Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-946/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh təşkilatın 25 dekabr 2023-cü il tarixli əlilliyimin ləğv edilməsi barədə qərarın ləğv edilməsi və cavabdeh təşkilatın 25 dekabr 2023-cü il tarixli qərarının icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması, yəni iddiaçının ödənilməsi dayandırılmış pensiyasının (müavinətinin) ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının ərizəsi əsasında məhkəmənin qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 139/2024 nömrəli qərarının İddiaçı aid hissədə ləğv edilməsi və onun əlilliyinin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1998-ci ildə Sabirabad rayonunda anadan olub. Bakı şəhərində qeydiyyatda olsa da, faktiki Sabirabad rayonu, Mürsəlli kəndində yaşayır. İddiaçı 21 sentyabr 2020-ci ildən 01 noyabrın 2020-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edib. 01 noyabr 2020-ci ildə döyüş tapşırığı yerinə yetirərkən düşmən tərəfindən atılan mərminin partlaması nəticəsidə yaralanmış, ona qapalı kəllə beyin travması, bel əzələlərinin yumşaq toxumalarının əziyi və xayalarda zədə travması diaqnozu qoyulmuşdur. İddiaçı həmin vaxtdan bu günə kimi uzun müddətdir mütəmadi ambulator və stasionar müalicələr alır. 23 sentyabr 2021-ci ildə iddiaçıya 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilir. Əlillik təyin edilərkən ona “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020): Xayalığın zədələnməsinə görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı xayalığın bərkimiş dəri çapığı, sol xayanın hipotrofıyası,sol tərəfli xroniki posttravmatik orxoepididimit.Diskogen mənşəli xroniki bel-oma radikulopatiyası. Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Fəlakət (Müharibə)keçirdikdən sonra vəziyyətin davamlı dəyişikiiyi(bel əzələlərinin yumşaq toxumalarının əziyi, sidik-cinsiyyət orqanlarının zədələnməsi), depressiv sindrom, retoqrad amneziya” diaqnozu qoyulur. 31 yanvar 2024-cü ildə cavabdeh iddiaçıya məktub yazaraq bildirib ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın (bundan sonra - Qayda) 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar olaraq siz xx.xx.2023-cü il tarixində Agentliyə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunmuşunuz. Yuxarıda qeyd olunanlara əsasən, sizə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən xx.xx.2021-ci il tarixində təyin edilmiş 5 il müddətinə üçüncü dərəcə əlilliyinizin ləğvi barədə qərar qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-73-cü maddələrinə əsasən barənizdə qəbul edilən qərardan 30 gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya məhkəməyə şikayət vermək hüququna maliksiniz.” Hesab edir ki, cavabdehin məktubu və qərarı qanunsuz və əsassızdır. Əvvəla məktubundan göründüyü kimi cavabdeh “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə istinad edir. Həmin bənddə deyilir ki, Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Agentlik iddiaçını 26 yanvar 2024-cü ildə təkrar müayinə etmiş və iddiaçıya əlillik təyin edilərkən qoyulmuş diaqnozu eyniliklə təkrar etmişdir. Lakin iddiaçı barədə qəbul edilmiş qərarda əlilliyinin ləğv olunmasının səbəbi kimi tam reabilitasiya olunması göstərilir. Lakin qərarda dəqiqləşdirilmir ki, ona qoyulmuş diaqnozlardan hansı biri yoxdur. Sol xayanın hipotrofıyası aradan qalxıbmı? sol tərəfli xroniki posttravmatik orxoepididimitmi artıq yoxdur? Diskogen mənşəli xroniki beloma radikulopatiyası artıq aşkar olunmur? Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Fəlakət (Müharibə) keçirdikdən sonra vəziyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retoqrad amneziya artıq müşahidə olunmurmu? Bel əzələlərinin yumşaq toxumalarının əziyi, sidikcinsiyyət orqanlarının zədələnməsi bərpa olunubmu? Görünən odur ki, həm eyni diaqnozu təsdiq edib, həm də iddiaçının tam müalicə olunması barədə gəlinən nəticə ziddiyyətlidir. Digər tərəfdən “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndi əlilliyin verilməsi zamanı əlilliyin düzgün verilməməsi ilə bağlı şübhələr yaranmasını nəzərdə tutur. Əlillik təyin edilmiş şəxsin sonra reabilitasiya olunması “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinin tətbiq edilməsi üçün əsas deyil. Belə ki, reabilitasiya nəticəsində əlillik təyin etmək üçün mövcud olan əsasların sonradan aradan qalxması qanunla nəzərdə tutulan müddətdə təkrarən əlilliyin qiymətləndirilməsi zamanı nəzərə alır. Bu əsas yalnız 5 il sonra, iddiaçının əlilliyi təkrar qiymətləndirilərkən nəzərə alınmalı idi. Göründüyü kimi cavabdeh “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etsə də, iddiaçıya əlillik təyin edilməsi zamanı hər hansı yanlışlığa yol verildiyini əsaslandıran hər hansı dəlil ortaya qoymayıb, yalnız iddiaçının “tam reabilitasiya” olunduğu qeyd olunur. Bundan əlavə iddiaçının tibbi sənədlərindən görünür ki, o bu günə kimi bu xəstəliklərdən mütəmadi müalicə alır. Bu diaqnozların əksəriyyəti xroniki xarakter daşıyır, ömrünün sonuna kimi iddiaçıda qalacaq. İddiaçı ehtimal edir ki, 2024-cü ildə o təkrar müayinə edilərkən ona 1 iyul 2022-ci ildən qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”-nı tətbiq edib. Əslində isə ona 2021-ci ildə əlillik təyin edilərkən 1 iyul 2022-ci ilə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” tətbiq edilməli idi.
4. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Sabirabad rayon sakini xx.xx.1998-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0311003AATYT nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin 2.3.9. bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. (ESDAS **********2) Vətəndaş 3-17-4/3-1- 93803/2023 nömrəli bildiriş əsasında xx.xx.2023-cü il tarixinə əyani komissiyaya dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 10975 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020) nəticəsində xayalıqın zədələnməsinə görə aparılmış sol xayanın zədələnməsinə görə aparılmış sol xayanın tamlığının bərpası əməliyyatından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı. Sol xayanın hipotrofiyası, Saqtərəfli xroniki posttravmatik orxoepididimit. natamam remissive mərhələsində. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin xroniki baş ağrıları ilə müşayiət olunan posttravmatik ensefalopatiya nəticəsi. Orta (mülayim) dərəcəli ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla. Diskoqen mənşəli xroniki posttravmatik bel-oma radikuliti, davamlı kökcük ağrı sindromu ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi, “L4-L5, L5-S1 fəqərəarası disklərin protruziyası. Xroniki bronxit, remissive mərhələsində" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Qeyd: Travma haqqında arayış təqdim edilməmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli 067514 5610/21 Çıxarışında diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi (bel əzələlərinin yumşaq toxumalarının əziyi, sidik-cinsiyyət orqanlarının zədələnməsi) depressiv sindrom, retroqrad amneziya" kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli 6490/21 nömrəli Çıxarışında diaqnoz “Qapalı kəllə-beyin travması nəticəsində fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi (bel əzələlərinin yumşaq toxumalarının əziyi, sidik cinsiyyət orqanlarının zədələnməsi), depressiv sindrom, retroqrad amneziya" kimi qeyd olunmuşdur. X9 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 12458 nömrəli Çıxarışında diaqnoz “Xroniki baş ağrıları ilə müşahidə olunan posttravmatik ensefalopatiya (anamnezə əsasən). Hipertenzion sindrom. Partlayış travmasından sonrakı sol xayanın hipotrofiyası. Xroniki posttravmatik orxoepidomimidit (şəhadətnaməyə əsasən). L4-L5, L5-S1 fəqərəarası disklərin protruziyası. Kəskin kökcük ağrıları ilə. Asteno-nevrotik sindrom" qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli 12996/22 nömrəli Çıxarışında diaqnoz “Qapalı kəllə-beyin travması nəticəsində fəlakət (müharibə) keçirdikdən sonra sonra şəxsiyyətin davamlı dəyişikliyi (bel əzələlərinin yumşaq toxumalarının əziyi, sidik cinsiyyət orqanlarının zədələnməsi) depressiv sindrom retroqrad amneziya'’ kimi qeyd olunmuşdur. X9 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 1646 nömrəli Çıxarışında diaqnoz “Xroniki baş ağrıları ilə müşahidə olunan posttravmatik ensefalopatiya (anmanezinə əsasən). Hipertenzion sindrom paartlayış travmasından sonrakı sonrakı yaranan sol xayanın hipotrofiyası. Xroniki posttravmatik orxoepidomidir (şəhadətnaməyə əsasən). L4-L5, L5-S1 fəqərəarası disklərin protruziyası. Kəskin kökcük ağrıları ilə. Asteno-nevrotik sindrom. Üzvi (qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu" kimi qeyd edilmişdir. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli 245 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu" kimi qeyd olunmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1567 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla. Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir"’ kimi qeyd edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qapalı kəllə beyin travması aldığını bildirmiş, başağrılarından, sıxılma, boğulma hissindən, yaddaşsızlıqdan şikayətlənmişdir. Halhazırda heç bir dərman qəbul etmədiyini bildirmişdir. Baxış zamanı başın tüklü hissəsinin təpə nahiyəsində, xayalığın sağ yarısında dəri çapığı izlənilmişdir. Psixi statusunda ünsiyyətə süst daxil olmuş, bütün suallara “bilmirəm, yadımda deyil" cavablar vermiş, özünü amneziya olunmuş kimi təqdim etməyə çalışmışdır. Patoloji şəxsiyyətin inkişafı müşahidə edilməmişdir. Müayinənin gedişatında istifadə olunan cümlələr təfəkkür tərkibi koqnitiv geriləmə olmadığını əsaslandırmışdır. Lakin israr etdiyi anamnestik halın araşdırılması üçün Baş beyin MRT müayinəsindən keçmək üçün göndəriş verilmişdir. Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi "Alın payı yuxarı saq tərəfində, dərin aq maddədə və sol arxa paraventrikullyar mm-ik T2, Flair hiperintens-qliozisə xarakter ocaqlar qeyd olunur. Arxa kəllə çuxurunda retroserebellar lokalizasiyada 22*20 mm ölçülü araxnoidal kista izlənir" kimi müəyyənləşdirilmişdir. Qeyd edilən amneziyanı əsaslandıran alın, temporal nahiyə lezyonları, hipokamp patologiyası aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.
5. TSEK-in müayinələrə dair məlumatlarına əsasən: xx.xx.2021-ci il tarixdə aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçncü dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, tam reabilitasiya olması – Səbəb: tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 3-17-4/3-3-139/2024 saylı 12 yanvar 2024-cü il tarixli qərarına əsasən Tibbi-Sosial Ekspert Komissiyası 2 nəfər vətəndaşın tibbi-ekspert sənədlərini araşdırmış və aşağıdakıları müəyyən etmişdir: Sabirabad rayon sakini xx.xx.1998-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0311003AATYT nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin 2.3.9. bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. (ESDAS **********2) Vətəndaş 3-17-4/3-1-93803/2023 nömrəli bildiriş əsasında xx.xx.2023-cü il tarixinə əyani komissiyaya dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 10975 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020) nəticəsində xayalıqın zədələnməsinə görə aparılmış sol xayanın zədələnməsinə görə aparılmış sol xayanın tamlığının bərpası əməliyyatından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı. Sol xayanın hipotrofiyası, Saqtərəfli xroniki posttravmatik orxoepididimit. natamam remissive mərhələsində. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin xroniki baş ağrıları ilə müşayiət olunan posttravmatik ensefalopatiya nəticəsi. Orta (mülayim) dərəcəli ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla. Diskoqen mənşəli xroniki posttravmatik bel-oma radikuliti, davamlı kökcük ağrı sindromu ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi, “L4-L5, L5-S1 fəqərəarası disklərin protruziyası. Xroniki bronxit, remissive mərhələsində" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Qeyd: Travma haqqında arayış təqdim edilməmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli 067514 5610/21 Çıxarışında diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi (bel əzələlərinin yumşaq toxumalarının əziyi, sidik-cinsiyyət orqanlarının zədələnməsi) depressiv sindrom, retroqrad amneziya" kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli 6490/21 nömrəli Çıxarışında diaqnoz “Qapalı kəllə-beyin travması nəticəsində fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi (bel əzələlərinin yumşaq toxumalarının əziyi, sidik cinsiyyət orqanlarının zədələnməsi), depressiv sindrom, retroqrad amneziya" kimi qeyd olunmuşdur. X9 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 12458 nömrəli Çıxarışında diaqnoz “Xroniki baş ağrıları ilə müşahidə olunan posttravmatik ensefalopatiya (anamnezə əsasən). Hipertenzion sindrom. Partlayış travmasından sonrakı sol xayanın hipotrofiyası. Xroniki posttravmatik orxoepidomimidit (şəhadətnaməyə əsasən). L4-L5, L5-S1 fəqərəarası disklərin protruziyası. Kəskin kökcük ağrıları ilə. Asteno-nevrotik sindrom" qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli 12996/22 nömrəli Çıxarışında diaqnoz “Qapalı kəllə-beyin travması nəticəsində fəlakət (müharibə) keçirdikdən sonra sonra şəxsiyyətin davamlı dəyişikliyi (bel əzələlərinin yumşaq toxumalarının əziyi, sidik cinsiyyət orqanlarının zədələnməsi) depressiv sindrom retroqrad amneziya'’ kimi qeyd olunmuşdur. X9 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 1646 nömrəli Çıxarışında diaqnoz “Xroniki baş ağrıları ilə müşahidə olunan posttravmatik ensefalopatiya (anmanezinə əsasən). Hipertenzion sindrom paartlayış travmasından sonrakı sonrakı yaranan sol xayanın hipotrofiyası. Xroniki posttravmatik orxoepidomidir (şəhadətnaməyə əsasən). L4-L5, L5-S1 fəqərəarası disklərin protruziyası. Kəskin kökcük ağrıları ilə. Asteno-nevrotik sindrom. Üzvi (qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu" kimi qeyd edilmişdir. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-ci il tarixli 245 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu" kimi qeyd olunmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1567 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla. Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir"’ kimi qeyd edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qapalı kəllə beyin travması aldığını bildirmiş, başağrılarından, sıxılma, boğulma hissindən, yaddaşsızlıqdan şikayətlənmişdir. Hal-hazırda heç bir dərman qəbul etmədiyini bildirmişdir. Baxış zamanı başın tüklü hissəsinin təpə nahiyəsində, xayalığın sağ yarısında dəri çapığı izlənilmişdir. Psixi statusunda ünsiyyətə süst daxil olmuş, bütün suallara “bilmirəm, yadımda deyil" cavablar vermiş, özünü amneziya olunmuş kimi təqdim etməyə çalışmışdır. Patoloji şəxsiyyətin inkişafı müşahidə edilməmişdir. Müayinənin gedişatında istifadə olunan cümlələr təfəkkür tərkibi koqnitiv geriləmə olmadığını əsaslandırmışdır. Lakin israr etdiyi anamnestik halın araşdırılması üçün Baş beyin MRT müayinəsindən keçmək üçün göndəriş verilmişdir. Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi "Alın payı yuxarı saq tərəfində, dərin aq maddədə və sol arxa paraventrikullyar mm-ik T2, Flair hiperintens-qliozisə xarakter ocaqlar qeyd olunur. Arxa kəllə çuxurunda retroserebellar lokalizasiyada 22*20 mm ölçülü araxnoidal kista izlənir" kimi müəyyənləşdirilmişdir. Qeyd edilən amneziyanı əsaslandıran alın, temporal nahiyə lezyonları, hipokamp patologiyası aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.
7. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyularaq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 ekspertlərinə həvalə edilmişdir: - xx xxxxxx 1998-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodları qeyd etməklə və həmin kodlara uyğun göstərilməklə) aşkar olunur? - İddiaçı müayinəsi zamanı xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü?
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T357/2024 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir:
1. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən o, xx.xx.2024-cü tarixdə Akad. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müayinələrdən keçirildikdən sonra ona “Sol xayanın hipotrofıyası. Sol xayanın hərbi travmasına görə tamlığının bərpası əməliyyatından sonrakı vəziyyəti (01.11. 2020). Sağ tərəfli xroniki epididimit.” diaqnozu, xx.xx.2024-cü il tarixdə “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunarkən isə “F07.0- Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və dissosiativ daxilolmalar, tez-tez dekompensasiyalar, cəngolma tutmaları, intihar cəhdləri ilə. F33.2- Rekurrent depressiya, ağır dərəcəli depressiv epizod” diaqnozu, qoyulmuşdur. Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” publik hüquqi şəxsi müalicə müəssisəsi olmadığından vətəndaş İddiaçı konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, onun adına Sabirabad Rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0311003AATYT nömrəli Forma 88-də göndərişində XBT 10 kodu ilə “ XX Sinif- Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36- Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36- Hərbi əməliyyatlar => Y36.2- Hərbi əməliyyatlar nəticəsində digər... Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Partlayış travması (xx.xx.2020); Xayalığın zədələnməsinə görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı xayalığın bərkimiş dəri çapığı, sol xayayanın hipotrofiyası, sol tərəfli xroniki posttravmatik orxoepididimit. Diskogen mənşəli bel-oma radikulopatiyası. Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Fəlakət (Müharibə) keçdikdən sonra vəziyyətin davamlı dəyişikliyi (bel) əzələlərinin yumşaq toxumalarının əziyi, sidik-cinsiyyət orqanlarının zədələnməsi), depressiv sindrom, retroqrad amneziya.” diaqnozu qeyd edilsə də, şəxsin l olmuş, bütün suallara “bilmirəm, yadımda deyil” cavabları vermiş, özünü amneziya olunmuş kimi təqdim etməyə çalışmış, patoloji şəxsiyyətin inkişafı müşahidə edilməmiş, müayinənin gedişatında istifadə olunan cümlələr təfəkkür tərkibi koqnitiv geriləmə olmadığını əsaslandırmış, lakin israr etdiyi anamnestik halın araşdırılması üçün baş beyin MRT müayinəsindən keçmək üçün göndəriş verilmiş və Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Alın payı yuxarı sağ tərəfdə, dərin ağ maddədə və sol arxa paraventrikullyar mm-ik T2, Flair hiperintens-qliozisə xarakter ocaqlar qeyd olunur. Arxa kəllə çuxurunda retroserebellar lokalizasiyada 22*20mm ölçülü araxnoidal kista izlənir” kimi müəyyənləşdirilmişdir. Qeyd edilən amneziyanı əsaslandıran alın, temporal nahiyə lezyonları, hipokamp patologiyası aşkarlanmamışdır.
2. Əlilliyin təyini ilə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.
9. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekpertizası təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyularaq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin ekspertlərinə həvalə edilmişdir: İddiaçı canlı müayinə olunmaqla, onda:
1. “XBT 10 kodu F60.0 “spesifik şəxsiyyət pozuntuları” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, aşağıda göstərilən qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski; 7.7.1.2. bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması.
2. “XBT 10 kodu F45 “somatoform pozuntular” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, aşağıda göstərilən qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 7.5.1.1. 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.5.1.2. 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət.
3. “XBT 10 kodu F07.0 “üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, aşağıda göstərilən qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti.
4. “XBT 10 kodu F33 “rekurrent depresiv pozuntu” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, aşağıda göstərilən qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 7.4.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla münaqişə yaradılmasına və gündəlik fəaliyyətə mənfi təsir edən tez-tez (ildə 2 dəfədən az olmayan) və (və ya) davamlı (3 aydan az olmayaraq) depresiv epizodlar; sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması; 7.4.2.2. əmək qabiliyyətinin itirilməsinə, sosial və qohumluq əlaqələrinin zəiflməsinə, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il ərzində davamlı remissiya əlamətləri olmadan suisidal cəhdlərlə müşayiət olunan tez-tez (ildə 2 dəfədən az olmayan) və (və ya) davamlı (3 aydan az olmayaraq) depresiv epizodlar; təkrarlanan aqresiv davranış və intihar cəhdləri səbəbindən daimi müşahidədə saxlanılma zərurəti.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X7” publik hüquqi şəxsi tərəfindən məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli 3121 saylı saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir: İ. Yoxlanılan şəxs İddiaçı hal-hazırda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəlləbeyin travması nəticəsində) ifadəli şəxsiyyət pozuntusu, depressiv və dissosiativ daxilolmalar, tez-tez dekompensasiyalar, intihar cəhdləri ilə (Psixi və davranış pozuntulannın beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırkı müayinə zamanı yoxlanılan şəxsdə aşkar edilmiş psixi pozuntular - (anamenestik məlumatlara görə könüllü olaraq İİ Qarabağ müharibəsindəm iştirakı zamanı 27 sentyabr 2020-ci ildən 01 noyabrın 2020-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi, döyüş tapşırığı yerinə yetirərkən düşmən tərəfindən atılan mərminin partlaması nəticəsidə qapalı kəllə beyin travması alması, hərbi hospitalda müalicələrdə olması, aldığı kəllə-beyin travmasından sonra onda şəxs əsəbilik, səs götürə bilməməsi, qıcıqlara qarşı həssaslıq, vaxtaşırı aqressivlik, yaddaşında zəifləmə, yuxu pozuntusu və baş ağrılarından əziyyət çəkməsini, vəziyyəti ilə əlaqədar onda yaranmış enmiş əhval ruhiyyə fonunda dərman içərək özünə qəsd cəhdi etməsi, müxtəlif tibbi müəssisəslərdə, həmçinin AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında dəfələrlə stasionar qaydada müalicələrdə olması, sonuncu dəfə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi “F07. Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və dissosiativ daxilolmalar, tez-tez dekompensasiyalar, cəngolma tutmaları, intihar cəhdləri ilə. F33.2. Rekurrent depressiya, ağır dərəcəli depressiv epizod” diaqnozu ilə stasionar müalicədə olması, hazırda ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsinə baxmayaraq müharibə zamanı almış olduğu xəsarətlərlə və onda yaranmış psixi pozuntularla əlaqədar iş qabiliyyətini itirməsi, bununla yanaşı psixi vəziyyətində əsəbilik, daxili gərginlik, qıcıqlara dözümsüzlük, yuxusuzluq, əsəbi gərginliklər zamanı onda aqressivlik meydana gəlməsini bildirməsi, əhval-ruhiyyəsinin endiyi, kəsmələrlə özünə xəsarətlər yetirməsi, hətta vəziyyətinin yaxşılaşmaması onun əhval-ruhiyyəsinə təsir göstərərək özünü öldürmək fikrinə düşdüyünü, intihara cəhd etdiyini, vəziyyəti ilə əlaqədar əsəblərinin dözməməsi səbəbindən hazırda ailəsində qalmayaraq yaşadığını, göstərilən hallarla əlaqədar istirab keçirməsi, aparılan söhbət gedişatında tez yorulması, astenizasiya olunması, qıcıqlara qarşı həssaslığı, əsəbiliyi, müayinə gedişatında əhval-ruhiyyənin aşkar enməsinin diqqəti cəlb etməsi və s.) sübut edir. Ekspert komissiyasının üzvləri bildirir ki, qərarda qoyulmuş digər suallar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyildir.
11. Məhkəməni iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək etirazın məzmununa uyğun izahat verdi və etirazın təmin olunmasını məhkəmədən xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
14. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.
15. Əlillik altsistemindən görünür ki, xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
17. Hazırkı iddia mübahisələndirmə haqqında iddiadır.
18. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
İV. Məhkəmənin mövqeyi
19. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
22. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya: - xx.xx.2021-ci il tarixdə aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçıya “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020) Xayalıqın zədələnməsinə görə aparılmış yaraların birincicərrahi işlənməsindən sonrakı xayalığın bərkimiş dəri çapığı,sol xayanın hipotrofiyası.sol tərəfli xroniki posttravmatik orxoepididimit.Diskogen mənşəli xroniki bel-oma radikulopatiyası. Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Fəlakət (Müharibə) keçirdikdən sonra vəziyyətin davamlı dəyişikliyi(bel əzələlərinin yumşaq toxumalarının əziyi,sidik-cinsiyyət orqanlarının zədələnməsi),depressiv sindrom,retoqrad amneziya..” diaqnozu ilə, “2.3 Üçüncü dərəcə əlillik => 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9,F45-F45.9,F48- F48.9)..” meyar əsasında 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020). Xayalığın zədələnməsinə görə aparılmış yaraların birincilicərrahi işlənməsindən sonrakı xayalığın bərkimiş dəri çapığı, sol xayanın hipotrofiyası, soltərəfli xroniki posttravmatik orxoepididimit. Diskogen mənşəli xroniki bel-oma radikulopatiyası. Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Fəlakət (Müharibə) keçirdikdən sonra vəziyyətin davamlı dəyişikliyi (bel əzələlərinin yumşaq toxumalarının əziyi, sidikcinsiyyət orqanlarının zədələnməsi), depressiv sindrom, retoqrad amneziya.” diaqnozu ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası tam reabilitasiya olunması barədə qərar qəbul edilməsi olmuşdur.
23. Göründüyü kimi, iddiaçı xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3. bəndinə uyğun olaraq 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı aparılmışdır.
24. Daha sonra, yəni beş il müddət bitdikdən sonra Tibbi-sosial ekspert komissiyası tərəfindən əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə risk qrupuna aid müddətli əlilliyi olan iddiaçının vaxtından əvvəl əyani müayinə olunma zərurəti olduğundan xx.xx.2023-cü ildə əyani müayinə olunmuşdur, Komissiya tərəfindən onun əlilliyinin təyinatından tam reabilitasiya olması əsası ilə imtina edilmişdir. Belə ki, həmin əyani müayinənin nəticələrinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə tam reabilitasiya olunması barədə Qərar qəbul edilmişdir.
25. Qərardan narazı qalan iddiaçı Komissiyanın qərarının “Tam reabilitasiya olunması” hissəsində ləğv edilməsi və əlilliyinin ləğv edildiyi tarixdən etibarən bərpa edilməsini xahiş edir.
26. Qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi nəticəsinə onda mövcud olmuş xəstəliklərin - əlilliyin təyininə əsas verən ağırlaşmalar, patofunksional pozuntuların hazırda aşkar olunmaması, patoloji şəxsiyyətin inkişafı və cümlələrində təfəkkür tərkibi kognitiv geriləmələrin müşahidə edilməməsi, eyni zamanda hazırda heç bir müalicə almaması - xəstəliklərə görə dərman qəbul etməməsi səbəbindən “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir. Göründüyü kimi həmin diaqnozun əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmaması əsas gətirilmişdir.
27. Həmin xəstəliklərin isə hazırda onda olub-olmamasının müəyyən edilməsi zərurəti ilə əlaqədar qəbul edilmiş qərardad nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X7” publik hüquqi şəxsi tərəfindən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş 2853 saylı ekspert rəyində öz təsdiqini tapmışdır ki, iddiaçıda hal-hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu depressiv daxilolmalarla, anamnezində qıcolma tutmaları” (F07.0) mövcuddur. Belə ki, anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırki müayinə zamanı yoxlanılan şəxsdə aşkar edilmiş psixi pozuntular - (anamenestik məlumatlara görə könüllü olaraq İİ Qarabağ müharibəsindəm iştirakı zamanı 27 sentyabr 2020-ci ildən 01 noyabrın 2020-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi, döyüş tapşırığı yerinə yetirərkən düşmən tərəfindən atılan mərminin partlaması nəticəsidə qapalı kəllə beyin travması alması, hərbi hospitalda müalicələrdə olması, aldığı kəllə-beyin travmasından sonra onda şəxs əsəbilik, səs götürə bilməməsi, qıcıqlara qarşı həssaslıq, vaxtaşırı aqressivlik, yaddaşında zəifləmə, yuxu pozuntusu və baş ağrılarından əziyyət çəkməsini, vəziyyəti ilə əlaqədar onda yaranmış enmiş əhval ruhiyyə fonunda dərman içərək özünə qəsd cəhdi etməsi, müxtəlif tibbi müəssisəslərdə, həmçinin AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında dəfələrlə stasionar qaydada müalicələrdə olması, sonuncu dəfə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi “F07. Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və dissosiativ daxilolmalar, tez-tez dekompensasiyalar, cəngolma tutmaları, intihar cəhdləri ilə. F33.2. Rekurrent depressiya, ağır dərəcəli depressiv epizod” diaqnozu ilə stasionar müalicədə olması, hazırda ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsinə baxmayaraq müharibə zamanı almış olduğu xəsarətlərlə və onda yaranmış psixi pozuntularla əlaqədar iş qabiliyyətini itirməsi, bununla yanaşı psixi vəziyyətində əsəbilik, daxili gərginlik, qıcıqlara dözümsüzlük, yuxusuzluq, əsəbi gərginliklər zamanı onda aqressivlik meydana gəlməsini bildirməsi, əhval-ruhiyyəsinin endiyi, kəsmələrlə özünə xəsarətlər yetirməsi, hətta vəziyyətinin yaxşılaşmaması onun əhval-ruhiyyəsinə təsir göstərərək özünü öldürmək fikrinə düşdüyünü, intihara cəhd etdiyini, vəziyyəti ilə əlaqədar əsəblərinin dözməməsi səbəbindən hazırda ailəsində qalmayaraq yaşadığını, göstərilən hallarla əlaqədar istirab keçirməsi, aparılan söhbət gedişatında tez yorulması, astenizasiya olunması, qıcıqlara qarşı həssaslığı, əsəbiliyi, müayinə gedişatında əhval-ruhiyyənin aşkar enməsinin diqqəti cəlb etməsi və s.) sübut edir.
28. Beləliklə, iddiaçıya dair tərtib olunan Forma 88-də əks olunmuş və əvvəllər əlillik təyinatına əsas olan xəstəliklər inkar edilməmiş, psixiatrik ekspertiza nəticəsində aşkar olunmuş xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 7-ci bənd - Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular – 7.6.2-ci yarımbənd – “üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0” diaqnozu, həmçinin həmin bənddə 7.4.2-ci yarımbənd “rekurrent depresiv pozuntu F33” xəstəliyi əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.
29. Məhkəmə hesab edir ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır.
30. Odur ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-139/2024 nömrəli qərarı İddiaçı “tam reabilitasiya olması” hissəsində hissəsində ləğv edilməli və onun əlilliyinin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
31. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-139/2024 nömrəli qərarı İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı əlilliyinin ləğv edildiyi xx.xx.2023-cü il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva