Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9430/2021 30.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi İddiaçı (ünvan 1 ünvanında qeydiyyatdadır) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X5, X7, X8, X3, X9, X4, X10 və X2 cəlb olunmaqla) qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X5, X7, X8, X3, X9, X4, X10 və X1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs., Rəşid İsmayılov küçəsi 7 saylı evin 32 saylı mənzilindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 7 saylı evin 32 saylı mənzili bağışlanma müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Mənzildə qeydiyyatda olan şəxslər onun mülkiyyətində olan mənzildən 2020-ci ilə kimi qeydiyyatdan çıxacaqlarını bildirsələr də, əsassız olaraq qeydiyyatdan bu günə kimi çıxmamışdırlar ki, bu da onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılmasına gətirib çıxarmışdır. İddiaçı onların yerinə kommunal xərcləri ödəmək məcburiyyətində qalıb. İddiaçı X5, X7, X8, X3, X9, X4, X10 və X2in həmin evdən qeydiyyatdan çıxarılması üçün Binəqədi Rayon Polis İdarəsinə müraciət etsə də onların həmin evdən qeydiyyatdan çıxarılmasından imtina edilmiş bu barədə rəsmi məktub da verilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişi üçüncü şəxslərin qeydiyyatda olduqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsində yerləşən 7 saylı evin 32 saylı mənzilinə göndərilmiş, lakin həmin bildirişlər poçt idarəsi tərəfindən zərfin üzərində qeydlər aparılaraq qeyd olunaraq məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 13 oktyabr 2009-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs.,Rəşid İsmayılov küçəsiində istifadədə olan 0,072 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 5 mərtəbəli binada 32,47 kv.m ümumi, 16,74 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 32 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 1024 nömrəli kitabının 92177 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 059-25147M-3221 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, X5, X7, X8, X3, X9, X4, X10 və X2in ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması ilə əlaqədar “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü X5, xx.xx.1985-ci il təvəllüdlü X7, xx.xx.1993-cü il təvəllüdlü X8, xx.xx.1963-cü il təvəllüdlü X3, xx.xx.1961-ci il təvəllüdlü X9, xx.xx.2000-ci il təvəllüdlü X4, xx.xx.2002-ci il təvəllüdlü X10 və xx.xx.1964cü il təvəllüdlü X2, İddiaçı mülkiyyətçisi olduğu ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması dövründə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs., Rəşid İsmayılov küçəsi ev 7 ünvanında yerləşən 32 saylı mənzilin hal-hazırda kimin mülkiyyətində olmasına dair məlumatın, həmçinin İddiaçının adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* saylı **********16-05101-093021 reyestr nömrəli çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yannda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim olunan 02 sentyabr 2009-cu il tarixli, mənzilin bağışlanması müqaviləsindən görünür ki, X9 Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqları Qeydiyyatı İdarəsi tərəfindən verilmiş reyestr kitabı 342, vərəq 49357, qeydəalma 30/12880, xx.xx.2001-ci il tarixli çıxarışa və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi 11/16590 saylı, xx.xx.2009-cu il tarixli arayışına əsasən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəs., R.İsmayılov küçəsi ev 7-də yerləşən yaşayış sahəsi 16,74 kv.m, ümumi sahəsi 32,47 kv.m ibarət 1 (bir) otaqlı 32 saylı mənzili qardaşı İddiaçı İşlas oğluna bağışlamışdır. Beləliklə işin hallarından görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçıya qeyd olunan fərdi yaşayış evi qardaşı bağışlayıb. İş üzrə üçüncü şəxslər X5, X7, X8, X3, X9, X4, X10 və X2 onun qohumlarıdır. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bu da həmin şəxsin ona məxsus mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, X5, X7, X8, X3, X9, X4, X10 və X2 iddiaçıya məxsus ünvan 3 ünvanında yaşamadığı halda üçüncü şəxslərin həmin ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxslərin ünvan 4 ünvanında olan 32 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddiası təmin edilsin. 3-cü şəxslər X5, X7, X8, X3, X9, X4, X10 və X1 ünvan 3 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-9430/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9430/2021
30.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver