Məhkəmə qərarları › İş №2-1(112)-9463/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9463/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9463/2022 20.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan təqaüd məbləğinin keçmiş dövr üzrə ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «cavabdehin imtina məktubun ləğv edilməsi, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan təqaüd məbləğinin keçmiş dövr üzrə ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 1985-ci ildən Azərbaycan Respuphkası Daxili İşlər orqanlarında əvvəlcə polis nəfəri kimi, 27 mart 1994-cü il tarixdən 1 noyabr 2019-cu il tarixədək isə müstətiq vəzifəsində xidmət etmişdir. Azərbaycan Respuphkası Daxili İşlər Nazirinin 1 noyabr 2019-cu il tarixli Ə3430 ş/h-001-19 nömrəli əmri ilə “xidmətdə olmanın son yaş həddinə çatdığına görə” xidmətdən xaric edilmişdir. Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin 18 sentyabr 1991-ci il tarixli 339 nömrəli və 31 yanvar 1994-cü il tarixli 33 nömrəli əmrləri ilə Goranboy və Ağdam rayonlarında erməni qəsbkarlarına qarşı döyüşlərdə iştirak etmişdir. İddiaçı döyüşlərdə iştirak etdiyinə görə 1996-cı ilin yay aylarında Azərbaycan Respuphkası Daxili İşlər Nazirliyinin X4 İdarəsinin sabiq rəisinə raportla müraciət edərək “müharibə veteranı” vəsiqəsinin verilməsini xahiş etmişdir. 1996cı ilin yay aylarında Azərbaycan Respuphkası Daxili İşlər Nazirliyinin X4 idarəsindən ona verilmiş cavab məktubunda göstərilmişdir ki, onun döyüş bölgəsində iştirakı barədə əmrlər aşkar edilməmişdir, bu səbəbdən ona “müharibə veteranı” vəsiqəsi vermək mümkün deyildir. Həmin dövrıərdə raport bir nüsxədə yazılırdı və DİN-dən verilmiş cavab məktubu ona oxunmaq üçün təqdim edildikdən sonra dəftərxanada işə alınmaqla dəftərxanada saxlanılırdı. 20 fevral 2017-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4 İdarəsinə (sabiq idarə rəisinə) raportla müraciət edərək “müharibə veteranı” vəsiqəsinin verilməsini xahiş etmişdir. DİN-nin X4 İdarəsindən verilmiş 2 mart 2017-ci il tarixli cavab məktubda göstərilmişdir ki, DİN-də yaradılmış komissiya tərəfindən qaldırılan məsələnin müsbət həlli hal-hazırda məqsədəmüvafiq hesab edilməmişdir. DİN-nin X4 İdarəsindən iddiaçıya şifahi olaraq bildirilmişdir ki, onun döyüş bölgəsində iştirakı barədə əmrlər aşkar edilməmişdir, bu səbəbdən ona “müharibə veteranı” vəsiqəsi verilməsi mümkün deyildir. O, döyüşlərdə iştirakı barədə əmrlərin mövcud olmaması ilə əlaqədar olaraq məhkəməyə müraciət etməmişdir (hər hanslı bir video və foto mövcud deyildi). Nəhayət çoxsaylı müraciətlərdən sonra 2019-cu ilin may ayının 24-də DİN-nin X4 İdarəsindən iddiaçıya “müharibə veteranı” vəsiqəsi verilmişdir. Məhz vəzifəli şəxslərin qanunsuz hərəkətləri nəticəsində həmin vəsiqə vaxtında verilmədiyindən, o, 1996-cı ildən 2019-cu il tarixədək dövlət tərəfindən müharibə veteranlarına hər ay verilən aylıq müavinətdən məhrum olunmuşdur. Bu səbəbdən də, iddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsindən 2005-ci il tarixdən 2014-cü li tarixədək müalicə ilə bağlı hər il üçün nəzərdə tutulan ödənilməmiş müavinətin ödənilməsi, 1996-cı il tarixdən 2019-cu il tarixədək hər ay əmək haqqından tutulmuş gəlir vergisinin və həmin müddətdə kommunal xərclərə görə ödənilən pul vəsaitinin tutularaq ona ödənilməşi, həmçinin cavabdehdən 1996-cı il tarixdən 2019-cu il tarixədək ödənilməmiş müharibə veteranı üçün nəzərdə tutulan sosial müavinətin ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 9 iyun 2020-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respuplıkası Daxili İşlər Nazirliyi Maliyyə- Plan İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz olunmuşdur. 7 oktyabr 2020-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh təşkilatdan 2005-ci il tarixdən 2014-cü li tarixədək müalicə ilə bağlı hər il üçün nəzərdə tutulan ödənilməmiş müavinətin ödənilməsi, 1996-cı il tarixdən 2019-cu il tarixədək hər ay əmək haqqından tutulmuş gəlir vergisinin və həmin müddətdə kommunal xərclərə ğörə ödənilən pul vəsaitinin tutularaq ona ödənilməşi, həmçinin cavabdehdən 1996-cı il tarixdən 2019-cu il tarixədək ödənilməmiş müharibə veteranı üçün nəzərdə tutulan sosial müavinətin ödənilməsi xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 7 oktyabr 2020-ci il tarixli 2-1(112)-3831/2020 saylı qərardadı ilə iddia cavabdeh Azərbaycan Respuplıkası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı üçün aylıq müavinətin ödənilməşi” hissəsində iddia tələbi mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 7 oktyabr 2020-ci il tarixli 2-1(112)-3831/2020 saylı qərarı ilə cavabdeh Azərbaycan Respuplikası Daxili İşlər Nazirliyinə qarşı 2005-ci il tarixdən 2014-cü li tarixədək müalicə ilə bağlı hər il üçün nəzərdə tutulan ödənilməmiş müavinətin ödənilməsi, 1996-cı il tarixdən 2019-cu il tarixədək hər ay əmək haqqından tutulmuş gəlir vergisinin və həmin müddətdə kommunal xərclərə ğörə ödənilən pul vəsaitinin tutularaq iddiaçıya ödənilməşinə dair iddia tələbi təmin etməmişdir. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2-1(112)-3831/2020 saylı qərardadında göstərilmişdir ki, «Sosial müavinətlər haqqında» Qanunn 1.0.1-ci maddəsinə görə sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli, 489 saylı Fərmanının 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinə tapşırılsın ki, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməsi ilə əlaqədar, həmin şəxslərin pensiya təminatına dair müvafiq sənədlərin Dövlət Sosial Müdafiə Fonduna təhvil verilməsini bir ay müddətində təmin etsinlər. Qüvvədə olan qanunvericiliyin tələbnlərinə görə vətəndaşlara sosial müavinətin ödənilməsinin həyata keçirilməsi məhz həmin şəxslərin qeydiyyatda olduqları yer üzrə müvafiq Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrinə aiddir. Ona görə də iddiaçı ona çoxu müraciət edilməzdən əvvəlki üç il üçün müharibə veteranı üçün aylıq müavinətin ödəməlməsi barədə 29 mart 2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fonunun Binəqədi rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Binəqədi rayon şöbəsi ləğv edildiyindən ərizəyə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından verilmiş 12 may 2022-ci il tarixli **********2 nömrəli məktubda göstərilmişdir ki, “Sizə müharibə veteranları üçün nəzərdə tutulan təqüd xx.xx.20021-ci il tarixdən qanunvericiliyinin təıəblərinə uyğun olaraq təyin edilmişdir (veteran vəsiqəsinin verildiyi tarixdən)”. “Veteran vəsiqəsi” 24 may 2021-ci il tarixdə verildiyindən, eyni zamanda sözügedən müavivət ləğv edildiyindən, ərizədə qeyd edilən dövrlər üzrə təqaüdün (və ya müavinətin) təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı hesab edir ki, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ən çoxu müraciət edilməsindən əvvəlki üç il üçün müharibə veteranı üçün aylıq müavinət ödənilməlidir. Göstərilənlərə və İPM-in 33.1, 45.1, 46-cı maddələrinə əsaslanaraq, cavabdehin 12 may 2022-ci il tarixli **********2 nömrəli məktubunun ləğv edilməsi, cavabdehin üzərinə iddiaçıya müraciət edildiyi tarixdən əvvəlki üç il üçün müharibə veteranı üçün aylıq müavinətin ödənilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə təqdim olunmuş 27 iyul 2022-ci il tarixli məktubunda bildirilir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı 24 may 2019-cu il tarixdə Daxili İşlər Nazirliyi tərəfindən rəsmi olaraq veteran adı verilmiş və 032631 nömrəli vəsiqə təqdim edilmişdir. İddiaçı DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ona Prezident təqaüdünün təyin edilməsi üçün 19 sentyabr 2019-cu il tarixdə müraciət etmiş və ona Filial tərəfindən Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanına müvafiq olaraq 24 may 2019-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. İddiaçı əvvəlki dövr üçün ona ödənilməmiş təqaüdün verilməsi ilə bağlı 28 mart 2022-ci il tarixdə Filiala müraciət etmiş, lakin onun bu tələbinə cavabdeh tərəfindən 12 may 2022-ci il tarixdə **********2 nömrəli cavab məktubunda haqlı olaraq imtina verilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanının 2.1.1-ci bəndinə əsasən sözügedən təqaüd 2019-cu ilin aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Sözügedən Fərman ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Beləliklə, 1 aprel 2019cu il tarixdən qüvvəyə minən qanunvericilikdəki sözügedən tənzimləmələrə müvafiq olaraq müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da qeyd edilən tarixdən etibarən müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət deyil, təqaüd verilməyə başlanılmışdır. Həmçinin qeyd edilməlidir ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə «Sosial müavinətlər haqqında» Qanunun müddəalarının tətbiq edilməsi ilə əvvəlki üç il üçün ödəmələrin aparılması mümkün deyildir. Göründüyü kimi, sözügedən qanunvericilikdəki dəyişikliklər nəticəsində 1 aprel 2019-cu il tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət müəyyənləşdirilmiş, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə baqlı yeni normalar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş «Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 1.1-ci bəndinə əsasən, bu Qaydalar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri və ya “DOST” mərkəzləri tərəfindən sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan şəxslərə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (dövlət qulluqçularına ömürlük müavinət istisna olmaqla) sosial müavinətlərin, ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarını tənzimləyir. Həmin Qaydaların 7 nömrəli əlavəsinin – “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının” 2.33.1-ci bəndinə əsasən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti tələb olunur. «Veteranlar haqqında» Azərbaycan Respublikasının 28 iyun 1994-cü il tarixli Qanununun 7-ci maddəsində və Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 4-cü bəndində qeyd edilir ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu da onu göstərir ki, vətəndaşın veteran vəsigəsi olmadığı dövrdə, yəni 24 may 2019-cu il tarixdən əvvəlki dövrdə sözügedən prezident təqaüdünə hüququ yaranmamışdır. Həmçinin qeyd edilməlidir ki, veteranların təqaüd almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq təqaüd almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Buna müvafiq olaraq, hazırki iş üzrə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi – veteran statusu almaq hüququnun 1992 – 1994-cü ildən yaranması işin mübahisələndirilməyən halıdır, lakin iddiaçının «Veteranlar haqqında» Qanunun 3-cü maddəsində göstərilən fəaliyyəti həyata keçirmiş olması – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş olması onun bəhs edilən təqaüdü alması üçün deyil, ona veteran vəsiqəsinin verilməsi üçün hüquqi əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, 01 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə əsasən müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə «Sosial müavinətlər haqqında» Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Bu mövqeyinə uyğun olaraq kollegiya hesab edir ki, 01 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almag hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Beləliklə, İddiaçı veteran vəsiqəsini 2019-cu ilin aprel ayından sonra – 24 may 2019-cu il tarixdən aldığı üçün onun sosial müavinət almaq deyil, prezident təqaüdü almaq hüququ yaranmışdır. Prezident təqaüdü ilə bağlı olaraq da hər hansı əvvəlki 3 illik ödəniş tələbi nəzərdə tutulmamışdır. İddiaçıya vəsiqəsini aldığı tarixdən etibarən prezident təqaüdü təsis edilmiş və ödənilmişdir. Bu səbəbdən ona Fond tərəfindən verilmiş imtina qanuni və əsaslıdır. Qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarının nəzərə alaraq İddiaçı “müharibə veteranı üçün aylıq müavinətin ödənilməsi” tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 2.3-cü maddəsinə görə bu Qanunla nəzərdə tutulmuş bəzi kateqoriya şəxslərə verilən digər sosial müavinətlər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0.1-ci maddəsinə əsasən bu Qanunla aşağıdakı aylıq müavinətlər təyin edilir: dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, 3 yaşınadək uşağa qulluğa görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət, vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına «Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət, beşdən çox uşağı olan qadınlara müavinət. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2005-ci il tarixli 257 nömrəli Fərmanının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilsin və bu məqsədlə “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının 1-ci bəndinin doqquzuncu abzasının əvvəlində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə,” sözləri əvəz edilsin. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə qərara alınmışdır ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının 24 may 2019-cu il tarixdə “müharibə veteranı” adı və vəsiqəsi alması və ona Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə təsis edilmiş “Prezident təqaüdü”nün verilməsi (vəsiqəsinin alındığı vaxtdan etibarən) işin mübahisəli hallarına aid deyil. Hazırkı inzibati mübahisə iddiaçıya həmin təqaüdün təyin edildiyi vaxtdan əvvəlki dövr üzrə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin məbləğinin ödənilməsi ilə bağlıdır. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi 24 may 2019-cu il tarixdə verilsə də, o, müvafiq statusa həmin vaxtdan əvvəlki dövr üzrə xidmətlərinə görə malikdir. Lakin nəzərə alınmalıdır ki, iddiaçıya həmin vəsiqə verilən tarixdə artıq qanunvericiliklə müharibə veteranlarına “müavinət” verilmirdi, 2019-cu ilin aprel ayından başlayaraq “Prezident təqaüdü” verilməsinə başlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanında isə, təqaüdə münasibətdə müraciət etməzdən əvvəlki dövr üzrə ödənilməmiş məbləğlərin verilməsi nəzərdə tutulmamışdır. Həmin təqaüd sosial müavinət sayılmadığından, onun əvvəlki dövr üzrə ödənilməsi də qanunvericiliyə uyğun deyildir. İddiaçının müharibə veteranları üçün nəzərdə tutulan Prezident təqaüdünü almaq hüququ “müharibə veteranı” vəsiqəsini aldığı 24 may 2019-cu il tarixdən yaranır. İddiada əvvəlki dövr üzrə müavinətin ödənilməsi tələbi irəli sürülsə də, məhkəmə vurğulayır ki, iddiaçıya veteran vəsiqəsi alındığı tarixdən əvvəki dövr üzrə istər müavinət, istərsə də təqaüd almaq üçün hüququ yaranmış olmur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranları üçün nəzərdə tutulan müavinətin keçmiş müddətlər üzrə məbləğlərinin ödənilməsini tələb etməkdə haqlı deyil. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd sayılmamalı və iddiaçının sosial təminat hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə iddia ərizəsində “cavabdehin imtina məktubunun ləğv edilməsi” ifadəsinin göstərilməsini formal xəta qismində qiymətləndirir və onu “cavabdehin imtinasının qanunsuz sayılması” kimi qəbul edir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan təqaüd məbləğinin keçmiş dövr üzrə ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan təqaüd məbləğinin keçmiş dövr üzrə ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar