Məhkəmə qərarları › İş №2-1(112)-9439/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9439/2022

19.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9439/2022 19.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək qabiliyyətinin olmaması vərəqəsinin təsdiq olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Kaspian İnternational Hospital tərəfindən 15 fevral 2021-ci ildə İddiaçı adına verilmiş SN00007 seriyalı, 097504 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsində ardıcıllığın bərpa edilməsi üçün “xx.xx.2021- xx.xx.2021” tarixinin əlavə edilməsi və qeyd edilən vərəqənin təsdiq olunması öhdəliyinin Bakı Baş Səhiyyə İdareəsinin 19 saylı Birləşmiş şəhər xəstəxanasının baş həkiminin üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, Bakı şəhərində Kaspian klinkasında “Baş beyin qişalarını dəqiqləşdirilməmiş xos xassəli yeni törəməsi “Olfaktor çuxur meningioması” diaqnozu ilə xx.xx.2021-ci ildə cərrahiyə əməliyyatı olunub. Həmin hospitalda xx.xx.2021-ci il tarixə qədər stasionar şərtaitdə yatıb. Bu barədə əmək qabiliyyətinin olmaması barədə 097504 saylı, SN00007 seriyalı vərəqə verilmişdir. Göstərikən vərəqəyə əsasən xx.xx.2021-xx.xx.2021-ci il müddətində işdən azad edilmişdir. Keçirdiyi ağır beyin əməliyyatına görə uzun müddətli ambulator müalicə və nəzarətə tibbi baxımdan zəruri ehtiyac yaranmışdır. Xəstəxanadan çıxdıqdan sonra sağlamlığı ilə əlaqədar tibbi göstərişə görə yaşadığı Lökbatan qəsəbəsində yerləşən 19 saylı Birləşmiş şəhər xəstəxanasında işdən azad ediləcək günləri yazılarkən səhvən xx.xx.2021-ci ildə yazmaq əvəzinə xx.xx.2021-ci il yazılmışdır. Beləliklə, əmək qabiliyyətinin olmaması günlərinin ardıcıllığı pozulmuş, xx.xx.2021-2402.2021-ci il tarixləri yazılmamışdır. Əmək iqtidarsızlığı xx.xx.2021-ci il tarixinə qədər davam etmişdir. Bununla yanaşı qeyd edir ki, qüvvədə olan əmək qanunvericiliyinə tam uyğun olaraq əmək iqtidarsızlığı iyun 2021-ci ilə qədər davam etmişdir. 19 saylı Birləşmiş şəhər xəstəxanasında Kaspian klinkasından verilmiş xəstəlik vərəqəsi doldurularkən yol verilmiş səhv üzündən əmək iqtidarsızlığı günlərinin ardıcıllığı pozulmuşdur, yəni bu ardıcılıqda “xx.xx.2021-xx.xx.2021-ci” yazılmamış, qeyd olunmamışdır. Həmin xəstəlik vərəqəsi əmək haqqı hesablanması üçün işlədiyi müəssisənin mühasibatlığına təqdim edildikdə əmək iqtidarsızlığının davam etdiyi ardıcıllıq pozulduğundan, yəni fasilə yarandığından qəbul edilməmişdir. Buna görə də bir ildən artıqdır ki, ona çatacaq əmək haqqını yol verilmiş səhv üzündən ala bilmir. Yol verilmiş səhvin aradan qaldırılması üçün cavabdeh tibb müəssisəsinin rəhbərliyinə dəfələrlə şifahi və rəsmi müraciət etsə də cavab verilməmiş, tədbir görülməmişdir. xx.xx.2022-ci ildə yuxarıda qeyd edilən məzmunda təkrar müraciət etdikdən sonra da rəsmi cavab almaq mümkün olmamışdır. Ona görə də inzibati məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hazırda işləmir. Ağır beyin əməliyyatlı keçirib. Maddi vəziyyəti ağırdır. 19 saylı Birləşmiş şəhər xəstəxanasının rəhbərliyinin hərəkəsizliyi nəticəsində konstitusion hüquqları pozulmuşdur.

3. İddiaçı qeyd edilən məzmunda 19 saylı Birləşmiş şəhər xəstəxanasına müraciət etmişdir.

4. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi.

II. İddianın mümkünlüyü

5. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

6. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Belə ki, hazırkı mübahisə inzibati orqan olmayan hüquqi şəxslə iddiaçı arasında arasındakı münasibətlərindən irəli gəlir.

7. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İddia tələbində qeyd edilən məsələ inzibati icraatın predmeti olmadığından həmin məsələ ilə bağlı qaldırılmış iddianın inzibati məhkəmə müdafiəsi hüququ yoxdur.

8. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı işəgötürəninə qarşı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaqla çatmaq istədiyi məqsədə nail ola bilər.

9. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

10. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar