Məhkəmə qərarları › İş №2-1(112)-9451/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9451/2022

30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9451/2022 30.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin qarşı “etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müvafiq qaydada təsdiq edilməsi” iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin qarşı «etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müvafiq qaydada təsdiq edilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində xx.xx.2009-cu il tarixdən - hazırkı vaxtadək işlədiyi məsləhətçi və aparıcı məsləhətçi vəzifələrində iş stajını nəzərə almaqla, həmin tarixdən İddiaçı Komitə ilə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müvafiq qaydada təsdiq edilməsi barədə qərar qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Manafova (əvvəlki soyadı Kərimova) Nigar Vidadi qızı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli 102 “K” nömrəli əmri ilə 3 ay müddətinə olmaqla xx.xx.2008-ci il tarixdən həmin Komitənin Beynəlxalq əlaqələr şöbəsinə məsləhətçi vəzifəsinə təyin olunmaqla -yəni dövlət orqanın “dövlət qulluğuna” aid olan vəzifəsi üzrə əmək fəaliyyətinə başlamışdır. Daha sonra Komitənin xx.xx.2008-ci il tarixli 148 “k” nömrəli əmri ilə əmək müqaviləsinin müddəti növbəti 3 ay üzrə də uzadılmışdır. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) xx.xx.2008-ci il tarixli 215 “k” nömrəli əmri ilə xx.xx.2009-cu il tarixdən 1 il müddətinə stajçı kimi X3 əlaqələr şöbəsinin məsləhətçi vəzifəsinə təyin edilmişdir. Həmin şöbənin müdiri onun kuratoru təyin edilmişdir. Komitənin xx.xx.2009-cu il tarixli 205 nömrəli əmri ilə X3 əlaqələr şöbəsinin məsləhətçisi kimi staj müddətinin bitməsi və Beynəlxalq əlaqələr şöbəsinin müdirinin əvəzi S.Manafovanın tövsiyəsi nəzərə alınaraq o, xx.xx.2010-cu il tarixdən “Dövlət qulluğu haqqında” Qanununun 28.6-cı maddəsinə əsasən 6 ay sınaq müddəti ilə dövlət qulluğunda qəbul edilmişdir. Komitənin xx.xx.2010cu il tarixli 95 “a” nömrəli əmri ilə xx.xx.2010-cu il tarixdən Komitənin Beynəlxalq əlaqələr şöbəsinin məsləhətçi vəzifəsi üzrə daimi dövlət qulluğuna qəbul edilmişdir. Həmin əmrlə ona Beynəlxalq əlaqələr şöbəsinin məsləhətçisi kimi inzibati vəzifələrin 6-cı təsnifatı üzrə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş və ixtisas dərəcəsi ilə əlaqədar vəzifə maaşına əlavə haqqın ödənilməsi müəyyən edilmişdir. Komitənin xx.xx.2011 -ci il tarixli 185 “K” nömrəli əmri ilə uşağa qulluğa görə məzuniyyətindən qayıtmağı ilə əlaqədar xx.xx.2011 -ci il tarixdən işdə hesab edilmiş və Hüquqi təminat şöbəsinin Ölkələrarası övladlığa götürmə sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmişdid. Komitənin xx.xx.2011 -ci il tarixli 185 “a” nömrəli əmri ilə xx.xx.2011 -ci il tarixdən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-ci maddəsinə əsasən Hüquqi təminat şöbəsinin Ölkələrarası övladlığa götürmə sektorunun məsləhətçisi kimi vəzifə maaşıma 5% əlavə haqq müəyyən edilmişdir. Komitənin xx.xx.2012-ci il tarixli 106 “K" nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə uyğun olaraq xx.xx.2012-ci il tarixdən vəzifə maaşım ştat cədvəlinə uyğun ödənilməklə X8 təminat şöbəsinin Ölkələrarası övladlığa götürmə sektorunun məsləhətçisi vəzifəsindən X9 əlaqələr və protokol xidməti şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmişdir. (həmin vəzifəyə keçirilmişdir). Komitənin xx.xx.2013-cü il tarixli 17 “K” nömrəli əmri ilə xx.xx.2013-cü il tarixdən ‘'Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.1-ci və 32.2-ci maddələrinə uyğun olaraq X9 əlaqələr və protokol xidməti şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Komitənin xx.xx.2017-ci il tarixli 14 nömrəli əmri ilə xx.xx.2017-ci il tarixdən X9 əlaqələr və protokol xidməti şöbəsinin aparıcı məsləhətçisi kimi ona İnzibati vəzifələrin 5-ci təsnifatı üzrə “1-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. Komitənin xx.xx.2017-ci il tarixli 23 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-ci maddəsi rəhbər tutulmaqla, xx.xx.20217-ci il tarixdən vəzifə maaşıma hər ay 10 % əlavə haqq müəyyən edilməklə, əlavə haqqın ödənilməsinin təmin edilməsi Komitənin Maliyyə-təsərrüfat şöbəsinə tapşırılmışdır. Komitənin 29 mart 2019-cu il tarixli 63 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-ci maddəsi rəhbər tutulmaqla, xx.xx.2019-cu il tarixdən Komitənin Xarici əlaqələr və protokol xidməti şöbəsinin aparıcı məsləhətçisi kimi vəzifə maaşıma hər ay 20 % əlavə haqq müəyyən edilmiş və əlavə haqqın ödənişi Komitənin Maliyyə- təsərrüfat şöbəsinə tapşırılmışdır. Komitənin xx.xx.2020-ci il tarixli 13 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001-ci il il tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı rəhbər tutulmaqla, 23 yanvar 2020-ci il tarixindən Komitənin Xarici əlaqələr və protokol xidməti şöbəsinin aparıcı məsləhətçisi kimi mənə İnzibati vəzifələrin 5-ci təsnifatı üzrə “dövlət qulluğunun kiçik müşaviri” ixtisas dərəcəsi verilmiş və həmin ixtisas dərəcəsi ilə hər ay əlavə haqqın ödənilməsi müəyyən edilmişdir. Hazırda dövlət qulluqçusu kimi həmin vəzifədə çalışır və qazandığı bilik, təcrübə əsasında vəzifə funksiyalarını qanunauyğun şəkildə yerinə yetirir. Qeyd etmişdir ki, xx.xx.2008-ci il tarixdən indiyədək onun tutduğu vəzifə daimi dövlət qulluğu sayılmaqla, dövlət qulluqçuları üçün qanunvericiliklə nəzərdə tutulan bütün hüquq və vəzifələr ona da aid olunmuşdur. Lakin xx.xx.2022-ci il tarixdə ona məlum olmuşdur ki, o dövlət qulluğuna dair qanunvericiliyin tələbləri gözlənilmədən dövlət qulluğuna qəbul edildiyinə görə o, dövlət qulluğu ilə bağlı müsahibədə iştirak edə bilməz. Belə ki, X11 müvafiq internet saytında (www.dim.gov.az) Mədəniyyət Nazirliyi Aparatının Protokol sektorunda baş məsləhətçi (təsnifat: 5; altqrup: ВАЗ) vakant vəzifəsi üzrə elan edilmiş ümumi müsahibədə iştirak etmək üçün tərəfindən müvafiq qaydada müraciət edilərək sənədlər təqdim edilmişdir. Bununla bağlı DİM (Elektron ünvan 1 elektron ünvanı vasitəsilə) tərəfindən ona (Elektron ünvan 2 elektron ünvanına) xx.xx.2022-ci il tarixdə aşağıdakı məzmunda cavab ünvanlanmışdır ki, bu da onun hüquqlarını pozur: “Hörmətli, İddiaçı, Sizin müsahibədə iştirak etmək üçün iddia etdiyiniz vakant vəzifə üzrə müraciətinizə cavab olaraq bildiririk ki, dövlət qulluğuna dair qanunvericiliyin tələbləri gözlənilmədən dövlət qulluğuna qəbul edildiyinizə görə müsahibədə iştirakınıza imtina verilmişdir.” Bu cür yanaşma, 13 il ərzində mübahisəsiz qaydada dövlət qulluğu münasibətlərindən onu kənarda saxlayır və dövlət qulluqçusu kimi onun hüquqlarının pozulması ilə nəticələnir. Halbuki, inzibati orqan olaraq Komitə ilə onun aramda işə qəbul prosesi ilə əlaqədar işçi ilə işəgötürən münasibətlərini tənzimləyən və yuxarıda qeyd olunan, bir-birini tamamlayan 13 inzibati aktı (X5 vəzifəyə təyin olunmağı, ixtisas dərəcələrinin verilməsi barədə əmrlər və s.) mövcuddur. Eyni zamanda işçi ilə işəgötürən arasında ötən 13 il ərzində (yəni xx.xx.2009-cu il tarixdən başlayaraq) qəbul edilmiş işçilərin həvəsləndirilməsi, məzuniyyət və ezamiyyət məsələlərini tənzimləyən əmrlər, əməyin ödənişi ilə bağlı bir sıra tədbirlər (dövlət qulluqçusu kimi əmək haqqından tutulmalar, habelə sosial sığorta haqqı ilə bağlı ödənişlər və s.) barədə çoxsaylı inzibati aktlar da qəbul edilmişdir. Həmin inzibati aktların heç biri 13 il ərzində istər inzibati orqanın özü, istərsə də X16 və ya bundan əvvəl dövlət qulluğuna qəbulla bağlı prosedurları yerinə yetirən orqanlar, habelə digər orqanlar tərəfindən mübahisələndirilməmiş və həmin inzibati aktlar ləğv edilməmişdir. Bundan başqa Komitəyə etdiyi müraciətə Komitə tərəfindən 11 may 2022-ci il tarixli Q-1311 saylı cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı xx.xx.2009-cu il tarixdən Komitədə dövlət qulluğuna qəbul edildiyi və hal-hazırda Xarici əlaqələr və protokol xidməti şöbəsinin məsləhətçisi olduğu və dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsinə malik olduğu, 13 il 3 ay dövlət qulluğu stajı malik olduğu bildirilmişdir. Göründüyü kimi onun işçi kimi inzibati orqanla arasında publik hüquq münasibətləri mövcud olmuşdur. Belə olan halda hesab edir ki, onunla inzibati orqan arasında olan mövcud olan publik hüquq münasibətlər tanınmalı (müəyyən edilməli) və onun əvvəlki stajları nəzərə alınmalıdır. Onun əvvəlki stajları deyildikdə, yəni onun inzibati vəzifə üzrə dövlət qulluğunda çalışmağı nəzərə alınmalı və onun dövlət qulluqçusu münasibətinin mövcudluğu müəyyənləşdirilməlidir. Bununla yanaşı, X11 mövqeyinə qanuni tərəfdən yanaşıldıqda da görünür ki, onun tərəfindən və Komitə tərəfindən onun dövlət qulluğu münasibətlərimdə hüquq normalarının tələblərinin pozulması hər hansı ləğvedici aktla özünü biruzə verməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Onun isə 13 ilə yaxın müddətdə Komitədə məsləhətçi və aparıcı məsləhətçi vəzifələrində qulluq keçmişəm və dövlət qulluqçularına şamil edilən bütün təminatlar və məhdudiyyətlər mənə də aid edilmişdir. X14 Mərkəzi və həmin funksiyaları həyata keçirən əvvəlki qurum da onun 2009-cu ildən dövlət qulluğuna qəbul olunduğunu bildiyi halda buna dair heç bir reaksiya (işə qəbulla bağlı inzibati aktın (əmrin) ləğv edilməsini tələb etməmişdir) verməmişdir və həmin halın üstündən 13 ildən artıq müddət keçmişdir. X11 və həmin funksiyaları həyata keçirən qurumun onun həmin vəzifələrdə qulluq keçdiyini bildiyini təsdiq edən hal kimi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydalarını göstərmək olar. Belə ki, qulluğa qəbul edildiyi vaxtdan onun barəsində məlumatlar Dövlət Qulluqçularının Reyestrinə daxil edilmişdir. Bu cür yanaşma, 13 il ərzində mübahisəsiz qaydada dövlət qulluğundan kənarda qalmağı onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Əslində 13 il ərzində dövlət qulluğunda olmağı, onun mübahisəsiz qaydada hüquq münasibətində olmağının göstəricisidir və bu hüquq münasibətləri müəyyən edilməli və ya tanınmalıdır. Yəni, onun inzibati vəzifə üzrə dövlət qulluğunda çalışmağı nəzərə alınmalı və onun Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində işlədiyi bütün dövr (xx.xx.2009-cu ildən indiyədək) üzrə dövlət qulluqçusu kimi statusu və stajı nəzərə alınmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9451/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadı ilə Azərbaycan Respublikası X16 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə nümayəndəsi xx.xx.2022-ci il tarixli məhkəməyə ünvanlanmış cavab məktubuna uyğun olaraq bildirdi ki, İddiaçı 05.01,2009-cu il tarixdən Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr şöbəsində əmək fəaliyyətinə başlamışdır. xx.xx.2013-cü il tarixdən hal-hazıradək Komitənin Xarici əlaqələr və protokol xidməti şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışır. İddiaçı xx.xx.2020-ci il tarixdə inzibati vəzifələrin beşinci təsnifatı üzrə dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir. Komitə cavabdeh olaraq iddianı qəbul edir və məhkəmə iclasında işə baxılmasını və qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və üzürlü səbəbləri barədə məlumat verməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər.

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 102 “k” nömrəli Əmrin surəti. ( X6 3 ay müddətinə Beynəlxalq əlaqələr şöbəsinə məsləhətçi vəzifəsinə təyin edilməsinə dair müddətli əmək müqaviləsi) - Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 215 “k” nömrəli Əmrinin surəti. (X6 3 ay müddətinə Beynəlxalq əlaqələr şöbəsinə məsləhətçi vəzifəsinə təyin edilməsinə dair müddətli əmək müqaviləsi) - Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 148 “k” nömrəli Əmrinin surəti. (X6 1 il müddətinə Beynəlxalq əlaqələr şöbəsinin məsləhətçi vəzifəsinə təyin edilməsinə dair əmək müqaviləsi) - Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin xx.xx.2009-ci il tarixli, 205 nömrəli Əmrinin surəti. (Beynəlxalq əlaqələr şöbəsinin məsləhətçisinin X1 müddətinin bitməsini və Beynəlxalq əlaqələr şöbəsi müdirinin əvəzi S.Manafovanın tövsiyəsini nəzərə alaraq 05 yanvar 2010-cu il tarixdən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun28.6 maddəsinə əsasən altı ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsi) - Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin xx.xx.2010-ci il tarixli, 95“a” nömrəli Əmrinin surəti. (X6 daimi dövlət qulluğuna qəbul edilməsinə dair) - Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin xx.xx.2011-ci il tarixli, 185“k” nömrəli Əmrinin surəti. (Uşağa qulluğa görə məzuniyyətdən X6 qayıtması ilə əlaqədar 1 noyabr 2011-ci il tarixdən işdə hesab edilməsi və Hüquqi təminat şöbəsinin Ölkələrarası övladlığa götürmə sektorunun məsləhətçisi vəzifəsinə təyin edilməsinə dair) - Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin xx.xx.2011-ci il tarixli, 185“a” nömrəli Əmrinin surəti. (X7 01 noyabr 2011-ci il tarixdən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 22.7-ci maddəsinə əsasən Hüquqi təminat şöbəsinin ölkələrarası övladlığa götürmə sektorunun məsləhətçisinə qulluq stajına görə vəzifə maaşına 5 % əlavə haqq ödənilməsinə dair) - Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin xx.xx.2012-ci il tarixli, 106“k” nömrəli Əmrinin surəti. (01 iyun 2012-ci il tarixdən vəzifə maaşı ştat cədvəlinə uyğun ödənilməklə Hüquqi təminat şöbəsinin Ölkələrarası övladlığa götürmə sektorunun məsləhətçisi İddiaçı Xarici əlaqələr və protokol xidməti şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilsin dair) - Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin xx.xx.2013-ci il tarixli, 17“k” nömrəli Əmrinin surəti. (İddiaçı dövlət qulluğunda yüksəliş yolu ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Xarici əlaqələr və protokol xidməti şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə 11 fevral 2013-cü il tarixdən təyin edilsin dair) - Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 14 nömrəli Əmrinin surəti. ( 23 yanvar 2017-ci il tarixdən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Xarici əlaqələr və protokol xidməti şöbəsinin aparıcı məsləhətçisi İddiaçı İnzibati vəzifələrin beşinci təsnifatı üzrə 1 -ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilməsinə dair) - Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 23 nömrəli Əmrinin surəti. (01 fevral 2017-ci il tarixdən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi X4 və Xarici əlaqələr və protokol xidməti şöbəsinin aparıcı məsləhətçisi İddiaçı qulluq stajlarına görə vəzifə maaşına hər ay 10% əlavə haqq ödənilməsinə dair) - Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin xx.xx.2019-ci il tarixli, 63 nömrəli Əmrinin surəti. (01 aprel 2019-cu il tarixdən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin aparıcı məsləhətçisi İddiaçı qulluq stajına görə vəzifə maaşına hər ay 20% əlavə haqq ödənilməsinə dair) - Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli, 13 nömrəli Əmrinin surəti. (23 yanvar 2020-ci il tarixindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin aparıcı məsləhətçisi İddiaçı İnzibati vəzifələrinin 5-ci təsnifatı üzrə Dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcələri verilməsinə dair) - Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2009-ci il tarixindən Komitədə dövlət qulluğuna qəbul edilmişdir və hal-hazırda Xarici əlaqələr protokol xidməti şöbəsinin aparıcı məsləhətçisidir. İddiaçı dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsinə malikdir. 13 il 3 ay dövlət qulluğunda stajı vardır. - Məhkəmənin müvafiq sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 21 iyun 2006-cı il tarixli, 420 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin yaradılması qərara alınmışdır. Reyestrin ilkin versiyasına məlumatların işlənilməsinə 2007-ci ildən başlanılmışdır. İddiaçı 2009-cu ildə stajçı kimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan onun barəsində olan məlumatlar Dövlət Qulluqçuları Reyestrinin ilkin versiyasına işlənilmişdir. Daha sonra İddiaçı aid olan məlumatlar X16 tərəfindən avtomatik olaraq yeni yaradılmış Reyestrə yerləşdirilmişdir. - məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan X16ni tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydalarfnm 5-ci hissəsinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının X16 tərəfindən birgə aparılır. Dövlət Reyestrinə dövlət qulluqçusu barədə məlumatlar onun qulluq keçdiyi dövlət orqanı tərəfindən daxil edilir və Dövlət Reyestrində dövlət qulluqçusu haqqında məlumatların həmin Reyestrə ilk dəfə daxil edildiyi tarix deyil, məlumatlarda edilmiş son dəyişiklik tarixi göstərilir. Adı çəkilən Qaydaların 12-ci hissəsinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. X16 Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 860 nömrəli Fərmanına əsasən yaradılmış və dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında X12 üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.Yuxarıda adı çəkilən Qaydaların tələbinə görə qulluq keçdiyi orqan iddiaçı haqqında məlumatları onun dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edilməsindən sonra ləğv edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında X12 üzrə Komissiyaya rəsmən təqdim etməli idi. Azərbaycan Respublikasının Prezidenti yanında X12 üzrə Komissiya ləğv edildiyi və X16 sözügedən Komissiyanın hüquqi varisi olmadığı üçün İddiaçı haqqında məlumatların Azərbaycan Respublikasının Dövlət Qulluqçularının Reyestrinə daxil edilməsi üçün müvafiq sənədlərin ləğv edilmiş Komissiyaya nə zaman təqdim edilməsi barədə Mərkəzdə hər hansı məlumat mövcud deyil. Əlavə olaraq bildirilmişdir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən iddiaçının dövlət qulluğu vəzifəsinə təyinatı və onun barəsində məlumatların Dövlət Reyestrinə ilk dəfə daxil edilməsi haqqında müvafiq məktubun ləğv edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında X12 üzrə Komissiyaya göndərilməsi ilə bağlı məlumatın həmin orqandan əldə edilməsi mümkündür. ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü.

Məhkəmə qeyd edir ki, hər hansı bir hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması müəyyən etmə və tanınma haqqında iddia növünə aid olmaqla öhdəliyin icrası haqqında iddia növünə münasibətdə subsidiar xarakter daşıyır. Məhkəmə hazırkı iddia növü üçün nəzərdə tutulan xüsusi mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi arasında yaranan mübahisənin əsasını inzibati qanunvericilikdə nəzərdə tutulan müddəalar təşkil etdiyindən, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi arasında yaranan münasibət də publik-hüquqi münasibətdir. İddiaçı hazırkı idida ilə etibarlı dövlət qulluğu münasibətlərinin qısa müddət ərzində mövcud olmasının müəyyən edilməsində marağı hüquqi və iqtisadi xarakterlidir. Belə ki, iddiaçı etibarlı dövlət qulluğu münasibətlərinin mövcud olmasını müəyyən etməklə müvafiq əsasla dövlət qulluqçusu kimi işinə xitam verilməməsini təmin etmiş olur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın növünü və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin (3-cü şəxsin) iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı iddiadır və təmin edilməlidir. İddia ərizəsindən göründüyü kimi hazırkı iş üzrə iddia ilə iddiaçı cavabdeh Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə müraciət edərək İddiaçı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində xx.xx.2009-cu il tarixdən hal-hazıradək işlədiyi məsləhətçi və aparıcı məsləhətçi vəzifələrində iş stajını nəzərə almaqla, həmin tarixdən İddiaçı Komitə ilə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müvafiq qaydada təsdiq edilməsini tələb edir. İş materiallarında olan əmrlərin surətindən görünür ki, X10 Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 102 “k” nömrəli Əmri ilə 3 ay müddətinə Beynəlxalq əlaqələr şöbəsinə məsləhətçi vəzifəsinə təyin edilmişdir. xx.xx.2008-ci il tarixli, 215 “k” nömrəli Əmri ilə 3 ay müddətinə Beynəlxalq əlaqələr şöbəsinə məsləhətçi vəzifəsinə təyin edilmişdir. xx.xx.2008-ci il tarixli, 148 “k” nömrəli Əmri ilə 1 il müddətinə Beynəlxalq əlaqələr şöbəsinin məsləhətçi vəzifəsinə təyin edilmişdir. xx.xx.2009-ci il tarixli, 205 nömrəli Əmri ilə staj müddətinin bitməsini və Beynəlxalq əlaqələr şöbəsi müdirinin əvəzi S.Manafovanın tövsiyəsini nəzərə alaraq 05 yanvar 2010-cu il tarixdən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 28.6 maddəsinə əsasən altı ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir. xx.xx.2010-ci il tarixli, 95“a” nömrəli Əmri iə daimi dövlət qulluğuna qəbul edilmişdir. xx.xx.2011-ci il tarixli, 185“k” nömrəli Əmri ilə Hüquqi təminat şöbəsinin Ölkələrarası övladlığa götürmə sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2012-ci il tarixli, 106“k” nömrəli Əmri ilə Xarici əlaqələr və protokol xidməti şöbəsinin məsləhətçisi vəzifəsinə təyin dilmişdir. xx.xx.2013-ci il tarixli, 17“k” nömrəli Əmri ilə Xarici əlaqələr və protokol xidməti şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2017-ci il tarixli, 14 nömrəli Əmrinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin aparıcı məsləhətçisi İddiaçı İnzibati vəzifələrin beşinci təsnifatı üzrə 1 -ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi, 23 yanvar 2020-ci il tarixindən inzibati vəzifələrinin 5-ci təsnifatı üzrə “ Dövlət qulluğunun kiçik müşaviri” ixtisas dərəcələri verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin məhkəmənin müvafiq sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 21 iyun 2006-cı il tarixli, 420 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin yaradılması qərara alınmışdır. Reyestrin ilkin versiyasına məlumatların işlənilməsinə 2007-ci ildən başlanılmışdır. İddiaçı 2009-cu ildə stajçı kimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan onun barəsində olan məlumatlar Dövlət Qulluqçuları Reyestrinin ilkin versiyasına işlənilmişdir. Daha sonra İddiaçı aid olan məlumatlar X16 tərəfindən avtomatik olaraq yeni yaradılmış Reyestrə yerləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Həmin Qaydaların 5-ci bəndinə uyğun Dövlət Reyestri Azərbaycan Respublikasının X16 tərəfindən aparılır. Həmin Qaydaların 12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.11-ci maddəsinə əsasən maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Həmin Qanunun 67.12-ci madddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2009-cu ildə Azərbaycan dövlət qulluğu vəzifəsinə təyin olunmasına dair qəbul edilmiş inzibati akt, yəni Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin 205 nömrəli əmri iddiaçıya müvafiq hüquq verdiyindən, əlverişli inzibati akt hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində qeyd edildiyi kimi iddiaçının rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olması barədə işdə hər hansı sübut yoxdur və bu halla bağlı cavabdeh mübahisə açmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, İddiaçı barəsində qəbul edilən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin 205 nömrəli əmri qanunsuz əlverişli inzibati akt hesab olunsa da belə, həmin aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, İddiaçı barəsində Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə müvafiq məlumatlar ilk dəfə 2009-cu ildə daxil edilsə də, Dövlət Reyestrini aparan dövlət qurumu (keşmiş DQMK, hazırki Azərbaycan Respublikasının X16) tərəfindən müvafiq əmrin ləğv edilməsini şərtləndirən hal 2009-cu ildə məlum idi və 2009cu ildən başlayaraq 1 il ərzində həmin əmr ləğv edilə bilərdi. Lakin həmin müddətdə bu səlahiyyətdən istifadə edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyində dövlət qulluğu vəzifəsinə təyin olunduğu vaxtdan, yəni 2009-cu ildən qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş vəzifələri yerinə yetirmiş və hüquqlar əldə etmiş, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlardan, işlədiyi dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə qeyd edir ki, iddiaçı uzun müddət ərzində Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən dövlət orqanında dövlət qulluqçusu kimi çalışdığından, onun maliyyələşdirilməsi də dövlətin bu məqsədə ayırdığı maliyyə vəsaiti hesabına cavabdeh təşkilat tərəfindən həyata keçirilmişdir. Mövcud büdcə qanunvericiliyinin tələblərinə görə aidiyyəti orqanlar, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar və digər dövlət orqanları maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitindən qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlər görməlidirlər. Məhkəmə qeyd edir ki, iddiaçı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifələrində 13 ildən artıq çalışır və bu dövr ərzində ona müvafiq ixtisas dərəcələri verilmiş və həmin ixtisas dərəcələrinə uyğun olaraq dövlət büdcəsindən vəzifə maaşına əlavələr alır, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə edir, bu isə İddiaçı ixtisas səviyyəsinin, həmçinin peşəkar və təcrübəli dövlət qulluqçusu olmasının göstəricisi kimi qiymərləndirilməlidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 16.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Həmin Qanunun 17.3-cü maddəsinin 4-cü cümləsinə əsasən ixtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində xx.xx.2009-cu il tarixdən hazırkı vaxtadək işlədiyi məsləhətçi və aparıcı məsləhətçi vəzifələrində iş stajını nəzərə almaqla, həmin tarixdən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində ilə həmin tarixlər üzrə etirbarlı dövlət qulluğu münasibətinin mövcudluğu müəyyən edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPMin 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində xx.xx.2009-cu il tarixdən - hazırkı vaxtadək işlədiyi məsləhətçi və aparıcı məsləhətçi vəzifələrində iş stajını nəzərə almaqla, həmin tarixdən İddiaçı Komitə ilə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müvafiq qaydada təsdiq edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar