Məhkəmə qərarları › İş №2-1(112)-9425/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9425/2025

02.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9425/2025 02.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsi, ev 5 ünvanında yerləşən 16 saylı mənzilə dair onunla daimi kirayə müqaviləsinin bağlanması ilə bağlı sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri X4 “Azərbaycannəqliyyatyoltikinti” Birliyində işləmiş və ona vaxtilə Nizami rayon XDS-nin (indiki Nizami RİH) xx.xx.1989-cu tarixli, 13/1587 qərarı və müvafiq olaraq xx.xx.1989-cu il tarixi 039313 nömrəli order əsasında hal-hazırda yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsi, ev 5 ünvanında yerləşən 16 saylı mənzil verilmişdir. Əri iş yerində istehsalat qəzası zamanı 1990-cı ildə vəfat etmişdir. Əri işlədiyi “Azərbaycannəqliyyatyoltikinti” Birliyinə müraciəti əssında həmin müəssisə tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli məktubda əri X2 ölümü ilə əlaqədar olaraq Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsasən yuxarıda göstərilən mənzilin şəxsi hesabının onun adına keçirilməsinə razılıq verildiyi qeyd olunmuşdur. Mərhumun ailə üzvləri kimi o və qızı X6 həmin mənzildə bu günə kimi yaşayırlar. Bu yaxınlarda mənzilin özəlləşdirilməsi ilə bağlı Daşınamz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, həmin İdarə tərəfindən ona verilmiş xx.xx.2025-ci il tarixli məktubla mərhumun vərəsəsi kimi mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında müvafiq icra hakimiyyəti orqanının sərəncamını təqdim edəcəyi təqdirdə məsələyə müvafiq qaydada müsbət baxılacağı bildirilmişdir. Buna görə də, onunla kirayə müqaviləsinin bağlanması zərurəti yaranmışdır. Daha sonra o, ərizə ilə cavabdehə müraciət edərək mübahisəli mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsini qəbul etsə də, cavabdeh xx.xx.2025-ci il tarixli məktubla onun kirayə müqaviləsinin bağlanmasından imtina etmiş, ərizəsində qeyd olunan orderin Nizami rayon İcra Hakimiyyəti tərəfindən verildiyini bildirərək mənzilə dair kirayə müqaviləsinin bağlanması ilə bağlı sərəncam verilməsinin səlahiyyətləri xaricində olduğu, qeyd olunan məsələ ilə bağlı Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti və ya müvafiq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Daha sonra eyni məzmunlu ərizə ilə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Həmin İcra Hakimiyyətindən ona verilmiş xx.xx.2025-ci il tarixli məktubda isə Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsi, ev 5 ünvanında yerləşən 16 saylı mənzilin hazırda Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin balansına verildiyindən aidiyyəti üzrə Cavabdehnə müraciət etməsi bildirilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət təqdim edilməmişdir.

4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

6. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 039313 nömrəli orderə əsasən ünvan 2 ünvanında yerləşən 16 nömrəli, 1-ci blok, 6cı mərtəbə, 1 otaqlı, sahəsi 17.42 kv.m olan mənzil 1 nəfər (özü) ailə tərkibi ilə X3 verilmişdir. Orderin verilməsinə əsasən Nizami rayon İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli, 13/1587 nömrəli qərarı olmuşdur.

7. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respubliksı Dövlət Arxivinin Bakı Filialı tərəfindən 15 may 2025-ci il tarixli, 3-48-2F/2-986/2025 nömrəli məktubla Nizami rayon XDS İK-nin arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli, 13/1587 saylı qərarı məhkəməyə təqdim edilmişdir.

8. 3 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışa əsasən ünvan 3 ünvanında İddiaçı xx.xx.2005-ci il tarixdən qeydiyyatdadır. Həmin ünvanda qeydiyyatda olan digər şəxs isə xx.xx.1990-cı il təvəllüdlü X6 olmuşdur.

9. Lənkəran şəhər VVAQ Şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş V-ЖГ seriyalı, 254450 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnaməyə əsasən X4 ilə X1 xx.xx.1989-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar.

10. Bakı şəhər Oktaybr rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş İV-ЖГ nömrəli, 283726 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X4 xx.xx.1990-cı il tarixdə ölmüşdür. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1990-cı il tarixdə, 781 nömrə ilə qeyd edilmişdir.

11. 3 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat ofisinin Xüsusi notariusu tərəfindən təsdiq edilmiş **********666 nömrəli ərizəyə əsasən ünvan 3 ünvanında qeydiyyatda olan X6 qeydiyyatda olduğu mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir.

12. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli, 5-21/2-F-6-068/2025 nömrəli məktubla bildirilmişdir ki, ərizədə qeyd olunan order Nizami rayon İcra Hakimiyyəti tərəfindən verildiyindən həmin mənzilə dair onunla daimi kirayə müqaviləsi bağlanması ilə bağlı sərəncam verilməsi Cavabdeh səlahiyyətləri xaricindədir. Qeyd olunan məsələ ilə əlaqədar Nizami rayon İcra Hakimiyyəti və ya müvafiq məhkəməyə müraciət eməsi tövsiyə olunur.

13. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-16/2-F-5-091/2025 nömrəli məktubla bildirilmişdir ki, kirayə müqaviləsinin bağlanılması mənzil hazırda Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin balansına verildiyindən aidiyyəti üzrə Cavabdehnə müraciət edə bilər.

14. “Azərbaycannəqliyyatyoltikinti” Sənaye-Tikinti Birliyi tərəfindən iddiaçıya ünvanlanmış 23 nömrəli, xx.xx.1993-cü tarixli məktuba əsasən bildirilmişdir ki, əri X2 ölümü ilə əlaqədar olaraq Mənzil Məcəlləsinin 65-ci maddəsinə əsasən yuxarıda göstərilən mənzilin şəxsi hesabının onun adına keçirilməsinə razılıq verirlər.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Nizami rayon XDS İKnin xx.xx.1989-cu il tarixli, 13/1587 saylı qərarı əsasında Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 039313 nömrəli orderə əsasən ünvan 5 ünvanında yerləşən 16 nömrəli, 1-ci blok, 6-cı mərtəbə, 1 otaqlı, sahəsi 17.42 kv.m olan mənzil 1 nəfər (özü) ailə tərkibi ilə “Azerbaycannəqliyyatyoltikinti” Birliyində işləmiş X3 verilmişdir. İddiaçının əri X4 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. İddiaçı ərinin ölümündən sonra mənzilin adına keçirilməsi ilə bağlı “Azerbaycannəqliyyatyoltikinti” Sənaye-Tikinti Birliyinə müraciət etmiş və Birlik tərəfindən xx.xx.1993-cü tarixli məktubla mənzilin iddiaçının adına keçirilməsinə etiraz edilmədiyi bildirilmişdir. İddiaçı həmin mənzilə dair kirayə müqaviləsinin adına bağlanılması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən mənzilə dair verilmiş orderin Nizami rayon İcra Hakimiyyəti tərəfindən verilməsinə istinad edilməklə imtina edilmişdir. Bundan sonra iddiaçı müvafiq ərizə ilə Nizami rayon İcra Hakimiyyətinə müraciət etsə də, sonuncu tərəfindən mənzilin hazırda Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin balansına verildiyindən aidiyyəti üzrə Cavabdehnə müraciət edilməsi bildirilmişdir.

22. Məhkəmə hesab edir ki, iddiaçının mərhum ərinə mənzil sahəsinin ayrılması barədə Nizami rayon İcra Hakimiyyətinin qərarı və onun əsasında verilmiş mənzil sahəsinə köçməyə əsas verən order ləğv edilmədiyindən, etibarsız sayılmadığından və geri çağırılmadığından hüquqi cəhətdən etibarlıdır və iddiaçı mübahisəli mənzildə faktiki olaraq həmin mənzil onlara ayrıldığı tarixdən, yəni 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də, həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir.

23. Belə ki, Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 83-cü maddəsinə görə SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsinin icra müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Sözügedən Məcəllənin 53-cü madəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəziflərinə onlar da malik olurlar.

24. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinin 4.0.2-ci bəndiə əsasən müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müüqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən kirayəçinin mülki-hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur.

24. Qanunvericiliyin tələblərindən göründüyü kimi, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar vəfat etdiyi təqdirdə onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinnin mənzilin kirayəçisi kimi tanınmasını tələb etmək hüququ vardır. İşin hallarından göründüyü kimi, iddiaçının əri vəfat etmiş və hazırda iddiaçı kirayəçinin ailə üzvü kimi mənzilə dair kirayə müqaviləsinin onun adına bağlanmasını tələb etmək hüququ vardır. Hazırda mənzildə iddiaçı ilə onun qızı yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayır və iddiaçının qızı notarial qaydada razılıq ərizəsi verərək mənzilə dair kirayə müqaviləsinin iddiaçının adına bağlanılmasına etiraz etmir.

25. Cavabdehin imtinasının dəlillərinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli mənzilə dair müvafiq sərəncam və order mənzil sahəsi iddiaçıya ayrılan zaman Nizami rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilsə də, hazırda mübahisəli mənzilin yerləşdiyi bina Bakı şəhəri Cavabdeh balansında olduğundan mübahisəli mənzilə dair kirayə müqaviləsinin bağlanması üzrə səlahiyyətli orqan Bakı şəhəri Cavabdeh müəyyən olunmalıdır.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsi, ev 5 ünvanında yerləşən 16 saylı mənzilə dair İddiaçı ilə kirayə müaviləsinin bağlanması öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar