Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9447/2024 05.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydinə dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi (atası) X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 5 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.1993-cu il tarixdən verilmiş XVİİ-ЖГ 433782 №-li Doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı 05 avqust 1993-cü il tarixdə Zəngilan rayonunda doğulmuşdur. X1, anası X3 qeyd edilmişdir. Seriya AZE № ******** şəxsiyyət vəsisəqinə əsasən İddiaçı xx.xx.1993-cü il tarixdə Zəngilan şəhərində doğulmuşdur. P4908849 nömrəli vətəndaşlıq pasportundan görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə Zəngilan rayonunda doğulmuşdur. Sumqayıt şəhər qeydiyyat şöbəsində tərtib olunmuş 9 dekabr 1993-cü il tarixli 5428 №-li Doğum haqqında akt qeydinə əsasən İddiaçı 27 noyabr 1993-cü il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. X1, anası X3 qeyd edilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək doğum akt qeydində dəyişiklik edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “...xx.xx.2024-cü il tarixdə Zəngilan rayon qeydiyyat şöbəsinə doğum akt qeydinin istənilməsi ilə bağlı sorğu göndərilmişdir. xx.xx.2024-cü il tarixdə doğum akt qeydinin aşkar edilməməsi barədə cavab məktubu daxil olmuşdur. Həmçinin xx.xx.2024cü il tarixdə “Vətəndaşlıq vəziyyəti aktları”nın reyestr xidmətinə sorğu göndərilmiş, xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, vətəndaşın adına Zəngilan rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1993-cü il tarixli 203 saylı doğum akt qeydi aşkar edilməmiş, lakin Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən İddiaçı adına xx.xx.1993-cü il tarixdə 5438 saylı doğum akt qeydi tərtib edilmiş, doğum akt qeydində ata və ana barədə məlumatlar düzgün yazılsa da, vətəndaşın doğum tarixi və doğum yeri səhvən xx.xx.1993-cü il, “Sumqayıt şəhəri” yazılmışdır. Göstərilənlərə əsasən Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1993-cü il tarixli 5438 saylı doğum haqqında akt qeydinin uşaq bəndində doğum tarixinin “xx.xx.1993-cü ildən “xx.xx.1993”-cü ilə, doğum yerinin “Sumqayıt şəhəri”ndən “Zəngilan rayonu”na düzəliş edilməsi imkanımız xaricindədir”. İddia tələbi və iddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1993-cü il tarixli 5438 saylı doğum haqqında akt qeydinin uşaq bəndində doğum tarixinin “xx.xx.1993-cü ildən “xx.xx.1993-cü ilə, doğum yerinin “Sumqayıt şəhəri”ndən “Zəngilan rayonu”na düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sənədləşmə işlərlə əlaqədar “Asan xidmət” mərkəzinə müraciət etdikdə məlum olmuşdur ki, onun doğum akt qeydi elektron informasiya sistemində yoxdur. Bununla bağlı xx.xx.2024-cü il tarixdə Yasamal rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Zəngilan rayon qeydiyyat şöbəsinə doğum akt qeydinin istənilməsi ilə bağlı sorğu göndərilmişdir. xx.xx.2024-cü il tarixdə doğum akt qeydinin aşkar edilməməsi barədə cavab məktubu daxil olmuşdur. Həmçinin xx.xx.2024-cü il tarixdə “Vətəndaşlıq vəziyyəti aktlar”ının reyestr xidmətinə sorğu göndərilmiş, xx.xx.2024- cü il tarixli cavab məktubunda göstərilmişdir ki, vətəndaşın adına Zəngilan rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1993-cü il tarixli 203 saylı doğum akt qeydi aşkar edilməmiş, lakin Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən İddiaçı adına xx.xx.1993-cü il tarixdə 5438 saylı doğum akt qeydi tərtib edilmiş, doğum akt qeydində ata və ana barədə məlumatlar düzgün yazılsa da, vətəndaşın doğum tarixi və doğum yeri səhvən xx.xx.1993cü il, “Sumqayıt şəhəri”yazılmışdır. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə yazılı münasibət bildirməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar» 1-ci bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bənd. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bənd. vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. 6-cı bənd. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bənd. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: Yuxarıda sadalanan qanunvericilik aktlarının mənasından göründüyü kimi, akt qeydində düzəlişlər edilməsi qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin idarələr tərəfindən düzəliş edilməsindən imtina edildiyi halda ərizəçi məhkəməyə müraciət etmək hüququ vardır. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, iddiaçının bütün sənədlərində, şəxsiyyət vəsiqəsində, vətəndaşlıq pasportunda, doğum haqqında şəhadətnaməsində, həmçinin Ədliyyə Nazirliyinin “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri”ndə onun doğum tarixi xx.xx.191993-cü il, doğulduğu yer Zəngilan rayonu göstərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Ədliyyə Nazirliyinin “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri”nə baxış keçirilərkən İddiaçı doğum yerinin Zəngilan rayonu, doğum tarixinin xx.xx.1993-cü il olduğu müəyyən edilmişdir. Lakin araşdırma zamanı xx.xx.1993-cü ildə Sumqayıt şəhər qeydiyyat şöbəsində tərtib olunmuş 5428 nömrəli doğum haqqında akt qeydində şəxsin adı, soyadı və ata adı İddiaçı məlumatları ilə eyni olsa da, onun doğum tarixinin “xx.xx.1993-cü il”, doğum yerinin isə “Sumqayıt” kimi yazıldığı məlum olmuşdur. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı doğumu, nikahı, nikahın pozulması, övladları, soyadının və ata adının dəyişdirilməsi haqqında hər hansı məlumat aşkar olunmamışdır. Yalnız Sumqayıt şəhər qeydiyyat şöbəsində tərtib olunmuş 9 dekabr 1993-cü il tarixli 5428 №-li Doğum haqqında akt qeydində doğum tarixi xx.xx.1993-cü il, doğulduğu yer Sumqayıt şəhəri göstərilmişdir ki, məhkəmə bunu iddiaçının digər sənədlərinə əsasən düzgün olmayan hesab edir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və iddiaçının doğum akt qeydindəki yanlışlıq aradan qaldırılaraq onun doğum tarixi digər sənədlərinə uyğunlaşdırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı Sumqayıt şəhər qeydiyyat şöbəsində tərtib olunmuş 9 dekabr 1993-cü il tarixli 5438 №-li Doğum haqqında akt qeydində dəyişiklik edilərək doğulduğu tarixin xx.xx.1993cü il, doğum yerinin Zəngilan rayonu qeyd edilməsi öhdəliyi Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-9447/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9447/2024
05.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver