Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-942/2024 26.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X1 nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X6 inzibati məhkəmə icraatına zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb olunmaqla “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 adına verilmiş Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov 2F ünvanında yerləşən, yaşayış sahəsi 33.95 kv. metr olan ev və torpaq sahəsi 0.104 ha olan torpaq sahəsinə dair mülkiyyət hüququ verən EX seriyalı ******* nömrəli Çıxarışın qismən ləğv edilməsi, ümumi keçidin bağlanması ilə nəticələnən 0.02 ha torpaq sahəsinin X1 mülkiyyətindən çıxarılması barədə öhdəliyin cavabdeh təşkilat olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində olan Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini ((bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) və üçüncü şəxs qismində X3 göstərməklə, məhkəmədən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə X2 məxsus olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov 2F ünvanında yerləşən, yaşayış sahəsi 33.95 kv. metr olan evə və həmin evin yerləşdiyi 0,104 ha-dan ibarət olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində 431 nömrəli reyestr kitabının 40381 nömrəli vərəqində aparılmış ********* qeydiyyat, **********71-10301 reyestr nömrəli qeydiyyatın 0,02 ha torpaq sahəsinə dair hissədə ləğv olunması barədə öhdəliyin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən EX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov 2F ünvanında yerləşən, yaşayış sahəsi 33.95 kv. m. olan ev və sahəsi 0.104 ha olan torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. Oeyd olunan torpaq sahəsi X1 mülkiyyətinə verilərkən Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən kobud səhvə yol verilmiş yaşayış məntəqələri torpaqlarına aid olan ümumi istifadədə olan ərazi və nəqliyyat üçün nəzərdə tutulan yol X1 mülkiyyətinə verilmişdir. Bununla da həm onun həm də digər qonşuların ümumi yoldan istifadə etmələri məhdudlaşdırılmışdır. Bu fakt xx.xx.2018-ci il tarixli “Yanğın-texniki müayinə aktı” ilə təsdiqini tapır. Mübahisəli torpaq sahəsi Sabunçu rayon Bələdiyyəsinin mülkiyyətində olmasına baxmayaraq həmin torpaq sahəsi mövcud qanunvericiliyə zidd şəkildə X1 mülkiyyətinə verilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, X6 zəruri cəlb etmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. xx.xx.2023-cü il tarixdə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə daxil olmuşdur. Cavabdehin etirazları: Etirazda göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə idarəyə müraciət etmiş cavab məktubu almadan məhkəməyə müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması xahiş olunmuşdur. Üçüncü şəxs X1 iddia tələbinə dair yazılı münsaibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin təmin etmədiyindən və gəlmədiyi barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil izahatlarında iddianı müdafiə edərək, və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş edilər. Üçüncü şəxs X1 nümayəndəsi X16 izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın əsassız olduğu üçün təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2005-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus 0,041714 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 73,6 kv. m. olan fərdi yaşayış evi xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 201 nömrəli reyestr kitabının 18581 nömrəli vərəqində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixli “Yanğın-texniki müayinə” aktında (surətində) qeyd olunmuşdur ki, aktı imza edənlər: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarti Xidmətinin 4-cü ərazi DYNİ-nin, X17 şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru Ədalət Kərimov, həmin şöbənin inspektoru. daxili xidmət kapitanı Əlipaşa Əskərli və Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsinin müavini Emil Əhmədovun iştirakı ilə birlikdə ünvan 4 ünvanında yaşayan İddiaçı tərəfindən Fövqəladə Hallar Nazirliyinin X17 Xidmətinin 4-cü ərazi DYNİ-nə daxl olmuş xx.xx.2018-ci il tarixli, A-0035 №-li şikayət ərizəsinin araşdırılması məqsədilə həmin ünvanda oldular və yanğın-texniki müayinə keçirərək, mövcud vəziyyəti səciyyələndirən fotoşəkil çəkərək akt tərtib etdilər.Vətəndaş İddiaçı müraciətində bildirmişdir ki, yaşadığı fərdi yaşayış evinə gedən avtomobii yolunun bir hissəsinin qonşuluqda yaşayan Bəndalı Əliyev Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən (Seriya RX № 1270830, xx.xx.2018-ci il tarixli) bağ sahəsi kimi istifadə edərək və həmin torpaq sahəsini metal tor ilə hasara alaraq zəbt etmişdir. Bu səbəbdən həmin ünvanda yerləşən evlərdə baş verə biləcək yanğın və fövqəladə hadisələr zamanı küçəyə yanğın avtomibillərinin və digər avtomobillərin gediş-gəlişini məhdudlaşdırmışdır. Müraciətdə qeyd olunan fakt öz əksini tapdı. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********33 №-li, xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 6 ünvanında yerləşən əmlaka dair verilmiş çıxarışın və texniki pasportun natura ilə yerində üst-üstə düşüb-düşməməsi ilə bağlı müraciətinə baxılmışdır. Tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********3 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş: JN-14009H; KOD 00500016 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən müəyyən olunur ki, qeyd olunan şəhadətnamə X4 və onun ailə üzvlərinə veilib ona görə N saylı hərbi hissənin mənzil komissiyasının yığıncağının xx.xx.1999-ci il tarixli 27 saylı protokolu və Bakı şəh. İH-nin Tİ və MHQİ-nin xx.xx.2004-cü il tarixli ÖM seriyalı 194121 saylı Qeydiyyat vəsiqəsi ilə 0,1050 hektar torpaq sahəsi (ünvan 7 ünvanda yerləşən) fərdi yaşayış evi tikintisi üçün onun mülkiyyətinə verilib. AN-İ seriyalı ******* №-li Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, X6 ünvan 8 ünvanında 0,104 ha torpaq sahəsində yerləşən 34 kv.m., olan fərdi yaşayış evini X8 və qeyr. alqı-satqı yolu ilə almışdır. Müqavilənin 2-ci bəndində göstərilmişdir ki, satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədlərə əsasən Satıcılara məxsusdur: - ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018ci il tarixdə X5 verilmiş **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 34 kv.metr. - ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018ci il tarixdə X8, X7, X9, X10, X12 və X13 verilmiş **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyət üzrə 0,104 ha. “Fərdi yaşayış evi”nə dair xx.xx.2018-ci il tarixdə tərtib olunmuş **********71-10301 reyestr №-li, texniki pasportun surətindən müəyyən olunur ki, X2 məxsus ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə ölçüsü 0.104 ha, faktiki sahəsi 0.104 ha, tikinti altı sahə 0.00738 ha, digər sahələr 0.09662 ha qeyd olunmuşdur. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 9 ünvanında yaşayış mətəqələrinin torpaqlarına aid 0,104 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 33,95 kv.m olan fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 431 nömrəli reyestr kitabının 40381 nömrəli vərəqində X1 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********50 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evinə dair X1 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı müraciətinə baxılmışdır. Qeyd olunan ünvanda yerləşən daşınmaz əmlaka dair dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən məhkəmə qaydasında həll edilə bilər. Hazırki mübahisənin həlli ilə bağlı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə müvafiq ekspertiza təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, sonuncu tərəfindən verilmiş 3-16-16/2-10/5446 №li 10 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspert DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Fərman Zeynalovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıda qeyd olunan nəticəyə gəlmişdir: - Göstərilən torpaq sahəsi faktiki olaraq 0,104 ha təşil edir. Torpaq sahəsinin üzərində ümumi sahəsi 33,95 kv. metr olan fərdi yaşayış evi mövcuddur. Qeyd olunan torpaq sahəsi və üzərində mövcud olan fərdi yaşayış evi **********71-10301 reyestr nömrəsi ilə X1 adına vahid əmlak kimi qeydiyyatdan keçmişdir (xüsusi mülkiyyətdədir). Əlavə olaraq bildirilmişdir ki, torpaq sahəsinin mülkiyyətə verilməsinə əsas olmuş JN- 14009H; kod 00500016 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə sahə 0,105 ha kimi göstərilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən fərdi yaşayış evinə dair verilmiş texniki pasportla ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin perimetrik ölçüsü arasında perimetrik ölçü və konfiqirasiya fərqi mövcuddur. Belə ki, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən torpaq sahəsinin bir hissəsi azalaraq yol üçün verilmiş, digər tərəfdən isə artırılıb. - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* nömrəli Çıxarışın verilməsinə əsas olan xüsusi mülkiyyət hüququ ilə X1 adına Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov 2 F ünvanında yerləşən, yaşayış sahəsi 33,95 kv. metr olan evə və həmin evin yerləşdiyi 0,104 ha-dan ibarət olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində 431 nömrəli reyestr kitabının 40381 nömrəli vərəqində aparılmış **********71-10301 reyestr nömrəli ********* qeydiyyat həmin ərazidə olan ümumi yoldan üçüncü şəxslərin istifadə etmələrini məhdudlaşdırmır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır (16.1); Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (16.6.). Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İnzibati-Prosessual Məcəllə: 58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...
68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiçının hüquqi marağı X1 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov 2F ünvanında yerləşən evə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə aparılmış qeydiyyatın 0,02 ha torpaq sahəsinə dair hissədə ləğv olunmasından ibarətdir ki, iddiaçı qeyd olunan tələbini cavabdeh inzibati orqan tərəfindən müvafiq qeydiyyatın aparılarkən səhvə yol verildiyi, yaşayış məntəqələri torpaqlarına aid olan ümumi istifadədə olan ərazinin və nəqliyyat üçün nəzərdə tutulan yola dair həmin şəxsin mülkiyyət hüquqlarının qeydə alındığını, bununla da həm onun həm də digər qonşuların ümumi yoldan istifadə etmələrinin məhdudlaşdırıldığı ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruru hesab edir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. İş üzrə verilmiş ekspert rəyindən də göründüyü kimi vahid elektron kadastr baza məlumatlarına əsasən fərdi yaşayış evinə dair verilmiş texniki pasportla ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin perimetrik ölçüsü arasında perimetrik ölçü və konfiqirasiya fərqi mövcuddur. Belə ki, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən torpaq sahəsinin bir hissəsi azalaraq yol üçün verilmiş, digər tərəfdən isə artırılıb. Beləliklə, işin araşdırılan hallarından da göründüyü kimi, cavabdeh inzibati orqan qanunla üzərinə qoyulmuş vəzifələrə uyğun olaraq sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etmişdir ki, bu zaman qeydə alınmış torpaq sahəsinin ölçüsündə hər hansı bir artırmaya yol verilməmişdir. Bununla yanaşı məhkəmə araşdırması zamanı ekspert rəyinə əsasən X1 adına Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov 2 F ünvanında yerləşən, yaşayış sahəsi 33,95 kv. metr olan evə və həmin evin yerləşdiyi 0,104 ha-dan ibarət olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın həmin ərazidə olan ümumi yoldan üçüncü şəxslərin istifadə etmələrini məhdudlaşdırmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, hazır iddia təmin oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev