Məhkəmə qərarları › İş №2-1(112)-9479/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9479/2023

18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9479/2023 18.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı “ölkədən çıxışa məhdudiyyətin götürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyünə görə Ashraf Rüstamovun barəsində inzibati xəta haqqında qərara əsasən yaranmış cərimələrin silinməsi və ölkədən çıxmağa qoyulmuş qanunsuz məhdudiyyətin aradan qaldırılması barədə Baş X2 İdarəsi üzrəində öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ölkə hüdudlarını tərk etmək istəyərkən X1 postunda saxlanılaraq məlumat verilmişdir ki, inzibati tənbeh vermə haqqında qərara əsasən borcun olması səbəbindən ölkədən çıxışına məhdudiyyət qoyulması əsas gətirilərək getməsinə mane olmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixili cavab məktubunda Ashraf Rrustamovun ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılma ilə bağlı qərar qəbul edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cii il tarixli vəkil sorğusuna cavab məktubunda Dövlət Sərhəd Xidmətinin İddiaçı ölkə hüdudlarından kənara hərəkətinə məhdudiyyətin tətbiq edilmədiyi bildirilmişdir. Faktiki olaraq heç bir qanuni əsas olmadan İddiaçı sərbəst hərəkət etmək azadlığının məhdudlaşdırılması ona maddi və mənəvi zərər vurmaqdadır. Baş X2 İdarəsinə xx.xx.2023-cü il tarixdə vəkil sorğusu ilə müraciət olunmuş, İddiaçı idarəetməsində olmuş Gürcüstan Respublikasında dövlət qeydiyyatından keçmiş 1MU-123-SA qeydiyyat nişanlı Mercedes-Benz markalı avtomobil və ya digər nəqliyyat vasitəsinin idarə edilməsi zamanı şəxsin hansı inzibati xətaları törətməsi, müsbət halda həmin inzibati xətalarla bağlı tərtib edilmiş qərar və digər zəruri materialların mətninin göndərilməsi xahiş olunmuşdur. Məktuba xx.xx.2023-cü il tarixdə cavab verilmişdir ki, 69 inzibati tənbehvermə haqqında elektron qərar çıxarılmışdır. Lakin qərarlar xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Həmin elektron qərarlardan görünür ki, o, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixlərdə MU-123-SA qeydiyyat nişanlı Mercedes-Benz markalı avtomobili idarə dərkən: xx.xx.2018-ci il tarixli EQ 086809 saylı qərarla AR İXM 328.3-cu maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 086824 saylı qərarla AR İXM 328.2-ci maddəsinə 50 manat, xx.xx.2018-ci il tarixli EQ 086840 saylı qərarla AR İXM 328.2-ci maddəsinə 50 manat, xx.xx.2018-ci il tarixli EQ 084941 saylı qərarla AR İXM 328.3-cü maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 084955 saylı qərarla AR İXM 328.2-ci maddəsinə 50 manat, xx.xx.2018-ci il tarixli EQ 084967 taylı qərarla AR İXM 328.2-ci maddəsinə 50 manat, xx.xx.2018-ci il tarixli EQ 085005 saylı qərarla AR İXM 328.2-ci maddəsinə 50 manat, xx.xx.2018-ci il adxli EQ 085026 saylı qərarla AR İXM 328.3-cü maddəsinə 150 manat, 26 0.2018-ci il tarixli EQ 085078 savlı qərarla AR İXM 328.3-cü maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 085131 saylı qərarla AR İXM 328.3-cü maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 085154 saylı qərarla AR İXM 328.3-cü maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 085162 saylı qərarla AR İXM 328.3-cü maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 085166 saylı qərarla AR M 328.4-cü maddəsinə 250 manat, xx.xx.2018-ci il tarixli EQ 085203 saylı qərarla AR İXM 328.4-cü maddəsinə 250 manat, xx.xx.2018-ci il tarixli EQ 085264 qərarla AR İXM 328.3-cü maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 08 590 saylı qərarla AR İXM 328.3-cü maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 085309 saylı qərarla AR İXM 328.3-cü maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 085324 saylı qərarla AR İXM 328.2-ci maddəsinə 50 manat, xx.xx.2018-cİ il tarixli EQ 086200 saylı qərarla AR İXM 328.1-ci maddəsinə 10 manat, 10.2018-ci il tarixli EQ 086213 saylı qərarla AR İXM 328.4-cü maddəsinə 250 manat, xx.xx.2018-ci il tarixli EQ 086488 saylı qərarla AR İXM 328.2-ci maddəsinə 50 manat, xx.xx.2018-ci il tarixli EQ 086590 saylı qərarla AR İXM 328.4-cü naddəsinə 250 manat, xx.xx.2018-ci il tarixli EQ 086621 saylı qərarla AR İXM 328.2-ci maddəsinə 50 manat, 26.10 2018-ci il tarixli EQ 086622 saylı qərarla AR İXM 328.1-ci maddəsinə 10 manat, xx.xx.2018-ci il tarixli EQ 086631 saylı qərarla AR İXM 328.4-ci maddəsinə 250 manat, xx.xx.2018-ci il tarixli EQ 086693 saylı qərarla AR İXM 328.3-ci maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 086727 saylı qərarla AR İXM 328.1-ci maddəsinə 10 manat, xx.xx.2018-ci il tarixli EQ 084901 saylı qərarla AR İXM 328.3-ci maddəsinə 150 manat, 26.10.201 8-ci il tarixli EQ 084834 saylı qərarla AR İXM 328.3-ci maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 084856 saylı qərarla AR İXM 328.3-ci maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 084870 saylı qərarla AR İXM 328.3-ci maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 084859 saylı qərarla AR İXM 328.2-ci maddəsinə 50 manat, xx.xx.2018-ci il tarixli EQ 084833 saylı qərarla AR İXM 328.2-ci maddəsinə 50 manat, xx.xx.2018-ci il tarixli EQ 037238 saylı qərarla AR İXM 328.2-ci maddəsinə 50 manat, xx.xx.2018-ci il tarixli EQ 031332 saylı qərarla AR İXM 328.1-ci maddəsinə 10 manat, xx.xx.2018-ci il tarixli EQ 032352 saylı qərarla AR İXM 328.1-ci maddəsinə 10 manat, xx.xx.2018-ci il tarixli EQ 031959 saylı qərarla AR İXM 328.1-ci maddəsinə 10 manat, xx.xx.2018-ci il tarixli EQ 031898 saylı qərarla AR İXM 328.1-ci maddəsinə 10 manat, xx.xx.2018-ci il tarixli EQ 032638 saylı qərarla AR İXM 328.1-ci maddəsinə 10 manat, xx.xx.2018-ci il tarixli EQ 032579 saylı qərarla AR İXM 328.2-ci maddəsinə 50 manat, xx.xx.2018-ci il tarixli EQ 031891 saylı qərarla AR İXM 328.2-ci maddəsinə 50 manat, xx.xx.2018-ci il tarixli EQ 032341 saylı qərarla AR İXM 328.2-ci maddəsinə 50 manat, xx.xx.2018-ci il tarixli EQ 03344 saylı qərarla AR İXM 328.2-ci maddəsinə 50 manat, xx.xx.2018-ci il tarixli EQ 032554 saylı qərarla AR İXM 328.2-ci maddəsinə 50 manat, xx.xx.2018-ci il tarixli EQ 031150 saylı qərarla AR İXM 328.2-ci maddəsinə 50 manat, xx.xx.2018-ci il tarixli EQ 031148 saylı qərarla AR İXM 328.3-ci maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 031308 saylı qərarla AR İXM 328.3-ci maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 031476 saylı qərarla AR XM 328.3-ci maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 032444 saylı qərarla İR İXM 328.3-ci maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 032442 saylı qərarla AR İXM 328.3-ci maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 032361 saylı qərarla AR İXM 328.3-ci maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 032305 saylı qərarla AR İXM 328.3-ci maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 031990 saylı qərarla AR İXM 328.3-ci maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 031952 saylı qərarla AR İXM 328.3-ci maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 031905 saylı qərarla AR İXM 328.3-ci maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 031902 saylı qərarla AR İXM 328.3-ci maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 032582 saylı qərarla AR İXM 328.3-ci maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 031192 saylı qərarla AR İXM 328.4-cü naddəsinə 250 manat, 17 10.2018-ci il tarixli EQ 032455 saylı qərarla AR İXM 8.4-Cİ maddəsinə 250 manat, xx.xx.2018-ci il tarixli EQ 031854 saylı qərarla AR İXM 328.4-cü maddəsinə 250 manat, xx.xx.2018-ci il tarixli EQ 032587 saylı qərarla AR İXM 328.4-cü maddəsinə 250 manat, xx.xx.2018-ci il tarixli EQ 021552 saylı qərarla AR İXM 328.2-ci maddəsinə 50 manat, xx.xx.2018-ci il tarixli EQ 021857 saylı qərarla AR İXM 328.2-ci maddəsinə 50 manat, xx.xx.2018-ci il tarixli EQ 021503 saylı qərarla AR İXM 328.3-ci maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 021527 saylı qərarla AR İXM 328.3-ci maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 021550 saylı qərarla AR İXM 328.3-ci maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 021571 saylı qərarla AR İXM 328.3-ci maddəsinə 150 manat, xx.xx.2018-ci il tarixli EQ 021535 saylı qərarla AR İXM 328.4-cü maddəsinə manat, barəsində tərtib olunan inzibati tənbehvermə haqqında qərarlar tərtib edilmişdir. Ashraf Rüstəmovun barəsində inzibati tənbehvermə barədə qərarlar haqqında ona məlumat verilməmişdir. Həmin qərarların qəbulundan 5 ilə yaxın vaxt keçmişdir. Bu müddət ərzində şəxsin barəsində cərimə növündə inzibati tənbehvermə barədə qərar məcburi icraya yönəldilməmişdir. Həmçini inzibati xəta haqqında qanunvericilikdə nəzərdə tutulan digər məcburi icra tədbirləri də görülməmişdir. Bu qərarlar əsas gətirilərək şəxsin hazırda dövlət sərhədindən keçməyinə yaradılan maneələr əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək İddiaçı ölkədən çıxışına qoyulmuş qanunsuz məhdudiyyətin aradan qaldırılması barədə Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş MYİ 0****** nömrəli müvəqqəti yaşamaq üçün iczaə sənədinə əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı Gürcüstan Respublikası vətəndaşıdır, icazənin verilmə tarixi xx.xx.2021-ci il, etibarlıdır xx.xx.2023-cü il tarixədək. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin iddiaçının vəkilinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-37-05/2-1602/2023 nömrəli məktubunda bildirilmişdir ki, Gürcüstan vətəndaşı 20.02 1959-cu il təvəllüdlü İddiaçı barəsində ölkə hüdudlarından kənara inzibatı qaydada çıxarılma ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən hər hansı qərar qəbul edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-73911/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Mercedes Benz” markalı, Gürcüstan Respublikasına məxsus MU123SA qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək idarə olunması zamanı yol hərəkəti qayda pozuntuları törədilməsi halları üzrə xüsusi texniki vasitələrin Baş X2 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatları əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsinin istifadəçisi İddiaçı barəsində 69 inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Həmin qərarlar qanunvericiliklə müəyyən olunmuş müddətdə icra edilmədiyindən, Məcəllənin 150.11-ci maddəsinə uyğun olaraq tətbiq edilmiş cərimə məbləğlərinin üzərinə dəbbə pulu hesablanmaqla ödəniləcək ümumi məbləğ 13.104 (on üç min yüz dörd) manat təşkil etmiş, habelə nəqliyyat vasitəsinin saxlanılması barədə qərarlar qəbul olunmuşdur. Bununla yanaşı Rustam Ashrafovun ölkədən getmək hüququnun xx.xx.2022-ci il tarixdən müvəqqəti məhdudlaşdırılmasına dair Baş X2 İdarəsinin mərkəzi informasiya sisteminə məlumat daxil olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli ,3-38-33/2-2206/23 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-80009/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Mercedes Benz” markalı, Gürcüstan Respublikasına məxsus MU123SA qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək idarə olunması zamanı yol hərəkəti qayda pozuntuları törədilməsi halları üzrə xüsusi texniki vasitələrin Baş X2 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatları əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1 -ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsinin istifadəçisi İddiaçı barəsində 69 inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Həmin qərarlar qanunvericiliklə müəyyən olunmuş müddətdə icra edilmədiyindən, Məcəllənin 150.11-ci maddəsinə uyğun olaraq tətbiq edilmiş cərimə məbləğlərinin üzərinə dəbbə pulu hesablanmaqla ödəniləcək ümumi məbləğ 13.104 (on üç min yüz dörd) manat təşkil etmiş, habelə nəqliyyat vasitəsinin saxlanılması barədə qərarlar qəbul olunmuşdur. Bununla yanaşı Rustam Ashrafın ölkədən getmək hüququnun xx.xx.2022-ci il tarixdən müvəqqəti məhdudlaşdırılmasına dair Baş X2 İdarəsinin mərkəzi informasiya sisteminə məlumat daxil olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-12/2- 125370/2023 nömrəli məktubunda bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanladığınız sorğunuz aidiyyəti üzrə baxılması üçün DİNin Baş İnformasiya-Kommunikasiya İdarəsinə göndərilmişdir Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-106961/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Mercedes Benz” markalı, Gürcüstan Respublikasına məxsus MU123SA qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək idarə olunması zamanı yol hərəkəti qayda pozuntuları törədilməsi halları üzrə xüsusi texniki vasitələrin Baş X2 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatları əsasında Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsinin istifadəçisi İddiaçı barəsində 69 inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Həmin qərarlar qanunvericiliklə müəyyən olunmuş müddətdə icra edilmədiyindən, Məcəllənin 150.11-ci maddəsinə uyğun olaraq tətbiq edilmiş cərimə məbləğlərinin üzərinə dəbbə pulu hesablanmaqla ödəniləcək ümumi məbləğ 13.104 (on üç min yüz dörd) manat təşkil etmiş, habelə nəqliyyat vasitəsinin saxlanılması barədə qərarlar qəbul olunmuşdur. Bununla yanaşı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 17.1.7-ci maddəsinin tələblərinə əsasən, Rustam Ashrafın Azərbaycan Respublikasından getməsinin xx.xx.2022-ci il tarixdən müvəqqəti məhdudlaşdırılmasına dair Baş X2 İdarəsinin mərkəzi informasiya sisteminə məlumat daxil olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-16/2-14647/2023 nömrəli məktubunda bildirmişdir ki, “Mercedes” markalı, MU-123-SA qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qayda pozuntuları törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarlara aydınlıq gətirilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Naziriyi Baş X2 İdarəsinə ünvanladığmız müraciətə baxılmışdır. Bildiririk ki, 15-26 oktyabr 2018-ci il tarixlərdə “Mercedes” markalı, MU-123-SA qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması zamanı yol hərəkəti qayda pozuntularına yol verilməsi halları foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək Azerbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 122.1-ci maddəsinin tələbinə uyğun olaraq İddiaçı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati cərimə növündə 69 inzibati tənbeh vermə haqqında elektron qərar Çıxarılmışdır. İnzibati xətalar haqqında işlər üzrə sənədləri Məcəllənin 97.4-cü maddəsinə uyğun qaydada vətəndaş Ashraf Ruştamova təqdim olunmasına dair BDYPİ-nin rnərkəzji informasiya sisteminə daxil olunuş məlumatlar əsasında tətbiq edilən məbləğlərinin, üzərinə hər növbəti gün 1 (bir) faiz məbləğində dəbbə pulu hesablanmış, habelə nəqliyyat vasitəsinin saxlanılmaslı barədə qərarlar qəbul olunmuşdur. Araşdırma zamanı inzibati xətalarının aşkar olunması və sənədləşməsində qanunazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyəti üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, İddiaçı Gürcüstan Respublikası vətəndaşıdır. İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “Mercedes Benz” markalı, Gürcüstan Respublikasına məxsus MU123SA qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması zamanı yol hərəkəti qayda pozuntuları törədilməsi halları üzrə xüsusi texniki vasitələrin Baş X2 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatları əsasında barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən 69 inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış, həmin qərarlar qanunvericiliklə müəyyən olunmuş müddətdə icra edilmədiyindən, Məcəllənin 150.11-ci maddəsinə uyğun olaraq tətbiq edilmiş cərimə məbləğlərinin üzərinə dəbbə pulu hesablanmaqla ödəniləcək ümumi məbləğ 13.104 (on üç min yüz dörd) manat təşkil etmiş, habelə nəqliyyat vasitəsinin saxlanılması barədə qərarlar qəbul olunmuşdur. Sözügedən 69 sayda qərar iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Cavabdehin məhkəmə sorğusuna cavabında qeyd olunan inzibati xətalarla əlaqədar Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 17.1.7-ci maddəsinin tələblərinə əsasən, İddiaçı Azərbaycan Respublikasından getməsinin xx.xx.2022-ci il tarixdən müvəqqəti məhdudlaşdırılmasına dair Baş X2 İdarəsinin mərkəzi informasiya sisteminə məlumat yerləşdirildiyi bildirilmişdir. Hazırkı iddiasında iddiaçı barəsində inzibati tənbehvermə barədə qərarların qəbul edilməsindən 5 ilə yaxın vaxt keçdiyini, həmin qərarların icrası ilə bağlı məcburi icra tədbirləri görülmədiyini əsas gətirərək həmin qərarlar əsasında qoyulmuş ölkədən çıxışa məhdudiyyətin götürülməsini mübahisələndirir. Məhkəmə iddia ilə bağlı aşağıdakı normalara istinad edir. Miqrasiya Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -15.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. -17.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsi aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 17.1.7. onlar inzibati xəta törətdikdə – barələrində inzibati tənbeh tədbirləri icra edilənədək -17.3. Bu Məcəllənin 17.1-ci və 17.2-ci maddələrində nəzərdə tutulmuş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar müəyyən olunmuş qaydada “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş, ““Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” Əsasnamənin aşağıdakı bəndlərinə əsasən: -2. "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (bundan sonra - Sistem) - xüsusi təyinatlı dövlət informasiya resursudur. Sistemin əsas təyinatı hüquq mühafizə və digər aidiyyəti dövlət orqanlarının səlahiyyətləri çərçivəsində fəaliyyətinin informasiya təminatından, aşağıdakı məsələlər ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılmasının həyata keçirilməsi vasitəsilə elektron xidmətlərin göstərilməsindən ibarətdir: 2.1. şəxsiyyət vəsiqələri, pasport-viza və digər sərhədkeçmə sənədlərinin fərdi olaraq doldurulması və verilməsi; 2.2. yaşayış və olduğu yer üzrə qeydiyyat; 2.3. Sistem çərçivəsində istifadə olunan sənəd blanklarının və onların hərəkətinin uçotu; 2.4. ölkəyə gəlişinə və ölkədən gedişinə məhdudiyyət qoyulan və ya axtarışda olan şəxslər, nəqliyyat vasitələri üzrə siyahıların aparılması, etibarsız sərhədkeçmə sənədləri üzrə yoxlamanın aparılması; 2.5. şəxslərin, sənədlərin, nəqliyyat vasitələrinin nəzarət siyahıları ilə yoxlanılması və sərhədkeçmə uçotu; 2.6. şəxslərin identifikasiyası, sərhədkeçmə və şəxsiyyəti təsdiq edən sənədlərin həqiqiliyinin müəyyənləşdirilməsi; 2.7. Sistemin tərkibinə daxil olan paylanmış, habelə onunla qarşılıqlı əlaqədə olan digər informasiya sistemləri arasında uzlaşmanın aparılmasında iştirak edilməsi; 2.8. biometrik məlumatlar üzrə informasiya resurslarının formalaşdırılması məqsədilə məlumatların toplanılması. -3. Sistemin informasiya resurslarının formalaşdırılması və onlardan istifadə edilməsi insan hüquq və azadlıqlarına riayət olunmaqla həyata keçirilir. - 6. Sistem bir-birinin təminat vasitələrindən və paylanmış informasiya resurslarından qarşılıqlı istifadə edən aşağıdakı altsistemlərdən, aidiyyəti dövlət orqanlarında olan müvafiq lokal seqmentlərdən ibarətdir: 6.10. “Sərhədkeçməyə məhdudiyyət”; -8. Dövlət orqanları tərəfindən Sistem çərçivəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən vəzifələr aşağıdakılardır: 8.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi: 8.1.12. axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi; 8.1.14. öz səlahiyyətləri daxilində “Sərhədkeçməyə məhdudiyyət siyahısı”nın aparılması, bu sahədə informasiya proseslərinin idarə və mühafizə edilməsi; -12.6. “Sərhədkeçməyə məhdudiyyət” altsistemi: 12.6.1. altsistem vasitəsilə qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti dövlət orqanları tərəfindən verilən məlumatlar Sistemin "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilir və sərhədkeçmə nəzarəti zamanı aşağıdakı məqsədlərlə istifadə olunur: 12.6.1.1. sərhədkeçmə zamanı şəxsin saxlanılaraq aidiyyəti dövlət orqanına təhvil verilməsi; 12.6.1.2. şəxsin sərhədkeçməsinə icazə verilməməsi və geri qaytarılması; 12.6.1.3. şəxsin sərhədkeçməsinə aidiyyəti dövlət orqanı tərəfindən nəzarətin təmin edilməsi; 12.6.2. "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi üçün əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş, ““Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydalarının aşağıdakı bəndlərinə əsasən: -4.2. "Sərhədkeçməyə məhdudiyyət" altsistemi - "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na qanunvericiliklə müəyyən olunmuş və bu Qaydalarda göstərilən məlumatların daxil edilməsi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi və altsistemin proqram-texniki vasitələri ilə Əlaqələndirmə Şurası tərəfindən təsdiq edilmiş forma üzrə həyata keçirilir. Məhdudiyyət siyahısına məlumatlar İAMAS-dan müvafiq məqsədlə istifadə səlahiyyəti verilmiş İAMAS-a qoşulmuş dövlət orqanlarının məsul əməkdaşları tərəfindən daxil edilməli və təsdiqlənməlidir. -6.7. "Sərhədkeçməyə məhdudiyyət siyahısı" informasiya resursu üzrə: 6.7.1.Azərbaycan Respublikasına gəlməsinə və Azərbaycan Respublikasından getməsinə məhdudiyyət qoyulan şəxslər barədə aşağıda göstərilən məlumatlar İAMAS vasitəsilə elektron formada yaradılır və yalnız Əsasnamə ilə səlahiyyət verilmiş dövlət orqanları tərəfindən və onların sistemdaxili səlahiyyət bölgüsünə uyğun istifadə olunur, müvafiq əsaslar aradan qalxdıqda aktiv statusu dəyişdirilir: 6.7.1.12-3. inzibati xəta törətmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar; Qeyd olunan normalardan göründüyü kimi, "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Sərhədkeçməyə məhdudiyyət” altsisteminə şəxslər haqqında məlumatların daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi yalnız yuxarıda qeyd olunan Əsasnamə ilə həmin informasiya resurslarından istifadəyə buraxılmış dövlət orqanlarının (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və s.) səlahiyyətindədir. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçının ölkədən çıxışına məhdudiyyət iddiaçı barəsində 69 sayda inzibati xəta işləri üzrə qəbul edilmiş inzibati cərimə qərarlarının icra edilməməsi ilə əlaqədar qoyulmuş, bu barədə məlumatlar “Sərhədkeçməyə məhdudiyyət” altsisteminə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən daxil edilmişdir. Məhkəmə qeyd edir ki, ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi barədə faktiki hərəkətlər inzibati orqanın publik fəaliyyəti ilə bağlı olsa da lakin hazırkı halda həmin məhdudiyyətin götürülməsinə əsas verən qanunla nəzərdə tutulmuş hal aradan qalxmamışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -145.1. İnzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir: 145.1.1. bu Məcəllənin inzibati məsuliyyət müəyyən edən müvafiq müddəaları qüvvədən düşmüş hesab edildikdə; 145.1.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs öldükdə və ya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə; 145.1.3. inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə; 145.1.4. bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda; 145.1.5. ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası zamanı bu Məcəllənin 28.4-cü maddəsində nəzərdə tutulmuş hallar yarandıqda; 145.1.6. barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə. -145.2. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir. 146.1-1. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. -146.2. İnzibati məsuliyyətə cəlb edilmiş şəxs inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasından boyun qaçırarsa, bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş müddətin axımı dayanır. Belə halda icra müddəti həmin şəxsin tutulduğu vaxtdan hesablanır. Göründüyü kimi inzibati xəta üzrə inzibati cərimə növündə tənbeh qərarı 5 il müddətində icra edilmədikdə icra edilmir, bu zaman İnzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş məhkəmə və ya səlahiyyətli orqan (vəzifəli şəxs) həmin qərarın icrasına xitam verir. Hazırkı iş üzrə iddiaçı barəsində cərimə növündə oktyabr 2018-ci il tarixli tənbeh qərarlarının qanuni qüvvəyə minməsindən 5 il keçdiyindən icra müddətinin keçdiyini, artıq icra edilə bilməyəcəyindən onun ölkədən çıxış qoyulmuş məhdudiyyətin qanunsuz olduğunu və məhdudiyyətin götürülməsini iddia etsə də məhkəmə qeyd edir ki, ilk növbədə iddiaçı məhdudiyyətin götürülməsi ilə bağlı inzibati orqana mart 2023-cü ildə, hazırkı iddia ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Hətta həmin qərarların icra müddətinin keçməsi iddia olunursa belə hazırkı halda bu halı müəyyən edən və müddət keçdiyinə görə həmin inzibati qərarların icrasına xitam verən inzibati xəta üzrə səlahiyyətli orqanın qərarı (yaxud məhkəmə nəzarəti qaydasında qəbul edilmiş inzibati xəta ilə bağlı məhkəmə qərarı) qəbul edilməmişdir. Başqa sözlə, ölkədən çıxışa məhdudiyyətin qoyulmasına əsas inzibati tənbeh qərarların icra edilməməsi olduğu halda həmin məhdudiyyətin götürülməsinə əsas verəcək hüquqi hal- inzibati tənbeh qərarlarının icrasına xitam verilməsi halı baş verməmişdir. Hazırkı inzibati məhkəmə isə İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarına əsasən icraata xitam verilməni müəyyən etməyə səlahiyyətli məhkəmə olmayıb, yalnız qərarın icrasına xitam verilmə barədə hüquqi aktın təqdim edildiyi halda inzibati orqanın qoyduğu məhdudiyyətin əsassızlığını müəyyən etməyə səlahiyyətli hesab oluna bilər ki, hazırkı iş üzrə səlahiyyətli orqanın və ya səlahiyyətli məhkəmənin belə bir qərarı təqdim edilməmişdir. Beləliklə, iddiaçının ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən cavabdehin məhdudiyyətlə bağlı hərəkətləri qanunsuz hesab edilə və nəticə etibarı ilə iddia tələbi təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğunundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı “ölkədən çıxışa məhdudiyyətinin götürülməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar