Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9486/2021 17.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “21.05.2021-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2021-ci ilin mart ayından dayandırılmış pensiya ödənişlərinin bərpa edilməsi, ödənilməmiş müddətlər üzrə yığılmış pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz rayonun Xatınlı kəndində əmək fəaliyyətinə başlayıb. 1990-cı ildə Bakı şəhərinə köçərək Xətai rayonunda Yanğından Mühafizə hissəsində işləyib. 3 il orda işlədikdən sonra əmək fəaliyyətini Daxili işlər Nazirliyini metroları mühafizə idarəsində polis nəfəri kimi davam etdirib. 2006-cı ildə işdə olarkən infakt keçirib. Bundan sonra bir neçə ay xəstəxanada yatıb. 2007-ci ildə əmək qabiliyətini itirdiyim üçün 2-ci qrup əlil kimi pensiyaya çıxıb. 2021-ci ilin mart ayına kimi 2-ci qrup əlil kimi pensiya alıb. Mart ayında yenidən müayinəyə çağırılarkən əlillik pensiyası kəsilmişdir. Halbuki o, hər il ürəyindən və asma xəstəsi olduğu üçün müalicə alib. Ancaq imtina səbəbində əlavə müalicəyə ehtiyacının olması əsaslanaraq imtina etmişlər.
3. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 1.1-ci bəndinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 3.1.2-ci bəndinə əsasən, Agentliyin vəzifələrindən biri müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirməkdir. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq cavabdehin və iddia tələbinin əlillik dərəcəsinin müəyyən edilməsi vəzifəsinin qoyulması kimi dəqiqləşdirilməsini iddiaçıya təklif etmişdir.
4. Məhkəmənin 28.10.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi göstərilməklə İddiaçı 03 mart 2021-ci il tarixli göndəriş əsasında İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir.
5. Cavabdeh iddianın dəyişdirilməsinə etiraz etməmişdir.
6. Məhkəmənin 28.10.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 2 nömrəli Poliklinikası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİ dərəcə əlilliyin təyin edilməsi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsinə X9 2 №-li poliklinika tərəfindən bildirilmişdir ki, 1958-ci il təvəllüdlü İddiaçı 1992-ci il tarixdən DİN-in 2 saylı poliklinikasında tibbi qeydiyyatdadır. İddiaçı 24.07.2006-ci il tarixdə “İ 21 Sol mədəciyin arxa diafraqmal nahiyənin kəskin miokard infarktı” diaqnozu ilə ET Kardiologiya İnstitutuna daxil olmuş və stasionar müalicə almışdır. Xəstəlikləri ilə əlaqədar mütəmadi şəkildə poliklinikada ambulator, DİN-in Tibb idarəsinə X9 A.N.Heydərov adına Respublika Hospitalında stasionar müalicələr qəbul edir. Xəstə aşağıda göstərilən diaqnozlarla poliklinikada dinamik nəzarətdədir: İ25 X7; İ25.2 İnfarktdan sonrakı kardioskleroz; İ49 Ürək ritminin pozğunluqları. Mədəcik ekstasistolası; İ50.0 Durğunluq ürək çatmamazlığı İİ dərəcə; İ 10 Essensial hipertoniya ll-lll dərəcə; İ20.8 Stenokardiyanın digər formaları. Gərginlik stenokardiyası FS-İİ; İ67.4 Hipertonik ensefalopatiya; J44.8 Xroniki obstruktiv bronxit; J45 Bronxial astma; N40 Prostat vəzin hiperplaziyası.
8. Cavabdeh qurum tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti DİN (DAXİLİ İŞLƏR NAZİRLİYl)-nin 2 saylı Poliklinikasının 01.02.2007-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: ÜİX.Stabil gərginlik stenokardiyası. fs İİLlnfarktan sonrakı kardioskleroz. Hipertoniya xəstəliyi İİ mər. Ekstrasistoiik Bronxial astma infeksion allergik forma; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı o araq ikinciüçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. DİN (DAXİLİ İŞLƏR NAZlRLİYİ)-nin 2 saylı Poliklinikasının 06.02.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X3: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik əstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard nfarktı; Diaqnozun mətni: ÜİX.Stabil gərginlik stenokardiyası.fs İİİ.İnfarktdan sonrakı kardioskleroz. Hipertoniya xəstəliyi İİ mər.Ekstrasistolik Bronxial astma infeksion allergik forma; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və yamiokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci- üçüncü dərəcəli çatmamazlığı.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 24.02.2015-ci il tarixli 4110003AAAEV saylı göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: ÜlX:Stabil gərginlik stenokardiyası fs İİİ.İnfarktdan s/kardioskleroz.Hipertoniya xəstəliyidi mər.Ekstrasistolik aritmiya. QDÇ İİ.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.17. Miokardın infarktından sonrakı hal; nəzərə çarpan koronar çatmamazlıq əlamətləri ilə (üçüncü-dördüncü funksional sinif).” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 11.03.2016-cı ildə baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı.; Diaqnozun mətni: ÜİX.Stabil gərginlik stenokardiyası fs İİİ.İnfarktdan s/kardioskleroz.Hipertoniya xəstəliyidi mər.Ekstrasistolik aritmiya. QDÇ İİ.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.17. Miokardın infarktından sonrakı hal: nəzərə çarpan koronar çatmamazlıq əlamətləri ilə (üçüncü-dördüncü funksional sinif).” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə X9 2 nömrəli Poliklinikasının 03.03.2021-ci il tarixli 4400003AAAD6 saylı göndərişi əsasında baxılmış və X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları.; Diaqnozun mətni: Əvvəllər keçirilən miokard infarktı, ÜİX İnfarktdan sonrakı kardioskleroz.Gərginlik stenokardiyası FS-İİİ.Hipertoniya xəstəliyi İİ mərhələ.Ürək çatmamazlığlı FS-İİ. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, ÜİX İnfarktdan sonrakı kardioskleroz.Gərginlik stenokardiyası FS-İİİ.Hipertoniya xəstəliyi İİ mərhələ.Ürək çatmamazlığlı FS-İİ. Ağırlaşma İ49 Ürək ritminin digər pozğunluqları. Ekstrasistolik aritmiya. Ağırlaşma İ20.8 Stenokardiyanın digər formaları, Gərginlik stenokardiyası FSlll. Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ.Yanaşı xəstəliklər J44.8 Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Xroniki obstruktiv bronxit.Yanaşı xəstəliklər N40 Prostat vəzinin hiperplaziyası, Prostat vəzin hiperplaziyası. Yanaşı xəstəliklər J45 Astma, Bronxial astma 1(1),hormondan asılı vəziyyət. Yanaşı xəstəliklər K81.1 Xroniki xolesistit, Xroniki hepatoxolesistit.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-ixtisaslaşmış klinikada müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Bakı Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə X9 2 nömrəli Poliklinikasının 17.05.2021-ci il tarixli 4400003AAAFM saylı göndərişi əsasında baxılmış və X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ30- İ52 - Ürəyin digər xəstəlikləri => İ50 - Ürək çatmamazlığı => İ50.9 - Dəqiqləşdirilməmiş ürək çatmamazlığı; Diaqnozun mətni: ÜİX İnfarktdan sonrakı kardioskleroz.Gərginlik stenokardiyası FS-İİ.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Müayinələr diaqnozu təsdiqləmir Dəqiqləşdirilsin.” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilmişdir.
9. Məhkəmənin 17.12.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin 21.05.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir.
10. Cavabdeh iddianın dəyişdirilməsinə etiraz etməmişdir.
11. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak edən iddiaçı dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
12. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi əlavə olaraq bildirdi ki, miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı ikinci dərəcə əlilliyin təyin olunmasına əsas olduğundan, Forma 88 nömrəsində göstərilən diaqnoz və onun ağırlaşması qeyd edilən əlillik əlamətini müəyyən etmir.
İİ. İddianın növü və mümkünlüyü
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
15. İddiaçı məhkəməyə müraciət etdiyi 17.08.2021-ci il tarixə xeyrinə inzibati akt qəbul edilməsini tələb etdiyindən qaldırdığı iddia məcburetmə növündə iddiaya uyğundur. İddiaçı 21.05.2021-ci il tarixdə qiymətləndirilmiş, qiymətləndirmənin nəticəsinin iddiaçıya təqdim edildiyi (bildirildiyi) tarix və iddiaçıya hüquqi müdafiə vasitələri izah edil müəyyən edilmir.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
17. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
18. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
19. Hazırki iddia məcburetməyə dair iddiadır. Məhkəmə həmin əlilliyin növbəti müddətə təyin edilməsindən imtinanı inzibati aktın qəbulundan imtina kimi qiymətləndirir.
20. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
21. Azərbaycan Respublikası Konstitusiyasından: - 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. - 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
23. İddiaçının tibbi nəzarətə götürülmə tarixi 01.01.1991-ci il olmaqla ilkin olaraq 2-ci dərəcə əlillik 07.02.2007-ci ildə stabil gərginlik stenokardiyası, infarktan sonrakı kardioskleroz, hipertoniya xəstəliyi İİ mərhələ. Ekstrasistolik bronxial astma infeksion allergik forma diaqnozu ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur.
24. Əlilliyin növbəti müddətə təyini ilə bağlı cavabdeh qurum tərəfindən iddiaya yazılı etirazda ətraflı məlumat verilmişdir. Qeyd edilən məlumatlar altsistemdən çıxarışla təsdiqlənir.
25. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə X9 2 nömrəli poliklinikası tərəfindən verilmiş forma 88 arayışına əsasən (№4400003AAFM; göndərişin tarixi: 17.06.2021-ci il) əsas diaqnoz: İ25.2 əvvəllər keçirilən miokard infarktı, ÜİX infarktdan sonrakı kardioskleroz. Gərginlik stenokardiyası FS-İİ Mədəcik ekstrasistolyasiyası. Ürək çatışmazlığı İİ dərəcə AF=48% arterial hipertenziya İİ dərəcə (ET Kardiologiya İnstitutu 05.05.2021); Ağırlaşması: İ20.8. Stenokardiyanın digər formaları, ÜİX infarktdan sonrakı kardioskleroz. Gərginlik stenokardiyası FS-İİ. Mədəcik ekstrasistolyasiyası. Ürək çatışmazlığı İİ dərəcə AF=48% arterial hipertenziya İİ dərəcə (ET Kardiologiya İnstitutu 05.05.2021); İ50.0 Durğunluq ürək çatmamazlığı, ÜİX infarktdan sonrakı kardioskleroz. Gərginlik stenokardiyası FS-İİ Mədəcik ekstrasistolyasiyası. Ürək çatışmazlığı İİ dərəcə AF=48% arterial hipertenziya İİ dərəcə (ET Kardiologiya İnstitutu 05.05.2021); İ49 Ürək ritminin digər pozğunluqları. ÜİX Mədəcik ekstrasistolyasiyası Yanakı xəstəliklər: J44.8 Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Xroniki obstruktiv bronxit. İ67.4 Hipertenziv ensefalopatiya; J45 Bronxial astma, remissiya mərhələsi; N40 Prostat vəzin hiperplaziyası. İ10 Essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi ll dərəcə
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33);
27. Məhkəmə qeyd edir ki, cavabdeh qurum tərəfindən aparılmış qiymətləndirmə zamanı səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayış (№4400003AAFM) müəyyən edilir ki: -status localis qrafasına əsasən iddiaçı 2006-cı ildən xəstədir, o zamandan hazırki vaxta qədər mütəmadi ambulator və stasionar müalicələr almışdır. 05.05.2021-ci il tarixdə Elmi X4nda müayinədən keçmiş və ÜİX infarktdan sonrakı kardioskleroz. Gərginlik stenokardiyası FS-İİ Mədəcik ekstrasistolyasiyası. Ürək çatışmazlığı İİ dərəcə AF=48% arterial hipertenziya İİ dərəcə. -əlilliyin növbəti müddətə təyin olunmasından qiymətləndirildiyi 21.05.2021-ci il tarixdə imtina edilmişdir. İmtina göndərişin natamam doldurulması, müayinələrin diaqnozu təsdiqləməməsi kimi əsaslandırılmışdır.
28. Beləliklə, məhkəmə qeyd edir ki, Forma 88 arayış (№4400003AAFM) XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1.-ci maddəsinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (əsas diaqnoz birbaşa olmasa belə (İ25.2 əvvəllər keçirilən miokard infarktı), ağırlaşmaları (İ20.8. Stenokardiyanın digər formaları) və (İ50.0 Durğunluq ürək çatmamazlığı) göstərilməsinə və həmin xəstəliklərlə bağlı uzun müddət ambulator və stasionar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu ixtisaslaşmış müəssisə X2 tərəfindən 05.05.2021ci ildə aparılmış diaqnostik müayinələrlə (obyektiv müayinə, EKQ, EXOKQ) təsdiq olunmasına baxmayaraq (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə təyin olunmasından imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.
29. Məhkəmə cavabdehin nümayəndəsinin miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığının ikinci dərəcə əlilliyin təyin olunmasına əsas olduğundan, Forma 88 nömrəsində göstərilən əsas diaqnoz və onun ağırlaşmasının qeyd edilən əlillik əlamətini müəyyən etməməsinə münasibətdə qeyd edir ki, həmin norma (2.2.1-ci bənd) iki meyarı müəyyən edir: i) ürək qüsurları və ya ii) miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı. İş materiallarına əsasən aparılmış müayinə nəticələrinə əsasəb iddiaçıya qoyulmuş diaqnozun ürək qüsurları müəyyən etməsində məhkəmədə hər hansı şübhə yaratmır.
30. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya qiymətləndirmə aparıldığı 21.05.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı qiymətləndirildiyi 21.05.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva