Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-940/2024 28.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının pozulmasının müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin üzərinə tələb kimi qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyi ilə əvəz edilməsini xahiş etmişdir.
3. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək sağlamlıq imkanlarının 31-60 faiz intervalında pozulmasının müddətsiz olaraq müəyyən edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Şəhəri Nizami Rayon Hərbi Komissarlığı tərəfindən 2002-ci ildə hərbi xidmətə çağırılmışdır. İddiaçı hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən xx.xx.2003-cü il tarixində güllə yarası almışdır. xx.xx.2003-cü ildən xx.xx.2003-cü il tarixinə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik hospitalında müayinə və müalicə olunmuşdur. Diaqnozu əks etdirən və hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış hərbi travma olduğunu təsdiqləyən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 292 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı da iddia ərizəsinə əlavə edilmişdir. Həmin güllə yaralanması nəticəsində iddiaçıya təqaüd təyin edilmişdir. Lakin bir müddət bundan qabaq qanunsuz və əsassız şəkildə təqaüdün ödənilməsi dayandırılmışdır. İddiaçı əsassız olaraq ödənilməsi dayandırılan təqaüdün yenidən ödənilməsi barədə Əmək və Əhalinin Sosial Müdaliə Nazirliyinə müraciət etmişdir. Müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixində imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Lkspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilən cavab iddiaçının konstitusion hüquqlarını kobud şəkildə pozur, həmin qərarın heç bir hüquqi əsası mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib olunmuş 292 nömrəli, xx.xx.2021-ci il tarixli qərarda iddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirərkən hərbi travma aldığı göstərilmişdir. Ancaq göstərilən bütün əsaslı faktlara baxmayaraq iddiaçıya ödənilən təqaüd dayandırılmışdır. İddiaçı əlavə olaraq qeyd edir ki, ailənin bütün maddi xərcləri iddiaçı tərəfindən qarşılanmaqdadır. Lakin, hərbi xidmət dövründə aldığı güllə yarası səbəbindən hal-hazırda əmək fəaliyyəti ilə məşğul ola bilmir. Bu vəziyyət iddiaçı və ailəsini maddi cəhətdən çıxılmaz vəziyyətə salır. Belə ki, hərbi xidmət dövründə hərbi vəzifəmi yerinə yetirərkən aldığım xəsarət səbəbi ilə iddiaçıya təyin edilən təqaüd yeganə qazanc yeri idi. İddiaçı ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işə hərtərəfli, tam, obyektiv baxmalı, iddiaçıya yenidən əlillik dərəcəsinin təyin edilməsini Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin üzərinə tələb kimi qoymalıdır.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının xx.xx.2004-cü il tarixdən 1 il müddətinə olmaqla Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik səbəbi ilə 2-ci dərəcə əlilliyi olmuşdur. Növbəti illərdə 1 il müddətinə əlillik təyinatı verilmişdir. 26 saylı Şəhər Poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi; Hərbi xidmət vəzifəsim yerinə yetirməklə əlaqədar əlillik; X3: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 - Döş qəfəsinin travmaları => S21 - Döş qəfəsinin açıq yarası => S21.1 - Döş qəfəsinin ön divarı...; Diaqnozun mətni: Döş qəfəsinin plevra boşluğuna nüfuz edən kor güllə yaralanmasına görə sol tərəfli torokotamiyadan sonrakı bitişmələr.TC-ğı ilə. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR; Döş qəfəsinin sol yarısının kor güllə yarası” səbəbi ilə 1 iİ müddətinə əlillik verilmişdir.Qeyd olunan diaqnozla verilən əlillik dərəcəsi 1 il müddətinə olmaqla 2016-cı ilə qədər uzadılmışdır. Sonuncu dəfə əlillik vəziyyəti xx.xx.2016-ci il tarixdə elektron qaydada baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X3: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S2Q-S29 - Döş qəfəsinin travmaları => S29 - Döş qəfəsinin digər dəqiqləşdirilibmiş travmaları => S29.9 - ...; Diaqnozun mətni: Döş qəfəsinin sol yarısının plervd boşluğuna nüfuz edən kor güllə yaralanmasına görə sol tərəfli torokotomiya əmliyyatından sonrakı bitişmələr. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR; Döş qəfəsinin dəqiqləşdirilməmiş travması.” olmaqla 5 il əlillik təyinatı aparılmışdır. Əlillik müddətinin bitməsi ilə əlaqədar Bakı 26 nömrəli Şəhər Poliklinikası tərəfindən daxil olan xx.xx.2021-ci, il tarixli göndərişi əsasında elektron qaydada baxılmış və “Diaqnozun moiqi: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr,. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulmas] - Səbəb: Ağırlaşmalar ətraflı qeyd olunmayib.dəqiqləşdirilsin’’ səbəbi ilə İmtina verilmişdir. Bakı 26 nömrəli Şəhər Poliklinikası tərəfindən daxil olan xx.xx.2021-ci il tarixii göndərişi əsasında əyani müayinə edilərə!: baxılmış və “Diaqnozun mətni: Döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə yaralanmasının nəticəsi .Sol diafraqma kümbəzində yad cisim (güllə) Soltərəfli torakoektomiya, yad cismin diafraqma kümbəzindən çıxarılması, plevra boşluğunun drenə olunması,. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi -Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin tərəfindən daxil olan xx.xx.2022-ci il tarixii göndərişi əsasında əyani müayinə edilərək baxılmış və “Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə" törədilmiş zədələnmələr, döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə yaralanması. Döş qəfəsi örqaniarmın travmasının nəticələri, Sol tərəfli,, torakotomiyadan sonrakı plevra! bitişmələr və qalınlaşma. Restruksiyamn üstünlüyü ilə qarışıq tipli mötədil ventilyasiya pozğunluğu. FVC-67%, FEV 1-74%.,. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3,4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları“na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüquğu olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim.ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilinəsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bildirilir ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq Hərbi Həkim Komissiyasının qərarı və ya şəhadətnaməsi əsas götürülür. Müəyyən olunmuşdur ki, təqdim edilən tibbi sənədlər, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və əyani müayinənin nəticəsində iddiaçıda MHHK-nın qərarında qeyd edilən diaqnozlar, o cümlədən aşkar olunan patofunksional dəyişikliklər və ağırlaşmalar öz təsdiqini tapmamışdır.
6. TSEK-Müayinələr: - xx.xx.2004-cü il tarixində döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə yarası diaqnozun mətni ilə 1 il müddətinə ilkin 2.2. ikinci dərəcə əlillik (digər: döş qəfəsinin sol yarısının güllə yarası) təyin edilmişdir. - xx.xx.2013-cü il tarixində döş qəfəsinin plevra boşluğuna nüfuz edən kor güllə yaralanmasına görə sol tərəfli torokotamiyadan sonrakı bitişmələr. TC-ğı ilə diaqnozun mətni ilə 1 il müddətinə təkrar 2.3. üçüncü dərəcə əlillik (digər: döş qəfəsinin sol yarısının kor güllə yarası ) təyin edilmişdir. - xx.xx.2014-cü il tarixində döş qəfəsinin sol yarısının kor güllə yarası diaqnozun mətni ilə 1 il müddətinə təkrar 2.3. üçüncü dərəcə əlillik (digər: döş qəfəsinin sol yarısının kor güllə yarası) təyin edilmişdir. - xx.xx.2015-ci il tarixində döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə yaralanmasına görə sol tərəfli torokotmiya əməliyyatından sonrakı bitişmələr diaqnozun mətni ilə 1 il müddətinə təkrar 2.3. üçüncü dərəcə əlillik (digər: döş qəfəsinin dəqiqləşdirilməmiş yarası) təyin edilmişdir. - 23.07.2016-cı il tarixində döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə yaralanmasına görə sol tərəfli torokotmiya əməliyyatından sonrakı bitişmələr diaqnozun mətni ilə 5 il müddətinə təkrar 2.3. üçüncü dərəcə əlillik (digər: döş qəfəsinin dəqiqləşdirilməmiş yarası) təyin edilmişdir. - xx.xx.2021-ci il tarixində hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr diaqnozun mətni ilə göndərişin natamam doldurulması – səbəb: ağırlaşmalar ətraflı qeyd olunmayıb, dəqiqləşdirilsin səbəbi ilə imtina edilmişdir. - xx.xx.2021-ci il tarixində döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə yaralanmasının nəticəsi. Sol diafraqma kümbəzində yad cisim (güllə) soltərəfli torakoektomiya, yad cismin diafraqma kümbəzindən çıxarılması, plevra boşluğunun drenə olunması diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. - xx.xx.2022-ci il tarixində hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə yaralanması. Döş qəfəsi orqanlarının travmasının nəticələri, sol tərəfli torakotomiyadan sonrakı plevral bitişmələr və qalınlaşdırma. Restruksiyanın üstünlüyü ilə qarışıq tipli mötədil ventilyasiya pozğunluğu. FVC-67%, FEV 1-74% diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.
7. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş Arayışlara (Forma № TSEK-2) əsasən: - 1698 saylı, xx.xx.2004-cü il tarixli müayinə aktı əsasında xx.xx.2005-ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir. - 2008 saylı, xx.xx.2005-ci il tarixli müayinə aktı əsasında xx.xx.2006-cı il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir. - 1759 nömrəli, xx.xx.2006-cı il tarixli müayinə aktı əsasında xx.xx.2007-ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir. - 1878 nömrəli, xx.xx.2007-ci il tarixli müayinə aktı əsasında xx.xx.2008-ci il tarixədək üçüncü dərəcə əlillik təyin edilmişdir. - 1967 nömrəli, xx.xx.02008-ci il tarixli müayinə aktı əsasında xx.xx.2009-cu il tarixədək üçüncü dərəcə əlillik təyin edilmişdir. - 1878 nömrəli, xx.xx.2009-u il tarixli müayinə aktı əsasında xx.xx.2010-cu il tarixədək üçüncü dərəcə əlillik təyin edilmişdir. - 1815 nömrəli, xx.xx.2010-cu il tarixli müayinə aktı əsasında xx.xx.2011-ci il tarixədək üçüncü dərəcə əlillik təyin edilmişdir. - 1751 nömrəli, xx.xx.2011-ci il tarixli müayinə aktı əsasında xx.xx.2012-ci il tarixədək üçüncü dərəcə əlillik təyin edilmişdir. - 1705 nömrəli, xx.xx.2012-ci il tarixli müayinə aktı əsasında xx.xx.2013-cü il tarixədək üçüncü dərəcə əlillik təyin edilmişdir. - 1762 nömrəli, xx.xx.2013-cü il tarixli müayinə aktı əsasında xx.xx.2014-cü il tarixədək üçüncü dərəcə əlillik təyin edilmişdir. - 1826 nömrəli, xx.xx.2014-cü il tarixli müayinə aktı əsasında xx.xx.2015-ci il tarixədək üçüncü dərəcə əlillik təyin edilmişdir.
8. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən İddiaçı xx.xx.2016-cı il tarixdən döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə yaralanmasına görə sol tərəfli torokotomiya əməliyyatından sonrakı bitişmələr diaqnozun mətni ilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.
9. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 292 nömrəli Qərarında qeyd edilmişdir ki, Bakı ş. Nizami RHK tərəfindən 2002-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən xx.xx.2003-cü ildə aldığı və xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə yaralanması (xx.xx.2003) hemopnevmotoraks, sol ağ ciyərin zədələnməsinə görə soltərəfli torakosentez,- plevra boşluğunun drenə olunması (xx.xx.2003) əməliyyatından sonrakı vəziyyət” və xx.xx.2003cü ildən xx.xx.2003-cü ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunduğu yaralanmanın nəticəsi-diaqnoz: “Döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə yaralanmasının nəticəsi (xx.xx.2003). Sol diafraqma kümbəzində yad cisim (güllə). Soltərəfli torakoektomiya, yad cismin diafraqma kümbəzindən çıxarılması, plevra boşluğunun drenə olunması” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı ş. Nizami rayon idarəsinin xx.xx.2021-ci il tarixli 175 nömrəli göndərişi, xx.xx.2021-ci il tarixli elektron arayışı, MN Baş Klinik Hospitalından verilmiş xx.xx.2003-cü il tarixli, xx.xx.2003-cü il tarixli çıxarış epikrizləri, xəstəlik tarixindən çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR”.
10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial ekspert komissiyasının **********8 nömrəli xx.xx.2022-ci il tarixində qəbul edilmiş Qərarında bildirilmişdir ki, Bakı şəhər sakini xx.xx.1984-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinədə xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS **********2) Növbəti dəfə əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir, (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 292 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Döş qəfəsinin sol yarısının plevra bosluğuna nüfuz edən kor güllə yaralanması (xx.xx.2003) hemopnevmotoraks, sol ağciyərin zədələnməsinə görə soltərəfli torakosentez, plevra bosluğunun drenə olunması (xx.xx.2003) əməliyyatından sonrakı vəziyyət. Sol diafraqma kümbəzində yad cisim (güllə). Soltərəfli torakoektomiva. yad cisim diafraama kümbəzindən çıxarılması, plevra bosluöunun drenə olunması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi Xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı təngnəfəslikdən, başağrısından, yüksək arterial təzyiqdən, yaddaşsızlıqdan şikayətlənmişdir. Baxış zamanı döş qəfəsinin sol yarısında keçirilmiş torakotomiya əməliyyatına müvafiq çapıq izlənmişdir. Müayinə zamanı nəbzi 131 vurğu, saturasiyası 98%, tənəffüs hərəkətlərinin sayı 16-17 müəyyən edilmiş, auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik olmuşdur. X2 İnstitutunun xx.xx.2022-ci il tarixli 6895 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Restruksivanın üstünlüyü ilə Qarışıq tipli mötədil ventilvasiva pozğunluğu qeyd olunur. FVC 67%, FEV 1 74%” kimi qeyd edilmişdir. Təqdim edilmiş 2 nömrəli X4 xx.xx.2022-ci il tarixli 1/534 nömrəli Tibbi Rəyində diaqnoz “Uzun sürən posttravmatik stress pozuntusu" kimi qeyd edilmiş, obyektiv müayinə zamanı əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təvin etmir barədə qərar qəbul edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli Qərardadları ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X7 ekspertlərinə həvalə edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. xx.xx.1984-cü il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla (məhkəmə ekspertizası zamanı instrumental müayinələrə cəlb edilməklə) xx.xx.2022-ci il tarixli xxxxxxx0009 saylı Forma 88-də qoyulmuş diaqnoz diaqnoz və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu?
2. xx.xx.1984-cü il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla onda hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur (canlı müayinə olunmaqla) və həmin xəstəliyin beynəlxalq təsnifat kodu nədir?
3. xx.xx.1984-cü il təvəllüdlü İddiaçı cari sağlamlıq vəziyyəti nəzərə alınaraq aşkar olunan xəstəlik və qüsurlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü?
4. xx.xx.1984-cü il təvəllüdlü İddiaçı bərpa müalicələrindən sonra tam reabilitasiyası (sağalması) mümkündürmü?
5. Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması mütəxəssisin səlahiyyətinə (sərəncamına) buraxılsın.
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən verilmiş T 499/2024 nömrəli Ekspert Rəyində qeyd olunmuşdur: İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş diaqnozlar xəstənin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur. ...İddiaçı əziyyət çəkdiyi xəstəliklər ağırlaşaraq xroniki hala keçdiyindən bərpa müalicələrindən sonra onların tam reabilitasiyası (sağalması) mümkün deyildir.
13. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili)iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
14. Hazırki iddia məcburetmə haqqında iddiadır. İddia mümkündür.
İİİ. Tətbiq edilən hüquq
15. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi- Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
17. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
19. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
20. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
21. Hazırki iddia məcburetməyə dair iddiadır.
22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
23. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti sonuncu xx.xx.2022-ci il tarixli göndəriş əsasında qiymətləndirmə xx.xx.2022-ci il tarixdə aparılmış əlilliyin təyinindən imtina edilmişdir (diaqnoz əlillik təyin etmir). Həmin göndəriş əsasında xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirilmə nəticəsində əlilliyin təyinindən imtina edilmiş, lakin nəticəsinin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.
24. İddiaçı qiymətləndirildiyi sonuncu xx.xx.2022-ci il tarixdən əlilliyin təyin olunmasını tələb etmək hüququ vardır.
25. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
27. Əlilliyin təyinindən imtinaya dair sonuncu forma 88 arayışına əsasən (xx.xx.2022-ci il tarixdə müayinə olunmuşdur): - (status localis) özünü 2003-cü ildən xəstə hesab edir. Dediyinə görə 2003-cü ildə Füzuli rayonunda döyüş postunda durarkən atılan atəş nəticəsində döş qəfəsinin sol yarısından güllə yaralanması almış, HH-da stasionar müalicə almış, soltərəfli torakotomiya, diafraqma gümbəzindən yad cismin çıxarılması əməliyyatına məruz qalıb. Həmin vaxtdan xəstə mütəmadi olaraq müalicələr alır. ETACXİ-da müayinə olunur. Xəstə xx.xx.2021-də və xx.xx.2022-də ETACXİ-da müayinə olunub. xx.xx.2022-də ETKİ-da müayinə olunub, xx.xx.2022-də 2 saylı KPX-da müayinə olunub və xəstəyə “uzunsürən postravmatik stress pozuntusu” diaqnozu təyin olunub. Obyektiv müayinədə döş qəfəsinin sol yarısında Vİİİ qabırğa səviyyəsində məmə xəttindən arxa qoltuqaltı xəttə qədər uzanan çapıq toxuma təmizdir, palpasiyası ağrısızdır. Şikayətləri ümumi zəiflik, halsızlıq, təngənəfəslik, soyuq havada əməliyyat yarasında ağrı, göynəmə, əsəbilik, ürəkdə sancı xarakterli ağrı, başağrısı, yuxu pozğunluğundandır. Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır. AR MN-nin MHHK-nın 1313 №-li Arayışı əsasında. Xəstə İİİ qrup əlildir. - (Əsas diaqnoz) Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Döyüş postunda düşmən tərəfindən atılan atəş nəticəsinə döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə - (Ağırlaşma) T91.4 Döş qəfəsi orqanlarının travmasının nəticələri, Sol tərəfli torakotomiyadan sonrakı plevral bitişmələr və qalınlaşma. Restruksiyanın üstünlüyü ilə qarışıq tipli mötədil ventilayasiya pozğunluğu - Həkim müayinəsi nəticəsində xx.xx.2022-ci il tarixdə F43.2 Posttravmatik stress pozuntusu. Uzunsürən postravmatik stress pozğunluğu və xx.xx.2022-ci il tarixdə Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Döyüş postunda düşmən tərəfindən atılan atəş nəticəsinə döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə yaralanmasl. Sol tərəfli torakotomiyadan sonrakı plevral birişmələr və qalınlaşma. Restruksiyanın üstünlüyü ilə qarışıq tipli mötədil ventilyasiya pozğunluğu müəyyən edilir.
28. Məhkəmə iş materiallarına əsasən müəyyən edir: - İddiaçı münasibətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 292 nömrəli Qərar verilmişdir. Həmin qərarda İddiaçı Bakı şəhəri Nizami RHK tərəfindən 2002-ci ildə hərbi xidmətə çağırıldığı, hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən xx.xx.2003-cü ildə yara aldığı və xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu qeyd olunmuş; “Döş qəfəsinin sol yarısının plevra bosluğuna nüfuz edən kor güllə yaralanması (xx.xx.2003) hemopnevmotoraks, sol ağciyərin zədələnməsinə görə soltərəfli torakosentez, plevra bosluğunun drenə olunması (xx.xx.2003) əməliyyatından sonrakı vəziyyət. Sol diafraqma kümbəzində yad cisim (güllə). Soltərəfli torakoektomiva. yad cisim diafraqma kümbəzindən çıxarılması, plevra bosluöunun drenə olunması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi Xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı ş. Nizami rayon idarəsinin xx.xx.2021-ci il tarixli 175 nömrəli göndərişi, xx.xx.2021-ci il tarixli elektron arayışı, MN Baş Klinik Hospitalından verilmiş xx.xx.2003-cü il tarixli, xx.xx.2003-cü il tarixli çıxarış epikrizləri, xəstəlik tarixindən çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). - Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş Arayışlara (Forma № TSEK-2) və TSEK Müayinələrə əsasən İddiaçı 1698 saylı xx.xx.2004-cü il tarixli müayinə aktı əsasında döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə yarası diaqnozun mətni ilə xx.xx.2005-ci il tarixədək ikinci dərəcə əlillik; 2008 saylı xx.xx.2005-ci il tarixli müayinə aktı əsasında xx.xx.2006-cı il tarixədək ikinci dərəcə əlillik; 1759 nömrəli xx.xx.2006-cı il tarixli müayinə aktı əsasında xx.xx.2007-ci il tarixədək ikinci dərəcə; 1878 nömrəli xx.xx.2007-ci il tarixli müayinə aktı əsasında xx.xx.2008-ci il tarixədək üçüncü dərəcə əlillik; 1967 nömrəli xx.xx.02008-ci il tarixli müayinə aktı əsasında xx.xx.2009-cu il tarixədək üçüncü dərəcə əlillik; 1878 nömrəli xx.xx.2009-u il tarixli müayinə aktı əsasında xx.xx.2010-cu il tarixədək üçüncü dərəcə əlillik; 1815 nömrəli xx.xx.2010-cu il tarixli müayinə aktı əsasında xx.xx.2011-ci il tarixədək üçüncü dərəcə əlillik; 1751 nömrəli xx.xx.2011-ci il tarixli müayinə aktı əsasında xx.xx.2012-ci il tarixədək üçüncü dərəcə əlillik; 1705 nömrəli, xx.xx.2012-ci il tarixli müayinə aktı əsasında xx.xx.2013-cü il tarixədək üçüncü dərəcə əlillik; 1762 nömrəli xx.xx.2013-cü il tarixli müayinə aktı əsasında döş qəfəsinin plevra boşluğuna nüfuz edən kor güllə yaralanmasına görə sol tərəfli torokotamiyadan sonrakı bitişmələr. TC-ğı ilə diaqnozun mətni ilə xx.xx.2014-cü il tarixədək üçüncü dərəcə əlillik; 1826 nömrəli xx.xx.2014-cü il tarixli müayinə aktı əsasında döş qəfəsinin sol yarısının kor güllə yarası diaqnozun mətni ilə xx.xx.2015-ci il tarixədək üçüncü dərəcə əlillik; xx.xx.2015-ci il tarixli müayinə aktı əsasında döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə yaralanmasına görə sol tərəfli torokotmiya əməliyyatından sonrakı bitişmələr diaqnozun mətni ilə 1 il müddətinə; xx.xx.2016-cı il tarixdən döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə yaralanmasına görə sol tərəfli torokotomiya əməliyyatından sonrakı bitişmələr diaqnozun mətni ilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 2.3 Döş qəfəsi orqanlarının T91.4 travmasının nəticələri Qiymətləndirmə 2.3.1 ÜDS-nin mülayim disfunksiyası: 35-60 1 il FS İİİ, XÜÇ İİA mərhələ 2.3.2 ÜDS-nin mülayim disfunksiyası: 65-80 2 il FS İİİ, XÜÇ İİB mərhələ 2.3.3 ÜDS-nin mülayim disfunksiyası: 85-100 Müddətsiz FS İV, XÜÇ İİİ mərhələ 2.3.4 ürək ritminin süni tənzimləyicisi 80 Müddətsiz qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər 2.3.5 ürək ritminin süni tənzimləyicisi 50 Müddətsiz qoyulduğu hallarda
30. Beləliklə, XBT 10-a əsasən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyi (ağırlaşması T91.4) səhiyyə müəssisəsi tərəfindən təqdim edilmiş göndərişdə (Forma 88) müəyyən edilməsinə (həmin tibbi göndəriş həkim müayinəsinə (obyektiv müayinə) və instrumental müayinəyə (spirometriya, elektrokardioqram (EKQ), doppler rəngli exokardioqrafoya, rentgenoqrafiya, EEQ çəkimi) əsaslanmışdır), eləcə də həmin xəstəliklərlə bağlı illər ərzində mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (SQ Baş Klinik Hospitalı xx.xx.2003-xx.xx.2003; ET ACX İnstitutu xx.xx.2021; Səhhət Klinikası xx.xx.2022) ambulator və stasionar müalicələrdə olmasına baxmayaraq əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.
31. Məhkəmə xüsusilə nəzərə alır ki, Bakı İnzibati Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli Qərardadları ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən verilmiş T 499/2024 nömrəli Ekspert Rəyində isə qeyd olunmuşdur ki, “İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş diaqnozlar xəstənin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur. ...İddiaçı əziyyət çəkdiyi xəstəliklər ağırlaşaraq xroniki hala keçdiyindən bərpa müalicələrindən sonra onların tam reabilitasiyası (sağalması) mümkün deyildir”.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”ndan: 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
33. Məhkəmə digər tərəfdən müəyyən edir ki, cavabdeh orqan tərəfindən İddiaçı xx.xx.2004xx.xx.2007-ci il tarixədək İİ dərəcə əlilliyin, xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (təxmini 15 il) İİİ dərəcə əlilliyin təyin edilməsi işin mübahisəsiz halıdır. 34.Qeyd edilənlərə əsasən məhkəmə işin hallarına məcmu halda qiymət verərək nəzərə alır ki, əlillik təyinatı zaman məhz yuxarıda qeyd edilən Qaydaların 2.3-cü bəndinə əsaslanmaqla orqanizmin funksiyalarının pozulmasının 31-60 faizi ilə müddətsiz əlillik təyin edilməlidir. 35.Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
36. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
37. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur.
38. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
39. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi).
40. Bu mənada etirazın cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
41. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.
42. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.
43. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
44. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
45. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, əlillik təyinatı qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən aparılması (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinin təyin edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
46. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasının xx.xx.2022-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva