Məhkəmə qərarları › İş №2-1(112)-9434/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9434/2025

08.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9434/2025 08.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə qarşı “nəqliyyat vasitəsinin qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı tərəfindən satın alınmış “Lexus LX570” markalı JTJHYOOW104040870 ban nömrəli avtomobilin üzərində İddiaçı mülkiyyət hüququnun tanınması və onun adına qeydiyyat hərəkətlərinin aparılması, qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Lexus LX570" markalı, JİJİHYOOW ********* identifikasiya (şassi) nömrəli Rusiya Federasiyasına məxsus 1779MX59 qeydiyyat nömrəli avtomobili 2017-ci ildə İddiaçı X3 29000 manata almışdı. Lakin avtomobilin sənədlərində olan nöqsanlar səbəbindən rəsmiləşdirmənin aparılması həmin dövrda mümkün olmamışdır. Uzun illər davam edən məhkəmə prosesləri və müxtəlif dövlət orqanlarında aparılmış araşdırmalardan sonra həmin nöqsanlar aradan qaldırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci tarixli, 2-1(112)-986/2020 saylı qərarı ilə İddiaçı iddia ərizəsi təmin olunmuşdur. Belə ki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin HK-1-928 Neli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 09 sentyabr 2019-cu il tarixli qərarla X1 əməlində cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. Nəqliyyat vasitəsinin X2 qaytarılması, qərarın surətinin VİN: JEJHYOOW 10-4040870, 2009-cu il buraxılışı olan "Lexus LX 570" markalı avtomobillə bağlı qeydiyyat hərəkətlərinin aparılmasına baxılması üçün göndərilməsi qərara alınmışdır. Daha sonra Avtomobilin gömrük rəsmiləşdirilməsı məsələsinin hüquqi həllini tapması üçün İddiaçı Nizami qızı cavabdeh Azərbaycan Respublikası Dövlət X5 Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi. JUJHYOOW 10-40408 identifikasiya (şassi) nömrəli, hazırda üzərində 1779MX59 qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışı "Lexus LX 570" markalı avtomobilin onun idxal edildiyi 2011-ci ilin gömrük rüsumları uzrə hesablanması və rəsmiləşdirilməsi, habelə avtomobilin ana qaytarılması vəzifəsinin cavabdeh Aksizli Mallar uzrə Baş Gommruk İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci tarixli, 2-1(112)-986/2020 saylı qərarı ilə iddia qismən təmin edilmişdir. İddiaçı tərəfindən iş üzrə müxtəlif mərhələlərdə apellyasiya və kassasiya şikayətləri verilmişdir. İş ümumilikdə üç dəfə apellyasiya instansiyasında, iki dəfə isə kassasiya instansiyasında icraatda olmuşdur. İş üzrə yekun və qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, № 2-1(112)- 60/2023 saylı qərarı ilə iddia tam təmin edilmişdir. Həmçinin, Avtomobilin sənədlərində olan probləmlərin aradan qaldırılması üçün İddiaçı dəfələrlə Rusiya Federasiyasına səfərlər etmiş və orada da zəruri sənədləşdirmə işlərini aparmışdır. Göründüyü kimi, avtomobilin sənədlərində olan nöqsanlar barədə müxtəlif orqanlarda va uzun illər davam edən araşdırmalar aparılmışdır. Təəssüf ki, İddiaçı məlum olmayan mərhələlərdən birində Rusiya Federasiyasından çətinliklə əldə edilmiş Avtomobilə aid bəzi sənədlərin əslləri itmişdir. Bu isə gələcəkdə Avtomobilin dövlət qeydiyyatına alınmasında çətinliklər yaratmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli. № 2-1(112)-60/2023 saylı qaran icra olunmuş və İddiaçı tərəfindən Avtomobilin gömrük rəsmiləşdirilməsı aparılmışdır. Avtomobil barədə **********162 saylı Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitələri üçün vəsiqə və uçot kartoçkası əldə edilmişdir. Daha sonra Avtomobilin Daşınar əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün. Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə muraciot edilmişdir. Yuxarıda qeyd olunan xüsusatlar bildirilərək İddiaçı tərəfindən yerində ərizə yazılmış və Baş X9 İdarəsinə verilmişdir. Həmin ərizə ilə "Lexus LX570" markalı JTJHYOOW104040870 identifikasiya nömrəli nəqliyyat vasitəsinin qeydiyyata alınmasında köməklik göstərilməsi xahiş edilmişdir. Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, No 3-13-16/2-57285/2025 saylı cavab məktubu ilə ərizənin icrasından əsassız olaraq imtina edilmişdir. Həmin məktubda qeyd edilmişdir "... qeyd etdiyiniz "Lexus LX 570" markalı, marke JTJHYOOW ********* ban nomrəli nəqliyyat vasitəsinə aid bütun sənədlərin itməsi səbəbindən xahişinizım müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə aiddir. Daha sonra Avtomobilin Daşınar Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün, Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə müraciət edilmişdir. Yuxarıda qeyd olunan xüsusatlar bildirilərək İddiaçı tərəfindən yerımda ərizə yazılmış və Baş X9 İdarəsinə verilmişdir. Həmin ərizə ilə "Lexus LX570" markalı, JTJHYOOW ********* identifikasiya (şassi) nömrəli nəqliyyat vasitəsinin qeydiyyata alınmasında köməklik göstərilməsi xahiş edilmişdir. Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, N 3-11-16/2-57285/2025 saylı cavab məktubu ilə ərizənin icrasından əsassız olaraq imtina edilmişdir. Həmin məktubda qeyd edilmişdir "qeyd etdiyiniz Lexus LX 570" markalı, JTJHYOOW ********* bon nomrəli nəqliyyat vastasina aid bütun sənədlərin itməsi səbəbindən xahişınızın musbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dow DİN Baş Dovlat Yol Polis İdarəsinin Qeydiyyat-İmuohon İdarasində qeydiyyat hareketan aparılması valmz məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərimin aparılmasının təmin edilməsi ila bağlıtqərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. İmtina üçün əsas olaraq İddiaçı "Lexus LX 570" markalı. JTJHYOOW104040870 ban nömrəli nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması va bəzi sənədlərin əslinin hal-hazırda olmaması olmuşdur. Nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsinin qeydiyyatı üçün tələb olunan sənədlər İddiaçı vardır. Belə ki, İddiaçı Avtomobil üzərində mülkiyyat va sahiblik hüququ qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarici, No 2-1(112)-60/2023 saylı qərarı ilə təsdiq olunmaqdadır. Əsasnamə ilə tələb olunan gömrük sənədləşdirilməsi də Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, N. 2-1(112)-60/2023 saylı qərarının icrası ilə aparılmış və "Lexus LX 570" markalı, JTJHYOOW104040870 ban nömrəli nəqliyyat vasitəsi barədə İddiaçı tərəfindən Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitələri üçün vəsiqə və uçot kartoçkası əldə edilmişdir. Avtomobilin əvvəl qeydə alındığı dövlətdən olan sənədlərinə gəldikdə isə işin hallarında qeyd edilmiş səbəblərdən həmin sənədlərın əsli itmişdir, hal-hazırda yalnız onların surətləri mövcuddur. Lakin həmin sənədlərin əsli sübut olaraq Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cu il tarixli, 2 nömrəli 1(112)-60/2023 saylı qərarında qiymətləndirilmiş və işin məhkəmə tərəfindən təsdiq olunmuş hallarında qeyd edilmişdir (bax qoşma 5, səhifə 5, 6). Həmçinin, nəzərə alınmalıdır ki, xarici ölkədən Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi və Baş X8 İdarəsi tərəfindən qeydiy yata alınması vətəndaşın mülkiyyət hüququnu reallaşdırması üçün vahid prosesi əhatə etməkdədır. Belə ki. mülkiyyət hüququ həmçinin istifadə hüququnu da əhatə etməkdədir. Xarici ölkədən gətirilmiş nəqliyyat vasitəsindən istifadə etmək üçün isə həm gömrük rəsmiləşdirilməsi, həm də BDYPİ tərəfindən qeydiyyata alınması zəruridir. "Lexus LX 570" markalı, JTJHYOOW104040870 ban nömrəli nəqliyyat vasitəsinin İddiaçı adına gömrük rəsmiləşdirilməsinin aparılması Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, № 2-1(112)-60/2023 saylı qərarı ilə Belə ki, qanunı qərara alındığı halda, növbəti mərhələdə həmin nəqliyyat vasitəsinin qeydiyyata alınmasından BDYPİ tərəfindən imti imtina edilməsi İddiaçı hüquqlarını pozmaqdadır. Bel qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli. N№ 2-1(112)-60/2023 saylı qərarının preyudisiallığı və tamlığı cavabdeh Baş X9 İdarəsi tərəfindən sual altına alınmaqdadır. Cavabdeh İnzibati Orqan tərəfindən qeyd olunan hallar nəzərə alınmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, № 2-1(112)-60/2023 saylı qərarı düzgün qiymətləndirilsə idi İddiaçı "Lexus LX 570" markalı, JTJHYOOW104040870 ban nömrəli nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun heç bir sual doğurmadığı, qeydiyyat üçün tələb olunan bütün halların məhkəmə qərarı ilə təsdiq olunduğu, ümumilikdə nəqliyyat vasitəsinin qeydiyyata alınmalı olduğu müəyyənləşdirilərdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan iddia ərizəsi ilə bağlı yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2019-cu il tarixli 005-21151-1219 nömrəli məktubda göstərilmişdir ki, VİN:JTJHY00W104040870, 2009-cu il buraxılışlı olan «Lexus LX 570 markan avtomobilə dair material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti sizə göndərilməklə izah olunur ki, qərardan narazı qaldığınız halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən rayon məhkəməsinə şikayət vermək hüququ vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərara əsasən X1 əməlində cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Nəqliyyat vasitəsinin X2 qaytarılması, Qərarın surətinin VİN:JTJHY00W104040870, 2009cu il buraxılışlı olan Lexus LX 570 markalı avtomobillə bağlı qeydiyyat hərəkətlərinin aparılmasına baxılması üçün BDYPİ Qİİ_yə göndərilməsi, Qərar barədə DİN-in Beynəlxalq Əməkdaşılıq İdarəsi vasitəsilə Rusiya Federasiyasının Daxili İşlər İdarəsinə məlumat verilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-60/2023 nömrəli qərarına əsasən, VİN:JTJHY00W104040870 identifikaasiya nömrəli, hazırda üzərində T779MX59 qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışlı “Lexus LX570” markalı avtomobilin onun Azərbaycan Respublikasına idxal edildiyi 2011-cı ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirilməsi, habelə avtomobilin duracaqda saxlanılma xərclərinin iddiaçıdan tələb olunmamaqla avtomobilin iddiaçı 04.05. 1993-cu il təvəlludlü İddiaçı qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksızli Mallar üzrə Baş Gömrük İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********9162 sorğu nömrəli Gömrük Bəyannaməsinə əsasən İddiaçı tərəfindən “Lexus LX570” markalı, benzin mühərrikli, istehsal tarixi xx.xx.2009-cu il olan, VİN:JTJHY00W104040870 vin nömrəli 1 ədəd nəqliyyat vasitəsi bəyan edilmişdir. Nəqliyyat vasitəsinin dəyəri 23591.77 manat müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş OJ178TR23 nömrəli Nəqliyyat vasitəsinin Uçot Kartoçkasından müəyyən olunur ki, Lexus LX570 minik markalı 2009-cu il buraxılışlı ağ mirvari rəngli VİN:JTJHY00W104040870 ban nömrəsi olan nəqliyyat vasitəsinin sahibi olaraq İddiaçı qeyd edilmişdir. Qeydiyyat üçün əsas olaraq ********** nömrəli gömrük vəsiqəsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş **********9162 saylı Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitələri üçün Vəsiqəyə əsasən “Lexus LX570” minik markalı benzin mühərrikli nəqliyyat vasitəsinin mənşə ölkəsi Yaponiya, gətirildiyi ölkə Rusiya, ban nömrəsi VİN:JTJHY00W104040870, sahibi olaraq İddiaçı göstərilmişdir. Məhkəmə sorğusuna əsasən Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə xx.xx.2023-cü il tarixli **********9162 sorğu nömrəli Gömrük Bəyannaməsi üzrə "LEXUS LX 570" markalı JTJHY00W1G4O4O870 ban nömrəli nəqliyyat vəsitəsinin gğmrük rəsmiləşdirilməsi ilə bağlı sənədlır məhkəməyə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-13-16/2-57285/2025 nömrəli məktubda bildirilmişdir ki, qeyd etdiyiniz "LEXUS LX 570" markalı JTJHY00W1G4O4O870 ban nömrəli nəqliyyat vəsitəsinə aid bütün sənədlərin itməsi səbəbindən xahişinizin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X8 İdarəsinin Qeydiyyat-imtahan 'dərəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar oəbul edildiyi təqdirdə mümkün ola bilər. Beləliklə, işin sadalanan hallarından müəyyən olunur ki, JTJHY00W104040870 ban nömrəli, T779MX59 qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışlı “Lexus LX570” markalı avtomobil ölkə ərazisinə idaxl edilmiş, nəqliyyat vasitəsinin İddiaçı iddiası əsasında Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 60/2023 nömrəli qərarına əsasən nəqliyyat vasitəsinin gömrük rəsmiləşməsinin aparılması vəzifəsi Gömrük Komitəsi Aksızli Mallar üzrə Baş Gömrük İdarəsinə həvalə edilmiş, qərar qanuni qüvvəsini almış və nəqliyyat vasitəsinin gömrük rəsmiləşməsi başa çatdırılmış və nəqliyyat vasitəsi iddiaçıya təhvil verilmişdir. Hazırda sözügedən nəqliyyat vasitəsi iddiaçının faktiki sahiblik və istifadəsindədir, lakin nəqliyyat vəsitəsinə aid sənədlərin əsllərinin itməsi səbəbilə avtomobilin qeydiyyat hərəkətlərinin həyata keçirilməsindən imtina edilmişdir. Hazırkı halda iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edərək nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması, qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən avtomobil üzərində müvafiq qeydiyyat hərəkətlərinin aparılması ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin: - İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. - V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. - V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. - Vİ hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları. - XV hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. -1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.5-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -1.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: -nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; -nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; -qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; -nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; -özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; -bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; -nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. -2.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Qeyd edilməlidir ki, mübahisə predmeti olan avtomobilə dair Rusiya Federasiyasından Azərbaycan Respublikasına idxal edilməsi zamanı tələb olunan sənədlər iddiaçı tərəfindən gömrük orqanlarına təqdim edilməsi və həmin sənədlər əsasında “sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduru altında rəsmiləşdirilməsi işin mübahisəsiz halıdır. Əks təqdirdə həmin avtomobilin gömrük rəsmiləşdirilməsi mümkünsüz olardı. Xüsusilə qeyd etmək lazımdır ki, nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi məhkəmə qərarı əsasında həyata keçirilmişdir. Odur ki, mübahisə predmeti olan avtomobilə dair müvafiq sənədlər hazırkı halda itirilmiş olsa da belə, gömrük orqanı tərəfindən həmin avtomobilin iddiaçı tərəfindən ölkəyə idxalı zamanı onun fərdiliyi və eyniliyi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 2009-cu il buraxılışlı, VİN:JTJHY00W104040870 şassi nömrəli, “Lexus LX570” minik markalı avtomobilin dövlət qeydiyyatına alınması və İddiaçı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. 2009-cu il buraxılışlı, VİN:JTJHY00W104040870 şassi nömrəli, “Lexus LX570” minik markalı avtomobilin dövlət qeydiyyatına alınması və İddiaçı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar