Məhkəmə qərarları › İş №2-1(112)-942/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-942/2022

06.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-942/2022 06.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X6 qızının kаtibliyi, cavabdehin nümayəndəsi Həsənov Bəbir Hüseyn oğlunun (Bakı şəhərində qeydiyyatdadır, Hüquqi Təminat İdarəsinin Gömrük orqanlarının qanunvericilik təminatı şöbəsinin baş inspektoru), üçüncü şəxsin nümayəndəsi Rüstəmli Nurani Mədəd oğlunun (Balakən rayonunda qeydiyyatdadır,böyük mütəxəssis) iştirakı ilə, iddiaçı Nəsibov Mahmudalı Yolçu oğlunun cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilməklə yeni məlumat vərəqəsinin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nəsibov Mahmudalı Yolçu oğlu cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq Azərbaycan Respublikası Prezidentinin 29.02.2016-cı il tarixli və 14.01.2017-ci il tarixli, 1207 nömrəli Fərmanlarında nəzərdə tutulan vəsaitin hesablanaraq ödənilməsi üçün onun barəsində yeni məlumat vərəqəsinin doldurularaq aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 08.01.1993-cü ildən 06.06.2006-ci ilədək Azərbaycan Respublikasının Gömrük Komitəsində müxtəlif vəzifələrdə işləmişdir. 01.01.2020-ci ildən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hesab edir ki, pensiya düzgün hesablanmamışdır. Buna görə də iddiaçı Azərbaycan Respublikası Gömrük Komitəsinə müraciət etmiş, lakin cavabdehin 13.04.2021-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Halbuki cavabdeh, Azərbaycan Respublikası Prezidentinin 25.02.2011-ci il tarixli, 388 nömrəli Fərmanı ilə gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25%-nin, 29.02.2016-ci il tarixli, 810 nömrəli Fərmanla 50%-nin, 24.01.2017-ci il tarixli, 1207 nömrəli Fərmanla 60%nin Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına nəzərdə tutulmuş əlavələr sırasına daxil edilməsi müəyyən edildiyi üçün Fərmanda nəzərdə tutulan vəsaitin hesablanaraq ödənilməsi üçün iddiaçı barəsində yeni məlumat vərəqəsinin doldurularaq aidiyyəti üzrə üçüncü şəxsə göndərilməsi öhdəliyini daşıyır. Pensiya qanunvericiliyinə əsasən təminat xərcliyi – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, xidmət illərinə görə əlavədən, artımlardan ibarət olan məbləğlərdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natura şəklində verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 25.02.2011-ci il tarixli, 388 nömrəli Fərmanı ilə gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25%-i, 29.02.2016-ci il tarixli, 810 nömrəli Fərmanla 50%-i, 24.01.2017-ci il tarixli, 1207 nömrəli Fərmanla 60%-i Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə ödənilməsi üçün ayrılması nəzərdə tutulmuşdur. İddiaçının gömrük orqanlarında xidmətinə Azərbaycan Respublikası Prezidentinin 25.02.2011-ci il tarixli, 388 nömrəli, 29.02.2016-ci il tarixli, 810 nömrəli, 24.01.2017-ci il tarixli, 1207 nömrəli Fərmanlarından əvvəl xidmətinə xitam verilmiş və təminat xərcliyinə daxil olması nəzərdə tutulmuş (müvafiq olaraq 25%, 50%, 60%) vəzifə maaşına sonrakı artımları xidmətdən buraxıldığı gün almamış və eyni zamanda qanunvericilikdə nəzərdə tutulmuş sığorta ödənişləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna köçürülməmişdir. Pensiya qanunvericiliyində göstərilən “sonrakı artımlar” müddəasi pensiya hüququ olan şəxsin vaxtı ilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissəsinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sığortasına cəlb olunmayan əlavələrə edilən artmalar nəzərə alına bilməz.Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Həsənov Bəbir Hüseyn oğlu cavabdehin etirazında göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi Rüstəmli Nurani Mədəd oğlu iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsini nəzərdən keçirərək, cavabdehin və üçüncü şəxsin nümayəndələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiа tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1957-ci il təvəllüdlüdür. Cavabdehin 13.04.2021-ci il tarixli imtina məktubuna əsasən iddiaçının müraciətinə əsasən iddiaçıya bildirilmişdir ki, onun xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İddiaçının hərbi biletinin surətinə əsasən iddiaçı 03.06.1975-ci ildən 16.06.1977-ci ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçının əmək kitabçasının surətinə əsasən iddiaçı 09.01.1975-ci ildən 17.03.1975-ci ilə qədər, 01.08.1977-ci ildən 15.10.1977-ci ilə qədər, 02.12.1977-ci ildən 10.07.1978-ci ilə qədər, 14.04.1979-cu ildən 02.07.1979-cu ilə qədər, 16.10.1980-cı ildən 04.06.1981-ci ilə qədər, 01.11.1982-ci ildən 07.09.1983-cü ilə qədər, 01.06.1984-cü ildən 22.08.1984-cü ilə qədər,08.05.1985-ci ildən 02.01.1989-cu ilə qədər, 02.01.1989-cu ildən 20.09.1990-cı ilə qədər,22.11.1990-cı ildən 30.08.1991-ci ilə qədər,02.09.1991-c ildən 04.01.1993-cü ilə qədər müxtəlif müəssisələrdə və təşkilatlarda işləmişdir,08.01.1993-cü ildən 06.06.2006-cı ilə qədər isə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə xidmət etmişdir, 06.06.2006-cı ildə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 4-ci bəndinə əsasən iddiaçının xidmətinə xitam verilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi iddiaçının pensiya işində olan cavabdehin təqdim etdiyi məlumat vərəqinə əsasən iddiaçının iş stajı 10 il 4 ay 24 gün, təqvim üzrə xidmət illəri 15 il 4 ay 23 gün, cəmi iş stajı və xidmət illəri 25 il 9 ay 17 gün, pul təminatında vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə və ərzaq payı, cəmi pul təminatı 552,80 manat göstərilmişdir,iddiaçı üçüncü şəxsə 06.12.2019-cu ildə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş və ona məlumat vərəqində göstərilmiş 552,80 manat təminat xərcliyi əsas götürülməklə 308.19 manat pensiya təyin edilmişdir. Hazırda iddiaçı Nəsibov Mahmudalı Yolçu oğlu Azərbaycan Respublikası Prezidentinin 29.02.2016-ci il tarixli, 810 nömrəli Fərmanı ilə gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50%-nin, 24.01.2017-ci il tarixli, 1207 nömrəli Fərmanı ilə isə 60%-nin Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına nəzərdə tutulmuş əlavələr sırasına daxil edilməsi əsası ilə Fərmanda nəzərdə tutulan vəsaitin hesablanaraq ödənilməsi üçün iddiaçı barəsində yeni məlumat vərəqəsinin tərtib olunaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə həvalə edilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qaydaların 6-cı bəndinə əsasən əmək pensiyaçısının təminat xərcliyinə daxil olan vəzifə və rütbə maaşında, vəzifə maaşından hesablanan əlavələrdə, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyasında artımlar (büdcədənkənar vəsaitlər hesabına müəyyən edilən artımlar istisna olmaqla) baş verdikdə onun əmək pensiyası Fond tərəfindən yenidən hesablanır. Göründüyü kimi qeyd edilən normalarda qanunverici təminat xərcliyinin nədən ibarət olmasını və təminat xərcliyinin hesablanma qaydasını dəqiq müəyyən etmişdir və təminat xərcliyinə daxil olan məbləğlərə büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələrin və digər ödənişlərin daxil olmadığını dəqiq göstərmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçının gömrük orqanlarında xidmətinə 2006-cı ildə xitam verilmişdir, iddiaçının istinad etdiyi Azərbaycan Respublikasının Prezidentinin 29.02.2016-ci il tarixli, 810 nömrəli, 24.01.2017-ci il tarixli, 1207 nömrəli Fərmanlarında nəzərdə tutulan əlavələr iddiaçının dövlət orqanlarında xidmətinə xitam verildikdən bir neçə il sonra ödənilməyə başlanmış, iddiaçı xidmət edən zaman iddiaçıya ödənilməmişdir və iddiaçı da təbii ki, həmin əlavələrdən məcburi dövlət sosial sığorta haqları ödəyə bilməzdi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarında əks olunan mövqedə göstərilir: “... göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi;əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması.Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.”... Belə olan halda cavabdeh tərəfindən iddiaçı barədə məlumat vərəqi tərtib edilərkən təminat xərcliyinə büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələrin və digər ödənişlərin daxil edilməməsilə iddiaçının hər hansı bir subyektiv hüququnun pozulması, cavabdehin qanun pozuntusuna yol verməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İPM-nin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçı Nəsibov Mahmudalı Yolçu oğlunun cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı Azərbaycan Respublikası Prezidentinin 29.02.2016-cı il tarixli və 14.012017-ci il tarixli, 1207 nömrəli Fərmanlarında nəzərdə tutulan vəsaitin hesablanaraq ödənilməsi üçün onun barəsində yeni məlumat vərəqəsinin doldurularaq aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı Nəsibov Mahmudalı Yolçu oğlunun cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı Azərbaycan Respublikası Prezidentinin 29.02.2016-cı il tarixli və 14.012017-ci il tarixli, 1207 nömrəli Fərmanlarında nəzərdə tutulan vəsaitin hesablanaraq ödənilməsi üçün onun barəsində yeni məlumat vərəqəsinin doldurularaq aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar