Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9487/2023 26.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "Azneft" İB-i və X10 işə cəlb edilməklə “torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X15 Ağa qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X6, 3-cü şəxs “Azneft” İstehsalat Birliyinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "Azneft" İB-i və X10 işə cəlb edilməklə “torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 2 ünvnaında yerləşən sahəsi 322 kv.m olan torpaq sahəsinə reyestrdən çıxarışın verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən torpaq qanuni əsasla ayrılmış torpaq sahəsidir. Həmin torpaq sahəsi hazırda da, onun istifadəsindədir və orada 1996-cı ildə ev tikmiş və daimi olaraq həmin ünvanda yaşayır. Qeyd edilən torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti başçısının 22 fevral 1995-ci il tarixli sərəncamı ilə fərdi ev tikintisi üçün ayrılıbdır. Sərəncama uyğun olaraq o, 1996-cı ildə ayrılmış torpaq sahəsində fərdi ev tikmişdir. Torpaq sahəsinin qanuni əsasla ayrılması barəsində Milli Arxiv İdarəsinin müvafiq arayışları vardır. 1995-ci ildən qanuni əsasla ayrılmış torpaq sahəsi və 1996-ci ildən həmin torpaq sahəsində tikdiyi evdə yaşayır. Ona ayrılmış torpaq sahəsinin özəlləşdirilərək adına Reyestrdən Çıxarışın verilməsi barəsində xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. Müraciətində bütün sənədlərini təqdim etmişdir. Lakin, cavabdeh təşkilat xx.xx.2023-cü il tarixdə 3-21-3- 30/214-0387-8/2023 **********01 saylı məktubla ona ayrılmış torpaq sahəsinə dair reyestrdən çıxarış verilməsindən imtina edilmədiyini göstərmiş olsa da, ancaq çıxarış verilməmişdir. Ona çıxarışın verilməməsinin səbəbi isə cavab məktubunda qeyrimüəyyən, aydın olmayan halda izah edilmişdir. Cavabda, eyni zamanda ona ayrılmış torpaq sahəsinin qanuni və əsaslı olduğu göstərilir, sənədlərlə təsdiq edildiyi bildirilir, çıxarışın verilməsindən imtina edilmədiyi bildirilir, lakin çıxarış verilmir. Göründüyü kimi, cavabdeh torpaq sahəsinə çıxarışın verilməsi barəsində heç bir tutarlı əsas göstərmədən, qanuni və əsaslı sənədlərin olmasını təsdiq edərək, ona çıxarış verməmişdir. Məktubda göstərilir ki, guya torpaq sahəsi neft kəmərinin mühafizəsi zonasında yerləşir. Cavabdehin göstərdiyi hal həqiqətə uyğun deyildir. Badamdar qəsəbəsi 2-ci yaşayış massivi tam məskunlaşmış ərazidir və həmin ərazidə hər-hansı neft kəmərinin müafizə zonası ümumiyyətlə yoxdur. Cavabdehin məktubunda torpaq sahəsinin cizgisi və faktiki vəziyyəti arasında konfiqurasiya fərqinin olduğu bildirilir. Bu da, həqiqəti əks etdirmir. 1995-ci ildə onlara ayrılan torpaq sahəsinin ölçüsü 600 kv.m olmuşdur. Həmin ölçüdə olan sahənin 278 kv.m sahəsi onların tərəflərindən 2004-cü ildə qonşulara verilmişdir. Qonşu həmin sahədə ev tikmiş və evə dair çıxarış da, almışdır. Onların qonşuya verilmiş torpaq sahəsi barəsində heç bir mübahisələri yoxdur. Onlar, faktiki istifadələrində olan 322 kv.m torpaq sahəsinə çıxarış verilməsi barəsində də, müraciət etmişlər.
4. Məhkəmənin 2-1(112)-9487/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "Azneft" İB-i və X10 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər.
5. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən sahəsi 322 kv.m olan torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə (X4) məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
6. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin (JN 4150 və JN 9857 saylı ) baza məlumatları ilə üst-üstə düşür və torpaq sahəsi neft kəmərinin mühafizə zonasında yerləşir. Bundan əlavə, təqdim edilən yerləşmə cizgisində dəqiq istinad, məsafələr, perimetrik ölçülər qeyd edilmədiyindən göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin yerləşmə cizgisi ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında konfiqurasiya fərqi mövcuddur və torpaq sahəsinin ölçüsü sənəd üzrə 600 kv.m, faktiki isə 322 kv.m təşkil edir. Eyni zamanda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 200 “a” ünvanında yerləşən torpaq sahəsinə dair mərhum anası X2 adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınaraq çıxarışın verilməsinə dair iddia tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-49/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə rədd edilmişdir.
8. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və digər 3-cü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X10 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə iddiaçının və digər üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
10. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxs “Azneft” İstehsalat Birliyinin nümayəndəsi X11 iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
11. Əvvəlki məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs X5 nümayəndəsi Q.Bağırov torpaq sahəsinin bir hissəsinin iddiaçı tərəfindən onlara satıldığını, torpaq sahəsinə dair aralarında heç bir mübahisənin olmadığını bildirərək iddia tələbinin təmin edilməsinə etiraz etmədiklərini bildirdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
12. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfinədn 15 mart 2023-cü il tarixli 3-48-2F/2-B-01750/2023 nömrəli məktubla təqdim edilmiş Səbail rayon İH-nin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli 581 saylı sərəncamından arxiv çıxarışına əsasən Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün X4 600 (altı yüz) kv.m torpaq sahəsi ayrılmışdır.
13. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 581 saylı sərəncamına əsasən ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir.
14. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-14-0387-8/2023 **********01 nömrəli məktuba əsasən bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin baza məlumatları ilə üst-üstə düşür və torpaq sahəsi neft kəmərinin mühafizə zonasında yerləşir. Bundan əlavə, təqdim etdikləri yerləşmə cizgisində dəqiq istinad, məsafələr, perimetrik ölçülər qeyd edilmədiyindən göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin yerləşmə cizgisi ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında konfiqurasiya fərqi mövcuddur. Torpaq sahəsinin ölçüsü sənəd üzrə 600 kv.m, faktiki isə 322 kv.m təşkil edir.
15. İddiaçı tərəfindən iş materiallarına qonşuluqda yerləşən torpaq sahələrinə dair verilmiş analoji çıxarışlar təqdim edilmişdir.
16. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 02 iyun 2023-cü il tarixli 3-48-2F-03982/2023 nömrəli məktubla Səbail rayon İH-nin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli, 581 saylı sərəncamının arxiv çıxarışı təqdim edilmişdir.
17. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-31-3-30/2-21469/2023 **********69 nömrəli məktubla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massiv, 200 a ünvanında yerləşən torpaq sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
18. 3-cü şəxs “Azneft” İB-nin nümayəndəsi tərəfindən təqdim edlmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2165/2018 saylı xx.xx.2018-ci il tarixli qərarına əsasən iddiaçı “Azneft” İB cavabdeh Bakı şəhəri Səbail rayon İcra hakimiyyətinə (üçüncü şəxslər “Neft Kəmərləri” İdarəsi və İddiaçı) qarşı sərəncamın ləğv edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 25 iyun 2018-ci il tarixli 2- 1(81)-2996/2018 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmənin sözügedən qərardadı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 avqust 2018-ci il tarixli 2-1(103)-2026/2018 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının hazırki qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 avqust 2018-ci il tarixli 2-1(103)-2026/2018 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmələrin mövqeyinə görə “Azneft” İB tərəfindən mübahisəli sərəncamın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür.
19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14448/2023 saylı xx.xx.2023-cü il tairxli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Səbail rayon Bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi, X10) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 200 “a” ünvanda yerləşən torpaq sahəsinə dair hüquqların mərhum anasının və ya onun adına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair iş üzrə İddiaçı ərizəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır.
20. Bakı şəhəri 17 saylı Notariat Kontoru tərəfindən verilmiş 2017/48 nömrəli 24 iyun 2017-ci il tarixli məktuba əsasən X2 vərəsəsi İddiaçıdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
21. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
22. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
23. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
24. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
25. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
27. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
29. İşin hallarından göründüyü kimi, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 581 saylı sərəncamına əsasən Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün X4 600 (altı yüz) kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı X2 vərəsəsidir. Onun tərəfindən torpaq sahəsinin bir hissəsi qonşusu X1, iddiaçının faktiki istifadəsində 322 kv.m torpaq sahəsi qalmışdır. İddiaçı hazırda həmin torpaq sahəsinin 322 kv.m hissəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasını xahiş edir. S.Bağırova onunla iddiaçı arasında torpaq sahəsinə dair aralarında hər hansı bir mübahisənin olmadığını bildirmişdir. Cavabdeh tərəfindən etiraz ərizəsində iddiaçının hazırki tələbi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-49/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının olmasını bildirsə də, iş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, həmin qərar hazırda qüvvədə deyil, həmin iş üzrə iddiaçının ərizəsi əsasında məhkəmənin qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Həmçinin, cavabdeh tərəfindən etiraz ərizəsində mübahisəli torpaq sahəsinin neft kəmərlərinin mühafizə zonasında yerləşməsinə istinad edilmişdir ki, həmin halın araşdırılması nəticəsində müəyyən edilmişdir ki, “Azneft” İB tərəfindən mübahisəli torpaq sahəsinin ayrılması barədə sərəncam əvvəllər digər inzibati məhkəmə icraatında mübahisələndirilmiş, qanuni qüvvəsini almış məhkəmə qərardadına əsasən “Azneft” İB tərəfindən sərəncamın mübahisələndirilməsi üçün iddia müddəti ötürüldüyündən iddia mümkün sayılmamışdır. Məhkəmə eləcə də, qeyd edir ki, iş materiallarına əlavə edilmiş analoji çıxarışlara əsasən müəyyən edilmişdir ki, iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrinə artıq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Belə olan təqdirdə, iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyin sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir.
30. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir.
31. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının mərhum anasının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
32. Məhkəmə eləcə də, qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqındaarayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).
34. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X2 vərəsəsi İddiaçı torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış (çıxarış) verilməlidir.
35. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
36. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
37. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən Məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.
38. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından iddiaçı sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etməkdə haqlı olmuşdur.
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
41. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən sahəsi 322 kv.m olan torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə (X4) məxsus olması barədə arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva