Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9483/2022 24.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 sentyabr 2018-ci il tarixdə 57 yaşı tamam olduğuna görə xx.xx.2018-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və xx.xx.2018-ci il tarixdən yığılan pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən onun 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ yaranmışdır. 17 sentyabr 2018-ci ildə onun 57 yaşı tamam olmuş, xx.xx.2017-ci il tarixədək 35 il 0 ay 26 gün sığorta stajına malikdir. Bu müddətin 27 il 6 ay 16 gününü xüsusi zərərli və ağır iş şəraitində çalışmış və xx.xx.2021-ci il tarixədək 35909,35 manat fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmuşdur. xx.xx.2006-cı ildən xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır və "xxxx" QSC-də işlədiyi suvaqçı peşəsi Azərbaycan Respulikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 29-cu, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində göstərilmiş “Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işləri” bəndində a) fəhlələr- suvaqçılar peşələrinə uyğun gəlir. Qeyd olunanlara istinad edərək 30 sentyabr 2021-ci il və 01 aprel 2022-ci il tarixlərində ona güzəştli şərtlərlə 57 yaşından, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən yığılıb qalmış pensiya məbləğinin ona ödənilməsi üçün cavabdehə müraciət etsə də, 29 aprel 2022-ci il tarixli məktubla cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış araşdırma nəticəsində iddiaçının cavabdehə təqdim etdiyi 25 oktyabr 1978-ci il tarixli əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az - 18 il 1 ay 10 gün, yəni xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1989-xx.xx.2005-ci il tarixləri arasındakı dövr təşkil edir. İddiaçı bundan əvvəl iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçının həmin qərardan vermiş olduğu apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-790/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd olunan qərarlarla iddiaçının ümumi stajının 25 ildən az olması müəyyən olunmuşdur. İnzibati icraat materiallarından göründüyü kimi iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçıya xx.xx.2021-ci il tarixdən 60 yaşdan güzəştli şərtləri yaşa görə əmək pensiyası təyin edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 7 aprel 2022-ci il tarixində daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz 25 oktyabr 1978-ci il tarixli APM ******* nömrəli əmək kitabçanızda və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, Sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (18 il 1 ay 10 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1989-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" QSC-nin A/169 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X2 həqiqətən xx.xx.1989-cu il tarixindən xx.xx.1994-cü il tarixinədək Bakı Metropoliteni Tunel qurğuları xidmətində suvaqçı (tuneldə yalnız gecə işi, 20% zərərli iş şəraiti ilə), xx.xx.1994-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək Əsaslı təmir xidmətində suvaqçı (tuneldə yalnız gecə işi, 20% zərərli iş şəraiti ilə), xx.xx.2014-cü il tarixindən xx.xx.2018-ci il tarixinədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Əsaslı təmir xidmətində suvaqçı (tuneldə yalnız gecə işi, 20% zərərli iş şəraiti ilə), xx.xx.2018-ci il tarixindən "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Tunel qurğuları xidmətinin Stansiyaların, yerüstü qurğuların, tikililərin cari və dövri təmir sahəsində 5-ci dərəcəli suvaqçı peşəsində işləyir (20% zərərli iş şəraiti). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarına müvafiq olaraq həmin siyahının 29 - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı,bərpası və təmiri bəndinə uyğun olaraq, X2 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun güzəştli şərtlərlə əmək stajı 32 il 05 ay 05 gün (otuz iki il beş ay beş gün) təşkil edir. İş materiallarında olan İddiaçı məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan İddiaçı məxsus ARM seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş surətindən görünür ki, İddiaçı Ermənistan Ararat rayonu, Şidlu kəndi N.Nərimanov adına kolxozda kolxozçu işləmiş (1978-ci il üzrə: qazandığı əmək günü – 7; minimum əmək günü norması - 200; 1979-cu il üzrə: qazandığı əmək günü – 79; minimum əmək günü norması - 200; 1980-ci il üzrə: qazandığı əmək günü – 15; minimum əmək günü norması - 200; 1982-ci il üzrə: qazandığı əmək günü – 71; minimum əmək günü norması - 200; 1983-cü il üzrə: qazandığı əmək günü – 160; minimum əmək günü norması - 200; 1984-cü il üzrə: qazandığı əmək günü – 326; minimum əmək günü norması - 200; 1985-ci il üzrə: qazandığı əmək günü – 329; minimum əmək günü norması - 200; 1986-cı il üzrə: qazandığı əmək günü – 159; minimum əmək günü norması - 200; 1987-ci il üzrə: qazandığı əmək günü – 20; minimum əmək günü norması - 200; 1988-ci il üzrə: qazandığı əmək günü – 180; minimum əmək günü norması – 180), xx.xx.1989-cu ildə Bakı metropoliteni Tonel qurğuları xidmətində 3cü dərəcə üzrə suvaqçı qəbul edilmiş (gecə işi ancaq tuneldə), xx.xx.1990-cı ildə İxtisas komissiyasının protokolu ilə 4-cü dərəcə müəyyən edilmiş, Tonel qurğuları xidmətinin yenidən təşkili və 5 may 1994-cü tarixli 135 saylı əmrə əsasən BMP əsaslı təmir xidmətinə keçirilmiş, xx.xx.1994-cü ildə Tonel qurğuları xidmətindən köçürmə yolu ilə Əsaslı Təmir Xidməti 5-ci dərəcəli suvaqçı qəbul edilmişdir, gecə işi ancaq tuneldə, xüsusi ağır, xüsusi zərərli iş şəraiti, KR-2, 5-ci sahə, xx.xx.2003-cü ildə Xidmətin 2 saylı distansiyasının 6-cı sahəsinə 5-ci dərəcə ilə suvaqçı peşəsinə keçirilmişdir, gecə işi ancaq tuneldə, xüsusi ağır, xüsusi zərərli iş şəraiti, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı sərəncamına əsasən BMP-nin və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır, xx.xx.2014-cü ildə Əsaslı təmir xidmətinin Bina və qurğuların əsaslı təmir distansiyasının 6 saylı sahəsinə 5-ci dərəcə ilə suvaqçı peçəsinə qəbul edilmiş, xüsusi ağır və zərərli iş şəraiti -20% (tuneldə ancaq gecə işi), xx.xx.2018-ci ildə Tunel qurğuları xidmətinin stansiyaların, yerüstü qurğuların, tikililərin, cari və dövri təmir sahəsinin bina və qurğuların, tikililərin təmir sahəsinə yerüstü iş şəraiti ilə 5-ci dərəcəli suvaqçı peşəsinə keçirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. İddiaçının kolxozda iş stajı cəmi 05 il 04 ay 05 gün təşkil edir (1978-ci il üzrə 7 (qazandığı əmək günü) x12 ay / 200 (minimum əmək günü) = 4 gün; 1979-cu il üzrə 79 x 12 / 200 = 4 ay 7 gün; 1980-ci il üzrə 15 x 12 / 200 = 9 gün; 1982-ci il üzrə 71 x 12 / 200 = 4 ay 2 gün; 1983cü il üzrə 160 x 12 / 200 = 9 ay 6 gün; 1984-cü il üzrə 01 il; 1985-ci il üzrə 01 il; 1986-cı il üzrə 159 x 12 / 200 = 9 ay 5 gün; 1987-ci il üzrə 20 x 12 / 200 = 1 ay 2 gün; 1988-ci il üzrə 01 il). Hərbi xidmət dövrü, kolxozda işlədiyi müddət, əmək kitabçasında qeyd olunmuş xx.xx.1989-xx.xx.2006-cı illər işlədiyi müddət daxil olmaqla iddiaçı xx.xx.2006-cı ilədək 23 il 06 ay 05 gün ümumi iş stajına malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4945/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşı tamam olduğu xx.xx.2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişlərinin ödənilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-790/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4945/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 23 il 06 ay 05 gün təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, iddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən az ümumi sığorta stajına malikdir. Bu səbəbdən də onun 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-9483/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9483/2022
24.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver