Məhkəmə qərarları › İş №2-1(112)-9407/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9407/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9407/2023 24.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ağa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı ümumvətəndaş pasportunun verilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı ümumvətəndaş pasportunun verilməsi barədə iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə hər hansı bir məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan, hazırlıq icraatı mərhələsində məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddia tələbi geri götürülmüş sayılmalıdır. Belə ki, İddiaçı qanuni nümayəndəsi və nümayəndə və vəkili məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə icraatından ardıcıl olaraq 30 gündən çox müddət ərzində yayındığından, İddiaçı iddiası geri götürülmüş sayılmalıdır. Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qeyd olunanlara və Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinə əsasən əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia tələbi geri götürülmüş sayılsın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar