Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9459/2021 13.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək 01.07.1989-cu il tarixdən 29.12.1991-ci il tarixədək Şəmkir rayon “Səbail” kooperativində işlədiyi müddətin yaşa görə əmək pensiyası hüququ verən sosial sığorta stajıma daxil edilməsinə və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, yaşa görə əmək pensiyası hüququ verən 65 yaşı tamam olduğu üçün 06.04. 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialına ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edib. Lakin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 03.07.2021-ci il tarixli **********8 nömrəli məktubu ilə ona bildirilmişdir ki, təqdim etdiyii 12.06.1978-ci il tarixdə tərtib edilmiş İT-İ ******* saylı əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən ümumi sığorta stajınız 24 il 05 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış 18.110,42 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28.800 manatdan) azdır. Əlavə olaraq bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialının 24.05.2021-ci il tarixli aktna əsasən 01.07.1989-cu il tarixdən 29.12.1991-ci il tarixədək işlədiyiniz Şəmkir rayon “Səbail” kooperativinin arxiv sənədləri Şəmkitr rayon Dövlət arxiv idarəsində saxlanmadığı üçün həmin dövrlərin sığorta staj inanın araşdırılması imkan xaricindədir. Bu səbəbdən həmin dövrün sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanalara əsasən bildirilir ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbi baxımından mümkün hesab edilmir. Eyni zamanda bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən Sizə 25.03.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. “X2” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, bu pensiya təminatına vermədikdə isə azı 25 il sığrta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş səxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Hesab edir ki, ona yaşa görə pensiya təyin edilməsindən imtina aşağıda qeyd edilənlərə əsasən qanunsuz və əsasız olmuşdur. Belə ki, “X2” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə uyğun olaraq Qanuni qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Təqdim etdiyi 12.06.1978-ci il tarixdə tərtib edilmiş İT-İ ******* saylı əmək kitabçası dövrünün qanunvericiliyinə uyğun şəkildə tərtib edilməklə, oradakı qeydlər və onların həqiqiliyini təsdiq edən imza və möhürlər həqiqidir. Yəni bu işin mübahisə edilməyən halıdır. Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialının 24.05.2021-ci il tarixli aktna əsasən 01.07.1989-cu il tarixdən 29.12.1991-ci il tarixədək işlədiyim Şəmkir rayon “Səbail” kooperativinin arxiv sənədləri Şəmkir rayon Dövlət arxiv idarəsində saxlanmadığı əsası ilə həmin dövrlərin sığorta stajına daxil edilməməsi ilə də razılaşmır. Belə ki, Şəmkir rayon “Səbail” kooperativinin arxiv sənədlərinin X3 Filialına təhvil verilməsi onun məsuliyyət dairinə daxil deyildir. Bu səbəbdən də 01.07.1989-cu il tarixdən 29.12.1991-ci il tarixədək işlədiyi Şəmkir rayon “Səbail” kooperativinin arxiv sənədlərinin Şəmkir Filialına təhvil veriİməməsi mənim əmək kitabçamdakı həmin dövrə dair qeydləri şübhə altına alamamlıdır. Odur ki, ona əsassız olaraq yaşa görə pensiyası təyin edilməsindən imtina edildiyi üçün məhkəməyə müraciət etməli oldum.
3. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış 03.07.2021-ci il tarixli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilir ki, “X2" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən ona 18.04.2016cı il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən olunmuşdur. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Bildirilmişdir ki, 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Təqdim etdiyi 12.06.1978-ci il tarixində tərtib edilmiş ИТ-İ № ******* saylı əmək kitabçanızın və hərbi biletinizin surətinə əsasən ümumi sığorta stajınız 24 il 5 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 18.110,42 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28.800 manatdan) azdır. Əlavə olaraq bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialının 24.05.2021-ci il tarixli aktına əsasən 01.07.1989-cu il tarixindən 29.12.1991-ci il tarixinədək işlədiyiniz Şəmkir rayon “Səbail” kooperativinin arxiv sənədləri Şəmkir rayon dövlət Arxiv idarəsində saxlanılmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanlara əsasən bildiririk ki, sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən sizə 25.03.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir.
4. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, hazırkı işdə İddiaçı hüquqi marağı onu tələb edir ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə çıxış etməlidir. Məhkəmə iddianın mümkünlük şərtlərini xidməti vəzifəsinə görə araşdırmalı, iddiaçının hüquqi marağını düzgün müəyyən etməli, cavabdehin təgdim etdiyi dəlillərə də formal münasibət bildirməli, həmin dəlillərdən irəli gələn zəruri araşdırmanın aparılmasını təmin etməlidir. İş materiallarına əsasən, İddiaçı 01.07.1989-ci il tarixdən 29.12.1991-ci il tarixədək Şəmkir rayon “Səbail” kooperativində işlədiyini və əməkhaqqı aldığını iddia edir. Lakin iddiaçının həqiqətən də, real olaraq işləməsini müəyyən etmək üçün iddia edilən dövrlərin əmək kitabçasında qeyd edilməsi ilə yanaşı, qeyd olunan illərə dair işə daxil olma, işdən çıxma əmrləri, əmək haqqı cədvəllərinin də olması zəruridir. Lakin iddiaçı tərəfindən bu illərə dair həmin sənədlərin təqdim olunmaması iddiaçının işləməsini ciddi şübhə altına alır. Bununla da, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması mümkünsüzdür.
5. İddiaçı 10.05.1975-15.05.1978-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
6. İddiaçının əmək kitabçasına əsasən əmək fəaliyyəti aşağıdakı kimidir: 10.07.1978 – 07.10.1981 – sürücü; 17.11.1981-01.03.1989 – sürücü; 01.07.1989- 31.01.1989 - Səbail kooperativi fəhlə; 15.02.1991-29.12.1991- Səbail kooperativi sürücü 05.01.1992 – 30.11.2001 – çilingər; 01.09.2002 – 01.08.2004 – bələdiyyədə katib; 10.11.2008-26.08.2010 – F.Ələkbərov adına Xanallar kənd orta məktəbində gözətçi.
7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası X3 filialı tərəfindən bildirilmişdir ki, Şəmkir rayon “Səbail” kooperativinin arxiv sənədləri X3 Filialına təhvil verilmədiyi üçün filialda saxlanılmır, ona görə də İddiaçı 1989-1991-ci illərdə həmin kooeparativdə işləməsi barədə məlumat verilməsi mümkün deyildir.
8. Dövlət Sosial Müdafiə fondunun aidiyyəti qurumunun sorğusuna cavab olaraq 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən bildirilmişdir ki, uçot məlumat bazasına əsasən “Səbail” kooperativi vergi ödəyicisi kimi Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmamışdır.
9. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bildirilmişdir ki, Səmkir rayonu “Səbail” kooperativi barədə dövlət əmlakının Registrində heç bir məlumat yoxdur.
10. İddiaçının F.Ələkbərov adına kənd orta məktəbində işlədiyi 2008-2010-cu illərdə əmək fəaliyyəti, eləcə də məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi barədə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi 7 saylı Hesablaşma Mərkəzi tərəfindən Xanallar kənd tam orta məktəbin texniki işçisi İddiaçı 2008-2010-cu illər üzrə əmək haqqından məcburi dövlət sosial sığorta haqlarına dair tutulmalar haqqında arayış verilmişdir.
11. Məhkəmənin 13.12.2021-ci il tarixli qərardadı ilə iddianın yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir.
12. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
13. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) imtinanın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
14. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
16. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
17. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
18. “X2” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
19. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“X2” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
20. İddiaçının oğluna ailə başçısının itirməsinə görə pensiya təyin edilməsindən imtina edilmişdir. Odur ki, bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “X2” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, sosial müavinətlər, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş ödənişlərin (bundan sonra – sosial ödənişlər) təyin edilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış mərkəzi struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
22. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
23. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
24. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
25. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
26. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
27. İddiaçı xx.xx.1956-cı ildə anadan olub və yaşa görə pensiya təyin edilən tarixə yaşı 65dir.
28. İddiaçı 1975-1978-ci illərdə həqiqi hərbi xidmətdə olub və əmək kitabçasına əsasən, əmək fəaliyyətinə 1978-ci ildə başlayıb.
29. “X2” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
30. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. 1 iyul 2020 – 30 iyun 2021 il üçün kişilər üçün pensiya yaşı 65 yaş, qadınlar üçün 62 yaşdır.
31. İstər “X2” 1956-cı il qanunu, istərsə də qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” qanuna əsasən şəxsin həqiqi hərbi xidmətdə olduğu dövr sığorta stajına daxil edilməlidir.
32. Məhkəmə qeyd edir ki, iddiaçının həqiqi hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla cavabdeh qurum tərəfindən mübahisələndirilən Şəmkir rayonu “Səbail” kooperativində işlədiyi dövr nəzərə alınmasa belə, 01.01.2006-cı il tarixə qədər mübahisələndirilməyən ümumi stajı 25 il 04 ay 14 gündür.
33. Qeyd edilən qənaət iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərlidir.
34. Bununla belə, məhkəmə iddiaçının 10.11.2008-26.08.2010-ci illərdə F.Ələkbərov adına Xanallar kənd orta məktəbində gözətçi işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsini araşdırmış və həmin illər üzrə işəgötürən (Təhsil Nazirliyi) tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi bildirilmişdir.
35. “X2” Azərbaycan Respublikasının qanunundan: 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.4. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; 22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; 22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı.
36. Qanunun qeyd edilən tələbinə əsasən, iddiaçının əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixədək ümumi sığorta stajı yetərli olmamış olsa idi belə, 2008-2010ci illərdə F.Ələkbərov adına Xanallar kənd orta məktəbində gözətçi işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi onun pensiya hüququnun təmin edilməsi üçün yetərlidir. Baxmayaraq ki, cavabdeh 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığını bildirir, məhkəmə iddiaçının əmək kitabçasında müvafiq qeydin mövcudluğuna və işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair arayışa məcmu halda qiymət verərək həmin yükün iddiaçının üzərinə qoyulmasını mütənasiblik prinsipinə uyğun hesab etmir.
37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).
38. Qeyd edilənlərə əsasən, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir.
39. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
40. Nəticə etibarilə iddiaçının yaşa görə pensiya təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X4 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
41. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
42. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
43. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva