Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9486/2025 17.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının 65-80% pozulmasının müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini üzərinə xx.xx.1968-ci il təvəllüdlü İddiaçı təyin edilmiş 2-ci dərəcəli əlilliyin bərpa edilməsi, İddiaçı əlilliyin təyin edilməməsi ilə bağlı qəbul edilmiş qərarın ləğv edilməsi, yaranmış fərqin ödənilməsi öhdəliyinin qoyulması barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.
2. İş üzrə xx.xx.2025-ci il tarixli qərardad ilə iddia tələbi “İddiaçı xx.xx.2024-cü il tarixdən xüsusi səbəblərdən sağlamlığın pozulması səbəbi ilə 65-80 faiz olmaqla 2 il müddətinə əlilliyin müəyyən edilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, 08 avqust 1968-ci ildə Ermənistan SSR, Spitak rayonunda doğulmuşdur. SSRİ ilə Əfqanıstan arasında başlamış müharibədə iştirak etmiş və döyüşlərdə iştirakına görə 471286 saylı vəsiqə (Свидетельство Серия А № 471286 ) verilmişdir. 1990-cı ildən daxili işlər orqanlarında xidmətə başlamışdır. Yaxşı xidmətə görə Azərbaycan SSR DİN-in 04 aprel 1991-ci il tarixli 744 saylı əmri ilə “Milis əlaçısı” döş nişanı ilə təltif edilmişdir (Müharibədə yaralandığına görə) Qarabağ müharibəsi başlayanda digər azərbaycanlılar kimi vətənimizin müdafiəsinə qalxmışdır. Belə ki, Nizami RPİ MŞ-də xidmət etdiyi müddətdə 45 saylı xx.xx.1992-ci il tarixli əmrlə xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Qarabağda gedən döyüşlərə ezam olunmuşdur. Nəticəsidir ki, Laçın rayonunun Göytəpə və Göytala kəndi ərazisində gedən döyüşlərdə və Xocalı aeroportunun qorunması zamanı partlayan mina qəlpəsi nəticəsində kəllə beyin travması almışdır. Mina qəlpəsi sağ əlinin bilək nahiyəsinindəki damarı kəsmiş və nəticədə çox qan itirərək təcili Şuşa rayon Xəstəxanasına yerləşdirilmişdir. Mərmi partlaması nəticəsində əlavə olaraq çənə və baş nahiyəmdə çapıqlar əmələ gəlmiş və baş sümüyü çatlamışdır. Həmin xəsarətlər bu gün də əl, üz və baş nahiyəsində də açıq görsənir. Hətta aldığı xəsarətlərdən dolayı tez tez səbəb olmadan gözlərindən yaş gəlməyə başlayır. Tez tez huşunu itirir və ürək tutmalarım olur. Qeyd edilənlər nəzərə alınaraq ona sonuncu dəfə ona xx.xx.2018-ci il tarixində 2-ci dərəcəli əlillik verilmişdir. Lakin sonradan ona təyin edilmiş əlillik ləğv edilmişdir. Qeyd edilən problemin aradan qaldırılması ilə bağlı dəfələrlə aiddiyatı orqanlara müraciət edərək, səhhətində olan problemi bildirərək və ağırlaşmaları sübut edən sənədləri təqdim edərək ona təyin edilmiş 2-ci qrup əlilliyin bərpa edilməsini xahiş etmişdir. Lakin sonunçu dəfə Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumata əsasən ona əlilliyin verilməsindən imtina edilmiş vəsəbəb olaraq “ diaqnoz əlillik əlaməti təyin etmir” cavabı verilmiş və bu barədə qərar qəbul edilmişdir. Diaqnoz isə “Üzvi (İ QM zamanı alınmış QKBT nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış pozuntusu, koqnitiv funksiya enməsi ilə, qıcolma tutmaları ilə” qeyd edilmişdir. Eyni zamanda AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixli bənzər məzmunda imtina verilmişdir. Bildirilmişdir ki, ona təyin edilmiş 2-ci dərəcəli əlilliyin ləğv edilməsini qanunsuz və əsassız hesab edir. Belə ki, ona əlillik təyin edilən zamandan indiyədək səhhətində heç bir yaxşılaşma baş verməmişdir. Əksinə ağırlaşmalar var. Məhz bu səbəbdən cavabdeh - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı xx.xx.2018-ci il tarixində verilmiş ikinci dərəcəli əlilliyin bərpa edilməsi, yaranmış fərqin ödənilməsi öhdəliyi qoyulmalıdır.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərə çatdırılmışdır ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq qurumların hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Müəyyən olunmuşdur ki, dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adınıza rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş vəsatətdə qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə Bakı 2 nömrəli X3nın xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və əyani müayinəsi də həyata keçirilməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nˆmrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçıya barəsində verilmiş qərar hüquq müdafiə vasitələri izah edilməklə xx.xx.2024-cü il tarixdə ona təqdim edilmişdir. Göründüyü kimi iddiaçı buna baxmayaraq xx.xx.2025-ci ildə iddia qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. AR İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul etmək xahiş edilmişdir.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3490 nömrəli həkim psixiatr komissiyasının rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3- 28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə’’ əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F 07.0
7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 xx.xx.2017-ci il tarixli K/90/2017 saylı aktın davamında qeyd edilmişdir ki:
1. İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı (xx.xx.2017) başın təpə nahiyəsinin sol və sağ tərəflərində iki ədəd, başın ön alın nahiyəsində üç ədəd, başın sağ almacıq nahiyəsində bir ədəd, sol qaşın tüklü hissəsində bir ədəd, qaşarası nahiyədə bir ədəd, çənəaltı nahiyədə bir ədəd, sağ əlin İV barmağının ovuc səthində bir ədəd, sağ saidin aşağı 1/3-nin ön səthində bir ədəd, sol əlin İİ daraq sümükləri proeksiyasında isə bir ədəd köhnə çapıq toxumalar aşkar edildi. K.Ə. Yaqubovun yaralanması barədə heç bir tibbi sənədi olmadığına və hadisədən uzun müddət keçdiyinə görə, qeyd edilən xəsarətlərin yetirilmə mexanizmi və müddəti barədində hazırda dəqiq fikir söyləmək mümkün deyildir, lakin çapıq toxumaların saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə görə demək olar ki, həmin çapıqlar 1,5-2 ildən yuxarı olan müddət ərzində əmələ gəlmiş yaraların sağalmış izidir, onların odlu silah mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində əmələ gəlmələri inkar edilmir, o cümlədən müayinə olunanın göstərdiyi şəraitdə, 1990-cı ilin noyabr ayında odlu silah mərmi partlaması zamanı əmələ gəlmələri də mümkündür.
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının 01 saylı qərarda qeyd edilmişdir ki, İddiaçı, 1968-ci il təvəllüdlü. Hərbi travma: ”Başın təpə nahiyəsinin sol və sağ tərəflərində İki ədəd, başın ön alın nahiyəsində üç ədəd, başın sağ almacıq nahiyəsində bir ədəd, sol qaşın tüklü hissəsində bir ədəd, qaşarası nahiyədə bir ədəd, çənəaltı nahiyədə bir ədəd, sağ əlin İV barmağının ovuc səthində bir ədəd, sağ saidin aşağı 3/1-nin ön səthində bir ədəd, sol əlin İİ daraq sümükləri proyeksiyasında bir ədəd köhnə çapıq toxuma”. Bəli, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Əsas: Az.Resp. DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 012-26558Y-3217 N-li arxiv arayışı, DİN-in BKİ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 0xx/xx-12451Y-3217№-li məktub, — Nizami MŞ tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 185 N-li arayış, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli K90/2017 saylı ekspert rəyi, Xüsusi-Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli protokolu.
9. TSEK-Müayinələr: - xx.xx.2016-ci il tarixində “ÜİX – gərginlik stenokardiyası İİİ-fs. QDÇ – İİ-dər. Hipertoniya xəstəliyi İİİ-dər ” diaqnozun mətni ilə 5 il müddətinə ilkin 2.2. ikinci dərəcə əlillik (2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25)) təyin edilmişdir. - xx.xx.2018-ci il tarixində kəllədaxili travma, baş beynin diffuz travması, stenokardiyanın digər formaları, essensial (birincili) hipertenziya, durğunluq ürək çatmamazlığı, somatik mənşəli asteno-nevrotik sindrom. diaqnozun mətni ilə göndərişin natamam doldurulması (Səbəb: 1.Xəstənin göndərişdəki vəziyyətində status lokalisdən başqa digər sistemlərin,köməkçi diaqnostik və laborator müayinələrin nəticələrini əvəzinə nöqtələr qeyd edilib.2.Diaqnozda xəstəliyin ağırlaşması göstərilməyib.2016-cı ildən halhazıra kimi xəstənin dinamikası v aldığı müalicələr haqqında heç bir qeydiyyat aparılmayıb. 3. Son bir ildə stasionar müalicəsi azdır) səbəbi ilə imtina edilmişdir. - xx.xx.2018-ci il tarixində “Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Somatik mənşəli asteno-nevrotik sindrom.Postravmatik ensefalopatiya .Tez-tez baş verən qıcolam tutmaları ilə (ayda 7-8 dəfə).Qan dövranı çatmamazlığı İİdərəcə. Hipertonik angiopatiya.ÜİX-stabil gərginlik stenokardiyası, İİİ-f/s” diaqnozun mətni ilə 5 il müddətinə təkrar 2.2. ikinci dərəcə əlillik (2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40- G41.9)) təyin edilmişdir. - xx.xx.2024-cü il tarixində tarixində Üzvi (İ QM zamanı alınmış QKBT nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, koqnitiv funksiyaların enməsi ilə, qıcolma tutmaları ilə diaqnozun mətni ilə diaqnoz əlillik təyin etməməsi (Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.) səbəbi ilə imtina edilmişdir.
10. TSEK-ə göndəriş zamanı diaqnoz: Diaqnoz XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, koqnitiv funksiyaların enməsi ilə , qıcolma tutmaları ilə Ağırlaşma F06.7 Yüngül koqnitiv pozuntu, koqnitiv funksiyaların enməsi ilə, qıcolma tutmaları ilə Ağırlaşma F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları, Kəllə beyin travması nəticəsində şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları
11. Xəstəliyə görə ambulator müraciətlər: F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu
12. Stasionar müalicə aldığı müəsisələr: 2 nömrəli X3 xx.xx.2024 xx.xx.2024 31 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu X7 xx.xx.2022 xx.xx.2022 16 S06.2 Baş beynin diffuz travması Bakı Psixi Sağlamlıq Mərkəzi xx.xx.2024 xx.xx.2024 0 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Respublika Psixiatriya xx.xx.2024 xx.xx.2024 23 F07.0 Üzvi mənşəli şəxsiyyət Xəstəxanası pozğunluğu
13. Həkim müayinələrinin nəticələri: Müayinənin adı Müayinənin tarixi Nəticə Həkim müayinəsi xx.xx.2024 F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, koqnitiv funksiyaların enməsi ilə, qıcolma tutmaları ilə Beyin MRT xx.xx.2024 Retroserebellyar sahədə 9 mm qalınlığında araxnoidal likvor kisti qeyd edilir. null
14. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-8142/2024 nömrəli Qərarında qeyd olunmuşdur ki, “Bakı şəhər sakini xx.xx.1968-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb məssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 3 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Başın təpə nahiyyəsinin sol və sağ tərəflərində iki ədəd, başın ön alın nahiyyəsində üç ədəd, başın ön alın nahiyyəsində üç ədəd, başın sağ almacıq nahiyyəsində bir ədəd, sol qaşın tüklü hissəsində bir ədəd, qaşarası nahiyyədə bir ədəd, çənəaltı nahiyyədə bir ədəd, sağ əlin İV barmağının ovuc səthində bir ədəd, sağ saidin aşağı 1/3-nin ön səthində bir ədəd, sol əlin İİ daraq sümükləri nahiyyəsində bir ədəd köhnə çapıq toxuma” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, dəyişkən arterial təzyiq, qıcolma tutmalarından şikayətlənmiş, sağ əlində tremor nümayiş etdirmiş, Əfqanıstan və Qarabağda döyüşlərdə iştirak etdiyini, minaya düşdüyünü söyləmişdir. Dərmanlarının adlarını bilməmiş, kiçik vərəq üzərində yazılmış Ketilept, Clonozepam, Depakine, Zolomax preparatlarını qəbul etdiyini bildirmişdir. Qıcolma tutmalarının əsasən gecələr, yuxuda olarkən baş verdiyini, bu zaman ətrafda olanları hiss etmədiyini, qaşıqla yardım göstərildiyini, bəzən təcili yardım çağırıldığını qeyd etmişdir. Müayinə zamanı arterial təzyiqi 180/80 mm.cv.st olmuşdur. Nevroloji müayinə zamanı vətəndaşın şikayəti qıcolma tutmalarından olsa da, onları təsvir edə bilməmiş, sayını qeyd etməmiş, yuxuda olarkən tutma olduğunu bildirmişdir. Verilən suallara yayındırıcı cavablar vermişdir. Təqdim edilmiş EEQ müayinə nəticələrində epiaktivlik qeyd edilməmişdir. Psixi statusunda əsasən somatogen mənşəli şikayətlər bildirmişdir. Aqressivliyini və gərginliyini başağrıları ilə əlaqələndirmişdir. Kobud davranışları səbəbilə psixiatrik stasionara məcburi yerləşdirildiyini bildirmiş, lakin epikrizlər gündüz stasionarına aid olmuşdur. Psixi durumunda kənar şəxs nəzarəti və ya qulluğuna əsas verən patologiya izlənilməmişdir. UNİ klinikanın xx.xx.2024-cü il tarixli Kranioserebral MRT müayinəsinin nəticəsi: “Hər iki beyin yarımkürəsində, beyin şırımları və hər iki silvian fissurun dərinlik və genişliyi artmışdır (beyin atrofiyası). Hər iki beyin yarımkürəsi frontoparietal periventrikulyar və subkortikal dərin ağ maddədə və bilateral sentrum semiovaledə T2/FLAİR hiperintens siqnallı, DWİ diffuzyon restriksiyası göstərməyən mikroangiopatik ocaqlar izlənilir” kimi qeyd olunmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 104588 nömrəli Çıxarışında diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 3490 nömrəli Rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmiş, öz təsdiqini tapmamışdır. 2 saylı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 4128/24 nömrəli Çıxarışında diaqnoz: “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, koqnitiv funksiyaların enməsi ilə, qıcolma tutması ilə” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. 2 saylı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli Elektroensefaloqrafiya müayinəsində diaqnoz: “Diffuz rezidual-orqanik tipli dəyişikliklər qeyd olunur.” kimi qeyd edilmişdir. Şikayətlərinə əsasən, ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-ci il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=60%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Sol mədəciyin cüzi ekssentrik (S-vari) hipertrofiyası izlənilir. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları normaldır. Mitral klapanın arxa tayında kalsifik düyün izlənildi. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli doppler EXO-KQ- də patoloji axın qeyd edilmir” kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən nevroloji, psixi defisit aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.”
15. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
17. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir.
18. İddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2024-cü il tarixli göndəriş əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və əlillik təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-8142/2024 nömrəli Qərarı ilə əlavə əyani müayinənin araşdırılması aparılaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
20. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
21. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
22. Hazırki iddia məcburetməyə dair iddiadır.
23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
24. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
26. TSEK-Müayinələr: - xx.xx.2016-ci il tarixində “ÜİX – gərginlik stenokardiyası İİİ-fs. QDÇ – İİ-dər. Hipertoniya xəstəliyi İİİ-dər ” diaqnozun mətni ilə 5 il müddətinə ilkin 2.2. ikinci dərəcə əlillik (2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25)) təyin edilmişdir. - xx.xx.2018-ci il tarixində kəllədaxili travma, baş beynin diffuz travması, stenokardiyanın digər formaları, essensial (birincili) hipertenziya, durğunluq ürək çatmamazlığı, somatik mənşəli asteno-nevrotik sindrom. diaqnozun mətni ilə göndərişin natamam doldurulması (Səbəb:1.Xəstənin göndərişdəki vəziyyətində status lokalisdən başqa digər sistemlərin,köməkçi diaqnostik və laborator müayinələrin nəticələrini əvəzinə nöqtələr qeyd edilib.2.Diaqnozda xəstəliyin ağırlaşması göstərilməyib.2016-cı ildən halhazıra kimi xəstənin dinamikası v aldığı müalicələr haqqında heç bir qeydiyyat aparılmayıb. 3. Son bir ildə stasionar müalicəsi azdır) səbəbi ilə imtina edilmişdir. - xx.xx.2018-ci il tarixində “Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Somatik mənşəli asteno-nevrotik sindrom.Postravmatik ensefalopatiya .Tez-tez baş verən qıcolam tutmaları ilə (ayda 7-8 dəfə).Qan dövranı çatmamazlığı İİdərəcə. Hipertonik angiopatiya.ÜİX-stabil gərginlik stenokardiyası, İİİ-f/s” diaqnozun mətni ilə 5 il müddətinə təkrar 2.2. ikinci dərəcə əlillik (2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40- G41.9)) təyin edilmişdir. - xx.xx.2024-cü il tarixində tarixində Üzvi (İ QM zamanı alınmış QKBT nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, koqnitiv funksiyaların enməsi ilə, qıcolma tutmaları ilə diaqnozun mətni ilə diaqnoz əlillik təyin etməməsi (Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.) səbəbi ilə imtina edilmişdir.
27. Əlilliyin təyininə dair sonuncu forma 88 arayışına əsasən: (Göndərişin tarixi: xx.xx.2024) - (status localis) Düşüncəsi və bələdliyi kobud pozulmayıb. Zahirən narahatdır, gərgindir. Ünsiyyətdə həyəcanlıdır. Təfəkkürü torpid ləngdir. Nitqində durğunluq kəkələmə aşkarlanır. Fikrini izah etməkdə, lazımlı cümlələri qurmaqda çətinlik çəkir. Yuxusuzluğ, əsəbilik, yaddaş zəifliyi qıcolma tutmalarından şikayət edir. Cüzi səbəbdən əsəbləşir, sərt reaksiyalar verir. Bildirir ki, o vaxt əsəblik zamanı qonşusunu amansız şəkildə döyərək sürümüşdür. Bu səbəbdən polis bölməsinə düşmüşdür. Buna görə qalma-qal olan zaman uzaq durduğunu bildirir. Müayinə zamanı həyacanı artır, kəkələməsi daha aydın nəzərə çarpır. Əlləri bədəni əsir. Tez-tez, bəzən gün ərzində 2-3 dəfə qıcolma tutmalarının olduğunu bildirir. Diqqəti yayınır, səbirsiz , qərarsız olur.Yaddaş və koknetiv funksiyaları zəifləmişdir. Unutqanlığa görə mağazadan aldığı ərzaqları orda unudur. Sənədlərinin əksəriyyətini itirmişdir. Əhvalı qeyri sabitdir. Tez-tez müharibə hadisələrini xatırlayır, sanki kimsə ona atəş açır o da ona cavab verir söyləyir. Depakin 500mq, Kolezepan. - Əsas diaqnoz. F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, koqnitiv funksiyaların enməsi ilə , qıcolma tutmaları ilə - Ağırlaşma. F06.7 Yüngül koqnitiv pozuntu, koqnitiv funksiyaların enməsi ilə, qıcolma tutmaları ilə - Ağırlaşma. F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları, Kəllə beyin travması nəticəsində şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları
28. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3490 nömrəli həkim psixiatr komissiyasının rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3- 28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə’’ əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F 07.0
29. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının 01 saylı qərarda qeyd edilmişdir ki, İddiaçı, 1968-ci il təvəllüdlü. Hərbi travma: ”Başın təpə nahiyəsinin sol və sağ tərəflərində İki ədəd, başın ön alın nahiyəsində üç ədəd, başın sağ almacıq nahiyəsində bir ədəd, sol qaşın tüklü hissəsində bir ədəd, qaşarası nahiyədə bir ədəd, çənəaltı nahiyədə bir ədəd, sağ əlin İV barmağının ovuc səthində bir ədəd, sağ saidin aşağı 3/1-nin ön səthində bir ədəd, sol əlin İİ daraq sümükləri proyeksiyasında bir ədəd köhnə çapıq toxuma”. Bəli, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Əsas: Az.Resp. DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 012-26558Y-3217 N-li arxiv arayışı, DİN-in BKİ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 0xx/xx-12451Y-3217№-li məktub, — Nizami MŞ tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 185 N-li arayış, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli K90/2017 saylı ekspert rəyi, Xüsusi-Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli protokolu.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 Qiymətləndirmə məqsədyönlü fəaliyyət qabiliyyətinin 65-80 2 il azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb 7.6.2.2. olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti 31.Odur ki, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən (üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)) əziyyət çəkməsi tibbi göndərişlə (forma 88) təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə əsaslanmışdır. İddiaçı qeyd edilən xəstəliklərlə bağlı illər ərzində (2019-2024) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində müayinə və müalicələrdə olmuş, həmin müayinənin nəticəsi digər tibb müəssisələri tərəfindən də (2 nömrəli X3, Bakı Psixi Sağlamlıq Mərkəzi, Respublika Psixiatriya Xəstəxanası və Akademik M. Ə. Mirqasımov adına Respublikası Klinik Xəstəxanası) təsdiqlənmişdir. İddiaçının İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində bu xəstəlikdən əziyyət çəkməsi işin mübahisəsiz halıdır. 32.Məhkəmə qeyd edir ki, təqdim edilən müayinə sənədlərinə əsasən qeyd edilən xəstəliklə bağlı illər ərzində (2019-2024) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (2 nömrəli X3, Bakı Psixi Sağlamlıq Mərkəzi, Respublika Psixiatriya Xəstəxanası və Akademik M. Ə. Mirqasımov adına Respublikası Klinik Xəstəxanası) müayinə və müalicələrdə olmasına və həmin xəstəlik qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin təyin olunmaması (diaqnozun əlillik təyin etməməsi barədə qərarı) iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. 33.Məhkəmə nəzərə alır ki, İddiaçı əlillik təyin edilməsi üçün əsas olan xəstəlikdən (üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)) İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində bu xəstəlikdən əziyyət çəkir və daimi müşahidə zərurəti var. 34.Qeyd edilənlərə əsasən məhkəmə işin hallarına məcmu halda qiymət verərək nəzərə alır ki, əlillik təyinatı zaman məhz yuxarıda qeyd edilən Qaydaların 7.6.2.2.-ci bəndinə əsaslanmaqla orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə əlillik təyin edilməlidir.
35. Qeyd edilənlərə əsasən məhkəmə işin hallarına məcmu halda qiymət verərək nəzərə alır ki, əlillik təyinatı zaman məhz yuxarıda qeyd edilən Qaydaların 7.6.2.2.-ci bəndinə əsaslanmaqla orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyin edilməlidir. 36.“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasından: 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 37.Göründüyü kimi iddiaçıya münasibətdə göndəriş xx.xx.2024-cü il tarixli müvafiq dərəcə əlillik təyinatı məhz göndərişin verildiyi tarixdən aparılmalıdır. 38.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 39.Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
40. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın (əlillik dərəcəsinin) müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
41. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur.
42. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
43. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi).
44. Bu mənada cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
45. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.
46. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.
47. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
48. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
49. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı orqanizmin funksiyalarının 65-80% pozulmasının göndərişin verildiyi xx.xx.2024-cü il tarixdən 2 il müddətinə (səbəbli əlaqəsinin: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
50. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı orqanizmin funksiyalarının 65-80% pozulmasının göndərişin verildiyi xx.xx.2024cü il tarixdən 2 il müddətinə (səbəbli əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olmaqla) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva