Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9430/2023 07.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: N.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N92-ci ildə Binəqədi RHK tərəfindən hərbi xidmətə çağırılaraq hərbi xidmətdə böyük şücaətlər göstərmişdir. Lakin N93-cü ildə döyüş zonasında hərbi xidmət keçərkən sol əlin N barmağının dəlib keçən qəlpə yarası və hava kontuziyası nəticəsində sağ qulağın təbii pərdəsinin cırılması və pışıltı nitqini AD-İm, AS-6 m qavraması ilə nəticələnən xəsarətlər almışdır. Hazırda barmaqları işləmir və səhhətində ciddi probləmlər vardır. Aldığı xəsarətlər hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, arxivdə döyüşlərdə iştirak etməyi və yaralanmağı ilə bağlı müvafiq əmrlər və məlumatlar olsa da, N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar olunmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, MNnin Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarında Müdafiə Nazirliyinin xx.xx.N94-cü il tarixli 2N45 saylı nömrəli arayışlarına istinad olunmuşdur. N nömrəli hərbi hissə komandirinin yanvar - dekabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumatın aşkar olunmaması isə iddiaçıdan asılı olan hal deyil. İddiaçı N94-cü ilədək hərbi xidmət keçərək cəsarətlə döyüşmüşdür. Hərbi biletində xx.xx.N93-cü ildən 25 yanvar N94-cü ilədək Füzuli rayon istiqamətində gedən döyüşlərdə iştirak etməyi ilə bağlı qeydlər vardır. Füzuli rayon istiqamətində iddiaçı ilə birgə döyüşən döyüş yoldaşlarına bu status verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, proses iştirakçılarına iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Yazılı etirazda bildirilmişdir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, Qarabağ döyüşlərdə iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Buna etiraz olaraq bildirilir ki, Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90- NNN QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «N88ci il fevralın N-dən N9N-ci il oktyabrın 9-dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə-Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N9N-ci il oktyabrın 9-dan N94-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin N-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Belə ki, Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-4997 nömrəli arayışına əsasən İddiaçı xx.xx.N93-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Buna görə də, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarı əsaslı olmuşdur. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (təxris olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddianın əsassız olduğundan təmin edilməməsi xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-cü il tarixli, 4/39725 nömrəli imtina məktubunda bildirilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-4997 nömrəli arayışına əsasən xx.xx.N93-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya ünvanladığı məktubu ilə bildirilmişdir ki, Oktyabr RHK-dan təcili həqiq hərbi xidmətə çağırılmış, xx.xx.N72-ci il təvəllüdlü XN N №-li hərbi hissə komandirinin N aprel N92-ci il tarixli 23 №-li əmrilə (əsas: § N.2, səh 24, əmrdə adı "Qabil” yazılmış, əmr rus əlifbası ilə qeyd edilmişdir) xx.xx.N92-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin N may N92-ci il tarixli 37 №-li əmrilə X2 (əsas: § N, sıra 6, əmrdə adı “Qabil” və atasının adı "Məmməd" yazılmışdır, əmr rus əlifbası ilə qeyd edilmişdir) Füzuli rayonu döyüş əməliyyatları bölgəsinə göndərilərək, qazan təminatından çıxarılmaqla 3 (üç) günlük quru ərzaqla təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin N iyun N92-ci il tarixli 42 №-li əmrilə İ MAB-ün 3KB- si, baş çavuş XN (əsas: § N.6, səh N02, əmrdə adı "Qabil" və hərbi rütbəsi "baş çavuş" yazılmışdır, əmr rus əlifbası ilə qeyd edilmişdir) xx.xx.N92-ci il tarixdən Füzuli rayonu döyüş əməliyyatları bölgəsindən döyüş tapşırıqlarını yerinə yetirərək gəlmiş hesab edilmişdir. 0N.08.92-3N.08.92-ci il tarixlərdə döyüş tapşırıqlarını yerinə yetirmiş, İ MAB-ün 3KB-Sİ, kiçik çavuş XN N №-li hərbi hissə komandirinin N sentyabr N92-ci il tarixli 70 №-li əmrilə (əsas: § 8, səh N52, sıra 52, əmrdə soyadı "Mahmudv”, adı "Qabil”, hərbi rütbəsi "kiçik çavuş" yazılmışdır, əmr rus əlifbası ilə qeyd edilmişdir ) Füzuli rayonu döyüş əməliyyatları bölgəsindən gəlmiş hesab edilmişdir. 0N.09.92-30.09.92-ci il tarixlərdə döyüş tapşırıqlarını yerinə yetirmiş, MAB-ün 3KB-si, çavuş XN N №-li hərbi hissə komandirinin N oktyabr N92-ci il tarixli 89 №-li əmrilə (əsas: § 2, səh N88, sıra 34, əmrdə adı "Qabil”, hərbi rütbəsi "çavuş” yazılmışdır, əmr rus əlifbası ilə qeyd edilmişdir) Füzuli rayonu döyüş əməliyyatları bölgəsindən gəlmiş hesab edilmişdir. 0N.N0.92 - 3N.N0.92-ci il tarixlərdə döyüş tapşırıqlarını yerinə yetirmiş, İ MAB-ün 3KB-si, sıravi XN N №-li hərbi hissə komandirinin N noyabr N92-ci il tarixli N03 №-li əmrilə (əsas: § N, səh 69, sıra 32, əmrdə adı "Qabil", hərbi rütbəsi "sıravi" yazılmışdır, əmr rus əlifbası ilə qeyd edilmişdir) Füzuli rayonu döyüş əməliyyatları bölgəsindən gəlmiş hesab edilmişdir. N №-li hərbi hissənin xx.xx.N93-xx.xx.N93-cü il tarixli Yaralananların qeydiyyatı kitabında (əsas: səh 99, sıra 88) xx.xx.N93-xx.xx.N93-cü il tarixlərdə hərbi hissənin Tibb bölüyünə daxil olmuş yaralananların siyahısında N №-li hərbi hissənin hərbi qulluqçusu İddiaçı xx.xx.N93-cü il tarixdə döyüşdə "Sol əlin N (bir) barmaq dəlib keçən güllə yarası” alması barədə məlumat vardır. xx.xx.N93-cü il tarixdə hərbi hospitaldan qayıtdığı üçün N MAT-un çavuşu XN N №li hərbi hissə komandirin əmrilə (əsas: § 2, səh 374, sıra N, əmrdə adı "Qabil", hərbi rütbəsi "çavuş" yazılmışdır, əmr rus əlifbası ilə qeyd edilmişdir) qazan təminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin yanvar-dekabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarından görünür ki, Binəqədi RHK tərəfindən N92-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.N93cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanma-diaqnoz: "Sol əlin İ barmağının dəlib keçən odlu silah qəlpə yaralanması, sümüyün zədələnməsi ilə" xx.xx.N94-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş travma-diaqnoz: "Hava kontuziyası nəticəsində sağ qulağın təbil pərdəsinin cırılması, pıçıltı nitqini AD-'İ m, AS-6 m qavraması ilə” xx.xx.N94-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi-diaqnoz: "Sağ qulağın təbil pərdəsinin quru perforasiyası pıçıltı nitqini AD-Nm, AS-6 m qavraması ilə” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin xx.xx.2022-ci il tarixli 8 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli 36 nömrəli arayışı, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.N93-cü il tarixli N625 nömrəli, xx.xx.N94-cü il tarixli NN68 nömrəli, xx.xx.N94-cü il tarixli 2N45 nömrəli arayışları, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. - İddiaçıya məxsus SX seriyalı ******* №-li xx.xx.2022-cü il tarixli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.N90-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. xx.xx.N93-cü il tarixdən xx.xx.N94-cü il tarixədək Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2023-ci il tarixli 3N39 nömrəli məktubu ilə bildirilmişdir ki, xx.xx.N93-cü il və xx.xx.N93-cü il tarixlərdə vətəndaş İddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətlənməsi barədə adına tərtib olunmuş arayış göndərilir. Əlavə olaraq N94-cü il tarixdə vətəndaş İddiaçı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olması barədə X5 saxlanılan arxiv sənədləri bazasında məlumat aşkar edilmədi. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2023-ci il tarixli 3N39 nömrəli arxiv arayışı ilə bildirilmişdir ki, vətəndaş İddiaçı həqiqətən də xx.xx.N93-cü il və xx.xx.N93-cü il tarixlərdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz: N. Sol əlin İ barmağının odlu silah (qəlpə) yarasından sonrakı nəticə, yad cisim ilə (xx.xx.N93-cü il). 2. Sol əlin İ barmağını dəlib keçən odlu silah (qəlpə) yarasından sonrakı nəticə (xx.xx.N93-cü il). Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. 33q bəndinin İ qrafasına əsasən xidməti vəzifəsindən N5 (on beş) gün azad olunmağa ehtiyacı vardır (xx.xx.N93-cü il). MN-nin N87-ci il 260 nömrəli əmrinin İ qrafasına əsasən hərbi xidmətə yararlıdır (xx.xx.N93-cü il). Əsas: Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının N93-cü ilə məxsus “İclas Protokolları” kitabının 8-ci və 67-ci səhifələrində olan 3594, 3856cı sayındakı qeydlər. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, səfərbərliklə əlaqədar həqiqi hərbi xidmətə çağırılmış, N72-ci il təvəllüdlü İddiaçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmadığını nəzərə alaraq onun şəxsi işinin mövcud olması mümkün deyil.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iddiaçını dinləyib, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə toplanılmış sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Veteran adlarının və vəsiqələrinin verilməsi komissiyası”nın iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə N4. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd N. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N94cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. Məhkəmə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il, 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni təhlil edərək qeyd edir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi ona müharibə veteranı adı verilməsi üçün yetərli əsas sayıla bilməz. Belə ki, yuxarıda istinad edilən qanunvericilik aktlarının tələbindən görünür ki, döyüş əməliyyatlarında iştirak edən şəxslərə o halda müharibə veteranı adı verilə bilər ki, digər əsasların mövcud olması ilə bərabər həmin şəxsin qanuni hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə mötəbər sübutlarla təsdiq edilsin. İş materiallarına əlavə olunmuş sənədlərdən isə görünür ki, iddiaçının sənədlərinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Veteran adlarının və vəsiqələrinin verilməsi komissiyası”nda baxılmış və döyüş əməliyyatlarında iştirakı əmrlərlə təsdiq olunmadığından ona “Müharibə veteran” adının verilməsi mümkün hesab olunmamışdır. Komissiya tərəfindən Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-4997 nömrəli arayışına əsasən xx.xx.N93-cü il tarixdən sonrakı hərbi xidmət və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Eyni zamanda məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin xx.xx.2022-ci il tarixli 4/2-N689 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin yanvar-may N94-cü il tarixli nizami üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Buna görə də qanunvericiliyin yuxarıda qeyd olunmuş tələblərinə görə iddiaçının qanunla müəyyən edilmiş qaydada “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməsi istisna edilir. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı isə hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasını sübut edə bilməmişdir. Odur ki, inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.N və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2akim Mehriban Qarayeva