Məhkəmə qərarları › İş №2-1(112)-9402/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9402/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9402/2021 24.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya ödənişinin dayandırılmasının qanunsuz hesab edilərək, həmin tarixdən pensiyanın bərpa edilməsi və yaranmış fərq məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin noyabr ayından iddiaçının güzəştli şərtlərlə pensiya ödənişinin dayandırılmasının qanunsuz hesab edilərək, ona həmin tarixdən pensiyanın bərpa edilməsi və yaranmış fərq məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək dayandırılmış pensiyanın bərpa edilməsi və bu müddətdəki ödənilməyən məbləğin ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü il tarixdə Azərbaycan Respublikası Füzuli rayonunda anadan olmuş, l/İT-i seriyalı ******* saylı əmək kitabçasına əsasən 23.07.1981-ci il tarixində 87 saylı əmrə əsasən toxuculuq istehsalatında 5-ci dərəcəli toxucu vəzifəsinə işə qəbul edilmiş və 14.04.2003-cü il tarixdə 04 saylı əmrə əsasən işdən azad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-3093/2017 saylı 21 iyul 2017-ci il tarixli qərarına əsasən iddia tələbi təmin edilərək, iddiaçının 23.07.1981-ci il tarixdən 14.04.2003-cü il tarixədək işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq 24.07.2016-cı il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qərar 02 oktyabr 2017-ci il tarixdə qanuni qüvvəyə minmiş və məhkəmə tərəfindən icra edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə göndərilmişdir. İddiaçıya pensiya təyin edilərək ödənilsə də, 2020-ci ilin noyabr ayından naməlum səbəbdən dayandırılmış, səbəbi barədə iddiaçıya rəsmi məlumat verilməmişdir. İddiaçı məsələyə aydın gətirmək üçün cavabdehə müraciət etmiş, lakin müraciətinə 28 iyul 2021-ci il tarixli **********6 nömrəli imtina məktubu ilə cavab verilərək bildirilmişdir ki, ona vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır, araşdırmanın nəticəsi barədə müvafiq məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra baxılacaqdır. Odur ki, cavabdeh orqanın hərəkətləri qanunsuz və əsassızdır. İddiaçıya pensiya məhkəmə qərarı əsasında təyin edilmiş və cavabdeh orqan tərəfindən əsassız olaraq dayandırılması özbaşınalıqdır. Belə ki, iddiaçının əmək kitabçasında göstərilmişdir ki, iddiaçı 01.09.1980-ci ildən 20.07.1981-ci ilədək Bakı şəhəri 26 №-li texniki peşə məktəbində təhsil almış, 23.07.1981-ci ildən 14.04.2003-cü ilədək V.İ.Lenin adına Toxuculuq Kombinatında 5-ci dərəcəli toxucu peşəsində işləmiş, eyni zamanda H.Z.Tağıyev adına X1 tərəfindən verilmiş 05 iyun 2017-ci il tarixli 44 saylı arayışdan və əmək kitaçasından görünür ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda darama-toxuma avadanlığının operatorları peşəsi 2200200a-16167 kodu ilə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr sırasına daxil edilmişdir. İddiaçı pensiyaya çıxarkən “Əmək pensiyaları haqqında” Qanunun heç bir tələbini pozmamışdır. Buna baxmayaraq cavabdeh hərtərəfli araşdırmadan onun pensiyasını əsassız olaraq dayandırmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Lakin, cavabdehin etiraz (mülahizəsi) məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək izahatında bildirdi ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3093/2017 saylı 21 iyul 2017-ci il tarixli qərarına əsasən iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən 24.07.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırıldıgından, pensiya ödənişi 2020-ci ilin noyabr ayından dayandırılmışdır. Araşdırmanın nəticəsi barədə hazırda məlumat olmadıgından iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Cavabdehin iddiaçının müraciətlərinə baxılaraq ünvanlanmış 28.07.2021-ci il tarixli **********6 saylı və 16.09.2021-ci il tarixli **********8 saylı eyni məzmunlu cavab məktubları ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır. Əmək pensiyasının bərpa edilməsi məsələsinə araşdırmanın nəticəsi barədə müvafiq məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra baxılacaqdır. Araşdırmanın nəticəsi barədə Xüsusi Şərtlər Təyinat üzrə Mərkəzi Filiala hər hansı məlumat daxil olmamışdır. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.07.2017-ci il tarixli 2-1(82)-3093/2017 saylı qərarından görünür ki, iddia təmin edilərək İddiaçı 23.07.1981-ci il tarixdən 14.04.2003-cü il tarixədək işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq 24.07.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə həvələ edilmişdir. - məhkəmə sorgusu ilə tələb edilmiş iddiaçıya aid pensiya işindən görünür ki: Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 24.02.2017-ci il tarixli 410 saylı qərarından görünür ki, iddiaçıya güzəştli şərtlərlə tələb olunan sosial sığorta stajı olmadığından pensiya təyin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 22.08.2017-ci il tarixli 410 saylı qərarından görünür ki, iddiaçıya 01.10.2017-ci il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işində iddiaçıya məxsus olmaqla ИТ-İ seriyalı ******* saylı əmək kitabçası, güzəştli arayış və digər sənədlər əlavə olunmuşdur. İş materiallarından məlum olur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.07.2017-ci il tarixli 2-1(82)-3093/2017 saylı qərarına əsasən iddiaçının iddiası təmin edilərək ona 23.07.1981-ci il tarixdən 14.04.2003-cü il tarixədək işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq 24.07.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə həvələ edilmişdir. İddianı təmin edən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, qanunvericiliyin sadalanmış müddəaları işin müəyyən edilmiş hallarına tətbiq baxımından qiymətləndirildikdə iddiaçının 2006-cı il 1 yanvar tarixədək azı 20 il ümumi iş stajının oldugu, bunun 10 ilinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış oldugu, beləliklə də güzəştli şərtlətlə əmək pensiyası ala bilmək üçün “Əmək pensiyaları haqqında» Qanununda tələb olunan zəruri sığorta stajına malik olduğu müəyyən olunur. Məhkəmə qərarı icra olunaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 22.08.2017-ci il tarixli 410 saylı qərarı ilə iddiaçıya 01.10.2017-ci il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, pensiya ödənişi 2020-ci ilin noyabr ayından iddiaçıya məlum olmayan səbəbdən dayandırılmışdır. İddiaçı pensiyasının bərpa edilməsi məqsədilə cavabdehə müraciət etsə də, ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsinə bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 23.07.2020-ci il tarixli “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin ixtisaslaşdırılmış mərkəzi filiallarının yaradılması və əsasnamələrinin təsdiq edilməsi haqqında” Qərarına əsasən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yaradılmışdır və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərə mərkəzləşdirilmiş qaydada əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi, ödənilməsi, məcburi dövlət sosial sığortanın məqsədləri üçün həmin şəxslərin fərdi uçotunun həyata keçirilməsi, onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin (bundan sonra – Fond) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra – Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növündən başqa növə keçirilməsini, ödənilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin (bundan sonra sığortaolunanlar) dövlət sosial sığorta sistemində fərdi uçotunu (bundan sonra – fərdi uçot), və onlara məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılmasını mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. İnzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar, bir qayda olaraq, şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini, hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 20 aprel tarixli Qərarı). Digər tərəfdən, inzibati məhkəmələrin “təyinatı” bununla məhdudlaşmayaraq, həmçinin inzibati orqanların qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərmələrinə “nəzarətin” həyata keçirilməsini ehtiva edir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçıya pensiya ödənişinin dayandırılması ilə baglı hərəkəti qanunsuz olmuşdur. Belə ki, iddiaçının pensiya hüququnun yaranması 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.07.2017-ci il tarixli 2-1(82)-3093/2017 saylı qərarı ilə təsdiq edilmişdir. Qərarın icrası qanunverciliyin tələblərinə əsasən fiziki və hüquqi şəxslər üçün, o cümlədən, cavabdeh üçün məcburi xarakter daşıdıgından qanuni olaraq həmin vaxt səlahiyyətli olan pensiya təyinatı orqanı tərəfindən icra edilmişdir. Lakin məhkəmə qərarında göstərilən əsaslarla iddiaçıya pensiya təyin edilsə də, sonradan cavabdeh qurum məhkəmə qərarının icrasından yayınmışdır. Belə olan halda cavabdehin hərəkətləri qanunsuz xarakter daşımışdır. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Məhkəmə qərarının icrası məqsədilə həmin vaxt səlahiyyətli pensiya təminatı orqanının (Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyası) qərarı ilə iddiaçıya ömürlük yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş və həmin qərar da cavabdehin hər hansı qərarı ilə ləğv edilməmişdir. Hazırda həmin qərarın hüquqi qüvvəsi movcuddur. Qərarın hüquqi nəticəsi isə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə ömürlük əmək pensiyasının təyin edilməsidir. Hazırda cavabdeh qanunsuz olaraq iddiaçının hüquqi statusunu dəyişdirəcək hərəkətlərə yol vermiş və iddiaçının pensiya ödənişinin verilməsini dayandırmışdır. Məhkəmə, həmçinin, onu da qeyd etməyi zəruri bilir ki, iddiaçıya pensiya məhkəmə qərarı əsasında təyin edildiyi üçün və həmin qərar hazırda qüvvədə olduğu üçün cavabdeh tərəfindən pensiya təyinatının dayandırılması barədə qəbul edəcəyi hər hansı inzibati akt da məhkəmə qərarına zidd olduğu üçün qanunsuzdur. Bundan başqa, dəfələrlə cavabdehin nümayəndəsindən iddiaçının pensiya ödənişinin dayandırılmasının səbəbləri və sübutları məhkəmə təqdim etmək tələb edilsə də, iddiaçının pensiyasının dayandırılması ilə bağlı aparılmış inzibati icraat barədə, buna əsas olmuş hallar barədə mötəbər əsaslar aşkar edilməmiş, pensiyanın dayandırılmasının əsaslı olmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, iddiaçıya dayandırılmış pensiyanın bərpa edilməsi və bu müddətdəki ödənilməyən məbləğin ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı dayandırılmış pensiyanın bərpa edilməsi və bu müddətdəki ödənilməyən məbləğin ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar