Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9417/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, iddiaçı nümayəndəsi Nümayəndə, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının Cavabdeh QSC-yə qarşı “pul vəsaitinin geri qayrılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı Cavabdeh QSC-yə qarşı cavabdehdən 268,85 manat məbləğində vəsaitin tutularaq Filialın xəzinə hesabına geri qaytarılması barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Məhkəmənin qərardadı ilə iş üzrə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********; SUN: **********0) tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş, sığortaolunan (üçüncü şəxs) X2 (SSN: **********513; FİN: 3FM0KYY) aid haqq-hesab cədvəllərinə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında (bundan sonra - Filial) yenidən baxılmışdır:
Əmək qabiliyyətinin Ödənilən Sıra olmaması vərəqəsinin Haqq-hesab cədvəllərinin nömrəsi məbləğ №si seriya və nömrəsi (manatla)
1 SN 00007 - 158989 ********************31192 36,76 2 SN 00007 - 159030 ********************31203 238,97 3 SN 00007 - 0649302 ********************490720 250,38 4 SN 00007 - 0649441 ********************564115 245,29 Cəmi: 771,40 Nəzərinizə çatdırırıq ki, SN 00007 seriyalı 158989 və 159030 nömrəli əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı Cavabdeh QSC tərəfindən MEİS-ə daxil edilmiş ********************31192 və ********************31203 nömrəli haqq-hesab cədvəlləri Filial əməkdaşı tərəfindən 26 avqust 2021-ci il tarixində emal edilmişdir. Emal zamanı haqq-hesab cədvəllərində Y.Əliyevin sosial sığorta stajı sığortaedən tərəfindən 11 il qeyd olunduğundan “Müavinət məbləğinin hesablanması” qrafasının “Yekun müavinətin məbləğinin təyin edilməsi” bölməsində müavinət məbləği 60% əvəzinə 80% miqdarında hesablanmışdır. Nəticədə Y.Əliyevə qeyd olunan haqq-hesab cədvəlləri üzrə ümumilikdə 69,75 manat (altmış doqquz manat yetmiş beş qəpik) müavinət məbləği artıq ödənilmişdir. SN 00007 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən növbəti dəfə MEİS-ə daxil edilmiş ********************490720 nömrəli haqq-hesab cədvəli Filial əməkdaşı tərəfindən 22 dekabr 2022-ci il tarixində emal edilmişdir. Emal zamanı haqq-hesab cədvəlində Y.Əliyevin sosial sığorta stajı sığortaedən tərəfindən 13 il qeyd olunduğundan “Müavinət məbləğinin hesablanması” qrafasının “Yekun müavinətin məbləğinin təyin edilməsi” bölməsində müavinət məbləği 60% əvəzinə 100% miqdarında hesablanmışdır. Nəticədə Y.Əliyevə qeyd olunan haqq-hesab cədvəli üzrə 100,57 manat (bir yüz manat əlli yeddi qəpik) müavinət məbləği artıq ödənilmişdir. SN 00007 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sonuncu dəfə MEİS-ə daxil edilmiş ********************564115 nömrəli haqqhesab cədvəli Filial əməkdaşı tərəfindən 27 fevral 2023-cü il tarixində emal edilmişdir. Emal zamanı haqq-hesab cədvəlində Y.Əliyevin sosial sığorta stajı sığortaedən tərəfindən 13 il qeyd olunduğundan “Müavinət məbləğinin hesablanması” qrafasının “Yekun müavinətin məbləğinin təyin edilməsi” müavinət məbləği 60% əvəzinə 100% miqdarında hesablanmışdır. Nəticədə Y.Əliyevə qeyd olunan haqq hesab cədvəli üzrə 98,53 manat (doxsan səkkiz manat əlli üç qəpik) müavinət məbləği artıq ödənilmişdir. Məlumat üçün bildiririk ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 16-cı maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə müvafiq olaraq məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin hesablanması, təyin edilməsi və verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə (bundan sonra - Əsasnamə) uyğun olaraq həyata keçirilir. Əsanamənin 3-cü hissəsinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan sığorta ödəmələrini almaq hüququ vardır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüquqi yoxdur. Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər təyin edilərkən, sosial sığorta stajı kimi Qanunun 1.1.9-cu hissəsində qeyd olunan sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınır. Əsasnamənin 62-ci bəndində əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinətin miqdarının hesablanması qaydası öz əksini tapmışdır. Həmin bəndə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinət sosial sığorta stajı 8 ilədək olan işçilərə qazancın 60 faizi miqdarında hesablanır. Nəzərinizə çatdırırıq ki, MEİS-in “Sığorta” altsisteminin “Sığortaolunanların fərdi şəxsi hesabına baxış” bölməsinə əsasən Y.Əliyevin sosial sığorta stajı 8 ildən az təşkil edir. Göründüyü kimi Y.Əliyevə ödənilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət üzrə ümumilikdə 268,85 (iki yüz altmış səkkiz manat səksən beş qəpik) manat artıq ödəmə halı yaranmışdır. Qeyd etmək istəyirik ki, MEİS-in "Əmək müqavilələri" altsistemində olan məlumatlara əsasən, Y.Əliyevin cavabdehlə bağladığı əmək müqaviləsinə 3 fevral 2023-cü il tarixində xitam verilmişdir. Bildiririk ki, Əsasnamənin 119cu hissəsinə əsasən müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Əgər müavinət təyin edilərkən, yaxud da işçinin sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərilməklə sənədləri, müdriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır. Əsasnaməyə 1 nömrəli əlavənin qeydində haqq-hesab cədvəlində göstərilən məlumatlara, o cümlədən məcburi dövlət sosial sığorta haqqı hesabına verilən müavinətə və fiziki şəxslərin gəlir vergisinin hesablanmış məbləğinin dəqiqliyinə görə işəgötürən müəssisə və təşkilatın məsuliyyət daşıdığı göstərilmişdir. Əsasnamənin 116-cı hissəsinə əsasən artıq verilmiş müavinət məbləği müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulur. Hər belə halda tutulan məbləğ sığortaolunanın əməkhaqqının 20 faizindən çox olmamalıdır. Hər bir belə halda geri qaytarılası məbləğ, sığortaolunana çatası vəsaitin 20 faizindən çox olmayaraq çıxılır. Artıq ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur və Fondun hesablarına köçürülür. Əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. Göründüyü kimi, sığortaolunanın əməkhaqqından tutulma aparmaq mümkün olmadığı hallarda, qanunvericilik sığortaedənin artıq ödənilmiş məbləği sığortaolunandan könüllü və ya məhkəmə qaydasında tələb etməli olduğunu müəyyən edir. Yəni Əsasnamənin yuxarıda qeyd olunan hissəsində sığortaedənin sığortaolunandan artıq ödənilmiş məbləği tutmasının işçi işəgötürən münasibətlərinin mövcudluğundan asılı olaraq 2 fərqli üsulu göstərilir. Aydındır ki, sığortaedənin məbləği müavinət alan şəxsdən tutması üçün hər hansı təsir mexanizmi yoxdursa, məbləği könüllü tələb etməli, tələb təmin edilmədikdə məhkəmədə mülki qaydada iddia qaldırmalıdır. Məbləğin Fonda geri qaytarılması isə birmənalı olaraq müvafiq haqq-hesab cədvəllərini MElS-ə daxil edən, müavinət sənədlərini Fonda təqdim edən sığortaedənin öhdəliyidir. Belə ki, haqq-hesab cədvəllərinin MEİS-ə daxil edilməsindən sosial sığorta ödəməsinin sığortaolunanın bank hesabına köçürülməsinədək olan prosesin iştirakçıları sığortaçı və sığortaedəndir, sığortaolunan bu prosesin iştirakçısı deyil, müavinət məbləğinin hesablanmasında və daxil edilməsində hər hansı rolu yoxdur, yalnız əmək qabiliyyətinin olmaması vərəqəsini sığortaedənin mühasibatlığına təqdim etmək öhdəliyi var. Qeyd olunanlara əsasən, sığortaolunan sığortaçıya münasibətdə məhkəmə mübahisəsinin subyekti ola bilməz. Bu səbəbdəndir ki, Qanunun 29-cu maddəsinə əsasən, sosial sığorta ilə əlaqədar sığortaedənlə sığortaolunan arasında yaranan mübahisələrə Əmək Məcəlləsinə əsasən, sığortaçı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə sığortaedən arasında yaranan mübahisələrə isə bilavasitə məhkəmələrdə baxılır. Yəni sığortaçı ilə yalnız sığortaedən arasında mübahisə olduqda məsələyə məhkəmə qaydasında baxılır, sığortaçı ilə sığortaolunan arasında hər hansı qarşılıqlı fəaliyyət olmadığından aralarında mübahisə baş verməsi və mübahisənin həlli yolu nəzərdə tutulmamışdır. Cavabdeh QSC sığortaedən olduğuna görə artıq ödənilmiş müavinətin qaytarılması onun tərəfindən həyata keçirilməlidir. Məbləğin Fonda geri qaytarılması birmənalı olaraq müvafiq haqq-hesab cədvəllərini MEİS-ə daxil edən, müavinət sənədlərini Fonda təqdim edən sığortaedənin öhdəliyidir. Belə ki, haqq-hesab cədvəllərinin MEİS-ə daxil edilməsindən sosial sığorta ödəməsinin sığortaolunanın bank hesabına köçürülməsinədək olan prosesin iştirakçıları sığortaçı və sığortaedəndir. Qanunun 8-ci maddəsinə əsasən sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Bildiririk ki, Filial tərəfinən Cavabdeh QSC-yə 15 mart 2024-cü il tarixli 3-17- 1/264284/2024 nömrəli məktubla Əsasnamənin müvafiq hissələrinə istinad edilərək sifarişli poçt göndərişi ilə müraciət olunmuş, məcburi dövlət sosial sığorta haqları hesabına artıq ödənilmiş 268,85 manat məbləğində müavinətin geri qaytarılması tələb edilmişdir. Müavinət məbləğinin geri qaytarılmadığı halda qanunamüvafiq qaydada məhkəməyə müraciət ediləcəyi adıçəkilən məktubda Filial tərəfindən bildirilmiş, lakin müavinət məbləğinin geri qaytarılması bugünədək təmin edilməmişdir. Diqqətinizə çatdırırıq ki, Cavabdeh QSC 28 mart 2024-cü il tarixdə məktubu əldə etmiş, lakin məsələyə dair öz münasibətini bildirməmiş və müvafiq tədbir görməmişdir. “
4. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, "xxxx" QSC-nin təşkilati hüquqi forması xx.xx.2024-cü il tarixdə dəyişdirilərək Məhdud Məsuliyyətli Cəmiyyət olmuşdur. İddia ərizəsinə münasibətdə aşağıda qeyd olunanlara istinad edərək bildiririk ki, iddia tələbi heç bir hüquqi və faktiki əsaslara malik deyil və iddianın təmin edilməsi normativ aktların tələblərinə zidd olduğundan iddia tələbi bütövlükdə rədd edilməlidir. Hazırkı iddianın əsasını təşkil edən əsas məsələ X4 tərəfindən təqdim edilən Əmək qabiliyyətinin olmaması barədə vərəqələr əsasında onun stajının düzgün hesablanmaması və həmin vərəqələr əsasında ödənilməli olan müavinətin səhv ödənilməsidir. X3 01 avqust 2019-cu il tarixində "xxxx" MMC ilə əmək müqaviləsi bağlayaraq sürücü vəzifəsində işə qəbul edilmişdir. 02 fevral 2023-cü il tarixdə X3 "Sarvan” QSC-yə ərizə ilə müraciət edərək tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və “Sarvan" QSC-nin 03 fevral 2023-cü il tarixli 07/k saylı əmri ilə tutduğu vəzifədən azad edilmişdir. İşlədiyi müddət ərzində X3 4 dəfə SN 00007 158989, SN 00007 159030, SN 00007 649302, SN 00007 649441 nömrəli əmək qabiliyyətinin olmaması barədə vərəqələr təqdim etmişdir. Təqdim edilmiş vərəqələr üzrə işçinin əmək stajının hesablanması əmək kitabçası əsasında həyata keçirilmişdir. X1 SN 00007 158989 nömrəli vərəqə üzrə ümumi əmək stajı 11 il 9 ay 27 gün olmuş, SN 00007 159030 nömrəli vərəqə üzrə ümumi əmək stajı 11 il 10 ay 9 gün olmuş, SN 00007 649302 nömrəli vərəqə üzrə ümumi əmək stajı 13 il 1 ay 28 gün olmuş, SN 00007 649441 nömrəli vərəqə üzrə ümumi əmək stajı 13 il 3 ay 26 gün olmuşdur. Buna müvafiq olaraq SN 00007 158989, SN 00007 159030 nömrəli vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət qazancın 80 faizi miqdarı ilə, SN 00007 649302, SN 00007 649441 nömrəli vərəqələr üzrə müavinət qazancın 100 faiz miqdarı ilə hesablanmışdır. Qeyd olunduğu kimi işçinin əmək stajı əmək kitabçası əsasında hesablanmışdır. Çünki işçinin əmək stajı əmək kitabçası əsasında hesablana bilər. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmçinin işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. X1 təqdim etdiyi əmək qabiliyyətinin olmaması barədə vərəqələrə görə "xxxx" MMC tərəfindən müavinətin hesablanması ümumi əmək stajı əsasında həyata keçirilmişdir. İddia ərizəsinin əsaslandığı tələbə görə müavinətin hesablanması sosial sığorta stajına görə həyata keçirilməli idi. Aşağıda göstərilən səbəblərə görə hesab edir ki, iddia ərizəsində qeyd edilən tələb qeyri-hüquqi olmaqla təmin edilməsi mümkün deyil. Əmək qabiliyyətinin olmaması barədə vərəqədə işçinin stajının qeydiyyatı onun əmək stajı üzrə həyata keçirilir. Belə ki, əmək qabiliyyətinin olmaması vərəqəsində işçinin stajının qeyd edilməsi ''Kadrlar şöbəsi tərəfindən əmək kitabçasına əsasən doldurulur" qrafasında aparılır. Qrafanın adından məlum olduğu kimi burada staj deyildikdə işçinin əmək kitabçasına əsasən hesablanan əmək stajı nəzərdə tutulur. Yəni əmək qabiliyyətinin olmaması vərəqəsinin doldurulması üçün işçinin sosial sığorta stajının qeyd edilməsi kimi bir tələb qeyd edilməyib. Cavabdeh MMC şəxsin yalnız həmin cəmiyyətdə çalışdığı dövr üzrə sosial sığorta stajını dəqiq müəyyən edə bilər. Cavabdeh MMC-nin şəxsin bundan qabaq başqa yerlərdə işlədiyi dövr üzrə sosial sığorta stajının müddətini müəyyən etməsi mümkün deyil. Yəni şəxsin əmək müqaviləsi ola-ola onun xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilmirsə, bu o deməkdir ki, şəxsin sosial sığorta stajı hesablanmır. Çünki şəxsin başqa iş yerlərində işlədiyi dövrdə ödənişsiz məzuniyyətdə ola bilməsi və ya başqa əsaslarla onun xeyrinə məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi və nəticə olaraq sığorta stajının hesablanmaması halları ola bilər. Bu baxımdan "xxxx" MMC yalnız əmək kitabçası əsasında şəxsin əmək stajını müəyyən edə bilər. Qeyd edilən səbəb (Sosial sığorta stajını müəyyən etmənin mümkün olmaması) və Əmək qabiliyyətinin olmaması barədə vərəqənin doldurulma tələbinə görə X1 Əmək stajı '’Sarvan" MMC tərəfindən əmək kitabçası əsasında hesablanmış və müvafiq formada qeyd edilmişdir. Göründüyü kimi iddia tələbi həm qeyri qanuni, həm də heç bir hüquqi əsasa malik deyil.
5. İddiaçının cavabdehə ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-64284/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, sığortaolunan Y.Əliyevə aid əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı ********************31192 və ********************31203 nömrəli haqq-hesab cədvəlləri altsistemə daxil edilərkən müavinət məbləği sosial sığorta stajına əsasən qazancın 60 faizi miqdarında hesablanmalı olduğu halda, tərəfinizdən sığorta stajının artıq göstərilməsi nəticəsində qazancın 80 faizi, ********************490720 və ********************564115 nömrəli haqq-hesab cədvəlləri isə 100 faizi miqdarında hesablanaraq ödənişə göndərilmişdir. Bu səbəbdən Y.Əliyevə müvafiq rekvizitlər üzrə ümumilikdə ödənilmiş 771.40 manat müavinətdən artıq ödənilmiş 268,85 manat (iki yüz altmış səkkiz manat səksən beş qəpik) məbləğində müavinət tərəfinizdən Filialın xəzinə hesabına geri qaytarılmalıdır. Artıq ödənilmiş müavinətin geri qaytarılması qısa müddət ərzində təmin edilmədiyi halda qanunamüvafiq olaraq məhkəmədə iddia qaldırılacağı bildiirlmişdir.
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi.
7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) cavabdehin nümayəndəsi (vəkili) iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
8. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
9. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
10. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
12. İPM-in 34.1-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. Hazırkı iş üzrə iddiaçının tələbi artıq ödənilmiş müavinətin geri qaytarılmasıdır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin:
1. Bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir.
3. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüquqi yoxdur. Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər təyin edilərkən, sosial sığorta stajı kimi "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınır.
62. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinət aşağıdakı miqdarda verilir: qazancın 80 faizi miqdarında: 8 ildən 12 ilə qədər sosial sığorta stajı olan sığortaolunanlara; qazancın 60 faizi miqdarında: 8 ilədək sosial sığorta stajı olan sığortaolunanlara;
118. Sosial sığorta ödəmələrinin əhaliyə çatdırılması xərcləri dövlət sosial müdafiə fondunun vəsaiti hesabına aparılır.
119. Müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Əgər müavinət təyin edilərkən, yaxud da sığortaolunanın sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərilməklə sənədləri, müdiriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır.
16. Azərbaycan Respublikası “Sosial sığorta haqqında” Qanununun: 1.1.9. sığortaolunanın sığorta stajı – sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti;
17. 1.1.10. məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaiti;
18. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən:
1. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, işçinin əmək fəaliyyəti haqqında məlumatlar elektron informasiya sistemində qeydə alınır.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. İşəgötürən 5 (beş) gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlər aparmalıdır. İşçinin əmək fəaliyyəti haqqında məlumatlarda onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
19. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, üçüncü şəxs X3 cavabdehə 4 dəfə SN 00007 158989, SN 00007 159030, SN 00007 649302, SN 00007 649441 nömrəli əmək qabiliyyətinin olmaması barədə vərəqələr təqdim etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş vərəqələr üzrə işçinin əmək stajının hesablanması əmək kitabçası əsasında həyata keçirilmişdir. Üçüncü şəxsin SN 00007 158989 nömrəli vərəqə üzrə ümumi əmək stajı 11 il 9 ay 27 gün olmuş, SN 00007 159030 nömrəli vərəqə üzrə ümumi əmək stajı 11 il 10 ay 9 gün olmuş, SN 00007 649302 nömrəli vərəqə üzrə ümumi əmək stajı 13 il 1 ay 28 gün olmuş, SN 00007 649441 nömrəli vərəqə üzrə ümumi əmək stajı 13 il 3 ay 26 gün olmuşdur, müvafiq olaraq SN 00007 158989, SN 00007 159030 nömrəli vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət qazancın 80 faizi miqdarı ilə, SN 00007 649302, SN 00007 649441 nömrəli vərəqələr üzrə müavinət qazancın 100 faiz miqdarı ilə hesablanmışdır.
20. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən üçüncü şəxsin təqdim etdiyi əmək qabiliyyətinin olmaması barədə vərəqələrə görə müavinətin hesablanması ümumi əmək stajı əsasında həyata keçirilmişdir. Belə ki, cavabdeh şəxsin yalnız həmin cəmiyyətdə çalışdığı dövr üzrə sosial sığorta stajını dəqiq müəyyən edə bilər. X1 Cavabdeh MMC-dən qabaq başqa yerlərdə işlədiyi dövr üzrə sosial sığorta stajının müddətini müəyyən etmək cavabdeh tərəfindən mümkün deyil. Bu səbəbdən də sözügedən vərəqələrdə işçinin stajının qeyd edilməsi ''kadrlar şöbəsi tərəfindən əmək kitabçasına əsasən doldurulur" qrafasında aparılır.
21. Həmçinin iddiaçının nümayəndəsi məhkəmə iclasında özü təsdiq etdi ki, iddiaçı qurum tərəfindən bir qayda olaraq şəxsin sosial sığorta stajı yoxlanıldıqdan sonra ona müavinət ödənilir. Hazırkı halda iddiaçı inzibati orqanın işçisinin səhvi nəticəsində sığorta stajı yoxlanılmadan müavinət ödənilmişdir. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, işçinin sosial sığorta stajının hesablanması cavabdehin vəzifəsi olmadığı bir daha sübüta yetirilir.
22. Məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması hallarını müəyyən etməmişdir.
23. Beləliklə məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir.
24. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
25. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Ləman Musayeva