Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9475/2021 03.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “elektron sistemdə düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0280003AAFMA nömrəli göndəriş əsasında 09.07.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir sözlərinin elekrton sistemdə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsində (https://www.egov.az/az/services/read/3493/0) düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dədqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, “30.06.2021-ci il tarixli 0280003AAFMA nömrəli göndəriş əsasında 09.07.2021-ci il tarixdən 09.07.2026-cı il tarixədək qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir” sözlərinin X2 Sistemində Əlillik haqqında arayışda (https://www.e-gov.az/az/services/read/3493/0) düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 izahatında bildirdi ki, X1 X4 Rövşən Rafail oğluna əlillik vəziyyətinin qiymətləndirilərək 09.07.2021-ci il tarixdə ikinci dərəcəli əlilliyin təyin edilməsi (forma 88 № 0280003AAFMA), əlilliyin 09.07.2026-ci il tarixədək 5 il müddətinə müəyyən edilməsi, səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olması öz əksini tapmışdır. İşin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakşılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 26.07.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının müşayiət məktubu ilə aidiyyəti üzrə baxılması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərilmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığınız əlillik dərəcəsinin bərpa olunmasına köməklik göstərilməsi haqqında müraciətiniz əsasında Agentliyin tapşırığı ilə “Laçın rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi öz səlahiyyəti daxilində müvafiq tədbir görmüş və nəticəsi barədə məlumat təqdim etmişdir. Təqdim edilmiş məlumatda Sizin sənədlərinizin hazırlanaraq “Dəqiqləşdirilməmiş hərbi əməliyyatlar nəticəsində zədələnmələr. Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 8-9 dəfə).” diaqnozu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X8 (TSERAS) yerləşdirildiyi və 09.07.2021-ci il tarixində qiymətləndirilərək 09.07.2026-ci il tarixinə kimi İİ dərəcə əlillik təyin olunduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı 09.07.2021-ci il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir (forma 88 № 0280003AAFMA). Əlilliyin müddəti 09.07.2026-ci il tarixədək 5 il müddətinə müəyyən edilmişdir. Əlilliyin səbəbi - Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, diaqnoz – «Dəqiqləşdirilməmiş hərbi əməliyyatlar nəticəsində zədələnmələr, Dəqiqləşdirilməmiş hərbi əməliyyatlar nəticəsində zədələnmələr, Harbi amaliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzəhür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez -tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 8-9 dəfə)». İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X5 çıxarışdan görünür ki, İddiaçı 09.07.2021-ci il tarixdə (müayinə tarixi 09.07.2021-ci il) ikinci dərəcəli əlillik təyin edilmişdir (Laçın rayon Mərkəzi Xəstəxanası - forma 88 № 0280003AAFMA). Əlilliyin müddəti 09.07.2026-ci il tarixədək 5 il müddətinə müəyyən edilmişdir. Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X3: XX Sinif-Xəstələnmənin və ölümün xarici səbəbləri = Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar = Y36-Hərbi əməliyyatlar= Y36.9-dəqiqləşdirilməmiş hərbi əməliyyatlar; Diaqnoz: «Dəqiqləşdirilməmiş hərbi əməliyyatlar naticəsində zədələnmələr, Dəqiqləşdirilməmiş hərbi əməliyyatlar nəticəsində zədələnmələr, Harbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 8-9 dəfə)»; Meyar: 2.2. İkinci dərəcəli əlillik = 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçapan dərəcədə dəyişilməsi ilə (G40-G41.9). Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi- Sosial Ekspertiza və X6 düzəliş edilərək, İddiaçı 09.07.2021-ci il tarixdə (müayinə tarixi 09.07.2021-ci il) ikinci dərəcəli əlilliyin təyin edilməsi (Laçın rayon Mərkəzi Xəstəxanası forma 88 № 0280003AAFMA), əlilliyin 09.07.2026-ci il tarixədək 5 il müddətinə müəyyən edilməsi, səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olması qeyd olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunmuş və işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “elektron sistemdə düzəliş edilməsi” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-9475/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9475/2021
03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver