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır... Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər... T.İdrisov birinci instansiya məhkəməsinə ərizəsində və kassasiya şikayətində iddiaçı N.Quliyev tərəfindən iddia qaldırmaq üçün tələb edilən müddət şərtinə əməl olunmamasını qeyd etmişdir. Lakin işə baxan apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən bu hala lazımi hüquqi qiymət verilməmişdir. Həmin məhkəmələrin bu cür yanaşması da Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərinə cavab verən hesab edilə bilməz.” Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasi İnzibati Prossesual Məcəlləsinin: Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 23.2. Hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən proses iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı iddia ərizəsi ilə iddiaçılar, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli 199 saylı sərəncamının qismən ləğv edilməsini qanunvericiliklə müəyyən olunmuş müddət ötdükdən sonra mübahisələndirmişlər. Belə ki, iş materiallarında olan sənədlərdən də müəyyən edilir ki, iddiaçılar prosessual müddətin ötürüldüyünü etiraf etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı4 kassasiya şikayəti ilə bağlı məhkəməyə müraciət ərizəsində də qeyd edərək bildirmişlər ki, “kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür.” xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, mülki məhkəmə icraatının gedişində həmin inzibati aktdan məlumatlı olmuşlar və bunun üçün prosessual müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edəcəklərini bildirmiş və bununla əlaqədar olaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı4 mübahisələndirilən sərəncamın mövcudluğundan məlumatsız olduğunu bildirsə də, lakin aparılmış mülki məhkəmə icraatı zamanı (məhkəmə qərarlarına əsasən) özü həmin məhkəmə icraatının iştirakçısı (tərəfi) olmasa da iddiaçı olan anası İddiaçı1 nümayəndəsi olaraq məhkəmə icraatında iştirak etmiş və müəyyən edilmiş faktlardan xəbərdar olmuşdur. Bundan başqa qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçıların mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə (zirzəmi) dair hər hansı hüquqları müəyyən olunmamış və zirzəminin onların texniki pasportunda nəzərdə tutulmadığı aşkar olduğu müəyyən olunmuşdur. Məhkəmə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş arxiv qovluğunda olan sənədlərdə də İddiaçı4 Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsi ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair heç bir hüqqumüəyyənedici sənədlərinin mövcud olması öz əksini tapmamışdır. Məhkəmə tərəfindən elektron məhkəmə informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarında İddiaçı4 məxsus olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi məlumatlarında onun, Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi 22 ünvanında qeydiyyatda olduğu müəyyən edilmişdir. Həmçinin ünvan üzrə təqdim edilmiş arxiv qovluğundan və digər iş materiallarından da göründüyü kimi, İddiaçı4 qeyd edilən evə dair istifadə hüquqları müvafiq olaraq qeydiyyata alınmamış və onun həmin evə dair istifadə hüququnun mövcudluğuna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin, məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə aparılmış yerində müayinə (yerli baxış) zamanı müəyyən edilmişdir ki, yaşayış evi ilə mübahisəli qeyri-yaşayış sahəsi olan zirzəmi ayrı-ayrı sahələrdir. Belə ki, mübahisəli ünvanda faktiki olaraq iki zirzəmi mövcuddur. Onlardan biri ilə hansı ki, mübahisə predmeti olmayan qeyri-yaşayış sahəsi olan zirzəmi ilə ev arasında keçid (əlaqə) mövcuddur və həmin zirzəmi bilavasitə evin altında yerləşir, digər mübahisə predmeti olan zirzəmi ilə evin arasında isə heç bir əlaqə (keçid) mövcud deyildir. Beləliklə məhkəmə araşdırması zamanı, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə (zirzəmi) dair iddiaçının heç bir hüquqmüəyyənedici sənədlərinin mövcud olmadığı və idddiaçının qeyd edilən qeyri-yaşayış sahəsinə dair hər hansı subyektiv hüquqlarının olmadığı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli 2(102)-2169/2015 nömrəli qərarında da qeyd edilmişdir ki, Mirqasımov küçəsi 22 ünvanında yerləşən yaşayış evinə İddiaçı1, İddiaçı2 və X1 paylı mülkiyyətindədir. Məhkəmə həmçinin qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzürlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən prosessual müddətin ötürülməsinə dair əsaslar, bununla bağlı hər hansı bir sənəd təqdim edilmədiyindən, iş üzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas da olmamışdır. Odur ki, hazırkı mübahisəyə münasibətdə iddia yuxarıda istinad olunan normalara görə və qeyd olunan səbəbdən mümkünlük şərtlərini ödəmədiyindən və digər tərəfdən də İddiaçı4 qeyd edilən zirzəmiyə dair hər hansı hüququnun mövcudluğu məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar