Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-946/2023 29.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı “texniki pasport və çıxarışdan anbar hissəsinin çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə cavabdeh tərəfindən X3 verilmiş 01001 1000178-05101-083025 saylı texniki pasportda nəzərdə tutulan 11,5 kv.metr olan anbar hissəsinin ləğv edilməsi və verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il tarixli çıxarışın mübahisəli anbar hissəsi nəzərə alınmadan dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, X5 20 ildən çoxdur onun istifadəsində olan ünvan 2 ünvanında yerləşən dərzi sexinin bir hissəsini qanunsuz yollarla özəlləşdirilmişdir. X5 iddia edir ki, ünvan 3 ünvanında yerləşən doqquzmərtəbəli binanın yarımzirzəmisindəki qeyri yaşayış sahəsini xx.xx.2002-ci il tarixdə satın almışdır. Bu barədə ona 001951 saylı şəhadətnamə verilmişdir. Halbuki onun 2000-ci il tarixdən istifadəsində olan mübahisəli ərazi həmin binanın yarımzirzəmisinə düşmür. Doqquzmərtəbəli binadan tamamilə ayrıdır və ayrı tikilidir. X8 iddia etdiyi kimi həmin ərazi 2002-ci il tarixdən iddiaçının xeyrinə özəlləşdirilmişdirsə nə üçün məhz onun istifadəsində olan əraziyə 18 il sonra iddia edir. Çünki həmin şəhadətnamədə konkret olaraq göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən doqquzmərtəbəli binanın yarımzirzəmisindəki qeyri-yaşayış sahəsini hər hansı hissəsi zirzəmiyə aid deyildir, saxta yollarla əldə edilmiş bir sənəddir. Yuxarıda qeyd edilənlərdən də aydın görünür ki, X5 ünvan 3 ünvanında yerləşən qeyri yaşayış sahəsinə saxta yollarla sənəd əldə əldə edilmişdir və həmin sənədlər ləğv edilməlidir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu səbəbdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********34 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, ünvan 4vanında yerləşən qeyri-yaşayış sahəsinin 34,7 kv.m hissəsi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.2022-ci il tarixli, 001951 nömrəli Şəhadətnamə, 32,5 kv.m hissəsi xx.xx.2010-cu il tarixli, 3728 saylı “İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi” əsasında, 30,7 kv.m hissəsi isə xx.xx.2013-cü il tarixli, 5051 saylı “İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi” əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra X3 xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə vəsatət təqdim edilərək qeyd edilən inzibati iş üzrə Əmlak Məsələləri Dövlət Xidməti 3-cü şəxs qismində cəlb edilməsi zərurəti yarandığı bildirilmişdir. Belə ki, ünvan 4vanında yerləşən qeyri-yaşayış sahəsinin 34,7 kv.m hissəsi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.2022-ci il tarixli, 001951 nömrəli Şəhadətnamə, 32,5 kv.m hissəsi xx.xx.2010-cu il tarixli, 3728 saylı “İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi” əsasında, 30,7 kv.m hissəsi isə xx.xx.2013-cü il tarixli, 5051 saylı “İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi” əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(112)-7492/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamış və üçüncü şəxsin inzibati məhkəmə icraatına cəlb edilməsinə dair cavabdehin vəsatəti təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilərək mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-3069/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(112)-7492/2022 saylı qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur. İş materiallarında olan X2 3-cü şəxs qismində cəlb olunma barədə vəsatəti və İddiaçı və X5 arasında olmuş mülki mübahisə üzrə qəbul edilmiş məhkəmə qərarlarını yenidən nəzərdən keçirərək birinci instansiya məhkəməsi nəticəyə gəlməlidir.” İşə təkrar birinci instansiya məhkəməsində baxılarkən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və üçüncü şəxs iddiaya etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. İddiaçı hazırda bu hala istinad edərək mübahisələndirilən 11.5 kv.metr anbar tikilisinin binadan ayrı olduğunu, tərəfindən tikildiyini iddia edərək üçüncü şəxs barəsində tərtib edilmiş çıxarış və texniki pasportun həmin anbara mübasibətdə ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında isə iddiaçı texniki pasport tərtib edilərkən yanlışlığa yol verildiyini və düzgün ölçmə işləri aparılmadığından binanın yarımzirzəmisindəki 11.5 kv.metr sahənin səhvən sonradan tikilmiş anbara aid edildiyini, halbuki, həmin sahənin binanın daxlində yerləşdiyini bildirmişdir. Məhkəmə iddiaçının bu dəlili ilə razılaşmır və qeyd edir ki, işdə olan xx.xx.2001-ci il tarixli və xx.xx.2002-ci il tarixli dövlət əmlakının icarəyə verilməsi haqqında 652 və 1902 saylı icarə müqavilələrindən görünür ki, ünvan 4vanında yerləşən 9 mərtəbəli binanın yarımzirzəmisindəki 19,5 və 15.1 kv.metr qeyri-yaşayış sahəsi X2 icarəsinə verilmişdir. Həmin 34.7 kv.metr qeyri-yaşayış ilə bağlı xx.xx.2002-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, boş otaq 19.6 kv metr, dəhliz 3.6 kv.metr, anbar isə 11.5 kv.metr müəyyən edilmiş, həmin sahələrin yerləşmə vəziyyəti əks olunmuşdur. İş materiallarından görünür ki, X5 daha sonra ünvan 4vanında yerləşən qeyri-yaşayış sahəsinin 34,7 kv.m hissəsini Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.2022-ci il tarixli 001951 nömrəli Şəhadətnamə, 32,5 kv.m hissəsini xx.xx.2010-cu il tarixli, 3728 saylı “İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi” əsasında, 30,7 kv.m hissəsini isə xx.xx.2013-cü il tarixli, 5051 saylı “İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi” əsasında özəlləşdirmiş və onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, çıxarış və xx.xx.2019-cu il tarixdə texniki pasport verilmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi 11,5 kv.metr sahə qeyd edilən özəlləşdirilmiş əmlakın bir hissəsi olmuş, həmin əmlak barəsində xx.xx.2019-cu il tarixdə tərtib edilmiş texniki pasport ilkin texniki pasporta, yəni xx.xx.2002-ci il tarixdə Əmlakın İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş texniki pasporta uyğun olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı özəlləşdirilən əmlakın xx.xx.2019-cu il tarixli texniki pasportda düzgün göstərilmədiyini iddia edirsə, arzuladığı nəticəyə nail olmaq üçün ilk əvvəl xx.xx.2002-ci il tarixli texniki pasportu və həmin özəlləşdirmə ilə bağlı inzibati aktı mübahisələndirməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 6alahova
Məhkəmə qərarları › İş №2-1(112)-946/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-946/2023
29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver