Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-948/2020 16.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 3-də yerləşən (hazırki ünvan Yeni ünvan 2ylı binanın 118 kv.metr sahədən ibarət 3 otaqlı 32 nömrəli mənzilinin dövlət reyestrində qeydiyyata alınması və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirdi ki, o, Yeni Yasamal yaşayış massivi 3-də (VÖEN - **********) yerləşən "xxxx" MMC ilə xx.xx.2008-ci il tarixdə həmin ünvanda tikilmiş binanın 118 kv.metr sahədən ibarət üç otaqlı 32 nömrəli mənzilinin ona təhvil verilməsi barəsində aralarında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini təşkil edən 42000 ABŞ dollarını tam ödəyərək borcunun olmaması barəsində ona maliyyə arayışı verilmişdir. Binanın tikintisi başa çataraq 84 mənzil sahibi mənzillərini təmir edərək köçüb yaşamağa başlamışlar. Bir neçə ildən sonra bina Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən yaradılmış Dövlət Qəbul Komissiyasının xx.xx.2016-cı il tarixli aktına əsasən sakinlərlə məskunlaşmış qaydada istismara qəbul edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə zəruri olan rəsmi sənədlərini təqdim etməklə müraciət etməsinə baxmayaraq, heç bir hüquqi əsas olmadan olmadan müxtəlif bəhanələrlə ərizəsini təmin etməmişlər. Beləliklə də uzun illərdən bəri binanın digər sakinləri kimi orada yaşamasına baxmayaraq, hazırkı vaxta kimi yaşayış mənzilinə çıxarış ala bilmir. Bununla da konstitusion hüquq və azadlıqları kobud şəkildə pozulmaqda davam edir. Yaşadığı binada çoxlu sayda mənzillərə məhkəmənin qərarına əsasən cavabdeh tərəfindən çıxarış verilsə də, qalan mənzillərin sahiblərinin mülkiyyət hüquqları qeyd etdiyi şəkildə pozulmaqda davam edir. Cavabdehin əməlləri süni maneələrdən ibarət olmaqla qanunvericiliyin tələblərinə tamamilə ziddir. İddia tələbinə əsasən onun mənzilinə sahiblik, istifadə və sərəncam hüquqi ilə ona mülkiyyət hüququ haqqında çıxarış verilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, qeyd olunan mənzilin yerləşdiyi yaşayış binasının istismarına icazə sənədləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Belə ki, həmin yaşayış binasına "xxxx" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra daşınmaz əmlak sahibləri tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında mənzil və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********99 saylı imtina məktubundan görünür ki, iddiaçı ünvan 3 ünvanında yerləşən 32 saylı mənzilə dair dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin mənzil yerləşən yaşayış binasının istismarına icazə sənədlərinin təqdim edilmədiyi əsası ilə müraciətin təmin edilməsindən imtina olunmuşdur. İş materiallarında olan "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında 27 oktyabr 2008-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı ilə MMC arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 3 ünvanında yerləşən "xxxx" MMC-nin tikilməkdə olan binasında İ giriş, Vİİ mərtəbəsində yerləşən, ümumi sahəsi 118 kv.metr olan 3 otaqlı 32 saylı mənzilə dair müqavilə bağlanmış, MMC həmin mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 42000 (qırx iki min) ABŞ dolları məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 27 oktyabr 2008-ci il tarixli, 01 saylı maliyyə arayışının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 3-də inşa olunması nəzərdə tutulmuş yaşayış binasının 1-ci giriş, Vİİ mərtəbəsində, ümumi sahəsi 118 kv.metr olan 3 otaqlı, 32 saylı mənzilin pay dəyəri 42000 ABŞ dolları İddiaçı tərəfindən ödənilmişdir və qalıq borcu yoxdur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 46 saylı 11 fevral 2016-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”ndan görünür ki, "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 14 mərtəbəli İ girişli yaşayış binasının (kürsü mərtəbəsi qeyri-yaşayış sahəsi) tikintisi 2005-ci ilin noyabr ayında başlanılmış və 2010-cu ilin 4-cü rübündə başa çatdırılmış və dövlət qəbul komissiyası tərəfindən mövcud (məskunlaşdırılmış) vəziyyətdə istismara qəbul edilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında 27 oktyabr 2008-ci il tarixli müqaviləyə əsasən iddiaçı ilə MMC arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 3 ünvanında yerləşən "xxxx" MMC-nin tikilməkdə olan binasında İ giriş, Vİİ mərtəbəsində yerləşən, ümumi sahəsi 118 kv.metr olan 3 otaqlı 32 saylı mənzilə dair müqavilə bağlanmış, MMC həmin mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri İddiaçı tərəfindən ödənilmişdir və qalıq borcu yoxdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 46 saylı 11 fevral 2016-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”na əsasən qeyd olunan yaşayış binası dövlət qəbul komissiyası tərəfindən mövcud (məskunlaşdırılmış) vəziyyətdə istismara qəbul edilməsi qərara alınmışdır. İddiaçı həmin mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etmiş, lakin cavabdeh tərəfindən ərizənin icrasından imtina edilmişdir. Göründüyü kimi, iddiaçı mənzili "xxxx" MMC-dən əvəzini ödəməklə almış, onun həmin mənzilə görə borcu yoxdur, mənzilin yerləşdiyi bina istismara qəbul edilmiş və müvafiq dövlət orqanları tərəfindən mənzilin istismarına razılıq verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının aldığı mənzilin yerləşdiyi bina istismara qəbul edildiyi, aldığı mənzilə görə borcu olmadığı üçün, bununla da iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası əsassız hesab edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunda MMC tərəfindən inşa edilmiş binada yaşayış və qeyri-yaşayış sahələrinə dair daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı (çıxarışın verilməsi) nəzərdə tutulmamışdır. Hazırkı işdə iddiaçı MMC tərəfindən inşa edilmiş binada yaşayış sahəsi əldə etmiş, yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisəni tənzimləyən normativ hüquqi akt olmadığından qanunun analogiyasından istifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Bu əsasdan məhkəmə hesab edir ki, hazırki işlə bağlı mübahisənin həllinə aşağıdakı normalar, eyni zamanda «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Sadalanan əsaslardan hər hansının olması barədə cavabdeh tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. İş materialları ilə də mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi üçün hər hansı maneənin mövcud olduğu müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin və dəlillərin hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığını sübut edə bilməmişdir. Qanunvericiliyin tələbi baxımından həmin sənədlər hüquqların qeydiyyatı üçün əsasdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan və cavabdeh inzibati orqan hüquqların dövlət qeydiyyatından imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 3 (hazırki ünvan: ünvan 5rtəbəsində yerləşən ümumi sahəsi 118 kv.metr olan 3 otaqlı 32 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-948/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-948/2020
16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver