Məhkəmə qərarları › İş №2-1(112)-9436/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9436/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9436/2022 22.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi ilə, İddiaçı İnqilab qızının cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı elektron çıxarış (arayış) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç., 56-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İnqilab qızı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsinə cavabdeh X2 qarşı Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.2005-ci il trixli, 02/522 saylı qərarı ilə Sabunçu rayon Nardaran qəsəbəsində sahə 5, yer 51-də mərhum əri X1 fərdi mənzil tikintisi üçün 1200 kv.m hesabı ilə ayrılmış həyətyanı torpaq sahəsi üzrəində mülkiyyət hüququnun tanınaraq bu barədə dövlət reyestrindən onun adına elektron çıxarış (arayış) tərtib edilməsi (verilməsi) öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili eyni zamanda iddia tələbinə ərizə əlavə edərək, məhkəmədən hazırki inzibati işin Bakı İnzibati Məhkəməsinin icraatında (hakim N.Abıyev) olan e-2-1(112)-6352/2022 saylı inzibati işlə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırki iddiası ilə əlaqəli olan başqa bir iddiası da, hal-hazırda Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin icraatındakı e-2-1(112)- 6352/2022 saylı inzibati işdir. İşin hərtərəfli, obyektiv, operativ araşdırılması, vaxta qənaət edilməsi üçün hazırki iddianın hakim Nəriman Abıyevin icraatındakı e-2-1(112)-6352/2022 saylı inzibati işə birləşdirilməsi zəruridir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırda məhkəmənin icraatında eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə 2 ayrı iş (e-2- 1(112)-6352/2022 saylı və 2-1(112)-9436/2022 saylı) vardır və həmin işlər bir-biri ilə əlaqəlidir. Bu səbəbdən də, həmin işlər bir icraatda birləşdirilməli, ilkin olaraq hakim N.Abıyevin icraatında olan e-2-1(112)-6352/2022 saylı iş məhkəmənin icraatına daxil olduğundan, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-9436/2022 saylı iş, hakim N.Abıyevin icraatında olan e-2-1(112)-6352/2022 saylı işə e-2-1(112)-6352/2022 sayı altında bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcələnin 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Göstərilənlərə və İPM-nin 56.1-ci və 56.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)-6352/2022 saylı və 2-1(112)- 9436/2022 saylı inzibati işlər e-2-1(112)-6352/2022 sayı altında bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar