Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9460/2022 21.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncama dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X4 verilmiş Bakı şəhəri, Əhmədli qəsəbəsi, məhəllə 2942Q, ev 2B, blok 2, sahəsi 48,64 kv.m, 3 otaqlı, 25 nömrəli mənzilin (indiki ünvan 1) yerləşdiyi mərtəbə 4-cü mərtəbə göstərilməklə 26 Bakı Komissarı rayon X13 İcraiyyə Komitəsinin xx.xx.1977-ci il tarixli 27/2213 nömrəli sərəncamının və həmin sərəncama əsasən verilmiş xx.xx.1977-ci il tarixli 165022 nömrəli orderin dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, mərhum həyat yoldaşı X10 xx.xx.1977-ci ildə ünvan 1 ünvanında 3 otaqlı mənzil almışdır. Həmin mənzil alınan vaxt 26 Bakı Komissarı rayonu XDS (indiki Cavabdeh) tərəfindən verilən sərəncam və orderdə mənzilin mərtəbəsi 5-ci mərtəbə göstərilmişdir. Lakin həqiqətdə mənzil 4-cü mərtəbədə yerləşir. Ona görə də mənzilə çıxarış alınmasında problemlə üzləşmişdir. Bununla bağlı cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 26 Bakı Komissarı rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.1974-cü ildə verilmiş İ-JQ seriyalı 279145 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 ilə X1 xx.xx.1974-cü ildə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra kişiyə Aslanov, qadına Aslanova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci ildə verilmiş AZ-İ seriyalı 124599 nömrəli Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2004-cü ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı, X2, X6, X3, X12, X7 ünvan 3 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon MKTB 91 saylı MKİS xx.xx.2021-ci il tarixli 930 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Tikinti ünvanı – Əhmədli qəsəbəsi, məhəllə 2942Q, ev 2b, mənzil 25, mərtəbə 4. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2022-ci il tarixli BA-04379-2022 nömrəli məktubla məhkəməyə təqdim edilmiş 26 Bakı Komissarı rayon XDS İK-nin arxiv fondu üzrə xx.xx.1977-ci il tarixli 27/2213 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, X4 4 nəfər ailə üzvü ilə birlikdə (özü, arvadı, iki uşağı) Əhmədli qəsəbəsi, məhəllə 2942Q, ev 2B, blok 2, mərtəbə 5, sahəsi 48,64 kv.m, 3 otaqlı, 25 nömrəli mənzil verilməsi qərara alınmışdır. Orderə daxil edilir: özü X10, arvadı İddiaçı, qızı X6, qızı X3. Qərara heç bir sənəd əlavə edilməmişdir. Əsas: Fond 40, siyahı 1, iş.781, vəq.102. İş materiallarında olan 26 Bakı Komissarı rayon XDS İK-nin xx.xx.1977-ci il tarixli 27 nömrəli sərəncamına əsasən X5 verilmiş xx.xx.1977-ci il tarixli 165022 nömrəli Orderin surətindən görünür ki, X10 3 nəfər ailə üzvü ilə birlikdə Əhmədli qəsəbəsi, məhəllə 2942Q, ev 2B, blok 2, mərtəbə 5, sahəsi 48,64 kv.m, 3 otaqlı, mənzil 25 ünvanında yaşayış sahəsi almaq hüququna malikdir. Yaşayış sahəsinə hüququ olan şəxslər: özü X10, arvadı İddiaçı, qızı X6, qızı X3. İş materiallarında olan X2, X6, X12, X7 tərəfindən notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 50 ünvanında yerləşən 25 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və adına çıxarış almasına razıdırlar, heç bir etirazları yoxdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, 26 Bakı Komissarı (indiki Səbail) rayon XDS İK-nin xx.xx.1977-ci il tarixli 27/2213 nömrəli sərəncamına əsasən iddiaçının əri X4 4 nəfər ailə üzvü ilə birlikdə (özü, arvadı, iki uşağı) Əhmədli qəsəbəsi, məhəllə 2942Q, ev 2B, blok 2, mərtəbə 5, sahəsi 48,64 kv.m, 3 otaqlı, 25 nömrəli mənzil verilmişdir. Sərəncama əsasən Orderə daxil edilir: özü X10, arvadı İddiaçı, qızı X6, qızı X3. Həmin sərəncama müvafiq olaraq X5 verilmiş xx.xx.1977-ci il tarixli 165022 nömrəli Orderə əsasən X10 3 nəfər ailə üzvü ilə birlikdə Əhmədli qəsəbəsi, məhəllə 2942Q, ev 2B, blok 2, mərtəbə 5, sahəsi 48,64 kv.m, 3 otaqlı, mənzil 25 ünvanında yaşayış sahəsi almaq hüququna malikdir. Yaşayış sahəsinə hüququ olan şəxslər: özü X10, arvadı İddiaçı, qızı X6, qızı X3. X10 xx.xx.2004-cü ildə Bakı şəhərində ölmüşdür. Hazırda həmin mənzildə İddiaçı, X2, X6, X3, X12, X7 qeydiyyatdadırlar. Göründüyü kimi, sərəncam və orderdə mənzilin yerləşdiyi mərtəbə 5-ci mərtəbə qeyd edilmişdir. Lakin məhkəmə tərəfindən iddiaçının, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon MKTB 91 saylı MKİS-nin mühəndisi X8 iştirakı ilə keçirilmiş yerli baxış zamanı müəyyən edildi ki, iddiaçının qeyd etdiyi mənzil 2-ci blok 4-cü mərtəbədə yerləşir. Blokda 1-ci mərtəbədə mənzillər 19 və 20, 2-ci mərtəbədə mənzillər 21 və 22, 3-cü mərtəbədə mənzillər 23 və 24, 4-cü mərtəbədə mənzillər 25 və 26 qeyd olunmuşdur. İddiaçının mənzili ilə üzbəüz yerləşən mənzilin nömrəsi 26-dır. 91 saylı MKİS-də 25, 26, 27, 28 nömrəli mənzillərin orderlərinə baxış keçirildi, müəyyən edildi ki, mənzil 25-in (iddiaçının yaşadığı) yerləşdiyi mərtəbə 5, mənzil 26-nın (iddiaçının mənzili ilə üzbəüz mənzil) yerləşdiyi mərtəbə 4, mənzil 27 və 28-in (iddiaçının mənzilindən üst mərtəbədəki mənzillər) yerləşdiyi mərtəbə 5 göstərilmişdir. Beləliklə, yerli baxış zamanı iddiaçının qeyd etdiyi mənzilin 2-ci blok 4-cü mərtəbədə yerləşdiyi müəyyən edildi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı əri X4 verilmiş Bakı şəhəri, Əhmədli qəsəbəsi, məhəllə 2942Q, ev 2B, blok 2, sahəsi 48,64 kv.m, 3 otaqlı, 25 nömrəli mənzilin yerləşdiyi mərtəbə 4-cü mərtəbə göstərilməklə 26 Bakı Komissarı rayon X13 İcraiyyə Komitəsinin xx.xx.1977-ci il tarixli 27/2213 nömrəli sərəncamı və həmin sərəncama əsasən verilmiş xx.xx.1977-ci il tarixli 165022 nömrəli order dəyişdirilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-9460/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9460/2022
21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver