Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9452/2022 23.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “Nizami rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 15148C-3222 saylı imtinasının əsassız hesab edilərək X6, X3, X4, X2 iddiaçının istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi evdən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “Nizami rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 15148C-3222 saylı imtinasının əsassız hesab edilərək X6, X3, X4, X2 iddiaçının istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi evdən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı öz ailəsi ilə birlikdə 1993-cü ilin oktyabr ayında erməni quldurları tərəfindən Zəngilan rayonu işğal edildikdən sonra Bakı şəhərində məskunlaşmağa məcbur olmuşdur. Həmin dövrdən hal-hazırki günədək o, ünvan 1 ünvanında fərdi ev tikməklə orada yaşayır və həmin ünvanda müvəqqəti qeydiyyata götürülmüşdür. 1993-cü ilin oktyabr ayından hal-hazırkı günədək özünə məxsus və tərəfindən tikilmiş, ona məxsus fərdi evdə yaşayır. Təxminən 2017-ci ilin əvvəllərində Nizami rayon Məhkəməsindən bildiriş gələrək məhkəməyə dəvət edilmiş, ona orada məlum olmuşdur ki, X10 öz ailə üzvləri ilə birlikdə həmin evə pasport qeydiyyatına götürülüblər. O, iddiaçıya qarşı iddia qaldıraraq həmin evə köçmək istəyir. İddiaçı da buna qəti etiraz etmişdir. V.Muradovun iddiası Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsi, ev 17, mənzil 2 ünvana köçürülməsi barədədir. Belə ki, onun evi mənzil deyil, fərdi evdir. Məhkəmə araşdırılması zamanı (Ali Məhkəmədə) müəyyən olunmuşdur ki, X6 qeydiyyata götürülməsi barədə Nizami rayon İcra Hakimiyyətinin 25 fevral 1997-ci il tarixli, 250 saylı Sərəncamı mövcuddur. Həmin sərəncam Nizami rayon İcra Hakimiyyətinin 10 iyun 1993cü il tarixli, 2273 saylı sərəncamına qismən dəyişiklik edilməsi barədədir. Guya ki, Nizami rayon İcra Hakimiyyətinin 10 iyun 1993-cü il tarixli, 2273 saylı sərəncamı V.İ.Muradovun Korolenko küçəsi, 55 nömrəli evin 24-cü mənzilinə pasport qeydiyyatına alınması haqqındadır. Əslində isə həmin 25 fevral 1997-ci il tarixli, 250 saylı sərəncamı tamamilə saxtalaşdırılıb. Həmin sərəncamın X8 heç bir aidiyyəti yoxdur. Belə ki, həmin 10 iyun 1993-cü il tarixli, 2273 saylı sərəncamı Q.Qarayev küçəsindəki 94 nömrəli evin 48-ci mənzilində yaşayan vətəndaş X1 adına şəxsi ev kimi sənədləşdirilməsi haqqındadır. Nizami rayon Polis İdarəsinə müraciət edərək X10, X7, X9, X5 ilə birlikdə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Lakin müraciətinə xx.xx.2022-ci il tarixli məktubla imtina edilməsi barədə məktub verilmişdir İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh və iddiaçı məhkəmə bахışınа öz nümаyəndələrinin göndərməmişdirlər. Оdur ki, məhkəmə işə cavabdehin və iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixdə **********13 nömrəli məktubu ilə bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsi ev 17, 2 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddia ərizəsindən göründüyü kimi, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsi ev 17, 2 saylı mənzilə dair nə mülkiyyət hüququ, nə icarə (və ya kirayə) müqaviləsi, nə digər qanuni əsaslarla ona məxsus olması barədə sənədləri cavabdehə təqdim etməmiş və həmin sənədlərin mövcud olması barədə məlumatı bildirməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının hüquqları sferasına müdaxilə aşkar edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında göstərilmişdir ki, 1.1 məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır; 1.2 iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir; 2.2 işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.2.3 məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcud deyil. Belə ki, iddiaçı ilə üçüncü şəxs mübahisəli evə münasibətdə eyni hüquqa malikdirlər: hər ikisi cavabdeh tərəfindən yaşayış yeri üzrə həmin ev üzrə ünvana qeydiyyata alınmış şəxslərdir; iddiaçının üçüncü şəxsdən fərqli, daha üstün hüquqa malik olması müəyyən edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “Nizami rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 15148C- 3222 saylı imtinasının əsassız hesab edilərək X6, X3, X4, X2 iddiaçının istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi evdən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “Nizami rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 15148C-3222 saylı imtinasının əsassız hesab edilərək X6, X3, X4, X2 iddiaçının istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi evdən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-9452/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9452/2022
23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver